Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda yeniyetmələr arasında dama üzrə rayon birinciliyi

02 iyun 2017 | 16:00

02 iyun 2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində yeniyetmələr arasında dama üzrə rayon birinciliyi başa çatıb.

Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 100 nəfərə yaxın yeniyetmə oğlan və qız iki yaş qrupunda qalib adı uğrunda mübarizə aparıb.

İki gün davam edən rayon birinciliyində oğlanlar arasında Pərviz Cəfərov, İsmayıl Hüseynov, Seyfəddin Məmmədov və Manaf Bədəlov birinci, Camal Səfərli, İmran Kazımov və Əfsər Salmanov ikinci yerə layiq görülüblər.

Qızlar arasında isə Aytac Əbülfəzzadə, Samirə Zahirova, Həcər Nurullayeva, Fəridə Əliyeva və Aysun Musayeva fərqləniblər.

Qaliblərə diplomlar və hədiyyələr verilib.

Keçidlər