Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda barama qəbuluna başlanılıb.

03 iyun 2017 | 16:00

03 iyun 2017-ci il tarixdə Masallı rayon Kalinovka kəndində Kümçü Fəxrəddin Əsgərovun barama təhvil vermə ilə bağlı keçirilən mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq Masallıda baramaçılığa xüsusi önəm verildiyini bildirib.

Sonra kümçülər baramaları təhvil verməyə başlayıblar. Bəhram Salmanov, Göyçək Ələsgərova, Xalıq Həsənov, Fəxrəddin Əsgərov, Balaqardaş Rzayev və başqaları gətirdikləri baramanı təhvil veriblər.

Kümçü Fəxrəddin Əsgərov bildirib ki, 135 qram ipəkqurdu bəsləyir. 350-400 kiloqram məhsul götürməyi planlaşdırır. “Baramaçılıq sərfəli təsərrüfat sahəsidir. İpəkqurdu bəsləmək üçün 9 hektar tut bağı da salmışıq. 30-40 günə yaxşı gəlir götürmək mümkündür”, - deyə o qeyd edib.

Rayon kənd təsərrüfatı idarəsi heyvandarlıq sektorunun məsləhətçisi Hasil Hüseynovun sözlərinə görə, rayon üzrə 13 kümçü 380 qram ipəkqurdu bəsləyib və 1000 kiloqram məhsul əldə etmək planlaşdırılır. Gələn il isə rayonda baramaçılığı 4-5 dəfə artırmaq nəzərdə tutulub.

Keçidlər