Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

Nəqliyyat

- Rayon ərazisindən keçən ölkə əhəmiyyətli avtomobil yollarının və kəndlərarası yolların əsaslı təmiri və asfaltlaşdırılması ilə əlaqədar rayondaxili  yerli əhəmiyyətli avtomobil yollarının 35 km-əsaslı təmir olunmuş, Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində   əsaslı təmir işləri aparılmamışdır.
- Masallı şəhərində şəhərdaxili yolların əsaslı təmiri və asfaltlaşdırılması  işləri həyata keçirilmişdir.
Rayon ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında təmizlik, ağartma, yaşıllaşdırma zolaqlarının salınması, yol kənarında yerləşən obyektlərin müasir tələblərə uyğun rekonstruksiyası və bəzi reklam lövhələrinin yeniləşdirilməsi işləri həyata keçirilmişdir. Hazırda bu işlər davam etdirilir.
 

Elektrik
-Rayonun elektrik təchizatı sistemində yenidənqurma işlərinin aparılması ilə bağlı  Masallı şəhərinin elektrik xətt təsərrüfatı yenidən qurulmuş, hal hazırda qəsəbə və kəndlərdə bu işlərin görülməsi planlaşdırılır.
Hazırda rayonun bütün əraziləri fasiləsiz 24 saat elektrik enerjisi ilə təmin olunur. Elektrik enerjisindən istifadə edən əhali abonentlərin sayı 46320 olmaqla  bütün abonentlər sayğacla təmin olunmuşdur. Masallı şəhər ərazisində bütün xətlər SİP kabelləşdirilmiş və xətt təsərrüfatı yenidən qurulmuşdur. Hazırda Masallı və ətraf rayonları qidalandıran 220/110 kV-luq, 110/35/10 kV-luq Masallı yarımstansiyalarında yenidənqurma işləri davam etdirilir. 2019-cu il ərzində Masallı şəhərində, qəsəbə və kəndlərdə  müxtəlif güclü transformatorlar quraşdırılmışdır. Masallı şəhəri daxil olmaqla 24 yaşayış məntəqəsi SİP kabelləşmişdir.Hazırda Ərkivan qəsəbəində SİP kabelləşmə işləri aparılır.
 

Qaz təchizatı
-Masallı şəhərinin və rayonun digər yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması bərpası və qazlaşdırılması sahəsində  işlər vaxtında icra olunur. Beləki rayonun 103 yaşayış məntəqəsindən 12 yaşayış məntəqəsi qazla təmin olunmamışdır. Ümumilikdə rayonun 96 faiz yaşayış məntəqəsi qazla təmin olunmuşdur. Hal-hazırda rayonun Xoşçobanlı kəndində sayğaclaşma işləri aparılır.
 

Rabitə
-Rayonun ATS şəbəkələrinin tam elektronlaşdırılması başa çatdırılmış hazırda kənd ATS-ni Mərkəzlə birləşdirən KSPP tipli kabellər FO (fiber optik ) kabellərlə  əvəz olunur.

Su kanalizasiya
  -Masallı şəhərinin su  təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir. Sifarişçi “ Meliorasiya və Su təsərrüfatı” ASC 
  -Rayonun 42 kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə bu kəndlərə yeni su xətlərinin çəkilişi  ilə bağlı  “Azərsu”ASC tərəfindən layihələndirmə işlərinə  başlanılmış və artıq 20 km-ə yaxın xətt çəkilməsi işləri yekunlaşdırılmışdır.
  

Səhiyyə
-Rayonun səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz edilməsi və yenilərinin tikintisi ilə bağlı rayonun daxili imkanları hesabına müəyyən işlər görülmüşdür. Hazırda Rayon Mərkəzi Xəstəxanasında təmir işləri davam etdirilir, Boradigah qəsəbə sahə xəstəxanası və Kalinovka kənd sahə xəstəxanası 2015-ci ildən vətəndaşların istifadəsindədir.

Təhsil
-Rayonda məktəblərin əsaslı təmiri, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikintisi davam edir. Belə ki, 2009-cu ildə 4 yeni məktəb, 2010-cu ildə 2 yeni məktəb, 2011-ci ildə Uşaq Gənclər Şahmat məktəbi və 2 yeni məktəb, 2012-ci ildə 6, 2013-cü ildə 4 yeni məktəb  tikilib istifadəyə verilmişdir. 2014-cü ildə 3 məktəb binası əsaslı təmir olunmuş, 1 məktəb tikilib istifadəyə verilmiş, 1 məktəbin dam örtüyü dəyişdirilmişdir. 2015-ci ildə 1 məktəb üçün 5 əlavə sinif otağı tikilmiş,  1 məktəbin dam örtüyü dəyişdirilmişdir  Hazırda 4 məktəb binasının tikintisi davam edir.

Keçidlər