Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şahmat idman növü üzrə rayon birinciliyi

07 may 2017 | 16:00

03-07 may 2017-ci il tarixlərdə Masallı rayon Uşaq-Gənclər Şahmat məktəbində uşaqlar və yeniyetmələr  arasında şahmat  idman növü üzrə rayon birinciliyi keçirilib.

Masallı rayon Gənclər və İdman İdarəsinin  təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının  94-cü ildönümünə həsr olunmuş tədbirdə 72 nəfər idmançının iştrakı ilə yarış 3 yaş qrupu üzrə  keçirilmişdir. 10 yaşa qədər oğlan və qızların iştrakı ilə keçirilən yarışda Qızlar arasında :Əsədli nərgiz  I yerə,  Məmmədova Gülay II yerə, Hüsiyeva Leyla III yerə, oğlanlar arasında: Şəkərov Murad I yerə, Əhmədov Əli II yerə, Əsgərzadə Mirmehti III yerə  layiq görülmüşdür. 14 yaşa qədər oğlanlar arsında Əsgərov Tural I yerə , Mikayılov Rafiq II yerə, Dadıyev Elmin III yerə , qızlar arasında: Əliyeva Fəridə I yerə, Əliyeva Leyla II yerə, Mehtiyeva Aydan III yerə  layiq görülmüşlər, 16 yaşa qədər oğlan və qızlar arasında keçirilən yarışda isə Talıbzadə Mirseyidəli I yerə, Dadaşoiv Dadaş  II yerə, Soltanov Elçin  III yerə, Heydərova Gülçin I yerə, Bəşirova Mirfatimə II yerə, Dadaşova Zəhrə III yerə layiq görülmüşlər .          
           Gərgin və maraqlı mübarizə şəraitində  keçirilən  yarışda qalib gəlmiş bütün idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfinidən diplomlarla hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər