Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn rinq ” intellektual bilik yarışı

22 sentyabr 2017 | 16:00

22 sentyabr 2017-ci il tarixdə “ASAN həyat” kompleksində yerləşən “ASAN İntellektual” inkişaf mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə  təşkilatçılığı ilə  yeniyetmələr arasında “Breyn rinq ” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir

       Tədbirin açılış mərasimində Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, çıxış edərək iştirakçıları salamlamış və son illərdə ölkəmizdə gənclər sahəsi istiqamətində aparılan uğurlu faliyyətlərdən danışıb, gənclərin təşəbbüskarlığının həm onların liderlik keyfiyyətlərinin üzə çıxarılması, həm də cəmiyyətimizdə müxtəlif ictimai fəaliyyətlərin icra edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. İcra olunan layihənin də əsas məqsədinin gənclərimizin təhsilə, elmə olan maağının artırması məqsədilə onların intellektual oyunlar vasitəsilə maariflənməsi olduğunu qeyd edib .
     Rəsmi hissədən sonra yarışın  əsasnaməsinə uyğun olaraq Breyn rinq  oyununa start verilib. Birinci  mərhələdə E.Əhədov adına Təzə-Alvadı kənd 1 saylı tam orta məktəbin  , Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbin,  Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbin, İ.Nağıyev adına Boradigah 2 saylı tam orta məktəbin komandaları birinci mərhələnin qalibi kimi ikinci etapa vəsiqə qazanıb.
ikinci mərhələdə də intellektual bilik səviyəsində rəqibərindən öndə olan E.Əhədov adına Təzə-Alvadı kənd 1 saylı tam orta məktəbin  komandası I yerəlayiq görlmüşdür.  ,İ.Nağıyev adına Boradigah 2 saylı tam orta məktəbin komandası II yerə,  , Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbin və   Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbin komandaları
       Qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla, mükafatlandırılmışdır

Keçidlər