Şriftin ölçüsü :

Saytın rəngi :

“YENİ HƏYAT” QƏZETİ NİN 85 İLLİK YUBİLEYİ

30 iyun 2017 | 16:00

30 iyun 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində “Yeni həyat” qəzetinin 8 5 illik yubileyi ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.
Qəzetin əməkdaşları və rayonun rəhbər işçiləri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzmüş, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Tədbir qəzetin 85 illiyinə həsr edilmiş videoçarxın nümayişi ilə başlamışdır.
Yığıncağı giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “Yeni həyat” qəzetinin 85 illik yubileyi ilə jurnalistləri təbrik etmiş, Azərbaycanda demokratik mətbuatının formalaşmasında, onun hüquqi bazasının yaradılmasında, fikir və söz azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış, dövlət-mətbuat münasibətlərində ulu öndərin siyasətinin və ənənələrinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırmışdır. Rayon rəhbəri “Yeni həyat”ın keçdiyi keşməkeşli yola nəzər salmışdır. Göstərmişdir ki, qəzet jurnalistlərin çətin əməyidir, hər nömrənin ərsəyə gəlməsi yüksək peşəkarlığın yaradıcı zəhmətlə birləşməsinin nəticəsidir. Natiq təkcə bugünkü yaradıcı kolletivin deyil, dünyasını dəyişmiş jurnalistlərin də qəzetin ərsəyə gəlməsində zəhmətini dəyərləndirmiş, onların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etmişdir.
“Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov qəzetin 85 illik fəaliyyəti barədə məruzə ilə çıxış etmişdir.
Yubiley mərasimində Mahmudavar kənd orta məktəbinin Əməkdar müəllimi Musarza Mirzəyev, vaxtilə qəzetin redaktoru olmuş Vaqif Hüseynovun qızı, LDU-nun müəllimi Xalidə Hüseynova, şair Tahir Heydərli, tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, 2 nömrəli regional “Azərmətuatyayım” idarəsinin rəisi Əbülfəz Nuriyev, Masallı Ziyalıları İB-nin sədr müavini Qoşqar Hətəmov çıxış edərək 1932-ci ildə nəşrə başlayan “Yeni həyat” qəzetinin rayonun gündəlik həyatında, sosial-iqtisadi inkişafında və real həqiqətlərin təbliği sahəsində fəaliyyətini yüksək qiymətləndirmişlər.
Tədbirdə qəzetin əməkdaşları – baş redaktor Ə.Şükürova, baş redaktorun müavini Rəsul Rzayevə, məsul katib Həsənağa Əliyevə, baş ədəbi işçi Akif Ağayevə rayon icra hakimiyyəti başçısının, təhsil şöbəsinin, Masallı Ziyalıları İB-nin fəxri fərmanları təqdim edilmişdir.

Keçidlər