Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı “Asan həyat” Kompleksində bayram konserti

09 may 2017 | 16:00

  09 may 2017-ci il tarixdə Masallı “Asan həyat” Kompleksində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr edilmiş bayram konsert olmuşdur.

Masallı rayon İcra hakimiyyəti, Masallı Asan Xidmət Mərkəzi və Masallı Regional Mədəniyyət və turizm idarəsinin birgə təşkilatçılığı ilə baş tutan konsert proqramında çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycan xalqının xilaskarı Ulu öndər Heydər Əliyevin şərəfli həyatından geniş bəhs edərək xalqımız üçün miras qoyduğu günü-gündən çiçəklənən ölkəmizin layiqli davamçısı cənab President İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Rayon rəhbəri rayonun sosial-iqtisadi, mədəni və bir çox məsələlərdə fəallıqları ilə fərqlənən şəxslərə Fəıxri fərman və qiymətli hədiyyələr təqdim etdi.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfədiin Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqımıza böyük töhvə olduğunu qeyd edərək dahi insanın apardığı daxili və xarici siyasət nəticəsində ölkəmizin firəvan bir ölkə olduğu və ölkə başçısının bu siyasəti layiqincə apardığını qeyd etdi. Sonra YAP sədri partiya sıralarına yeni daxil olmuş gənclərə Yeni Azərbaycan Partiyası biletlərini təqdim etdi.
Tədbir respublikanın tanınmış ifaçılarının, o cümlədən Masallı Regional Mədəniyyət və turizm idarəsinin özfəaliyyət kollektivlərinin ifasında kosnert proqramı ilə davam etdirildi.

Keçidlər