Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı ölkə mətbuatında

15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜ

Milli Qurtuluşumuzun zəfər yürüşü

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Həmin dövrdə Azərbaycan ərazilərinin davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.
1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı getdikcə daha kəskin xarakter alırdı. Bu dövrdə hakimiyyətdə olan qüvvələr  öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün təhlükə yaratdılar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən, xalq özü saldı".
1993-cü ildə xalqın xahiş və tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. 1993-cü ildə "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir.
15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil olmuşdur. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirmişdir. 15 iyun - Qurtuluş günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".
Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəylik yaradılması istiqamətində ardıcıl addımlar atılmışdır. Dünyanın müxtəlif qitələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə əlaqələrini gücləndirmək, onların dil, əqidə və əməl birliyini möhkəmləndirmək məqsədilə Bakıda Dünya azərbaycanlılarının qurultayları keçirilmişdir.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Milli Qurtuluş gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.
“...Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. Əslində, o, yeni güclə,yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi uğursuz siyasətçilər. Ona zaman da qalib gələ bilmədi.
Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq o, ürəyimizdə yaşayır, qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları yaşayır, onun siyasəti yaşayır və əbədi yaşayacaqdır"!  Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi bu fikirlər zaman keçdikcə öz əhəmiyyətini saxlayacaqdır...
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma vətənə xidmət nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırmışdır. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.

Kamal Təhməzov
Masallı rayon Xırmandalı kənd Xıdır Məmmədov adına tam orta məktəbin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü


“Iki sahil” qəzeti,
12 iyun 2020-ci il

_______________________________________________________

Masallı təhsilinin uğurları

Təhsil sahəsinin inkişaf etdirilməsi, dünya standartlarına cavab verən təhsil sisteminin tətbiqi, ölkəmiz üçün savadlı kadrların və layiqli vətəndaşların yetişdirilməsi qarşıda duran əsas vəzifədir. Buna görə də təhsil sahəsi ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olmuş, təhsilə diqqət və qayğı ildən-ilə artırılmışdır. Bu qayğının nəticəsi olaraq hər il məktəb infrastrukturu yenilənir, yeni məktəb binaları tikilərək müəllim və şagirdlərin istifadəsinə verilir.

Sevindirici haldır ki, cari tədris ilində Masallıda üç yeni məktəb binası istifadəyə verilmişdir. Göyəçöl kəndində 264 yerlik tam orta məktəb tikilmiş, Şixlar kəndinə 56 yerlik, Bala Təklə kəndində 96 yerlik modul tipli məktəblər quraşdırılmışdır. Məktəblər yeni avadanlıq və dərs ləvazimatları ilə təmin edilmişdir. Bu qayğı bizi hədsiz sevindirir, eyni zamanda məsuliyyət hissimizi daha da artırır. Rayon məktəblərinin pedaqoji kollektivləri göstərilən diqqətdən ruhlanaraq, böyüyən nəslə daha yüksək keyfiyyətli təhsil verməyə çalışırlar. Bunun nəticəsində ötən tədris ilində rayonumuzun təhsil ailəsi bir sıra uğurlara imza atmışdır.
Səmərəli metodların tətbiqi məqsədilə ümumtəhsil məktəb müəllimlərinin iştirakı ilə pedaqoji mühazirələr keçirilmiş, RTŞ-nin təşkilat komitəsi tərəfindən dinləmələr olmuş, çəkilişlər aparılmış və elektron informasiya daşıyıcılarına köçürülmüşdür. Nəticə müsbət olmuşdur. Bədəlan kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhbubə Şahbazova tərifnamə almış, şəhər 3 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi Füzuli Nuriyevin «Pedaqoji mühazirələr»i mükafata layiq yerlər tutmuşlar. Mololon kənd tam orta məktəbinin direktoru Ağamməd Şənmədov isə respublika «Pedaqoji mühazirələr»inin nəticələrinə görə Təhsil Nazirliyinin birinci dərəcəlı diplomu ilə təltif olunub.
Daha bir gözəl ənənə Masallı şəhər Heydər Əliyev Mərkəzində ayrı-ayrı məktəb şagirdlərinin iştirakı ilə tarix dərslərinin təşkilidir. Növbəti dəfə bu yaxınlarda şəhər 3 nömrəli tam orta məktəbinin 8-ci sinif şagirdləri üçün keçirilən tarix dərsi uşaqlarda ümummilli liderin örnək həyat və fəaliyyətinə böyük maraq doğurmuşdur. Onlar unudulmaz dahi şəxsiyyətin Masallıya səfərləri haqqında da geniş məlumatlar əldə etmişlər.
Təhsil sistemində mühüm önəm daşıyan məsələlərdən biri istedadlı şagirdlərin aşkar edilməsi, onların inkişafına diqqət və qayğının artırılmasıdır. Bu məqsədlə RTŞ-də xüsusi məlumat bankı yaradılmış, istedadlı şagirdlərin təlim-tərbiyəsinə ciddi diqqət yetirilməsi ilə bağlı məktəb rəhbərlərinə tapşırıqlar verilmişdir.
Ötən tədris ilində respublika fənn olimpiadalarının final mərhələsində S. Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbinin X sinif şagirdi Toğrul Səfərli coğrafiya fənni üzrə 1-ci yerə, Sığdaş kənd tam orta məktəbinin XI sinif şagirdi Şəhla Sadıxova Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 3-cü yerə layiq görülmüşlər. Həmçinin, Şəhla Sadıxova XI sinfin buraxılış imtahanlarında yüksək nəticə göstərdiyinə görə qızıl medalla təltif olunmuşdur.
Bundan başqa, fevral ayında Azərbaycan Dillər Universitetinin dəstəyi ilə keçirilən Azərbaycanın Milli Qəhrəmanı Mübariz ibrahimovun xatirəsinə həsr olunmuş inşa yazı müsabiqəsində Ərkivan qəsəbə C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Jalə Məmmədli 2-ci yerin sahibi olmuşdur. Mart ayında Lənkəran Dövlət Universitetinin təşkilatçılığı ilə fizika, riyaziyyat, kimya, biologiya və informatka fənləri üzrə keşirilən fənn olimpiadalarında Qızılağac kənd 1 nömrəli tam orta məktəbinin X sinif şagirdi Toğrul Səfərli 1-ci yerə, Bambaşı kənd tam orta məktəbinin XI sinif şagirdi Fərid Rufullayev və Şərəfə kənd tam orta məktəbinin XI sinif şagirdi Surə Seyfullayeva isə 2-ci yerə layiq görülmüşlər. Respublika Uşaq Yaradıcılıq Festivalının iyun ayında keçirilən final mərhələsində Dəmirçi kənd ümumi orta məktəbinin IX sinif şagirdlərindən ibarət komandası dram müsabiqəsi üzrə 2-ci yerə layiq görülmüşdur.
Ulu öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi uğurla keçirilmiş, Yolağac kənd tam orta məktəbinin XI sinif şagirdi İlkanə Sovziyeva mərhələnin qalibi olmuşdur. O, müsabiqənin respublika mərhələsində 2-ci yerə layiq görülmüş və diplomla mükafatlandırılmışdır. “Ədəbiyyat biliciləri” Respublika müsabiqəsinin rayon turu ümumtəhsil məktəblərimizi tam əhatə etmiş, bu müsabiqədə ən istedadlı şagirdlərin iştirakı təmin edilmişdir. Müsabiqənin respublika mərhələsinə 3 şagird vəsiqə qazanmışdır.
Ötən tədris ilinin XI siniflər üzrə buraxılış imtahanlarında şəhər 4 nömrəli Digah tam orta məktəbinin şagirdi Şəhriyar Səmədov respublika üzrə 300 mümkün balı toplayan 2 şagirddən biri olmuşdur. AFFA-nın VII sinif şagirdləri arasında təşkil etdiyi “Coca-Cola” məktəbli kubokunun respublika final mərhələsində şəhər 4 nömrəli Digah tam orta məktəbinin komandası 1-ci yerə layiq görülmüşdür.
Aprel ayında Bakı şəhərindəki “Sərhədçi” İdman Kompleksində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş cudo növü üzrə azyaşlılar arasında respublika birinciliyində Təzə Alvadı kənd 2 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Nərmin Babayeva 2-ci yerə layiq görülmüşdür. Respublika XI Rus dili olimpiadasında Şatıroba kənd tam orta məktəbinin VIII sinif şagirdi Səbinə Cəfərova 1-ci yerə, Yeddioymaq 1 saylı tam orta məktəbinin VIII sinif şagirdi Dilbər Quliyeva 2-ci yerə, şəhər 4 saylı tam orta məktəbinin VIII sinif şagirdi Firuzə Nazarlı isə 3-cü yerə layiq görülmüşlər.
“Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə III qrant müsabiqəsində ümumtəhsil kateqoriyası üzrə Banbaşı kənd tam orta məktəbi, fərdi kateqoriyalar üzrə Çayqıraq kənd ümumi orta məktəbinin İnformatika müəllimi Rabil Abdinov, Mollahəsənli kənd tam orta məktəbinin ingilis dili müəllimi Cavad Cəfərəv, şəhər 1 saylı tam orta məktəbinin riyaziyyat müəllimi Araz Şahverdiyev və Bədəlan kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhbubə Şahbazova qalib gəlmişlər.
Mahmudavar tam orta məktəbinin şagirdi Aytac Qafarova IX siniflər üzrə buraxılış imtahanlarının 2-ci mərhələsində 90 sualın hamısına 100 faiz düzgün cavab vermişdir. IX-XI sinif buraxılış imtahan nəticələrinə görə reytinq cədvəlində rayonumuz 8 pillə irəliləmişdir. Nəhayət, onu da vurğulayım ki, keçən tədris ilində rayon təhsil şöbələrinin hesabatlarının nəticələrinə görə Masallı RTŞ-in işi respublikanın ən yaxşı 12 rayonu sırasına daxil edilmişdir.
Biz bu tədris ilində də işimizi günün tələbləri səviyyəsində qurmuşuq. Oktyabr ayında Masallı rayon Gənclər və İdman İdarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə XI sinif şagirdləri arasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib. İki gün davam edən müsabiqənin nəticələrinə görə, Bədəlan kənd tam orta məktəbinin şagirdi Dünya Cəfərzadə 1-ci yerə, Bala Kolatan kənd tam orta məktəbinin şagirdi Aynur Ağayeva 2-ci yerə, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin şagirdi İqrar Feyzullayev 3-cü yerə layiq görülmüşlər.
Orta məktəblərdə peşə təmayüllü siniflərin yaradılması da gündəmdədir. Bu yaxınlarda Təhsil Nazirliyinin şöbə müdiri,Təhsil Problemləri İnstitutunun direktor əvəzi Emin Əmrullayev rayonumuzda olarkən bildirdi ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan bu siniflərin yaradılmasından məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə nazirlik tərəfindən təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil ediləcək.
Müəllim Günü münasibətilə istər rayon rəhbərliyi, istərsə də YAP Masallı rayon təşkilatı və Ağsaqqallar şurası tərəfindən tədbirlərin keçirilməsi bizim zəhmətimizə yüksək dəyər verilməsinə misaldır.
Təhsilin inkişafı üçün səylərimizi bundan sonra da əsirgəməyəcəyik.

 

Tariyel Əkbərov,
Masallı RTŞ-in müdiri

"Xalq qəzeti", 2 noyabr 2019-cu il.

_________________________________________________________________

Çəltikçiliyin inkişafı idxaldan asılılığı aradan qaldırmağa imkan verəcək

Son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı və əhalinin düyüyə olan tələbatının ödənilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülmüş, müsbət nəticələr əldə olunmuşdur. Başlıcası isə sahəyə dövlət dəstəyi daha da gücləndirilmiş, fermerlərin çəltik istehsalına marağı artmışdır.
Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin fevral ayında imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” bu baxımdan atılan mühüm addım sayılmalıdır. Bu proqram eyni zamanda, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və məşğulluq səviyyəsinin yüksəldilməsi məramına xidmət edir. Xatırladaq ki, bundan əvvəl, “2008–2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində də ölkə ərazisinin müxtəlif regionlarında dənli və dənli-paxlalı bitkilərin, o cümlədən çəltikçiliyin inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulmuş, bu istiqamətdə müvafiq işlər həyata keçirilmişdir. Həmçinin buğda və çəltik əkini sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektar üçün maddi yardımlar verilməsi, aqrar sahənin inkişafı məqsədilə həyata keçirilən digər tədbirlər bu sahəyə istehsalçıları daha da həvəsləndirmişdir.
Azərbaycanda çəltik bitkisi qədimdən becərilir. Çəltik əkinçiliyi əsasən Lənkəran və Aran iqtisadi rayonlarında aparılır. Tarixən ölkəmizdə keyfiyyəti ilə seçilən, müxtəlif müsabiqələrdə dəfələrlə fərqlənmiş “Ağ ənbərbu”, “Vilgəri”, “Haşimi”, “Sədri”, “Ağ qılçıqlı” və digər yerli sortlar becərilmişdir. İqtisadi şəraitlə əlaqədar olaraq ölkəmizdə çəltiyin əkin sahəsi illər üzrə müxtəlif olmuşdur. Məsələn, 1927-ci ildə çəltik sahələri 54 min hektara çatmışdır. Lakin sonralar tərəvəzçiliyin inkişafı səbəbindən bu tendensiya azalmış, yalnız 1995-ci ildən başlayaraq çəltik əkinləri genişlənmişdir. 2016-cı ildə 2,5 min hektarda çəltik əkilmiş və 5,6 min ton məhsul yığılmışdır. 2017-ci ildə isə çəltiyin əkin sahəsi əvvəlki illə müqayisədə 2 dəfədən çox artaraq 5,1 min hektara çatdırılmış, ölkə üzrə 15,9 min ton məhsul toplanmış və orta məhsuldarlıq 31,1 hektar olmuşdur. Artıq 12 rayonda çəltikçilik inkişaf etdirilir...
Masallı fermeri Həbib Abiyev rayonda çəltikçiliyin dirçəldilməsinə zəhmət sərf edənlərdəndir. Ötən il bol, ətirli və keyfiyyətli məhsul əldə edib. Bu il təsərrüfat sahəsindən daha çox məhsul gözləyir. Onun dedikləri:
– Ənənəvi sahələrin inkişafına dövlət dəstəyi iqtisadi tərəqqiyə güclü stimul verir. Prezident İlham Əliyev çayçılıq, sitrusçuluq və çəltikçiliyi genişləndirməyi daim tövsiyə edir. Ötən ilin sentyabrında dövlətimizin başçısı şəxsən bizim “Masallı nemətləri” MMC-nin açılış mərasimində iştirak edərək onun işinə öz xeyir-duasını vermişdir. Bu il iyulun 31-də Bakıda sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə də Azərbaycan rəhbəri bu sahələrin inkişafına hərtərəfli dəstək göstərilməsi barədə tapşırıqlarını verdi.
Rayonumuzda da çəltikçiliyin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, keçən il 302 hektarda çəltik yetişdirilmiş, orta məhsuldarlıq 33,5 sentner olmaqla 1010 ton məhsul istehsal edilmişdir. Burada çəltiyin əsasən “Haşimi”, “Apola”, “Okean”, “Sədri” və “Şirudi” sortları yetişdirilir.
Bir neçə il əvvələdək çəltik respublikamızda, eləcə də Masallı rayonunda primitiv yolla əkilib-becərilirdi. Artıq bu sahədə çətinliklər aradan qaldırılıb. “Masallı nemətləri” MMC tərəfindən çəltik əkini üçün zəruri olan bir sıra müasir texnika (konveyer, lazerhamarlayıcı, çəltik şitili əkən aqreqat) alınaraq rayona gətirilmişdir. Yeni istehsalat sahəsinin aylıq emal gücü 300 ton, düyü qurutma gücü isə 900 tondur.
Çəltikçilikdə su təminatı vacib amildir. Keçən ildən fərqli olaraq, hazırda su hövzələrində kifayət qədər su ehtiyatı var. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin və Viləş Su Anbarı İstismar İdarəsinin mütəxəssisləri birlikdə kənd təsərrüfatı bitkilərinin vaxtında suvarılması məqsədilə lazımi tədbirlər görmüşlər. Məhsuldarlıqla bağlı nikbin proqnozlar verilir.
Kənd təsərrüfatı naziri İnam Kərimov respublika müşavirəsindəki çıxışında bildirmişdir ki, aqrar islahatlar üzrə tədbirlər öz müsbət nəticəsini verməkdədir. Bütün sahələrdə, həmçinin bitkiçilik və heyvandarlıq sahələrində artım müşahidə edilir. Bu il bizim qarşımızda duran əsas vəzifələrdən biri fermerlərin daim yanında olmaq, onların üzləşdikləri problemlərin həllində yaxından iştirak etməkdir. Nazirin dilindən bu sözləri eşitmək fermerləri daha da ruhlandırır. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə veriləcək. Bu da, ilk növbədə, məhsuldarlığın, məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına və kənd təsərrüfatı sahəsində ixrac potensialının yaxşılaşdırılmasına imkan verəcək.
Qeyd edək ki, ölkəmizin düyüyə olan illik tələbatı 40 min tondan yuxarıdır və onun böyük bir hissəsi idxal hesabına təmin olunur. İdxalı azaltmaq üçün çəltikçiliyin inkişafı istiqamətində həyata keçirilən tədbirlər daha da gücləndirilir və bu sahənin inkişafına mühüm təkan verilir. Düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirmək aktual məsələlərdəndir. 2025-ci ildə orta məhsuldarlıq 40 hektar olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

_________________________________________________________

Hər müraciətin arxasında bir insan taleyi dayanır
10.08.20419  Xalq qəzeti

Masallı rayonunda sakinlərlə görüşmək üçün kəndbəkənd, evbəev gəzməyə üstünlük verilir
Hakimiyyət orqanlarında çalışan,yüksək vəzifə tutan şəxslərin sıravi vətəndaşlarla  hər bir ünsiyyəti onlara unudulmaz təsir bağışlayır və müəyyən problemlərinin çözülməsinə səbəb olur. Dövlətimizin başçısı İlham Əliyevin müntəzəm olaraq bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşüb səmimi söhbətlər aparması əsl xalqa xidmət nümunəsidir. Bu, həm də öz Prezidentinə son dərəcə inanan, onun siyasətini qəlbən bəyənib dəstəkləyən vətəndaşların dövlətçiliyimizə inamını birə-beş gücləndirir. 
...Ucqar kəndə bir dəstə qonaq gəlmişdi. Bir anda camaata hay düşdü ki, gələnlər rayon rəsmiləridir, hər kəsin vəziyyəti ilə maraqlanırlar. Tezliklə hamı ortalığa yığışdı. İcra hakimiyyətinin başçısı sakinləri salamlayaraq bayramlarını təbrik elədi, görülən işlərdən danışdı və hər kəsi dinləməyə hazır olduğunu bildirdi. Razılıq edən kəndlilərin bəzisi şəxsi problemlərini də dilə gətirdi. Xahişlər qeydiyyata götürüldü, mümkün olanı yerindəcə həllini tapdı. Sonra aztəminatlı ailələrə bayram payları, uşaqlara geyim-keçim verildi. Görüş başa çatanda isə sakinlər kəndi tərk edən qonaqların arxasınca bir xeyli əl elədilər.    
Söhbət Masallıdan gedir. Ölkəmizin hər yerində olduğu kimi, burada da yerli əhali hər həftə rayon rəhbərliyinin ərazilərə görüşə getdiyinin şahidi olur. Dövlət başçısının tapşırığına uyğun olaraq, hər həftənin bir günü virtual formada, bir günü RİHB aparatında, bir günü isə yerlərdə səyyar qəbul və görüşlər vasitəsilə vətəndaşlar dinlənilir, onların müraciətləri araşdırılır və məsələlər operativ həll edilir. Bu, əhali  tərəfindən böyük razılıqla qarşılanır, üstəlik də təkrar müraciətlərə ehtiyac qalmır.  Görüşlərdə çıxış edənlər, hər hansı məsələ ilə bağlı fikir söyləyənlər, şəxsi problemlərindən danışanlar inanırlar ki, rəhbərliyə hər kəs sözünü çəkinmədən, birbaşa deyə bilər və qaldırılan məsələ nəticəsiz qalmaz. Görüşlər zamanı söylənən arzu və təkliflər bir qayda olaraq sənədləşdirilir, videolentə alınır və  növbəti görüşlərədək nəticəsi barədə məlumat verilir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da, aparatın məsul işçiləri də bir an belə unutmurlar ki, hər müraciətin, hər sözün arxasında bir insan taleyi dayanır. Buna görə də   müraciətlərə həssaslıqla yanaşır, şikayətlərin qanun çərçivəsində və operativ həllinə nail olurlar.
Son 5 ildə icra aparatında keçirilən səyyar qəbullarda 1400 vətəndaşın 2002 arzu və təklifi dinlənilib. Bu ilin may ayından isə rəsmilər kənd və qəsəbələrin sakinlərinə irəlicədən xəbər  vermədən qapılarını döyür və onlarla öz evlərindəcə görüşürlər. Ünsiyyətin bu forması həm etimadı artırır, həm də məsələnin imkan dairəsində tezliklə həllini tapması məramına xidmət edir. Vətəndaşsa bundan daha da ürəklənir, fikrini rahat söyləyir. Beləcə, həftədə bir dəfə kəndləri, obaları gəzən rəhbərlik  4-5, bəzən də 7-8 evdə olur, ümidi inama, inamı real nəticəyə çevirməyə çalışır.
Bu yaxınlarda icra başçısının Ərkivan qəsəbəsində  keçirdiyi ev görüşləri sakinlər üçün xüsusilə yaddaqalan olub. Nahidə Cahangirova onun evinə gələn qonaqlara ünvanlı sosial yardım ala bilməməsindən, payıbəlli torpağının olmamasından danışıb və serebral iflic xəstəsi olan qızı Zəhra üçün  patronajlığın təyin olunmasını xahiş edib. Rafil müəllim qadını diqqətlə dinləyib. Sonra yardım barədə müvafiq orqana elektron müraciət olunub, uşağa müavinət təyin edilməsinə köməklik göstərilib. Bundan başqa, hər ay patronajlıq xidməti üçün ailənin hesabına əlli manat pul vəsaiti köçürülməyə başlanıb.
Həmin gün Ərkivan qəsəbə sakinləri Fariz Cahangirov, Cəsarət Səfərov və Xumnaz Rəhimovanın da həyətinə baş çəkilib, müraciətlərinə baxılıb. Fariz kənd təsərrüfatı ilə məşğul olmaqdan ötrü kredit alınmasına kömək göstərilməsini xahiş edib. Vətəndaş DAİM-ə göndərilib, orada qəbul edilib və məmurlar ona müvafiq banka müraciət etməkdə yardımçı olublar. Məsələ tezliklə həllini tapıb.
Yaşadığı küçəyə kanalizasiya xətti çəkilərkən Cəsarətin evində çatlar əmələ gəlmişdi. Özü müraciət  etməsə də, ona təmir üçün zəruri inşaat materialları və maddi kömək göstərilib. Qəsəbədəki yeni məhəllənin sakini olan Xumnaz isə yaşadığı evə 300 metrlik məsafədən qaz xəttinin çəkilməsini xahiş etmişdi. Məsələ hərtərəfli araşdırılıb və “Azəriqaz”la rəsmi yazışma zamanı məlum olub ki, evə vaxtında qaz xətti çəkilməməsinə səbəb podratçı şirkətin səhlənkarlığı olub. Operativ müdaxilə sayəsində nöqsan aradan qaldırılıb.
Rayon rəhbərliyi Meşəkənarı kəndində olarkən Natiq Alışovun evinə gedib. Valideyn özünün xəstə oğlu Nurlan üçün əlil arabası və dərman preparatı almaqla bağlı müraciət ¬etmişdi. Görüş zamanı digər qayğılarından da danışıb. Qonaqlar onun evinin təmirə ehtiyacı olduğunu görüblər. Müraciət üzrə lazımi addımlar atılıb, üstəlik ev də təmir olunub. Arzusuna yetən vətəndaş çox sevinib və sonra rayon icra hakimiyyətində qəbul zamanı ürəyinin hökmü ilə hamının qarşısında çıxış edərək minnətdarlığını çatdırıb.    
Ötən ay Boradigah qəsəbəsinin Mollaoba ərazisində də vətəndaşlarla eyni qaydada səmimi görüşlər olub. Kənddə ilk rast gəlinən ağbirçək Məhəddisə Əhədova deyib ki, ilin əvvəlində onun üçün fərdi ev tikilsə də, ora köçə bilmir. Çünki işıq və qazı yoxdur, köhnə evə isə qaz rezin şlanqla çəkilib, elektrik xətti qəza vəziyyətindədir. Faktlar yerindəcə yoxlanılıb. Məlum olub ki, təzə evə işıq və qaz çəkilməsini öhdəsinə götürmüş inşaatçılar tikintini başa çatdıran kimi tələm-tələsik aradan çıxıblar və kommunikasiyalar yarımçıq qalıb. Rəhbərlik tərəfindən dərhal elektrik və qaz təsərrüfatının təcili qaydaya salınması, sayğac qoyulması barədə ciddi tapşırıqlar verilib. Məhəddisə xalanın xəstəliyi ilə bağlı müraciəti də həllini tapıb.
İcra başçısı sonra qonşu həyətə keçib. Burada on övlad atası, 80 yaşlı onkoloji xəstə Qurbanəli Şiriyev yaşayır. Ağsaqqal bu gəlişdən çox məmnun qalıb. Deyib ki, şükür, dövlətimizin başçısı möhtərəm İlham Əliyevin diqqəti daim üstümüzdədir. Prezidentin gözəl nümunəsidir ki, siz də evimizə qədər gəlibsiniz, problemlərimizlə maraqlanırsınız. Dövlətimizdən, hökumətimizdən çox razıyıq.
Qurbanəli kişinin bir oğlu Qarabağ uğrunda döyüşlərdə şəhid olub, biri isə xəstədir. Görüş zamanı ona ünvanlı sosial yardım təyin olunmasını istəyib. DSMF rayon şöbəsinin müdiri Ərzuman Hüseynov bununla bağlı sənədlərin hazırlanmasında köməklik göstəriləcəyini bildirib.
Mollaoba sakini Miryaqub ¬Nağıyev qonaqları çay süfrəsinə dəvət edib. Rafil müəllim adəti üzrə həyət-bacaya baxıb və deyib ki, bu yaşıl bağ-bağat göz oxşayır, limon, mandarin ağaclarının əkilməsi  çox yaxşıdır.
– Çətinliyin, problemin varsa, kömək edək, – deyə rayon rəhbəri həyətində qonaq olduğu vətəndaşdan soruşub.
– Var olasınız! Sizin bu gəlişiniz Allaha da, bəndəyə də xoşdur. Babat dolanıram, çətinliyim yoxdur. Allah Prezidentimizə yar olsun! Fikri-zikri hər zaman xalqın yanındadır. Əməkhaqlarının, pensiyaların növbəti dəfə artırılması imkansızlara böyük kömək oldu.
Kənd sakini Sirac Hüseynov iş adamıdır, heyvandarlıqla məşğul olur. Bu sahənin inkişafı üçün bir neçə dəfə kredit götürüb. Görüş zamanı RİH başçısından fermaya gedən yolun açılmasını xahiş edib. Siracın arzusu yerinə yetirilib: bir gün sonra fermaya yol açılıb. Kənd sakini Əlişir Nurəliyev isə onun xahişi ilə ailəsi üçün təzə ev tikildiyini vurğulayıb və razılığını bildirib.
R.Hüseynovun daha sonra kənddə qapısını açdığı Sevil Qasımova da buna sevinib və əslində elə bir çətinliyinin olmadığını söyləyib. Yaşı ilə əlaqədar ona baş çəkən həkim briqadası Sevil nənəni hərtərəfli müayinədən keçirib, lazımi tibbi yardım göstərib. Dünyaya on bir övlad gətirmiş ana bildirib ki, bir dəfə nəvəsinin “Son zəng” günü geyinməyə yaxşı paltarı olmadığı üçün maddi yardım istəmişdi. Xahiş diqqətsiz qoyulmadı və köməklik edildi.
Yeri gəlmişkən, digər kəndlərdən olan analoji müraciətlərə də həmişə həssaslıqla yanaşılıb. İmkansız ailələrin yüzlərlə uşağının təzə məktəbli formaları ilə sevindirilməsini camaat savab iş kimi dəyərləndirib. Rəhbərliyin təşəbbüsünə rayonun idarə və müəssisələri,  iş adamları da böyük həvəslə qoşulublar. 
Başqa bir diqqətəlayiq fakt: həmin gün “çağrılmamış qonaqlar” ¬Mollaobada daha bir həyətə baş çəkiblər və məlum olub ki, bu təsərrüfat hazırda Bakıda yaşayan bir müxalifətçiyə məxsusdur. Onun qardaşı öz həyat yoldaşı ilə həyətdə görünüblər. Rafil müəllim onların da problemləri ilə maraqlanıb. Həmsöhbətlərinin qəfil  gəlişdən çaşıb qaldığını görərək deyib ki, mən Prezidentin nümayəndəsiyəm, məqsədim siyasi əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşın arzu və təklifini dinləməkdir. Söz tapa bilməyən sakinlər razılıq edərək heç nədən narazı olmadıqlarını söyləyiblər. 
Masallıda həyat get-gedə daha da gözəlləşir. Sosial-iqtisadi inkişaf sürətlənir. Yeni iş yerləri açılır. Vətəndaşların şəxsi qayğıları daim diqqətdə saxlanılır. Ərazilərdəki görüşlər, söhbətlər onların bu və ya digər problemlərinin aradan qaldırılmasına vəsilə olur. Odur ki, sakinlərin dilindən tez-tez bu sözləri eşitmək olur: “İşığımız, qazımız, suyumuz daimidir. İşimiz də var. Bol məhsul yetişdirir, yaxşı dolanır, ürəyimiz istəyən kimi istirahət edirik. Yollarımız yaxşı vəziyyətdədir. Allah Prezidentimizə cansağlığı versin! Biz hər zaman dövlət başçımızın yanındayıq və onu dəstəkləyirik!”
Bəli, Masallı rayonu rəhbərliyinin vətəndaş müraciətləri ilə əlaqədar tətbiq etdiyi iş üslubu, bax, beləcə  təqdirəlayiqdir. Vətəndaşlar onların arxasında dövlətin, Prezidentin dayandığını görüncə, təbii ki, çox  sevinirlər. Bu, onları cəmiyyətdə daha fəal həyat mövqeyi tutmağa ruhlandırır.  

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri,

Əlihüseyn Şükürov
"Yeni həyat" qəzetinin baş redaktoru

_______________________________________________________

Masallıda icra başçısı-vətəndaş görüşü
04.08.2019      kaspi.az

Rafil Hüseynov kəndləri gəzər, problemləri öyrənir, təklifləri dinləyir

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında vurğulayır ki, yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər: "Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər... Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihə məhz vətəndaşların təklifləri əsasında reallaşır. Ona görə, daim bu təmas olmalıdır ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var”.
  Ölkə rəhbərinin tapşırığını əsas tutan Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun hər həftənin I günləri virtual, II günləri RİH-də, III günləri isə səyyar qəbulları zamanı vətəndaşların müraciətləri diqqətlə araşdırılır və əsasən operativ həll edilir. Bu da təkrar müraciətlərin yaranmasının qarşısını alır və vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır. Kənd və qəsəbələrdə keçirilən səyyar qəbul-görüşlərdə çıxış edənlər, hər hansı bir məsələ ilə bağlı fikir söyləyənlər, şəxsi problemlərini dilə gətirənlər inanırlar ki, Rafil müəllimə hər kəs sözünü deyə bilər. Və dediyimiz kimi, hər hansı bir məsələ nəticəsiz qalmır; sənədləşir, videoya alınır və nəticəsi barədə növbəti görüşlərədək vətəndaşa məlumat verilir. Rayon rəhbəri bilir ki, hər sözün, hər müraciətin arxasında insan taleyi dayanır... Hər bir müraciətə həssaslıqla yanaşan icra başçısı, şübhəsiz, belə şikayətlərin operativ və qanun çərçivəsində həllinə çalışır. Başçı həmin şikayətlərin yerindəcə həllinə nail olmaq üçün evlərdə görüşlərin keçirilməsinə üstünlük verir.
  Son 5 ildə rayon icra hakimiyyətinin səyyar qəbullarında 1400-ə yaxın vətəndaşın 2002 arzu və təklifi dinlənilmişdir.
  Cari ilin may ayından başlayaraq Masallı RİH başçısı və aparatın məsul işçiləri müntəzəm olaraq kənd və qəsəbələrdə sakinlərin evlərində olur, onlarla görüşürlər.
  RİH başçının evlərdə keçirdiyi ilk belə görüşlərindən biri Ərkivan qəsəbəsində olub. Qəsəbə sakini Nahidə Cahangirovanın evində qonaq olan başçıya ev sahibi ünvanlı sosial yardım (ÜSY) almaması, payıbəlli torpağının olmaması, qızı Zəhranın serebral iflic xəstəsi olması, ona pensiya verilməsinə kömək göstərilməsini, həmçinin qız övladına görə patronajlığın təyin olunmasını xahiş etmişdir. Başçı müraciət edən qadını diqqətlə dinləmiş, ÜSY barədə elektron müraciət olunmuş, sağlamlıq imkanları məhdud uşağa müavinət təyin edilmişdir. Bu ilin aprelin 1-dən hər ay əlli manat pul vəsaiti patronajın hesabına köçürülür.
  Qəsəbədə digər 4 nəfərin - Fariz Cahangirov, Cəsarət Səfərov, Təranə Məmmədhüseynova və Xumnaz Rəhimovanın da evlərində olan başçı, onların da müraciətini dinləyib.
  Fariz Cahangirov kənd təsərrüfatı ilə məşğul olmaqdan ötrü kreditin götürülməsinə kömək göstərilməsini xahiş etmişdir. Vətəndaş DAİM-də qəbul edilərək, ona müvafiq banka müraciət etmək tövsiyə olunmuşdur.
Kanalizasiya çəkilərkən Cəsarət Səfərovun evində çatlar əmələ gəlib. Özü xahiş etməsə də ona işlətmək üçün inşaat materialları və maddi kömək göstərilib.
  Xumnaz Rəhimova qəsəbədə yeni məhəllədə yaşayır. O, yaşadığı evə 300 metrlik qaz xəttinin çəkilməsini xahiş etmişdir.
"Azəriqaz"la rəsmi yazışma zamanı məlum olmuşdur ki, podratçı şirkətin səhvi üzündən xanımın yaşadığı evə qaz xətti çəkilməmişdir. Çox təəssüf ki, "Azəriqaz"ın süründürməçiliyi hələ də davam edir.
  Masallı RİH başçısı Meşəkənarı kəndində olarkən Natiq Alışovun evinə getmişdir. O, icra başçısına, oğlu Nurlanın serebral iflic xəstəsi olduğunu demiş, qayğılarından danışmışdır. Valideyn əlil arabası, patronajın təyini, evinin cari təmir məsələləri və dərman preparatı ilə bağlı müraciəti etmişdir. Valideynin arzusu yerinə yetirilmiş, oğluna əlil arabası verilmişdir, dərmanla təmin olunmuş, digər xahişi yerinə yetirilmişdir.
  Rayon rəhbərinin vətəndaşlarla şəxsi evlərdə keçirilən görüşlərindən biri iyulun 25-də Boradigah qəsəbəsinin Mollaoba ərazisində olmuşdur. Mollaoba öz müasirliyi və yeni tikililəri ilə fərqlənən abad və müasir kəndlərdəndir. RİH başçısı adəti üzrə heç kimə xəbər vermədən, bəzi evlərə getmiş, qapıları döymüş, ailələri narahat edən məsələləri dinləmiş, bəzilərinin operativ həllinə nail olmuşdur.
RİH başçısının növbəti görüşü cənab Prezidentin tapşırıq və tövsiyəsinə gözəl nümunədir. Rafil müəllim kəndin ağbirçəyi Məhəddisə Əhədova ilə görüşüb. İlin əvvəlində vətəndaş üçün fərdi ev tikilsə də, o, yeni ocağa köçə bilmirdi. Həmin evdə işığın, qazın olmaması, köhnə evə qazın rezin şlanqla uzaq məsafədən çəkilməsi, elektrik xəttinin qəzalı vəziyyəti buna səbəb göstərilirdi. RİH başçısı faktla yerindəcə tanış oldu, elektrik və qaz təsərrüfatının təcili qaydaya salınması, sayğac qoyulması barədə tapşırıq verdi. Məlum oldu ki, təzə binaya işıq və qaz xəttinin çəkilməsini öhdəsinə götürən inşaatçılar, tikinti başa çatan kimi buralarda görünməyiblər.
  Məhəddisə Əhədovanın xəstəliyi ilə bağlı müraciəti də yerindəcə həllini tapıb.   Ev sahibi RİH başçısına minnətdarlıq bildirdi.
  RİH başçısı qonşu həyətə keçib kənd sakini Qurbanəli Şiriyevlə görüşüb. 80 yaşlı Qurbanəli kişi onkoloji xəstədir. Rafil müəllim onunla hal-əhvallaşır, problemlərini soruşur:
- Gəlmişəm ki, görüm, nə çətinliyin var?
  - Payıbəlli torpağımla bağlı Sizə müraciət etdim, kömək etdilər. Sağ olun!
   Q.Şiriyev RİH başçısına minnətdarlıq edir, deyir ki, hələ indiyədək Masallıda rayon rəhbərinin qapı-qapı gəzib, sakinlərin problemləri ilə yaxından maraqlandığını görməmişdim. Cənab İlham Əliyevdən nümunədir ki, evimizə gəlirsiniz və problemlərimizlə yaxından maraqlanırsınız.
   Qurbanəli kişinin bir oğlu ruhu xəstədir. Ünvanlı sosial yardıma ehtiyacı var. DSMF Masallı rayon şöbəsinin müdiri Ərzuman Hüseynov bu sahədə sənədlərin hazırlanmasında kömək göstəriləcəyini bildirir .
Mollaoba sakini Miryaqub Nağıyev icra başçısını çay süfrəsinə dəvət edir. Rafil müəllim həyət-bacaya baxır, deyir ki, olduğum həyətlərdə belə yaşıllıq görməmişəm, limon, mandarin ağacları da əkibsən, çÇox yaxşıdır. "Ağa, çətinliyin, problemin varsa kömək edək”, - deyə rayon rəhbəri həyətində qonaq olduğu vətəndaşdan soruşur.
  - Sağ olun. Sizin bu tədbiriniz Allaha da, bəndəyə də xoş olar. Şükür, dolanıram, çətinliyim də yoxdur. Allah Prezidentimizə yar olsun, fikri-zikri xalqın üstündədir. Əmək haqlarının, pensiyaların artırması imkansızlara böyük kömək oldu.
Kənd sakini Surac Hüseynov iş adamıdır. Heyvandarlıqla məşğuldur. Bu sahənin inkişafı üçün bir neçə dəfə kredit götürüb. RİH başçısına fermaya gedən yolun aşılmasını xahiş etdi. Siracın istəyi yerinə yetirilir: bir gündən sonra fermaya yol açıldı.
R.Hüseynov daha sonra kənddə Sevil Qasımovanın evində oldu. Sevil xanım elə bir çətinliyi olmadığını, ona baş çəkildiyinə görə ölkə rəhbərinə minnətdarlıq etdi.  Dünyaya on bir övlad gətirən Sevil ana hazırda heç bir maddi çətinlik çəkmədiyini gündəmə gətirir. Deyir ki, yaşım 70-i keçib. Hələ heç vaxt bu çağacan rayon rəhbərinin ev-ev gəzib adamların dərd-səri ilə tanış olduğunu görməmişdim. Hamı kimi yaşayırıq, imkanımız yaxşıdır.
Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti görüşü bəzi problemlərin aradan qaldırılması, digərlərinin nəzarətə götürülməsi ilə başa çatır.  Bəli, Masallı rəhbərliyinin vətəndaşlarla apardığı bu iş üsulu olduqca təqdirəlayiqdir. Təcrübə göstərir ki, belə bir yanaşma həm bir sıra mühüm problemlərin həllinə şərait yaradır, həm də xalqın dövlətə və dövlətçiliyə olan inam hissini bir qədər də gücləndirir. Vətəndaş görür ki, onun arxasında dövləti, Prezidenti dayanıb və təbii ki, bu, onu hədsiz sevindirir, cəmiyyətdə, həyatda yaşamaq hissini daha da gücləndirir.

Əlihüseyn Şükürov
"Yeni həyat" qəzetinin baş redaktoru

___________________________________________________________________________________________

“Klub Flora” - təbiətsevərlərin sevimli məkanı


İnsan və təbiət. Hərdən düşünürsən: “Görəsən, təbiətmi insanı yaşadır, yoxsa insanmı təbiəti?”. Bircə o bəllidir ki, ayrı-ayrılıqda onların heç biri mövcud ola bilməz... Ekoloji vəziyyəti yaxşılaşdırmaq, yaşıllıq sahələrini artırmaq, ölkədə sanitariya mədəniyyətini yüksəltmək və s. məsələlər həmişə dövlətimizin diqqət mərkəzində olub və bu istiqamətdə olduqca böyük işlər görülüb.
Bu proses ardıcıl olaraq bu gün də davam etdirilir. Ən önəmlisi odur ki, bu tədbirlərin həllinə ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dönəmində başlanılmışdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Təbiət Allah tərəfindən yaradılıbdır. Onu qorumaq isə bizim müqəddəs vəzifəmizdir. Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsildiyini görərkən elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm. Bir də deyirəm - kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir... İnsan qurmalıdır, yaratmalıdır... Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız”.
Dahi rəhbərin xalqımız qarşısında saysız-hesabsız xidmətlərindən biri də paytaxtda yaşıllığın, ekologiyanın, əhalinin sağlam həyat tərzinin qorunmasına göstərdiyi diqqət və qayğı olmuşdur.
Bu yaxınların söhbətidir. Qəzetimizin Türkiyə təmsilçisi professor Əflatun Nemətzadə redaksiyamızda olarkən Abşeron rayonunun Novxanı qəsəbəsində “Klub Flora” adlı şəxsi bir bağın Rauf Rəhimov tərəfindən yüksək zövqlə salındığını bildirdi. Qeyd etdi ki, bağ sanki bir möcüzədir. Vədləşib, isti yay gününün birində yolumuzu oradan saldıq. Yetişəcəyimiz ünvana yaxınlaşdıqca dənizdən gələn sərin meh ovqatımıza daha da xoş əhval-ruhiyyə qatır. Nəhayət, üz tutduğumuz ünvana yetişirik. Bizi xüsusi mehribanlıqla və qonaqpərvərliyi ilə qarşılayan Rauf müəllim söhbətə başlayır:
— “Dədə Qorqud” filmində torpaq haqqında deyilən söz hər birimizin qulağında sırğa olmalıdır: “Torpağın vətən olması üçün iki əsas şərt var: biri odur ki, gərək onu qoruyasan, ikincisi isə torpağı gərək əkib-becərəsən. Əgər qoruya bilmirsənsə, əkib-becərmirsənsə, qorumağa dəyməz”.
Təbiət insanın ən böyük həmdəmi, ilham mənbəyidir. Təbiət öz çalarları, təzadları ilə gözəldir. Yaşıllıq insanda pozitiv ruh yaradır. İnsan əhvalını yüksəldən, sağlamlığına müsbət təsir göstərən yaşıllıq massivinin çoxluğu arzu ediləndir. Bütün ölkə boyu yaşıllıq zolaqlarının salınması, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə xidmət edir, həm də göz oxşayır. Bizi əhatə edən ətraf aləm gözəl təbiət mənzərələri ilə zəngindir. İnsan bir anlıq bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir. Şair qələmi, rəssam fırçası acizdir bunları vəsf etmək üçün...
Hərdən işimizin çoxluğundan ətrafımıza nəzər salmırıq. Hərçənd ki, adi bir su şırıltısı, yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Gözəl dağ, səma və dəniz mənzərələri insanda gözəl duyğular aşılayır.
Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir, - deyə Rauf müəllim sözünə davam edir: Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır. Biz zəngin və füsunkar bitkilər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da - ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasındadır. Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da təbiətlə bağlıdır.
Mən uzun illərdir ki, məhz əkib-becərməklə məşğulam. Lap uşaq vaxtlarımdan. Düz 60 ildir. Doğulduğum Masallı rayonunda da belə bir bağ salmışam. İndi də fəaliyyət göstərir. O bağ da gözəldir. Çünki o bağ daha əvvəllər salınıb. Masallıdakı bağımda Vaşinqton palması var ki, onun hündürlüyü 25 metrə çatır. Həmçinin limon ağacına yapon kinkanı, Vaşinqton apensini, yeni Gürcüstan limon sortu, meyer Amerika limon sortu və mandarin calaq etmişdim. O vaxt bu ağaca “Qitələrin dostu” adı verilmişdi. Vəhşi itburnu koluna isə 22 növ qızılgül kolu calaq etmişdim ki, bu da 17 növ gül açmışdı. Bu da təbiətsevərlərin böyük marağına səbəb olmuşdur. İnanın ki, mən təbiət ilə nəfəs alıram. Onlara öz övladım kimi baxıram. Demək olar ki, günün hər saatı, hər dəqiqəsi, hər saniyəsi onların yanındayam. Mənim üçün təbiətsiz həyat yoxdur. Bu bağı 1991-ci ildə salmışam. Əvvəllər bura məişət tullantıları yeri olub. İndi bu məkan sanki göz oxşayır. Məqsədim təbiətsevərləri bir araya toplamaqdır. Hazırda böyük zəhmət hesabına burada 850-dən artıq gül-ağac kolları vardır. Onların da hərəsinin bir xarakteri var. Güllərin xarakterinə yaxından bələd olmasan heç vaxt onu əkib-becərə bilməzsən. Demək olar ki, burada hər gün ziyarətçilər olur. Gələn, bir də gəlmək istəyir. Bağa yeni gül növlərini gətirməklə çeşidləri artırmaq fikrindəyəm. Dostlar, tanışlar da hansı xarici ölkəyə getsələr, oradan hökmən mənə gül kolları gətirirlər.
1987-ci ildə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Mərkəzi Şurasının Rəyasət Heyətinin sədri, akademik Həsən Əliyev Dənizkənarı Bulvarda sərgimi təşkil etdi. Fəxri Fərman və diplomlarla təltif olundum. Hər zaman əməyim dəyərləndirilib. Sovet mətbuatında dəfələrlə haqqımda material dərc olunub.
“Klub Flora”da xatirə albom-kitabda hörmətli qonaq və ziyalıların bağ haqqında qiymətli fikirləri əks olunub. “Turan” Elmlər Akademiyasının akademiki Teymur Əhmədov öz ürək sözlərini belə əks etdirib: “... Mən burada gördüklərim nəbatət gözəllikləri səmavi cənnətin müqəddəs aləmindən Sizin kimi əməlisaleh elçisinin şəfalı əlləri ilə sərgiləyib. Xəzər dəryasının sahilində olsaq da, Siz bütün ruhunuz, varlığınızla təbiətin cənnət məkanını yaradıbsınız. İnsan burada özünü ruhən xoşbəxt hiss edir. Mən heyran oldum bu cənnət məkana: nadir gül-çiçək, zövqlə yaradılan mədəniyyət abidələri, Azərbaycan xalqına məxsus sənətkarlıq duyğuları, məhəbbətlə süslənmişdir. Ona görə də bütün insanları, hətta uzaq diyardan gəlmiş qonaqları da heyran edir”.
Doğurdan da “Klub Flora”ya gələn qonaqların, ziyarətçilərin ardı-arası kəsilmir. Artıq öz rəngarəng gözəlliyi ilə seçilən bağın ziyarətçiləri günü-gündən artmaqdadır.
Rauf Rəhimov bədii yaradıcılıqla da məşğul olur. Onun ulu öndər Heydər Əliyevə həsr etdiyi şeiri olduqca maraqlıdır.
Zinət nə gərək, hər bəzəyin ziynəti Heydər,
Çünki qazanıb mövcud olan şöhrəti Heydər.
Döndü qərib eldən vətəni od bürüyəndə,
Azad elədi dərddə olan milləti Heydər,
Adı, əməli, xəlqi üçün oldu əmanət,
Çünki yaradıb xəlqi üçün dövləti Heydər
Görkəmlə yox, amalı ilə heykələ döndü
Dünya yaşadıqca yaşayar qüdrəti Heydər,
Şəksiz, o böyük dağı yarardı bu nüfuzla,
Xəlqindən alıbdır bu böyük qüvvəti Heydər.
Fəxr ilə dedi: Azərbaycan vətənimdir,
Yurdundan alırdı həmişə ləzzəti Heydər.
Olmaz bu siyasətdə ona kimsə bərabər,
İlhamda təcəlli elədi izzəti-Heydər.
Bağban Raufa gün tək əzizdir əziz Heydər,
Çünki qoruyub sevdi gözəl təbiəti Heydər.
Rauf Rəhimov bu gün gecəsini gündüzə, ayları illərə qatmaqla qarşısına qoyduğu məqsədə nail olmağa çalışır. Təbiətə qəlbi ilə bağlanan, ondan ən yüksək zövq alan, özünü təbiətə borclu bilən Rauf müəllimə uğurlar arzu edirik.

Müşfiq MİRZƏ,
“Respublika”

_____________________________________________________________________

Masallıda heyvandarlıq məhsullarının istehsalı artıb
05.07.2019   azertag.az

Masallı rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların cins tərkibi yaxşılaşır, heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il rayonda diri çəkidə 1558,8 ton ət, 12239,2 ton süd, 18622 min ədəd yumurta istehsal edilib. Ət istehsalı 0,5 faiz (7,7 ton), süd istehsalı isə 0,1 faiz (7,7 ton) artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır.
Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan südlük və ətlik istiqamətli cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir.
Qeyd edək ki, Masallıda 72 min 779 baş iribuynuzlu mal-qara, 90 min 597 davar var.

Bağır Əliyev, AZƏRTAC

____________________________________________________

Masallı Sənaye Məhəlləsində 10 sahibkarlıq subyekti fəaliyyət göstərir
18.06.2019  azerbaijan-news.az


Hazırda Masallı Sənaye Məhəlləsində 10 sahibkarlıq subyekti fəaliyyət göstərir.
Bu barədə "Azərbaycan İnvestisiya Şirkəti"nin icraçı direktoru Allahverdi Paşayev deyib.
O bildirib ki, sahibkarlıq subyektlərinin yarısı mebel və mebel aksesuarlarının istehsalı ilə məşğuldurlar. Masallı Sənaye Məhəlləsi mebel istehsalı üzrə ixtisaslaşıb. Sənaye məhəlləsinin ərazisi 10 hektardır, 4 hektarı istifadədir. Sahibkarlar təşəbbüslərinə uyğun olaraq, boş ərazilərdə layihələrini həyata keçirə bilərlər. Bu sahədə İqtisadiyyat Nazirliyi və "Azərbaycan İnvestisiya Şirkəti” infrastruktur təminatı ilə bağlı digər xərclərin qarşılanmasında dəstək göstərəcək.

___________________________________________________________

Masallıda gənc könüllülərin müddətinin başa çatması ilə bağlı görüş keçirilib
04.06.2019  xalqqezeti.com

Görüşdə könüllülük fəaliyyətinin respublikamızdakı inkişafından danışan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bunun gənclərə böyük stimul olduğunu bildirib. Prezident  İlham Əliyevin kölüllülük fəaliyyətinin əhatəsinin genişləndirilməsi haqqında tapşırığının önəmindən danışılıb.   Bütün dövlət strukturlarında könüllü gənclər fəaliyyət göstərirlər.  "Dövlət Proqramı"nda dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, təcrübi biliklərini artırmaq,  yaradıcı və innovativ potensialının üzə çılxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək nəzərdə tutulmuşdur.   
Bu yöndə işlər Masallıda da uğurla davam edir. Rayon icra hakimiyyətində 20 gənc müxtəlif işlərdə özünü sınamışdır. İki ay ərzində könüllülərin fəaliyyətinə xüsusi önəm verilib.  R.Hüseynov deyib ki, könüllülərin icra hakimiyyəti aparatında zəruri təcrübə və səriştə qazandığı şübhəsizdir və bu da onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacaq. 
Könüllülərdən Ceyhun Ələkbərov, Tamerlan Rzayev, İslam Ərzumanzadə, Zamin Məmmədov, Əli Əsədov,  Anar Şiriyev və başqaları çıxış edib, ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.
Tədbirdə RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev,  böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi  Vafiq   Xəlilov  könüllülər üçün hərtərəfli şəraitin və imkanların yaradıldığını   qeyd ediblər. Onlar  gənc könüllərin müsbət fəaliyyət nümunəsi olduğunu və bunun cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd ediblər.
Tədbirin yekununda gənc könüllülərə sertifikatlar təqdim etdilib  və gələcək işlərində uğurlar arzulanıb.
Tədbirdə həmçinin təzə fəaliyyətə başlayacaq 5 könüllü gənclə  yeni əməkdaşlığa start verilib. Bu əməkdaşlıq çərçivəsində onlar da  icra aparatının müvafiq şöbələrində təcrübəyə cəlb olunacaq,  iki ay müddətində iş təcrübəsi əldə edəcəklər.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

_____________________________________

Masallıda bu il 35 hektar sahədə tütün əkiləcək
06.05.2019   azertag.az

Son illər respublikamızda qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına böyük təkan verib. Hazırda tütünçülüyün inkişaf etdiyi bölgələrdən biri də Masallı rayonudur. Artıq rayonda 3-cü ildir tütün əkilir. 2018-ci ildə 35 hektardan 57 ton tütün yarpağı götürülüb. Bu il isə 37 hektar sahədə əkin aparılması nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tütün əsasən rayonun Xırmandalı, Qızılağac, Səmidxan, Alvadı, Bədəlan, Xıl, Sərçuvar kəndlərində becərilir. Bu günədək 14 hektarda əkin aparılıb.
Əvvəllər tərəvəz əkini ilə məşğul olan fermer Əhməd Talıbov bu il ilk dəfə 1 hektar sahədə tütün əkir “Ötən ilə qədər bibər, badımcan, pomidor əkirdim. İndiyədək tütün əkməmişəm. Gəlirli sahə olduğuna görə bu ildən tütün əkməyə başlamışam. Bizə Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən şitillər Zaqataladan gətirilib. Dövlət dəstəyi olduğuna görə həvəslənib bu işi görürəm”, - deyə fermer bildirib.
Rayonda əsasən bölgənin iqliminə uyğun olan yerli “İmmonium” sortu əkilir. Kənd təsərrüfatı mütəxəssisləri də daim fermerlərin yanında olur, tövsiyələrini verirlər. Aqronom Fərasət Mikayılov deyib: “Cərgəarası 70-70-ə, bitkiarası 30-35 santimetr götürülür. “İmmonium” sortu bir az seyrək əkilir. Keçmişdə “Samsunq”, “Trabzon” sortu əkərdik. Məhsuldarlığı aşağı olardı. Bu şitillər yüksəkboylu olur, 2-2,5 metrədək qalxır. Həm yarpaqları zərifdir, həm də qurudulmaya qarşı davamlı bitkidir”.
Tütün suya tələbkar bitki olduğundan əkin su mənbələrinə, su kanallarına yaxın ərazilərdə aparılır. Ehtiyac olan ərazilərdə isə artezian quyuları qazılır. Əkin sahələrinin genişləndirilməsi iş prosesinə daha çox işçinin cəlb edilməsinə imkan verir. Bu da öz növbəsində kənd sakinlərinin məşğulluğunun təmin olunması deməkdir. Bu işdə fermerlərə Masallı DAİM yaxından kömək göstərir. Mərkəzdən verilən məlumata görə, 2017-ci ildə Masallıda 32,5 hektar sahədə tütün əkilib, 55 ton quru tütün təhvil verilib. Bu il rayonda 35 hektarda tütün əkilməsi qarşıya məqsəd qoyulub.
Tütün yığımına iyunun axırlarında başlanacaq. Tədarük edilən quru tütün Şəkidə qəbul məntəqəsinə təhvil veriləcək.
Rayonda tütünqurutma və tütün qəbulu məntəqələri yaradılarsa, əkin sahələrinin 400 hektara çatdırmaq da mümkündür.

____________________________________________________

Masallıda 15 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 6,8 milyon manat ayrılıb
16.04.2019   azertag.az

Prezident İlham Əliyev aprelin 16-da “Masallı rayonunun Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, otuz səkkiz min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

______________________________________________________________________

MASALLI: əksər məsələlər yerində həllini tapır 
15.03.2019    xalqqezeti.com

Hər həftə yerlərdə səyyar qəbul-görüşlərin keçirilməsi Masallı rayonunda gözəl bir ənənə halını alıb. Bəzən elə olur ki, il ərzində eyni əraziyə bir neçə belə görüş düşür. Rayon rəhbərliyi həmin görüşlərə də necə deyərlər, əliboş getmir. Çünki əvvəlki görüşdən ötən vaxtda verilmiş vədlər əksərən yerinə yetirilmiş, sakinləri narahat edən məsələlər həllini tapmış olur.
Son bir ayda icra hakimiyyətinin başçısı Rafil Hüseynovun Kolatan, Yeddioymaq, Gəyəçöl və Öncəqala kəndlərində səyyar qəbulları təşkil olunub, rayon mərkəzində isə ağsaqqallarla yaddaqalan görüşü keçirilib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən respublikanın hər bir yerində olduğu kimi Masallı rayonunda da ictimai işlərlə bağlı yeni iş yerləri yaradılıb və 854 nəfərin məşğulluğu təmin edilib. Bundan başqa, ev təmiri, müalicəyə kömək və sair bu kimi şəxsi xarakterli bir çox müraciətlər cavabsız qalmayıb. Bütün bunlar rayon əhalisi tərəfindən razılıqla qarşılanıb.
Rayon rəhbərinin Təklə inzibati dairəsi üzrə nümayəndəliyində ötən görüşü sentyabr ayında olmuşdu. Ərazinin kəndlərinə qaz çəkilişinin sürətləndirilməsi, 2 məktəb binasının tikilməsi, elektrik xətt təsərrüfatının yenilənməsi, içməli su xəttinin çəkilişi, şəxsi xarakterli bir sıra məsələnin həllinə nail olunması mayın ilk gününə düşən növbəti səyyar qəbul-görüşə də adamların həvəslə, inamla gəlməsinə səbəb olub.
R.Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafının, əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı sərəncamların geniş icmalını verib, regionlara, o cümlədən Masallıya göstərilən diqqəti nəzərə çatdırıb. Təklə ərazisində görülən abadlıqquruculuq işlərindən bəhs edib. Bu ərazidə Viləş çayı mənbəyindən götürülmüş içməli suyun yüksək standartlara uyğun çəkilişi, ərazidə SİP kabelləşmənin tam başa çatmasını vurğulayıb.
Sonra ərazi sakinlərindən Cavanşir Əhmədov, Əhmədağa Cəfərov, Sabir Mustafayev, Nazim Eyniyev, Fəxrəddin Tağıyev, İbadulla Ağayev, Yavər İsmayılov və başqaları çıxış edərək Xoşçobanlı kəndinin tam qazlaşdırılmasını, Sığıncaq kənd tam orta məktəbin qaz xəttinə qoşulmasını, güclü yağan yağışlar zamanı ərazini su basmasının qarşısını almaqdan ötrü kanalların təmizlənməsi məsələsini gündəmə gətiriblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Əksər şəxsi məsələlər yerindəcə həll olunub.

_______________________________________________________________________

Masallının yeddi yaşayış məntəqəsində subartezian quyuları qazılacaq
21.02.2019   azertag.az

Son illər ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq məqsədilə bir sıra su təsərrüfatı obyektləri tikilib istifadəyə verilib, on minlərlə hektar yeni suvarılan sahələr əkin dövriyyəsinə daxil edilib, suvarılan torpaqların su təminatı yaxşılaşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 fevral tarixli Sərəncamına əsasən cari ildə ölkənin 41 rayon və şəhəri üzrə 254 yaşayış məntəqəsində 300 subartezian quyusunun layihələndirilməsi və qazılması təmin ediləcək.
Sərəncama əsasən, Masallı rayonunun da yeddi yaşayış məntəqəsində - Həsənli, Səmidxanlı, Öncəqala, Lürən, Şərəfə, Böyük Kolatan kəndlərində, Ərkivan qəsəbəsində hər ərazidə bir ədəd olmaqla subartezian quyularının qazılması nəzərdə tutulur.

______________________________________________________

İllərdə qalan izlər
08.02.2019  azərbaycan qəzeti

Masallı gündən-günə inkişaf edir, daha abad olur

İllər də insanlar kimidir. İnsanın uşaqlıq, gənclik, ahıllıq, qocalıq dövrü olduğu kimi, illərin də yaz, yay, payız, qışı var. İnsan həyatdan köçdükdən sonra onu iki başlıca xüsusiyyəti yaşadır, xatırladır: yaxşı əməli və yaxşı övladı. İllər isə insanların yaddaşında, özündə ehtiva etdiyi mühüm, əlamətdar hadisələrlə tarixə düşür, salnamələrə, elmi əsərlərə salınır. Özümüzün də xəbərimiz olmadan ötən hər saatı, günü, ayı, ili, hətta anı belə, tarixə çevrilir:
İllər də insantək gəlib dünyaya,
İllər də insantək qocalıb gedir.
İllər var, zəfəri gəlməyir saya,
İl də var, dünyadan bac alıb gedir.
Bəli, insan və zaman, təbiət və cəmiyyət həmahəngdir, onlar bir-birini tamamlayır, mənalandırır. Canlıların əşrəfi olan insan hansısa zaman kəsiyində qurub-yaratdığı, gördüyü işlərə baxanda sevinir, həyatda əbəs yaşamadığı üçün fərəh hissi keçirir. Bu gün ən yeni tariximizin səhifələrini vərəqlədikcə sevindirici, əlamətdar hadisələrlə yanaşı, keçən əsrin son onilliyi - 90-cı illər də yada düşür, gözlərimizin önündən gəlib keçir.
O vaxt respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da vəziyyət yaxşı deyildi. Hadisələr adi məcrasından çıxmışdı. Xaos, özbaşınalıq, hərc-mərclik baş alıb gedirdi. Böyüyün-kiçiyin yerini bilən, ağsaqqal, ziyalı sözünə həmişə yüksək qiymət verən bu rayonun camaatı da çaşbaş qalmışdı. Sadə, zəhmətkeş adamlar mitinqlərdə populist çıxışlar edənlərin boş sözlərinə, yağlı vədlərinə belə inanırdılar da. Amma onlar hakimiyyətdə çox yox, yalnız bir il duruş gətirə bildilər. Aralarında gedən vəzifə, rüşvət, mənsəbpərəstlik davası ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxartdı. Belə bir vəziyyətdən hiyləgərcəsinə istifadə edən bədnam qonşularımız fürsətdən istifadə edib rayonlarımızı işğal edirdilər. Əfsuslar olsun ki, damaqlarında şirə qalan həmin qüvvələr Azərbaycanın indiki inkişafını gözü götürməyən xarici dairələrin təsiri altında yenidən respublikada qarmaqarışıqlıq yaratmaq, iğtişaşlar törətmək sevdasına düşmüşlər. Lakin bunlar əbəsdir. Xalq artıq kimin kim olduğunu yaxşı bilir.
Tarix göstərir ki, ən çətin vaxtlarda belə böyük Yaradanın nəzərləri vətənimiz Azərbaycanın üstündə olmuşdur. 1990-cı illərdə də belə oldu. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Müharibə gedən ölkədə o vaxt iqtisadiyyat çökmüşdü, adamların yaşayış səviyyəsi əvvəlki illərlə müqayisədə çox-çox aşağı düşmüşdü. Daxildəki separatçı qüvvələr havadarlarına arxalanaraq çirkin niyyətlərinə çatmaq üçün ölkəni parçalamaq fikrindən əl çəkmək istəmirdilər. Lakin yanılırdılar. Onlar ümummilli liderin uzaqgörən siyasəti, polad iradəsi qarşısında tab gətirə bilməyib məğlub oldular. Bəziləri Azərbaycanı tərk edərək xarici ölkələrdə gizlənmək məcburiyyətində qaldılar. Xalqımızın böyük oğlunun gərgin zəhməti ilə vəziyyət düzəldi, həyat addım-addım öz yoluna düşdü, məcrasına yönəldi. Cəbhədə atəşkəs əldə edildi, daxildə sabitik yaradıldı. 1994-cü ilin sentyabrında ölkənin gələcək inkişafı üçün müstəsna əhəmiyyəti olan "Əsrin müqaviləsi” imzalandı. İqtisadiyyatı dirçəltmək, mövcud ehtiyatları hərəkətə gətirmək üçün islahatlar həyata keçirildi. Yaranan sabitlik, zəngin karbohidrogen ehtiyatları xarici şirkətlərin sahibkarlarını respublikamıza sərmayə yatırtmağa sövq etdi.

Regional dövlət proqramları Masallıda da inkişafın lokomotividir

Ulu öndər Heydər Əliyevin son sözlərindən biri bu idi ki, mən İlham Əliyevə özüm qədər inanıram, mənim görə bilmədiyim işləri o sizinlə birlikdə həyata keçirəcəkdir. Uzaqgörən siyasətin məntiqi bir daha öz təsdiqini tapdı. Yaxın beş il üçün hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı 2004-cü il 11 fevral tarixdə qəbul edildi. Beləliklə, müstəqil Azərbaycanın yeni inkişaf dövrü başladı. Neftdən gələn ilk gəlirlər ən mühüm sahələrə, o cümlədən regionların inkişafına yönəldildi. Bu iqtisadi-siyasi sənəd bütün bölgələr kimi Masallı rayonunun da inkişafında mühüm rol oynadı. İlk növbədə fəaliyyətini dayandırmış müəssisələrin bir qismi işə salındı. Zaman keçdikcə yeni istehsal sahələri yaradıldı. Bunlar iqtisadiyyatın dirçəldilməsinə, illərlə işsiz qalan insanların yenidən əmək cəbhəsinə qayıtmasına şərait yaratdı. Adamların əhvali-ruhiyyəsi getdikcə yaxşılaşmağa başladı, sabaha inamları artdı. Yaranan belə bir ruh yüksəkliyi ilə tikinti-quruculuq, abadlıq işləri genişləndirildi. İllərlə baxımsız qalan şəhər təsərrüfatında dönüş yarandı. Sökülüb-dağılmış küçələr, parklar təmir edildi. Astarada tikilən 90 meqavoltluq modul tipli elektrik stansiyası cənub bölgəsi rayonlarının, eləcə də Masallının sosial-iqtisadi həyatında müsbət rol oynadı. Əhali normal səviyyədə elektrik enerjisi almaq imkanına malik oldu. Müəssisələrin istehsal gücü artdı. "EMBOWOOD” mebel fabrikində hazırlanan məhsullar nəinki respublikamızda, xarici ölkələrdə belə alıcıların rəğbətini qazandı. Fabrik bu gün də nümunəvi özəl müəssisələrdən biridir.
I Dövlət Proqramı çərçivəsində Masallıda daha sürətlə inkişaf edən sahələrdən biri də turizm sektoru olmuşdur. Sahibkarlar üçün yaradılan münbit şərait nəticəsində onlarca istirahət mərkəzi fəaliyyətə başlamışdır. Təbiətin füsunkar guşələrində salınan bu obyektlər rayona turist axınını sürətləndirmişdir. "İstisu” müalicə və istirahət ocağı neçə-neçə insana şəfa verməkdədir.
Ulu öndərin "Təhsil millətin gələcəyidir” müdrik kəlamı əməli fəaliyyətdə başlıca istiqamət kimi götürüldü. Yeni məktəblərin tikintisinə start verildi. Köhnə, istismar müddətini başa vurmuş təhsil ocaqlarının əsaslı təmiri də unudulmadı və onlar da yeni, müasir avadanlıqlarla təchiz edildi.
Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının dirçəldilməsi istiqamətində də müəyyən tədbirlər həyata keçirildi. Beləliklə, I Dövlət Proqramı çərçivəsində görülən işlər qarşıdakı illərdə tərəqqi üçün zəmin yaratmış oldu.

İnkişafın daha sürətli mərhələsi

Belə bir deyim var: "Yaxşı başlanğıc işin yarısı deməkdir”. Regionların sosial-iqtisadi inkişafı I Dövlət Proqramı çərçivəsində aparılan işlər rayonlarımızın daha abad və gözəl olmasını, iqtisadiyyatın bütün sahələrində yeni-yeni nailiyyətlərin qazanılmasını birə-beş artırdı. İnam, istək olan yerdə isə ən çətin, müşkül işlər belə öz həllini tapır. Dövlət dəstəyi olanda arzular, istəklər daha tez reallaşır, sürətlə həyata keçirilir. I Dövlət Proqramının davamı kimi 2009 - 2013 və 2014 - 2018-ci illər üçün qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında Masallı rayonu üzrə nəzərdə tutulmuş layihələrin icrası bunu təsdiq edir.
Şəhərin Heydər Əliyev prospektində ucaldılan binalar, salınan yaşıllıqlar əraziyə xüsusi gözəllik verir. Halbuki 5-6 il bundan əvvəl burada az sayda kiçik tikililər mövcud idi. 1,5 hektar ərazisi olan Bayraq meydanı, Azərbaycanın Rəmzləri Muzeyi, Olimpiya İdman Kompleksi, Asan Xidmət Mərkəzi, Regional Boks və Taekvando Mərkəzi, Aqrar İnkişaf Mərkəzi, habelə rayon polis şöbəsinin yeni, müasir üslublu binaları burada yerləşir. Şəhərin mərkəzində, Heydər Əliyev xatirə parkı ərazisində inşa olunan Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi də xüsusi layihə əsasında tikilib. Mərkəzi Rayon Xəstəxanasının binası keçən əsrin ortalarında istifadəyə verildiyindən istismar müddətini başa çatdıraraq yararsız hala düşmüşdü. Müalicə ocağı əsaslı şəkildə yenidən qurulmuş və lazım olan müasir tipli tibbi avadanlıqlarla təchiz edilmişdir. Burada göz xəstəliklərinin müalicəsi və əməliyyat şöbəsinin fəaliyyəti nəticəsində Masallı və ətraf rayonlardan olan pasiyentlər Bakıya və digər yerlərə yox, buraya üz tuturlar. Akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun tanınmış həkim-cərrahları vaxtaşırı olaraq buraya gəlib xəstələri müayinə və müalicə edirlər. Aparılan quruculuq işlərinin tərkib hissəsi kimi uşaq bağçalarının tikilməsi, əsaslı təmiri, onların hər cür avadanlıqlarla təchizi təqdirəlayiq işlərdəndir.
Rayonda görülən işlər sırasında su-kanalizasiya xəttinin çəkilişini xüsusi qeyd etmək lazımdır. Yaşı çox-çox qədim olan Masallı şəhərində içməli su və kanalizasiya xətləri olmayıb. Əhali onilliklər, yüzilliklər boyu bu sahədə primitiv, sanitariya qaydalarına uyğun gəlməyən üsullardan istifadə etməli olub. Regionların sosial-iqtisadi inkişafının III Dövlət Proqramı çərçivəsində həlli vacib olan bu mühüm məsələ də öz həllini tapdı. Prezident İlham Əliyev 3 sentyabr 2016-cı il tarixdə Masallıya səfəri çərçivəsində bu layihənin açılışı mərasimində iştirak etdi. Həmçinin Prezident "Asan Həyat” kompleksinin, Bayraq meydanı, Azərbaycan Dövlət Rəmzləri Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi və Uşaq İncəsənət Məktəbinin açılışını bildirən lentləri kəsdi. Bütün bu deyilənlər isə 2018-ci ilə kimi bu cənub şəhərində görülən işlərin yalnız bir hissəsidir. İnkişaf, tərəqqi iqtisadiyyatın, sosial həyatın bütün sahələrini əhatə etmişdir. İşlər yaxşı olanda insanın da kefi kök, əhvali-ruhiyyəsi yüksək olur. İstəyir ki, qurub-yaratdıqlarını başqaları da görsün, ona qiymət versin. İndi Masallıda qonaqları qəbul etməyə, milli adət-ənənə nümunələrini onlara göstərməyə hər cür şərait var. Rayonun qızlardan ibarət "Halay” folklor ansamblı dünyanın çox ölkəsini gəzmişdir. Buna görə də 2012-ci ildə Masallı şəhəri Respublika Mədəniyyət Nazirliyi tərəfindən "Folklor paytaxtı” elan edildi və 3 il dalbadal burada 14 ölkənin qatıldığı Beynəlxalq folklor festivalı keçirildi.

Ötən ilin nəticələri də yaddaqalandır

III Dövlət Proqramının sonuncu ili də Masallı rayonu üçün çox əlamətdar hadisələrlə başa çatdı. Belə ki, keçən ilin dördüncü rübündə bir neçə xarici tikinti şirkətinin iştirak etdiyi, ümumi uzunluğu 243 kilometr olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu istifadəyə verildi. Bu, cənub bölgəsi əhalisinin, eləcə də Masallı camaatının illər boyu ürəyindən keçən arzusunun gerçəkləşməsidir. İndi hər bir Masallı sakini yeni çəkilmiş rahat, təhlükəsiz yolla Bakı şəhərinə bir saat yarıma çatır. Masallı Sənaye Məhəlləsi, "Masallı Nemətləri” MMC-nin çəltik emalı müəssisəsi, 32 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsinə xidmət edən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı yolunun tikilib istifadəyə verilməsi belə xoş hadisələrdəndir. Prezident 2018-ci il sentyabrın 18-də Masallıya səfəri zamanı bu obyektlərin açılışı mərasimində iştirak etmiş, Viləş çayının şəhər hissəsində yeni salınan Park-Bulvar kompleksinin tikintisi ilə tanış olmuşdur.
Məlum olduğu kimi, yanvarın 29-da regionların sosial-iqtisadi inkişafı III Dövlət Proqramının (2014-2018-ci illər) yerinə yetirilməsinin yekunları ilə əlaqədar konfrans keçirildi. Prezident İlham Əliyev bu dövr ərzində görülən işləri təhlil etdi, qarşıdakı vəzifələri müəyyənləşdirdi. Konfransda Masallı rayon İcra Hakimiyyətinin başçısı R.Hüseynova da söz verildi. O dedi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası bütün bölgələrdə olduğu kimi, Masallı rayonunun inkişafına da güclü təkan verib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərdən qat-qat çox iş görülüb. Axırıncı beş ildə rayonda 572 istehsal və xidmət obyekti istifadəyə verilib, müasir çəltik zavodu işə salınıb, "EMBAWOOD” mebel fabrikində və Kərpic zavodunda yeni istehsal sahələri yaradılıb, sənaye məhsulu istehsalı 77 faiz artıb. Azərbaycan brendi ilə hər il Masallıdan xarici ölkələrə 15 milyon manatlıqdan çox sənaye məhsulları ixrac olunur. Keçən il təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində də müsbət nəticələr əldə olunmuşdur.

Aqrar sektor aparıcı sahə olaraq qalır

Masallı respublikamızın ən az ərazisi olan rayonlarındandır. Burada yaşayan 225 min əhalinin 90 faizi kəndlərdə məskunlaşmışdır və əsasən, kənd təsərrüfatı ilə məşğul olur. Odur ki, bu sahənin inkişaf etdirilməsi prioritet sahə kimi qarşıya qoyulmuşdur. Hazırda burada ixtisaslaşma aparılması, region üçün ənənəvi olan əkin sahələrinin genişləndirilməsi, eləcə də kooperasiyaların yaradılması istiqamətində tədbirlər davam etdirilir. Bunun nəticəsidir ki, son illər əhalinin ənənəvi sahələrdən olan çəltikçilik və tütünçülüyə marağı xeyli artmışdır. Belə ki, keçən il 301 hektar çəltik sahəsindən 1010 ton məhsul əldə edilmiş və hər hektarın məhsuldarlığı təqribən 33,5 sentner təşkil etmişdir. Tütün əkinləri əvvəlki illərlə müqayisədə artaraq 35 hektara çatdırılmış və 56,4 ton qurudulmuş tütün tədarük olunmuşdur. Baramaçılığa gəldikdə isə 2018-ci ildə 78 qutu barama toxumu rayonun ayrı-ayrı kəndləri üzrə 33 kümçü ailəsinə paylanmış, 3 min 405 kiloqram barama istehsal edilmişdir. Təhvil verilən yaş baramaya görə istehsalçılara "Azər-ipək” ASC tərəfindən 13 min 195 manat vəsait ödənilmişdir. Bununla yanaşı, onlara dövlət tərəfindən 16 min 450 manat subsidiya verilmişdir. Sahənin inkişafı ilə əlaqədar rayonda keçən il Çin Xalq Respublikasından gətirilmiş 2 min tut ağacı əkilmişdir.
2019-cu ildə əkilməsi nəzərdə tutulmuş 17 min 478 hektarda artıq şum işləri başa çatdırılmışdır. 7 min 495 hektarda buğda, 2 min 786 hektarda arpa, 2 min 661 hektarda vələmir, 118,4 hektarda digər bitki növləri əkilmişdir.
Rayon ərazisində 21 hektar üzüm, 17 hektar feyxoa və 29 hektar müxtəlif növ meyvə bağları var. Sığdaş kəndi ərazisində 0,5 hektar, Köhnə Alvadı kəndi ərazisində 1 hektar naringi, Güllütəpə ərazisində 3,2 hektar yeni fındıq bağı salınmışdır. Kolatan inzibati ərazisindəki Sığaçola massivində "Azərsun Holdinq” şirkəti tərəfindən yeni salınan çay plantasiyaları 100 hektara çatdırılmışdır.
Ötən il 420 nəfər arıçının bank hesabına 7 min 424 arı ailəsinə görə dövlət tərəfindən 74 min 240 manat vəsait köçürülmüşdür.
Rayonda heyvandarlığın inkişafı ilə bağlı tədbirlər görülmüş və bu iş davam etdirilməkdədir.
Ümumilikdə Masallı rayonu üzrə aqrar sahənin inkişaf etdirilməsi məqsədilə 2018 - 2023-cü illər üçün proqram hazırlanmışdır. Buna uyğun olaraq 23 min 700 hektar torpaq sahəsi dövriyyəyə cəlb olunacaqdır ki, bu da 40 min nəfər kənd əhalisi üçün yeni iş yerlərinin yaradılmasına şərait yaradacaqdır.

Rəqəmlər nədən xəbər verir

Əvvəlki illərdə olduğu kimi, keçən il də rayon ərazisində və eləcə də Masallı şəhərində tikinti-quruculuq, abadlıq işləri davam etdirilmişdir. Prezident İlham Əliyevin 18 sentyabr 2018-ci il tarixli sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait hesabına Puşkin, Tələt Şıxəliyev, Elşad Hüseynov, Ziya Bünyadov, Cavanşir, İsrafil Məmmədov küçələrində, həmçinin Heydər Əliyev və Bakı prospektlərində təmir işləri başlanılmışdır. 9 küçədə yol yatağına asfalt örtük döşənmiş, səkilər təzələnmiş, işıqlandırma sistemləri yenidən qurulmuş, hasarlar çəkilmişdir. Küçə və prospektlərdə bordür və üzlük qoyulmuşdur. Keçən il ümumilikdə 31 küçədə təmir işləri aparılmışdır. Qarabağ küçəsində yerləşən 10 kommunal yaşayış binasının blok və fasadlarında, habelə rayon mərkəzindəki Cümə məscidində təmir işləri başa çatdırılmış, ayrı-ayrı ərazilərdə mərasim evləri tikilmiş, daxili imkanlar hesabına kəndarası yolların müəyyən hissəsi təmir olunmuşdur.
Keçən il Xallıcalı kəndində 96, Təkdam kəndində 80 şagird yerlik modul tipli məktəblərin tikintisi başa çatdırılmışdır. Göyəçöl, Şıxlar və Bala Təklə kəndlərində isə məktəb tikintisi davam etdirilir.
Son illərdə rayonda infrastruktur şəbəkəsinin inkişaf tempi yüksəlməkdə və genişlənməkdədir. Belə ki, Masallı Elektrik Şəbəkəsi tərəfindən 10/04 kilovoltluq xətlərdə təmir-bərpa işləri aparılmış, əhalini dayanıqlı enerji ilə təmin etmək və itkilərin qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Masallı-Yardımlı yolunun Ərkivan qəsəbəsindən keçən hissəsində 340 dəmir dayaq dəyişdirilmiş, 7 min 200 metr uzunluğunda xətt SİP kabeli ilə əvəz edilmişdir. Bunlardan əlavə, Musaküçə, Təklə, Əhmədli, Qızılağac, Hüseynhacılı kəndləri üzrə 53 min 153 metr SİP kabeli çəkilmiş, 2 min 400 yeni dayaq basdırılmışdır. Digər yaşayış məntəqələrində də lazımi təmir-bərpa işləri aparılmışdır.
Dövlət Proqramı çərçivəsində keçən il Güllütəpə kəndində 460, Tatyan kəndində 324 abonentə təbii qaz verilmiş, bununla da rayon üzrə qazdan istifadə edən abonentlərin sayı 39 min 485 nəfərə çatdırılmışdır. Rayon üzrə qazlaşdırma 97 faiz təşkil edir. Hazırda rayondakı 103 yaşayış məntəqəsindən 90-ı qazlaşdırılıb və qalan 13 kəndin "mavi yanacaq” alması üçün müvafiq işlər görülür.
Sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı nəticəsində keçən il rayonda yeni sənaye müəssisələrinin işə salınması davamlı xarakter almışdır. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda fəaliyyət göstərən sahibkarlara 18 layihə üzrə 374 min manat kredit verilmişdir. Fəaliyyət dairəsinin genişləndirilməsi nəticəsində 65 yeni iş yeri açılmışdır.
2018-ci il ərzində rayona 12 layihə üzrə 13 milyon 162 min manat həcmində investisiya cəlb edilmiş, bunun da hesabına 260 yeni iş yeri yaradılmışdır. Ümumilikdə isə keçən il 2 min 644 yeni iş yeri açılmışdır ki, bunun da 2 min 197-si daimidir.

Görüləsi işlər hələ çoxdur

Arzudan arzu doğur. Biri başa çatmamış digəri yaranır. Həyatın, yaşamağın da mənası budur. Belə olmasaydı, həyat da mənasız olar, çox yeknəsəq görünərdi. İnsanın özündən sonra nə bir izi qalardı, nə də bir sözü. Bu mənada bir-birinin ardınca qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları insanlara öz potensiallarını, nəyə qadir olduqlarını göstərməyə stimul vermişdir. "Həyatda qəhrəmanlıq üçün həmişə meydan var” kəlamı indiki şəraitdə özünü bir daha təsdiqləyir. Dövlət proqramları çərçivəsində istehsalatda, digər sahələrdə uğur qazanan, yüksək nəticələrə nail olan insanlar hər il dövlət başçısının sərəncamları ilə fəxri adlara layiq görülür, orden və medallarla təltif olunurlar.
Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmişdir. Qəbul olunmuş bu iqtisadi-siyasi sənəd bütün regionlarda olduğu kimi, yeni mərhələdə Masallının tərəqqisi, yüksəlişi üçün də yeni üfüqlər açmışdır. Sayca dördüncü olan həmin Proqram çərçivəsində Masallı rayonunda həlli vacib olan layihələr həyata keçiriləcək, onun iqtisadi qüdrəti daha da artacaq, əhalinin sosial rifah halı yüksələcəkdir.

Seyran CAVADOV,
"Azərbaycan” qəzeti

__________________________________________________________

ASAN yolla rahat HƏYAT

18.01.2019             Azərbaycan qəzeti

İlham Əliyevin yaratdığı yeni Azərbaycan brendi qısa müddətdə xalqın böyük etimad və rəğbətini qazanıb

Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq... Yaradıldığı gündən fəaliyyətini "vahid məkan” prinsipi əsasında quran Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” mərkəzləri 6 ildir ölkə vətəndaşlarının xidmətindədir.
Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan və 2013-cü ildə 5 mərkəz, 2 səyyar avtobusla xidmətə başlayan "ASAN xidmət” yenicə qədəm qoyduğumuz 2019-cu ildə 15 xidmət mərkəzi, 1 qatar və 10 səyyar avtobusla ölkənin 75 faizini əhatə edir. Əgər fəaliyyətə başlayanda 20 xidmət təqdim edilirdisə, bu gün 11 dövlət orqanı, özəl şirkət, müəssisələr ümumlikdə 320-yə yaxın xidmət göstərir.
2016-cı ildən isə xidmətin fəaliyyətinin genişləndirilməsi fonunda yenilik yaşandı - "ASAN Həyat” kompleksləri yaradılmağa başlanıldı və ilk belə kompleks respublikanın cənub bölgəsində - Masallı şəhərində yaradıldı.

Operativ xidmət, istirahət və əyləncə

"ASAN Həyat” kompleksləri vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif sahələri əhatə edir və vətəndaşlar tərəfindən də çoxluqla qarşılanır. Burada "ASAN xidmət” mərkəzi ilə yanaşı, istirahət üçün park, kinoklub, intellektual əyləncə obyektləri də yaradılır.
Elə Azərbaycanın ilk "ASAN Həyat” kompleksində də belə təkmil imkanlar mövcuddur.Vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu kompleksin istirahət və əyləncə imkanlarından da istifadə edə bilirlər.
Biz də bu mənzərənin şahidi olmaq üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin müşayiətilə Masallıya yollandıq.

9 şəhər və rayon, 300-dən çox müxtəlif xidmət

Yanvar ayı olsa da, sanki günəşli yaz səhəri açılıb Masallıda... Şəhərin Heydər Əliyev prospektində inşa olunan "ASAN Həyat” kompleksinin ətrafındakı parkda salınan yaşıllıq, tər gül-çiçəklərin ətri xoş ovqat yaradır. Kənardan tamaşa etdikdə kiçik bir şəhərciyi xatırladır bura...
Azərbaycanın ilk "ASAN Həyat” kompleksi Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 3-də Masallıya səfəri çərçivəsində açılıb. Kompleks xüsusi zövqlə tikilən dördmərtəbəli "ASAN xidmət” mərkəzi və 6 ictimai iaşə obyekti üçün nəzərdə tutulan binalardan ibarətdir. Burada Heydər Əliyev İncəsənət Məktəbi, kinoklub, bank, kafe, "ABAD” mərkəzi və "ASAN İntellektual” inkişaf mərkəzi də mövcuddur.
Kompleksin 4480 kvadratmetr ərazisində "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Elə tanışlığa da ilk olaraq mərkəzdən başlayırıq.
Onu da qeyd edək ki, hazırda bütün "ASAN xidmət” mərkəzlərində 11 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-yə yaxın müxtəlif xidmət göstərilir.
Elnur Niftəliyev deyir ki, Masallı regional "ASAN xidmət” mərkəzinə Masallı, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan və Neftçala ərazisində qeydiyyatda olan vətəndaşlar müraciət etməklə lazımi sənədləri operativ və şəffaf qaydada əldə edə bilirlər.
Eyni zamanda səyyar xidmət tərəfindən Cəlilabad, Lənkəran, Lerik, Yardımlı və Astara rayonlarında yaşayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı və bir sıra funksional yardımçı xidmətlər göstərilir.

Nə vaxt itkisi var, nə də get-gəl

Girişdə vətəndaşlar mühafizəçilər tərəfindən ciddi şəkildə yoxlanılır. Onların üzərində kəsici, deşici, yaxud təhlükəli hesab olunan hər hansı bir əşyanın olub-olmadığına əminlik yarandıqdan sonra binaya buraxılırlar. İçəri daxil olan vətəndaşlar məlumat mərkəzinə yaxınlaşıb müraciət edirlər.
Mərkəzin bu hissəsində kifayət qədər insan olsa da, hər kəsin işi öz axarı ilə gedirdi. İçəridə nə səs-küy var idi, nə də qarışıqlıq. Masallı şəhər sakini, 62 yaşlı Əlhüseyn Hüseynovun sözlərinə görə, "ASAN xidmət”, sözün əsl mənasında, onların işini asanlaşdırıb. Çünki adi bir sənədi almaq üçün bir neçə idarəyə getməli olurdular: "Əvvəllər vəziyyət ürəkaçan deyildi. Sənədləri almaq üçün günlərlə vaxt itirirdik. İdarələrin hərəsi də şəhərin bir tərəfində yerləşirdi. İndi isə lazım olan xidmətlər bir mərkəzdə cəmləşib. Bu, hər birimiz üçün sevindiricidir. Anbarı qeydiyyata aldırmaq üçün mərkəzdəki qida bölməsinə müraciət etdim. Heç 20 dəqiqə çəkmədi, sənədim hazır oldu. Əla xidmətdir, vallah”.
Şəhər sakini Əziz Babayev yeni ev tikdirib. Mənzilin elektrik enerjisinin təminatı ilə bağlı sənədləri toplayaraq "ASAN xidmət”ə müraciət edib: "Təzə evimizə işıq çəkilməsi ilə bağlı müraciət etdim. Cəmi 25 dəqiqəyə bütün sənədləşmə prosesi başa çatdı. Çox rahat və gözəl xidmətdir. İnsanlar daha get-gələ düşmürlər, bir gündə, bir saatın içində hər şeyi həll edirsən. Çox məmnun qaldım”.

Könüllülər və Elektron Şikayət Köşkü

Binanın birinci mərtəbəsində müxtəlif xidmətlər mövcuddur. Burada uşaq guşəsi, könüllülər üçün ayrılmış masalar, kafe və Elektron Şikayət Köşkü vətəndaşların xidmətindədir.
Müxtəlif sahələrlə bağlı xidmətə müraciət edənlərə könüllülər yardımçı olurlar. Əslində elə Azərbaycanda könüllülər hərəkatı "ASAN xidmət”dən başlanıb. "ASAN” könüllülərinin sayı 17 mindən çoxdur. Hazırda bütün mərkəzlərdə yüzlərlə könüllü fəaliyyət göstərir.
Könüllü olmaq, ümumiyyətlə, insanların xoş niyyətindən xəbər verir. Təmənnasız olaraq kiməsə kömək etmək üçün xidmətə müraciət edirlər. Bu mərkəzdə də gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün şərait və imkanların yaradılması, onların bilik və bacarıqlarının artırılması məqsədilə könüllülük fəaliyyəti həyata keçirilir. Könüllülər müqavilə əsasında 2 ay müddətində fəaliyyət göstərirlər. Müqavilədə göstərilən öhdəliklərlə 2 ay müddətində çalışan könüllülərə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən rəsmi sertifikat və xasiyyətnamə verilir.
Burada könüllülər 2 növbədə (birinci növbə səhər saat 9:00-dan 14:00-a qədər, ikinci növbə isə 14:00-dan 19:00-a qədər) fəaliyyət göstərirlər.
18 yaşlı Aytac Bağırova iki ay müddətində könüllü kimi çalışıb. Müqavilə müddəti bitdiyi üçün "ASAN” Könüllüləri Gənclər Təşkilatına üzv olmaq üçün müraciət edib: "Müraciətim müsbət cavablandırıldıqdan sonra burada təşkilatın nümayəndəsi kimi fəaliyyət göstərməyə başladım. İndi könüllülərimizə öz köməyimi əsirgəmirəm. Layihələr hazırlayıb təlimlər keçirik. Könüllülərin hər hansı bir problemi olduqda araşdırıb rəhbərliyə məlumat verirəm”.
Aytac deyir ki, könüllü olduğu zaman bir layihə də hazırlayıb - "Danışıq klubu”. Burada könüllülərin işdən sonra, asudə vaxtlarda bir araya gəlib bir-birini yaxından tanımaları, yeni layihələr hazırlamaları üçün yaxşı imkanlar yaradılıb.
Hərbi xidmətdən yeni qayıdan Nurlan Qurbanzadə isə yanvar ayından burada könüllü kimi çalışmağa başlayıb. Deyir ki, qısa zaman olsa da, bu iş ona çox maraqlıdır: "Dekabr ayının 25-də müraciət etdim və ayın 30-da könüllü kimi çalışmağa başladım. Burada insanlara yardım, kömək etmək xoş ovqat yaradır. Bunun savabı insana bəsdir. İnsanlara əl tutmaq hər zaman yaxşı bir iş sayılıb”.
Diqqətimizi çəkən digər bir maraqlı xidmət Elektron Şikayət Köşkü olur. Bəlli olur ki, əgər xidmətin hansısa bölməsində vətəndaşın müraciətinə baxılmasa, yəni şikayəti olarsa, həmin köşkə daxil olur və şüşə kabin avtomatik olaraq bağlanır. Heç kim vətəndaşa mane ola bilmir. İçəri daxil olan vətəndaş düyməni basmaqla birbaşa "Çağrı” mərkəzinin əməkdaşı ilə görüntülü əlaqə yaradır və şikayətini bildirir.

İlk biometrik vəsiqə və doğum şəhadətnaməsinin sevinci

Birinci mərtəbə ilə tanışlıqdan sonra eskalatorla üst mərtəbəyə qalxırıq. Mərkəzin daxilindəkı maraqlı dizayn yuxarı qalxdıqca daha aydın hiss olunur.
Burada həyata keçirilən əsas xidmətlər 2, 3 və 4-cü mərtəbələrdə cəmləşib. Onlardan Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Notarius, Dövlət Gömrük Komitəsi, əmlak məsələləri və digər təşkilatların xidmətlərini göstərmək olar.
15 yaşı yenicə tamam olmuş şəhər sakini Abuzər Məmmədov şəxsiyyət vəsiqəsi almaq üçün gəlib. Yeni biometrik şəxsiyyət vəsiqəsi alacağı üçün üzündə bir təbəssüm vardı. Amma alacağı vəsiqənin əvvəlkindən necə fərqləndiyindən xəbərsiz idi: "Bilirəm ki, şəkildən başqa vəsiqədə barmaq izi də olur. Başqa üstünlükləri barədə məlumatım yoxdur”.
Müasir aparatın qarşısında əyləşən Abuzərə yeni vəsiqə ilə bağlı məlumat verildi. Bildirildi ki, biometrik şəxsiyyət vəsiqəsində fotoşəkil və başqa məlumatlarla yanaşı, vətəndaşın barmaq izi məlumatları olur. Bu da bəzi proseslərdə vətəndaşın işini asanlaşdırır. Həmçinin biometrik şəxsiyyət vəsiqəsi vasitəsilə əksər dövlət qurumlarının elektron xidmətlərindən rahat yararlanmaq olur. Yəni yeni vəsiqə insanlara çox yaxşı imkanlar verir.
Məlumat verildikdən sonra Abuzər baş barmağını aparatda göstərilən yerə toxundurdu və proses başa çatdı.
Digər mərtəbədə isə diqqətimizi çəkən gənc ailənin yaşadığı sevinc hisləri oldu. İlqar Kişiyev dekabr ayında dünyaya gəlmiş oğul övladına doğum şəhadətnaməsi almaq üçün müraciət edib: "Dekabrın 15-də övladımız dünyaya gəlib. Adını Tunar qoyduq və bu gün onun doğum haqqında şəhadətnaməsini almağa gəlmişik. İndi təqdim edəcəklər”.
Bir qədər sonra xidmətin əməkdaşı Masallı şəhərinin yeni sakini Tunar Kişiyevin şəhadətnaməsini atasına təqdim etdi.

Fiziki məhdudiyyətli İlahənin qüsursuz xidməti

Pilləkənlərlə mərtəbələri aşağı enərkən diqqətimizi çəkən bir məqam da təsirli oldu. Məlumat mərkəzində vətəndaşlara xidmət göstərən xanımlardan biri fiziki qüsurlu məhdudiyyətli insanlar üçün hazırlanan arabada əyləşib.
Birinci mərtəbəyə enib həmin xanımla söhbətləşirik. Bəlli olur ki, bu xanım 2016-cı ildən, yəni Masallı "ASAN Həyat” kompleksi açıldığı gündən burada çalışan İlahə İbrahimbəylidir. 3 ildir burada fəaliyyət göstərən İlahə xanım öz işindən çox razıdır: "Bəlkə də bura gələnlərin əksəriyyəti mənim fiziki qüsurlu olduğumu bilmir. Çalışırıq ki, hər zaman gülərüz və nəzakətli şəkildə vətəndaşlara xidmət edək. Şəxsən mən hər zaman dövlətin qayğısını hiss etmişəm. Yaşadığım bədbəxt hadisədən sonra özümə qapanaraq küskün, cəmiyyətdən məhrum bir insan kimi həyata ümidsiz baxırdım. Heç təsəvvürümə də gətirə bilməzdim ki, dövlət orqanında işə qəbul olunaram. Prezident
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya hər zaman minnətdaram. Çünki Mehriban xanıma etdiyim müraciətdən sonra məni xarici ölkəyə müalicəyə göndərdilər. İndi dövlətimizin diqqət və qayğısı nəticəsində daha ümidli, dünyaya yenidən göz açmış bir insan kimi həyatıma davam edirəm”.
İlahə xanım deyir ki, Prezident İlham Əliyevin qayğısını əhalinin hər bir təbəqəsindən olanlar - uşaqlar, gənclər, yaşlılar və xüsusən də fiziki hərəkətləri məhdud insanlar daim hiss edirlər.
Eşitdiklərimiz bizi həm təsirləndirdi, həm də qürurlandırdı. Ona görə ki, bu gün Azərbaycan dövləti öz vətəndaşına sahib çıxaraq onun çalışması, işləməsi üçün real imkanlar yaradır. Masallı "ASAN xidmət” mərkəzində şahidi olduğumuz xoş mənzərə də bunu deməyə tam əsas verir.

Heydər Əliyev İncəsənət Məktəbi, kinoklub

Bu xoş təəssüratlarla "ASAN xidmət” mərkəzindən ayrılıb kompleksin ərazisindəki digər obyektlərə baş çəkirik.
Əlavə edək ki, kompleksin yerləşdiyi ərazidə park salınıb, fəvvarə quraşdırılıb, əhalinin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb. Bundan əlavə, 80 avtomobil üçün avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı var.
İlk olaraq Heydər Əliyev İncəsənət Məktəbi ilə tanış oluruq. Bu bina da xüsusi dizaynla inşa olunub. Burada müxtəlif sərgi, tədbir, təqdimat və təlimlər keçirilir. Məqsəd müasir Azərbaycan incəsənətini tanıtmaq və onun geniş ictimaiyyət arasında təbliği üçün şərait yaratmaqdır. Ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən kitablar, jurnallar, fotoların olduğu maraqlı guşə də diqqət çəkir.
Müasir üslubda tikilən kinoklub isə uşaq və yeniyetmələrin daha çox əyləndiyi məkandır.Burada kafe və iki kinozal var. Kafenin masaları da elektrondur. Belə ki, müştərilər çay, kofe içə-içə stoldakı düyməni basıb elektron lövhəni yandırırlar. Sensorlu lövhədə bu gün üçün hansı filmlərin nümayiş etdiriləcəyi və ümumiyyətlə filmlər haqqında məlumat əldə edirlər.

"ABAD” və "ASAN İntellektual” inkişaf mərkəzi

"ABAD” (Ailə Biznesinə ASAN Dəstək) - ailə bizneslərinin formalaşdırılmasını, bu təsərrüfatlar vasitəsilə məhsulların istehsalını, xidmətlərin göstərilməsini və brendləşdirilməsini, istehsalçıya və tələbata uyğun keyfiyyətli məhsulların istehsal və istehlakının təşviq edilməsini həyata keçirən mərkəzdir. "ABAD” mərkəzinin əsas məqsədi regionların sosial-iqtisadi inkişafına dəstək vermək, ailə bizneslərində müasir texnologiyaların tətbiqini təmin etmək, ailə brendlərinin formalaşmasına dəstək olmaqdır.
Elnur Niftəliyev diqqətə çatdırdı ki, "ABAD” pilot layihə kimi Masallı "ASAN Həyat” kompleksinin açılışı zamanı təqdim olunub və 2016-cı il 23 sentyabr tarixində Prezident İlham Əliyev tərəfindən "ABAD” publik hüquqi şəxsin yaradılması ilə bağlı sərəncam imzalanıb.
Bu gün dəstək proqramından 332 ailə bəhrələnir. Layihə Masallı rayonunda 7 ailə təsərrüfatı ilə fəaliyyətə başlayıb. Hazırda Lənkəran iqtisadi rayonunu əhatə edən Masallı "ABAD” Regional Mərkəzi vasitəsilə bu rəqəm 24-ə çatdırılıb. 24 ABAD-çı ailəsindən 13-ü dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində, 11-i isə qida məhsulları istehsalı sahəsində çalışır. Qida məhsulları istehsalı sahəsində fəaliyyət göstərən ailələr müasir istehsal avadanlıqlarına malik konteynerlərlə təmin olunublar.
"ASAN İntellektual” inkişaf mərkəzi isə cənub bölgəsində bütün növ intellektual oyunların inkişafına kömək etmək, həmçinin gənclərin asudə vaxtlarını səmərəli keçirmələrində, intellektual inkişaf, savad və dünyagörüşlərini artırmaqda onlara kömək etmək məqsədi daşıyır. Mərkəz gənclərin gələcəkdə karyera qurmaları üçün lazım olan bilik və bacarıqları aşılayır. Burada tez-tez məktəblərarası, rayonlararası intellektual yarışlar təşkil olunur.
Bütün gördüklərimiz, şahidi olduğumuz reallıqların hamısı bir məkanda - Masallı "ASAN Həyat” kompleksində cəmləşib. Həm "ASAN xidmət”, həm də digər əyləncə və istirahət mərkəzləri vətəndaş rahatlığına xidmət edir. Kompleksə təşrif buyuran 9 rayonun vətəndaşları həm "ASAN xidmət” mərkəzinə hansısa sənədlə bağlı müraciət edir, həm də parkda istirahət edirlər. Gənclər isə asudə vaxtlarını intellektual inkişaf mərkəzində, kinoklubda keçirirlər.

Xalqa xidmət nümunəsi

Əlbəttə ki, belə mərkəzlərin yaradılması Azərbaycanın gücünü, qüdrətini göstərir. Prezident İlham Əliyevin söylədiyi kimi, "ASAN xidmət” yenilikdir, şəffaflıqdır, mədəniyyətdir. Bu, Azərbaycanın ixtirasıdır: "Biz fəxr edirik ki, dünya miqyasında analoqu olmayan intellektual məhsul artıq Azərbaycanın müəllifliyi ilə dünyaya təqdim olunur. Artıq bəzi ölkələr bizim təcrübəmizi öyrənməyə çalışırlar, müxtəlif formatda əməkdaşlıq edirlər. Bu onu göstərir ki, doğrudan da, bizim təşəbbüsümüz çox böyük və geniş nəticə hasil edib və bunun çox gözəl ictimai rezonansı var. Ancaq güclü dövlət belə işləri görməyə qadirdir. Ancaq öz xalqına diqqət göstərən hökumət bu işləri görür”.

Bu il daha 5 "ASAN xidmət” mərkəzi istifadəyə veriləcək

Bu gün ölkəmizdə 5 (Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidə) "ASAN Həyat” kompleksi fəaliyyət göstərir. Bu mərkəzlərin hər biri memarlıq əsəridir. Müxtəlif dizaynlarda inşa olunan komplekslərdə vətəndaşlara ən yüksək səviyyədə xidmət göstərilir.
Elnur Niftəliyevin sözlərinə görə, hər gün "ASAN xidmət” mərkəzlərinə ümumilikdə təxminən 22 min vətəndaş müraciət edir. Bu günə qədər olan müraciətlərin sayı 26 milyondan çoxdur. Onun da 7 milyonu 2018-ci ilin payına düşür. Hazırda vətəndaşların məmnunluq əmsalı 99,6 faizdir.
Bu il daha 5 şəhər və rayonda - Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakəndə "ASAN xidmət” mərkəzi istifadəyə veriləcək. Eyni zamanda paytaxtda növbəti "ASAN Kommunal”ın istifadəyə verilməsi nəzərdə tutulub. Əsas hədəflərdən biri isə "Elektron hökumət”in inkişafı ilə bağlı yeni modelin istifadəyə verilməsidir.
Bir sözlə, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə reallığa çevrilən və vətəndaş məmnunluğuna xidmət edən belə mərkəzlərin sayının artması həm dövlətin iqtisadi qüdrətinin yüksəldiyini, həm də verilən vədlərin vaxtında yerinə yetirildiyini təsdiqləyən reallıqdır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

____________________________________________________________

Sabaha geniş addımlarla
"Azad Azərbaycan" qəzeti, 8 yanvar 2019-cu il.

Publisistin yol qeydləri və düşüncələri

Dekabrın 21-i səhər tezdən evdən çıxıram. Hava yağmurlu, küləklidir. Doğmalarım təkid edirlər ki, belə havada yola çıxmaq olmaz. «Məni dəvət ediblər, məni gözləyirlər, getməliyəm» deyirəm.

Maşını işə salıram. Ətraf qatı tumana bürünüb, sanki səhər yox, gecənin zülmət vaxtıdır. Faraları yandırıram. Baş yola kimi bir qədər çətinlik var – maşın çoxdur. Hamı harasa tələsir… Bir qədərdən sonra elə ki, geniş yola çıxırsan, sıxlıq azalır, səbəb – sürətin artmasıdır. Saatda 110, sonra isə 120 km olması sıxlığa, tıxaca son qoyur. Ancaq havaya görə sürəti çox da artırmıram, ehtiyat edirəm.
Yolum doğma diyarım Masallıyadır. Bu gün Masallıda böyük tədbir keçiriləcək: «Masallıların beynəlxalq internet saytı» yaradılıb. Tədbir saat 11-də olacaq. Mən də həmin təqdimata bir ziyalı kimi rayon İH tərəfindən dəvət olunmuşam. Bu dəvətdən, doğrusu məmnunam və ürəyimdə rayon rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yüksək tədbirlərə məni dəvət edirlər. Belə tədbirlərdə adətən söz də deyirəm.
Massalı böyük Azərbaycanın (həmişə Şimali Azərbaycanı Cənubi Azərbaycanı vəhdətdə görürəm) dilbər guşələrindən biridir. Gözəl təbiəti, məhsuldar torpağı, zəhmətsevər insanları var Masallının. Sahəsi cəmi 700 km2-dir. Əhalisi 225 min. Əhal burada çox sıxdır. Belə xüsusiyyətinə görə, hətta Çinlə müqayisə edilə bilər.
Masallının keçmişi, bu günü gözlərim qarşısındadır. Mənim doğma məmləkətim Azərbaycan kimi Masallının da müstəqilliyimiz (cəmi 25 ildə) dövründə necə hərtərəfli inkişaf etdiyini, yüksəldiyini görməmək, qiymətləndirməmək mümkün deyil. Xüsusən də son 5-6 ildə Masallı yaxşılığa doğru elə dəyişmişdir ki, bu dəyişkliyə, bu yüksəlişə yalnız və yalnız qibtə etmək olar.
Belə xoş düşüncələrlə əlahəzrət vaxt da hamar, müasir dizaynla qurulmuş yolla şütüyən maşının sürəti kimi sürətlə keçir. Getdikcə hava açılır. Salyan ərazisinə girəndə çən-duman da ipli pərdə kimi açılır, ətraf bir qədər aydın görünür. Yolda maşın çox azdır. Əlbəttə ona görə azdır ki, sürət yaxşıdır. Belə gözəl yolda maşın sürməyə nə var ki.
İndi 2 saata Bakıdan Masallıya rahat getmək olur. Əvvəllər isə bu yolu 4 saata, bəzənsə daha çox vaxta getmək olurdu. Ona görə ki, Bakıdan Astaraya, ordan da İran ərazisinə gedən minik və yük maşınları Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astara rayonlarının kənd və qəsəbələrindən keçirdi. Yaşayış yerlərində sürət həddi saatda 60-70 km idi. Yol darısqal, kələ-kötür. Çox vaxt böyük yük maşınları özlərinin 30-40 km sürətləri ilə onlarla, yüzlərlə minik maşınlarının da sürətini öz sürətlərinə uyğunlaşdırırdılar. Belə yük maşınlarını ötmək, keçmək təkcə səriştəliklə bərabər, bolluca əsəb də aparırdı. Hər an qarşıdan maşın çıxa bilərdi. Yol təkcə rahatlıq deyil, yol həm də mədəniyyətdir, qanun-qaydalara riayət etməkdir. Əvvəllər xarici ölkələrə gedəndə ordakı rahat, geniş, səliqəli magistral yolları görəndə həsədlə düşünürdüm ki, görəsən bizdə də nə vaxtsa belə müasir yollar olacaqmı?! Bu gün fəxarətlə demək olar ki, dünyanın ən inkişaf etmiş ölkələrindən heç bir infrastrukturları ilə geri qalmayan, hətta xeyli müasir yollarımız, körpülərimiz yaradılmışdır. Həm də belə möhtəşəm yol və körpülər təkcə paytaxtımız Bakıda yox, bizim respublika boyu şaxələnmiş yollarımız, körpülərimiz vardır. Ötən ilin sentyabrında möhtərəm Prezidentimiz İlham Əliyevin Bakı-Astara magistral yolunun açılışını etdikdən sonra cənub bölgəsinin mən deyərdim, ən böyük problemi həll olundu. İndi bu yolla gedib-gələn insanlar dövlət başçısına can sağlığı, valideynlərinə rəhmət söyləyirlər. Tarixən belə olub: ata-babalarımız yolsalan, körpü tikən, xeyirxah insanlara həmişə minnətdarlıq duaları ediblər…
Burada mən, təəssüf hissi ilə xarici ölkələrdə hansı səbəbdənsə oturub doğma vətəni respublikası, ölkə rəhbəri haqqında həzlə danışanlara, böhtançı fikirlər söyləyənlərə, öz gözlərində tiri görməyib, başqa gözdə tük axtaranlara, özgə qapılarında yaşayıb düşmən dəyirmanına su tökənlərə, özümüzdən olub, özümüzə qənim çıxanlara bir azərbaycanlı, bir ziyalı kimi üz tutub deyirəm: öz elinizə, yurdunuza qara eynək arxasından baxdığınız, hər şeyə qara don geydirib danışdığınız yetər, gözlərinizdəki qara eynəyi çıxardıb müstəqil Azərbaycanımızda gedən möhtəşəm quruculuqları, sosial yeniliklərin, qanunların gündən-günə obyektiv işləməsindən, antipodlara (Sovet dövrünün sözü olsa da) qarşı aparılan barışmaz mübarizədən, şüurlarda yaranan yeniliklərdən xəbəriniz yoxdurmu?! Tənqid yaxşı xüsusiyyətdir, ancaq saf olmalıdır. Vaxt gələcək acgözlər, talançılar, yüngül yollarla milyonlar qazananların sayı azalacaq, lap çox azalacaq. Əlahəzrət zaman çox şeyləri düzünə sahmanlayacaq, hər kəs öz bacarığına, zəhmətinə görə haqq alacaq, əyri yolda gözü olmayacaq. Ləyaqət, şərəf həyatın meyarı olacaq. Bunlar hamısı olacaq və sürətlə hər şey ona doğru gedir.
Bütün bunları beynimdən, ruhumdan, ürəyimdən keçirə-keçirə «dəmir atımı» səirdirəm…
Yeni yolun ən üstünlüklərindən biri də odur ki, yol düzdür, yəni nə Səlyanın, nə Biləsuvarın, nə Cəlilabadın, nə də Masallının kənd və qəsəbələrindən keçməməyidir.
Yeni yol düz olduğundandır ki, məsafə hiss olunan dərəcədə qısalıb. Ancaq yolboyu baş yoldan rayonlara yollar ayrılır: Səlyan şəhəri yaxınlığında səliqəli yolayrıcılar işarəlri görünür. Sol tərəf – Səlyana, sağ tərəf Şirvan şəhərinə, bir qədər getdikdən sonra – sol tərəf Şorsuluya, sağ tərəf – Biləsuvara, bir neçə yerdən Cəlilabada, bu cür də Masallı rayonunun qərb və şərq tərəfinə çıxışlar ayrılır.
Yolboyu tez-tez “İstirahət zonası” yazılmış səliqəli plakatlar asılıb. Deməli, çox keçməz bu yerlərdə müasir istirahət tikililəri yaradılacaq. Yerli və xarici turistlər buralarda – təbiətin qoynunda dincələcəklər. Nə yaxşı.
Havanın qeyri-sabitliyinə baxmayaraq Masallıya nə vaxt gəlib çatdığımı heç hiss etmədim.
Masallıda hava qışdan daha çox payız havasını xatırladırdı. Burada sakit, mülayim hava vardı. Hərdən narın səpələnən yağış havaya xüsusi bir təravət qatırdı. Uzun illərin təcrübəsindən bu qənaətə gəlmişəm ki, Masallının iqlimi Bakının iqliminə bənzərlidir. Fərq bir ondadır ki, Bakıda külək çox əsir, Masallıda isə yağış çox yağır.
Saat 11.00-da «Masallılar interneti saytı»na həsr olunmuş məclis öz işinə başladı. Məclisdə yerli ziyalıların nümayəndələri ilə yanaşı dəvət olunmuş qonaqlar (əslən Masallıdan olanlar) də rayonun rəhbərliyi iştirak edirdilər. Məclisi bu möhtəşəm hadisənin (məhz hadisənin)ərsəyə gəlməsində xeyli çalışmış Masallı rayon İH-in sektor müdiri Elvin Fəttayev idarə edirdi.
İlk söz saytın yaradılmasının təşəbbüskarı, həm də təşkilatçısı Zahir müəllimə verildi. Zahir müəllim bu işə təşəbbüskar olmasının səbəbini, istəyinin məqsədini açıqlayaraq dedi ki, Masallıdan çoxlu sayda çıxmış alimlər, ictimai-siyasi xadimlər, iş adamları var ki, onlar Rusiyadan tutmuş dünyanın bir çox ölkələrində yaşayır və fəaliyyət gbstərirlər. Onlarla əlaqə yaratmaqda bu sayt əvəzsiz olacaqdır. Bu insanlar həm bir-birilə, həm də rayon ictimaiyyətilə əlaqə yaradacaqlar. Güman edirəm ki, bu işin xeyri çox olacaqdır. Axırda isə o, bu işin yaradılmasında çox böyük xidməti, çox böyük dəstəyi olan rayon İH-in başçısı cənab Rafil Hüseynova öz minnətdarlığını bildirdi. Sonra söz Masallı rayon İH başçısı Rafil müəllimə verildi. Hiss olunurdu ki, Rafil müəllim həddən ziyada sevinclidir. – Əlbəttə “Masallılar saytı”nın açılması rayonumuzun ictimai həyatında çox qiymətli bir hadisədir. – deyə o sözə başladı. – Bu işin həm tarizi, həm də praktiki əhəmiyyəti, milli-mənəvi dəyəri olacaqdır. Təsəvvür edin ki, bu sayt vasitəsilə hər bir masallı dünyanın hər hansı guşəsində yaşayan həmyerlisi ilə əlaqə yarada biləcəkdir. – Sözünə davam edərək Rafil müəllim sonra qeyd etdi ki, bu gün xarici ölkələrdə yaşayan əslən Masallıdan olan bir çox iş adamının adlarını çəkə bilərəm ki, onlar öz kəndinin, qəsəbəsinin bir çox işlərində, məsələn, yolların çəkilməsində, mədəni ocaqların yaradılmasında yeni tipli market və şadlıq evlərinin tikilməsinə maddi sponsorluq edirlər. Əlbəttə bunlar çox vacib məsələlərdir. Elə bilirəm ki, bu saytın açılmasından sonra belə əlaqələr, belə görüşlər daha çox olacaqdır.
Sonra bu sətirlərin müəllifi mən də çıxış edərək ürək sözlərimi dedim:
- XX əsr bəşər tarixinə elm-texnika, milli oyanışlar, inqilablar, 2 dünya müharibəsi, yeni milli dövlətlərin meydana gəlməsi və s. əsri kimi daxil olmuşdursa, XXI əsr tarizə sürət əsri, informasiya əsri kimi daxil olmuşdur. Bu gün dünyanın hər hansı yerində bir texniki yenilik yaranır, meydana gəlirsə heç bir həftə çəkmir ki, bu yenilik hər yerə yayılır. Əvvəllərcə belə deyildi. Xatırlayıram: ötən əsrin axırlarına yaxın Kuba respublikasında (Azadlıq adası) Azərbaycan günləri keçirilirdi. Mən də nümayəndə heyətinin tərkibində idim. Mən ilk dəfə Kuba şəhərlərində əl telefonundan istifadəni, beynəlxalq BANKOMAT gördüm. Çox sonralar bunlar bizə gəlib çıxdı. Bu gün isə “Masallıların beynəlxalq saytı” yaradılır. Az vaxtda belə inkişaf yalnız fantastik sürətin nəticəsində meydana gələ bilər…
Məndən sonra Regional hüquq və iqtisadi maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova, "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, Azərbaycan Yazıçılar Birliyi nəzdində Hərbi vətənpərvərlik komissiyasının sədri şair-bəstəkar Şahin Musaoğlu çıxış edərək səmimi ürək sözlərini və arzularını bildirirdi.
Saytın o andaca xarici ölkələrdə yaşayan bir neçə Masallıdan olan həmyerlilərimizlə canlı görünüş yaradılması hamının marağına səbəb oldu.
İlk olaraq Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan iş adamı, tanınmış biznesmen Məşkur Qasımovla canlı görüntü yaradıldı. O bizi, biz də onu görür, səsini eşidirdik. Məşkur Qasımov salonda oturanları – bizləri salamladı və belə hadisəni yeni ilə qiymətli hədiyyə kimi qiymətləndirdi. Saytın mükəmməl fəaliyyəti üçün özünün tövsiyələrini verdi və sonda vaxtı ilə respublikada yaxşı tanınan Masallının «Viləş» futbol komandasının əvvəlki şöhrətini qaytarmaq üçün sponsorluq edəcəyini vəd etdi.
Rusiyanın Norilsk şəhərində yaşayan Əli Kərimovla telekörpü hamıda maraq doğurdu. Əli müəllim orada təkcə Masallını yox, bütün Azərbaycanı təmsil edir. O, regional Azərbaycan diasporunun sədridir. Əli müəllim qeyd etdi ki, biz uzaq Sibirdə kiçik Azərbaycan mühiti yaratmışıq.
Mərhaba! Budur vətənpərvərlik, budur azərbaycançılıq.
Rusiyadan sonra «səfərimiz» ABŞ-a oldu. Ekranda cavan, yaraşıqlı bir oğlan göründü. Bu – Tural Sadıqovdur. O, rayonun Ərkivan kəndindən (Ərkivan kəndi respublikanın ən böyük kəndidir. Burada 23 min əhali yaşayır. Hazırda qəsəbə status verilib) olan, indisə Nyu-York şəhərində institutda dərs deyir. Riyaziyyat elmlər doktorudur. Tural müəllimin ən böyük arzusu və istəyi təhsil sistemimizi gücləndirməkdir. O dedi ki, istər Yaponiya, Cənubi Koreya, istərsə də ABŞ və b. ölkələr təhsil hesabına belə tərəqqi etmişlər.
Açığını deyirəm: hamımız – salonda oturanlar sanki şokdaydılar, şirin röyadaydı. Bizi bu şirin röyadan, sehirdən musiqi sədası ayırdı. Musiqi bizi Rusiyadan, ABŞ-dan qoparıb Masallıya gətirdi. «Azərbaycan» mahnısını gənc müğənni Eldar Baxış əla ifa etdi. Möhtəşəm ifa idi. Mübaliğəsiz deyə bilərəm ki, böyük sənətkar, mərhum Müslüm Maqomayevdən sonra belə ifa görməmişdim. Müğənninin geniş diapozonlu və ürəyəyatan, məlahətli səsi var. Mənə dedilər ki, Eldar Baxış Türkiyədə keçirilən mahnı yarışmasında uğurlar qazanmışdır. Yəqin ki, çox keçməz gənc müğənni mərkəzin də nəzərini cəlb edəcəkdir.
Tədbir sona çatdı. Rayon rəhbərliyi, tədbir iştirakçıları ilə görüşüb şəhərə dönürəm. Qalmağımı istəsələr də, mən razılığımı bildirirəm. Artıq qışdır, havaya etibar yoxdur. Onsuz da hər tərəf dumana-çənə bürünüb. Günlər qısadır, axşam tez düşür.
Yenə baş yoldayam. Sürəti azaldıram. Doğma Masallını, onun gözəlliklərini sanki gözümə köçürtmək istəyirəm. Ancaq hələ də iştirak etdiyim tədbirin təəssüratları beynimdə, gözümün önündədir. Doğrudan Masallı çox dəyişib və sürətlə də dəyişilir. Xüsusən son illər regionların inkişafı ilə bağlı qəbul edilən geniş Dövlət Proqramı rayonların inkişafına güclü təkan vermişdir.
Son illər Masallının inkişafını rayonda görülən işlərin samballığında görmək gərəkdir. Onlardan bir neçəsini qeyd edək: Heydər Əliyev parkı yenidən qurulmuş, orada xeyli abadlıq işləri görülmüşdür; rayon mərkəzinə su çəkilmiş, kanalizasiya sistemi başa çatdırılmış; Bayraq Meydanı yaradılmışdır, regionun «ASAN Xidməti» Masallıda yaradılmışdır, şəhid ailələri üçün bir neçə bina inşa edilmişdir; rayon mərkəzi və ətraf küçələr asfaltlanmışdır, xeyli kəndlərarası və kənd yolları əsaslı təmir edilmiş, asfalt döşənmişdir, rayon əhalisi demək olar ki, qazla təmin edilmiş, yeni mədəniyyət və ictimai binalar inşa edilmiş, Viləş çayı ətrafında müasir park salınnmış (masallılar bunu bulvar adlandırırlar), rayonda çayçılıq, çəltikçilik yenidən vüsətlə inkişaf etdrilmiş, fermerlərin fəaliyyəti üçün imkanlar yaradılmış, rayonun mərkəzində «Sənaye məhəlləsi» yaradılmış, rayonda turizmin inkişafı üçün xeyli əməli işlər görülmüşdür və s. və i. Əlbəttə bunlar Masallıda görülən işlərin yalnız bir hissəsidir. Yəqin ki, irəlidə daha böyük, daha vacib işlər görüləcək, nəzərdə tutulan məsələlər həll olunacaqdır.
«İşi işbilənə tapşır» - deyib atalar. Bu gün doğma azərbaycanın hər yerində geniş quruculuq işləri görülür və görüləcəkdir də…
Mən burda bir məsələyə bir ziyalı, bir azərbaycanlı kimi toxunmaq istəyirəm. Mənə elə gəlir ki, Masallıda yaradılan saytın rayonun mədəni-təsərrüfat həyatına xeyri olacaq. Masallıdan təkcə Azərbaycanda deyil, xarici ölkələrdə yaşayan fəaliyyət göstərən imkanlı adamlar: milyonçular, milyarderlər vardır. Həmin milyonçular, milyarderlər öz pullarını, varidatlarını banklarda saxlamaqdansa öz vətənlərində fabriklər, zavodlar tikdirsələr yaxşı olmazmı?! Azərbaycanın özündə elə milyonçular var , onlar xarici ölkələrdə saraylar alır, sanatoriyalar tikdirirlər. Məgər onlar öz ölkələrində bu işləri görə bilmə zlər?! Axı sizlər bu varidatı xalqın hesabına toplamısınız. Xalqa xərcləsəniz daha yaxşı olar.
Bu isə ŞÜUR məsələsidir, ağıl məsələsidir. Bir də görürsən, bir nəfərin neçə milyonlarla dəyəri oln villası, şadlıq sarayları peyda oldu. Danışanda deyir: mən Vətənə, xalqa ləyaqətlə xidmət etmişəm, ləyaqətli xidmətlə axı bu işləri görmək olmaz!!!
Elə ölkələr var ki, onlarda iş adamları öz varidatlarını xalqdan, dövlətdən gizlətmirlər və varidatları müəyyən həddə çatanda yarısını yönəldirlər, cəmiyyətə: kimi səhiyyəyə, kimi təhsilə, kimi yollara və s. O adamlar dərk edirlər ki, hər şeyi cəmiyyət hesabına qazanıblar, ona da ötürülməlidir.
Bax şüur, ictimai şüur budur!!!
Bu fikirlər beynimdən keçəndə bir də gördüm ki, Bakıya çatmışam.
Ürəyimdən son sözlər bunlar oldu: tez-gec bizdə də belə şüur, ağıl yaranacaq. Bu qaçılmazdır, bunu Əlahəzrət zaman tələb edir…

Musa QULUZADƏ,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Professoru,
Tarix elmləri doktoru, Əməkdar müəllim.
"Azad Azərbaycan" qəzeti, 8 yanvar 2019-cu il.

________________________________________

Masallı – 2018-in uğurları cari ildə də davam edəcək
07.01.2019    bizimaz.az

Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının ardıcıl olaraq həyata keçirilməsi Masallıda aqrar-sənaye kompleksinin indiyədək müşahidə olunmamış bir dinamika ilə inkişafına yol açmışdır

  Bizimaz.az  bildirir ki, Masallı “Sənaye məhəlləsi”nin yaradılması rayonun iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu.

Masallı rayonunda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 iyun 2016-cı il tarixdə Sərəncam imzalanmışdır. Masallı şəhər ərazisində Sənaye məhəlləsinin yaradılması məqsədi ilə Ələt-Astara avtomobil yolunun 165-ci kilometrində sol tərəfdə Masallı şəhəri ərazisində yerləşən 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və tikinti işlərinə başlanılmışdır. Sənaye məhəlləsinin yaradılması ilə əlaqədar rayondan olan kiçik və orta sahibkarlarla müzakirələr aparılmış və fəaliyyət göstərmək istəyən sahibkarlar barədə müvafiq məlumatlar toplanılmışdır. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına, təkmilləşməsinə yeni təkan verəcək və 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaqdır. Hazırda Sənaye məhəlləsində tikinti işləri yekunlaşma mərhələsindədir.

Rayonda kənd təsərrüfatı məhsullarının istehsalıçılarına xüsusi .stimullaşdırıcı yardımlar olunur

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacağa və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına yardım verilməsi, habelə istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması, kənd təsərrüfatı məhsullarının satışı üzrə yarmarkaların təşkil edilməsi yetişdirilən məhsulun itkisiz yığılmasına müsbət təsir etmiş və hesabat ilində əsas kənd təsərrüfatı məhsullarının istehsalında artıma nail olunmuşdur.

2018-ci ilin yanvar-sentyabr aylarında rayon üzrə istehsal olunmuş dəyəri 549985,6 min manat olan ümumi məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 102627.7 min manatını, yəni 18,7 faizini kənd təsərrüfatı məhsulları təşkil edir. Kənd təsərrüfatının aparıcı sahəsi bitkiçilik və heyvandarlıqdır.

2018-ci ilin yanvar-sentyabr aylarındarayonun kənd, meşə və balıqçılıq təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 102627.7 min manat məhsul istehsal olmuşdur ki, bu da keçən ilin müvafiq dövründəkindən 4943.5 min manat və ya 5,1 faiz çoxdur.

2018-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı müəssisələrində 79674 nəfər, o cümlədən 365 nəfəri hüquqi şəxslərin müəssisələrində çalışmışdır ki, onlara verilən əmək haqqının miqdarı 612.7 min manat olmuşdur.

Kənd təsərrüfatına aid dövlət müəssisələrində bir işçinin orta aylıq əmək haqqı 186.5 manat olmuşdur.


Masallıda abadlıq-quruculuq işləri geniş vüsət alıb.

Cari ildə Masallıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həm həcmi, həm də dinamikası yüksəlmişdir. Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. İlkin olaraq ümumi uzunluğu 750

p/m olan beton bəndin 591 p/m hissəsində işlər yekunlaşmışdır. Çay yatağının qalan 159 p/m-lik hissəsinin beton məcraya salınması ilə əlaqədar maliyyə vəsaitinin ayrılmasından ötrü aidiyyəti üzrə müraciətlər edilmişdir. Şəhərin Baş Planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazidə rayon İcra hakimiyyəti tərəfindən Viləş çayı boyunca 50 hektara yaxın ərazidə meşə-park, o cümlədən 7 hektarda “Park-bulvar” kompleksinin salınmasına başlanılmışdır. ərazilərin təmizlənməsi, yaşıllıqların salınması və ağacların əkilməsi işlərinə start verilmiş, artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınmışdır. Park-bulvar kompleksinin salınması ilə əlaqədar layihələndirmə tapşırığı əsasında müvafiq layihə təşkilatı tərəfindən layihə sənədləri hazırlanmışdır. Layihə sənədlərinə əsasən park-bulvar kompleksində uşaq-əyləncə mərkəzi, idman qurğusu, “Masallı evi”, səhnə, istirahət və iaşə obyektləri, 2 fontan, söhbətgahlar, çay üzərində 1 piyada və 2 nəqliyyat vasitələrinin hərəkəti üçün körpü, yeraltı içməli su anbarı, nasosxana, yanğın əleyhinə su anbarı nəzərdə tutulmuşdur. Layihə sənədlərinə uyğun olaraq kompleksdə ilkin olaraq tikintisi nəzərdə tutulan obyektlərin tikintialtı sahəsi 759 kv.m, gəzinti yerlərinin sahəsi 26340 kv.m, yaşıllıq sahə isə 25840 kv.m təşkil edir.

Rayon rəhbərliyinin effektiv fəaliyyəti ictimaiyyət tərəfindənyüksək qiymətləndirilir.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən son illər ərzində imzalanmış regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının reallaşdırılması istiqamətində bu gün Masallıda da qızğın iş gedir. Ölkəmizin ümumi iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən bu sənədlərdə irəli sürülmüş vəzifələrin icrası üçün Masallı rayon rəhbərliyi sözün əsil məmasında yerli sakinlərlə birlikdə bütün resurs və potensialların səfərbər olunmasını yüksək səviyyədə təmin etmişdir. Bu səylərin nəticəsidir ki, hazırda rayonun iqtisadiyyatının və mədəni həyatının daha da çiçəklənməsi aşkar müşahidə olunur. Bu gün Masallının aqrar-sənaye kompleksinin sürətli inkişafı, dinamik şəkildə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramların ardıcıl olaraq həyata keçirilməsi, insanların getdikcə daha firavan yaşaması artıq qarşısıalınmaz bir prosesə çevrilmişdir. Əlbəttə ki, dövlətimiz tərəfindən yaradılan bu şəraitdən, açılan imkanlardan maksimum düzgün yararlanıb rayon və bölgələrimizdə davamlı inkişafa, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq üçün artıq yerli hakimiyyət orqanlarının da məqsədyönlü və səmərəli fəaliyyət göstərmələri əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun fəaliyyəti də yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Heç bir şübhə yoxdur ki, Masallı sakinləri bundan sonra da doğma respublikamızın inkişafı naminə, ümummilli liderimiz Heydər Əliyevin bizə əmanət qoyduğu müstəqil  Azərbaycanımızın tərəqqisi yolunda əzmlə çalışacaq, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin həyata keçirilməsini daim dəstəkləyəcəklər.

__________________________________________________________

Masallıda daha bir gözəllik ünvanı yaradılır
2019-01-08      
xalqqazeti.com

İlbəil “Masallı – nağıl misallı!” deyimi özünü doğruldur. Viləş çayının Masallı şəhəri ərazindən keçən hissəsində inşa olunan park-bulvar kompleksinin ulu diyarın daha bir gözəllik ünvanına çevriləcəyi günə çox qalmayıb.
Prezident İlham Əliyev ötən ilin sentyabrında Masallı rayonuna səfəri zamanı park-bulvar kompleksi ilə tanış olub, tikinti-quraşdırma işlərinin tam başa çatdırılması məqsədilə müvafiq tapşırıqlarını verib.
Bura cənub bölgəsində Astaradan sonra inşa edilən 2-ci park-bulvar kompleksidir. Hazırda kompleksdə tikinti işləri sürətlə davam edir. İlkin mərhələdə bu istirahət məkanı 7 hektar ərazini əhatə edəcək və 1,5 kilometr uzunluğunda olacaq. Sonrakı mərhələdə isə ərazi 5 kilometrə çatdırılacaq. Yeni mərkəzdə uşaq əyləncə və istirahət guşələri, mini-futbol və voleybol meydançaları tikilərək sakinlərin ixtiyarına veriləcək. Parkın bir hissəsində qədim Masallının tarixini əks etdirən guşə də olacaq. Viləş çayının bir sahilindən digər sahilinə piyadaların keçidini təmin etmək üçün ərazidə 3 körpü inşa ediləcək. Suyun artırılıb-azaldılması üçün də qurğular yerləşdiriləcək. Əhali parkın ərazisində qayıqla gəzintiyə də çıxa biləcək.
Artıq layihədə nəzərdə tutulan tikinti işlərinin bir qismi başa çatdırılıb. Viləş çayı yatağının sel və daşqın sularından mühafizəsi və Masallı-Yardımlı magistral yolunun üzərində yerləşən yeganə əsas körpünün beton bünövrəsinin möhkəmləndirilməsi məqsədilə çayın 591 metr hissəsi beton məcraya salınıb. Bənd boyu hər iki tərəfdə drenaj şəbəkəsi çəkilib. Bu körpünün ümumi görünüşünün kompleksin layihəsinə uyğunlaşdırılması ilə bağlı işlər yekunlaşıb. Beton bəndin üzərində hər iki tərəfdə aqlay materialı və kərpic elementlərindən istifadə olunmaqla sütunların və sütunlararası hissələrə metal mühəccərlər quraşdırılıb.
Çay yatağının istinad divarlarının layihəyə uyğun xüsusi elementlərlə yeni formada qurulması və sahilboyu eni 7,2 metr olan gəzinti yerinin plitələrlə döşənməsi işləri görülür. Bundan başqa layihədə nəzərdə tutulmuş “Masallı evi” və “Uşaq əyləncə mərkəzi”nin layihələri naturada yerə köçürülüb və tikinti işləri davam etdirilir.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Masallı şəhərinin baş planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazilərin təmizlənməsi və yaşıllıqların salınmasına da başlanılıb. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı yaradılıb. Ərazidən keçən yüksəkgərginlikli elektrik hava və rabitə xəttinin yerləri dəyişdirilib.
Park-bulvar kompleksinin bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

_____________________________________________________________________________________

Masallı – 2018-ci il dinamik inkişafla yadda qalacaq
24.12.2018        gununxeberi.az

Rayonda aqrar-sənaye kompleksinin sürətli inkişafı, genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramların ardıcıl olaraq həyata keçirilməsi müşahidə olunur

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən son illər ərzində imzalanmış regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının reallaşdırılması istiqamətində bu gün Masallıda da qızğın iş gedir. Ölkəmizin ümumi iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən bu sənədlərdə irəli sürülmüş vəzifələrin icrası üçün Masallı rayon rəhbərliyi sözün əsil məmasında yerli sakinlərlə birlikdə bütün resurs və potensialların səfərbər olunmasını yüksək səviyyədə təmin etmişdir. Bu səylərin nəticəsidir ki, hazırda rayonun iqtisadiyyatının və mədəni həyatının daha da çiçəklənməsi aşkar müşahidə olunur. Bu gün Masallının aqrar-sənaye kompleksinin sürətli inkişafı, dinamik şəkildə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramların ardıcıl olaraq həyata keçirilməsi, insanların getdikcə daha firavan yaşaması artıq qarşısıalınmaz bir prosesə çevrilmişdir.

Əlbəttə ki, dövlətimiz tərəfindən yaradılan bu şəraitdən, açılan imkanlardan maksimum düzgün yararlanıb rayon və bölgələrimizdə davamlı inkişafa, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq üçün artıq yerli hakimiyyət orqanlarının da məqsədyönlü və səmərəli fəaliyyət göstərmələri əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan Masallı Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyəti də yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Qısa arayış:

Rafil Hüseynov 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə ÜİLKGİ MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsini bitirmişdir.

08.1969-02.1977-ci illərdə Bərdə rayonu “Kommunizm yolu” qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdiri vəzifələrində çalışmışdır. 1977-ci ildən 1991-ci ilə qədər müxtəlif dövlət vəzifələrində işləmişdir. 1991-1996-cı illərdə Bərdə rayon İcra Hakimiyyəti Başçısı aparatında RİH Başçısının birinci müavini vəzifəsinin icraçısı, Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi, Bərdə rayonu İcra Hakimiyyəti Başçısı aparatında RİH Başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi işləmişdir. 1996-1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi, 1998-2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar və Sahibkarlığın inkişafı Baş İdarəsində rəis müavini, idarə rəisi, 2003-2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar İslahatlar və sahibkarlığın inkişafı şöbəsində müdir müavini, sektor müdiri, 2006- 2007-ci illərdə “Qara Torpaq” konsalting MMM-in icraçı direktoru, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının İcraçı katibliyinin Bələdiyyələrlə İş üzrə departamentinin direktoru, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 2007-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır.

Dövlət qulluğunun baş müşaviridir. “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Masallının iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonun ümumi ərazisi 72100 hektardır. Kənd təsərrüfatına yararlı torpaqların ümumi sahəsi 32522 hektar, kənd təsərrüfatına yararsız torpaqların sahəsi 21373 hektar, heyvandarlıq üçün otlaqların sahəsi 3892 hektar təşkil edir.      Çoxillik əkmələrin ümumi sahəsi 1433 hektardır. Kənd təsərrüfatına yararlı torpaq sahələrindən 24950 hektar əkin torpaqlarıdır, ondan 2017-ci ilində təsərrüfatlarda 16781.9 hektarı əkilmişdir. Rayonda Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2014-2018-ci illər üzrə nəzərdə tutulan tədbirlər uğurla davam etdirilir. Tərəvəzçilik, taxılçılıq, heyvandarlıq torpaq payçılarının təşəbbüsü və şəxsi vəsaiti hesabına inkişaf etdirilmişdir.

Ölkə Prezidenti Masallıda

Xüsusilə qeyd etmək lazımdır ki, 2018-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Masallıya səfəri ilə də əlamətdar olmuşdur. Dövlət başçısının Masallıya səfəri rayonun hər bir sakinində böyük sevinc və qürur hissi yaratmışdır. Belə ki, 18 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonunda səfərdə olmuş və bir sıra obyektlərin açılışında iştirak etmişdir. Masallı Sənaye Məhəlləsi, “Masallı-Nemətləri” MMC-nin çəltik emalı müəssisəsi və əsaslı şəkildə yenidən qurulan 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Eminli-Məmmədxanlı avtomobil yolu açılaraq istifadəyə verilmişdir. Ölkə başçısı Masallıda olarkən Viləş çayının şəhər ərazisindən keçən hissəsində yeni salınan Park-Bulvar Kompleksində işlərin gedişi ilə tanış olmuş və razılığını bildirmişdir. Sahibkarlar ilə görüş zamanı qaldırılan bütün məsələlər ölkə başçısı tərəfindən bəyənilmiş və həlli ilə bağlı konkret tədbirlər görülmüşdür. Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işlərinin və 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün ümumilikdə 4,0 milyon manat vəsait ayrılmışdır. Bu cənab Prezidentin Masallıya, Masallı sakinlərinə olan diqqət və qayğısının bariz nümunəsidir.

Abadlıq-quruculuq işləri yüksək dinamika ilə davam edir

 Cari ildə Masallıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həm həcmi, həm də dinamikası yüksəlmişdir. Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 591 p/m hissəsində işlər yekunlaşmışdır. Çay yatağının qalan 159 p/m-lik hissəsinin beton məcraya salınması ilə əlaqədar maliyyə vəsaitinin ayrılmasından ötrü aidiyyəti üzrə müraciətlər edilmişdir. Şəhərin Baş Planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazidə rayon İcra hakimiyyəti tərəfindən Viləş çayı boyunca 50 hektara yaxın ərazidə meşə-park, o cümlədən 7 hektarda “Park-bulvar” kompleksinin salınmasına başlanılmışdır. ərazilərin təmizlənməsi, yaşıllıqların salınması və ağacların əkilməsi işlərinə start verilmiş, artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınmışdır. Park-bulvar kompleksinin salınması ilə əlaqədar layihələndirmə tapşırığı əsasında müvafiq layihə təşkilatı tərəfindən layihə sənədləri hazırlanmışdır. Layihə sənədlərinə əsasən park-bulvar kompleksində uşaq-əyləncə mərkəzi, idman qurğusu, “Masallı evi”, səhnə, istirahət və iaşə obyektləri, 2 fontan, söhbətgahlar, çay üzərində 1 piyada və 2 nəqliyyat vasitələrinin hərəkəti üçün körpü, yeraltı içməli su anbarı, nasosxana, yanğın əleyhinə su anbarı nəzərdə tutulmuşdur. Layihə sənədlərinə uyğun olaraq kompleksdə ilkin olaraq tikintisi nəzərdə tutulan obyektlərin tikintialtı sahəsi 759 kv.m, gəzinti yerlərinin sahəsi 26340 kv.m, yaşıllıq sahə isə 25840 kv.m təşkil edir.

Masallı şəhərində Dövlət büdcəsindən ayrılan vəsait hesabına 10 çoxmənzilli yaşayış binasının fasadlarının təmiri işləri yekunlaşdırılmış, bloklara yeni seyf qapıların və pəncərələrinin quraşdırılması işləri davam etdirilir. Heydər Əliyev prospektində bir mərtəbəli 4 mənzilli və H. Səmədov 44 ünvanında yerləşən iki mərtəbəli 6 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarının əvəzinə yeni binaların tikintisi ilə bağlı Nazirlər Kabinetinin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyi tərəfindən layihə sənədləri hazırlanmışdır. Layihə sənədlərinə müvafiq ekspertiza rəyi verildikdən sonra tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.

Yol tikintisi işləri diqqət mərkəzindədir 

Cari ildə Masallı rayonunda yolların tikintisi və təmiri istiqamətində də xeyli işlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 11 yaşayış məntəqəsini birləşdirən 18000 nəfər əhalinin yaşadığı və ümumi uzunluğu 7.5 km olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin və eyni zamanda 11 yaşayış məntəqəsini birləşdirən 14000 nəfər əhalinin yaşadığı və ümumi uzunluğu 17.2 km olan Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi işləri başa çatdırılmışdır. Həmçinin bu il ərzində şəhərin Bakı prospekti və Seybətin küçəsinin yenidən qurulması işlərinə başlanılmışdır. Belə ki, Bakı prospektində uzunluğu 5000 p/m piyada səkisi qurulmuş, piyada səkilərinə asfalt döşənmiş, 105 işıqlandırma

dirəyi qurulmuş, Seybətin küçəsində 680 p/m bardur düzülmüş piyada səkisinə asfalt döşənərək 23 ədəd yeni işıq dirəkləri quraşdırılmışdır.

Eyni zamanda yeni Ələt-Astara aftomobil yolunu Masallı şəhəri ilə birləşdirən 1,5 kilometrlik yolun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı aidiyyəti üzrə müraciət edilmiş, rayon İcra hakimiyyəti tərəfindən yola 1000 p/m bardur düzülmüş, piyada səkilərinə asfalt döşənmiş, 20 yeni işıq dirəyi quraşdırılmış, Agentlik tərəfindən yol yatağı yenidən qurularaq asfalt döşənmişdir. Bundan əlavə Agentlik tərəfindən uzunluğu 3,6 km olan Masallı-Təzəkənd yolununda yenidənqurulmasına başlanılmışdır. Artıq yolun 1.6 km-lik hissəsində asfalt örtük döşənmişdir. Uzunluğu 3,0 km olan Gəyəçöl yolunun təmirinə də başlanılmışdır.

Kənd təsərrüfatının bütün sahələri üzrə yüksək göstəricilər əldə olunub

01 oktyabr 2018-ci il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın sayı 72446 başa, xırda buynuzlu mal-qaranın sayı 86335 başa çatmışdır. İlin üçüncü rübü ərzində süd istehsalı 35744 tona, ət istehsalı 4614 tona, yumurta istehsalı 4769 min ədədə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

        

2017-2018 təsərrüfat ilində rayon üzrə 18800,0 ha yaxın şum vurulmuş, payızlıq və yazlıq əkinlər ümumilikdə 18003,8 ha təşkil etmişdir. O cümlədən, 7293,3 ha sahədə buğda, 2705 ha arpa, 1059,7 ha kartof, 610 ha badımcan, 256,8 ha sarımsaq, 84,6 ha kələm, 400,4 ha bostan bitkiləri, 494,5 ha pomidor, 301,3 ha xiyar, 916,5 ha noxud, 172,4 ha paxla, 75,7 ha mərci və 3297,6 ha sahəni isə digər bitkilər əkilmişdir.

2019-ci ilin məhsulu üçün nəzərdə tutulmuş əkinlərə görə artıq 4826,5 ha sahədə şum vurulmuş, hazırda sahələrin şumlanması davam etdirilir.

Hazırda rayonun ayrı-ayrı əraziləri üzrə 21 ha üzüm, 17 ha feyxoa və 29 ha sahədə müxtəlif növ meyvə bağları mövcuddur. Sığdaş kəndi ərazisində 0,5 ha sahədə yeni sitrus (naringi) bağları, Güllütəpə ərazisində isə 3,2 ha yeni fındıq bağları salınmışdır.

Rüb ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 31,8 ton kartof, 2,8 ton soğan, 730 kiloqram noxud, 7,2 ton xiyar, 2,7 ton pomidor, 1,6 ton badımcan, 470 kiloqram bibər, 1750 litr süd, 545 banka qatıq, 4060 ədəd yumurta göndərilmişdir.

Rayonda çayçılığın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür. Belə ki, rayonun Kolatan inzibat ərazisinə aid Sığaçola massivində 100 hektar sahədə “Azərsun-Holdinq” tərəfindən işlər tam başa çatdırılmışdır. Hazırda Kolatan kəndi ərazisində 1,0 ha yeni cay plantasiyası salınmış və əvvəlcədən saxlanılan 4 ha çay sahələri nəzərə alınmaqla rayon ərazisində çay plantasiyalarının ümumi sahəsi 105 hektara çatdırılmışdır.

Rayonda torpaq payçılarının öz torpaqları ətrafında kooperasiya şəklində birləşməsi üçün ərazilərdə maarifləndirmə tədbirləri aparılmışdır. Artıq görülmüş tədbirlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, rayonun Sığdaş və Kolatan ərazisində torpaq payçıları kooperasiya şəkilndə birləşərək öz torpaqlarında rayon üçün ənəvi əkin sahələrindən olan çay bitkisinin əkilməsi məqsədilə razılığa gəlmişlər. Hazırda hər iki kooperasiyanın dövlət qeydiyyatına alınması üçün sənədlər toplanır.

2018-ci ildə region üçün ənənəvi olan kənd təsərrüfatı bitkilərindən çəltiyin əkin sahəsi genişləndirilərək rayon üzrə üzrə 301 ha çatdırılmışdır. Hal-hazırda çəltik biçini başa çatmışdır. Rayon üzrə çəltik sahələrindən ümumilikdə 1010,0 ton məhsul yığlmış, orta məhsuldarlıq 33,5 sentner təşkil etmişdir.

Kənd təsərrüfatı bitkiləri içərsində öz rentabeliyi ilə fərqlənən tütün bitkisinində 2018-ci ildə əkin sahəsi genişləndirilərək 35 ha çatdırılmışdır. Hal hazırda 417 ton yaş tütün tədarük olunmuş və 25,1 ton isə quru tütün təhvil verilmişdir.

Rüb ərzində rayon üzrə 116,8 kiloqramı “qarapaçax” növ barama olmaqla ümumilikdə 3406,9 ton barama istehsal olunmuşdur. Barama istehsalçılarına “Azər-İpək” ASC tərəfindən 13195,44 manat vəsait ödənilmiş, dövlət tərəfindən isə 16450,50 manat subsidiya verilmişdir. Baramaçılığın inkişafı ilə bağlı bütün yaşayış məntəqələrində mövcud olan tut bağlarının qeydiyyatı aparılmış və ağacların növbəti mövsümdə bol yarpaq verməsi üçün budama işlərinin aparılması ərazi nümayəndələrinə tövsiyə olunmuşdur.                                    

Rayon İcra Hakimiyyətində 998 nəfər vətəndaş qəbul edilmişdir

2018-ci ilin doqquz ayı ərzində rayon İcra hakimiyyətinə 1406 müraciət daxil olmuşdur ki, onlardan 761 rayon İcra hakimiyyətinə, 645 isə yuxarı təşkilatlara ünvanlanmışdır. Daxil olmuş müraciətlərin 1132-si ərizə, 259-u şikayət, 15-i təklif olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizələrin sayında 1 ədəd artım, şikayətlərin sayında isə 16 ədəd azalma olmuşdur. Bu dövr ərzində keçirilən qəbullar zamanı ümumilikdə 998 nəfər vətəndaş qəbul edilmişdir. Onlardan 654 nəfəri rayon İcra hakimiyyətində, 242 nəfəri səyyar, 102 nəfəri virtual qəbullarda qəbul edilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanır. Rüb ərzində “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər rayon icra hakimiyyəti başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə icra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.

Beynəlxalq təşkilatların Masallıya marağı artır

15 dekabr 2018-ci il tarixdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyəti Masallıya səfər ediblər. Masallı RİH başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi qarşılanan USAİD-ın nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

Səmimi söhbət şəraitində keçən görüş zamanı USAİD-in nümayəndə heyətinə Azərbaycanın əhalisi sıx və böyük rayonlarından biri olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, həmçinin mədəniyyəti, turizm, yeni yaradılan Masallı Sənaye Məhəlləsi, Masallı Dövlət Regional Kolleci, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2018-cı il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonuna səfəri çərçivəsində bir sıra açılışlar edib. Ölkə rəhbəri həmin səfəri zamanı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında da iştirak edib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyətinin üzvləri - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Baş Ofisi Müdir Köməkçisi cənab Brok Bierman, BMTİP-nin Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti və başqaları rayona səfərlərindən məmnunluqlarını bildiriblər. Sonra tərəflər arasında əməkdaşlıq imkanları müzakirə edilib. 

 P.S.  Qarşıdan Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni İl gəlir. Bu bayramlar münasibəti ilə çox hörmətli  Rafil  müəllimi və  kollektivini,  rayon əhalisini  ürəkdən təbrik edir,   ilk növbədə cansağlığı və böyük uğurlar arzulayırıq. Tanrı köməyiniz olsun ! Könül rahatlığı , saysız – hesabsız xoşbəxt və bayram dolu  illər arzu edirik . Bayramınız mübarək. !

________________________________________________________________

Masallı: Dövlət qayğısı təhsildə uğurları artırır  

03.12.2018          xalqqazeti.com


Ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində ardıcıl olaraq uğurlu addımlar atılır, dünya təhsil sisteminə inteqrasiya sürətlənir. Prezident İlham Əliyevin Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarına təbrik məktubunda vurğulanıb ki, sosial siyasətimizin prioritetlərindən biri zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sisteminin qurulmasıdır. Bilik iqtisadiyyatına keçid və ölkənin modernləşməsi üçün həlledici amil kimi insan kapitalının inkişafını təmin edəcək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” uğurla icra olunur.
Respublika təhsil şəbəkəsinin ən böyük struktur bölmələrindən biri də Masallıdır. Bu rayonda 94 tam, orta və ibtidai məktəb, bir neçə məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Təhsilə yüksək qayğı, məktəblərin yenidən qurulması, texniki vasitə və avadanlıqla təminatına dair qəbul olunmuş proqramlar Masallı təhsilinə də təsirsiz qalmayıb.
Masallı 1930-cu ildə inzibati rayon kimi yaradılsa da, bu bölgədə təhsil ocaqlarının təşkili daha qədim vaxtlara təsadüf edir. Burada ilk məktəb hələ 1860-cı ildə Nikolayevka (indiki Kalinovka) kəndində açılıb, 1896-cı ildə Qızılağacda, 1930-cu ildə Mahmudavarda məktəb təşkil olunub. Respublikanın qabaqcıl təhsil ocaqları sırasında Masallı ünvanlı məktəblərin də adı çəkilir. Gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılamağa çalışan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunun artırılması işində yüksək nəticələr qazanan məktəb və müəllimlər bu rayonda da yetərincədir.
Rayon təhsil şöbəsinin müdiri ­Tariyel Əkbərovun dedikləri:
– Müəllimlərin XV qurultayında son beş ildə milli təhsilimizdə aparılan islahatların nəticələri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilərək bildirildi ki, Azərbaycanın təhsil sahəsində göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Möhtərəm ­Prezidentimiz İlham Əliyev bu sahənin inkişafına daim xüsusi qayğı ilə yanaşır. İftixarla xatırlayırıq ki, dövlət başçısı sentyabr ayında Masallıya növbəti səfəri zamanı ictimaiyyətlə görüşündə təhsilə qayğıdan da danışaraq dedi ki, rayonda 40-dan çox məktəb tikilməsinə və əsaslı təmir edilməsinə baxmayaraq, hələ də təmirə ehtiyacı olan məktəblər var, biz onları da həll edəcəyik.
Hazırda Masallıda modul tipli məktəblərin inşasına üstünlük verilir. Belə ki, cari tədris ilində Xallıcalı, Təkdam, Şıxlar 2 saylı və Bala Təklə kənd ümumi orta məktəbləri üçün belə tipli məktəblər tikilir. Gəyəçöl kəndində isə 260 yerlik yeni müasir tipli məktəb binasının tikintisi davam etdirilir. Təhsilimizin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Onun təşəbbüsü ilə irəli sürülən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və digər layihələrin uğurla həyata keçirilməsi Masallıda təhsil sisteminə də öz təsirini göstərmişdir.
Bu il Masallıdan 500 nəfər tələbə adını qazanmışdır. Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlərimizin sayı 34 nəfərdir. Onların tən yarısı qızlardır. 500-600 arası bal toplayan abituriyentlərin sayı isə 86-dır. Müqayisə üçün qeyd edək ki, keçən tədris ilində 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 30, 500-600 arası bal toplayan abituriyentlərin sayı isə 62 olmuşdur. Sevindirici haldır ki, bu tədris ilində məzunları ali məktəblərə sənəd verməyən bir məktəbimiz belə olmamışdır.
Ali məktəblərə qəbulun nəticələrinə görə şəhər 1 və 3 nömrəli məktəbləri,”Dəfinə” məktəb-liseyi, Hişkədərə, Türkoba, Boradigah 2 nömrəli, Yeyənkənd, Təzə Alvadı 1 nömrəli, Eminli tam orta məktəbləri fərqlənmişdir. Orta ixtisas məktəblərinə - kolleclərə daxil olan məzunlarımızın sayı da çox olmuşdur. Məktəblərdə tədrisin keyfiyyəti ilə əlaqədar ilboyu monitorinqlər keçirilmişdir. Bu tədris ilində birinci siniflərə 3385 şagird qəbul edilib ki,onların təlim-tərbiyəsi ilə 167 müəllim məşğul olur. Şagirdlərin yeni məktəblərə cəlb edilməsi üçün RİH-nin köməkliyi ilə tədbirlər görülmüş, nəqliyyat vasitəsi ayrılmış və dərsə davamiyyət təmin edilmişdir.
“Dövlət ümumtəhsil müəssisələrində çalışan müәllimlәrin bilik vә bacarıqlarının diaqnostik qiymәtlәndirilmәsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq ciddi addımlar atılır. Müəllimlərin işə qəbulu üzrə aparılan imtahanların I turundan keçmiş 82 nəfər, II turundan keçmiş 6 nəfər rayonun ümumtəhsil məktəblərinə təyinat almışdır. Boş qalan yerlərə müsabiqənin III turunda uğur qazanmış namizədlər yerləşdiriləcək.
Masallı RİH başçısı Rafil Hüseynov vaxtaşırı məktəb kollektivləri ilə görüşür, şöbənin keçirdiyi tədbirlərdə iştirak edir. Qabaqcıl məktəblər, müəllim və şagirdlər mükafatlandırılır. Yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən xeyriyyə aksiyasında 50 aztəminatlı ailənin uşaqlarına məktəbli geyimləri və digər hədiyyələr verilib. Humanitar aksiya çərçivəsində rayonda aztəminatlı ailələrdən olan daha 320 uşağa məktəbli geyimlərinin veriləcəyi bildirilib.
Sentyabr ayında rayonda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış tələbələrlə yaddaqalan görüş keçirilib. Qəbulda böyük uğur qazanan rayon məzunlarından Eltun Müseyibzadə, İradə Fəttayeva, Aytən Qüdrətli, Pakizə Qasımova, Fidan Nağıyeva, Aynur Əliyeva, Təhminə Məmmədova, Aytən Budaqova, Şəfa Əliyeva, Səma İsmayılova, Cəmilə Allahyarlı, Elvira Abıyeva, Aytac Allahverdiyeva, Aydan Fərəcova, Səfurə Dadaşova, Rüqəyya Abıyeva, Zəhra Rəhimli və digərlərini Milli Məclisin deputatı Qənirə Paşayeva, "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova, “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov və başqaları təbrik ediblər. Qeyd olunub ki, bu il təkcə şəhər 1 nömrəli məktəbin 55 məzunu tələbə adını qazanıb, qəbul imtahanlarında fərqlənənlərin 171-i, başqa sözlə, üçdəbiri məhz qızlar olub. Toplantıda çıxış edən tələbələr onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər. Tələbələrə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi” çərçivəsində qalib olmuş Mahmudavar kənd tam orta məktəbinin həyata keçirdiyi “Qızlarımız təhsildə” layihəsinə isə bugünlərdə yekun vurulub. Bu və ya digər səbəblərdən məktəbdən uzaqlaşmış qızların yenidən təhsilə cəlb olunması təqdir edilib. Bildirilib ki, layihənin ilk mərhələsində hədəf olaraq seçilmiş 20 kənd məktəbində seminarlar keçirilib. Seminarlarda ümumən 412 məktəbli qız iştirak edib.
İkinci mərhələdə seminarlardan seçilmiş 40 fəal qız birgünlük ekskursiyaya cəlb olunub. Həyata keçirilən bu layihənin özündə çox vacib məsələləri əks etdirdiyi qeyd edilib. Sonda layihə çərçivəsində çəkilmiş “Sonradan” adlı sosial videoçarx təqdim olunub.
Masallı Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinın yuxarı sinif şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və “Dövlət Bayrağı Günü”nə həsr olunmuş inşa yazı müsabiqələri keçirilib. Bundan məqsəd Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinə, məktəblilər arasında dövlət atributlarının təbliğinə nail olmaqdır. Müsabiqələrə yüzlərlə şagird qatılıb.
Yeri gəlmişkən, Masallı məktəbliləri olimpiada və fənn müsabiqələrində də yüksək nəticələr qazanırlar. 2018-ci ilin mart ayında Lənkəran Dövlət Universitetində keçirilən fənn olimpiadasında şəhər 4 saylı tam orta məktəbinin X sinif şagirdləri Cavid Rüstəmov və Ağa Ağayev riyaziyyat üzrə müvafiq olaraq I və III yerləri tutublar. Qızılağac 1 saylı tam orta məktəbinin IX sinif şagirdi Toğrul Səfərli respublika fənn olimpiadasında coğrafiya, Qəriblər kənd tam orta məktəbinin XI sinif şagirdi Məhəmmədəli Məmmədov isə fizika üzrə III yerə layiq görülüb. Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin XI sinif şagirdi Arzu Əliyeva “Ədəbiyyat biliciləri” respublika müsabiqəsində I yerə layiq görülüb və orta məktəbi qızıl medalla bitirib. Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin IX sinif şagirdi İqrar Feyzullayev ulu öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində uğurla çıxış edərək II dərəcəli diploma layiq görülüb.
Miyənkü kənd tam orta məktəbinin direktoru Xudaqulu Tahirov və Bədəlan kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhbubə Şahbazova “Pedaqoji mühazirələr” müsabiqəsinin final mərhələsində iştirak ediblər.
Artıq bir neçə ildir ki, təhsilin inkişafı və innovasiyalar Qrant müsabiqəsi keçirilir. Mahmudavar kənd tam orta məktəbinin direktoru Kinəxanım Əliyeva, Təzəkənd kənd tam orta məktəbinin müəllimi Peyman Nəhmətov və Türkoba kənd tam orta məktəbinin müəllimi Şəhriyar Məmmədov müsabiqənin qalibləri olublar. Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov “Tərəqqi” medalı ilə təltif edilib. Əhmədli kənd ümumi orta məktəbinin müəllimi Ülvi Məhərrəmov və Qəriblər kənd tam orta məktəbinin müəllimi Emin Bayramov Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülüblər.
Oktyabr ayında Təhsil Nazirliyinin xəttilə Masallı rayonuna mediatur təşkil olunub. Mediaturun keçirilməsində məqsəd cari tədris ilində yüksək balla işə qəbul olunan müəllimlərlə görüşmək, eləcə də onların çalışdıqları məktəblərlə tanış olmaq idi. İştirakçılar Masallı şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbində olublar. Onlara məlumat verilib ki, bu il müsabiqədən uğurla keçərək fəaliyyətə başlayan 82 gənc müəllimdən 6 nəfəri bu məktəbdə çalışır. Media nümayəndələri məktəbin yüksək bal toplamış müəllimlərinin dərs prosesini izləyiblər. Sonra onlar Ərkivan qəsəbəsindəki Zahir Nəcəfov adına 2 nömrəli tam orta məktəbdə olublar. Məktəbin ibtidai sinif müəlliminin dərsində iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında keçirilən ağacəkmə kampaniyası Masallıda da sevinclə qarşılanıb. Yaşıllaşdırma marafonu çərçivəsində təşkil olunan iməcilikdə Masallı Dövlət Regional Kollecinin tələbələri, Tüklə, Hişkədərə, Türkoba, Bədəlan, Qızılavar məktəblərinin şagirdləri yaxından iştirak ediblər. Gənclər ağac əkməklə bərabər, əvvəllər əkilmiş ağac və bəzək kollarına, yaşıllıqlara da qulluq göstərib, ərazilərdə səliqə-sahman yaradıblar.
Bəli, Masallıda təhsilin keyfiyyətinin, dərsə davamiyyətin yüksək səviyyədə olması, məktəblilərin ictimai fəallığının artırılması daim gündəmdə olan məsələlərdəndir.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

_________________________________________________________________

Azərbaycanda daha bir bulvar salınır
14.10.2018  oxu.az

Sovetlər dövründən son illərə kimi bulvar deyiləndə gözümüz önünə yalnız Xəzərin sahilində, yəni, paytaxt Bakıdakı bulvar gəlirdi.

Digər bölgələrdə bulvar-park komplekslərinin salınması təsəvvürə belə gətirilmirdi.

Amma müstəqil dövlət olmanın üstünlüklərindən biri də budur ki, Azərbaycanda ağıla  və təsəvvürə gətirilməyən bir çox məsələlər, layihələr məhz son illərdə gerçəkləşdirilməyə başlanılıb.

Bu da təbii ki, Azərbaycan dövlətinin gücü, iradəsi və iqtisadi inkişafı ilə birbaşa bağlı olan məsələdir, məhz onun göstəricisidir.

Qeyd edək ki, Bakıdakı Dənizkənarı Bulvarın davamı olaraq, artıq bəzi bölgələrimizdə-dənizə və çaylara yaxın olan yaşayış məntəqələrimizdə də bulvar-park komplekslərinin yaradılmasına start verilib.

Bunlar arasında ilk olaraq, Mingəçevir  sahilkənarı bulvar kompleksini göstərmək olar.

Həmin kompleks el arasında "Mingəçevir dənizi" kimi adlandırılan Mingəçevir su anbarı boyunca salınıb.

Həmçinin, Kür çayının Yevlax rayonu ərazisindən keçən yerində, çayın sahilində belə bir bulvar kompleksi yaradılıb və sakinlərin istifadəsinə verilib.

Ərazisi 8,2 hektar, uzunluğu 2500 metr olan bulvar kompleksinin bir hissəsi estakadalarda Kür çayının üzərindədir.

Bulvar kompleksində inşa edilən 22 fəvvarə və şəlalə bura gələnlərin zövqünü oxşayır.

Bulvarda xidmət obyektləri, ana və uşaq otağı, uşaq əyləncə mərkəzi, attraksionlar, idman meydançaları yaradılıb, çimərlik salınıb.

Vətəndaşların istirahəti üçün burada axşamlar konsert proqramları, Kür çayında kater gəzintisi də təşkil edilir.

Bundan əlavə bir müddət öncə Astaranın Xəzər dənizi sahillərində son dərəcədə müasir  və göz oxşayan bulvar-park kompleksi tikilib, istifadəyə verilib.

Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanılıb və 2015-ci ildə tikinti-quraşdırma işləri başa çatdırılıb.

2016-cı ildə isə yerli sakinlərin istifadəsinə verilib.

Kompleks Astara şəhərinin Xəzərin sahili boyunca bir kilometr uzunluğunda olan ərazini əhatə edir.

Burada park-bulvarın sahəsi altı hektar, çimərliyin sahəsi iki hektardır. Bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilib.

Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılıb

Bu günlərdə oxu.az-ın Masallıda olan müxbiri həmin rayonun mərkəzində, Viləş çayı kənarında da bulvar kompleksinin salınmasının şahidi olub.

Yəni, masallıların da öz "Bakı bulvarı" olacaq.

Artıq xeyli müddətdir ki, bulvarın tikintisi üzərində işlər gedir.

Bu ilin sentyabr ayının 18-də Masallı rayonunda səfərdə olan və bir çox açılışlarda iştirak edən ölkə prezidenti İlham Əliyev Masallı bulvarındakı işlərin gedişatı ilə yaxından maraqlanıb, öz tapşırıq və göstərişlərini verib.

Rayon mərkəzində salınan bulvar təxminən iki kilometr uzunluğunda olacaq.

Bulvarın yaxın aylarda tamamlanması və istifadəyə verilməsi gözlənilir.

______________________________________________________________

Masallı: Yeni layihələr, geniş üfüqlər

…Yolumuz cənub bölgəsinə, gözəlliklər məskəni Masallıya idi. Bu dəfə maşınımız yenicə istifadəyə verilmiş, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə sürətlə şütüyürdü. Səfərdaşlarım müasir və rahat yolu bəh-bəhlə tərifləyərək dedilər ki, əvvəlki yoldan 40 kilometr qısa olduğuna, maksimal hərəkət sürəti 120 kilometrə çatdırıldığına və yaşayış məntəqələrinin içindən keçmədiyinə görə bu yola sərf edilən vaxt ən aşağısı 1 saat azalıb. Elə bu böyük layihə Azərbaycanın iqtisadi qüdrətinin əyani göstəricisi sayılmağa layiqdir.

Mən təzə marşrutla ilk dəfə getdiyimə görə magistralı daha böyük heyranlıqla seyr elədim. Son illərdə respublikamızın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi hesabına irimiqyaslı layihələrin uğurlu icrası məndə də təbii bir fərəh doğurdu. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən Azərbaycanı digər ölkələrlə bağlayan əsas magistral yolların müasir səviyyəyə çatdırılmasının ardıcıl səciyyə daşıması, sözün həqiqi mənasında qürurvericidir.
Yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Birinci texniki dərəcəyə aiddir. Asfalt vurulmuş hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4-dür. Sifarişçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat Sanayi Turizm və Ticarət”, “Özgün Yapı Sənaye və Ticarət”, həmçinin digər nüfuzlu xarici şirkətlərdir. Yolun bir hissəsinin tikintisi isə 2016-cı ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Bu il sentyabrın 18-də isə cənab Prezident Salyan-Şorsulu, Şorsulu-Cəlilabad və Masallı-Lənkəran-Astara hissələrinin açılışını reallaşdırıb. Beləliklə də Ələt-Astara-İranla dövlət sərhədi yeni magistral avtomobil yolunun daha 150 kilometrlik hissəsi istismara verilib.
Ümumilikdə, magistral yol boyunca 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları, göstərici lövhələr quraşdırılıb və yol-cizgi xətləri çəkilib. Magistralın digər avtomobil yolları və maneələrlə kəsişməsində müxtəlif səviyyəli qovşaqların tikilməsi, birləşən və ayrılan yolların sayının azaldılması burada təhlükəsizliyin təmin edilməsinə maksimum şərait yaradır. Təbii ki, bu yolun tikintisi bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.
Bir də gördük ki, artıq Masallıdayıq. Ötən ay bu rayonda Prezident İlham Əliyevin xeyir-duası ilə Masallı Sənaye Məhəlləsinin, “Masallı nemətləri” MMC-nin çəltik emalı müəssisəsinin, əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxan-Xallıcallı-Eminli-Məmmədxanlı yolunun açılışı olub. Yeri gəlmişkən xatırladaq ki, dövlət başçısı son 15 ildə Masallıya 10 dəfə səfər edib və bu səfərlərin hamısı rayonun tarixinə qızıl hərflərlə yazılıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində rayonda bir sıra mühüm tədbirlər həyata keçirilib, sənaye məhsulunun həcmi 11,2 dəfə, əsas kapitala yönəldilən vəsait 45 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə investisiya 45,5 dəfə artıb, Olimpiya İdman Kompleksi, “ASAN həyat” Kompleksi, Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-İncəsənət Məktəbi, Regional Boks və Taekvando mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 76 mənzilli 3 yaşayış binası inşa edilib, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, 47 ümumtəhsil müəssisəsi istifadəyə verilib. Bundan başqa, Masallı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, 110/35/10 kV-luq “Tüklə” elektrik yarımstansiyası istismara verilib, iri istehsal və emal müəssisələri yaradılıb.
Qardaş Fətullayev, “Masallı ziyalıları” ictimai birliyinin sədri:
– Möhtərəm Prezidentimizin bölgələrə səfərləri ucqarlara göstərilən böyük qayğının təzahürüdür. Bu qayğının sayəsində bizim Masallı rayonu da sürətlə inkişaf edib və gözəlləşib. Burada 28 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Bütün bunlar həyatımızı daha da gözəlləşdirir, bizi yeni-yeni nailiyyətlər qazanmağa ruhlandırır.
Masallı Sənaye Məhəlləsinin yaradılması ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə sənayenin müxtəlif sahələrinin inkişafı istiqamətində çox mühüm layihələrin icrasına gözəl nümunədir. Uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə baxımından sənaye məhəllələrinin müstəsna əhəmiyyəti var. Bu Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2016-cı il iyunun 13-də imzaladığı sərəncamla yaradılıb. Ümumi sahəsi 10 hektardır. Burada dövlət vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub, su və kanalizasiya sistemi, təbii qaz təchizatı yaradılıb, yüksək standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb.
Fiziki şəxs Süleyman Qurbanov tərəfindən yaradılan istehsal sahəsində “Mikayıloğlu” brendi ilə uşaq və mətbəx mebelləri istehsal ediləcək. İnvestisiya məbləği 100 min manatdır. Ayda 100 mətbəx və uşaq mebeli istehsal olunacaq. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 180 min manatdır. Sənaye Məhəlləsinin ilk qadın iştirakçısı olan Qənirə Zeynalovanın iş sahəsinə isə 80 min manat investisiya yatırılıb. Müxtəlif növ yumşaq mebellərın istehsalı təşkil edilib.
Süleyman Qurbanov, sahibkar:
– Prezident İlham Əliyevlə Sənaye Məhəlləsində görüşümüz hər birimizə unudulmaz təsir bağışladı. Həmin görüşdə mənə də ürək sözlərimi söyləmək nəsib oldu. Möhtərəm ¬Prezidentimizə dedim ki, Sizin tapşırığınıza uyğun olaraq inşa edilən Masallı Sənaye Məhəlləsi nəinki bizim rayonun, hətta ətraf rayonların da inkişafına öz töhfəsini verəcək. Bizə burada çox gözəl şərait yaradılıb. Mən əvvəllər Rusiyada fəaliyyət göstərirdim. Özəl bölmənin inkişafına yetirilən diqqət məni Azərbaycana qayıtmağa, öz Vətənimdə fəaliyyət göstərməyə sövq etdi. Rayonumuzun inkişafına göstərdiyi böyük qayğıya görə bütün Masallı sakinləri və sahibkarları adından cənab İlham Əliyevə bir daha dərin minnətdarlığımı bildirirəm.
Sənaye Məhəlləsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (KOB) Mərkəzi, habelə “Azərxalça” ASC tərəfindən yaradılmış Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərir. İnzibati binada sahibkarlara sığorta, bank və mühasibatlıq, hüquq məsləhətləri xidmətləri də yaradılır.
Həmin gün “Masallı Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsinin kollektivi də öz fəaliyyəti üçün ən yüksək səviyyədə xeyir-dua alıb. Bölgələrimizdə aqrar sahənin inkişafı istiqamətində icra olunan belə layihələr həm də ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi deməkdir. Bu çərçivədə çəltik tədarükünün stimullaşdırılması, əhalinin bu sahəyə marağının daha da artırılması xüsusi əhəmiyyətə malikdir. Ümumilikdə, son illərdə cənub bölgəsində, o cümlədən Masallı rayonunda ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına diqqət daha da güclənib. Yeni yaradılmış müəssisənin ümumi ərazisi 1 hektar, tikinti sahəsi isə 600 kvadratmetrdir. Burada inşaat işləri 2018-ci ilin sentyabr ayında tam başa çatdırılıb. İstehsalat sahəsinin aylıq emal gücü 300 ton, düyüqurutma gücü isə 900 tondur. Dövlətimizin başçısı çəltik emalı müəssisəsində yaradılan şəraitlə yaxından tanış olub və tövsiyələrini verib.
Masallı rayonunun Şatıroba-Hişkədərə, Miyankü, Kubin, Birinci Səmidxanlı, Xallıcalı, Eminli, Məmmədxanlı və digər kəndlərində yaşayan 32 min nəfər sakini də böyük sevinc içərisindədir. Bu ərazidəki 22 kəndi birləşdirən yeni avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən 7,5 milyon manat vəsait xərclənib. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun uzunluğu 24,7 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. Bu yol rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bölgədə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Mirqabil Hüseynov, Masallı Şəhər Ağsaqqallar Şurasının sədri:
– Mənim 51 illik pedaqoji təcrübəm var. Fəxr edirəm ki, məhz cənab İlham Əliyevin Prezidentliyi dövründə Əməkdar müəllim fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif olunmuşam. Masallıdakı görüşləri zamanı dövlət başçısı təhsilə qayğıdan da danışaraq dedi ki, rayonda 40-dan çox məktəb tikilməsinə və əsaslı təmir edilməsinə baxmayaraq, hələ də təmirə ehtiyacı olan məktəblər var, biz onları da həll edəcəyik. Hazırda Park-Bulvar Kompleksi sürətlə tikilir. Yaxın vaxtlarda bu kompleks biz sakinlərin sevimli istirahət guşəsinə çevriləcək. Buna görə cənab İlham Əliyevə hədsiz dərəcədə minnətdarıq. Allah onu daim öz pənahında saxlasın!
Nəhayət, bunu da qeyd etmək xüsusilə fərəhlidir ki, sentyabrın 18-də Prezident İlham Əliyev Masallı rayonunun inkişafı ilə bağlı iki mühüm sərəncam imzalayıb. Birinci sərəncamla abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılması qərara alınıb. Digər sərəncamla isə Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Göründüyü kimi, Masallıda yeni-yeni layihələrin həyata keçirilməsi reallaşdıqca inkişaf, tərəqqi üfüqləri də genişlənir. Dövlət qayğısı əhalinin yaşam tərzinin daha da yaxşılaşmasına vəsilə olur.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

______________________________________________________________

DAVAMLI İNKİŞAF MODELİNİN YENİ ÜNVANI: MASALLI
03.10.2018  respublika qəzeti

Cənub bölgəsinin iri kənd təsərrüfatı və sənaye mərkəzi kimi tanınan Masallıya davamlı şəkildə dövlət qayğısı göstərilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rayona səfərləri, sosial-iqtisadi və mədəni inkişafın sürətləndirilməsi ilə bağlı imzaladığı sərəncamlar göstərilən qayğının bariz nümunəsidir.
Bu günlərdə cənab Prezidentin Masallıya növbəti səfəri yerli sakinlərin böyük sevincinə, razılığına səbəb olmuş, yaddaşlarda dərin iz qoymuşdur. Masallılılar ölkə başçısının səfərindən məmnunluqla söhbət açır, göstərilən yüksək qayğıya görə minnətdarlıqlarını bildirirlər.
Respublikanın Əməkdar müəllimi Mirqabil Hüseynovu təkcə Masallıda deyil, ətraf rayonlarda, hətta paytaxt Bakıda da qabaqcıl təhsil işçisi kimi tanıyırlar. O, ömrünün 40 ildən çoxunu təhsilin inkişafına həsr edib, əməyi cənab Prezident tərəfindən “Tərəqqi” medalına layiq görülüb, yenilikçi, novator müəllim, nümunəvi məktəb direktoru, ağsaqqal kimi hörmət, nüfuz qazanıb. M.Hüseynov doğma rayonun abadlığı, inkişafı, tərəqqisi, uğurları ilə daim sevinir, qürur duyur.
Həmsöhbətimiz Mirqabil Hüseynov ürək sözlərini bizimlə bölüşür:
—Möhtərəm Prezidentimizin Masallıya hər gəlişi əsl bayrama, el şadyanalığına çevrilir. Onun səfərləri çox mühüm obyektlərin təməlqoyma və açılış mərasimlərilə yadda qalır. Bu günlərdə cənab Prezident rayonumuza 10-cu dəfə səfər edib. Dövlətimizin başçısı aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərini yüksək qiymətləndirərək dedi: “Sosial məsələlər Masallı rayonunda uğurla həll olunur. Mən bütün açılışları yaxşı xatırlayıram. Mərkəzi rayon xəstəxanasının, Olimpiya kompleksinin, Gənclər evinin, “ASAN xidmət” mərkəzinin açılışları — bütün bunlar çox önəmli layihələrdir. Cənub zonasında birinci “ASAN xidmət” məhz Masallı şəhərində yaradılıb və mən iki il bundan əvvəl açılışda iştirak etmişəm. Mənə verilən məlumata görə, Masallı sakinləri və qonşu rayonlardan gələn vətəndaşlar xidmətin işini yüksək qiymətləndirirlər. Beləliklə, hesab edirəm ki, biz Masallı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı bütün əsas işləri görmüşük”.
Məhz cənab Prezidentin xeyir-duası ilə Masallı şəhərində Bayraq meydanı və Dövlət rəmzləri muzeyi, Tarix-diyarşünaslıq muzeyi, Gənclər mərkəzi, Uşaq-incəsənət məktəbi, Regional boks və taekvando mərkəzləri inşa edilmiş, Mədəniyyət mərkəzi əsaslı təmir edilmiş, 47 ümumtəhsil müəssisəsi tikilib istifadəyə verilmişdir. Bundan əlavə, Masallı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, “Tüklə” elektrik yarımstansiyası istismara verilmiş, Masallı Sənaye Məhəlləsi, iri istehsal və emal müəssisələri yaradılmış, 28 mindən çox iş yeri açılmışdır.
Mirqabil müəllim söhbətinə davam edərək bildirir ki, bu il sentyabr ayının 18-də cənab Prezident Masallı rayonu ilə bağlı daha iki mühüm sərəncam imzalamışdır. Həmin sərəncamlarla Masallı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 3 milyon manat, rayonda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasından ötrü 1 milyon manat vəsait ayrılmışdır.
Əlbəttə, bütün bunlar hər birimizi sevindirir, dövlətimizin başçısına ürəklərdə olan məhəbbəti, minnətdarlıq hisslərini daha da artırır. Bir ziyalı, ağsaqqal kimi deyə bilərəm ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun və onun rəhbərlik etdiyi aparatın işgüzarlığı, çevik idarəetmə və zəngin təcrübələri sayəsində bütün qüvvələr cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin həllinə yönəlib. Ölkə başçısının qeyd etdiyi kimi, Masallıda infrastruktur layihələrin icrası uğurla gedir. Qazlaşdırma 100 faizə yaxınlaşır. Rayonun sakinləri dayanıqlı elektrik enerjisi ilə təmin olunub. Yeni yollar çəkilir, rayonda kənd yollarının təxminən 85 faizi yenidən qurulub.
Möhtərəm Prezidentimiz Masallı və Biləsuvar rayonlarına səfərləri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun açılışında da iştirak edib. Yeni yol paytaxtla məsafəni təxminən 40 kilometr qısaldır. Masallı sakinləri bu yolun istifadəyə verilməsini ürəkdən alqışlayır və cənab Prezidentə minnətdarlıqlarını bildirirlər.
Ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Bunun bariz nümunəsini Masallı rayonunda görmək olar. Rayon böyük sənaye potensialına malikdir. Prezident yeni yaradılmış Masallı Sənaye Məhəlləsinin açılışında şəxsən iştirak edib, burada çalışan sahibkarlara, fəhlələrə ürək sözlərini deyib, arzularını çatdırıb.
Sahibkar Süleyman Qurbanov rayonun Tatyanoba kəndindəndir. On ildən artıq Rusiyada kommersiya fəaliyyətilə məşğul olub. Vətəndə azad sahibkarlıq üçün hər cür şəraitin yaradıldığını görüb, 2003-cü ildə doğma rayona qayıdıb. Burada da kommersiya ilə məşğul olub. Hazırda Masallı Sənaye Məhəlləsində çalışan sahibkar S.Qurbanov deyir:
—Çox sevinirəm ki, sentyabrın 18-də cənab Prezident Masallı Sənaye Məhəlləsinin açılışına gəldi və onu salamlamaq mənə də nəsib oldu. Möhtərəm Prezidentimizin 13 iyun 2016-cı il tarixli sərəncamı ilə salınmış bu mühüm obyekt masallılılara ən gözəl hədiyyədir. Ümumi sahəsi 10 hektardır. Sənaye məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur yaradılıb. Elektrik enerjisi və təbii qaz təchizatı, su və kanalizasiya sistemi, rabitə və nəqliyyat xidmətləri qurulub. İkimərtəbəli inzibati, texniki və köməkçi binalar tikilib, ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb. İlkin mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq 200 yeni iş yeri yaradılıb.
Sahibkar Süleyman Qurbanov söhbət zamanı bildirir ki, “Mikayıloğlu” brendi ilə uşaq və mətbəx mebelləri istehsal edəcəklər. Müəssisə bu ilin avqust ayında yaradılıb. İnvestisiya məbləği 100 min manatdır. Mebel istehsalı üçün avadanlıqlar Türkiyədən gətirilib. Burada hələlik 7 nəfər çalışacaq, ayda 100 uşaq və mətbəx mebeli istehsal olunacaqdır. İllik dövriyyə təxminən 180 min manat nəzərdə tutulub.
Sənaye Məhəlləsində, həmçinin “Perla”, “Birlik-3A”, “Kainat-2016” MMC-lərə məxsus müəssisələr, “Azərxalça” ASC-nin xalçaçılıq üzrə Təlim-Tədris, İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” mərkəzləri fəaliyyət göstərəcəkdir. Masallı Sənaye Məhəlləsi təkcə rayonda deyil, qonşu rayonlarda da sənayenin inkişafına öz layiqli töhfəsini verəcəkdir.
“Masallı-Nemətləri” MMC rayonda yeni yaradılan müasir müəssisələrdən biridir. Prezident İlham Əliyev cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib. Müəssisənin ərazisi 1 hektar, tikinti sahəsi 600 kvadratmetrdir. Burada Cənubi Koreya istehsalı olan 205 min manatlıq 15 adda müasir avadanlıqlar quraşdırılıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də 150 min manatlıq avadanlıq alınıb. İstehsal sahəsinin aylıq emal gücü 300 ton, çəltik qurutma gücü 900 tondur.
Müəssisənin istehsal və satış üzrə meneceri Ağamirzə Kərimov möhtərəm Prezidentimizin qeyri-neft sektorunun inkişafına göstərdiyi qayğıdan, müəssisənin fəaliyyətindən söhbət açaraq deyir:
—Son illər qeyri-neft sektorunun inkişafında aqrar sahənin rolu və çəkisi xeyli artmışdır. Cənab Prezident kənd təsərrüfatının inkişafına, ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük önəm verir. Çəltikçilik bölgəmiz üçün ənənəvi sahədir. Son vaxtlar çəltik əkinləri ilbəil artırılır. Rayonumuzun Xıl, Xallıcalı, Sərçuvar, Qızılavar, Qızılağac və digər kəndlərində 301 hektar sahədə çəltik əkilib. Bizim müəssisənin 60 hektar çəltik sahəsi var. Bu il 200 tona yaxın məhsul topladıq. “Firudi” adlı yeni çəltik sortunu əkib-becərməyə başlamışıq. Bu, yüksək məhsuldar, davamlı sortdur. Müəssisəmizin nəzdində respublikada ilk dəfə toxumçuluq təsərrüfatı yaratmışıq. Çəltikçiliklə məşğul olan fermerləri toxumla təmin edirik. Rayonumuzda əsasən, “Haşimi”, “Apolla” və “Okean” sortları əkilir.
Müəssisəmizdə məhsulun emalı üçün hər cür şərait yaradılıb. Emal prosesi 9 mərhələdən ibarətdir. Finlandiyadan gətirilmiş avadanlıqlar çəltiyin nəmliyini yoxlayır, tutumu 10 ton olan qurutma bunkerində məhsul qurudulur. Sonra müasir avadanlıqların köməyilə məhsul ələnir, təmizlənir. Çəltiyin qabığı soyulur, düyünün səthi cilalanır. Düyü buxar maşınında yuyulur, lazer avadanlığı ləkəli, qırıq düyüləri ayırır. Sonra məhsul qablaşdırma bunkerinə ötürülərək çoxfunksiyalı proqram vasitəsilə müxtəlif çəkilərdə xüsusi etiketli kisələrdə qablaşdırılır. Müəssisədə 15 nəfər daimi işlə təmin edilib. Avadanlıqlar sutka ərzində 18 saat işləmək gücünə malikdir. Yaxın vaxtlarda ikinövbəli iş rejiminə keçməyi, iş yerlərini artırmağı nəzərdə tutmuşuq, — deyə Ağamirzə Kərimov söhbətini davam etdirir.
Cənab Prezidentin rayonumuzun əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncam ürəyimizdən xəbər verir. Çəltik su ilə böyüyür. Builki qış və yaz quraq keçdiyindən yayda su problemimiz olub.
Möhtərəm Prezidentin sərəncamı ilə ayrılmış vəsait hesabına yaradılacaq yeni sututarlar çəltikçiliyin inkişafına xidmət edəcəkdir. Qarşıdakı əkin mövsümündə illərlə əkilməyən, boş, istifadəsiz qalmış sahələrdə çəltik əkib-becərmək, əkin sahələrini genişləndirmək nəzərdə tutulub. Məqsəd ölkəmizin ərzaq təhlükəsizliyinə yeni töhfələr vermək, əhalini ekoloji cəhətdən təmiz və keyfiyyətli düyü ilə təmin etmək, istehsalı artırmaqla məhsulu həm də xarici bazarlara çıxarmaqdır.

Əlisəfa HƏsƏnov,
“Respublika”.

_____________________________________________________

Tarix və mədəniyyətimizin Masallıdakı silinməz izləri


Hər dəfə belə olur. Maşın Bakıdan çıxdıqda özümü cəmi bir neçə kilometr aralıdakı başqa bir şəhər və ya rayona gedirmiş kimi deyil, tamamilə ayrı bir dünyaya keçrmiş kimi hiss edirəm.


Paytaxtda yaşamağın müəyyən dərəcədə üstünlükləri olsa da (əsas da iqtisadi baxımdan), hər zaman böyük şəhərlərin insanı tez yorduğunu, vaxtından tez qocaltdığını düşünmüşəm nədənsə. Səs-küy, bircə saniyə belə dayanmayan dinamik həyat, boğucu hava, hər anına sığan yüzlərlə üz, ora-bura qaçışan, böyük şəhərlərin, meqapolislərin ortaq mənzərəsidir, yəqin ki.
Sözün düzü, getdiyi hər rayonda, hər kənddə sakinlərə "siz burada cənnətdəsiniz, biz şəhərdə nə günlər çəkirik" deyənlərlə də razı deyiləm. Çünki hələ də içində hifz etdiyi təmiz, bol oksigenli havaya, gülərüz, mehriban, bir-birinin xeyrinə-şərinə yarayan insanlarına, saflığına baxmayaraq, kənd həyatının da özünəməxsus çətinlikləri var. Baxır, kim haraya öyrəşib...
Gedək üzü Masallıya
Bu dəfə yolumuz cənub torpaqlarınadır. Masallının adını tutub gedirik. İkinci səfərimdir o ecazkar diyara. Cəmi bir neçə saatlıq yolda pəncərədən çöldəki həyat dəfələrlə rəngini dəyişir. Hər rəng bir yeni ovqat, yeni düşüncələr, yeni təəssüratlar gətirir özüylə. Boz çölləri keçəndə özünü ucsuz-bucaqsız, sivilizasiyadan, insanlardan uzaq bir səhrada tək-tənha hiss edir insan. Beynin, düşüncələrin də kimsəsizləşir, bozlaşır.
Az sonra tək-tük ağaclar, yaşıl sahələr dəyir gözünə. Gözün bayram edir sanki. Qış yuxusuna yatan təbiətin bahar oyanışı kimi dirçəlirsən. Masallıya az qalmış isə təbiət bütün gözəlliyi, füsunkarlığı, cazibədarlığı ilə salama çıxıb elə bil. Yamyaşıl, sıx ağaclar, bol oksigen canına can qatır, neçə saatdır yol gələn sən deyilmişsən kimi gümrahlaşırsan.
Bəzən "Azərbaycanın Çini" adlandırılan Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağacları, zəngin meşələri, büllur bulaqları ilə yanaşı, həm də ən çox əhalisi olan və ölkənin adambaşına ən az torpaq sahəsi düşən rayonlarından biri kimi də tanınır. Bütün bunları nəzərə alsaq, yəqin ki, sözümüzün əvvəlində işlətdiyimiz bənzətmə heç də yersiz deyil. Amma Masallı torpağı ən verimli, ən zəngin torpaq da hesab olunur. Təbii ki, bu da insanlarının sayəsindədir. Çünki 220 mindən artıq əhalisi olan rayonun əhalisi bu torpaqların hər qarışından daha səmərəli istifadə eləməyi bacarır. Torpağının hər qarışında bərəkət, daşının hər zərrəsində bir tarix yatan bu füsunkar rayon insanı elə ilk dəqiqələrdən öz sehrinə qərq etməyi bacarır.
"Həm ziyarət, həm ticarət" - deyib, getdiyimiz yerlərdə gəzmək, istirahət etməklə kifayətlənməyib, həm də oranın tarixi, mədəniyyəti ilə bağlı maraqlı faktlar toplamaq adətimizə çevrilib artıq.
Unikal təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora-faunası və əsrarəngiz təbiəti Masallını təkcə regionda deyil, həmçinin, ölkəmizdə turizm məkanı kimi tanıdıb. Elə bil təbiət də öz gözəlliklərini bu yerlərə bəxş edərkən xəsislik etməyib, səxavətlə, əli bol davranıb. Xəzər dənizi, Talış sıra dağları, Viləş çayının, bumbuz bulaqların, kiçik göllərin yaratdığı fərqli mənzərələr buraya ayaq basan insanları sözün həqiqi mənasında heyran edir. 
Əsrlərdən üzü bəri
Masallı təkcə səfalı təbiəti, göz oxşayan gözəlliyi, təmiz və sərin havası, zəngin mətbəxi, istiqanlı adamları ilə deyil, həm də qədim tarixi, əzəmətli keçmişi ilə də hər zaman həm yerli, həm də xarici turistlərin diqqət mərkəzində olub.
Tarixi mənbələrin dediyinə görə, inzibati rayon kimi 1930-cu ildə yaradılaraq müstəqil rayon şəklində ölkəmizin xəritəsində öz yerini tutan Masallı ərazisində insanlar çox qədim zamanlarda, hələ 15-20 min il bundan əvvəl məskunlaşıblar. Antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Talış xanlığının, XIX əsrin ortalarından Lənkəran qəzasının tərkibində olan bu ərazidə bütün dövrlərdə qədim tarixə, zəngin mədəniyyətə böyük diqqət olub. Tarixə nəzər saldığımız zaman, qarşılaşdığımız faktlar - 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin, 1922-ci ildə görkəmli dövlət xadimi N.Nərimanovun, daha əvvəllər isə Makedoniyalı İsgəndərin, Nadir şahın bu ərazidən keçməsi də yəqin ki, bu mədəniyyətə və tarixə olan marağın nəticəsidir.
Masallı tarixini şərti olaraq yazıya qədərki və yazının meydana gəlməsindən sonrakı dövrlərə bölmək olar. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin, bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar yer alıb.
Masallının qədim, yəni yazıya qədərki tarixi haqqında isə arxeoloji abidələr sayəsində öyrənilir. Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeoloji, qalanları isə XX əsr abidələridir.
Masallının qədim tarixinin müəyyən hissəsi Muğan mədəniyyəti ilə bağlıdır.
Muğan mədəniyyəti - son tunc-erkən dəmir (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) dövrü arxeoloji mədəniyyətdir. Bu mədəniyyət nümunələri Azərbaycanda Muğan çölündə və Talış dağlarında aşkar edilib.
Muğan mədəniyyətini yaradan tayfalar maldarlıq, əkinçilik və ola bilsin ki, həm də balıqçılıqla məşğul olurdular. Əmək alətləri, o cümlədən, silahlar tuncdan və dəmirdən hazırlanırdı.
Dövlətimiz hər zaman öz tarixinə, keçmişinə, milli mənsubiyyətini özündə cəmləşdirən maddi-mənəvi abidələrinə sahib çıxdığından Masallının da daxil olduğu Cənub zonasının ərazisi də diqqətdən kənarda qala bilməzdi. Cənub bölgəsini arxeoloji cəhətdən öyrənmək üçün 1985-ci ildə Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyası yaradıldı.
Bunda əsas məqsəd Cənub bölgəsinin arxeoloji tədqiqi, eyni zamanda, arxeoloji abidələrin külliyyatının hazırlanması və xəritələşdirilməsidir. Abidələrin əksəriyyəti elmə məlum deyil. Eyni zamanda, yaşayış yerlərində, şəhər yerlərində, qala və ya qəbir abidələrində, onların mühümlüyünü nəzərə almaqla, arxeoloji tədqiqatlar aparılır.
Bu iş uzun müddətdir ki, davam edir. Bir neçə rayon ərazisində faktiki olaraq, iş başa çatıb. Əslində, başa çatıb demək də doğru səslənmir. Çünki hər gün yeni abidələr ortaya çıxır. Əksər abidələrin yerüstü əlamətləri olmur. Tutaq ki, hansısa bir kənd ərazisində arxeoloji kəşfiyyat-gəzinti zamanı heç bir əlamətə rast gəlinmir. Bir müddətdən sonra həmin ərazidə təsərrüfat işləri və ya qazıntı aparıldıqda hansısa bir arxeoloji material üzə çıxır.


Misal üçün, keçən il Masallı rayonunda Seybətin kəndi ərazisində kanalizasiya və qaz xətti çəkilərkən, küp qəbirlər nekropolu aşkar edilmişdi. Arxeoloqlar məlumat daxil olan həmin əraziyə gələrək, tədqiqat işləri aparmış, aşkar edilən abidə arxeoloji xəritədə qeyd edilmişdi. Küp qəbirlərini təmizləyərək, arxeoloji materialları götürülüb və həmin arxeoloji abidə Masallı rayonunun xəritəsinə salınıb. Yerüstü əlaməti olmayan abidələr Azərbaycanın Cənub ərazisində çox geniş yayılıb. Onların əksəriyyəti təsərrüfat işləri zamanı ortaya çıxır.
Rayon ərazisində yerləşən, nadir quş və balıq növləri ilə məşhur olan Qızılağac qoruğu da diqqətçəkən məkanlardandır. Bu qoruqda mühafizə olunan təbiət nümunələrindən bəzisi nadir və nəsli kəsilməkdə olan canlı və cansızların cəm edildiyi "Qızıl kitab"a daxil olub.
Kənd məktəbindən muzeyə...
Masallının tarixi, burada qədim dövrlərdən məskunlaşmış insanların məşğuliyyəti, rayonun bu günə qədərki inkişaf yolu, müasir dövrünü ən yaxşı şəkildə Tarix-Diyarşünaslıq Muzeyindən öyrənə biləcəyimizi düşünüb yolumuzu muzeyin yerləşdiyi Masallı şəhərindəki Heydər Əliyev Parkından saldıq. Muzeyin içərisində işçilərlə, bələdçilərlə görüşüb, onların zəngin və əhatəli məlumatlarını dinlədikdən sonra həqiqətən də muzeyin yaranma tarixinin, keçdiyi yolun nə qədər maraqlı və bir böyük ərazinin tarixini özündə hifz etmək baxımından bu tarixi abidənin nə qədər əhəmiyyətli olduğunun fərqinə varırıq.
Muzey 1952-ci ildə Hişkədərəli müəllim Rəhim Tağıyevin təşəbbüsü və rəhbərliyi ilə kənd orta məktəbində yaradılıb. 15 il ictimai əsaslarla fəaliyyət göstərən muzey, bu illər ərzində öz hesabına eksponatlarını xeyli zənginləşdirib. 1975-ci ildə toplanılan eksponatlar üçün muzey binası inşa edilib və 1978-ci ildən Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. 2005-ci ildən muzey onu yaradanın - Rəhim Tağıyevin adını daşıyır.
Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha modern layihələrin tətbiq edilməsi, əhali, xüsusilə də gənclər arasında tariximizə marağın artırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, muzeyin fəaliyyəti də yenidən təşkil olunub. Muzeyin təyinatına uyğun yeni binada yerləşdirilməsi zərurəti yaranıb.
2014-cü ildə tikintisinə başlanan muzey 2016-cı ildə, sentyabrın 3-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə açılıb.İndi hər gün buraya yüzlərlə yerli və varici turistlər gəlir. Muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər bölməsindən ibarətdir. Əsas fondda müxtəlif dövrləri əhatə edən 19 mindən çox qiymətli eksponat var ki, onlardan 2000-i ekspozisiyada sərgilənib. Nümayiş etdirilən eksponatlar bölgənin təbiətini, qədim dövrünü (daş silahlar, qablar, müxtəlif gil qablar), etnoqrafiyasını (əmək alətləri, toxuculuq məişət əşyaları, geyim və bəzək əşyaları), antik və müasir dövrə aid sikkə və əskinaslarını əks etdirir.

Masallının Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında aşkar edilən qədim şəhər, qala kurqanı, türbə məqbərə yerlərindən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanıb ki, bütün bunlar Masallı Tarix-Diyarşünaslıq Muzeyində mühafizə olunur.
Muzeyin maraqlı guşələrindən biri də əmək və müharibə qəhrəmanlarına, Masallı şəhidlərinə aid materialları özündə əks etdirən guşələrdir.
Muzey bələdçisinin sözlərinə görə, maddi-mədəniyyət nümunələri əsasən rayonun kəndlərindən təsadüfən əldə edilib. Bölgədə ilk dəfə olaraq muzeydə təbiət və eksponatlar həm də monitorlar vasitəsilə nümayiş etdirilir.
Muzeydə müstəqillik tariximizə də xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, rayona səfərlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bu guşələr vasitəsilə dövlətimizin və dövlət başçılarımızın rayonun inkişafına göstərdiyi qayğı və diqqətlə yaxından tanış olmaq mümkündür.
Muzeydə həmçinin, rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb.
Bir çox muzeylərdə olduğu kimi, burada da rəyimiz muzey əməkdaşları üçün maraqlı olur və biz də səsli bölüşdüyümüz təəssüratları həm də rəy kitabına yazırıq. Sən demə, muzeyin artıq 17 belə rəy kitabı varmış.
Yolüstü baş çəkdiyimiz Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyi də Masallını ziyarət edən turistlər üçün görməli məkanlardandır. İki il öncə istifadəyə verilmiş muzeydə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.
"Folklor paytaxtı"
Cənub torpaqları həm də qədim folklorumuzun beşiyi, ana vətənidir. Təsadüfi deyil ki, indiyə qədər də buranın əhalisi öz folklor ənənələrini, şifahi xalq ədəbiyyatını yaşatmaqları və yüksək şəkildə təbliğ etməkləri ilə bütün ölkədə məşhurdur. Masallının məşhur “Halay” folklor kollektivini tanımayan varmı?!
Müasir, işıqlı, gözəl Masallı küçələrini gəzərkən, fasadı yenilənmiş binaları, asfalt yolları, yeni, gözoxşayan tikililəri seyr edərkən çox yox, cəmi bir neçə il öncə, daha dəqiqi, 2012-ci ildə "Azərbaycanın Folklor Paytaxtı" elan edilməsini xatırlayıram və bu təzad bu rayon haqqında düşüncələrə dalmağıma səbəb olur. Müasirliklə qədimilik ancaq bu qədər vəhdət təşkil edə bilərdi deyə düşünürəm. Folklor paytaxtından söz düşmüşkən, həmin illərdə bu əlamətdar hadisə xarici turistlərin Masallıya axınına, rayonun artıq öz adını Beynəlxalq müstəvidə tanıtmasına da nail olmuşdu. Ardıcıl olaraq keçirilən Beynəlxalq folklor festivalları bu işdə bilavasitə rol oynadı. Festivallarda Azərbaycanla bərabər, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ukrayna, Qazaxıstan, Latviya və digər ölkələrin folklor kollektivləri də iştirak ediblər. Ölkəmizin milli mədəniyyətinin təbliğində və tanınmasında bu festivalların mühüm əhəmiyyəti olub.
"İsti su" - dinclik, şəfa, tarix...
Masallı haqda danışanda yəqin ki, çoxlarımızın ağlına məşhur "İstisu" müalicəvi istirahət mərkəzi gəlir. Talış meşələri ərazisində, Viləşçayın sahilində yerləşən təbiətin nadir incisi İstisuyu Tanrının bu bölgəyə bəxşişi, lütfü hesab edirlər.
Masallıya gəlib İsti suya baş çəkməmək olmazdı. Deməli, növbəti ünvanımız məhz İsti sudur.
Hər tərəfdən dağlarla əhatə olunmuş bu çayın şəffaf suyu, ətrafında yerləşən müalicəvi bulaqları, "Mişar", "Tava daşı", "Fatma nənənin təndiri" və digər tarixi özündə əks etdirən abidələri və gözəl təbiəti illərdən üzü bəri nəinki respublikanın müxtəlif yerlərindən, eyni zamanda, xarici ölkələrdən də turistləri özünə cəlb edir.
Rayon mərkəzindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş İsti su -"Fatimeyi-Zəhra" şəfa sanatoriyası kimi də bilinən istirahət ocağında dərdlərin dərmanı olan mineral, müalicəvi bulaqlar mövcuddur. İstirahət mərkəzində yerin dərin qatlarından 60 dərəcədən yuxarı temperaturda çıxan isti suyun tərkibində hidrogen sulfid, natrium xlor, kalsium, maqnezium hidrokarbonat və hər litrində 30 milliqram yod var. Bu da ki bir çox xəstəliklərin - revmatizm, oynaq ağrıları, böyrək, qaraciyər, sonsuzluq, göbələk kimi mərəzlərin müalicəsində olduqca faydalıdır.
Suyun həqiqətən də müalicəvi əhəmiyyətə malik olması isə hələ ötən əsrin 60-cı illərində elmi cəhətdən sübuta yetirilib. Belə ki, o dövrdə Masallıda olan həkim - alim Mirkazım Aslanlı uzun sürən elmi araşdırmalarından sonra istisuyun müalicəvi əhəmiyyətə malik olduğunu sübuta yetirib. 1971-ci ildən etibarən isə Masallı İsti suyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb və bu məqsədlə istirahət mərkəzində insanların dincəlməsi və müalicə alması üçün çoxsaylı istirahət ocaqları, kotteclər yaradılıb.
Ancaq sovet hökuməti dağılandan sonra bu istirahət-müalicə mərkəzi də baxımsız vəziyyətə düşür. Bir neçə il belə vəziyyətdə qalan müalicə-istirahət ocağı 1998-ci ildə özəlləşdirildikdən sonra burada əsaslı yenidənqurma işləri aparılıb.
Hazırda istirahət mərkəzində 200 nəfərə qədər insanın dincəlib müalicə alması üçün hər cür şərait yaradılıb. Masaj salonları, təbii istisu vannaları, dağın döşündə, ağaclar arasında yerləşən kotteclərin olduğu istirahət ocağında hər kəs rahatlıqla dincələr və müalicə ala bilər.
Bütün bunlara baxmayaraq, "İstisu" istirahət mərkəzi ölkənin digər istirahət mərkəzlərindən qiymətlərinin ucuzluğu və təbiətinin gözəlliyi ilə fərqlənir. İstirahət mərkəzinin özəlliklərindən biri də ondan ibarətdir ki, burada həm yay, həm də qış aylarında istirahət edib müalicə almaq mümkündür.
Bu təbii müalicə və istirahət mərkəzi həmçinin, tarixi abidə kimi də olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, Masallı İstisuyu ətrafında e.ə. V-III minilliklərə aid çox qiymətli məlumatlar yatır. Çay boyu qaya və ayaq altında minlərlə qayaüstü təbii böyük və uşaq ayaq və əl izləri, zəncir, araba, dəvə, hətta bütün heyvanların ayaq izləri, 60 sm böyüklüyündə ayaq izi, sivastika və möhürlərin izləri və s. var. Hətta bir maqnit daş var ki, deyilənə görə, onun üstündə mikroskopla görünən qədim şəkillər və rus və ya latın, fars və ya ərəb dillərində kodu və nömrəsi var.
Bu yerləri bir az da maraqlı edən çayın düz kənarında yerləşən, yerli camaat arasında "Fatma nənənin təndiri" deyilən pirdir. VI-VII əsrlərə aid olduğu güman edilən, kənardan baxanda heç bir özəlliyi olmayan bir neçə qayadan ibarət bu pirə yaxınlaşdıqca insanı heyrət bürüyür. Pirin lap yaxınlığında əncir ağaclarının budaqlarına bağlanmış rəngbərəng iplər də diqqətimizi cəlb elədi. Belə ağacları ancaq məşhur türk kinolarında görmüşdüm. Yerli sakinlərin sözlərinə görə, bu ağaclar niyyət ağacları adlanır. Bura gələn insanlar ürəklərində niyyət tutur və bu niyyətin həyata keçməsi üçün ağac budaqlarına rəngbərəng lentlər, parçalar bağlayırlar. Bundan başqa, həmin ağaclardan bir qədər aralıda kiçik divarların arxasında da oxşar mənzərənin şahidi olduq. İnsanlar həmin divardakı təbii deşik yerlərə palçıq və ya su töküb niyyət tuturlar. İnanca görə, palçıq və ya su divarda qaldıqda onların niyyəti baş tutmuş hesab olunur.
Bütün diləklərin, niyyətlərin həyata keçməsinin öncə Allah, sonra isə insanların öz əlində olduğunu vurğulayıb Masallı və onun təbiəti, tarixi haqqındakı yazımızı burada yekunlaşdırırıq. Unutmayaq ki, min eşitməkdənsə, bir görmək daha faydalıdır...

Şahanə MÜŞFİQ, "525"ci qəzet

______________________________________________________________________

Mətbuat xidmətləri əla və yaxşı işləyən hökumət qurumlarının adları açıqlanıb
30 Avqust, 2018    report.az

Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi əsasında “Kaspi Geosiyasi” Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə KİV nümayəndələri, mərkəzi və yerli icra hakimiyyəti orqanları mətbuat xidmətlərinin iştirakı ilə tədbir keçirilib.
"Report"un məlumatına görə, tədbirdə informasiya əldə etmək hüququ ilə bağlı KİV nümayəndələri və vətəndaşların informasiya sorğusunun cavablandırılmasında mövcud olan problemlər müzakirə olunub, mərkəzi və yerli icra hakimiyyəti orqanları saytlarında aparılan monitorinqin nəticələri elan edilib.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev “Açıq hökumətin təşviqi - KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili” layihəsi çərçivəsində görülən işlərdən danışıb: “İlk növbədə, İctimai Birlik və “Azadinform” İnformasiya Agentliyinin əməkdaşlarından ibarət Monitorinq Qrupu yaradılıb. İctimai Birliyin təqdim etdiyi 31 mərkəzi icra hakimiyyəti, Bakı şəhərinin 13 və Abşeron rayonu, eyni zamanda 23 kənd rayonun internet resursları monitorinqə cəlb olunub”.
N.Niftiyev bildirib ki, mərkəzi və yerli icra hakimiyyəti qurumlarının saytlarının monitorinqi zamanı informasiya bankı yaradılıb: “Vətəndaşlarla görüş, xəbərlərin statistikası və mahiyyəti araşdırılıb. Monitorinqə daxil olan qurumların sosial şəbəkələrdəki hesabları öyrənilib. Mətbuat xidmətləri rəhbərlərindən KİV və vətəndaş müraciətlərini necə araşdırdıqları, sorğulara hansı müddətdə və formada cavab verdikləri öyrənilib. Cavablara uyğun material hazırlanıb və ictimailəşdirilib. Eyni zamanda jurnalistlərin bu barədə fikirləri öyrənilib. Şikayət və müraciətlərini sosial şəbəkələrdə qaldıran insanlarla əlaqə yaradılıb, onların profillərinin real olub-olmadığı dəqiqləşib və danışdırılıblar. Niyə məhz aidiyyəti qurumlara deyil, məhz sosial şəbəkələrə müraciət etmələri öyrənilib”.
N.Niftiyev 31 mərkəzi icra hakimiyyətinin internet resursları sırasında 17 qurumun ƏLA xidmət göstərdiklərini bildirib: “Bu qurumların həm internet saytları aktivdir, həm sosial şəbəkə hesabları daimi yenilənir, həm də mətbuat xidməti rəhbərləri görülən işləri müxtəlif vasitələrlə ictimaiyyətə təqdim etməyi bacarırlar. Bu sırada Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Vergilər, İqtisadiyyat nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərişıq” ASC, “Azərsu" ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, “BakuBus” MMC, Dövlət İmtahan Mərkəzi, “ASAN Xidmət”, Təhsil Nazirliyi, “Bakı Metropoliteni” QSC və "Azərenerji" ASC-ni göstərmək olar”.
N.Niftiyev internet saytları aktiv, sosial şəbəkə hesabları az yenilənən, mətbuat xidməti rəhbərlərinin görülən işləri YAXŞI təqdim edən 14 qurumun da monitorinqə daxil edildiyini bildirib: “Bu sırada Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Gömrük Komitəsi yer alır”.
Bakı və kənd rayonları üzrə Binəqədi, Abşeron, Füzuli, Şəki, Masallı, Qəbələ, Qazax və İsmayıllı rayon icra hakimiyyəti saytlarının AKTİV olduğunu bildirən N.Niftiyev monitorinqlərin sentyabr-oktyabr aylarında digər mərkəzi və yerli icra hakimiyyətlərinin saytlarının və sosial şəbəkələrdə aktivliyinin monitorinqi üzrə davam etdiriləcəyini vurğulayıb.
Tədbir müzakirələrlə davam edib.

____________________________________________________________

Masallıda “ABAD”çı misgər:
2018-08-30

Masallı rayonunun Boradigah qəsəbə sakini Taleh Ağayev ölkəmizin cənub bölgəsində qədim xalq sənəti olan misgərliyi yaşadan yeganə ustadır. Onun balaca emalatxanasında misdən hazırlanmış müxtəlif məişət və bəzək əşyaları, suvenirlər göz oxşayır. Bura sanki kiçik bir muzeyi xatırladır. Taleh Ağayev Azərbaycanda misgərlik sənətinin daha çox inkişaf etdiyi İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 50 il əvvəl ailəsi Masallıya köçüb. O, uşaq yaşlarından Masallının Boradigah qəsəbəsində misgərliklə məşğul olan atası usta Nurəddinə kömək edib. Atası dünyasını dəyişdikdən sora dörd qardaş bu sənəti yaşadıblar. Hazırda atasının yolunu təkcə T.Ağayev davam etdirir.

O, misdən müxtəlif məişət əşyaları hazırlamaqla bərabər, onların təmiri ilə də məşğul olur. Əvvəllər mis qablara tələbatın çox olduğunu deyən usta sifarişlərin sayının azaldığını bildirsə də, nikbindir: “Son vaxtlar bölgəmizdə mis qazanlara və samovarlara tələbat artıb. Ən çox gəlin köçən qızlar üçün misdən hazırlanmış bəzəkli məişət əşyaları sifarişi alıram. Müştərilərimin çoxu yerli sakinlərdir. Bununla belə, xarici turistlərdən də sifarişlərim olur. Verilən sifarişə əsasən, qiymətlər 70-1000 manat arası dəyişir. Təmir işləri isə 30-70 manata başa gəlir.”
35 ildir misgərliklə məşğul olan usta əvvəlcə xəyalında canlandırdığı hər hansı bir təsvirin eskizini misin üzərində çəkir, sonra isə çəkiclə döyərək onu gözəl sənət əsərinə çevirir. “Misgərlik çətin sənətdir. Xammal olmalıdır. Misi gərək elə yığasan ki, calağı bilinməsin. Sonra da naxış vurulmalıdır. Bu, ustanın əl qabiliyyətində asılıdır”, - deyə o bildirib.
Rayonda bu sənəti inkişaf etdirmək, öz ailə biznesini genişləndirmək üçün Taleh Ağayev Masallı şəhərindəki “ASAN həyat” kompleksində yerləşən “ABAD” publik hüquqi şəxsin 1 saylı Regional Mərkəzinin xidmətlərindən də yararlanır: “Masallıdakı “ABAD” Mərkəzinin vasitəçiliyi ilə misdən hazırladığım suvenirlər “ABAD”ın mağazalarında satılır. Hər ay “ABAD”dan ailə büdcəmizə orta hesabla 600-700 manat daxil olur. Göstərilən xidmətlərdən də çox razıyam. Burada hər şey şəffafdır.”
T.Ağayevin misdən hazırladığı məişət və bəzək əşyaları, suvenirlər dəfələrlə rayonda və Bakıda keçirilən sərgilərdə nümayiş etdirilib.
Ustanın işlədiyi emalatxana darısqal olduğundan o, bir çox hallarda çətinliklərə üzləşməli olur. Ancaq, bu çətinliklər də tezliklə aradan qaldırılacaq. Rayon rəhbərliyinin tapşırığına əsasən, onun çalışdığı otağın yaxınlığında yeni emalatxananın tikintisi üçün 80 kvadratmetr torpaq sahəsi ayrılıb. Yaxın günlərdə tikinti işlərinə başlanılacaq.
Masallılı usta yeni emalatxanada bu qədim xalq sənətinin davamçılarını yetişdirmək niyyətindədir: “Təəssüflər olsun ki, Masallıda misgərlik sənətinə maraq göstərənlər azdır. Arzum budur ki, bu el sənətini yaşadanların sayı çoxalsın, çünki bu sənət bizim tariximizdir, adət-ənənələrimizin nişanəsidir.”

azertag.az

_____________________________________________________

Viləş çayının sahilində park salınır
16 Avgust 2018   
azerbaijan-news.az

Mənbəyini Talış silsiləsinin Quludağ zirvəsindən götürən, ərazinin ən uzun çayı olan Viləş dağların, yarğanların arası ilə gah gur, gah da sakit axaraq neçə-neçə el-obanı, yaşayış yerlərini arxada qoyub Masallı rayonunda Xəzərə qovuşur. Bu yerlərin əhalisi üçün Viləş həmişə həyat çeşməsi, bolluq rəmzi olmuşdur. Adamlar onun suyunu içməklə yanaşı, öz təsərrüfatlarını, bağ-bağatlarını sulamış, gün-güzəranlarını qurmuşlar.

Masallı şəhərini ikiyə bölüb keçən bu çayın hər iki sahili diqqətdən kənarda qaldığından uzun müddət mal-qara üçün örüş olmuşdur. Bu isə şəhərin görkəminə xələl gətirirdi. Rayon mərkəzindəki körpünün üstündən keçib Qəriblər qəsəbəsində yerləşən məşhur İstisu müalicə ocağına, buradakı digər istirahət mərkəzlərinə, habelə məşhur Yardımlı şəlaləsinə gedən hər kəsdə bu mənzərə təəssüf hissi yaradırdı.

Rafil Hüseynov bir neçə il bundan əvvəl Masallı rayonuna rəhbər təyin olunanda Viləşin sahilindəki xoşagəlməz mənzərə onun da gözündən yayınmadı. O, şəhərin ümumi görüntüsünə qüsur yaradan bu yerdə park-bulvar salmağın mümkün olub-olmadığını düşündü, dönə-dönə götür-qoy etdi. Bununla əlaqədar müvafiq təşkilatlara öz fikrini bildirdi, məsələnin həlli ilə bağlı lazımi kömək göstərilməsi üçün çalışdı.

Çox çəkmədi ki, layihə hazırlandı, çayın hər iki sahilində ölçü-biçi işləri aparılıb tikinti işlərinə başlanıldı. Artıq hər iki sahildə dəmir-beton məmulatından uzunluğu 750 metr olan bənd qaldırılmış, kənar tərəflərinə müvafiq hasar çəkilmiş, ornamentli plitələrlə gəzinti yeri salınmış, çox sayda müxtəlif bəzək ağacları, gül kolları əkilmişdir.

Park-bulvarda şəhər əhalisinin asudə vaxtının səmərəli keçməsi üçün ticarət, ictimai-iaşə obyektləri fəaliyyət göstərəcəkdir. Uşaqlar üçün yaradılacaq əyləncə mərkəzləri hər cür avadanlıqla təchiz ediləcək. İşıqlandırma sistemi axşam saatlarında Viləş sularında bərq vuraraq park-bulvara xüsusi gözəllik verəcəkdir. Burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün guşə yaradılması da unudulmamışdır. Hazırda tikintidə iş davam edir.

 

Seyran CAVADOV,

“Azərbaycan” qəzeti

______________________________________________________________

Masallı: Görülən işlər fərəh doğurur 

11.08.2018   xalqqazeti.com


Sakinlərin varlığı ilə qürur duyduğu, qonaqlarının heyran qaldığı gözəl məkanlarımızdan biri də Masallıdır. Həmişə qoynuna həvəslə can atdığım bu rayonda çoxlu dostum var. Həm əsrarəngiz təbiəti, həm də gülərüz, mehriban camaatı adamı burada qətiyyən darıxmağa qoymur.
Son illər Masallı daha sürətlə abadlaşır, inkişaf edir. Elə yarımillik hesabat yığıncağında da tərəqqi meyilləri iftixar hissi ilə xüsusi qeyd olunub. İcra hakimiyyətinin başçısı Rafil Hüseynov konkret faktlarla yüksəliş meyillərini diqqətə çatdırıb.
Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-bulvar kompleksinin yaradılması böyük bir layihədir. Orada çay yatağının beton məcraya salınması işləri davam etdirilir. İlkin olaraq ümumi uzunluğu 750 metr olan beton bəndin beşdə-dörd hissəsində işlər yekunlaşıb. Burada müxtəlif istirahət mərkəzlərinin, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Hazırda həmin ərazinin bəzi yerlərindəki zibilliklər təmizlənir, yaşıllıqlar salınır. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı yaradılıb.
Ümumi uzunluğu 24,7 kilometr olan Eminli-Qarğalıq-Səmidxan-Seybətin, Şatroba-Hişkədərə-Miyankü kəndləri istiqamətində yolların asfaltlaşdırılması sona yetib. Həmçinin Bakı prospekti və Seybətin küçəsi yenidən qurulur. Eyni zamanda, yeni Ələt-Astara magistralını Masallı şəhəri ilə birləşdirən 1,5 kilometrlik yolun müasir standartlara uyğun yenidən qurulmasına başlanıb. Bundan əlavə, uzunluğu 3,2 kilometr olan Masallı-Təzəkənd yolunun yenidən qurulmasına start verilib. Həmçinin 3 kilometrlik Gəyəçöl ­yolunun təmiri reallaşdırılır.
Masallı şəhərində dövlət büdcəsindən ayrılan vəsait hesabına 10 binanın fasadı təmir olunur. Heydər Əliyev prospektində birmərtəbəli 4 mənzilli və H.Səmədov 44 ünvanında yerləşən ikimərtəbəli 6 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarının əvəzinə yeni binaların tikintisi ilə bağlı Nazirlər Kabinetinin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyi tərəfindən layihə sənədləri hazırlanıb, müvafiq ekspertiza rəyi verildikdən sonra tikinti işlərinə başlanacaq. İki il öncə inşasına başlanan və bu il təhvil verilməsi nəzərdə tutulan Masallı Rayon Məhkəməsinin yeni inzibati binasında işlər davam etdirilir.
Masallıda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 2016-cı ilin iyun ayında sərəncam imzalanmışdır. Bu məqsədlə Ələt-Astara magistral yolunun 165-ci kilometrində 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Artıq layihə üzrə bina və qurğuların tikintisi yekunlaşıb. Burada işləri qurmaq üçün yerli sahibkarlarla müzakirələr aparılıb və müvafiq məlumatlar toplanıb. Sənaye məhəlləsi Masallı iqtisadiyyatının sürətli inkişafına, təkmilləşməsinə yeni təkan verəcək və 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaq.
Ötən aylarda rayon üzrə məhsul istehsalı və xidmətlərin həcmi artaraq 352,7 milyon manat olub. Sənayedə bu artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz, kənd təsərrüfatı məhsulları üzrə 1,5 faiz, pullu xidmətlərdə isə 2,2 faiz təşkil edib. Adambaşına düşən pul gəlirləri 1842 manat, bir işçiyə hesablanan orta aylıq əmək haqqı 301 manatdır. Bu il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 12 sahibkara 163 min manat kredit verilməsi sahibkarlıq subyektlərinin sayının artmasına səbəb olub.
Masallıda çayçılığın inkişafı ilə bağlı müəyyən işlər görülüb. Kolatan inzibati ərazisinə aid Sığaçola massivində “Azərsun-Holdinq” tərəfindən xeyli əkin aparılıb və rayon üzrə çay plantasiyalarının ümumi sahəsi 105 hektara çatdırılıb. Rayon üçün ənənəvi sahələrdən olan çəltikçilik və tütünçülüyün inkişafına da əhali arasında maraq xeyli artıb. Ötən 195 hektar çəltik əkilib, sahələrdən 588 ton məhsul yığılıb, orta məhsuldarlıq 30 sentner təşkil edib. Cari ildə çəltik əkinlərinin 301 hektara çatdırılıb. Sahibkarlıq subyekti tərəfindən çəltik əkinləri üçün zəruri texnika alınıb. Bu il rayon ərazisində 35 hektarda tütün əkilib.
Digər ənənəvi sahənin - baramaçılığın inkişafı ilə bağlı əvvəllər mövcud olmuş tut bağlarının qeydiyyatı aparılıb və ümumilikdə 8 ərazi üzrə 23,2 hektar sahədə 4080 ədəd tut ağacının olduğu müəyyən edilib.
Baramaçılığın intensiv inkişafına nail olmaq məqsıdi ilə tut bağlarının aqrotexniki tələblərə uyğun budanmasına hazırlıq görülür. Ötən il rayona 20 qutu ipəkqurdu gətirilərək 12 təsərrüfata paylanıb, bundan 469,6 kiloqram yaş barama alındığı halda, bu il 78 qutu gətirilərək 33 təsərrüfata paylanıb və 3406,9 kiloqram barama alınaraq Şəki İpək Kombinatına təhvil verilib. Artıq həmin kombinat tərəfindən alınmış baramanın hər kiloqramına 4 manat olmaqla kümçülərin hesablarına vəsaitin ödənişinə başlanıb, yaxın günlərdə isə hər kiloqramına 5 manat olmaqla dövlət vəsaiti hesabına subsidiyalar ödəniləcək. Onu da qeyd edək ki, Çin Xalq Respublikasından 5000 ədəd məhsuldar tut tingi gətrilərək şəhərin Seybətin ərazisində əkilib. Eyni zamanda Qarğalıq, Kalinovka, Kolatan, Təzə Alvadı, Bədəlan və Təklə kəndlərində 3000 ədəd yerli tut tingi basdırılıb.
Rayon üzrə 24 964 hektar əkin sahəsinin 17000 hektarı suvarılan torpaqlardır. Ölkə Prezidentinin 2018-ci il 12 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nda Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi nəzərdə tutulub və bu istiqamətdə işlərə başlanıb. Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlər davamlı xarakter daşıyır. İxtisaslaşmanın sürətlə aparılması, tütünçülük, üzümçülük, tərəvəzçilik və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması nəzərdə tutulur. Habelə sitrus və fındıq bağlarının salınmasına, heyvandarlığın inkişaf etdirilməsi də diqqətdədir. “Logistik mərkəz” və “Yaşıl market” layihələrinin sürətlə reallaşdırılmasına da işgüzar səylər göstərilir.
Masallının elektrik təsərrüfatı davamlı şəkildə yenilənir. Dövlət proqramı əsasında rayon mərkəzinə və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi davam edir. Artıq 16 kənddə bu işlər tamamlanıb. Hazırda daha 2 kənd qazlaşdırılır. Ümumiyyətlə, rayon əhalisinin 96 faizi mavi yanacaqla təmin edilib. 2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasına başlanıb. Rayonun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması isə ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən, Muğan zonası və Qızılağac istiqamətində olan 42 kənd üçün layihələndirmə işləri aparılıb və “Viləşçay” su dəryaçasından həmin kəndlərə su xəttinin çəkilməsinə başlanıb.
Cari ildə Xallıcallı və Təkdam kəndlərində müvafiq olaraq 96 və 80 şagird yerlik modul tipli məktəblərin və Göyəçöl tam orta məktəbinin tikintisi aparılır. Yaxın günlərdə Şıxlar və Bala Təklə kəndlərində də modul tipli məktəblərin inşasına başlanacaq. Məmmədoba və Miyankü həkim məntəqələri tikilərək istifadəyə verilib. Hazırda Lürən kənd həkim məntəqəsi inşa olunur.
Masallıda söhbət etdiyimiz hər kəs doğma yurd haqqında ürəkdolusu danışdı, rayona dövlət qayğısından razılığını bildirdi. Onlardan biri – Masallı Dövlət Regional Kollecinin coğrafiya müəllimi Soltanağa Cəfərov fikirlərini belə ifadə etdi:
– Təbiəti, iqlimi insanlara zövq verən, qoynunda 224 min ürəyin döyündüyü Masallı həyat eşqimizi daim coşduran müqəddəs bir duyardır. Şimaldan – Cənuba, Şərqdən-Qərbə doğru hüdudları 35 kilometr olsa da, ona olan sevgimiz dünyaya sığmır. Masallının çiçəklənməsi və inkişafı üçün biz öz vətəndaşlıq borcumuzu ləyaqətlə yerinə yetirməliyik.
 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri

__________________________________________________________________________________________

Masallıda qədim el sənətini yaşadan sənətkarların əl işlərindən ibarət sərgi açılıb

31.07.2018   azertag.az

Masallı şəhərindəki “ASAN həyat” kompleksinin İncəsənət Məktəbində rayon Tarix-Diyarşünaslıq Muzeyi və "ABAD"ın Sənətkarlıq Mərkəzinin birgə layihəsi əsasında "Qədim sənətimiz müasir dövrdə" mövzusunda keçirilən tədbirdə rayonda qədim el sənətini yaşadan sənətkarlar, rəssamlar, yaradıcı insanlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə İncəsənət Məktəbinin foyesində Masallı sənətkarlarının əl işlərindən ibarət sərgi ilə tanış olub, dulusçuların, sandıq ustalarının, xalçaçıların, zənbil toxuyanların və misgərlərin hazırladıqları əl işlərinə baxıblar.
Diskussiya şəklində davam edən tədbirdə çıxış edən Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Əntiqə Tağıyeva rayonda qədim xalq sənətkarlığının qorunması və inkişafı istiqamətində görülən işlərdən danışaraq bildirib ki, tədbirin davamı olaraq rəhbərlik etdiyi muzeydə sentyabrın 1-nə kimi "Sehrli ilmələr" mövzusunda bədii tikmələrin sərgisi keçiriləcək.
Tədbirdə xalçaçı Elmira Ağayeva xalçaçılıq sənəti və onun Masallıda inkişafından, dulusçu Cəsarət Nuriyev ata-baba sənətini yaşatmasından, misgər Taleh bu sənətdəki fəaliyyətindən, "ABAD"ın Sənətkarlıq Mərkəzinin direktoru Ümid Quliyev yerli sənətkarların hazırladıqları məhsulların satışının reallaşdırılmasından, Masallı Rəsm Qalereyasının elmi işçisi Təhmasib Məcidov qalereyanın fəaliyyətindən söz açıblar.

____________________________________________________________________________________________


SYSLAB təlim mərkəzlərində kursu bitirən daha 45 gənc işlə təmin edilib
31.07.2018   azertag.az

Gəncə şəhərində və Masallı rayonunda fəaliyyət göstərən SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) təlim mərkəzlərində kursu bitirən daha 59 gəncdən 45-i işlə təmin edilib.
BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi ilk dəfə işaxtaran ali təhsilli gənclərə SYSLAB metodologiyası əsasında müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının öyrədilməsini nəzərdə tutur.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, layihə çərçivəsində bir müddət öncə Bakı, Sumqayıt şəhərlərində də SYSLAB təlim mərkəzləri fəaliyyət göstərib, sonrakı mərhələdə isə Gəncə şəhərində və Masallı rayonunda belə mərkəzlər yaradılıb. Ötən müddətdə bu mərkəzlərdə ümumilikdə 700-dən çox gənc sahibkarlıq, sistemli biznes, ofis işi, şəxslərarası şəbəkələrin və işəgötürənlə ilkin əlaqələrin qurulması, işəgötürənə öz bilik və qabiliyyətini təqdimetmə, işə qəbul üçün müsahibəyə hazırlanma və s. istiqamətlər üzrə müasir bilik və bacarıqlara yiyələniblər.
Onlardan artıq 600-dən çoxu və ya 86 faizə qədəri kurslarda qazandıqları bilik və bacarıqlar hesabına ayrı-ayrı müəssisələrdə işlə təmin olunub.
Hazırda Gəncə və Masallı SYSLAB təlim mərkəzlərinə növbəti qruplar üzrə iştirakçıların seçimi aparılır.

______________________________________________________________________________


Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC Masallıda pomidor tədarükünə başlayıb
27.07.2018   azertag.az

Masallı rayonunda sahələrdən pomidor yığımı davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyəti məhsul yığımı mövsümü ilə bağlı istehsalçılara dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri Masallı rayonunun Gəyəçöl kəndində Bəybala Əsədova məxsus pomidor sahəsində həyata keçirilib.
Cəmiyyətin nümayəndələri sahələrdə yetişdirilən pomidor məhsulunun tədarükünə başlayıblar. Pomidor məhsulunun yetişmə dövrü keçdiyindən Cəmiyyətin nümayəndələri fermerlərdən tədarük etdikləri məhsulu bazarlara deyil, bir başa istehsal-emal müəssisələrinə təhvil verirlər.
Növbəti günlərdə digər kəndlərdə də məhsul tədarükü həyata keçiriləcək.
Qeyd edək ki, bu ilin altı ayı ərzində Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət büdcəsindən maliyyələşən 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb, həmin müqavilələrə əsasən, müəyyənləşdirilən tələbatlar “tedaruk.az” portalına yerləşdirilib və 173 məhsul növü üzrə 286 istehsalçı və satıcıdan onlayn rejimdə təkliflər qəbul edilib. Həmin təkliflər üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra 241 istehsalçı və satıcı ilə müqavilə imzalanıb.
Nəticədə, bu ilin birinci yarısında istehsalçı və satıcılardan 28 min ton, dəyəri 52 milyon manat olan kənd təsərrüfatı və ərzaq məhsulları tədarük edilərək mərkəzi, yerli icra hakimiyyəti orqanlarına məxsus 1934 təchizetmə nöqtəsinə çatdırılıb.
Daxili bazarda bu müddət ərzində 20348 kiloqram tərəvəz, 3248 kiloqram meyvə-giləmeyvə, 1636 kiloqram bostan, 4179 kiloqram dənli-paxlalı məhsullar satılıb.
Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli bildirib ki, daxili bazar üçün kartof, soğan, badımcan, kələm və digər məhsullar istehsalçılardan elə tarlada tədarük edilərək Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Əhmədli və Masazır qəsəbələrində, “Yaşıl bazar”da satışı həyata keçirilib.
Xaçmaz, Biləsuvar, Masallı və digər rayonlarda pomidor əkini ilə məşğul olan istehsalçılara dəstək vermək məqsədilə altı ay ərzində 91 ton məhsul tarladan alınaraq satışa yönəldilib. İl ərzində 271 tondan çox pomidorun alınması planlaşdırılır.
Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyəti pomidor istehsalçılarına məsləhət görür ki, “1659” qaynar xəttinə müraciət edərək məhsullarının həcmi, təsərrüfatın dislokasiyası haqda məlumatlar versinlər. Səhmdar Cəmiyyət yaxın günlərdə pomidor istehsalçılarından lazımi miqdarda məhsul tədarük edəcək.

__________________________________________________________________________________

Masallı sakini Fəyyaz Aslanlı ilk qəbul imtahanında 644, növbəti mərhələdə isə 700 bal toplayıb
24.07.2018   azertag.az

Dövlət İmtahan Mərkəzinin bu il təşkil etdiyi ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərdən biri də Masallı sakinidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahan zamanı 125 sualın hamısını düzgün cavablandıraraq bölgədə ilk dəfə 700 bal rekorduna imza atan Masallı rayonunun Gəyəçöl kənd sakini Fəyyaz Aslanlı olub.
Ali məktəblərə IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında cənub bölgəsi üzrə maksimum nəticə göstərən F.Aslanlı ilk qəbul imtahanında 644, növbəti mərhələdə isə 700 bal toplayıb.
O, ailəsinə və müəllimlərinə bu sevinci yaşatdığı üçün özünü şanslı hesab edir: “Qürur hiss keçirirəm. Çəkdiyim zəhmət hədər getmədi. Cənub bölgəsində ən yüksək balı mən topladım”.
Müəllimləri də hər zaman öz üzərində çalışan Fəyyazın dərin biliyinə və geniş dünyagörüşünə görə uğur qazanacağına inanıblar. Müəllim Rasif İsrafilov deyib: “Gəyəçöl məktəbinin pedaqoji kollektivi Fəyyazın uğuruna sevinir. O, bizim etimadımızı doğrultdu”.
Fəyyaz Aslanlı təhsil alacağı ali məktəbi də seçib. O, təhsilini Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində davam etdirəcək.

____________________________________________________________________________________


Masallıda çəltik əkinində yeni texnikalardan istifadə olunur
11.06.2018   azertag.az

Məhsuldarlığı və gəlirliliyi ilə seçilən çəltikçilik Masallıda ənənəvi təsərrüfat sahələrindən biridir. Ağır əl əməyi tələb edən bu təsərrüfat sahəsi uzun müddət rayonda tənəzzül dövrünü yaşayıb. Məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi - fermerlərə subsidiyaların verilməsi, güzəştli qaydada gübrələrin və texnikaların satılması rayonda çəltikçiliyin dirçəldilməsi üçün geniş imkanlar açıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2016-cı ildə Masallıda 8 hektarda çəltik əkildiyi halda, bu il bu rəqəmin 300, gələcəkdə isə 500 hektara çatdırılması nəzərdə tutulub.
Şirvan şəhərindən gətirilən yeni texnikalar məhsul istehsalçılarının işini xeyli yüngülləşdirib. Çəltikçiliklə məşğul olan fermerlər bildirirlər ki, yeni texnikalar ilə əkin aparmaq hər hektar üçün 350 manata başa gəlir. Bu isə onları qane edir. Çünki çəltik sahələrində bütün işləri əl əməyindən fərqli olaraq texnika ilə görmək daha rahatdır. Çəltik əkini zamanı məhsuldar “Apollo” və “Haşimi” növlərinə daha çox üstünlük verilir.
Fermer Həbib Abıyev texnikaların üstünlüyündən danışaraq deyib ki, 10 hektar sahədə çəltik əkinini dörd günə yekunlaşdırıb.
Mütəxəssislərin fikrincə, əkin prosesində əl əməyindən istifadənin minimuma endirilməsi rayonda çəltikçiliyin inkişafına böyük təkan verəcək.

__________________________________________________________________________________________

Masallıda yaz-tarla işlərinə uğurla başlanılıb
16 May 2018     azerbaijan-news.az


İndi rayonda 18 min hektar sahə əkilib-becərilir ki, bu da sovetlər dövründəkindən xeyli çoxdur

Masallı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ərazisi 721 kvadratkilometr, əhalisi 224 min nəfərdir. Rayonda bir kvadratkilometrə 285 nəfər düşür ki, bu da dünya əhalisinin sıxlığından 7 dəfə çoxdur. Rayon Bakı-Astara magistral şose yolunun 232-ci kilometrliyində yerləşir. Lənkəran, Lerik, Yardımlı, Cəlilabad və Neftçala rayonları ilə həmsərhəddir. Ərazisində 168 qədim abidə mövcuddur. Onlardan bir neçəsi orta əsrlərə aiddir.

Masallının təbiəti zəngindir. Şərqdən Xəzər dənizi, Qərbdən dağlarla əhatə olunmuşdur. Rayon ərazisindən axıb Xəzərə tökülən Viləş, Alvadıçay və Tatyan çayları öz mənbələrini Lerik və Yardımlı dağlarından götürür. Viləşçay su dəryaçası 1976-cı ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə yaradılmışdır. Nəhəng su anbarı Masallının, eləcə də Cəlilabad rayonunun yaşayış məntəqələrini içməli su ilə təmin edir.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində dəryaçada çox böyük genişləndirmə işləri aparılmışdır. Burada çoxlu sayda bulaqlar da var. Təkcə Ərkivan kəndi ərazisində 37 bulaq mövcuddur ki, onların da hər birinin öz adı, öz tarixi var. Ərkivana el arasında “Dünya bulaqları muzeyi” də deyirlər. Bu mənada Masallı yeraltı və yerüstü sərvətlərlə zəngin olan bir diyardır. Min bir dərdin dərmanı sayılan “İsti su” müalicə ocağında yel, oynaq, əzələ, əsəb, dəri, mədə-bağırsaq xəstəlikləri müalicə olunur. 1929-cu ildə yaradılan məşhur Qızılağac qoruğunun böyük bir hissəsi də Masallı ərazisində yerləşir. Burada 248 növ quş, 54 növ balıq qorunur.
Masallının rəngarəng gözəlliyi, zəngin tarixi, adət-ənənələri, xalq sənətkarlığı nümunələri turizmin inkişafı üçün geniş imkanlar yaradır. Bu gün rayonda 15-dən çox turizm-istirahət mərkəzi fəaliyyət göstərir. Onlar gün ərzində 1000-dən çox turist qəbul etmək imkanına malikdir.
Son illər Masallıda bir neçə beynəlxalq folklor festivalı keçirilmişdir. Bu da rayonda folklorun, qədim adət-ənənələrin, xalq sənətkarlığının yaşadılması, onlara xüsusi diqqət və qayğının göstərilməsi ilə bağlıdır. Keçən əsrin ortalarında yaradılan “Halay” folklor qrupu dünyanın müxtəlif ölkələrində keçirilən folklor festivallarında uğurla çıxış edərək yüksək mükafatlar almışdır. Yaranan adət-ənənəni qorumaq, inkişaf etdirmək üçün 2012-ci ilin payızında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə burada beynəlxalq folklor festivalı keçirilmişdir. Tədbirdə Masallının “Halay”, Naxçıvanın “Şərur” kollektivləri, habelə Türkiyə, İran, Latviya, Dağıstan və Kabarda-Balkar respublikalarının folklor qruplarının çıxışları böyük rəğbətlə qarşılanmışdır. Festival növbəti bir neçə ildə də davam etmişdir.
Deyirlər, təbiətlə cəmiyyət əkizdir. Birini o birindən ayrı təsəvvür etmək mümkün deyil. Düzdür, ilkin təbiətdir, insan və cəmiyyət onun övladıdır. Ancaq insan olmasaydı, təbiət də kimsəsiz, tənha qalardı. Onun gözəlliklərini qiymətləndirən, nazını çəkən insandır. İnsan isə yaranışından həm təbiətdən bəhrələnib, həm də zəhməti, biliyi, bacarığı ilə onun qoynunda xariqələr yaradıb. Torpağı əkib-becərib, özünün yaşam tərzini təmin edib. Yeri gələndə təbiətin gözəlliyini, səxavətini vəsf edib. Deyirlər, insanlar öz ata-analarına və öz zəmanələrinə oxşadıqları kimi, müəyyən qədər də yaşadıqları əraziyə bənzəyirlər. Bu cəhətdən Masallı da istisna deyil. Qədim diyardan vətəni sevən, ona qəlbən bağlı olan zəhmətkeş insanlar, alimlər, ziyalılar, hərbçilər çıxmışlar. Təkcə XX əsrdə Masallıda 230 nəfərdən çox elmlər doktoru, elmlər namizədi, 100-ə yaxın yazıçı və şair, 6 general yetişmişdir.
Masallı ölkəmizdə gedən ictimai-siyasi proseslərdə həmişə ön cərgələrdə olmuşdur. Ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində dəfələrlə burada olmuş, rayonun inkişafı üçün lazımi qərarlar vermişdir. Sovet dövründə Masallı respublika əhalisinin tərəvəz məhsulları ilə təmin edilməsində yaxından iştirak etmişdir. Eyni zamanda burada yetişdirilən nemətlər Rusiya Federasiyasının müxtəlif şəhərlərinə göndərilmişdir.
Lakin SSRİ-nin süquta uğraması nəticəsində Rusiya ilə iqtisadi əlaqələr, demək olar ki, tamamilə kəsildi. Kolxoz və sovxozlar ləğv edildi. Əkin sahələri, çay plantasiyaları, sitrus meyvə bağları sahibsiz qaldı. Adamlar çay plantasiyalarındakı çoxillik bitkilərə biganə yanaşdılar, onları mal-qara üçün otlaq sahəsinə çevirdilər. İllərlə damla-damla, kərpic-kərpic yaradılan, tikilib-qurulanlar dağıdılaraq məhv edildi. Nə yaxşı ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı və vəziyyəti düzəltmək, ölkəni xaosdan, hərc-mərclik bataqlığından çıxarmaq üçün yorulmaq bilmədən çalışdı. “Əsrin müqaviləsi”ni imzaladı, çoxlu sayda islahatlar apardı.
Lakin torpaqların kəndlilərə verilməsinə baxmayaraq, ilk vaxtlar maddi çətinlik ucbatından, texnikanın olmaması səbəbindən onu əkib-becərmək çətin idi. 2004-cü il fevral ayının 11-də Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı ilk Dövlət Proqramı Masallı rayonunun həyatında da mühüm rol oynadı. Proqram çərçivəsində başlanan tikinti-quruculuq və abadlıq işləri 2009-2013-cü illər üçün qəbul edilən növbəti Dövlət Proqramı ilə davam etdi. Həyata keçirilən hər bir iş, tədbir Masallının görkəminə sığal çəkdi. Yeni tikilən və əsaslı təmir olunan binalar, salınan parklar, bağlar, xiyabanlar, asfaltlaşdırılan küçə və prospektlər bu qədim diyarın simasını büsbütün dəyişdi. Rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olundu, ən ucqar kəndlərə belə, təbii qaz xətti çəkildi. Sahibkarlara yaradılmış şərait nəticəsində yeni turizm obyektləri, istehsal müəssisələri fəaliyyətə başladı. Onlarca təhsil, səhiyyə, mədəniyyət ocağı, digər sosial əhəmiyyətli obyektlər inşa edildi. Masallı şəhəri üçün uzun illərdən bəri arzu olunan problem həll olundu - şəhərdə su-kanalizasiya sistemi quruldu. Bu gün isə çoxlu sayda adamın iş yeri Masallı olacaq. Sənaye məhəlləsində işlər başa çatmışdır. Mühüm əhəmiyyətli bu tikililərin çoxunun təməlqoyma, açılış mərasimlərimdə Prezident İlham Əliyev iştirak etmişdir. Ümumilikdə İlham Əliyev 15 ildə Masallıya 9 dəfə səfər etmişdir.
Nəinki hər dövrün, hətta hər ilin, ayın, günün öz tələbi var. Dünya bazarında neftin qiymətinin birdən-birə kəskin aşağı düşməsi ölkə iqtisadiyyatı qarşısında yeni tələblər qoydu. Çevik iqtisadi siyasət yeridən ölkə rəhbəri ehtiyatda olan rıçaqları işə salmaqla kənd təsərrüfatını daha da inkişaf etdirmək və bu yolla idxaldan azad olmaq, daxili imkanlar hesabına əhalini keyfiyyətli yerli məhsullarla təmin etmək, bu sahədə ixracyönümlü məhsullar istehsal etməklə ölkəmizə valyuta daxilolmalarını çoxaltmaq, yeni iş yerləri yaratmaq və digər bu kimi vəzifələr qarşıya qoydu. Onların icrası ilə əlaqədar əsaslı islahatlar həyata keçirildi. Pambıqçılığın, baramaçılığın, çəltikçiliyin, çayçılığın, sitrus meyvəçiliyinin, fındıqçılığın, tütünçülüyün daha da inkişaf etdirilməsi ilə bağlı mühüm sərəncamlar imzalandı və Prezident ayrı-ayrı rayonlarda müşavirələr keçirdi. Aqrar sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək məhsuldarlıqlı toxum və tinglərin, heyvanların, maşın və texnikanın, mexanizmlərin respublikaya gətirilməsi və onların lizinq yolu ilə sahibkarlara verilməsi sistemli şəkil aldı. Kənd təsərrüfatı məhsullarının qiymətinin artırılması, dövlət tərəfindən subsidiyaların, güzəştli qaydalarla mineral gübrələrin verilməsi fermerlərin, torpaq mülkiyyətçilərinin işə marağını artırdı.
Masallı əsasən kənd təsərrüfatı rayonudur. Burada, demək olar hamı əkib-becərməklə məşğuldur. Rayon ərazisinə daxil olan kimi bunu aydın görmək olur. Kimi kartof, çiyələk, sarımsaq yığır, kimi tütün şitili əkir, kimi üzüm bağlarını becərir, kimi də biçdiyi otu yığıb, mal-qarası üçün yem tədarük edir. Yaşıl çay yarpağı yığımına da başlanılıb. Çəltikçilər isə hələlik şitil yetişdirirlər. May ayının sonu - iyunun əvvəllərində onu sahələrə köçürəcəklər. Noxud, sarımsaq, bostan-tərəvəz sahələrində də qızğın iş gedir.
Masallı şəhərinin Seybətin döngəsinə bir neçə kilometr qalmış Ələt-Astara magistral şose yolunun solunda, palıd meşə zolağının arxa hissəsində çox da hündür olmayan dəmir karkas üzərinə polietilen örtük çəkilmiş geniş bir ərazi istər-istəməz diqqət çəkir. Burada çiyələk yetişdirilir. Bu ərazi Təzə Alvadı kəndinə aiddir. Təsərrüfatın sahibi Əbdül İsmayılovun 42 yaşı var. O, Masallının Tüklə kəndindəndir. Qardaşı Vasif İsmayılov 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Orta məktəbi bitirdikdən sonra 1994-cü ildə Rusiyaya gedən Əbdül bir neçə il Novosibirskdə tikintidə çalışıb. 2002-ci ildə Bakıya gələrək bizneslə məşğul olmağa başlayıb. Çin, Dubay və digər ölkələrdən əsasən uşaq oyuncaqları gətirib. Yaxşı qazanc götürməsinə baxmayaraq, torpaqda çalışmaq, əkib-becərmək həvəsi onu yenidən boya-başa çatdığı Masallıya çəkib. Özü ilə həmyaşıd olan bacısı oğlu Cəsarət Əzizovla işbirliyi qurmaq üçün xeyli götür-qoy ediblər. Qərara gəliblər ki, torpaqdan yapışsınlar, hamının məşğul olmadığı bir işlə məşğul olsunlar - çiyələk əkib-becərsinlər. Əvvəlcə həyətyanı torpaq sahələrində müəyyən qədər çiyələk əkiblər. Elə bu vaxt xoş bir təsadüf onların üzünə gülüb. Masallı Rayon İcra Hakimiyyəti başçısının dəvəti ilə Türkiyədən gələn və müxtəlif növ dekorativ ağacların əkilib-becərilməsində məsləhətçi qismində iştirak edən Atilla Tükəllə tanış olublar. Atilla onlara çiyələyin yetişdirilməsi təcrübəsini, texnologiyasını başa salıb və Türkiyədən onlar üçün “Sanandres” ispan çiyələk sortunun 1300 ədəd şitilini gətirib. Qısa bir vaxtda həyətyanı sahələrində həmin şitillərin sayını 7 minə çatdırıblar. 2013-cü ildə rayonun Təzə Alvadı kəndində yuxarıda söhbət açdığımız ərazidə 10 sotluq torpaq sahəsində həmin şitilləri əkiblər. Əldə etdikləri nəticə onları bu işə daha yaxından bağlayıb. 2014-cü ildə çiyələk sahəsini 1, 2015-ci ildə 8, 2016-cı ildə 20 hektara çatdırıblar. İşə həvəslə, ürəklə yapışdıqlarından uğurları da ilbəil artıb. 2017-ci ildə çiyələk sahələrinin üstünə polietilen çəkiblər. Nəticədə buradakı çiyələk açıq havadakına nisbətən 15 gün tez yetişir. Nübar məhsulu daxili və Rusiya bazarlarına göndərirlər. Qazancları yaxşıdır. Cənub bölgəsində daha bir yeniliyə imza atıblar. Çiyələyin dünya texnologiyası əsasında saxlanılması və soyudulması üçün xüsusi anbar tikirlər. Buraya alternativ enerji mənbəyi kimi generatorlar qoyublar. Yığılan məhsul burada çeşidlənərək xüsusi taralara qablaşdırılır, sonra normativə əsasən soyudulub avtorefrijeratorlara yüklənilir və lazımi ünvanlara göndərilir. Bu mövsümdən etibarən taraların bir tərəfinə xüsusi sifariş əsasında hazırlanmış “Azərbaycan məhsulu” etiketi də vurulur. Cari ildə “Uğur-SVE” adlanan bu müəssisə 20 hektarda məhsul yetişdirir ki, bundan da 8 hektarı “Abbiom”, qalanı “Sanandres” sortudur.
Bütün işləri Əbdül İsmayılov dövlətdən kredit götürmədən etmişdir. Mövsüm ərzində burada hər gün 180-200 nəfər işçi çalışır. Sahibkar deyir ki, soyuducu kameraya elektrik enerjisi yaxınlıqdakı asfalt-beton zavodundan verilir. Gərginlik zəif olduğundan bəzən ortaya problemlər çıxır. Bu səbəbdən istəyir ki, obyektinə ayrıca elektrik xətti çəksin. Amma dəfələrlə müraciət etməsinə baxmayaraq, rayon elektrik təsərrüfatının rəhbərləri onun bu xahişini qulaqardına vururlar.
Deyirlər, hər şey insanın öz əlindədir. İstəsə, hər şeyi öyrənər, xariqələr yarada bilər. Bu fikri boyca cüssəli, zəhmətə, torpağa bağlı Əbdül İsmayılov və Cəsarət Əzizovla söhbət apararkən bir daha yəqin etdik. Hər ikisi əkinçiliyin, çiyələk bitkisinin yetişdirilməsi texnologiyasını, sirlərini, demək olar ki, tam mənimsəyiblər. Onlar planlaşdırıblar ki, yaxın vaxtlarda çiyələk yetişdirmək üçün istilikxana yaratsınlar, ilin bütün fəsillərində bazara məhsul çıxarıb halal zəhmətləri ilə pul qazansınlar, dövlətin qarşıya qoyduğu vəzifələrin icrasında yaxından iştirak etsinlər.
Masallıda sahibkarlığın, xüsusilə zamanın tələbindən irəli gələn kənd təsərrüfatının inkişafı üçün münbit şərait var. Bu baxımdan rayon camaatının bəxti də gətirib. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov təcrübəli mütəxəssisdir. Uzun illər aqrar sahədə fəaliyyət göstərib, yaxşı, əsaslı təhlilləri, məntiqli göstərişləri ilə yerli əhalinin torpağa bağlılığını, işə inamını daha da artıra bilib. Rayonun Kolatan kənd sakini, təcrübəli fermer Hacı Etibar Sadıqovla söhbət zamanı bunu bir daha yəqin etdik. Fermer deyir ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə əlaqədar qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün Masallıda ardıcıl tədbirlər görülür: “Mülkiyyətçilər dövlətin verdiyi kreditlərin, subsidiyaların, etdiyi güzəştlərin sayəsində torpaqdan möhkəm yapışmışlar. Mənim 4 hektar çay plantasiyam, 4 hektar feyxoa, 2 hektar fındıq,
1 hektar sitrus meyvə bağım, inkubator sexim, balıq gölüm var. Göydə Allah, yerdə hökumət mənə həmişə dayaq olub. Əldə etdiyim gəlirdən çalışıram ehtiyacı olanlara, kimsəsizlərə, əlsiz-ayaqsızlara da çatsın. Hər bayram onlara sovqat paylayıram. Bura gələrkən yəqin kənd yolumuzu, yeni tikilən evləri gördünüz. Bunların hamısı son illərdə yaradılıb. Yuxarıda, dağın ətəyindəki sitrus bağını keçən il salmışıq. Bu il üstündə tək-tək meyvə var. Tingləri Cənubi Koreyadan gətirilib. Bağın salınmasının səbəbkarı icra hakimiyyətimizin başçısı Rafil müəllimdir. Doğrusu, çətinlik çəkirdim. “Darıxma, hər işin başlanğıcı çətin olur. Xeyrini görəndə hər şeyi unudacaqsan”, - dedi. Qısa müddət ərzində buraya elektrik xətti çəkdik, transformator qoyduq, artezian quyusu qazdıq. Bunlar əkilən tingləri vaxtlı-vaxtında suvarmağa imkan verir. Dağın başında bir ləm də tikirəm. İnşallah, gələn dəfə oraya qalxıb çay içərik. Ləmə qalxanda Xəzər dənizi kənardan ayağının altında olduğu kimi görünür”.
Söz-sözü çəkir. Məlum olur ki, Hacı Etibarın sitrus bağından yuxarıda - Sığaçola ərazisində “Azərsun-Holdinq” MMC-nin çay sahələri var. MMC 2014-cü ildə burada 10, 2015-ci ildə 30 hektar çay plantasiyası salıb. Dövlət başçısının çayçılığın inkişafı ilə əlaqədar məlum sərəncamından sonra çay əkilən ərazi ümumilikdə 100 hektara çatdırılıb. Plantasiyanın yerləşdiyi sahə təbiətin gözəl bir guşəsidir. Hər tərəf dağlarla, meşələrlə əhatə olunub, təmiz dağ havası var. 100 hektar ərazidə “Kolxida” sortundan olan 2 milyon 200 min çay kolu əkilib. Bunların toxumunu qardaş Türkiyədən gətiriblər. 2014-cü ildə əkilmiş sahələrdən bu günlər ilk məhsul yığılacaq. Digər bitkilər kimi, çay üçün də suvarma suyunun olması başlıca şərtdir. Bu məqsədlə ərazidə 9 min kubmetrlik süni göl yaradılıb. Dağlardan gələn sızqa bulaq suları bura toplanır, sonra damcı və süni yağışyağdırma yolu ilə sahələr sulanır. Burada 60 nəfər çalışır. Biz orada olarkən qızlar çay kollarının cərgələri arasını alaq otlarından təmizləyirdilər.
Sahibkar mürəkkəb relyefinə baxmayaraq, maşınların hərəkəti, gediş-gəlişi üçün əraziyə yol çəkmişdir. Təsərrüfatın nə üçün belə bir ərazidə yaradılması ilə maraqlanırıq. Hacı Etibar bildirir ki, durduğumuz bu yerdə 1939-cu ildə “Kommunizm yolu” çayçılıq təsərrüfatı yaradılmışdı: “Lakin əldən-ayaqdan uzaq olduğu və gəlirlə işləmədiyi üçün 1974-cü ildə ləğv edilib. Rayon icra hakimiyyətinin başçısı Rafil müəllim bir dəfə bizim Kolatan kəndinə gəlmişdi. O, təsərrüfat işləri ilə maraqlananda mən də çayçılıqdan az-çox başı çıxan bir adam kimi burada keçən əsrin ortalarında çay əkildiyini dedim. Bir neçə gündən sonra Sığaçola dediyimiz bu əraziyə gəldi, ərazini addım-addım gəzdi, torpağını yoxladı. Sonra isə burada çay əkib-becərməyin mümkün olması barədə yuxarı orqanlara məlumat verdi. 2014-cü ildə “Azərsun-Holdinq” MMC burada plantasiyalar salmağa başladı”.
İstixana təsərrüfatlı ölkədə genişlənir. Keçən il kənd təsərrüfatı üzrə ölkəmizə ən çox valyuta gətirən həmin istixanalarda yetişdirilən pomidor olmuşdur. Masallı rayonunda da bu sahədə uğurlar var. Şərəfə kəndi ərazisindəki “Masallı istixanası” 2012-ci ildə yaradılıb. İlkin halda 2 hektar olan təsərrüfat sonradan 10 hektara çatdırılıb. İstixanada təkcə pomidor yetişdirilir. Toxumu Türkiyədən gətirilən “Bandita” sortu yaxşı satılır.
İstixana yüksək səviyyədə qurulmuş sənaye müəssisəsini xatırladır. Burada əl əməyindən az istifadə olunur. İstixana sahibi İlkin Şükürov Moskvada tərəvəz ticarəti ilə məşğul olub. Ölkəmizdə sahibkarlar üçün yaradılan şəraiti görərək 2012-ci ildə Masallıya qayıdıb və sözügedən təsərrüfatı yaradıb. Hazırda burada yetişdirilən məhsul daxili bazarla yanaşı, Moskvaya da göndərilir. İsixanada 30 nəfər işçi çalışır.
Rayonda aqrar sahənin ixtisaslaşdırılması ilə əlaqədar da müəyyən tədbirlər görülür. Fermerlər arasında torpaq və iqlim şəraitinə uyğun olan kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi məqsədilə izahat və maarifləndirmə aparılır. Taxılçılıq burada az rentabelli sahədir. Rayonda ən yaxşı halda hər hektarın məhsuldarlığı 20-22 sentner olur ki, bu da ölkə üzrə orta göstəricidən aşağıdır. Elə buna görə də rayon rəhbərliyi fermer və torpaq mülkiyyətçilərini Masallı üçün şəraitə uyğun rentabelli bitkilərin əkilməsinə istiqamətləndirən lazımi göstəriş və tövsiyələr verib. Nəticədə çəltik, noxud, sarımsaq, kartof, pomidor, tütün sahələri ildən-ilə genişlənir. Bu ilin məhsulu üçün 1051 hektar kartof, 570 hektar badımcan, 233 hektar xiyar, 878 hektar noxud, 172 hektar paxla, 73 hektar mərci, 3 hektar lərgə, 66 hektar lobya, 122 hektar bibər, 349 hektar yemiş, 85 hektar kələm, 144 hektar çiyələk, 159 hektar soğan, 19 hektar zəfəran və digər bitkilər əkilmişdir. Hazırda çəltik və tütün sahələrində əkin aparılır. 294 hektarda çəltik, 50 hektarda tütün əkilməsi planlaşdırılmışdır ki, bu da müvafiq olaraq keçən ildəkindən 99 və 19 hektar çoxdur. Keçən il isə “Masallı nemətləri” MMC çəltik zavodu tikmişdir.
Baramaçılığın inkişafı üçün də işlər görülür. Ötən il ayrı-ayrı kəndlər üzrə 12 kümçü ailəsinə 20 qutu baramaqurdu toxumu paylanılmış və ümumilikdə 469,5 kiloqram barama istehsal olunmuşdur. Cari il isə yaşayış məntəqələrində mövcud olan tut ağaclarının qeydiyyatı aparılmış, onların becərilməsi ilə əlaqədar mütəxəssislər tərəfindən tövsiyələr verilmişdir. Kənd və qəsəbələrdə 3 min yerli tut tingi əkilmişdir. Həmçinin Çin Xalq Respublikasından gətirilmiş 5 min tut tingi Seybətin yaşayış məntəqəsi ərazisində əkilmişdir.
Məlum həqiqətdir ki, fermer yetişdirdiyi məhsulun yaxşı qiymətə getdiyini görüb həvəslənir, əkin sahəsini genişləndirir. Amma eyni zamanda həmin bitkini hamı əkir. Bu da bazarda təklifin tələbi üstələməsinə səbəb olur. Məsələn, keçən il Masallı və Cəlilabad rayonlarında sellofan altında yetişdirilən kartof 1,5 manata satıldığı halda, indi 40 qəpiyədir. Açıq havada yetişdirilən və yaxın günlərdə yığılması gözlənilən kartofun daha ucuz olacağı ehtimalı yaranır. Noxud və sarımsaq əkinləri də keçən ildəkindən qat-qat çoxdur. Kəndli indi sahədən yığacağı məhsulu kimə, hansı qiymətə satacağı qayğısı ilə yaşayır. Halbuki o, əkdiyi sarımsağın kiloqramını 5 manata almışdır. Bütün bunlar Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərini narahat etməlidir. Ölkə rəhbərinin sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunan İnam Kərimovun rayonlara səfər etməsi, məhsul istehsalçıları ilə görüşüb söhbətlər aparması əhali arasında böyük bir ümid yaratmışdır. Fermer, torpaq mülkiyyətçisi inanır ki, yaxın gələcəkdə zəhmət çəkib yetişdirdiyi məhsulun satılması qayğısından azad olacaq. Bir çox ölkələrdə olduğu kimi, əlaqədar qurumlar əvvəlcədən bağlanılacaq müqaviləyə əsasən, onun məhsulunu gəlib bilavasitə tarladan alacaqlar. Burada digər bir məsələni, tədarük olunan kənd təsərrüfatı məhsullarının soyuducu anbarlarda saxlanılması üçün zəruri tədbirlərin görülməsinə ehtiyacın olduğunu vurğulamaq istərdik. Belə olan halda ölkə əhalisini ekoloji cəhətdən keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə ilboyu təchiz etməyə imkan yaranar və hər il oktyabr-noyabr aylarından başlayaraq qonşu İran və Türkiyədən kartof-soğan alıb gətirməyə ehtiyac qalmaz.
Ölkəmizdə ərzaq bolluğu yaratmaq üçün hər cür əlverişli şərait var. Dövlətin həyata keçirdiyi siyasət belə deməyə əsas verir ki, daxili tələbatı tam və dolğun ödəməklə, ixrac potensialını da artırmaq mümkündür. Bu isə öz növbəsində həm ölkəyə valyuta qazandırar, həm də aqrar sahədə çalışan insanların gəlirlərinin çoxalmasına, onların sosial-rifah halının yüksəlməsinə səbəb olar. Masallıda görülən işlər, həyata keçirilən tədbirlər də bu məqsədə xidmət edir.

Seyran CAVADOV,
“Azərbaycan”

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=147057 

____________________________________________________________________________

Эльмира Ахундова: «Люди шли на выборы, как на войну!» 

12.04.2018       1news.az        

Эльмира Ахундова  Депутат Милли Меджлиса, писатель, публицист
… Наверное, произошло то, что должно было произойти. И все же увиденное и пережитое вчера буквально потрясало. Люди шли на избирательные участки как на войну. Или как на призывные пункты, чтобы записаться добровольцами. И от этой удивительной картины к горлу подступал ком, а на глаза наворачивались слезы. Слезы радости и гордости за свой народ…
Да, люди шли как на войну. Они шли решительно и уверенно. Они шли на избирательные участки, чтобы доказать свое право самим делать свой выбор, самим определять свой путь и свое будущее. Они шли, чтобы отдать свои голоса за стабильность и мирное небо над головой. Они шли, чтобы в очередной раз вверить свою судьбу в надежные руки…

Люди шли спокойно и сосредоточенно. Поток людей не иссякал до самого вечера, а на многих участках то и дело образовывались довольно длинные очереди. Но не было ни недовольных окриков, ни обычного для очередей брюзжания, ни пересудов. Везде царили образцовый порядок и деловая атмосфера…
Люди шли семьями как на самый важный экзамен в их жизни. Это и был экзамен - на политическую зрелость, на право называться гражданами своей страны. Этот экзамен мой народ вчера выдержал на все 100 процентов…
Для многих международных наблюдателей этот день был моментом истины. «У нас в Европе в день выборов такого не увидишь!» - призналась мне одна француженка, представлявшая делегацию Совета Европы. Она заявила, что не ожидала такой впечатляющей активности электората.
А я подумала о том, что старушка Европа и вообще весь Запад со своей непродуманной внешней политикой, спровоцировавшей страшные потрясения во многих точках планеты, устроившей на ровном месте очередное великое переселение народов, со своим поощрением сепаратизма и политического радикализма в числе прочих факторов также помогла нам вчера провести выборы в условиях небывалого душевного подъема нации...
Зарубежные радикалы отечественного разлива оказались похожи на гоголевскую унтер-офицерскую вдову, которая высекла себя сама. В эти дни она показала свое истинное лицо, взглянув на которое азербайджанский электорат содрогнулся от омерзения. Потому что это были злобные, лишенные всякой человеческой логики потуги потерявшего человеческое лицо монстра. Вместо разумной критики и альтернативного видения будущего страны – потоки нецензурной брани, брызги слюны и истерика психически неполноценных личностей. Они будто упражнялись в социальных сетях, кто и кого в буквальном смысле переплюнет. Одним словом, от радикального контента так называемой оппозиции на многих километры несло нестерпимым запахом канализации.
Честное слово, столь позорной страницы в истории азербайджанской оппозиции не было никогда! Эти существа  (назвать их людьми язык не поворачивается) переиграли самих себя и спровоцировали обратный эффект. Азербайджанский электорат, которого вообще-то трудно вывести из себя, вчера шел на выборы с четкими лозунгами:
«Руки прочь от Азербайджана!», «Мы не хотим становиться второй Сирией»!, «Мы с тобой, господин Президент!», «Мы за тобой, господин Президент!», «Мы  - вместе и мы победим!»
Да, не только для французского парламентария, но и для миллионов людей во всем мире президентские выборы в Азербайджане стали моментом истины. Зато для нас, жителей страны, во вчерашнем событии не было ничего необычного. Потому что мы знаем своего Президента, мы понимаем, сколь много он сделал и еще сделает для своего народа, для дальнейшего развития своего любимого Азербайджана, сколь велик его потенциал и сколь грандиозны его планы. И мы не могли позволить, чтобы прервалась поступательная связь времени.
…Ильхам Алиев никогда не шел на компромиссы, если это противоречило национальным интересам. Он никогда и ни в чем не проявил политической слабости или нерешительности. Он всегда был последователен и принципиален. Вопреки расхожему суждению о том, что политика – грязное дело, он старался делать ее в белых перчатках и у него это успешно получалось. Глядя на своего Президента, выступающего с самых различных высоких трибун, мы всегда испытывали за него чувство гордости. А это очень важно для народа – гордиться своим Президентом.
Ильхам Алиев не просто перекроил, перестроил, модернизировал Азербайджан. Он перекроил наше сознание! Он поднял национальную самооценку. Быть азербайджанцем нынче престижно, потому что мы живем в одной из самых молодых и самых привлекательных стран мира! Где люди спокойно работают и учатся, много путешествуют по миру и принимают у себя гостей со своего света, возрождают сельское хозяйство и запускают в космос искусственные спутники, строят удивительной красоты дома, музеи и архитектурные комплексы. Где живут, надеясь на себя и свои силы, а не на зарубежных спонсоров. Где думают о будущем своих детей и всей нации.
Это доверие, эта вера народа в своего лидера дорогого стоят. С такой поддержкой можно горы свернуть. И вчера в обращении к народу Ильхам Алиев об этом прямо заявил:
«Я всегда ощущаю поддержку азербайджанского народа. Она придает мне силы. Эта поддержка является главным условием для нашего развития. Единство между народом и властью является основным фактором развития в Азербайджане».         
Президент сформулировал с основную задачу на ближайшие несколько лет: еще с большим темпом и с лучшим настроем продолжать обустраивать наш Азербайджан. Вести его к новым победам и успехам.
11 апреля народ моей страны доказал, что он этого достоин!

http://www.1news.az

______________________________________________________________

Masallıda Novruz yarmarkası açılıb
12.03.2018 

Masallı, 12 mart, Bağır Əliyev, AZƏRTAC

Novruz bayramı ilə əlaqədar Masallıda təşkil olunmuş yarmarkada satışa əsasən rayonda istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsulları çıxarılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram yarmarkasında kənd təsərrüfatı məhsulları - yerli istehsal olan düyülər, bayram çərəzləri, meyvə, ət, balıq, heyvandarlıq məhsulları alıcılar tərəfindən razılıqla qarşılanıb.

Məhsullar alıcılara 25-30 faiz aşağı qiymətə təklif olunub.

Bayram bazarlığına gələn rayon sakinləri qiymətlərdən, satılan məhsulların keyfiyyətindən və çeşidindən razı qaldıqlarını bildiriblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Novruz yarmarkasına gələrək satışa çıxarılan məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanıb.

Yarmarka bayram günlərinədək davam etdiriləcək.

_________________________________________________________________________________________________

Masallıda çəltikçilik gözəl perspektivlər vəd edir
2018-03-06

Dünya əhalisinin yarısının əsas yeməyini buğda ilə bərabər düyü təşkil edir. Cənubi Koreyada yaşı 14 min ilə bərabər olan çəltik dənələri tapılıb. Düyünün vətəni Hindistan və Çindir. Düyü eramızdan əvvəl X-V əsrlərdə bu ölkələrdən Mesopotamiya, İran, Suriya və Orta Asiyaya yayılıb. Yunanlar düyü haqqında məlumatı Makedoniyalı İsgəndərin Hindistan səfərindən sonra alıblar.

Bir çox xalqlar, o cümlədən yaponlar öz süfrələrini düyüdən hazırlanan yeməklərsiz təsəvvür etmirlər. Hətta birmalılar düyünü “sahib”, yəni cənab, özlərini onun nökəri adlandırırlar. Hindistan xalqları hər zaman düyünü var-dövlət rəmzi sayıblar. Loğmanların təsdiq etdiyinə görə, tərkibində orqanizm üçün qiymətli lizin amin turşusu olan düyünün bir xüsusiyyəti insanı mədə xəstəliklərindən qorumasıdır. Uşaqlara düyü həliminin içirdilməsi də bu məqsədə xidmət edir. Çinli qadınların dillərə dastan hamar dəri və gənc görünüşünün bir sirri də üzlərini düyü suyu ilə təmizləmələri ilə bağlıdır. Düyüdə nişastanın faizi olduqca yüksəkdir, bəzən 90 faizə çatır.
Azərbaycanda da əkilib-becərilən neçə-neçə çəltik növü var. Milli mətbəximizdə 200 plov növü məlumdur. Çəltikçiliyin ənənəvi kənd təsərrüfatı sahəsi kimi bərpa edilməsi diqqətəlayiqdir. Hazırda 12 rayonda bu sahə inkişaf edir. Ötən il 2,5 min hektarda çəltik əkilib, 5,6 min ton məhsul istehsal olunub. Sentyabrın 3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına dair respublika müşavirəsində  həmin sahələrin inkişafı yönündə konkret addımlar müəyyənləşdirilib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Ölkəmiz üçün ənənəvi olan sahələr dirçəldilir, yeni sahələr yaradılır. Bir sözlə, ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə böyük nəticələr əldə edilib, minlərlə yeni iş yeri yaradılıb. Vaxtilə istifadəsiz qalan torpaqlarda indi çəltikçilik, çayçılıq inkişaf etdirilir və keyfiyyətli məhsullarımız dünya bazarlarına çıxarılır. “Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, təbiidir, orqanikdir. Əlbəttə, xarici bazarlarda da bizim məhsullarımıza böyük maraq var. Biz öz məhsullarımızı xarici bazarlara daha da böyük həcmdə təqdim etmək üçün indi müxtəlif tədbirlər görürük”.
Bu il fevralın 9-da dövlət başçısının imzaladığı sərəncamla “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu, Masallı rayonu fermerlərinin də ənənəvi sahələrdən olan çəltikçiliyə marağını xeyli artırıb. Tarixi faktlar göstərir ki, bu rayonda çəltikçilik 50-ci illərdən inkişaf etməyə başlamış və 2000-ci ildə 352 hektara çatdırılmışdır. Lakin sonrakı illərdə çəltik əkin sahələri taxıl sahələri ilə əvəz olunmuş və 2016-cı ilə qədər əkin aparılmamışdır. 2016-cı ildə 8,6 hektar sahədə, 2017-ci ildə isə 195 hektarda çəltik əkilmişdir.
Çəltikçilik Masallı rayonu üçün yeni təsərrüfat sahəsi olmasa da, uzun müddət unudulduğundan müasir texnikaya ehtiyac yaranmışdı. Bu ehtiyacı ödəmək üçün “Aqrolizinq” ASC-nin Masallı-Yardımlı bölməsinə 6 adda müasir tipli yeni texnika gətirilib. Bundan əlavə, rayona çəltikçiliklə bağlı mini kombayn, şitil yetişdirən, şitiləkən və digər texnikanın gətirilməsi də reallaşdırılır. Çəltik sahələrindən yüksək məhsuldarlıq əldə etmək üçün əsas şərtlərdən hesab edilən mineral gübrələrin istifadəsi də diqqət mərkəzindədir.
Ötən il Masallıda 560 ton çəltik yığılıb. İndi artıq rayonda “Masallı nemətləri” MMC-nin emal müəssisəsi də yaradılıb ki, burada həm çeşidləmə, həm keyfiyyət, həm də paketləmə üzrə ən yüksək texnologiya tətbiq edilir, “Haşimi”, “Apolla” və “Okean” kimi tam orqanik, təbii düyü sortlarının istehsalı və satışına başlanıb. Toxumçuluğa da fikir verilir. Kənardan asılılığı azaltmaq üçün 10 hektarda çəltik toxumçuluğu yaradılıb.
Hər bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalı, təbii iqlim şəraitindən düzgün istifadə edilməlidir. İki il öncə cənab İlham Əliyevin Masallıya səfəri zamanı rayon rəhbərliyi məsələ qaldırmışdı ki, taxılçılığın o qədər də böyük səmərəsi yoxdur, digər sahələrinsə vətəndaşlar, fermerlər və dövlət üçün, ixrac üçün böyük səmərəsi var. Ən yüksək səviyyədə dəstəklənən optimal yanaşma artıq bəhrələrini verir. Əkin strukturuna yenidən baxılan Masallıda taxılçılıq ilkin olaraq 35 faizə qədər azaldılıb, əvəzində isə daha rentabelli çəltikçilik, çayçılıq, sitrusçuluq və digər sahələr genişləndirilir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov məlum sentyabr müşavirəsində çıxışı zamanı  deyib ki, rayonda torpaq mülkiyyətçiləri əmək tutumlu, daha gəlirli, bazarda daha çox tələbat duyulan məhsulların istehsalına istiqamətləndirilib. Nəticədə fermerlər tərəfindən çəltik, giləmeyvə, faraş kartof, tərəvəz, noxud, sarımsaq, tütün, qarğıdalı kimi bitkilərin əkinləri xeyli artırılıb, rentabellik taxıla nisbətən bir neçə dəfə yüksək olub, 13 min 178 iş yeri yaranıb. İstehsal edilən məhsullar əsasən ixracyönümlü olub, yaxın və uzaq xarici ölkələrə Azərbaycan brendi ilə milyonlarla manatlıq  tərəvəz, faraş kartof, sarımsaq və çiyələk ixrac olunub. Yaxın illərdə çay plantasiyasının rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar var. Müxtəlif ərazilər üzrə səmərəli istifadəsi mümkün olmayan örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növləri əkilib. Bu il çəltik əkinləri iki dəfə artırılaraq 400 hektara çatdırılacaq. Bunun üçün vaxtilə rayonda mövcud olmuş və sonradan baxımsızlıq nəticəsində və istifadə edilmədiyindən sıradan çıxmış 77 sututar daxili imkanlar və “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin köməkliyi ilə bərpa olunur. Bu sututarlar istifadəyə verildikdən sonra əlavə yaranacaq 8-10 milyon kubmetr suvarma suyu ilə ən azı 600-700 hektar tütün və çəltik sahələrini suvarmaq mümkün olacaq.
Müşavirədən bir neçə gün sonra Masallıda da çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafına dair toplantı keçirilib və qarşıda duran mühüm məsələlər müzakirə olunub. Cari ildə rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan yüzlərlə hektar örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi qərara alınıb. Çəltik əkini ilə bağlı 583 nəfərin işlə təmin olunduğu, rayonda ən müasir avadanlıqlarla təchiz olunan çəltik dəyirmanının tikildiyi bildirilib. İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Masallıda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı, eləcə də fəaliyyəti dayandırılmış kənd  təsərrüfatı müəssisələrinin bərpası istiqamətində görüləcək işlərin rayonda aqrar sektorun inkişafına, yeni iş yerlərinin açılmasına böyük təkan verəcəyinə əminliyini bildirib.
Biz Masallıda olarkən yeni çəltik zavodunun işi ilə də maraqlandıq. Mühəndis-mexanik Əkram Teymurov bu barədə ətraflı məlumat verərək bildirdi ki, müəssisənin nəzdində əkin və becərmə üçün malalazer hamarlayıcı, rotasion dikbıçaqlı və üfiqi hidravlik malalayıcılar, üçkorpuslu kotan, çiləyici qurğu və bu kimi digər aparatları əldə edilib. Yığılmış məhsul zavodda gündəlik gücü 10 ton olan ən müasir qurutma sistemi vasitəsilə qurudulur, təmizlənən düyü texnoloji qurğuda lazerlə mərhələ-mərhələ ağardılır, su ilə yuyulur və bunkerə ötürülür. Sonra isə qablaşdırılıb avbara yığılır. Burada gündə 30 ton düyü hazırlamaq mümkündür. Bir əyalət şəhərində belə bir texnologiyanın tətbiqi sözün əsl mənasında heyranlıq yaradır.
Rayonun Şıxlar kəndindən fermer Hasil Hüseynovun dedikləri:
– Möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək diqqət və qayğısı ilə ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlərin parlaq nümunələrini doğma Masallımızda əyani şəkildə görürük. Bu inkişaf meyilləri biz fermerləri də hədsiz sevindirir və daha yaxşı işləməyə, qurub-yaratmağa həvəsləndirir. Sahələrdə çalışan qadınlar da həvəslə bicara gedir, çəltik əkib-becərir, məhsul yığımından sonrasa xoş ətirli, artımlı düyüdən evlərində böyük həvəslə plov və bu kimi digər xörəklər bişirirlər.
Sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsini, o cümlədən fermerlərə güzəştli kreditlərin, subsidiyaların və investisiya təşviqi sənədlərinin verilməsini, aqrolizinq xidmətlərinin göstərilməsini biz istehsalçılara göstərilən əvəzsiz qayğı kimi qəbul edir və razılığımızı bildiririk. Məhz bu qayğıdan ruhlanaraq regionumuzda əkinçiliyin qədim ənənəvi növü olan çəltikçiliyi inkişaf etdiririk. İlbəil əkinləri artırır və yüksək məhsul əldə edirik. Məqsədimiz müasir texnologiyaların köməyilə “Ağ ənbərbu”, “Qırmızı ənbərbu”, “Həsəni”, “Haşimi” kimi keçmişdə geniş şöhrət qazanmış dədə-baba çəltik sortlarından düyü istehsal etmək, ölkənin ərzaq təhlükəsizliyi proqramına öz töhfəmizi verməkdir.
PS: Yadıma bu yaxınlarda sosial şəbəkələrdə yayılmış bir videoçarx düşdü. Nə dərəcədə doğru olub-olmadığını bilmirəm, amma görüntülərdə plastik stəkanlarda iki düyü növünün – Masallı neməti ilə Çin istehsalı olduğu bildirilən məhsulun üstünə hansısa bir maye əlavə edilir və bir qədər keçdikdən sonra ikincinin fışıltıyla qaynayıb daşdığı, yəni saxta olduğu göstərilir. Əlbəttə, bu fakta müvafiq qurumların  mütəxəssisləri daha səhih şərh verə bilərlər. Mənsə seçim zamanı sadəcə yerli istehsalımız olan, ekoloji təmiz məhsullara üstünlük verilməsinin tərəfdarıyam. 

  
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri

_________________________________________________________________________________________

Masallıdan dünyaya yayılan Azərbaycan brendi
2018-02-20

“Xaricdə sərgilərdə iştirak edərkən, Azərbaycan istehsalçısı olduğumuzu qürur hissi ilə deyirik”

Masallı rayonunda Heydər Əliyev prospekti 35 ünvanda yerləşən "Embawood” MMC şirkətlər qrupu "Azərbaycan brendi” kimi təkcə istehsal müəssisəsinin deyil, həmçinin ölkəmizin adını dünyaya tanıdıb. Müştəri yönümlü strategiya 1996-cı ildə qurulan şirkətin fəaliyyət göstərdiyi illər ərzində əsas prinsipi olub. Bu təmələ söykənən şirkət fəaliyyətini genişləndirərək müştəri məmnuniyyətini qazanıb. Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemini yeniləyib. Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər "Embawood” şirkətinə nəinki ölkə daxilində müştəri məmnuniyyətini təmin etməyə, həmçinin məhsullarını xarici ölkələrə də təklif etməyə imkan yaradıb.

"Kaspi”nin "Region” layihəsi ilə Masallının məşhur fabrikində olarkən istehsal prosesi ilə yaxından tanışlıq, təkcə ölkəmizdə deyil, həmçinin dünyanın bir çox nöqtələrində evlərin, ofislərin, bağ evlərinin və s. bəzəyinə çevrilən mebel dəstlərinin brendə çevrilməsinin sirrini açdı.
 
Qazaxıstan Gürcüstan, Ukrayna...

"Bu gün "Embawood” mağaza nöqtələri 10 ölkədə, fabrikləri isə Azərbaycan, Gürcüstan və Ukraynada fəaliyyət göstərir” - deyə fabrikin ictimaiyyətlə əlaqələr departamentinin müdir müavini Hekayət Nəzərov məlumat verir: "Şirkətlər qrupunun tərkibində 16 idarə fəaliyyət göstərir ki, onlardan 4-ü mebel istehsalı ilə məşğul olan fabriklərdir. Masallıda fəaliyyət göstərən fabrik 18 hektar ərazini əhatə edir. Sahəsinə görə, bu fabriklə rəqabət apara biləcək ikinci bir müəssisə yoxdur”.

"Embawood” MMC-nin müxtəlif şəhərlər üzrə 200-dən artıq satış mağazası fəaliyyət göstərir. Bunların təxminən 180-i ölkə ərazisini əhatə edir: "Bu mağazaların çoxu xüsusi mağazalardır, bəziləri isə MMC ilə müqavilə bağlayaraq fabrikin loqosu altında əmtəələrini satırlar”. Fabrikin əlavə olaraq, Qazaxıstan və Gürcüstanda regional nümayəndəlikləri mövcuddur. Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə "Embawood” şirkətinə məxsus satış nöqtələri vardır. Eyni zamanda, Azərbaycan bazarında "Madeyra” adlı ikinci brendlə çıxış edən şirkətin bu ad altında 70-dən çox mağazası fəaliyyət göstərir.
 
Şirkətin istehsal etdiyi məhsullar Avropa standartlarının (EN) ekoloji keyfiyyət normasına tam uyğundur. Yumşaq mebellərdə istifadə edilən parçalar antistatik və antibakterial olmaqla, "Oeko-Tex Standart-100”, "Klass 1” üzrə sertifikatlaşdırılıb. Həmçinin, şirkətdə tətbiq edilən idarəetmə standartları 2004-cü ildən etibarən İSO 9001:2008 "Beynəlxalq Keyfiyyətin İdarə Edilməsi Sistemi” və İSO 9001 "Dizayn, İstehsalat və Satış” üzrə sertifikatlaşdırılıb.  Beynəlxalq sertifikatlarla yanaşı "Embawood” məhsulları AZS Milli Sertifikatlaşdırma Sisteminin 6 bəndi üzrə uyğunluq sertifikatına layiq görülüb. 2011-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilən beynəlxalq mebel sərgisində dizayn üzrə birinci yerə layiq görülüb.

Şirkətin dizaynerləri dünya ölkələrini gəzir, bu sahədəki  trendləri izləyirlər. Onlar trendlərin yerli istehlakçılar üçün uyğunlaşdırılması haqqında düşünürlər.
 
İstehsalatda alman keyfiyyəti

İstehsal edilən mebellərin həqiqətən də qoyulmuş beynəlxalq və yerli standartlara uyğun olub-olmamağını yoxlamaq üçün 2009-cu ildən şirkət istifadəsində olan Keyfiyyət sınaq laboratoriyasını yeniləyib, müasir avadanlıqlarla təmin edib.
 
"Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında "alman keyfiyyəti”ni gətirib. Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırılıb. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi qurulub”. H.Nəzərovun bildirdiyinə görə, fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir: "Yaşadığı ölkədən asılı olmayaraq, "Embawood” mebeli almış hər bir müştərimiz sonrakı dönəmlərdə yarana biləcək istənilən problem, nasazlıq barəsində fabrikə müraciət edə bilər. Hər bir sorğu, istər zəmanət müddəti çərçivəsində, istərsə də zəmanət müddətindən sonra diqqətlə araşdırılır və müvafiq olaraq həll edilir”.

Şirkət Türkiyədəki satınalma mərkəzi ilə mal mübadiləsi həyata keçirir. "Azərbaycanda həmin əmtəəni istehsal etmək üçün xammal yoxdur. Ölkəmiz bütövlükdə xammalı xarici dövlətlərdən idxal edir. İstehsala uyğun aksesuarlar müqavilə ilə Çindən, Orta Asiyadan gələ bilər. Amma ixracımız genişdir. Həmçinin lazım olanda qarşılıqlı mal mübadiləsi edirik”. H.Nəzərov deyir ki, xaricdəki tərəfdaşların və alıcıların "Embawood” məhsulları haqqında müsbət rəyləri var. Ümumiyyətlə, şirkət üçün əsas olan müştəri məmnuniyyətidir: "Biz məhsulu müştəri üçün istehsal edirik. Onların razılığı və məmnuniyyəti bizim üçün ən böyük mükafatdır. Məhsullarımızın satışı həmçinin internet üzərindən həyata keçirilir. Bu satış sistemi dünya ölkələrində inkişaf edib. Biz də artıq bu istiqamətdə satışı təşkil edirik və düşünürük ki, bu kanalı genişləndirmək lazımdır”.
 
10 sahə üzrə fəaliyyət

"Embawood”un fabrikləri yumşaq mebel, panel mebeli- divar dəstləri, yataq dəstləri, ofis mebelləri, mətbəx mebelləri və s. istehsal edirlər. Ən müasir texnologiyaların istehsalata tətbiq olunduğu fabrikin sexlərində qaynar iş mühiti var. Sexlərdə Masallı, Lənkəran və Cəlilabad rayonlarından işçilər çalışırlar. Fabrik əsasən 10 sahə üzrə fəaliyyət göstərir. Yumşaq mebel sahəsinin bir neçə şöbəsi var ki, təkcə kəsim sexində 38  işçi çalışır. Kişilərin və qadınların işlədiyi sahələr fərqlənir. Belə ki, kişilər əsasən müxtəlif materialların kəsimi, qadınlar çexolların tikişi ilə məşğul olurlar. Masallıda fəaliyyət göstərən fabrikin ümumilikdə  560 işçisi var. "Embawood” MMC- nin ölkə üzrə 4 fabriki, o cümlədən Bakıda "Krasnıy oktyabr”,  "İdeal dizayn”, Sumqayıtda "Panel üzləmə fabriki” fəaliyyət göstərir. H.Nəzərov deyir ki, məhsulların satış səviyyəsi də qənaətbəxşdir: "Məhsullarımızın satış problemi yoxdur. Demək olar ki, məhsullara tələbat həmişə var. Satış baxımından da məhsullarımızla rəqabətdə olan ikinci bir müəssisə yoxdur. Azərbaycanın müxtəlif regionlarında olan satış mağazalarına müştərilər məhsulun alışı ilə bağlı müraciət edirlər. Çeşidlər, keyfiyyət və qiymət onları razı salır”.
  
MMC- nin mebel sahəsi üzrə ümumilikdə 2000-ə yaxın işçisi var. "Embawood” ölkədə işsizliyin aradan qaldırılması istiqamətində daim addımlar atır: "Fabrikdə işçilər üçün münbit şərait yaradılıb. Onlar gündəlik yeməklə təmin olunurlar. İş saatından artıq işləyən işçilərə əlavə əmək haqqı ödənilir. Həmçinin mebel alışında işçilər üçün müəyyən güzəştlər tətbiq edilir”.
 
H.Nəzərovun bildirdiyinə görə, şirkət xeyriyyə tədbirlərində də iştirak edərək sosial layihələrin həyata keçirilməsinə dəstək olur. Şəhid ailələrinə yardım göstərilməsində, kəndlərdə məktəblərin təmirində və s. layihələrə öz töhfəsini verir. "Yeddioymaq kəndində tibb və poçt məntəqəsi açmışıq. şəhid ailələrinə yardım edirik. Böyük şirkət olaraq xeyriyyə tədbirlərindən geri qalmırıq”.
 
Şirkət məhsullarını istehsal edərkən, istehlakçıya təqdim etmək istədiyi sadəcə, mebel deyil: "Mebellə birlikdə biz onlara mükəmməllik, funksionallıq, rahatlıq, erqonomiklik və gözəllik təqdim edirik. Bu beş dəyər fəaliyyətimizin və təqdim etdiyimiz keyfiyyətin təməl prinsipidir. Xammal alışından başlayaraq mebelin müştərinin evində qurulmasına qədər hər bir mərhələ bu dəyərlər əsasında qurulub. Məhz belə yanaşma adi bir mebel dəstini müştərinin ömür boyu etibar edəcəyi məhsula çevirir”. H.Nəzərov "Azərbaycan brendi”nə çevrilən məhsulların tez-tez müxtəlif sərgilərdə iştirak etdiyini deyir: "Xaricdə sərgilərdə iştirak edərkən, Azərbaycan istehsalçısı olduğumuzu qürur hissi ilə qeyd edirik. Bu, bizim üçün fəxarətdir. Dünyanın tanınmış mebel dəstləri ilə rəqabətdə olmaq, brend adı yaratmaq gərgin və böyük əməyin bəhrəsidir. "Embawood” komandası bunu bacarıb”.

Təranə Məhərrəmova
Rufik İsmayılov
Masallı

____________________________________________________________

Masallı Sənaye Məhəlləsində 600-dən çox yeni iş yeri yaradılacaq
13.02.2018 

Bakı, 13 fevral, AZƏRTAC

Masallı Sənaye Məhəlləsində 600-dən çox yeni iş yeri yaradılacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 13-də Masallı Sənaye Məhəlləsinin inzibati binasında Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə sahibkarların məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə iş adamları ilə görüş keçirilib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinin iqtisadi inkişafda mühüm əhəmiyyətindən danışıb. Vurğulanıb ki, bu siyasətə uyğun olaraq, hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla davam etdirilir. Bu qabaqcıl mexanizmlərin tətbiqinin üstünlüklərindən danışan Niyazi Səfərov regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafına, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılmasına, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsinə, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasına, idxalın əvəzlənməsinə, yerli məhsulun daxili və xarici bazarlara çıxarılmasına geniş imkanlar yaratdığını diqqətə çatdırıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlət başçısının regionların inkişafına böyük diqqət və qayğısından bəhs edib, Masallı Sənaye Məhəlləsinin rayon, bütünlükdə region üçün, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətini qeyd edib.

"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini Murad Abdullayev Masallı Sənaye Məhəlləsində görülmüş işlər, tikintisi davam etdirilən infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və yaradılan istehsal, emal və xidmət sahələri barədə məlumat verib. Qeyd edilib ki, Masallı Sənaye Məhəlləsində tikinti-quraşdırma, o cümlədən bütün zəruri infrastrukturun qurulması işlərinin birinci mərhələsi başa çatdırılıb, hazırda son tamamlama işləri həyata keçirilir. İlkin mərhələdə ümumi sahəsi 7500 kvadratmetrə yaxın 3 istehsal sahəsi, texniki və köməkçi binalar istifadəyə veriləcək. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. İlkin olaraq Sənaye Məhəlləsində 4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı olmaqla 9 layihə icra olunacaq. Müəssisələrin bu ilin aprelində fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda tikintidə 200 nəfər çalışır.

Sənaye Məhəlləsində birinci mərhələdə 230, ümumilikdə isə 600-dən çox yeni iş yeri yaradılacaq. Masallı Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquqi məsləhət, bank və sığorta, poçt və internet, logistika və s. xidmətlər təqdim olunacaq. Sənaye Məhəlləsində, həmçinin yeməkxana, tibb məntəqəsi fəaliyyət göstərəcək.

Tədbirdə sahibkarların fikirləri dinlənilib, təklif edilən layihələr müzakirə olunub.

Sahibkarlar özəl bölmənin inkişafına, yaradılan əlverişli şəraitə, hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

____________________________________________________________

 

_________________________________________________________________

BMT-nin İnkişaf Proqramının nümayəndələri Masallıya səfər ediblər
29.11.2017 

Masallı, 29 noyabr, Bağır Əliyev, AZƏRTAC

Noyabrın 29-da BMT-nin İnkişaf Proqramının (BMTİP) nümayəndələri Masallıya səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətində BMTİP-nin nümayəndələri ilə keçirilən görüşdə qonaqlara rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, rayonun sosial-iqtisadi inkişafı, turizm potensialı barədə məlumat verilib.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, BMTİP-nin Azərbaycandakı nümayəndəliyi, Masallı Rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidmətinin birgə təşkilatçılığı ilə Masallıda keçirilən “Əmək yarmarkası”nın əhəmiyyəti yüksək qiymətləndirilib.

BMTİP-nin rezident nümayəndəsinin müavini Alessandro Frakassetti ölkəmizin, o cümlədən Masallının qonaqlarda xoş təəssürat yaratdığını bildirib.

Görüşdə qadınların sosial-iqtisadi həyatda fəal iştirak etmək potensialının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Alessandro Frakassetti sonra Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qadın Resurs Mərkəzi və Gənclərin Məşğulluq Mərkəzində (SYSLAB) işaxtaran gənclər və sahibkar qadınlarla da görüşüb. "Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində keçirilən görüşdə BMTİP-nin əlaqələndirmə mütəxəssisi Manal Fouani, proqram müşaviri Leyla Fəxri, layihə rəhbərləri Gülarə Hümbətova və Nadir Quluzadə iştirak ediblər.

Müzakirələr zamanı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qonaqlar, həmçinin Masallıdakı “ASAN həyat” kompleksinin "ASAN xidmət" və "ABAD" Mərkəzi, rayonun görməli yerləri ilə tanış olublar.

_________________________________________________________________

Masallıda “Koreyanın nəfəsi” adlı konsert proqramı təqdim olunub
08.11.2017 

Masallı, 8 noyabr, Bağır Əliyev, AZƏRTAC

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu Masallıda səfərdə olub.

AZƏRTAC xəbər verir ki, səfir Kim Çanq-Qyu və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətində koreyalı diplomatla keçirilən görüşdə iki ölkə arasında əməkdaşlıqdan və dostluq əlaqələrindən danışılıb, bu əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycanla Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq infrastruktur, energetika, inşaat, nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit, alternativ enerji kimi sahələrdə daha möhkəmdir. Siyasi və iqtisadi sahələrlə paralel olaraq mədəni, elmi-texniki və humanitar əməkdaşlıq da genişləndirilir.

Azərbaycan-Koreya münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, iqtisadiyyat sahəsində də əməkdaşlığın əhəmiyyəti vurğulanıb, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

R.Hüseynov Masallının tarixi, kənd təsərrüfatı, sənaye və turizm potensialı, mədəniyyəti, əhalinin məşğulluğu barədə qonağa məlumat verib.

Səfir Kim Çanq-Qyu səmimi qarşılandığına görə minnətdarlığını ifadə edib, Azərbaycan və Koreya xalqlarının mənəvi yaxınlığından danışıb.

Ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən diplomat Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllini tapmasında maraqlı olduqlarını bildirib.

Masallıya ikinci dəfə səfər etdiyini vurğulayan səfir rayonun onda xoş təəssüratlar yaratdığını, maraqlı müzakirələrin keçirildiyini söyləyib. O, ölkəsi ilə Masallı arasında əməkdaşlığa, humanitar istiqamətlərdə müxtəlif layihələrin genişlənməsinə dəstək verəcəyini diqqətə çatdırıb.

Səfir Kim Çanq-Qyu və rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Masallı Olimpiya İdman Kompleksində Koreya və Azərbaycan respublikaları arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş “Koreyanın nəfəsi” adlı konsert proqramında iştirak ediblər.

Konsertdə tamaşaçılara Koreyanın milli musiqisi, xalq mahnıları və milli rəqslər təqdim olunub.

20 ildən çox təcrübəyə malik, milli mədəniyyətə böyük sevgi və həvəs göstərən “Samul Qvanq De” qrupu maraqlı konsert proqramı ilə Koreyanın əsrarəngiz mədəniyyətinin harmoniyasını nümayiş etdirib.

Qrupun üzvləri Azərbaycanın Dövlət Himnini, “Sarı gəlin” xalq mahnısını da ifa ediblər.

Konsertdən sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Koreya Respublikası səfirliyinin əməkdaşlarına, musiqi qrupu üzvlərinə rayon sakinləri adından minnətdarlığını bildirib, musiqiçilərə və səfirə hədiyyələr təqdim edib.

_________________________________________________________________

Masallı Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib
20 Oktyabr 2017

Oktyabrın 19-da Masallı Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, rayonun tibb işçilərini əlamətdar hadisə münasibətilə təbrik edən nazir Oqtay Şirəliyev ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.

Bildirilib ki, Masallı Rayon Mərkəzi Xəstəxanası Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Sonra səhiyyə işçiləri çıxış edərək, insanların sağlamlığının qayğısına qalan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı məlumat verilib ki, əsaslı təmir işlərinə 2013-cü ilin avqust ayında başlanılıb. 1986-cı ildə 5,70 hektar ərazidə inşa edilmiş tibb ocağı 10 korpusdan ibarətdir. Bura uşaq xəstəlikləri, yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat, mətbəx korpusları, habelə Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Masallı rayon şöbəsinin korpusu, Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin korpusları daxildir. 206 həkim, 454 orta tibb işçisi, 326 kiçik tibb işçisi olmaqla, ümumilikdə, xəstəxanada 986 tibb işçisi çalışır. Tibb müəssisəsi 223 min əhaliyə lazımi tibbi xidmət göstərəcək.

Xəstəxana keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün avadanlıqlarla, tibbi preparatlarla tam təmin olunub. Belə ki, KT, müasir rentgen, flüoroqrafiya, USM müayinə, exokardioqrafiya, hemodializ və ən müasir süni tənəffüs aparatları, cərrahiyyə stolları, yenidoğulmuşların reanimasiya otağında müasir tibbi avadanlıqlar, stomatoloji avadanlıqlar, elektrik sorucular, travmatoloji xəstələrin müayinə və müalicəsi üçün hərəkətli rentgen aparatı və s. tibbi avadanlıqlar xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verəcək.

Tibb müəssisəsinin ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

_________________________________________________________________

Masallı: zirvələr əlçatmaz deyil

04.08.2017 


Ölkəmizin cənub bölgəsinin coğrafi mərkəzi sayılan Masallının dağlıq zonası nə qədər gözəl və cazibədardırsa, rayon mərkəzi və düzən ərazilər bir o qədər abaddır. Son illərdə burada baş verən yenilikləri saymaqla qurtaran deyil. Mədəni obyektlərin inşası, həyat əhəmiyyətli sahələrdə yeni infrastrukturun yaradılması rayonun işgüzar ab-havasına rəng qatıb desək, yanılmış olmarıq.

Rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin sentyabrında  buraya səfərini, Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyinin, “ASAN həyat” kompleksinin, Uşaq-incəsənət məktəbinin, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, həmçinin şəhərin içməli su təchizatı layihəsinin açılış mərasimlərində iştirakını minnətdarlıqla xatırlayırlar. Dövlətimizin başçısı Masallıda görülən işləri təqdir edib.  

İlin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş şura iclasında uğurlar diqqətə çatdırılmaqla bərabər, həllivacib olan məsələlər də sərf-nəzər edilib. İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun hesabat məruzəsində qeyd olunub ki, ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da 2017-ci ilin birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olub, yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Masallıda Sənaye Məhəlləsi yaradılır. Sənaye məhəlləsinin tikintisi rayon iqtisadiyyatının təkmilləşməsinə və sürətli inkişafına yeni təkan verəcək.

Aprel ayında Masallı şəhərinin 2035-ci ilə qədər dövrünü əhatə edən baş planının hazırlanması ilə bağlı keçirilən ictimai müzakirələrdə qeyd olunub ki, bununla bağlı üç ildən bəri aparılan işlər yekunlaşıb. Qarşıdakı illərdə Masallı sürətlə inkişaf edəcək, tanınmaz dərəcədə dəyişəcək. Baş plan rayon icra hakimiyyətinin təşəbbüsü və sifarişi ilə hazırlanıb. Ona əsasən şəhərin zonalaşdırılması nəzərdə tutulur.

Bölgü administrativ mərkəzi, mədəniyyət və istirahət, idman mərkəzlərini, sənaye məhəlləsini əhatə edir. Özündə Masallının Dadva, Ərkivan, Seybətin, Kosakül, Digah istiqamətlərində genişləndirilməsini ehtiva edir.

Rayon mərkəzinin əksər küçələrində səkilər, hasarlar təmir edilib, yaşıllıqlar artırılıb. Heydər Əliyev prospektində uzunluğu 1000 metrə yaxın olan suötürücü kanalın çəkilişinə başlanılıb. Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar Kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilib. Burada müxtəlif istirahət mərkəzləri və idman meydançalarının tikintisi, uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Park-bulvarın rayonun dilbər guşələrindən birinə çevriləcəyi şübhə doğurmur.

Şəhərdə sosial təşəbbüslə 100 yerlik uşaq bağçası tikilərək istifadəyə verilib, “Cümə” məscidində əsaslı təmir işləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2016-cı il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına ötən əsrin 70-80-ci illərində inşa edilmiş 27 kommunal yaşayış binasının fasad və dam örtüklərində əsaslı təmir işləri başa çatdırılıb. Bundan əlavə, 18 binanın dam örtüyünün və 5 binanın fasadının əsaslı təmirinə başlanılıb. Hesabat dövründə 180 şagird yerlik Şatıroba kənd ümumi orta məktəbi inşa olunaraq   istifadəyə verilib, Meşəkənarı kəndində modul tipli məktəbin tikintisi üçün hazırlıq işlərinə başlanıb.

Ötən il inşasına start verilən və gələn il təhvil verilməsi nəzərdə tutulan Masallı Rayon Məhkəməsinin yeni inzibati binasında işlər dayanmır. Səhiyyə xidməti də müasirləşdirilir. Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunaraq istifadəyə hazır vəziyyətə gətirilib. Lürən və Məmmədobada tibb məntəqələri tikilir. Eyni zamanda Heydər Əliyev prospektində “Yaşıl Market” Logistik Mərkəzinin yaradılması üçün 10 hektar sahə ayrılıb.

İlin əvvəlindən rayonda süd, ət, yumurta istehsalı xeyli artıb. Taxıl, yaşıl çay, bostan bitkiləri, meyvə-tərəvəz, çəltik, fındıq və tütün əkini sahələri genişlənib. Baramaçılığın inkişafına start verilib. Artıq rayonun doqquz ərazisində 4100 ədəd tut ağacından ibarət 23,1 hektarlıq bağlar mövcuddur.Kolatan kəndi ərazisində "Azərsun Holding" şirkəti tərəfindən 100 hektar sahədə çay əkini aparılıb. Qızılağac kəndində isə həmin şirkət üçün tərəvəz yetişdirməkdən ötrü 150 hektar sahə ayrılıb və 100 faiz əkin aparılıb. Zaman Viləşçay su anbarının ikinci növbəsinin tikintisini də zərurətə çevirib və bu yöndə addımlar atılır. Həmin layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalana biləcək. Azərbaycan Prezidentinin "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin yaradılması haqqında 11 aprel 2016-cı il tarixli sərəncamının icrası məqsədilə Masallıda da regional tədarük mərkəzi yaradılıb.

Rafil Hüseynov məruzəsində diqqətə çatdırıb ki, rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 305,6 milyon manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,6, kənd təsərrüfatı məhsullarının həcmi 17,3, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3,3 faiz artıb. Bu ilin altı ayında Masallı Rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan 893  vətəndaşdan 581 nəfəri işlə təmin olunub. Rayonda turuzm potensialından istifadə genişlənməkdədir.

Yığıncaqda çıxış edənlər bu ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər. Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri

_____________________________________________________________

Masallı inkişaf yollarında

04.07.2016

Subtropik zonanın incisi sayılan Masallı rayonunda elə yaşayış məntəqələri var ki, əhali sıxlığı Çindəkindən də yüksəkdir. Məsələn, Ərkivan qəsəbəsində ərazinin hər kvadratkilometrinə 220 adam düşür (Çində bu rəqəm 130 nəfərə bərabərdir). Elə buna görə də Masallıda hər qarış torpağın qədrini bilməyi şərait özü diqtə eləyir.
Masallı şəhərinin də ərazisi sıxlıqdır. Rayon mərkəzi Digah, Seybətin, Dadva, İskəndərli yaşayış məntəqələrini əhatə edir. Ərazinin müasir insan üçün lazım olacaq bütün şəraiti var və durmadan artırılır. İri xidmət obyektləri fəaliyyət göstərir. Regionlara göstərilən diqqətin sayəsində burada da geniş abadlıq-quruculuq işləri həyata keçirilir. İnfrastruktur genişləndirilir, şəhərin baş planı yenilənir.
Artıq içməli su çəkilişi sona yetmək üzrədir. Reallaşmaqda olan “Asan Xidmət-Asan Həyat” kompleksi, habelə mədəniyyət, təhsil, mətbuatyayım sahəsində yaradılacaq regional idarələr rayonun daha da inkişaf etməsinə təkan verəcək. İnzibati şəhərcik ərazisində tikiləcək (ilkin mərhələdə 3 bina) sosial yaşayış evləri regionlar üzrə ilk dəfə Masallının qismətinə düşüb. Uşaq incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi, polis mühafizə bölməsi, kənd təsərrüfatı idarəsi, 100 yerlik uşaq bağçası binalarının yaxın günlərdə açılışı olacaq.
Şəhərin mərkəzində Viləş Park-Bulvarı salınır. Mərkəzi xəstəxana əsaslı təmir olunur. Hazırda 6-7 min hektar əkin sahəsi su ilə təmin edilirsə, Viləşçayın II növbəsinin tikintisindən sonra bu rəqəm 20 minə çatacaq. 65 kilometrlik beton kanallar çəkiləcək. Rayon məhkəməsi üçün binanın təməli qoyulub.
Bir neçə il öncə Masallıda Prezident İlham Əliyevin iştirakı ilə Taekvondo və Boks Mərkəzləri istifadəyə verilib. Bu mərkəzlərdə bacarıqlı idmançılar hazırlanır. Masallını ürəkdən sevən, onun tərəqqisinə xidmətdə uğur qazanan dostlarımızdan biri də elə vaxtilə tanınan güləşçi olmuş, 16 yaşında (!) SSRİ idman ustası normasını doldurmuş, hazırda şəhər icra nümayəndəsi vəzifəsində çalışan Kamal Mazanovdur. Ötən ay Dövlət Qulluqçuları günü ərəfəsində Azərbaycan Prezidentinin imzaladığı sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Halal haqqıdır.
Ümumiyyətlə, Masallıda xidmətləri yüksək qiymətləndirilənlər az deyil. Onların sırasında Ələşrəf Niftiyev birincilərdəndir. Yüksək vəzifələrdə çalışıb. Əsl ziyalı şəxsiyyət, dövlət qulluğu veteranı, III dərəcəli “Vətənə xidmətə görə” ordenli, yazıçı-publisist Ələşrəf müəllimlə 71 yaşının tamam olduğu gün şəhərin mərkəzi parkında görüşdük. Doğma yurdun tərəqqisindən ürəkdolusu danışdı:
– Gözəlliklərə baxdıqca, adamın könlü fərəhlənir. Masallının küçələrində, təbiət qoynundakı istirahət guşələrində xarici turistlərə çox rast gəlmək olar. Dövlət qayğısı sayəsində Masallı ən dilbər diyara çevrilib. Rayon rəhbərliyinin işgüzar səyləri müsbət nəticələr verir. Camaatımız da zəhmətsevər və qədirbiləndir. Yazdığım kitablarda bütün bunları yetərincə vəsf etmişəm. Viləş Park-Bulvarında ürəyimiz istəyən kimi dincəlib ecazkar mənzərələrdən zövq alacağımız günlərə də az qalıb. İnanıram ki, bundan sonra nağıl misallı doğma Masallımız daha da gözəlləşəcək.
Bir vaxtlar ümumittifaq bostanı kimi tanınan Masallının bazar-dükanında xaricdən və ya ölkənin başqa bölgələrindən gətirilən tərəvəz məhsullarını görəndə təəssüflənirsən. Axı, Masallı həmişə bazarlara, lap elə Moskvaya, Sankt-Peterburqa faraş və keyfiyyətli tərəvəz çıxaran rayon olub. Yerli sakinlərin deməsinə görə, burada yerə bir toxum düşdümü, bir qələmə sancıldımı, mütləq göyərəcək, tutacaq. Bağ-bostanda, əkin-biçində fantaziya yaradan bağbanların möcüzələri dillər əzbəridir. Bir misal: Xanalion kəndinin sakini Əkrəm Cabbarov 11 il ərzində tut ağacında 23 növ müxtəlif bitkini calaq edə bilib. Bəzi bitkiləri qabaqcadan gövdədə oyuq açdıqdan və içini torpaqla doldurduqdan sonra əkib. Bir çox “qonaq bitkilər” beləliklə, yaxşı böyüyür və bar verir. Doğrusu, tut ağacı budağından xiyar sallanmasını, şaftalı boylanmasını görmək qeyri-adi təsir bağışlayır.
Təəssüf ki, ötən əsrin sonlarından müəyyən səbəblərdən bu rayonda da adamların torpağa münasibəti bir qədər soyuyub. Elə indi də min hektarlarla torpaq əkilməmiş qalır. Xeyli sahəni kol-kos basıb. İqtisadi səmərəsi az olan taxıl əkini də adamların dolanacağını yaxşılaşdıra bilməyib. Ötən ay kənd təsərrüfatına həsr olunmuş müşavirədə Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri, işçi qrupun rəhbəri Azər Əmiraslanov və digər mütəxəssislər Masallının bu sahədə zəngin təcrübəsindən yararlanmağın zəruriliyini vurğulayıblar. “Azərsun Holdinq” Şirkətlər Qrupunun dirçəltməyə çalışdığı əkin sahələri ilə tanışlıq nikbin proqnozlara əsas verib. Rayonun Kolatan kəndində əkilmiş 38 hektarlıq yeni çay plantasiyası, Qızılağac kəndində onlarla hektar sahəni əhatə edən pomidor və digər bostan məhsullarının əkini qarşıda geniş üfüqlər açılacağını müjdələyir.
Müşavirədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışılıb.
Qeyd edilib ki, dövlətimizin başçısının aqrar sektorun inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı verdiyi tapşırıqlar bölgələrdə ənənəvi təsərrüfat sahələrinin bərpasını, yeni iqtisadi mərhələdə xüsusilə ixrac tutumlu sahələrin genişləndirilməsini nəzərdə tutur.
Masallıda təcrübəli təsərrüfat rəhbərləri, sahibkarlar var. Onlardan biri tanınmış çayçı-fermer Etibar Sadıqovdur.
– Aqrar sahəyə diqqətin artırılması, ənənəvi çayçılığı inkişaf etdirmək səyləri inamı artırır, – deyə o, həvəslə ürək sözlərini bildirdi. – Əminəm ki, yaxın illərdə ölkəmizdə, o cümlədən də rayonumuzda, sözün əsl mənasında, ərzaq məhsullarının bolluğu təmin ediləcək və idxala ehtiyac qalmayacaq. Aqrar sahənin dirçəldilməsi həyatın gözəlləşməsi deməkdir. Sevindirici amil odur ki, istər dövlət səviyyəsində, istərsə də başda Rafil müəllim olmaqla rayon miqyasında kənd təsərrüfatı prioritetə çevrilir. Məhz bu zəmində rayonda ənənəvi əkin sahələrinin, çoxillik bitkilərin inkişafı heç də çətinlik törətməyəcək. Əsas məqsəd odur ki, mövcud potensial və imkanlar öyrənilərək hərəkətə gətirilsin. Rayon rəhbərliyinin bu yöndə atdığı ¬addımlar nəticə verir. Çay, sitrus bitkiləri, kivi, çiyələk, tütün, çəltik əkilməsi təqdirəlayiqdir.
Biz kəndlərdə tez-tez olur, adamlarla bu mövzuda söhbət edirik. Bəziləri torpağı əkib-becərmək iqtidarında olmadığını söyləyir: texnikamız yoxdur, gübrə tapa bilmirik, su çətinliyi var, üstəlik, hasilə gətirdiyimiz məhsul üçün bazar tapılmır və s. Artıq bu məsələnin ölkə rəhbərliyinin, iqtisadçıların diqqət mərkəzində olması fərəh doğurur.
Ağsaqqallardan birinin – nailiyyətlərinə görə “Tərəqqi” medalı almış Əhmədli kənd sakini Hadı İsmayılovun söylədikləri:
– Ay bala, xatırlayırsınızsa, sovetlər birliyi dağılandan sonra öncə Azərbaycanda torpaq islahatı aparıldı. Bu da hamının ürəyincə oldu. Ancaq yerlərdə torpaqdan istifadə məsələsi özbaşına buraxıldı. Nəticədə min hektarlarla çay, üzüm sahələri məhv edildi. Rahat olsun deyə, çoxları taxılçılığı seçdi. İqtisadi səmərəsi çox olan sahələr unuduldu. Daha sonra isə əkilməmiş, qayğıdan məhrum torpaq dəyərsizləşdi. İndi hamının torpağı var, əkin-biçini isə yox. Bəs bolluq necə yaradılmalıdır? Sirr deyil ki, çoxlarının torpağını əkib-becərməyə imkanı yoxdur. Deməli, payçılar birləşib iri fermer təsərrüfatı yaratmalıdırlar. Bəziləri “birləşmə” sözündən qorxur, torpaq əlindən çıxar deyir. Bu birləşmədə məcburiyyət yoxdur, axı. Sadəcə, unutmaq lazım deyil ki, güc birlikdədir. Birinin torpağı, digərinin texnikası, bir başqasının xarici bazara çıxış imkanı var. Tək əldən səs çıxmaz.
Bu yaxınlarda “Kənd təsərrufatı kooperasiyası haqqında” qəbul edilmiş qanun da elə fermer təsərrufatlarının yaradılması və kiçik torpaqların heç bir məcburiyyət olmadan, könüllü şəkildə birləşməsinə xidmət edir. Masallıda bu sahədə ilk addım Qızılağac kəndində atılıb. Artıq burada taxılçılıqla bərabər, tərəvəzçilik də inkişaf etdirilir. İki yüz hektara yaxın sahədə tərəvəz yetişdirilir ki, istehsal olunan məhsulun yerləşdirilməsi üçün yalnız bir şəxs məsuldur. Belə iri təsərrufatlara dövlət də qayğısını əsirgəmir, texnikada, gübrədə kömək göstərir. Aqrolizinqlər yaradılıb, digər güzəştlər edilir.
Dünyanın ən sivil ölkələrində belə böhranın, ərzaq qıtlığının yarandığı, həyat tərzinə təsir etdiyi bir vaxtda Azərbaycan dövləti əhalinin süfrəsinin zənginliyini saxlamaq, dolanacaq meyarındakı tarazlığı qorumaq üçün tədbirlər görür. Ölkənin bir parçası olan Masallıda da bu sahədə Prezidentin sərəncamları ilə əlaqədar çoxsaylı tədbirlərə start verilib. Sərfəli təsərrüfat üsulları araşdırılır. Əkinçiliyə yeni texnika cəlb olunur, elmin son nailiyyətlərindən istifadə edilir. Ənənəvi tərəvəzçilik və çayçılıq sahələrinə diqqət artırılıb. Qızılağacda yaradılmış tərəvəz sahələrini yuxarıda qeyd etdik. Şərəfədəki istixana təsərrüfatı da gəlirli sahə kimi özünü təsdiqləyir. Çiyələkçilik, kartofçuluq, bostançılıq, sitrusçuluq təsərrüfatları genişlənir. Kolatandakı çay plantasiyaları, bir çox kəndlərdə tütünçülük və çəltikçilik xeyli insanın məşğulluğunu təmin edir.
Yeni təsərrüfat sahəsi olan tütün plantasiyalarında məhsul bol gəlib. Əkin, suvarma və digər aqrotexniki qulluq nəticəsində yaxşı inkişaf etmiş 14,2 hektar sahədən artıq tütün dərilminə başlanıb. Xırmandalı, Şərəfə, Qızılağac, Banbaşı, Mahmudavar, Kolatan, Miyanku ərazilərində tütün yarpağı dərilib qurudulur. İlk nəticələr tütünçülüyün səmərəli olacağını göstərir.
İqtisadiyyatın inkişafına dövlət qayğısının məntiqi davamı olaraq Prezident İlham Əliyevin iyunun 13-də “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” imzaladığı sərəncam əhali tərəfindən rəğbətlə qarşılanıb. Bu, istehsal sahəsində məşğulluğun artmasını təmin edəcək, kiçik və orta sahibkarlığı genişləndirəcək. On hektar sahəni tutacaq Sənaye Məhəlləsi özünün xarici və daxili infrastrukturuna (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, inzibati, sosial sahə və sair) malik olacaq. Gələcəkdə Masallının iqtisadi inkişafına, kiçik və orta sahibkarlığın böyük vüsət almasına güclü təkan verəcək.
Mütəxəssislər deyirlər ki, Masallıdan Rusiyada və digər ölkələrdə biznesini yaxşı qurmuş onlarca sahibkar var. Onların respublikaya, rayona cəlb edilməsi geniş imkanlara malik olacaq Sənaye Məhəlləsinin müəssisələrinə investisiya yatırması hər iki tərəfin xeyrindir. Doğma diyarda öz biznesini qurmaq, rayonun inkişafına stimul vermək özü də bir vətənpərvərlikdir. Sevindirici haldır ki, Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün İqtisadiyyat Nazirliyinə artıq 30-dək sahibkar müraciət edib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev ötən ay Bakıda “Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər” mövzusunda keçirilən konfransda deyib.
Hazırda Masallıda müasir məhkəmə binası tikilir. Dünya Bankının köməkliyi ilə ölkəmizdə 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilib. Qısa müddətdə 11 məhkəmə üçün yeni binalar və komplekslər tikilərək istifadəyə verilib. Layihə çərçivəsində habelə dövlət büdcəsi hesabına paytaxtda və bölgələrdə tədbirlər davam etdirilir. “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində Milli Qurtuluş Günü ərəfəsində Masallı Rayon Məhkəməsi üçün yeni inzibati binanın təməlqoyma mərasimi keçirilib. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, habelə hakimlər, məsul ədliyyə işçiləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri mərasimdə iştirak ediblər. Ümumi sahəsi 1 hektarı əhatə edən ərazidə inşa olunacaq 3 mərtəbəli məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə qabaqcıl texnologiya və avadanlıqla, o cümlədən elektron sistemlərlə təchiz olunacaq.
Ötən ay Sirəbil kəndinə təbii qaz xəttinin açılışı olub. Bir neçə gündə Gəyəçöl, Xıl və Səmidxan kəndlərində tibb məntəqələri istifadəyə verilib. Bütün bunlar sosial inkişafın bariz göstəriciləridir.
...Masallıdan qayıdarkən avtomobilin radioqəbuedicisində vaxtilə “Azərbaycanın Levitanı” kimi tanınan Şəmistan Əlizamanlının ifasında “İgid əsgər, möhkəm dayan!” mahnısını böyük həvəslə dinləyirdim. Xatırladım ki, həmin mahnının müəllifi əslən Masallının Qızılağac kəndindən olan həkim, şair və bəstəkar Şahin Musaoğludur. Bu istedadlı insan Azərbaycan Yazıçılar Birliyinin və Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının idarə heyətinin üzvüdür. Bir vaxtlar Müdafiə Nazirliyinin Tibb İdarəsində çalışıb və elə o zaman Şəmistanla dostlaşıb. Yaradıcı dostluq “Birinci batalyon”, “Cənab leytenant”, “Qərib karvan”, “Vətən çağırır” kimi vətənpərvərlik mahnılarının yaranmasına vəsilə olub. Otuzadək populyar mahnısı sevilən Şahin Musaoğlu mart ayında Yazıçılar Birliyinin Hərbi vətənpərvərlik komissiyasının sədri seçilib.
Səslənməsi yerinə düşən məşhur mahnının melodiyaları Masallıda yaranan zəngin təəssüratlarımı beləcə tamamlamış oldu.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

___________________________________________________________________________

MASALLI XƏBƏRLƏRİ
Yeni səhiyyə ocağı          31.12.2016

Rayonda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti ildən-ilə yaxşılaşır. Son vaxtlar qəsəbə və kəndlərdə səhiyyə müəssisələri cari və əsaslı təmir olunur, yeni müalicə ocaqları tikilir. Dünya Bankının maliyyələşdirdiyi ikinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Babaser kəndində yeni tibb məntəqəsi tikilib.

Kəndin mərkəzində yerləşən səhiyyə ocağının açılış mərasimində rayon icra hakimiyyətinin rəsmiləri, idarə və müəssisə rəhbərləri, ziyalılar, kənd sakinləri, tibb işçiləri iştirak edirdilər.

Tədbiri Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Ələkbər Cəfərov açaraq bildirdi ki, Babaser kəndinin rahat yolu, müasir tipli məktəbi, işığı, təbii qazı vardır. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun ötən il kənd sakinlərilə görüşündə tibb məntəqəsinə ehtiyacın olması barədə fikirlər səsləndi. İcra başçısı lazımi kömək göstərəcəyini bildirdi. Qısa vaxtda yaraşıqlı, müasir tibbi avadanlıqlarla təchiz edilmiş təzə məntəqə inşa olundu.

Kənd ağsaqqalı Məhəmməd Abbasov, müəllim Pərvanə Tağıyeva sakinlərin sevinclərini ifadə etdilər, ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov səhiyyənin inkişafına göstərilən dövlət qayğısından, rayonda yeni açılan tibb ocaqlarından, xidmət mədəniyyətinin yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışdı.

Millət vəkili Elmira Axundova əlamətdar hadisə münasibətilə sakinləri təbrik edərək kəndin daha bir probleminin öz həllini tapdığını söylədi.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında bildirdi ki, son illər rayonda 14-dən artıq səhiyyə ocağı yenidən tikilib. Əvvəllər tibb məntəqələrinin bir neçəsi şəxsi evlərdə yerləşirdi.

Tibb məntəqəsinin rəmzi lenti kəsildikdən sonra qonaqlar səhiyyə ocağında yaradılmış şəraitlə yaxından tanış oldular.

Ağsaqqallar

ön sıradadırlar

Bu günlərdə Masallı rayon ağsaqqallar şurasının növbəti konfransında ağsaqqalların cəmiyyətdə rolundan, onların rayonun ictimai-siyasi həyatında fəal iştirakından ətraflı danışılıb.

Tədbiri Masallı ziyalıları İctimai Birliyinin sədri Qardaş Fətullayev açıb. Sonra rayon ağsaqqallar şurasının sədr müavini Ələşrəf Niftiyevin hesabatı dinlənilib.

Ərkivan qəsəbə, Qarğalıq, Türkoba, Banbaşı, Güllütəpə kənd ərazi ağsaqqallar şurasının sədrləri Şərafət Əzimov, Rəbbi Kərimov, Səyyad Quliyev, Əli Əhmədov, Məmmədəli Əlinağıyev ağsaqqalların qəsəbə və kəndlərin ictimai həyatında rolundan, hərbi-vətənpərvərlik sahəsində gənclərlə apardıqları işlərdən danışdılar.

Respublika ağsaqqallar şurasının nümayəndəsi, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Sudeyif İmamverdiyev Masallının sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində uğurlu layihələrin həyata keçirildiyini, rayonun şəhər, qəsəbə və kəndlərinin simasının xeyli yeniləşdiyini, müasirləşdiyini bildirdi və rayon ağsaqqallar şurasının qarşısında duran vəzifələrdən danışdı.

Konfransda təşkilati məsələyə baxıldı. Uzun illər rayonda rəhbər vəzifələrdə çalışmış, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ordenlə təltif olunmuş, yaradıcı və nüfuzlu ziyalı Ələşrəf Niftiyev Masallı rayon ağsaqqallar şurasının sədri, Mirqabil Hüseynov və Lətifə Mövsümova sədr müavinləri seçildilər.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.

___________________________________________________________________________

MASALLI — tarixlə müasirliyin qovuşduğu diyar
 

Xalq qezeti

08.02.2016

Masallı rayonu Bakı - Astara yolunun 232-ci kilometrliyində – Lənkəran ovalığında yerləşir. Buranın iqlimi yayda mülayim-isti və quraq,  qışda isə mülayim və yağıntılı keçir.Yayda bəzi dövrlərdə temperatur 40 dərəcəyədək isti, qışda ən soyuq  hava mənfi 10  dərəcəyədək olur. Rayon Lənkəran, Lerik, Yardımlı, Cəlilabad və Neftçala rayonları ilə həmsərhəddir. Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuşdur.
Masallı rayon olaraq 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Hazırda rayonun tərkibinə107 kənd, bir qəsəbə və bir şəhər daxildir. Əhalisi 183,5 min nəfərdir. Masallıda tarixən əkinçilik, çayçılıq, tərəvəzçilik, qismən də maldarlıqla məşğul olublar. Mənbə və ədəbiyyatda Masallının ipək təsərrüfatı, ucsuz-bucaqsız tut bağları haqqında da məlumatlar vardır.
 
“Masallı” toponimi haqqında
Masallının yaşayış məntəqəsi kimi yaranma tarixi XI - XII əsrlərə aid edilsə də, onun adına ilk dəfə XIX əsr mənbələrində rast gəlinir. “Masallı” toponiminin mənşəyi haqqında bir neçə mülahizə mövcuddur. Bir sıra müəlliflər onu guya, buranın camaatı söhbət əsnasında çoxlu məsəl çəkərək danışdığına görə “məsəlli yer” kimi izah edirlər. Bəzi müəlliflər isə hətta bu toponimi İraqdakı “Mosul” şəhərinin adı ilə bağlayırlar (Masallı - Mosullu. Yəni Mosuldan köçüb gələnlərin yeri). Bundan başqa, sözügedən toponimi nəvaxtsa burada yaşamış Masal bəy adlı birinin adına bağlayanlar da var.
Biz isə bu mülahizələrin heç birinin üzərinə kölgə salmadan demək istəyirik ki, toponimləri izah edərkən təkcə sözün “şəklini”, başqa toponimlərlə zahiri oxşarlıqlarını nəzərə almaq azdır. Toponimləri açarkən, ərazinin təbii-coğrafi şəraiti, əhalinin təsərrüfat fəaliyyətinin formaları, tarixi-siyasi proseslərin xarakteri, müxtəlif dövrlərdə baş vermiş miqrasiyalar və digər məsələlər də araşdırılmalıdır. Bu baxımdan “Masallı” toponiminin də daha dərin elmi tədqiqata ehtiyacı var və fikrimizcə, aşağıdakı deyəcəklərimiz bu məsələlərə müəyyən qədər işıq sala bilər.
Böyük Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanovun “Gülüstani - İrəm” (1841), Mirzə Səyidəli Kazımbəyoğlunun “Cəvahirnameyi Lənkəran” (1869), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “Əxbarnamə” (1883) əsərlərində, həmçinin, bir sıra Avropa və rus səyyahlarının yol xatirələrində və qeydlərində Azərbaycanın digər şəhər və bölgələri ilə bərabər, Masallı haqqında da qiymətli məlumatlar əksini tapmışdır. Məsələn, “Cəvahirnameyi-Lənkəran” əsərinin bir neçə yerində bir zamanlar Talış xanlığının Dəştvənd mahalına (Çar hakimiyyəti dönəmində Lənkəran qəzasına), hazırda isə Masallı rayonunun tərkibinə daxil olan bir neçə yaşayış məntəqəsinin (Ərkivan, Siqdəşt, Çaxırlı və s.), o cümlədən, “Masallı” adlı kəndin adı çəkilir. Əsərdə, həmçinin, hazırda İranın Gilan vilayətinə daxil olan “Masal” bölgəsi haqqında da məlumat verilir. Bu barədə “Cəvahirnameyi-Lənkəran”dan oxuyuruq: “...Masal” İranda Talış şəhristanının Masal-Şandermen rayonlarından biridir. Masal rayonu şimaldan Şadermen, cənubdan Fümənin Taniyan bölüyü, şərqdən Kəsgər, qərbdən Xalxal ilə Talış arasındakı silsilə dağlarla hüdudlanır. Bu rayonun şərqi çöllük, qərb hissəsi isə dağlıqdır”.
“Əxbərnamə” müəllifi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu isə Ərkivan və Dəştvənd mahallarını ayrı-ayrı mahallar kimi təqdim edir və göstərir ki, Dəştvənd şimaldan və şimal-qərbdən Şirvan vilayəti, Şərqdən Xəzər dənizi, cənubdan Lənkəran  və Dirığ mahalları (hazırda Lerik rayonu ərazisinə daxildir), Qərbdən Səbidəşt mahalı (hazırda Yardımlı rayonu ərazisinə daxildir) və İranla həmsərhəddir.
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində tarixi Azərbaycan ərazilərində baş verən siyasi prosesləri, xanlıqlar arasındakı gərgin münasibətləri, həmçinin, fasilələrlə davam edən rus-İran müharibələrini nəzərə alsaq, “Cəvahirnameyi-Lənkəran” müəllifinin adını çəkdiyi Masallı kəndinin Gilan vilayətindəki Masal bölgəsindən köçüb gəlmiş əhali tərəfindən salındığını güman etmək olar.
Bundan başqa, hesab edirik ki, “Masallı” toponimini izah edərkən “Musalı” və Cənubi Azərbaycanda mövcud olan “Əsalem” (və ya “Asalem”. İran Talışında bölgə) kimi coğrafi adlara da diqqət yetirmək faydalı olar.
 
Tarix nə deyir?
Masallının tarixi qədimdir. Burada aparılan arxeloji qazıntıların nəticələri ərazidə insanların 15-20 min il əvvəldən yaşamağa başladığını təsdiq edir. Məsələn, Ərkivan ərazisində ibtidai icma dövrünə aid zəngin maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Xüsusilə ərazisinin Viləş çayı terraslarından tapılmış əmək alətlərinin texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların üst paleolit dövrünə aid olduğunu söyləmək olar.
XIX əsrin axırlarında Morqan qardaşları da Lənkəran və Masallı rayonları ərazisində arxeoloji qazıntı işləri aparmış, müxtəlif  abidələrdən aşkar etdikləri zəngin dəfinələri və başqa maddi mədəniyyət nümunələrini özləri ilə Fransaya aparmışlar. Onlar hazırda Fransanın Sen-Jermen muzeyində saxlanılır.
Bundan başqa, ötən əsrin 70-80-ci, 2004-2007-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən Masallı ərazisində Eneolit və Tunc dövrlərinə aid “Qala təpə”, “Balaca təpə”, “Nadir təpə”, “Qaratikan təpə”, “Yekə təpə” kurqanlarında, o cümlədən, orta əsrlərə aid qəbiristanlıqlarda arxeoloji qazıntı işləri aparılmışdır. Ərkivan qalası adlanan ərazidə tapılan antik və orta əsrlərə aid saxsı qab nümunələrinə əsasən qalanın V-VI əsrlərdə inşa edildiyini söyləmək olar. Qalanın yaxınlığında qədim şəhər yerinin xarabalıqları da aşkar edilmişdir.
Masallı ərazisindəki qədim qalalardan biri də Çaxırlı kəndi ərazisindədir. Bu qala haqqında nisbətən ətraflı məlumata XIX əsr müəllifi Səyid Əli Kazımbəyoğlunun “Cəvahirnameyi Lənkəran” əsərində (1869-cu il) rast gəlinir.
Səyid Əli Kazımbəyoğlu “Cəvahirnameyi-Lənkəran” əsərində Dəştvənd mahalı adlanan Masallı bölgəsinin əhalisi və təsərrüfatı haqqında da geniş məlumat verir. Əsərdən oxuyuruq: “...Dəştvənd mahalı ki, bəzi hallarda ona Ərkivan da deyirlər, xalqı şiə məzhəbli, qəyyur, vuruşan və döyüşdə qorxmazdır. Adlı-sanlı süvarilər o diyarda çoxdur. Burada düyü, buğda və digər taxıl növləri, eləcə də, küncüd, lobya, pambıq, noxud, qarğıdalı, çay, yemiş, qarpız və qeyriləri boldur. Viləş çayı buradan axır, bütün tarlalar suvarılır və bu çayın hesabına çoxlu dəyirmanlar işləyir. Buranın aşağı hissəsi Xəzər dənizinin sahilində yerləşən Qızılağac, Qadirlu, Yeddi Oymaq və digər kəndlərdir. Torpağın gücü o dərəcədədir ki, qış fəslində tarlalarda yük heyvanları otlasa, yaz mövsümü üçün bərpa olunmaz və məhsul zay olar. Ərazinin geniş olması inək, camış, qoyun və at saxlamağa imkan yaradır. Lakin Rusiyanın ayrı-ayrı yerlərindən bura köçmüş malakan, subbotnik və yəhudilərin hücumları nəticəsində yerli əhalinin güzəranı pozulmuş, həyatları ağır vəziyyətə düşmüşdür. Torpaq sahələri dolanmaq üçün kifayət deyil. Bu yerlərdə yaz fəslində süd verən mal-qaranın gündə üç dəfə sağılması çəmənliklərin, otlaqların nə dərəcədə qüvvətli olduğundan xəbər verir. Dağlıq yerlərin adətinə görə, heyvanı gündə iki dəfə, yəni səhər və axşam vaxtı sağarlar. Lakin buradakı mal-qaranın günorta zamanı da döşləri südlə dolduğundan, onlar çöldə tab gətirməyib, yiyəsinin evinə qaçar, sahibləri onları həyacan içində yenidən sağıb, yenidən çölə qaytararlar.
İpəkçilik də burada yaxşı məhsul verir. Amma tut bağlarını salan azdır, çünki onlardan alınan mənfəət mal-qaranın verdiyi faydadan aşağıdır. Burada boyaq bitkisi (marena) da yaxşı olur. Bir rus məmuru onun üçün bir əkin sahəsi ayırmış və məhsul almışdır. Onun əkdiyi bitki Dərbənd növündəndir. Amma bu diyarın əhalisi ərazinin və qüvvənin azlığından bu bitkinin yetişdirilməsində maraqlı deyil. Sadəcə olaraq, yabanı halda murdabların qıraqlarında bitməsi onun yaxşı məhsul verəcəyinə bir işarədir...".
 
Təbiət möcüzələri muzeyi
Bəli, Masallını obrazlı şəkildə bu cür də adlandırmaq olar. Qalın meşələr, zümrüd bulaqlar, həzin laylay çalan şəlalələr, ucsuz-bucaqsız əkin-biçin sahələri, bağlar-bağçalar, abad yollar, rayon mərkəzindən az fərqlənən kəndlər və s. sadəcə göz oxşayır. Lakin Masallıdan danışanda, Masallının adı çəkiləndə ilk növbədə İstisu yada düşür. Təkcə Masallını deyil, bütün Azərbaycanı şöhrətləndirən ecazkar Masallı İstisuyu. Rayon mərkəzindən 12 km aralıda yerləşən və təbiətin təkrarolunmaz neməti olan bu möcüzəli su çox dərdlərin və xəstəliklərin - yel, oynaq əzələ, əsəb sistemi, dəri, habelə mədə-bağırsaq və qadın xəstəliklərinin əvəzsiz loğmanıdır. Burada ötən əsrin 60-cı illərində yaradılan müalicə-istirahət zonası 2007-ci ildə sanatoriya statusu qazanıb. Müalicə prosesi mineral su vannalarında aparılır və müştərilərin rahatlığı üçün burada hər bir şərait yaradılmışdır. Bundan başqa meşələri ilin bütün fəsillərində insanlara gözəllik və xoş əhval-ruhiyyə bəxş edir.
İstusu ərazisində qaynar çeşmələrlə yanaşı, bumbuz kükürdlü su mənbələri də vardır. Bu suyu dərman kimi stəkanlara doldurur və dadını hiss etməmək üçün birnəfəsə içirlər. Təsadüfi deyil ki, buradakı bulaqların üzərində tez-tez “böyrək suyu” və “mədə suyu” sözlərinə də rast gəlmək olur. Bu suların mədə yarası və böyrək ağrılarını sağaltdığı söylənilir.
İstisu və onun ətrafı yay aylarında xüsusilə insanların ən çox baş çəkdiyi, istirahət etdiyi bir məkana çevrilir.
Bundan başqa, respublikamızın ən böyük və zəngin qoruqlarından biri olan olan Qızılağac qoruğu da Masallı ərazisindədir. Qızılağac körfəzi və “Pirman” adlanan sahələrdə yerləşən qoruqda Azərbaycan faunasının və adları “Qırmızı kitab”a düşən çoxlu sayda quşlar və heyvanlar vardır. Dünyada nadir ağaclardan sayılan “Qızılağac” ağacı (el arasında ona Razdar da deyilir) da Masallının nadir təbiət abidələrindəndir.
 
Sözlü-nəğməli diyar
Masallı özünün zəngin folklor ənənələri ilə də məşhurdur. Təsadüfi deyil ki, 2012-ci ildə bu şəhər Azərbaycanın Folklor paytaxtı seçilmiş, eyni zamanda, dəfələrlə respublika və beynəlxalq folklor festivallarına ev sahibliyi etmişdir. Bu festivallarda dünyanın 12-dən artıq ölkəsinin folklor kollektivləri təşrif buyurmuşdur.
Qeyd etmək vacibdir ki, Masallının tez-tez folklor festivallarının mərkəzi seçilməsi, burada müxtəlif xalq yaradıcılığı tədbirlərinin keçirilməsi heç də təsadüfi deyil. Çünki bu diyarda sinəsi, qəlbi sazlı-sözlü, nəğməli, məsəlli-misallı nənələrimiz, babalarımız, sənət adamlarımız kifayət qədərdir. Ən əsası isə Masallıda “Halay” folklor ansamblı kimi dünyaca məşhur bir folklor kollektivi - mahnı və rəqs ansamblı var. Milli folklorumuzun təkrarolunmaz örnəklərini bir daha yaddaşlara qaytarıb yaşadan “Halay” xalq kollektivi nəinki respublikamızda, onun hüdudlarından kənarda da yaxşı tanınır. Kollektiv 1957-ci ildə həvəskar mədəniyyət işçisi, mərasim və əmək nəğmələrinin mahir bilicisi Ümbülbanu Cəbiyeva tərəfindən Mahmudavar kəndində yaradılıb və ilk vaxtlarda cəmi 3 qızdan ibarət olan bu kollektiv artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərir. Hazırda “Halay” gənclər və veteranlar olmaqla 2 kollektivdən ibarətdir və 40 dan artıq üzvü vardır. Kollektiv dəfələrlə xarici ölkələrdə - Macarıstan, İraq, Türkiyə, Rusiya və s. ölkələrdə qastrol səfərlərində olub.
Masallı rayon mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə xanım Mövsümovanın biləvasitə rəhbərliyi altında fəaliyyət göstərən “Halay”ın repertuarının əsasını xalq mahnı və rəqsləri təşkil edir. Az qala unudulmuş, yaddan çıxmış neçə-neçə qədim xalq nəğmələri “Halay”ın timsalında yeni həyat, yeni nəfəs qazanmışdır. Çəkilən zəhmət isə hədər getməmişdir. Həvəskar qızlardan ibarət qrup “xalq kollektivi” adına layiq görülmüşdür.
“Halay”dan başqa rayonun Şərəfə kəndində “Həcər” folklor ansamblı və daha 5 rəqs kollektivi də var ki, onları da tez-tez el şənliklərinə, rayon və respublika səviyyəli dövlət tədbirlərinə dəvət edirlər.
Masallı Xalq Teatrının fəaliyyəti də diqqətə layiqdir. 22-dən artıq üzvü olan bu kollektiv 1979-cu ildə yaradılmışdır. Onun repertuarında əsrlərlə yaşı olan bir çox oyun və tamaşalarla bərabər, günümüzün çox aktual mövzuları - Qarabağ müharibəsi, işğal edlimiş Vətən torpaqları, şəhidlərimiz və s. də mühüm yer tutur.
 
Hişkədərə – quru dərə
Masallının öz təbiəti və tarixi ilə diqqət çəkən kəndləri də vardır ki, onlardan biri Hişkədərədir (Hışk - quru, dərə - dərə. Yəni Quru dərə). Hişkədərə mübaliğəsiz olaraq Masallının “güzgüsü” sayıla bilər; ən azı ona görə ki, 1952-ci ildən fəaliyyət göstərən Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi məhz bu kənddədir. Elə buna görə də biz Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılovun müşayiəti ilə ilk növbədə həmin kəndə getdik. Burada bizi muzeyin direktoru Əntiqə Tağıyeva qarşıladı.
Əntiqə xanım məlumat verdi ki, muzey bu kəndin tanınmış ziyalısı, Əməkdar müəllim, hazırda adı verilmiş Rəhim Tağıyevin şəxsi təşəbbüsü və misilsiz əməyi ilə yaradılıb. 15 il ictimai əsaslarla - Hişkədərə kənd məktəbinin muzeyi kimi fəaliyyət göstərdikdən sonra muzey üçün 1975-ci ildə ayrıca bina tikilmişdir. Məktəb muzeyində olan eksponatlar həmin binaya köçürülmüş və bundan sonra muzey artıq ölkəşünaslıq muzeyi kimi fəaliyyətini davam etdirmişdir.
Nazirlər Kabinetinin 13.08. 1977-ci il 283 saylı qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 16.09.77-ci il 299 saylı əmri ilə muzey dövlət statusu almış və Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərmişdir. 2005-ci ildən muzey onu yaradanının - Rəhim Tağıyevin adını daşıyır.
Hazırda Hişkədərə Tarix-Diyarşünaslıq Muzeyi xeyli böyümüş və onun palentologiya, etnoqrafiya, numizmatika və arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanıb. Müxtəlif illərdə rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerlərindən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid maddi-mədəniyyət nümunələri Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq Muzeyində mühafizə olunur.
Əntiqə xanım muzeyin fəaliyyətindən ürəkdolusu danışır. Elə bizimlə söhbət əsnasında bura axın-axın insan gəldiyinin şahidi oluruq.
– Nə çox qonağınız var, maşallah!
– Həmişə belədir. Allaha şükür, qonaq sarıdan şikayətimiz yoxdur. İlin bütün aylarında ölkəmizin müxtəlif yerlərindən, o cümlədən, xaricdən gəlmiş qonaqlar Hişkədərə muzeyini ziyarətə gəlirlər.
Hazırda Masallı şəhərinin mərkəzində Tarix-Diyarşünaslıq Muzeyi üçün daha geniş, ən müasir tələblərə cavab verən yeni bina tikilir. Binanın bu il istifadəyə veriləcəyi gözlənilir.
Masallı ərazisi abidələrlə də zəngindir. Rayon Mədəniyyət və Turizm Şöbəsindən aldığımız məlumata görə, rayon ərazisində 51 tarixi və memarlıq, 70 arxeloji abidə qeydə alınmışdır. Onların arasında XIV əsrə aid Hişkədərə kəndindəki Nəzirə Xanım türbəsini, III - IX əsrlərə aid Mahmudavar kəndindəki arxeoloji abidəni, IX - X əsrlərə aid Ərkivan qalasını; Qarğalıq ərazisindəki Orta əsrlər Şəhriyar yaşayış yerini, XIX əsrə aid Masallı şəhər Cümə məscidini, Boradigah məscidini, Qızılavar məscidini, Şərəfə kəndindəki məscidi və hamamı, Masallı şəhərindəki hamamı, Güllütəpə kəndindəki Əmir türbəsini, Boradigah Cümə Məscidini, Ərkivan kəndindəki Mehti bulağını, Sığdaş kəndindəki Mirsəli ocağını, Mahmudavar kəndindəki XVI əsrə aid Baba Seyidağa türbəsini, yenə də XIX əsrə aid Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində dağ-qoç fiqurlarını, Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə tunc dövrü kurqanlarını, Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə tunc və dəmir dövrü kurqanlarını, o cümlədən, Mir Seyid Sadiq Ağa məqbərəsini, Ninalov kəndindəki Səhhət qalasını, Ərkivan kəndində Şəhsəfi (Şeyx Səfi) bulağını və s. misal göstərmək olar. Bu abidələrin hər biri Masallının yaxın-uzaq keçmişi, buranın əhalisinin zəngin məişət və mədəniyyəti, təsərrüfat fəaliyyəti haqqında zəngin bir mənbə kimi çıxış edir.
Lakin rayon ərazisində hələ qeydə alınmamış çoxlu sayda arxeoloji və tarixi-memarlıq abidələri də vardır. XIX-XX əsrin əvvəllərinə aid qədim evləri, mülkləri, yararlı və artıq sıradan çıxmış su dəyirmanlarını, yaşı minllərlə ölçülən və insanların ibtidai inancları ilə səsləşən daş və ağac pirlərini də bura əlavə etsək, böyük bir siyahı alınar.
 
Xalq sənəti və sənətkarları
Masallı həm də Azərbaycanın ən qədim sənətkarlıq mərkəzlərindən biridir. Tarixən burada ənənəvi sənətkarlğın ən müxtəlif sahələri inkişaf edib ki, onların da bir çoxu əsrləri adlayaraq günümüzdə də yaşamaqda davam edir. Belə ki, rayonun Qodman və Qəriblər kəndləri ağac sənətkarlığı, Musakücə və Şatıroba həsirçilik, Boradigah papaqçılıq, Ərkivan isə sandıqçılıq və dulusçuluq sənətkarlığı ilə bütün ölkədə məşhurdur. Biz də elə bu xalq sənəti növləri ilə daha yaxından tanış olmaq, onları yaşadan insanların işlərini gözümüzlə görmək məqsədilə həmin kəndlərə üz tutduq.
İlk olaraq Ərkivanda hamının tanıdığı və hörmət etdiyi sandıq ustası Şərafət Əzizovun evinə gəldik. Qapıda bizi elə ustanın özü qarşıladı və çay süfrəsinə dəvət etdi. Şərafət usta bu nəcib sənətin keçmişindən, indiki vəziyyətindən ürək dolusu danışaraq, sandıqçılığın onlarda nəsildən nəsilə keçən bir sənət olduğunu qeyd etdi.
— Keçmişdə sandıq ustaları çox olub. Çünkü tələbat da çox idi. İndi təlabat azalsa da, gəlin cehizlərinin içində sandığın da olmasını istəyənlər var. Çünkü sandıq dədə-babadan xoşbəxtlik rəmzi, gəlinin ən qiymətli bəzək və geyimlərini saxlamaq üçün ən vacib aksesuar sayılıb.
Şərafət usta daha sonra qeyd etdi ki, keçmişdə xonça təsvirli sandıqlar dəbdə olubsa, indi yeni dövrün tələblərinə uyğun sandıqlar sifariş edirlər. Azərbaycanın dövlət rəmzlərinin (bayraq və gerb) əks olunduğu sandıqların müştərisi daha çoxdur.  Seyf formalı, musiqili və işıqları yanıb-sönən sandıqlar və mücrülər də düzəldirik. Qiymətlər də ki, münasibdir. Yəni ölçüsündən asılı olaraq 20-100 manat arasında dəyişir.
Biz Şərafət ustanın emalatxanası və iş şəraiti ilə tanış olduqdan sonra elə bu qəsəbədə fəaliyyət göstərən dulus ustası Cəsarət Nuriyevin iş yerinə yollandıq. Yol kənarında yerləşən emalatxananın həyətini Şərafət ustanın əl işləri bəzəyirdi. Müxtəlif ölçülü, formalı və təyinatlı dulus məmulatı bir anlığa insanı keçmişə aparır, ulu babalarımızın sehirli əllərinin nəyə qadir olduğunu əyani şəkildə göstərirdi.
Şərafət usta dulusçuluğun texnoloji əsasları haqqında bir az məlumat verdikdən sonra, dulus istehsalı prosesini əyani şəkildə nümayiş etdirdi.
– Dulus istehsalı çətin və çoxmərhələlidir. Bu iş dulus gilinin tədarük edilməsi ilə başlanır. Gil isladılır və bir gün qaldıqdan sonra taya şəklinə salınır. 3-4 dəfə ayaqla tapdandıqdan sonra xammal hazır vəziyyətə gətirilir. Sonra gil hissə-hissə kəsilir və dulus stolunun üstünə qoyuluraq hazırlanacaq qabın formasına uyğun kündələnir. Dulus çarxında formalaşdırıldıqdan sonra naxışalanan məmulat sonda dulus kürəsində bişirilir. Bu zaman qələm, daraq, qamış kimi alətlərdən istifadə olunur.
– Müştəri sarıdan korluq çəkmirik. Amma etiraf edək ki, tələbat azalıb. Yaxın keçmişə qədər təkcə Ərkivanda 10-15 dulusçuluq sexi var idi. İndi cəmi 4 sex qalıb. Biz ancaq ona çalışırıq ki, bu sənət yaşasın, ölməsin, unudulmasın. Qazanc ikinci dərəcəli məsələdir...
– Halal olsun usta! Əliniz-qolunuz var olsun, – deyib Şərafət ustadan ayrıldıq. Yolumuz Musaküçə kəndinədir. Bu kənd haqqında təkcə onu demək kifayətdir ki, sovet dönəmində oradan 4 Sosialist Əməyi Qəhrəmanı və bir neçə nəfər Lenin ordeni laureatı çıxıb. Kənd keçmişdə həm də həsirçilik sənətinin mərkəzlərindən olub. İndi burada həmin sənəti yaşadan çox az adam qalıb ki, onlardan biri də Fərzəliyevlər ailəsidir. Biz də Masallının, bütövlükdə cənub bölgəsinin simvoluna çevrilmiş bu sənətlə daha yaxından tanış olmaq üçün Güloğlan və Rəisə Fərzəliyevlərin evinə gedirik.
Güloğlan dayı həsirçilik sənətindən, onun xammalından, texnologiyasından, keçmiş və müasir vəziyyətindən o ki var, danışdı. Məlum oldu ki, həsir istehsalı üçün lazım olan xammal - pizə (lığ, dala) aprel-may aylarında  su hövzələrindən biçilib gətirilir və 3-4 gün Günəş altında qurudulur. Toxuma prosesində istifadə olunan lığ, dala 2 cür olur: bir qismindən təsərrüfat ehtiyacları üçün, digərindən isə ev həsirləri üçün istifadə olunur. Bundan başqa, lığdan ip - kəndir də hazırlayırlar.
Keçmişdə həsirin istifadə arealı çox geniş olub. Ondan evlərin döşəməsinin və divarların örtülməsində (nəmin qarşısını alır), kosara düzəldib taxılın, çəltiyin qorunmasında geniş istifadə edilib. Bəzən eyvanı külək tutmasın deyə, həsirlə dövrələyirdilər.  Güloğlan usta qeyd etdi ki, lığ və daladan Kolatan və Şatıroba kəndlərində papaq, zənbil də hazırlayırlar. Amma, təəssüf ki, bu gün həsirə tələbat azalıb. Bu səbəbdən də qiyməti də düşüb. Amma bu sənət dədə-baba sənəti olduğundan onu buraxmaq fikrində deyilik.
 
Masallı qəhrəmanları
Masallılar Böyük Vətən müharibəsində, Azərbaycanın azadlığı və müstəqilliyi, o cümlədən Qarabağ uğrunda gedən döyüşlərdə də fəal iştirak ediblər. Rayon statistika idarəsindən aldığımız məlumata görə, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinə getmiş 10 914 nəfər Masallı sakinindən 4 248 nəfəri qayıdıb, 1573 nəfəri itkin düşüb, 5 mindən çoxu həlak olub. I Qarabağ müharibəsində isə 5 min nəfərə yaxın Masallı sakini vuruşub ki, onlardan da 50 nəfəri şəhid olub, 30 nəfəri itkin düşüb, 500 nəfərdən çoxu isə yaralanıb. 4 nəfər - Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov və Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 3 nəfərə isə Azərbaycan Bayrağı ordeni verilmişdir.
XX əsrdə Masallı Azərbaycana 230-dan çox elmlər doktoru və elmlər namizədi, 6 general, 100-ə yaxın yazıçı-şair, müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslər bəxş edib. İqtisadiyyat sahəsindəki uğurlarına görə müxtəlif illərdə 50 nəfərdən çox Masallı sakini Sosialist Əməyi Qəhrəmanı fəxri adına və Lenin ordeninə layiq görülmüşdür.
Sonda “Masallı etnoqrafik ekspedisiyası” – nın səmərəli işləməsi üçün hər cür şərait yaratdıqlarına görə, Masallı Rayon İcra Hakimiyyəti və Masallı Rayon Mədəniyyət və Turizm şöbəsinin rəhbərliyinə təşəkkürümüzü çatdırırıq.

Tofiq BABAYEV,
tarix üzrə fəlsəfə doktoru,

Tahir ŞAHBAZOV,
tarix üzrə fəlsəfə doktoru,
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun əməkdaşları

_______________________________________________________________________________

 

Masallı rayonunun Qızılağac kəndində doğulub – Həştərxanın fəxri vətəndaşı seçilib...
2014-09-24 movqe.az

Bu yaxınlarda xoş xəbər almışıq. Ümumrusiya Azərbaycanlılar  Konqresinin Həştərxan vilayəti üzrə rəhbəri Ədalət Hüseynov  Həştərxan şəhərinin fəxri vətəndaşı seçilib.

Ədalət Abuş oğlu Hüseynov əslən Qızılağac kəndindəndir. Masallıda komsomol, mətbuat fəalı, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olmuşdur. O, ömrünün istirahət dövründə də fəallığından əl çəkmir. Heydər Əliyev ideyalarının, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı xarici və daxili dövlət siyasətini uğurla həyata keçirir, həştərxanlı həmvətənlərimiz və gənclər arasında geniş təbliğ edir.

RF Murmansk Vilayət İctimai Palatasının üzvü, Ümumrusiya Azərbaycanlılar  Konqresinin Murmansk vilayəti üzrə sədri Arif Hüseynov redaksiyamızla əlaqəsində bütün masallıları təbrik etdi. Dedi ki, bu təkcə qızılağaclı Ədalət müəllimin deyli, Rusiyada yaşayan bütün azərbaycanlıların uğurudur. Bütün Masallı ictimaiyyətini təbrik edirəm. Ədalət müəllim tanınmış fəal diaspor rəhbəridir. Ə.Hüseynovun uğuruna hamımız ürəkdən, qəlbən sevinirik.

Təbrik edirik, Ədalət müəllim!

Əlihüseyn ŞÜKÜROV

____________________________________________________________________________________________

Красочные истории удивительного Масаллы
15 сентября 2014    Day.Az

Масаллы - необычайно колоритный и интересный во всех отношениях уголок Азербайджана. Этот регион неизменно привлекает к себе множество туристов, благодаря уникальным историческим памятникам, живописной и неповторимой природе и гостеприимству местных жителей. Пожалуй, гостеприимство является главной чертой характера масаллинцев. Здесь всегда рады гостям, пытаются окружить их заботой и вниманием.
А еще в Масаллы имеется деревня, плотность населения в которой больше, чем в Китае; здесь до сих пор плетут циновки и корзины из камыша и делают традиционные расписные сундуки из кипариса. В Масаллы также выступают свои "бурановские бабушки" и растет цветок, являющийся компонентом духов самых прославленных парфюмерных брендов.
Железная парротия и счастье парфюмера
Благодаря мягкому субтропическому климату средняя температура в Масаллы летом составляет +29 градусов, а зимой держится в среднем на уровне 7 градусов выше нуля. Весь район покрыт густыми лесами, в которых произрастают редкие растения, в том числе и знаменитое железное дерево или, выражаясь научным языком - парротия персидская, древесина которой настолько тяжела, что тонет в воде. Издревле местные жители изготавливали из нее ткацкие станки. Собственно, и по сей день, древесина железного дерева идет на детали для станков ткацкой промышленности.
Обилие осадков и солнечных дней в году позволяют развивать в районе цитрусовое плодоводство. Кроме того, повсюду в Масаллы растут банановые пальмы, которые здорово разнообразят местный пейзаж: порой ощущаешь себя в джунглях, того и гляди, из зарослей выскочит горилла или шимпанзе. Не удивительно, что в Масаллы с его благословенным климатом много садоводов-любителей. Местные жители шутят, что стоит обронить семечко или воткнуть в землю ветку, они обязательно прорастут.
Повсюду вдоль дорог и в селениях продаются комнатные и садовые растения в горшках. Причем разнообразию видов, представленных здесь, позавидует любой столичный магазин. Помимо широко распространенных бегоний, фикусов, роз, азалий и характерных для субтропиков лимонов, на этих импровизированных рынках можно встретить и довольно экзотические предложения. Например, можно приобрести увешанный съедобными оранжевыми плодами куст кинкана (кумквата): да-да, того самого кинкана, который в сезон килограммами продают на столичных рынках и в супермаркетах и из которого получаются изысканное варенье и компот. При должном уходе это растение прекрасно растет и плодоносит на балконе городской квартиры.
Еще одним постоянным обитателем местных рынков является удивительное растение лантана, которое, впрочем, под его научным названием никто здесь не знает - многие зовут его "едди гёзял" (семь красавиц), а некоторые, почему-то еще и "фенербахча". Так или иначе, это красиво цветущее растение привлекает своим приятным запахом: причем пахнут все его части - и стебли, и листья; а собранные в соцветия цветки источают тонкий аромат дорогого парфюма. Неудивительно, что лантана и вправду является любимицей парфюмеров и входит в пирамиду духов самых знаменитых брендов. Из новинок достаточно упомянуть DKNY Summer 2014, изысканный женский аромат Fendi L’Acquarossa или арабский парфюм Aquatic Rose by Estiara. Еще одно уникальное свойство лантаны: ее цветки могут менять окраску: раскрываются желтыми, а к окончанию цветения становятся красными. По словам масаллинских продавцов, это растение легко адаптируется к комнатным условиям и радует хозяев обильным цветением с мая по ноябрь. В естественных же условиях его нередко можно встретить в оврагах, вблизи водоемов и рек.
Кстати, самая протяженная и полноводная река субтропической зоны Азербайджана - Виляшчай протекает по территории Масаллинского района. Извилистое русло этой горной реки петляет по всему Масаллы и в конце своего долгого путешествия длиной 111 км впадает в Каспийское море. Топоним "Виляшчай" известен тысячи лет. Еще известный александрийский астроном, математик и географ II века н.э. Птоломей указывал на карте Каспия, что Виляшчай впадает в море в заливе Гызылагач. Сегодня площадь бассейна реки составляет 935 кв. км. Виляшчай также условно проводит границу между Масаллинским и Лерикским районами. С целью эффективного использования речных вод в 1979 году на реке были построены плотина и водохранилище. Надо сказать, что Виляшчай богат рыбными ресурсами, здесь развито рыболовство. Часто, в поисках умиротворения люди приходят порыбачить и на водохранилище, откуда открывается прекрасная панорама на лес и прилегающие горы.
Настырные рыбки, или Привет китайцам
Масаллы издавна славится своими целебными водами, наиболее известной из которых является Истису (буквальный перевод с азербайджанского - "горячая вода"). Этот термальный источник пробивается в нескольких местах на берегу реки Виляшчай на склоне горы Домбалов выше уровня моря на 1650 метров. Источник не иссякает уже многие сотни лет, однако точной истории его возникновения никто не знает. Люди издревле считали волшебным источник, чья вода является панацеей от тысячи болезней.
В 1960 году известный ученый, врач, поэт и композитор Мир Казым Асланлы-Саренг установил, что в состав этой воды входят сульфит водорода, кальций, натрий, хлор, гидроуглерод магнезии, йод. Вода поступает из недр земли с глубины 90-250 м в горячем виде (около 69 градусов) и показана при лечении многих заболеваний.
Открытие Мир Казыма Асланлы-Саренга вызвало большой интерес. Со стороны государства сюда, на целительный источник Истису, были приглашены 12 ученых из профильных клиник и ведущих научных центров всего Советского Союза, которые подтвердили выводы азербайджанского специалиста. После этого в 1971 году источник получил статус общесоюзного курортно-лечебного санатория и стал интенсивно осваиваться. Сегодня этот санаторий носит название "Фатимеи-Захра" и продолжает принимать посетителей. Здесь можно не только подправить здоровье, но и отдохнуть. Летом посетители любят понежиться в водах Виляшчая. На одном из участков реки воды термального источника, ниспадая по камням, смешиваются с прохладными водами реки, образуя нечто вроде термальных ванн. Здесь повсюду водятся небольшие юркие рыбки, которые пощипывают отдыхающих за открытые участки кожи. Считается, что эти "рыбные" процедуры способствуют избавлению от кожных заболеваний.
Интересен и этнический состав Масаллинского района, в котором большую часть населения помимо азербайджанцев составляют талышы - народность, отличающаяся самобытной культурой, традициями и кухней. В районе множество колоритных сел и деревень, где чтут традиции и ремесла - гончарное дело, плетение циновок, корзин, изготовление традиционных расписных сундуков и т.д.
В прежние времена плетение из камыша широко было распространено в Азербайджане, в частности в южном регионе. Однако сегодня в Масаллы это ремесло сохранилось только в деревне Мусакючя, где им занимаются 40-50 человек. Камыш (на местном наречии - pizə) заготавливают в основном женщины, собирая его весной и летом в болотистых местах и у моря (нередко рискуя быть ужаленными змеями). Удаляют листья и складывают на просушку на 2-3 дня. Затем на специальном станке из стеблей изготавливают маты, циновки, корзины и т.п. В день умелицы могут сплести 3-4 циновки, стандартный размер которых составляет 1.10 на 4 метра, однако это могут быть и 5-7-метровые циновки. Говорят, такие циновки не пропускают влагу и могут использоваться в течение 2-3 лет. Обычно их стелют во дворе или в доме, или используют в декоративных целях в зонах отдыха.
Еще одно традиционное ремесло в Масаллы - изготовление сундуков. Надо сказать, что в старину сундуки были непременным атрибутом женитьбы. Невеста, покидая отчий дом, уносила свое приданное в сундуках. Во многих районах этот обычай соблюдается и поныне как дань традициям. Во всем южном регионе изготовлением сундуков сегодня занимаются 2-3 человека и только в деревне Эркиван Масаллинского района.
Одним из известных мастеров является Шарафат Азизов, чьи дед и отец также занимались этим ремеслом. А ныне мастер пытается передать свои навыки и умения своему сыну. Как правило, сундуки изготавливаются из податливой древесины кипариса. В среднем мастер делает 1-2 стандартных сундука в день размерами от 20х12 см до 100х50 см. Стандартные же, самые "ходовые" сундуки имеют размеры 80х40 см.
Селение Эркиван, в котором проживает 18 000 человек, примечательно еще и тем, что является рекордсменом в Азербайджане по плотности населения. Так, на один квадратный километр площади здесь приходится 220 человек - это даже больше, чем в Китае! В среднем же, в Масаллы плотность населения превышает среднюю плотность населения Азербайджана в 3 раза.
Жить припеваючи, или Кулинарные контрасты
Мало кто знает, но в Масаллы тоже есть молоканская деревня - Калиновка. Когда-то эта местность называлась Лямса (с талышского - "озеро", "поляна"). В 1840 году сюда из Шамахы переселились русские молокане, сосланные в начале XIX века из России. Первоначально заложенное ими селение называлось Михайловкой, в честь основателя Михаила Попова. После 1917 года селение стало именоваться Калиновка. Известно, что в 1860 году в этом селении была открыта первая в Масаллы школа. До 90-х годов прошлого века более половины населения Калиновки составляли этнические русские. Сегодня в селении проживает 2 557 человек, из которых русских осталось шестеро, остальное население составляют азербайджанцы.
Масаллинская земля богата не только прекрасной природой, но и народными талантами. Важную роль в возрождении и сохранении в районе традиционной культуры играют художественные коллективы. Самым известным в Масаллы и далеко за его пределами является фольклорный ансамбль песни и танца "Халай", завоевавший титул "народного". Ансамбль образовался в 1956 году в селе Махмудавар, где здравствует и поныне.
Известно 3 состава ансамбля - коллектив ветеранов, нынешнее поколение и молодняк. Возрастной диапазон участников коллектива ветеранов варьирует от 45 до 60 лет, а возраст вокалистов современного состава ансамбля - 17-35 лет. Ветеранский состав ансамбля "Халай" часто сравнивают с известным коллективом "Бурановские бабушки", с той лишь разницей, что наш "Халай" появился гораздо раньше! Все составы регулярно проводят репетиции и выступают перед публикой. Выступления ансамбля проходят по большим праздникам в масаллинском Доме культуры. Также несколько раз в месяц ансамбль дает концерты перед отдыхающими в различных зонах отдыха и санаториях - "Истису", "Даштвенд", "Гёлюстю" и др. Нередко ансамбль выступает и в соседних районах. Кроме того, ансамбль часто гастролирует и неоднократно выступал в России, Украине, Беларуси, Грузии, Турции, Ираке, Венгрии и др. странах. В репертуар коллектива "Халай" входят народные талышские, азербайджанские, иранские песни, танцы и сценические номера. Среди них такие известные народные мотивы, как "Лолу" ("Халай"), "Айлали", "Бу Лейли", "Дильшады", "Масаллы", "Вокзалы", "Мирзяйи", "Дильбяри" и другие, которые служат основой для создания ярких и колоритных песенно-танцевальных образов. В представлениях ансамбля используются яркие национальные костюмы и реквизит, созданные народными умельцами Масаллы.
Не случайно вот уже третий год в Масаллинском районе проводится Международный фестиваль фольклора, призванный возрождать, сохранять и развивать самобытное народное творчество, обычаи и культуру различных народностей, населяющих Азербайджан и другие страны. Сам Масаллы настолько богатом народными традициями, что в 2012 году этот район был объявлен фольклорной столицей Азербайджана.
Рассказывая о Масаллы невозможно обойти вниманием тему талышской кухни, которая очень богата, разнообразна и имеет древнюю историю. Еще во время археологических раскопок в районе была найдена кухонная утварь из камня и глины: пиалы, сосуды для воды, сковороды, кувшины, относящиеся к периоду III-I веков до нашей эры.
В Масаллинском регионе широко распространены блюда из риса - не менее 20 наименований, среди которых различные вариации плова: пахла плову, лобья плову, туршулу аш, лобья ашы, айран ашы (та же довга). Кроме этого, в талышской кухне известны 23 вида мясных блюд, 9 видов рыбных блюд, 8 видов каш, 5 видов омлета, 28 видов блюд из фруктов, разные виды "сырдагов" (тушеные баклажаны) и др. Широко распространены блюда ляргя, мярджи, лявянги из птицы, рыбы, фаршированной орехами, луком, сумахом, которые только в Масаллы готовят в тяндире. На десерт здесь часто готовят люкю - лепешки из рисовой муки с маслом и молоком, сладкие булочки из рисовой муки и т.п.
Рацион масаллинцев меняется и в зависимости от времени года. К примеру, в мае в этих краях в почете жирный плов с фасолью и мелко нарезанным свежим укропом. Весной также в моде листовой салат вместе с яблочным соусом, приправленным ароматными травами. Кроме того, здесь любят неожиданные контрасты. Скажем, копченую рыбу могут подать к столу с пловом или сладким арбузом.
Путешествовать и изучать Масаллы можно постоянно, всякий раз открывая для себя что-то новое. Каждый проведенный в этом щедром крае день будет богат незабываемыми впечатлениями и станет яркой страницей в жизни любого туриста, посетившего Азербайджан.
О проекте
Напомним, что в рамках проекта по составлению туристических путеводителей по регионам Азербайджана, организованном при поддержке Министерства культуры и туризма Азербайджанской Республики, журналист вместе с фотографом и гидом объездили ряд крупных регионов Азербайджана, чтобы ознакомить туристов с необъятным потенциалом этих мест.
В настоящее время изданы на нескольких языках и доступны для приобретения путеводители по Губе, Гусару, Хачмазу, Габале, Исмаиллы, Масаллы, Мингячевиру. Готовятся к печати издания, посвященные Шеки, Гяндже, Шамкиру, Шамахы и другим городам и регионам Азербайджана.

_______________________________________________________________________________________________

"Məmmədağa Eynullayevin əməlləri şantaj və təhdiddir"

Deputat Elmira Axundova onu məhkəməyə verən birlik sədrinin ittihamlarına cavab verdi
"Bizim Yol" qəzetinin dünənki sayında Masallı Ziyalılar Birliyinin sədri Məmmədağa Eynullayevin fikirləri dərc olunub. O, Masallı rayon rəhbərliyini korrupsiyada, vətəndaşların hüquqlarını pozmaqda ittiham etməklə bərabər ərazidən seçilmiş deputatları da biganəlikdə qınayıb. M.Eynullayev millət vəkillərini onların sorğularına cavab vermədiyinə görə məhkəməyə verdiyini bildirib.
71 saylı Masallı kənd seçki dairəsindən deputat seçilmiş Elmira Axundova "Bizim Yol" qəzetinə bildirib ki, millət vəkili olduğu 9 il ərzində Masallıda əhəmiyyətli dəyişikliklər və inkişaf müşahidə olunub. "İstər infrastrukturun inkişafı, istər rayonun iqtisadi vəziyyətinin yaxşılaşdırılması, istər əhalinin maddi şəraitinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bu iş indiki icra başçısı cənab Rafil Hüseynov tərəfindən də layiqli şəkildə davam etdirilməkdədir. Bunun nəticəsidir ki, Masallı şəhərinin siması əhəmiyyətli dərəcədə dəyişib. Burada bir çox orta məktəb binaları, bağçalar yenidən qurulub, təzə küçə və prospektlər salınıb, müasir işıqlandırma quraşdırılıb. Əhalini narahat edən digər problemlər də diqqət mərkəzindədir və tədricən aradan qaldırılacaq".
Deputat daha sonra tənqidlərə cavab verərək bildirib ki, Məmmədağa Eynullayevin özünün fəaliyyəti isə sual doğurur. "Bu şəxs əvvəllər Masallı Rayon İcra Hakimiyyətində hüquq şöbəsinin rəhbəri olub. Lakin yol verdiyi ciddi qanun pozuntularına görə Masallının keçmiş icra başçısı Qəzənfər Ağayev tərəfindən işdən azad olunub. Həmin vaxtdan bu yana o, hər yeni gələn icra başçısına qarşı böhtan, şər, qarayaxma kampaniyası həyata keçirir, yerli camaat arasında dövlətə və dövlətçiliyə qarşı nifrət toxumları səpir, əhalidə həm icra başçısına, dolayısı ilə də ölkə rəhbərliyinə qarşı nifrət oyatmağa çalışır. Sual olunmalıdır ki, nə üçün o, icra hakimiyyətində işlədiyi dövr ərzində icra başçısını tərifləyirdi, işdən çıxarıldıqdan sonra isə əks mövqe tutmağa başladı?"
E.Axundova qeyd edib ki, Məmmədağa Eynullayev onun seçildiyi 71 saylı Masallı kənd seçki dairəsinə daxil deyil. "Ola bilsin o əsas gətirəcək ki, guya Masallı Ziyalılar İctimai Birliyinin sədridir. Amma inanın bu da yalandır. Çünki qanuni şəkildə fəaliyyət göstərən həmin birliyin sədri Qardaş Fətullayevdir. Bu faktlardan göründüyü kimi, Məmmədağanın məqsədi əslində qanunun və insanların hüquqlarının qorunması yox, sadəcə olaraq saxta faktları önə sürməklə qarşıdurma və əhali arasında qarışıqlıq yaratmaqdır. Mən onun məktublarını almışam və aidiyyəti qurumlara da göndərmişəm. Yəqin ki, bu illər ərzində onun məktubları müvafiq orqanlarda dəfələrlə yoxlanılıb. Mən və Nəriman Əliyevə gəldikdə isə biz millət vəkilləriyik. Biz hüquq mühafizə orqanlarının işini əvəz edə bilmərik. Mənim ona əsas sualım ondan ibarətdir ki, əgər Məmmədağa Eynullayev iddia edirsə ki, Rafil Hüseynovun əməllərində cinayət tərkibi var, nəyə görə bu işlə bağlı o, məhkəməyə müraciət etmir, müvafiq qeyri-hüquqi üsullara əl ataraq, ucuz şoularda iştirak edir? Mən dəfələrlə ona və onun kimilərə məsləhət görmüşəm ki, hər hansı şəxsə qarşı iddianız varsa, məhkəməyə müraciət edin. Bu, yeganə hüquqi yoldur".
Deputatın sözlərinə görə, M.Eynullayevin Nəriman Əliyevi və onu məhkəməyə verəcəyi ilə bağlı təhdidlərinin heç bir əsası yoxdur. "Nəriman Əliyev öz vəsaiti hesabına rayonda həyata keçirilən quruculuq işlərində yaxından iştirak edir, imkansız insanlara yardımlar göstərir. Mənim isə fəaliyyətim göz qabağındadır. Bunun xüsusi izaha ehtiyacı yoxdur, çünki yerli əhaliyə bunlar yaxşı məlumdur. Buna görə də M.Eynullayevin əməllərinə şantaj və təhdiddən başqa ad vermək olmaz".

____________________________________________________________________________________________


III Beynəlxalq Folklor Festivalının açılış paradı yağışın yağmağına baxmayaraq yüksək səviyyədə keçirildi

Xəbər verdiyimiz kimi, Masallı III Beynəlxalq Folklor Festivalının açılış paradı zamanı yağışın yağması təşkilatçıların işini xeyli çətinləşdirib.

Lakin rayon İcra Hakimiyyətinin məsul şəxslərinin deyərdik ki, fədakar fəaliyyəti nəticəsində yarana biləcək texniki problemlərin qarşısı alınıb.

“AzərFax” xəbər verir ki, həmin tədbir zamanı özünün xüsusi fəallığı ilə seçilən İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı olub. Yağış sularının altında texniki heyətlə birgə problemləri aradan qaldıran, ən xırda çatışmazılığın belə yoluna qoyulmasında şəxsən iştirak edən müavinin düşdüyü vəziyyət jurnalistlərin də diqqətindən yayınmayıb.

azerfax.az

____________________________________________________________________________________________

Masallı
Azadinform.az

Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Abasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır. "Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponim "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və onun şərəfinə Masallı adlandırılıb. Toponimika ilə məşğul olan alimlərimizdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı "Azərbaycanın coğrafi adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunmuşdur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri doktoru N.Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı"isə məkan bildirən şəkilçidir. Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı.

08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu. Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlamışdır. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə bir münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə yazılara rast gəlmək olur. Doktor N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki dəfə Masallıda olub. Prezident İlham Əliyev bir neçə dəfə Masallıya səfər etmişdir.

Bu gün respublikamızda həyata keçirilən əsaslı islahatlar, sosial-iqtisadi tərəqqinin təmin olunması məqsədi ilə qəbul olunmuş proqramlar paytaxtda olduğu kimi yerlərdə də böyük məsuliyyət, çeviklik, operativlik və əzmkarlıq tələb edir.  Ölkəmizin hər yerində olduğu kimi, Masallıda da yeni yolların, qaz xətlərinin çəkilməsi, onlarla təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi, habelə yoxsulluğun azaldılması, sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi proqramlarının müvəffəqiyyətlə yerinə yetirilməsi davam etdirilir.        

Abadlıq və quruculuq
Rayonda Heydər Əliyev Mərkəzi, Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzi, YAP Masallı rayon təşkilatının inzibati binası, Taekvondo və Boks mərkəzləri cənab Prezidentin iştirakı ilə açılaraq istifadəyə verilmişdir. Yenidən qurulan Heydər Əliyev parkına, Heydər Əliyev meydanına və Qəhrəmanlar parkına baxış keçirilmişdir.

Şəhərin Z.Əliyeva, Azərbaycan, Füzuli, Dadva, Talışxanov və Qarabağ küçələrində geniş abadlıq və quruculuq işləri görülmüşdür. Boradigah idman kompleksinin tikintisi tamamlanaraq istifadəyə verilmişdir. Rayonun giriş və çıxış qapılarının tikintisi də başa çatmışdır. Bunlardan əlavə Qarabağ küçəsində məhəllələr abadlaşdırılmış, ümumi yaşayış evlərinin dam örtükləri müasir üslubda dəyişdirilmişdir. Cari ildə 6 məktəb binası, 1 uşaq bağçası və 2 həkim məntəqəsi istifadəyə verilmişdir. Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Mərkəzi rayon Xəstəxanasının, Kalinovka kənd və Boradigah qəsəbə sahə xəstəxanalarının əsaslı təmiri, rayonun müxtəlif ərazilərində 8 həkim məntəqəsinin tikintisi aparılır. Bundan əlavə 3 məktəbin əsaslı təmiri, 5 məktəb və bir uşaq bağçasının, həmçinin Masallı Tarix Diyarşünaslıq muzeyinin, Uşaq İncəsənət məktəbinin və Bayraq Meydanının tikintisi davam etdirilir. Hazırda şəhərin Azərbaycan, Həzi Aslanov küçələrində və Talışxanov prospektində abadlıq, quruculuq işləri davam etdirilir. Bu işlər çərçivəsində qeyd olunan küçələrə müasir işıqlandırma sisteminin, səkilərin qurulması və yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Həmçinin H.Aslanov küçəsində yerləşən kommunal binaların fasadları və dam örtükləri əsaslı təmir edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə altı istiqamətdə və ümumi uzunluğu 24 km olan kəndarası avtomobil yollarının çəkilməsi məqsədilə vəsait ayrılmışdır. Bu vəsait hesabına daha ağır vəziyyətdə olan Həsənli-Xırmandalı, Kürdəbaz-Qarğalıq, Seybətin-Səmidxan, Musaküçə-Lürən və Qodman-Qəriblər yolunun əsaslı təmiri başa çatdırılmışdır. Bununla bərabər 6 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 14 km olan Kolatan-Sığdaş və 6 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 4 km olan Bambaşı-Yeyənkənd yolunun çəkilişi də tamamlanmışdır. 

Sahibkarlığa diqqət və qayğı
Sahibkarlığın inkişaf etdirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Buna uyğun olaraq rayonda sahibkarlığın inkişafına daim diqqət və qayğı göstərilir. Sahibkarlığa mane olan lüzumsuz müdaxilələrin qarşısı alınır və yeni biznes layihələrinin həyata keçirilməsində onlara yaxından kömək göstərilir. Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzdan olan 80 sahibkara ümumilikdə 3.212.000 manat güzəştli kreditlər verilmişdir.

Kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafı istiqamətində prioritet sahələrdən biridir. Burada struktur islahatlarının aparılmasına ehtiyac vardır  və daha səmərəli struktur formalaşmalıdır. Masallı rayonunda da bu sahənin inkişafı qarşıda duran ən ümdə vəzifələrdəndir.

2013-cü ildə Masallıda 24953 ha. əkin sahəsindən 17536 hektarda əkin aparılmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalının həcmi əvvəlki illə müqayisədə 0.7%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 10.6%, bitkiçilik məhsullarının istehsalı 11.90% artmışdır.

Rayonda əkilmiş 7604 ha buğda sahəsindən 17895 ton, 2430 ha apra sahəsindən 5282 ton, 2805.7 ha tərəvəz sahəsindən 70299 ton, 1477 ha kartof sahəsindən 32175 ton, 586.5 ha bostan əkini sahəsindən isə 6909 ton məhsul istehsal edilmişdir.

2013-ci ilin əvvəlinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 73664 başa, xırda buynuzlu mal-qaranın baş sayı 83098 başa çatmışdır. Ötən il ərzində süd istehsalı 48570 tona, ət istehsalı 5678 tona, yumurta istehsalı 55200 ədədə çatmışdır.

Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 265.5 ton tərəvəz, 112 ton kartof, 4 ton mal və quş əti, 10 ton noxud-lobya, 9.8 ton balqabaq, 2.6 ton süd, 2.5 ton sitrus meyvələri, 2.2 ton bal və 77 min ədəd yumurta göndərilmişdir.

212 min nəfər sakini olan Masallı respublikanın ən sıx əhali yaşayan və aztorpaqlı rayonları sırasındadır.Təhlillər göstərir ki, torpağın az olmasına baxmayaraq mövcud əkin sahələrinin böyük bir hissəsi, 10 min hektara qədəri əkilmir və ya qismən əkilir. Əkilən sahələrin böyük hissəsinə taxıl və digər dənli bitkilər əkilmişdir ki, bu da torpaq payçılarına heç bir səmərə vermir. Taxıl əkininin hər hektarından cəmi 1-2 ton məhsul götürülür, təsərrüfatların əksəriyyəti yalnız dövlətin bu sahəyə ayırdığı subsidiyalar hesabına yaşayır.

Torpaqlardan düzgün və səmərəli istifadə olunmaması səbəbindən kənd təsərrüfatı gəlirsiz bir sahəyə çevrilmiş və əhalinin bu sahəyə ildən-ilə marağının azalmasına səbəb olmuşdur. Bu vəziyyət ölkə iqtisadiyyatının inkişafına mənfi təsir etməklə yanaşı işsizlik probleminin tam həll edilməsinə mane olan əsas səbəblərdəndir.

Rayonda  daha çox əmək tutumu olan və az sahədən daha çox gəlir götürmək mümkün olan sahələrin, o cümlədən istixana təsərrüfatlarının yaradılması bu problemin həllində əhəmiyyətli rol oynayır. Keçən il Şərəfə kəndi ərazisində 5 hektarlıq yeni müasir istixana təsərrüfatı qurulmuşdur. Əvvəlki illərdə mövcud olan 2,5 ha istilikxana  təsərrüfatı ilə birlikdə hazırda Masallıda cəmi 11 hektar istixana təsərrüfatı yaradılmışdır. Qış aylarında istixananın hər hektarından 350-400 ton pomidor məhsulu, mövcud bazar qiymətləri ilə 500 min manat ümumi gəlir götürmək mümkündür. 1 hektar istixanada 20 nəfər daimi işlə təmin edilir. Beləliklə ildə 11 hektardan 5,0-5,5 mln. manat ümumi gəlir götürülür və 220 yeni iş yeri yaradılmışdır. Müqayisə üçün deyim ki, ötən il əkilən 11 min 158 hektar taxıl sahəsindən cəmi 4,6 mln manatdan az ümumi gəlir əldə olunmuş, 100-110 nəfərin məşğulluğu qeydə alınmışdır.

Ötən il rayonda əkilən faraş kartof sahələrinin genişləndirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirilmişdir. Əlaqədar təşkilatlarla aparılan davamlı məsləhətləşmələr və həyata keçirilən əməli tədbirlər nəticəsində kartofun ixrac edilməsi istiqamətindəki mövcud problemlər aradan qaldırılmışdır. Təsadüfi deyildir ki, ötən il kartofun topdan satış qiyməti yüksək olmuş və bu davamlı xarakter almışdır. Nəticədə 1477 ha  faraş kartof əkini sahəsindən 32174.6 ton məhsul götürülmüşdür ki, onun satışından 16 milyon 500 min manatdan artıq gəlir götürülmüşdür. Keçən il əldə olunan yüksək məhsuldarlıq və gəlir cari ildə bu sahənin daha da inkişaf etdirilməsinə və genişləndirilməsinə təkan verəcəkdir.

Cari ildə gəlirli sahə olan çiyələk əkini plantasiyalarının genişləndirilməsinə başlanmış, onun ərazisi artıq 27 hektara çatdırılmışdır. Örtüksüz çiyələk əkinlərində müasir texnologiyanın tətbiqi nəticəsində hər hektardan 20 min manata qədər ümumi gəlir götürmək və 10-12 daimi iş yeri yaratmaq mümkün olur. Rayonda həmçinin yüksək gəlirli və əmək tutumlu olan faraş kartof, tərəvəz əkinlərinə də üstünlük verilir.

Çayçılığın inkişaf etdirilməsi məqsədi ilə bu il  Kolatan kəndində uzun illər istifadəsiz qalmış 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanmışdır. Artıq həmin əraziyə 14 km uzunluğunda yolun çəkilişi başa çatdırılmışdır. Yaxın gələcəkdə bu gəlirli sahənin ən azı 1400 hektara çatdırılması planlaşdırılır. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.

Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi, rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisənin tikilməsi zərurətini yaratmışdır.Təklif müvafiq mərkəzi icra orqanları tərəfindən də bəyənilmiş və onların həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Biz indi bu istiqamətdə fəaliyyət göstərmək istəyən sahibkarların işə fəal qoşulmasını gözləyirik.

İxtisaslaşmanın sürətlə aparılması, tərəvəz əkini sahələrinin genişləndirilməsi, saxlama, çeşidləmə, qablaşdırma və nəqletmə kompleksinin qurulması layihələrinin həyata keçirilməsi çox zəruridir. Bu layihələr uğurla icra edilərsə qısa vaxt ərzində Masallının faraş tərəvəzinin təkcə yerli bazarlara deyil, böyük həcmdə ənənəvi qonşu ölkələrin bazarlarına da çıxarılmasına imkan yaranacaqdır. Bu da minlərlə yeni iş yerinin açılmasına və əhalinin rifahının yüksəlməsinə səbəb olacaqdır.

Sosial-mədəni inkişaf
Rayondakı bütün ATS-lər elektronlaşdırıldığından ATS-lər üçün yeni binaların tikintisi və  kəndlərin sürətli internet xətti ilə təmin edilməsi günün vacib məsələsi kimi qarşıda durur. Artıq bu istiqamətdə ciddi addımlar atılmışdır. Belə ki, yaxın günlərdə rayonun müxtəlif ərazilərində 55 yeni ATS binasının tikintisi planlaşdırılır. Bunlardan ilk olaraq Qodman kəndində tikilib istifadəyə verilmiş, Öncəqala kəndində isə tikintisinə başlanılmışdır.

Rayon İcra Hakimiyyəti başçısının 10 ərazi nümayəndəlikləri ilə birbaşa elektron rabitə sisteminin qurulması başa çatdırılmışdır. Bu ərazilərin əhalisi birbaşa həmin məntəqələrdəki kompyuter vasitəsi ilə Rayon İcra hakimiyyətinin başçısı ilə ünsiyyət qura bilirlər.

Masallı şəhərində elektrik xətt təsərrüfatının yenidən qurulması işləri başa çatdırılmış, şəhər üzrə 6721 smart tipli sayğac qoyulmuşdur. Hesabat dövrü ərzində Masallı Elektrik Şəbəkəsi tərəfindən 220 kvt-lıq və 110 kvt-lıq yarımstansiyalarda təmir-bərpa işləri aparılmış, 236 ədəd ağac və dəmir beton dayaq dəyişdirilmişdir.

Rayon üzrə ümumi qaz abonentlərinin sayı 27 min 985 nəfərdir. Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar Eminli, Qarğalıq, Şəhriyar, Kürdəbaz və Yeddioymaq-1 kəndlərində qaz xətlərinin çəkilişi yekunlaşdırılmış və 1124 abonent təbii qazla təmin edilmişdir. Hazırda Ərkivan qəsəbəsində və Təklə kəndində mövcud olan köhnə qaz xətlərinin yenidən qurulması işləri davam etdirilir.

Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.

Uzun illərdir ki, Masallı rayon sakinlərini ən çox narahat edən məsələlərdən biri də rayonun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmamasıdır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara tapşırıqlar vermiş və ölkə rəhbərinin nəzarətində olan məsələnin həlli istiqamətində qısa müddətdə müsbət nəticələr əldə olunmuşdur. “Azərsu” ASC-i tərəfindən  ümumilikdə 110 min əhalinin yaşadığı 38 kəndə içməli su xəttinin çəkilişinə başlanılmışdır. Mənbəyini Viləşçay su anbarından alan bu xətt vasitəsilə əhalimiz ən yüksək keyfiyyətli su ilə təmin ediləcəkdir.

Müvafiq Dövlət Proqramlarına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında son illərdə Masallıda 34 yeni məktəb binası tikilmiş, 5 məktəb isə əsaslı təmir olunmuşdur. 2013-cü ildə 5 məktəb-640 şagird yerlik Xıl, 360 şagird yerlik Öncəqala, 220 şagird yerlik Kəlbəhüseynli, 220 şagird yerlik Kosakül və 80 şagird yerlik Allahyarlı kənd məktəbləri tikilib istifadəyə verilmişdir. Eyni zamanda 840 şagird yerlik Bədəlan kənd tam orta məktəbinin əsas korpusunun təmiri başa çatdırılmışdır.  Hazırda Mahmudavar kənd ümumi orta məktəbin tikintisi, Kolatan və Masallı şəhər 1 saylı tam orta məktəblərinin və Bədəlan kənd tam orta məktəbinin II korpusunun əsaslı təmiri davam etdirilir. Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvand kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılması nəzərdə tutulur. 

Masallı rayonunda 16 uşaq bağçası fəaliyyət göstərir ki, burada 940 uşaq tərbiyə alır. Uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müəyyən tədbirlər həyata keçirilmişdir. Uşaq bağçalarına ümumilikdə 500 yataq dəsti və çarpayı verilmiş, habelə digər invertarla təmin olunmuşdur. Eyni zamanda Gəyəçöl, Qızılağac kənd və Masallı şəhər 3 saylı uşaq bağçalarının əsaslı təmiri başa çatdırılmışdır. Masallı şəhər 2 saylı uşaq bağçasının tikintisinə başlanılmış və üç yeni bağça binasının tikintisinə hazırlıq işləri görülür.

Rayonda fəaliyyət göstərən 62 səhiyyə müəssisəsinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müəyyən işlər görülmüşdür. Eyni vaxtda Masallı rayon Mərkəzi Xəstəxanasının, Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanalarının əsaslı təmirinə başlanılmışdır.

Bundan əlavə daxili imkanlar hesabına Mahmudavar kəndində yeni həkim məntəqəsi tikilmiş, Alışanlı kəndində isə tibb məntəqəsi əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Hazırda Xırmandalı, Qarğalıq, Güllütəpə, Yolağac, Şərəfə, Türkoba kəndlərində yeni tibb məntəqələrinin tikintisi davam etdirilir. Yaxın günlərdə Hacıtəpə, Əhmədli, Gəyəçöl, Məmmədoba və Ərəb kəndlərində həkim məntəqələrinin tikintisinə başlanılacaqdır. 

Son iki ildə Masallı şəhərində Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Folklor Festivalı yüksək səviyyədə keçirilir. İldən-ilə festivalda iştirak etmək istəyən ölkələrin sayının artması və miqyasının genişlənməsi onu deməyə əsas verir ki, Masallı bu festivala layiqincə ev sahibliyi edir. Ənənəyə uyğun olaraq iyun ayının 12-dən 15-ə qədər Ümummilli Liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş II Masallı Beynəlxalq Folklor Festivalının keçirilməsi rayonumuz üçün tarixi bir hadisə idi. Bu festivalda Azərbaycanla bərabər bir çox ölkələrdən, o cümlədən Türkiyə, Latviya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstandan folklor kollektivləri iştirak etmişlər. 

2-15 iyun 2014-cü il tarixində Masallıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi III Beynəlxalq Folklor festivalının keçirilməsi nəzərdə tutulur ki, artıq bununla bağlı hazırlıq işlərinə başlanılmışdır. III Beynəlxalq Folklor festivalında daha çox ölkənin iştirakı təmin ediləcək və keçən il olduğu kimi bu il də Masallı Azərbaycanı şərəflə təmsil edəcəkdir.

Turizimin inkişafı prioritet sahə kimi
Masallı rayonunun əsrarəngiz gözəlliyi və möcüzəvi bulaqları burada turizm imkanlarının böyük potensialından xəbər verir. Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 27-si müvafiq lisenziya ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində 1238 turist yeri var.

Rayona 21200 nəfər turist səyahət etmişdir ki, bu da ötən illə müqayisədə 16 % çoxdur. Qonaqlardan 932 nəfəri xarici ölkə vətəndaşları olmuşdur.

Ötən il bu sahənin inkişafı və təbliği ilə bağlı müəyyən işlər görülmüşdür. O cümlədən müxtəlif kütləvi informasiya vasitələrində və Bakı şəhərində keçirilən Beynəlxalq Turizm Sərgisində rayonun turizm imkanları geniş nümayiş olunmuşdur. Turizm mövsümünün başlanması ilə əlaqədar Masallıda ənənəvi keçirilən “Turizm sərgisi”ni xüsusi qeyd etməyə dəyər.

Qeyd edək ki, Masallı rayon İcra Hakimiyyətinin Başçısı Hüseynov Rafil İsrafil oğludur. Rafil Hüseynov Prezident İlham Əliyevin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.


Elvin Xəzər
AZADİNFORM

______________________________________________________________________________________________

Masallı ziyalılarını qəzəbləndirən nədir?

Axır zamanlar Masallının adı mətbuatda tez-tez hallanır. Son 3 ildə davamlı olaraq eyni mövzu və eyni ittihamlarla çıxış edən bir qrup var ki, nəinki yalnış təsəvvür yaradır, şəxsi ambisiyalarının quluna çevriliblər, əsas odur ki, heç layiq olmadıqları ada iddia edirlər. Özü də onların Masallı ziyalıları adından danışmaları əslən Masallıdan olan ziyalıların narazılığına səbəb olub.

“Milli pedaqogika məktəbi” jurnalının baş redaktoru, professor Fərahim Sadıqov əslən Masallıdandır. Tanınmış ziyalıdır. O, anadan olduğu Masallının adının bu şəkildə səslənməsinə, yalançı iddiaların əsirinə çevrilməsinə qarşıdır:
“Mən Masallının adının bu cür hallanmasının qəti əlehinəyəm. Mütəmadi olaraq doğulduğum rayona baş çəkirəm və orada gedən proseslərlə yaxından tanışam tam səmimiyyətimlə ifadə edirəm ki, hazırda Masallıda geniş səviyyədə quruculuq işləri aparılır. Eyni zamanda Masallı yüksək səviyyəli mədəni-kütləvi tədbirlərin keçirildiyi məkana çevrilib. Təkcə 2012-ci ildə Masallıda keçirilən Beynəlxalq Folklor festifalını qeyd etmək kifayətdir. Bütün tədbirlərə Masallının tanınmış ziyalıları dəvət olunur ki, biz bu addımları təqdir edirik.
Masallının bu özəlliklərindən danışamqdansa, 3-4 nəfərin ortaya düşüb cılız iddialarını car çəkmələrinə etiraz edirəm. Ayıbdır! Mənim anadan oldğum Masallının adını belə adamların hallandırmasına mənəvi haqqları yoxdur” –deyən Fərahim Sadıqov hesab edir ki, bu hal davam etdiyi halda masallılı ziyalılar bunlara lazım olan cavabı verəcəklər.
“Mətbuatdan oxuyuram ki, 3-4 nəfər mətbuat konfransı keçirib, Masallı ziyalıları adından danışır. Danışsınlar. Amma Masallı ziyalıları sözündən istifadə etməsinlər”- bu sözləri əslən Masallıdan olan, tanınmış jurnalist Vasif Səmədov deyir. Vasif Səmədovun sözlərinə görə, Ziyalılar cəmiyyətin "ağıllı, düşüncəli, bilikli və professional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən" şəxslərin daxil olduğu sosial təbəqəyə deyilir. Ziyalı - ziyalılar təbəqəsinin nümayəndəsidir. “Bu adı çəkilən adamları mən heç tanımıram. Bunlar kimlərdir? Nə haqla ziyalı adından danışırlar? Bu haqqı kim verib onlara?”- deyən Vasif Səmədov Masallını nəinki ölkə miqyasında, eləcə də dünya çapında layiqincə təmsil edən insanlar bu sözdən istifadə etməyə çəkindikləri halda, cılız iddialarının reallaşması üçün bu addan qalxan kimi istifadə etdiklərinə görə, onları qınadıqlarını dedi.
Əslən Masallıdan olan professor Füzuli Bayat deyir ki, “Eşidəndə ki, bir qrup xəstə təxəyüllü insan Masallı ziyalılarının adından danışırlar, inanın ki, bu məni çox qəzəbləndirdi. Filankəs işləmədi, filankəs bizi qəbul etmədi, onu istəyirik, bunu istəyirik. Bu, ziyalı adına yaraşmaz ”- deyən Füzuli Bayat əlavə edib ki, o, Məmmədağa Eynullayev haqda məlumat almağa çalışıb. Rayonun tanınmış adamları belə bir ziyalını tanımadıqlarını deyiblər. “Mən dəhşətə gəldim. Bu cür adam necə ziyalı ola bilər? Daha doğrusu, necə bu adı öz üzərinə götrüməyə utanmaz?”-
Masallı Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev məsələyə aydınlıq gətirib. O deyib ki, Məmmədağa Eynullayev uzun müddət icra hakimiyyətində hüquq şöbəsinin müdiri işləyib. 1990-cı illərin əvvəllərində Xalq Cəbhəsinin Masallı rayon şöbəsinin sədri olub. 1990-cı illərin sonlarında icra hakimiyyətində ona vəzifə verilib və siyasi mövqeyini dəyişərək Xalq Cəbhəsindən istefa verib. İşində yol verdiyi nöqsanlara görə 2009-cu ildə keçmiş icra başçısı onu hüquq şöbəsinin müdiri vəzifəsindən azad edib. Vəzifədən çıxarılandan sonra birdən-birə əvvəl söylədiyinin əksinə danışmağa başlayıb. Görünür, şantaj yolu ilə vəzifə əldə etməyə cəhd göstərir. Uzun illər bir-birinin ardınca nə az, nə çox düz beş başçının verdiyi qərarlara hüquqi don geydirən M.Eynullayev vəzifədən uzaqlaşdırıldıqdan sonra demokratik dəyərlər, qanunun aliliyi, insan haqları "aşiqi” kimi zühür etmək xulyasına düşdü. Onun ətrafına yığdığı 4-5 adamdan isə ümumiyyətlə danışmağa dəyməz. Hamı bilir ki, onların ikisi ruhi xəstə, digərləri isə rayonda mənfi imicə sahib olan insanlardır.Ona görə də onları ziyalı kimi təqdim edən bəzi KİV-dən xahiş edirəm ki, bu insanların yalanlarına yer verməklə öz inandırıcılığınıza zərbə vurmayın. Çünki bunları Masallıda hamı tanıyır və onların qarayaxmalarına heç kim inanmır.Əgər yaxın günlərdə qeyd edilən “ziyalılar” tərəfindən aclıq aksiyası və ya diqqəti cəlb etmək üçün buna oxşar hər hansı aksiya keçiriləcəksə, əmin olun ki, sifariş belə verilib. Bunlar “sifariş”dən kənara çıxa bilmirlər".

www.qafqazinfo.az,   www.azadliq.az
 

Masallı metbuatı

Keçidlər