Şriftin ölçüsü :

Saytın rəngi :

SƏRÇUVARDA AÇIQ TARLA SEMİNARI KEÇİRİLMİŞDİR

25 sentyabr 2017 | 16:00

25 sentyabr 2017-ci il tarixdə kənd təsərrüfatı mütəxəssisləri və Masallı rayonundan olan bir sıra torpaq mülkiyyətçilərinin iştirakı ilə Sərçuvar ərazisində açıq tarla seminarı keçirilmişdir.
Tədbiri Masallı Rayon İcra Hakimiyyəti Başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı açaraq bildirmişdir ki, görüşün əsas məqsəd i kənd təsərrüfatında bitkiçiliyin inkişaf etdirilməsində elmin son nailiyyətləri əsasında tətbiq olunan mütərəqqi texnologiyaların istehsalçılara çatdırılması, əkin sahələrinin becərilməsində gübrə və dərman preparatlarından istifadə, mütərəqqi suvarma üsullarının tətbiq edilməsi işinin yerinə yetirilməsi vəziyyətini öyrənmək dir .
Sonra “EMA” MMC-nin prezidenti Əbdülhüseyn Abdullayev, texniki şöbənin müdiri Faiq Quliyev çıxışlarında bitki mühafizəsinə aid dərmanlar, makro və mikro gübrələr, herbisitlərdən vaxtında və düzgün istifadənin əhəmiyyətindən danışmışlar.
Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Seymur Nuriyev, kənd təsərrüfatı mütəxəssisləri Niyaz Mirzəyev, Bəybala Həsənov, Nazim Alışov, Mübariz Abuşov sahibkarlara məsləhət və tövsiyələrini vermişlər.
Fermerlərin fikir və təklifləri dinlənilmiş, onları maraqlıandıran suallar cavablandırılmışdır.
Tədbirdə “EMA” MMC-nin təqdim etdiyi dərman preparatları sərgilənmiş, aqrotexniki qulluq qaydaları, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması haqqında hazırlanmış informasiya kitabçaları sahibkarlara təqdim edilmişdir .
Açıq tarla seminarını Nəsir Muxtarlı yekunlaşdırmışdır.

Keçidlər