Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “01 İyun Uşaqların Müdafiəsi Günü” nə həsr olunmuş “Rəsm” və “Əl işləri” sərgi müsabiqəsi

01 iyun 2017 | 16:00

01 iyun 2017-ci il tarixlərdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin ,Rayon Təhsil şöbəsinin və Masallı rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə uşaqlar və yeniyetmələr arasında “01 İyun Uşaqların Müdafiəsi Günü” nə həsr olunmuş “Rəsm” və “Əl işləri” sərgi müsabiqəsi keçirilmişdir.

Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı rayon Dövlət Rəsm Qalereyasının direktoru Tofiq Fərəcov, Təhsil şöbəsinin metodisti Əyyar Bürhanov çıxış edərək iştirakçıları salamlamış və Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılmasndan danışaraq uşaqları bu gün münasibətilə təbrik edərək onlara uğurlar arzulamışlar
Rəsm sərgi müsabiqəsində B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin şagirdi Qəzənfərova Fatimə Fəyyaz qızı , İ.Zülalov adına Musaküçə kənd tam orta məktəbin şagirdi Həmzalı Nəzrin Elçin qızı , B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin şagirdi Cavadov Qulam Əli oğlu, birinci , ikinci, üçüncü yerləri bölüşdürmüşlər fərqləndiyinə görə isə Dəfinə-məktəb liseyinin şagirdi Məmmədli Ləman Neymət qızı, Yeddioymaq 1 saylı kənd tam orta məktəbinin şəgirdi Quliyeva Zabitə Ramil qızı diplomlarla təltif olunmuşlar
Əl işləri sərgi müsabiqəsində C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin şagirdi Abbasova Solmaz , N.Nərimanov adına Şəhər 2 saylı tam orta məktəbin şagirdi Məmmədova Nilufər Firdovsi qızı, F.Xancanov adına musaküçə kənd tam orta məktəbin şagirdi Hüseynova Xəyalə Hacağa qızı birinci , ikinci, üçüncü yerləri bölüşdürmüşlər fərqləndiyinə görə isə B.Şiriyev adına Mollaoba kənd tam orta məktəbinin şagirdi Hüseynli Əli Surac oğlu, Ə.Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbin şagirdi Abdullayev murad Pərviz oğlu
Sərgiyə baxış keçirildikdən sonra rəsm və əl işləri müsabiqəsinin qalibləri idarə tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Keçidlər