Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət - 01.01.2021

        Masallı rayonu Mədəniyyət və Turizm şöbəsi 1946-cı ildə yaranmışdır. Əvvəllər Mədəni-maarif şöbəsi, 1953-cü ildən Mədəniyyət şöbəsi, 2006-cı ildən isə Mədəniyyət və Turizm şöbəsi adlandırılmışdır.Hal hazırda 32 klub müəssisəsi, o cümlədən 1 rayon, 9 kənd mədəniyyət evi, 22 kənd klubu, 1 rayon mərkəzi kitabxana və onun 1 şəhər,2 qəsəbə və 44 kənd kitabxana filialı, XI illik incəsənət məktəbi, Heydər Əliyev Mərkəzi, Tarix diyarşünaslıq muzeyi, Rəsm qalereyası, 168 Tarix və Mədəniyyət abidələri, 33 turist obyekti fəaliyyət göstərir. Rayonun klub müəssisələrində 83 bədii özfəaliyyət  kollektivi fəaliyyət göstərir ki, bura 1976 nəfər həvəskar cəlb edilmişdir. Həmin kollektivlərdən  ikisi xalq kollektivi adını daşıyır. Bunlar rayon mədəniyyət mərkəzinin Xalq teatrı və  Mahmudavar kənd folklor evinin “Halay”  folklor xalq mahnı və rəqs kollektividir ki, bu kollektiv artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərir və dünyanın 28-dən çox ölkəsində Azərbaycanı uğurla təmsil etmişdir. Masallı rayonunda ilk kitabxana Muzdurlar komitəsinin üzvlərindən biri Abı Mirzəyev, Qulamhüseyn Məmmədov, Həsənağa Kərimovun təşəbbüsü ilə ayrı-ayrı adamlardan  toplanmış 250 nüsxə kitabı olan kitabxana kiçik bir otaqda yerləşdirilmişdir. 1978- ci ildə Rayon Mərkəziləşdirilmiş kitabxana Sistemi yaradılmışdır. Masallı rayon MKS-nin tərkibində 1 mərkəzi , 2 qəsəbə, 1 şəhər və 44 kənd kitabxana filialları fəaliyyət göstərir.


Rayonumuzda turizm
           Masallı rayonu Bakı-Astara magistral şossesinin 232 kilometrliyində yerləşir. Relyefinə və təbiətinə görə respublikanın səfalı və füsünkar güşələrindən biridir. Bir tərəfi qədim Talış dağları və meşələri ilə bir tərəfi Xəzər dənizi ilə əhatə olunmuşdur.
      Bütün bunlar  Masallıda turizm inkişafı üçün gözəl zəmin yaradır. Yüz illər bundan əvvəl ətraf və uzaq yerlərdən gələn insanlar  müalicə məqsədi ilə Masallının yerin alltından çıxan qaynar suyundan istifadə etmişlər. Turizm zonasının yaradılması üçün  əlverişli təbii şəraitə malik olan beynəlxalq standartlara cavab verən turizm inkişafı göstəricilərinə  yerli və xarici qonaqları  qəbul etmək imkanlarına malikdir.
       Bunlardan “Daşvənd” oteli Masallı rayon Ərkivan qəsəbəsində yerləşir. Otelin bütün otaqları  Avropa üslubunda təmir edilmişdir. Oteldə  konfrans-zal, restoran , bar və sauna, süni göldə qayıq sürmə və hovuz, mini zoopark, 5 yeni kotec, müasir standartlara cavab verən sadə idman qurğuları var.
      “Nağıl dünyası” rayonun Qəriblər ərazisində yerləşir. Beynəlxalq standartlara uyğun təmir olunmuş, sauna və restoranı var.
       “İsti-su” sanatoriyası  talış meşələri ərazisində Viləş çayının sahillərində yerləşir. Kükürdlü çeşmələri hesabına , tərkibinə görə sonsuzluq, dəri-zöhrəvi , yer xəstəliklərinin  müalicəsi üçün misilsiz faydası olan sanatoriyadır. Müalicəvi əhəmiyyətli vannalar ,  gəzintilər, kafe, bar , restoran, park, sadə idman qurğuları, ticarət və iaşə meydançaları var.
       Rayonumuzun dilbər guşələrindən biri Masallı-Yardımlı şossesinin  15- ci  kilometrliyində yerləşən  “Qala” istirahət mərkəzi gözəllik, zəngin təbiət, sehr, möcüzə mənasını ifadə edir.Üç il əvvəl istifadəyə verilmiş bu gözəllik istirahət mərkəzində  eyni vaxtda 60 nəfər turist istirahət edib, tam müalicə olaraq dincələ bilər. Burada istirahət köşkləri  demək olar ki, canlı muzeyi xatırladır.
       2012-ci ildə istifadəyə verilmiş rayonda yeganə ulduzlu “Viləş” otelində eyni vaxtda 80 nəfər turist istirahət edə və dincələ bilər.
Cari ildə istifadəyə verilmiş istirahət və dincəlmək üçün hər cür şəraiti olan “Karal” otelində eyni vaxtda 90 nəfər qəbul etmək imkanına malikdir.
       “Zirvə”, “Qaya”, “Beş qardaş”, “Yanar dağ”, “Turist”, “ADU Pramida” Talış meşələrində yerləşir. Bu obyektlər avropa standartlarına uyğun təmir olunmuşdur.Bu turist obyektlərində kafe, bar, hovuz, kotteclər və sadə idman qurğuları var.Ümumiyyətlə Masallımızda 33 turist-istirahət obyektləri fəaliyyət göstərir.
      Rayon mərkəzində sadə idman qurğuları Anatoli Banişevski adına futbol stadionu fəaliyyət göstərir. Rayonda turizm və idmanın inkişaf perspektivlərini nəzərə alan  möhtərəm prezident İlham Əliyev göstərişi ilə 2004-cü il müasir tipli Olimpiya kompleksinin tikintisinə başlanmış və 2007-ci ildə Masallıların istifadəsinə verilmişdir.
      Rayonumuzda boks mərkəzi, taekvando mərkəzi fəaliyyət göstərir və eyni zamanda asan xidmət mərkəzi, yeni tipli bütün şəraitə cavab verən Uşaq incəsənət məktəbi, Tarix diyarşünaslıq muzeyi tikilib istifadəyə verilmişdir.
    Trusit mərkəzlərində qonaqların mənalı istirahəti , müxtəlif idman növləri və əyləncəli proqramla məşğuliyyəti üçün hər cür şərait yaradılıb.  
Qoruqlar
Respublikanın ən böyük və ən zəngin qoruqlarından olan Qızılağac qoruğu əsasən Qızılağac körfəzi və “Pirman” adlanan sahələrdə yerləşir. Qoruqda adları “Qırmızı kitab”a düşən quşlar və vəhşi heyvanlar var. Bundan başqa dünyada ən nadir ağaclardan olan  “Qızılağac” ağacı (el arasında ona Razdar da deyilir) və “Dəmir ağac”, “Nil ağacı”, “Palıd Ağacı” bizim meşələrdə mövcuddur.
Tarixi və Memarlıq abidələri
Boradigah Cümə Məscidi (1853-1854)
Masallı tarixinin güzgüsü 1952- ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət  göstərən tarix-diyarşünaslıq muzeyidir.Muzeyin palentolgiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 7190 ədəd çox qiymətli eksponat toplanmışdır. Rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan,Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Banbaşı, Çaxırlı, Ərəb,Qızılağac, Qəriblər, Öncəqala,Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilmişdir. Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanmışdır. Bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur.
        Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar məskənidir.Bunlardan 51-ci tarix və memarlıq, 70- ci arxeoloji, qalanları isə XX əsr abidələridir.
XIV əsrə aid Hişkədərə kəndində Nəzirə Xanım türbəsi.
III-IX əsrlərə aid Mahmudavar kəndində türk yaşayış yeri arxeoloji abidə.
IX-X əsrlərə aid “Ərkivan qalası”.
Orta əsrlərə aid Qarğalıq ərazisində Şəhriyar yaşayış yeri.
XIX əsrə aid  Masallı şəhər cümə məscidi.
XIX əsrə aid Boradigah məscidi.
XIX əsrə aid Qızılavar məscidi.
XIX əsrə aid Masallı şəhərində hamam.
XIX əsrə aid Güllütəpə kəndində Əmir türbəsi.
XIX əsrə aid Sığdaş kəndində Mürsəli ocağı.
XIX əsrə aid Mahmudavar kəndində Baba Seyidağa türbəsi.
XIX əsrə aid Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində
daş-qoç fiquru.

Tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları.
Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları.
XXI əsrə dair Ərkivan kəndində Mir Seyid Sadiq Ağa məqbərəsi.
Hişkədərə kəndində  iyirmi minə yaxın eksponat olan Tarix Diyarşünaslıq Muzeyi.
Orta əsrlərə dair Ninalov kəndində Səhhət qalası.
XX əsrə dair Ərkivan kəndində Şahsəfi bulağı.
XIX əsrə aid Şərəfə məscidi və hamamı.
Tunc dövrünə aid Şərəfə kurqanı.

Keçidlər