Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

Masallı Təhsili haqqında

6.1 Məktəbəqədər təhsil müəssisələri (ilin əvvəlinə)

 

 

2020

2021

2022

2023

2024

 

Məktəbəqədər təhsil müəssisələrinin sayı - cəmi

19

19

19

19

19

       

        o cümlədən:

   

    şəhər yerləri

7

7

7

7

7

   

    kənd yerləri

12

12

12

12

12

 

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sayı - cəmi, nəfər

1099

1100

1100

1064

1041

       

        o cümlədən:

   

    şəhər yerləri

450

450

450

425

423

   

    kənd yerləri

649

650

650

639

618

 

Məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı - cəmi

1400

1540

1540

1540

1540

       

        o cümlədən:

   

    şəhər yerləri

430

570

570

570

570

   

    kənd yerləri

970

970

970

970

970

 

6.2 Əyani ümumitəhsil müəssisələri (tədris ilinin əvvəlinə)

 

 

2020

2021

2022

2023

2024

Əyani ümumitəhsil müəssisələrinin sayı - cəmi

95

95

95

95

95

       

        o cümlədən:

     ibtidai

3

3

3

3

3

 

 

 

 

 

 

     ümumi orta

26

26

26

26

26

 

 

 

 

 

 

     tam orta

66

66

66

66

66

 

sağlamlıq imkanları mәhdud uşaqlar üçün xüsusi mәktәblәr vә internat mәktәblәri

-

-

-

-

 

 

 

 

 

6.1 Məktəbəqədər təhsil müəssisələri (ilin əvvəlinə)

ardı...

 

2020

2021

2022

2023

2024

 

Təhsilalanların sayı - cəmi

30847

30899

30852

30421

29307

        o cümlədən:

ibtidai məktəblərdə

70

71

68

67

66

 

 

 

 

 

 

ümumi orta məktəblərdə

3820

3803

3703

3631

3451

 

 

 

 

 

 

     tam orta məktəblərdə

26937

27025

27081

26723

25790

 

sağlamlıq imkanları mәhdud uşaqlar üçün xüsusi mәktәblәr, internat mәktәblәrindә vә siniflәrdә

20

-

-

-

-

 

Müəllimlərin sayı (əsas heyət), nəfər

2611

2543

2499

2462

2388

 

 

 

 

 

 

 

6.3  Peşə təhsili müəssisələri (ilin əvvəlinə)

 

 

2020

2021

2022

2023

2024

 

Peşə təhsili müəssisələrinin sayı

1

1

1

1

1

 

onlarda təhsil alanların sayı, nəfər

96

78

52

98

107

 

6.4  Orta ixtisas təhsili müəssisələri (tədris ilin əvvəlinə)

 

 

2020

2021

2022

2023

2024

 

Orta ixtisas təhsili müəssisələrinin sayı

1

1

1

1

1

 

onlarda tələbələrin sayı, nəfər

402

520

649

801

838

Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir. 
VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi. 
Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki,  orta təhsillə yanaşı, geniş ərazidə tanınmış ali təhsil müəssisələrinin də fəaliyyət göstərdiyi xəbər verilir. 
Təbrizdə "Rəbi-Rəşidi” darülfününü Yaxın və Orta Şərqin ən böyük təhsil ocağı idi. Bu ali məktəbdə 7 min tələbə təhsil alırdı. Burada Çin, Hindistan, Misir və Suriyadan dəvət olunmuş 500 nəfər alim tədris işilə yanaşı, həm də əhalinin müalicəsilə məşğul olurdu . 
   Dünyavi  təhsil  verən  məktəblərin açılmasına  qədər  Masallıda da  mollaxana  və mədrəsə  tipli  təhsil ocaqları fəaliyyət göstərməkdə idi. Şagirdlərə  Quran oxumaq və ana dilinin əlifbası öyrədilirdi. Mollaxanalarda təhsil müddəti 5-7 il, mədrəsələrdə isə 10-15 il sürürdü.Mədrəsələr şəxsi adamlara məxsus idilər. 
XX əsrə  qədər Masallıda və kəndlərində orta molla təhsili verən  25 mədrəsə fəaliyyət göstərmişdir.
    Lakin zamanın tələbinə uyğun olaraq qabaqcıl və daha mütərəqqi təhsilə böyük ehtiyac duyulurdu. 
Bölgədə ilk  məktəblər çar Rusiyasının Azərbaycanı işğal etməsindən sonra  təşkil edilməkdə idi. 
1829-cu ildə təqdim olunan təhsil nizamnaməsi bu vacib məsələni bir qədər də tezləşdirdi. 
1830-cu ildə  Şuşa, Naxçıvan, Ordubad, Şamaxı, Bakı, Quba, Lənkəran və digər qəza məktəbləri yarandı və fəaliyyətə başladı.
Bu ikisinifli məktəblərdə 
şəriət, qiraət, hüsnxət, hesab, rus və Azərbaycan dili tədris edilirdi.
Müasir Masallı ərazisində  ilk məktəb 1860-cı ildə  Nikolayevka (Kalinovka-indi Viləşkənd) kəndində məskunlaşmış rusların təşəbbüsü ilə  açılmışdı.
Bu  məktəbdə  rus  dilli  kənd sakinlərin övladları  ilə yanaşı qonşu  kəndlərdən gələn azərbaycanlı  uşaqlar da təhsil alırdılar. Lakin  azərbaycanlı  uşaqlar azlıq təşkıl edirdilər.
    Bunun davamı olaraq  çar hökuməti  1864-cü il iyunun 14-də “İbtidai xalq məktəbləri haqqında əsasnamə”ni imzaladı. 
Əsasnamənin imzalanmasından sonra Lənkəran qəzasına daxıl olan 58 kənddən 10-da, o cümlədən də 
Masallı, Qlzılağac, Mahmudlu və b.ibtidai xalq məktəbləri açıldı.
Bu məktəblər rəsmi statuslu deyildilər.
1885-ci ildə Qızılağacda  da belə məktəb təşkil edildı.
Məktəbin rəsmi şəkildə fəaliyyət göstərməsini təmin etmək məqsədilə 1895-ci ilin oktyabrın 20-də Qızılağac,
Yeddioymaq, Hüseyinhacılı və  digər qonşu kəndlərin ziyalıları  və ağsaqqalları  Qızılağac kəndində yığıncaq keçirdilər. 
Ərkivan starşinası və 450 nəfər yığıncaq iştirakçısının  imzaladığı sənəddə məktəbin fəaliyyətini genişləndirmək məqsədilə kənd camaatından ildə 350 rubl  pul vəsaitinin toplanmas da nəzərdə tutulurdu. 
Nəhayət, 1896-cı ilin fevralın 17-də  Rusiya hökumətinin sərəncamı ilə  Qızılağac  məktəbinin  rəsmi  statusda  fəaliyyətinə  icazə verilir. 
Dövrünün  görkəmli  ziyalısı  Mahmud  bəy Mahmudbəyov isə məktəbin direktoru təyin edilir.
Məktəb 38 nəfərlə  tədrisə başlamışdır. 1897-ci il 28 oktyabrda   40 şagirdi olan Masallı  və 8 dekabrda isə 16 şagirdi olan Mahmudlu  kəndlərində məktəb açılmışdır.
Səməd bəy Acalov maarif nazirinin əmrinə müvafiq olaraq  Mahmudlu  məktəbinin müdiri təyin olunmuşdur. Qeyd edək ki, hazırda  Masallı rayonunda Mahmudlu adında kənd yoxdur. Tədqiqatçıların bəziləri Mahmudlu  kəndinin  Xırmandalı kəndinin yaxınlığında yerləşdiyinı, bəziləri isə Eminlı kəndinin vaxtı ilə belə adlandırıldığını   bildirirlər.   
   1917-ci ildə  rayonun Boradigah kəndində (1966-cı ildən qəsəbədir), 
1920-ci ildə  Ərkivan kəndində  ( 2007-ci ildən qəsəbədir), 
1921-ci ildə Şərəfə, 
1923-ci ildə Xırmandalı, 
1926-cı ildə Bədəlan, 
1928-ci ildə Mahmudavar, 
1929- cu ildə Hişkədərə, 
1930 -cu ildə Türkoba və digər kəndlərdə  də  məktəblər açılmışdır.        
    Masallı rayonunun tarix və mədəniyyət abidələri sırasında iki məktəb binası da vardır. 
Bunlar Qızılağac kəndindəki XIX əsrə aid olan “orta məktəb binası” (inv: 4852) və “Rus orta məktəbin binası”dır (inv: 4853).
    Bu gün ölkə iqtisadiyyatının inkişaf tempinə uyğun olaraq dövlətimizin təhsilə yüksək qayğısı, Masallı təhsilinə də öz təsirini göstərməkdədir.

Keçidlər