Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “5 oktyabr - Müəllimlər günü” qeyd edildi

05 oktyabr 2017 | 16:00

5 oktyabr 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə müəllim əməyinə verilən yüksək qiymətdən, müəllimlərin qazandığı uğurlardan danışıblar.

Qeyd olunub ki, masallılı müəllimlər rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.

Əməkdar Müəllim, “Tərəqqi” medallı Mirqabil Hüseynov, Babaser və Təzə Alvadı kənd məktəblərində müəllim işləməyə gəlmiş Nuray Dünüyeva və Şahin Nəhmətov, Masallı Dövlət Regional Kollecinin müəllimi Dilarə Hüseynova həmkarlarına ən xoş arzularını çatdırıb, ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda müəllimlərin bir qrupuna fəxri fərmanlar verilib.

Keçidlər