Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda seminar-müşavirə

18 avqust 2017 | 16:00

18 avqust 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Masallı Rayon İcra Hakimiyyəti ilə birgə “Masallı Rayon İcra Hakimiyyəti orqanları, xidmətləri, obyektləri arasında qarşılıqlı fəaliyyətin təşkilinə nəzarət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda seminar-müşavirə keçirmişdir.
Seminarın işində Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin, Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının məsul əməkdaşları, yerli icravəözünüidarəetmə orqanlarının nümayəndələri, rayonun enerji, qaz,telekommunikasiya və su təchizatı üzrə xidmətlərinin rəisləri, meşəmmühafizəsi və bərpası müəssisəsinin, polis və təhsil şöbələrinin rəsmi nümayəndələri iştirak etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tədbiri açıq elan edərək bildirmişdir ki, tədbirin keçirilməsində əsas məqsəd ehtimal olunan fövqəladə halların qarşısının alınması, eləcə də baş verə biləcək fövqəladə halların nəticələrinin aradanqaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüi darəetmə orqanlarıilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülənişlər, problemlər və onların həlliyollarının müzakirə olunmasından ibarətdir.
Tədbir zamanı dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə ayrılması nəzərdə tutulan torpaq sahələrinin məqsədli təyinatı, aşma təhlükəsi olanları gövdəli ağacların təhlükəli olması, avtomobil və dəmiryollarının, hidrotexniki qurğuların, yanacaq və maye-qaz doldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qazx ətlərinin mühafizə zonalarında müxtəlif təyinatlı tikililərin mövcud olması, meşə ərazilərinin yanğından mühafizəsinin vacibliyi, kollektiv mühafizə qurğularının hazırki vəziyyəti, torpaqsürüşməsi aktiv olanərazilər barədə tədbiri ştirakçılarına geniş məlumat verilmişdir.
Sondatədbiriştirakçılarınınkeçirilən seminar-müşavirə ilə bağlı təklifləri dinlənilmiş, çıxışlarda irəli sürülən müddəaların təhlili aparılmış, qeyd olunan məsələlərin həllii stiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması məqsədilə müvafiqt övsiyələr verilmişdir.

Keçidlər