Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Bilik günü” qeyd edildi

15 sentyabr 2017 | 16:00

15 Sentyabr – "Bilik Günü" münasibəti ilə rayonun bütün ümumtəhsil ocaqlarında tədbirlər keçirildi. Kolatan kənd tam orta məktəbində təşkil olunmuş "Bilik Günü" tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, valideynlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan təqaüddə olan müəllim Xanhüseyn Musayev məktəb haqqında ətraflı məlumat verdi. Bildirdi ki, məhz ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə olan diqqət və qayğısının nəticəsidir ki, bu gün müəllimlər və şagirdlər Kolatanda ən müasir tələblərə cavab verən məktəbdə fəaliyyət göstərir. Xanhüseyn Musayev məktəbin nəticələri barədə məlumat verdikdən sonra kollektiv adından qonaqları əmin etdi ki, əvvəlki ənənələrə sadiq qalaraq məktəb bundan sonra da bütün qüvvəsi cəmiyyətimiz üçün əsl vətənpərvər və savadlı kadrlar yetişdirməyə sərf edəcəkdir.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov çıxış edərək bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri tədris ilinin başlanması və "Bilik Günü" münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.Cənab Rafil Hüseynov bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət rayonumuzda da müsbət nəticələrini verir. Təhsil ocaqlarının maddi-texniki bazası hər il yenilənir, informasiya kommunikasiya texnologiyaları ilə təminat yaxşılaşdırılır.Görülən bu işlər müəllimlərimizin rahat və gözəl binalarda işləmələrinə, şagirdlərimizin isə gözəl məktəblərdə dərs keçmələrinə yaradılan şəraitdir. Məhz bu qayğının məntiqi nəticəsi olaraq hər bir müəllim üzərinə düşən vəzifələri layiqincə icra etməli, hər bir şagird elmə, təhsilə mükəmməl yiyələnməlidir.
Şagirdlər həyata hərtərəfli yetkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmalıdır.Bu sahədə müəllimlərimizin üzərinə böyük yük düşür.
Sonda yeni tədris ilinin başlandığını bildirən ilk zəng çalındı.

Keçidlər