Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Prezident təqaüdçüsü Şirvan Əbilovun 85 illik yubileyi qeyd olunub

08 sentyabr 2017 | 16:00

08 sentyabr 2017-ci il tarıxdə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident təqaüdçüsü Şirvan Rəşid oğlu Əbilovun 85 illiyi qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Şirvan Əbilovun əmək və fəaliyyətinə həsr olunmuş videoçarxa baxıblar.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev yubilyarın əmək və fəaliyyətindən danışıb. S.Əliyev onun ömür yoluna səyatə edib. Göstərib ki, 1932-ci ildə Mahmudavar kəndində anadan olub, orta məktəbi Boradigahda bitiirib. İndiki Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə çalışıb. Sonralar Masallı və Cəlilabad rayonlarında polis orqanlarında fəaliyyət göstərib. Rayonun Füzuli adına sovxozda direktor işləyib. Harda çalışıbsa, orda nüfuz qazanıb. 90-cı illərin əvvəllərində ölkədə yaranan özbaşınalığı, xaosu görüb Naxçıvana-Azərbaycanın ümummmilli lideri Heydər Əliyevlə görüşməyi qərara alıb.  Ulu öndər Yeni Azərbaycan Partiyasının təsis konfransında cənubdan gəlmiş Şirvan Əbilovun çıxışını bəyənmiş və onu partiyanın siyasi şurasına üzv yazılmasını şəxsən təklif edib. O rayona qayıdaraq cənub bölgəsində, Masallı rayonunda, doğulduğu Mahmudavar kəndində YAP-ın ilk təşkilatını yaratmağa nail olub. İndi YAP-ın Masallı Təşkilatı ölkənin ən qabaqcıl təkilatlarından biridir. Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev partiya veteranının ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətindən söz salaraq bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şirvan Rəşid oğlu Əbilovun təltif edilməsi haqqında 23 avqust 2017-ci il tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Şirvan Rəşid oğlu Əbilov “Tərəqqi” medalı ilə təltif edilib. Ş.Əbilov 2007-ci ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, nüfuzlu ziyalı, təcrübəli təşkilatçı, Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təçkilatının yaradıcısı, cənub bölgəsinin tanınmış ictimai xadimi, Prezident təqaüdçüsü Şirvan Əbilovun ömür yolu gənclərimiz üçün əsl örnəkdir. O, ləyaqətli, təkrarsız bir ömür yaşayıb, eli, yurdu üçün çalışışan fədakar insandır.
Yubiley tədbirində çıxış edən "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, Azərbaycan Dövlət Pedaqoyi Universitetinin dosenti Şahrza Ağayev, Mahmudavar dini icmasının sədri Vəkil Babayev, Əməkdar müəllim Musarza Mirzəyev, rayon ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, MƏSQ VT rayon təşkilatının sədri Məmmədağa Şiriyev, dövlət qulluğu veteranı, respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü İmran Əbilov və başqaları Şirvan Əbilovun respublikanın və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətindən, onun Vətənə, dövlətə, ulu öndərə, ölkə rəhbərinə sədaqətindən danışıblar.
Yubiley tədbirində Prezident təaqüdçüsü Ş.Əbilova Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Şirvan Əbilova həsr olunmuş şeirlər söylənilib.
Tədbirdə çıxış edən Prezident təaqüdçüsü Ş.Əbilov ona göstərilən qayğıya görə ölkə Prezidentinə, rayon rəhbərinə minnətdarlıq bildirib.
Tədbir Masallı incəsənət ustalarının iştirakı ilə keçirilən konsertlə başa çatıb.

Keçidlər