Şriftin ölçüsü :

Saytın rəngi :

Yeyənkənddə səyyar-qəbul

13 sentyabr 2017 | 16:00

13 sentyabr 2017-ci il tarixdə Yeyənkənd kəndi ərazisində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu keçirilmişdir.

Yeyənkənd, Abbasbəyli və Xəlfələr kəndlərini əhatə edən ərazidə əhalinin sayı 3345 nəfər, təsərrüfatın sayı 903-dür. Ümumi torpaq sahəsi 610, əkinə yararlı ray torpaqları 204, 36 hektardır. Ərazidə 1 tam orta məktəb,1 həkim, 1 tibb məntəqəsi, EATS, poçt və klub fəaliyyət göstərir.
Şəhid Ərzuman İsmayılov adına Yeyənkənd kənd tam orta məktəbində təşkil olunan görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq sakinləri salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir.
RİH başçısı rayonda kənd təsərrüfatının bütün sahələri, o cümlədən əhaliinin sosial inkişafı, tərəvəzçilik, tütünçülük və çiyələkçilikdən istifadə ilə əlaqədar fikirlərini söyləmişdir. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır.
Ərazi sakinlərindən ağsaqqal Məhərrəməli Teymurov, Fəxrəddin Fərəcov, Əlihüseyn Əliyev, Zülfüqar Hacıyev, Sərxoş Şirəliyev və başqaları çıxış edərək son vaxtlar rayonda və Yeyənkənd ərazisində görülmüş işləri təqdir edib, kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq bildirmişlər. Kəndin daxili yollarının təmir olunması, işıq və qazın verilişində olan nöqsanların aradan qaldırılmasından danışıb, həmçinin şikayət və təkliflərini səsləndirmişlər.
Rayon rəhbəri verilən təkliflərin nəzərə alınacağını qeyd edib, aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verdi.
Tədbiri yekunlaşdıran RİH başçısı Rafil Hüseynov demişdir:
- Bu gün sizə ən vacib tövsiyəm budur ki, balalarınızın təhsili ilə maraqlanasınız. Rayonumuzda turizm mərkəzi açılır. Buraya ixtisaslı kadrlar lazımdır. Belə kadrlar isə rayonumuzdakı dövlət regional kollecində hazırlanır. Odur ki, ingilis dilini və kompüteri yaxşı öyrənmək vacibdir ki, turizm obyektlərində işlə təmin olunsunlar.
İkinci tövsiyəm isə erkən nikahlarla bağlıdır. Bu sahədə irəliləyiş olsa da problem hələ həllini tapmayıb. Xüsusilə qızların təhsilinə önəm verilməlidir. Erkən nikahlar cinayətdir, cəmiyyətimiz, genefondumuz korlanır. Buna hamı cavahdehdir.
Rayon rəhbəri görüş iştirakçılarının diqqətini kənddə təsərrüfatın dirçəldilməsi üçün yeni sərfəli sahələrin tətbiqi ilə əlaqədar tövsiyələr vermişdir

Keçidlər