Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn rinq ” İntellektual bilik yarışı üzrə rayon birinciliyi

07 iyun 2017 | 16:00

07 iyun 2017-ci il tarixdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş yeniyetmə və gənclər arasında “Breyn rinq ” İntellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.
Tədbirin açılış mərasimində Masallı Rayon İcra hakimiyyəti başçısı aparatının ictimai-siysi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslin təlim-tərbiyəsinə böyük önəm verdiyi xüsusi vurğulanmışlar. Bildirilmişdirlər ki, belə yarışlar yeniyetmə və gənclərin zəruri keyfiyyətlərini üzə çıxarır və gənclərin öz karyeralarında uğur qazanmalarına kömək edir. Sonda bir daha yarış iştrakçılarına uğurlar arzulayaraq Ən güclü və ən layiqli gənclərin qalib gələcəklərinə inandıqlarını bildirdilər.
Ümumilikdə 8 komandanın iştirak etdiyi rayon birinciliyində E.Əhdov adına Təzə-Alvadı 1 saylı kənd tam orta məktəbinin “Qələbə” komandası I yerə, F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin “Uğur” komandası II yerə, S.Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbinin “Vedette” komandası III yerə layiq görülmüşlər.
Rayon birinciliyində qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman idarəsi tərəfindən kubok və diplomla təltif olunmuşlar.

Keçidlər