Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Çaxırlı kəndi: İdeoloji işin və uğurlu siyasətin təbliği

22 sentyabr 2017 | 16:00

    Masallı rayonunda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar tədbirlər davam edir.

    22 sentyabr 2017-ci il tarixdə mühazirəçilər qrupunun növbəti görüşü Çaxırlı kənd klubunda keçirilmişdir. İctimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açıq elan etmiş, mövzu barədə açıqlama vermişdir.
   MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti”, "Yeni həyat" qəzetinin baş redaktor müavini Rəsul Rzayev "Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafına dair respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələr barədə", Masallı Rayon Tarıx-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva "Ölkədə həyata keçirilən qadın siyasəti və onun uğurlu nəticələri", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Kamil Bağırov “Radikalizm və ekstemizm" mövzularında mühazirələr oxumuşlar.
    Tədbiri RİH başçısının müavini Aybəniz Qafarova yekunlaşdırmışdır.

Keçidlər