Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda faşizm üzərində Qələbənin 72 illiyi qeyd edildi

09 may 2017 | 16:00

09 may 2017-ci il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı”nda faşizm üzərində Qələbənin 72 illiyi münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri yüzlərlə rayon sakini ilə birgə İkinci Dünya Müharibəsində həlak olmuş Masallıların xatirəsinə ucaldılan abidə-kompleksinin önünə tər gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Rəsul Quliyev və başqaları 72 il əvvəl alman faşizmi üzərində qazanılmış qələbənin tarixi əhəmiyyətindən danışmış, ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər.

Veteranlar bu gün də Azərbaycanın igid oğullarının düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə daim hazır olduqlarını diqqətə çatdırıblar.

Keçidlər