Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “narkomanlığa qarşı mübarizə hər birimizin borcudur” mövzusunda konfrans

06 iyun 2017 | 16:00

06 iyun 2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində 26 İyun BMT-nin Beynəlxalq narkotiklərlə mübarizə gününə həsr olunmuş “narkomanlığa qarşı mübarizə hər birimizin borcudur” mövzusunda konfrans keçirilib.

Masallı rayon Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində 26 İyun BMT-nin Beynəlxalq narkotiklərlə mübarizə gününə həsr olunmuş “narkomanlığa qarşı mübarizə hər birimizin borcudur” mövzusunda konfrans keçirilib.
Tədbirin açlış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirib ki, Narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür. Bu gün ölkəmizdə narkotik vastələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və dövlət proqramları qəbul olunub və həyata keçirilir. Dövlət başçısının sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair” 2013-2018-ci illər üçün Dövlət Proqramı qəbul olunub. Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən də ötən müddət ərzində müxtəlif maarifləndirici tədbirlər həyata keçirilib .
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Rayon Təhsil şöbəsinin metodisto Əyyar Bürhanov İlahiyyat üzrə fəlsəfə dokturu Ə.Qardaşov və başqaları çıxış edərək gəncləri bu bəladan qurtarmağın yollarından və bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirdilər.
Sonda iştrakçılara Rayon Gənclər və idman İdarəsi tərəfindən hazırlanmış buraşuralar paylanıldı

Keçidlər