Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Məhərrəmlik mərasimlərinin təşkili ilə bağlı tədbir

28 sentyabr 2017 | 16:00

28 sentyabr 2017-ci il tarixdə Masallı Rayon Mədəniyyət Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə şöbələrinin birgə təşkilatçılığı ilə Məhərrəmlik mərasimlərinin təşkili və Aşura günü ilə bağlı toplantı keçirilib.

Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının əməkdaşları, dini icmaların və bələdiyyələrin sədrləri, ərazi nümayəndələri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Toplantını giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Məhərrəmlik ayının başlaması ilə əlaqədar keçirilən dini mərasimlərə ciddi nəzarət edilməsinin vacibliyini vurğulayaraq, zərərli təriqət üzvlərinin, dövlətçiliyimizin əleyhinə moizələr edən radikal “dindarların” aşkarlanıb cəmiyyət tərəfindən qınanması, dini maarifləndirmənin İslam dəyərlərinə uyğun gücləndirilməsi və digər vacib məsələlərə toxunub, aidiyyəti təşkilatlara tapşırıq və tövsiyələrini verib. Rayon rəhbəri bu görüşün ölkəmizdə həm dini sahədə , həm də siyasi sahədə çox aktiv bir dövrə təsadüf etdiyindən danışaraq  bütün dindarları bu mərasimlər vaxtı diqqətli olmağa çağırıb. Sözçü diqqətə çatdırıb ki, İmam Hüseyn tərəfdarlarının haqqın, mənəviyyatın saflığı uğrunda şəhadətə yetişdiyi bu müqəddəs günlər bədbinlik əhval-ruhiyyəsinin təlqini kimi deyil, Vətən, iman və yaşam sevgisinin təcəssümü, fədakarlıq və dəyanət örnəyi kimi səciyyələndirilməli, bu istiqamətdə təbliğ olunmalıdır.
Tədbirdə QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, Dövlət Təhlükəsizlik Xidməti Masallı Rayon Şöbəsinin rəisi Fuad Əliyev, DQİDK - nin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov , din xadimi Rəşad Talıbov çıxış ediblər.
Çıxışçılar müqəddəs aylardan olan Məhərrəm ayı nın Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi ay olduğunu diqqətə çatdırmış, əzadarlıq məclislərində zəncir vurub baş yarmaq, bədənə xəsarət yetirmək əvəzinə qan vermə aksiyalarının təşkilini humanist ənənə kimi dəyərləndirmiş, dindarları moizə və xütbələrdə Vətən təəssübünü, milli və dövlət mənafelərimizi uca tutmağa səsləmişlər.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yekunlaşdırıb.

Keçidlər