Şriftin ölçüsü :

Saytın rəngi :

Murad Ocaqdurdu oğlu Nefesov

2001-ci il fevralın 9-da Masallı şəhərində anadan olub.

O, 2008-2019 cu illərdə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Murad 2019-cu ilin aprel ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində, “N” saylı hərbi hissəsində tankçı-tuşlayıcı kimi davam etdirib.

Murad Ocaqdurdu oğlu Nefesov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşanın alınması uğrunda aparılan döyüşlərdə iştirak edib.

Murad Nefesov 7 noyabr tarixində Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 9 noyabr 2020-ci il tarixdə doğulduğu Masallı şəhər qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş əsgər Murad Ocaqdurdu oğlu Nefesov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunması” medalları ilə təltif edilib.

Keçidlər