Şriftin ölçüsü :

Saytın rəngi :

Teleqramlar

Hakim Qurbanovdan, Masallı, Azərbaycan
29 may 2020   president.az

Çox hörmətli Prezident.
Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Bütün Yer kürəsini bürümüş yeni növ koronovirus (COVID-19) infeksiyası ağır fəsadlar verməkdədir. Günü-gündən yoluxmanın və ölənlərin artması pandemiyanın miqyasını xarakterizə edir. Həm iqtisadi, həm də siyasi cəhətdən dünya nəhənglərinin qarşısında aciz qaldığı koronavirusla mübarizə doğma Azərbaycanımızda az itkilərlə, həm də mütəşəkkil qaydada həyata keçirilir. Sizin məsələyə vaxtında müdaxiləniz, yerində verilmiş qərarlar, görülən tədbirlər xalqı bu bəlaya qarşı səfərbər etməklə itkilərin miqyasını xeyli azaltdı. Məhz Rəhbərin, hakimiyyətin xalqla vəhdəti pandemiyaya mübarizə şəraitində özünü bir daha sübut etdi. Necə ki, vaxtilə ümummilli lider Heydər Əliyev xalqın səsinə səs verdi, dövlətçiliyi xilas etdi.
Təşəkkür edirik cənab Prezident. Çox sağ olun ki, hər zaman bizimləsiniz, hər zaman yanımızdasınız.

Hörmətlə,
Qurbanov Hakim Mirzə oğlu
Azərbaycan Respublikası, Masallı rayonu.

___________________________________________

Qaraxan Ağayev və başqalarından, Masallı, Azərbaycan
23 may 2020  president.az

Möhtərəm cənab Prezident.
Uzaqgörən, müdrik siyasətiniz sayəsində Azərbaycan dünyanı bürümüş koronavirusdan ən az itki verən ölkələrdən biridir. Böyükdən kiçiyə bütün əhalini qorumaq üçün düşünülmüş qərarlar verdiniz. Elə bu səbəbdən koronavirus pandemiyasının ən az təsir etdiyi ölkələr arasında birincilərdənik.
Qəbul etdiyiniz qərarlara, qısa müddətdə pandemiyanı nəzarət altına aldığınıza görə Sizə minnətdarlığımızı bildiririk.
Uca Allahdan Sizə cansağlığı diləyirik.

Hörmətlə,
Ağayev Qaraxan, Qənbərzadə Lətifə, Mirzəyev Xeybər
Nəzərov Əşrəf, Mirzəyev Azər.
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________

İlkin Ağayev və başqalarından, Masallı, Azərbaycan
22 may 2020   president.az

Hörmətli cənab Prezident.
Siz bu çətin günlərdə diqqət və qayğınızı bizdən əsirgəmədiniz. İnşallah, vaxtında gördüyünüz tədbirlər sayəsində tezliklə koronavirus bəlası Azərbaycan xalqının başı üzərindən çəkilər. Biz buna inanırıq. Sizin uğurlu və uzaqgörən siyasətiniz, gördüyünüz qabaqlayıcı tədbirlər buna əmin olmağımıza əsas verir.
Siz ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu davam etdirir, xalqımıza olan diqqət və qayğını gündən-günə artırırsınız. Dünyada geniş yayılmış koronavirusla mübarizədə güclü iqtisadiyyata malik olan ölkələrin aciz qaldığı bir dövrdə Azərbaycan xalqı Sizin qətiyyətli addımlarınız və vaxtında verilmiş düzgün qərarlarınız sayəsində bu bəladan az itki ilə qurtulacaq. Xalqımıza olan diqqətinizə görə Sizə təşəkkür edirik.
Allah Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı versin. Allahın amanında olasınız.

Hörmətlə,
Ağayev İlkin Çərkəz oğlu, Əliyev Cəlal Xəlil oğlu, Nuriyev Əfsər Mehrab oğlu, Əhmədova İlhamə Möhsüm qızı, Həbibova Ülkər Akif qızı, Abbasov Hikmət Şirzad oğlu, Hüseynov Əliyağa Ağəli oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.

_____________________________________________________

Zaur Nəciyev və başqalarından, Masallı, Azərbaycan
21 may 2020  president.az

Hörmətli cənab Prezident.
Dünyanı bürümüş təhlükəli koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş xüsusi karantin rejimi dövründə rayonumuzun aztəminatlı sakinləri maddi və ərzaq yardımı ilə təmin olundular.
Bununla yanaşı, rayonumuzda bu xəstəliyin geniş yayılmaması üçün görülən qabaqlayıcı tədbirlər də səmərəli oldu, böyük itkilərin qarşısı alındı.
Koronavirusla mübarizədə Azərbaycanımızın adının başqa ölkələrə nümunə kimi çəkilməsi bizi sevindirir və qürurlandırır. Bu nailiyyətlər Sizin uzun illərdən bəri yorulmaz fəaliyyətinizin sayəsində baş verdi. Buna görə də xalqımız Sizə minnətdardır.

Hörmətlə,
Nəciyev Zaur, Məmmədov Zayid, Niftiyeva Mətanət, Muradova Xanım,
Məmmədəliyev Əliniyaz, Rəhmətov Əlimərdan, Mirzəcanov Çingiz
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________

İntiqam İsmayılovdan, Masallı, Azərbaycan
21 may 2020  president.az

Hörmətli cənab Prezident.
Mən Masallı rayonu, Ərkivan qəsəbəsindəki orta məktəbin 6-cı sinif şagirdiyəm. Kəndimizin bütün məktəbliləri adından Sizə böyük təşəkkür etmək istəyirəm.
Koronavirus pandemiyası bütün dünyanı ağır sınaqlara çəkdi. Belə bir vaxtda Sizin xalqımıza, xüsusın uşaqlara qayğınız bizi qorudu. Biz məktəblilər də daha yaxşı oxumağa, dərslərimizdən geri qalmamağa çalışacağıq.
Bu virus Allahın yardımı, Sizin əvvəldən gördüyünüz tədbirlərin köməyi ilə yox olub gedəcək. Buna görə Sizə təşəkkür edirəm. İnşallah, biz əvvəlki günlərə dönəcək, yenə qayğısız, xoşbəxt yaşayacağıq.

Hörmətlə,
İsmayılov İntiqam Şakir oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi.

__________________________________________________________

Firdovsi Cəbrayılovdan, Masallı, Azərbaycan
20 may 2020   president.az

Möhtərəm cənab Prezident.
Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Dünyanı təhdid edən pandemiyanın Azərbaycanda yayılmasının qarşısını almaq üçün ilk gündən lazımi sosial və iqtisadi tədbirlər görüldü. Sizin apardığınız uğurlu siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, sosial sahədə böyük nailiyyətlər əldə olunub.
Bütün dünyanı cənginə alan koronovirus bəlasından xalqımızı qorumaq üçün vaxtında verdiyiniz qərarlar və tapşırıqlar bir Azərbaycan vətəndaşı kimi bizi çox sevindirdi. Çox sevindirici haldır ki, iqtisadi gücü ilə öyünən bir çox dövlətlər belə ölkəmizin bu pandemiyaya qarşı apardığı mübarizə üsulundan faydalanırlar. İnanıram ki, Sizin hərtərəfli düşünülmüş siyasətiniz nəticəsində ölkəmiz postpandemiya dövründə öz iqtisadi gücünü sürətlə bərpa edəcəkdir.
Son günlər kəndimizin sakinlərinin maddi rifahının təmin olunması üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən yardımlar kənd camaatı tərəfindən böyük sevinclə qarşılandı. Buna görə kənd sakinləri adından Sizə, Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümüzü bildiririk.
Cənab Prezident, hər zaman olduğu kimi, bu ağır günlərdə də xalqın yanında olaraq hər bir vətəndaşın sağlamlığı, təhlükəsizliyi və sosial rifahı naminə atdığınız bütün addımları yüksək qiymətləndirir, bizi qoruduğunuz üçün Sizə minnətdarlığımızı bildiririk. Vətənimizin daha xoşbəxt sabahı üçün həyata keçirdiyiniz tədbirləri görür, alqışlayır və Sizin ətrafınızda sıx birləşmişik. Sizə işlərinizdə uğurlar arzulayıram. Allah Sizi qorusun.

Hörmətlə,
Cəbrayılov Firdovsi İbadulla oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Bədəlan kəndi.

__________________________________________________

Xanməd Həşimovdan, Masallı, Azərbaycan
20 may 2020   president.az

Əziz Prezidentimiz.
Dünyanı cənginə almış koronavirus pandemiyasından Azərbaycan xalqını uzaqgörən siyasətiniz və müdrikliyiniz sayəsində qoruduğunuza görə Sizə minnətdarıq. Baxmayaraq ki, bir çox böyük və güclü ölkələr ağır vaxtda xalqının sağlamlığından çox dövlətinin iqtisadiyyatını fikirləşdilər, Siz Vətənin mənafeyini, xalqın sağlamlığını əsas tutdunuz, bizi bu bəladan qorudunuz. Hər çıxışınızdan, müraciətinizdən, atdığınız hər addımınızdan güc-qüvvət aldıq. Sizin sayənizdə dünya Azərbaycan Respublikasının gücünün bir daha şahidi oldu.
Cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, Azərbaycanı çiçəkləndirir, inkişaf etdirir və zənginləşdirirsiniz. Əhalinin rahat və firavan yaşaması üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın hər yerində gözəl və rahat yollar, fasiləsiz işıq və qaz, təmiz içməli su, təzə və təmirli məktəblər, sosial infrastruktur obyektləri və xalqa saymaqla bitməyən digər xidmət nümunələri vardır.
Hər zaman bizim qayğımıza qaldığınıza görə Sizə və ailənizə sonsuz hörmətimi və təşəkkürümü bildirirəm. Allah Sizi, ailənizi və Vətənimizi qorusun.

Hörmətlə,
Həşimov Xanməd Bayraməli oğlu
Azərbaycan Respublikası, Masallı şəhəri.

____________________________________________

Hacıməmməd Zamanovdan, Masallı, Azərbaycan
20 may 2020   president.az

Hörmətli cənab Prezident.
Koronavirus infeksiyasına görə məndən götürülmüş nümunənin nəticəsi pozitiv olduğundan dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildim.
Müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanada müalicə aldığım dövrdə yüksək tibbi xidmət, müayinə və müalicələr, keyfiyyətli yemək təminatı məndə böyük qürur hissi yaratdi.
Artıq bu xəstəlikdən sağalaraq evə buraxılmışam. Müalicə dövründə əhatə olunduğum diqqət və qayğıya görə Sizə öz adımdan və ailəmizin adından dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,
Zamanov Hacıməmməd Qarakişi oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Mololon kəndi.

_____________________________________________

İsgəndər Məmmədəliyevdən, Masallı, Azərbaycan
19 may 2020   president.az

Möhtərəm Prezidentimiz.
Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə də ciddi mübarizə aparılır. Epidemiya ilə əlaqədar olaraq iş yerlərinin müvəqqəti bağlanmasına görə insanlara dövlət tərəfindən maddi köməyin edilməsi, aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsi, eyni zamanda, işsiz insanlara iki ay müddətinə birdəfəlik ödənişin edilməsi, tibb işçilərinin əməkhaqlarının 3-5 dəfə artırılması, haqqı ödənilən sosial iş yerlərinin açılması Sizin xalqımıza olan sevginizin daha bir göstəricisidir. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Allah Sizi qorusun.

Dərin hörmət və ehtiramla,
Məmmədəliyev İsgəndər Əvəz oğlu
Azərbaycan Respublikası, Masallı rayonu.

___________________________________________________

Mehman Qafarlıdan, Masallı, Azərbaycan
19 may 2020   president.az

Hörmətli cənab Prezident.
Koronavirus epidemiyasına qarşı gördüyünüz qabaqlayıcı tədbirlər, xəstəliyin daha geniş ərazini əhatə etməməsi üçün verdiyiniz tapşırıqlar bu problemi nəzarətdə saxlamağa imkan verdi. Bu tədbirlər Sizin üçün xalqın sağlamlığının hər şeydən üstün olduğunu göstərir. Bununla da Siz bir daha hər bir azərbaycanlının Prezidenti olduğunuzu təsdiq etdiniz. Müxtəlif sosial təbəqələrdən olan insanlara yardım edilməsi, bu məqsəd uğrunda hamının səfərbər olması Sizin bu gərgin və məsuliyyətli günlərdə "Biz birlikdə güclüyük!" çağırışınızın sayəsində oldu.

Hörmətlə,
Mehman Qafarlı
Azərbaycan Respublikası, Masallı rayonu.

______________________________________________

Emin Baloğlanov və başqalarından, Masallı, Azərbaycan
19 may 2020   president.az

Möhtərəm cənab Prezident.
Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev 1990-cı illərdə müstəqilliyimizi, dövlətçiliyimizi, xalqımızı faciələrdən qoruduğu kimi, Siz də bu gün xalqımızı çox böyük bəladan qoruyur, hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız.
Hörmətli Prezidentimiz, xüsusi karantin rejiminin tətbiqi və ondan mərhələli şəkildə çıxış Sizin uzaqgörən, müdrik bir siyasətçi, qayğıkeş ölkə başçısı olduğunuzu bir daha qabarıq şəkildə göstərildi.
İnaniriq ki, Sizin və Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xalqımız bu bəladan da uğurla çıxacaqdır. Gördüyünüz misilsiz işlərə görə Sizə və Mehriban xanıma minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,
Baloğlanov Emin, Hüseynova Nəsibə, Seyfullayev Elşad, Sadıqova Südabə, Əkbərov Simran, Əzimov Əzim, Qəniyev Fərhad
Azərbaycan Respublikası, Masallı rayonu.

________________________________________________

Eldəniz İbrahimovdan, Masallı, Azərbaycan
19 may 2020   president.az

Möhtərəm cənab Prezident.
Bu gün ölkəmizdə aparılan inqilabi islahatların gözəl nəticəsi hiss olunmaqdadır. Ümummilli lider Heydər Əliyev akademiyasının məzunu kimi Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı zamanda məhz Sizin rəhbərliyinizlə koronavirusla mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstəyiniz əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür.
Cənab Prezident, Masallı rayonunun sakinləri bütün bunlara görə Sizə təşəkkür edir, möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayır.

Dərin hörmətlə,
İbrahimov Eldəniz
Azərbaycan Respublikası, Masallı rayonu, Xırmandalı kəndi.

______________________________________________

Samit Nuriyevdən, Masallı, Azərbaycan
18 may 2020  president.az

Möhtərəm cənab Prezident.
Biz - masallılılar həmişə Sizi dəstəkləyirik. Çünki Siz ən ağır günlərdə xalqla olub, həmişə vətəndaşlara dəstək göstərmisiniz. Koronavirus pandemiyasının dünyanı ağuşuna aldığı bir vaxtda Siz yenə də bizimləsiniz. İnsanların sağlamlığını qorumaq üçün ölkəmizdə xüsusi karantin rejimi tətbiq etdiniz. Biz yaxşı başa düşürük ki, sağlam qalmaq və normal həyatımıza dönmək üçün özümüzü müvəqqəti olaraq təcrid etməli və evdə qalmalıyıq.
Cənab Prezident, bu çətin dönəmdə əhalinin həssas qrupuna aid olan insanlara göstərdiyiniz dəstəyə görə Sizə minnətdarıq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.

Hörmətlə,
Nuriyev Samit Şahlar kəndi.
Azərbaycan Respublikası, Masallı rayonu.

______________________________________________________

Nurlan Əsgərlidən, Masallı, Azərbaycan
18 may 2020   president.az

Hörmətli cənab Prezident.
Bu məktubumla Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün dünyanın ən güclü dövlətlərinin belə COVID-19 pandemiyası qarşısında aciz qaldığı bir vaxtda Sizin qətiyyətli addımlarınız sayəsində ölkəmizdə bu infeksiyanın yayılması minimum səviyyəyə endirilmiş, pandemiyanın yayılmasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Əlbəttə ki, pandemiyadan zərərsiz ötüşmək mümkün deyil. Lakin mən inanıram ki, Sizin məqsədyönlü fəaliyyətiniz və apardığınız sosial-iqtisadi tədbirlərdən sonra Azərbaycan bu pandemiyadan ən az zərərlə çıxan ölkələr sırasında olacaqdır.
Möhtərəm cənab Prezident, bu gün xalqımızın sağlamlığını düşünərək qəbul etdiyiniz qərarları dəstəkləyir, Sizə dərin təşəkkürümü bildirir və məqsədyönlü fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram. İnanıram ki, sayənizdə bu çətin günləri geridə qoyacağıq. Biz birlikdə güclüyük.

Hörmətlə,
Əsgərli Nurlan Yalçın oğlu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı.
Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi.

___________________________________________________________

Zamiq Əliyevdən, Masallı, Azərbaycan
18 may 2020   president.az

Hörmətli cənab Prezident.
Əvvəlcə Sizi salamlayır, Allahdan Sizə və sevdiklərinizə cansağlığı arzu edirəm. Mən karantin müddətində qaydalara ciddi şəkildə riayət edib evdə qalaraq Sizi dəstəkləmişəm. Hazırda qaydalara yenə də riayət edərək işə çıxmıram. Siz bu çətin gündə xalqın yanında oldunuz, yardım aksiyaları təşkil etdiniz və buna qoşulmaq istəyən yüzlərlə insana stimul verdiniz. Sizinlə fəxr edirəm, qürur duyuram. Bu qədər əziyyətiniz, zəhmətiniz hesabına bu bəlanın öhdəsindən gəldiniz. Əməyinizin, sevginizin, qayğınızın, diqqətinizin qarşısında baş əyirəm. Sizə minnətdarlıq məktubu yazmaq da mənim vətəndaşlıq borcumdur. Çox sağ olun.

Dərin hörmətlə,
Zamiq Əliyev
Azərbaycan Respublikası, Masallı rayonu, Qəriblər kəndi.

__________________________________________________________

Bəhram Yaqubov və başqalarından, Masallı, Azərbaycan
16 may 2020  president.az

Hörmətli cənab Prezident.
Sizin uzaqgörən siyasətiniz, vaxtında verdiyiniz qərarlar nəticəsində ölkəmiz bu gün pandemiyadan ən az zərər çəkən dövlətlərdən biri kimi tanınır. Çünki Sizin müdrik idarəçiliyiniz sayəsində ölkəmizdə bu bəlaya qarşı vaxtında səmərəli tədbirlər görüldü. Sizin və Mehriban xanımın xalqa müraciətləriniz hamını səfərbər etdi. Xüsusi karantin rejiminin tətbiqi, bu müddətdə evdə qalan şəxslərin maaşlarının verilməsi, bu mübarizədə zəhməti olan hər kəsin əməyinin qiymətləndirilməsi Sizin humanistliyinizdən irəli gəlir.
Cənab Prezident, Azərbaycan xalqı yaranan çətinliklərin öhdəsindən həmişə gəlib. Ölkəmizdə böyük uğurların əsas səbəbi liderlə xalqın birliyidir. Ən çətin vaxtlarda lider öz xalqının, vətəndaş isə öz Liderinin yanındadır. İnanırıq ki, tezliklə bu narahat günlərimiz arxada qalacaq, rəhbərliyinizlə bu bəladan xilas olacağıq və ölkəmizdə həyat yenidən əvvəlki axarına düşəcəkdir.
Bu günlərdə vətəndaşlara göstərilən qayğı Sizin nə qədər güclü lider olduğunuzu nümayiş etdirir. Sizə məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Yaqubov Bəhram
Əliyev Simran
Nuralıyev Aydın
Məmmədov Ülfət
Əliyeva Kinəxanım
Ağayev İlkin
Məmmədov Raci.
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________________

Zülfüqar Hacıyev və başqalarından, Masallı, Azərbaycan
14 may 2020   president.az

Hörmətli cənab Prezident.
Dünyada tüğyan edən koronavirus xəstəliyi ilə əlaqədar ölkəmizdə qəbul edilmiş bütün qərarlarınızı dəstəkləyirik. Sizin rəhbərliyinizlə vaxtında görülən tədbirlər əhalinin bu xəstəliyə kütləvi yoluxmasının qarşısını aldı.
Bununla yanaşı, xüsusi karantin rejimində evdə qalan əhali diqqət və qayğı ilə əhatə olunub. Müvafiq qurumlar hər kəslə maraqlanır, insanların zəruri ehtiyacları öyrənilir, aztəminatlı ailələr ərzaq yardımı ilə təmin olunurlar.
Siz hər zaman olduğu kimi, bu ağır günlərdə də xalqın qayğısına qalır, insanları narahat edən problemlərlə yaxından maraqlanırsınız. Hər gün Sizin diqqət və qayğınızı hiss edirik.
Göstərilən qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun.

Hörmətlə,
Hacıyev Zülfüqar
Qədirov Rəşad
Fərzullayeva Maisə
Həsənova Nabat
Mehtiyev Zöhrab
Təhməzova Gülsaray
Mayılov Elməddin
Eminov Səid.
Azərbaycan Respublikası, Masallı rayonu.

___________________________________________________________

Qulam Şükürovdan, Masallı, Azərbaycan
14 may 2020  president.az

Çox hörmətli cənab Prezident.
Bir ziyalı kimi bildirmək istəyirəm ki, səmərəli tədbirlərlə koronavirus infeksiyasının geni yayılmasının qarşısını vaxtında aldığınız üçün Sizə minnətdaram. Hamı narahat idi, böyük çətinlik qarşısında qalmışdıq, nə edəcəyimizi bilmirdik. Amma Sizin çevik, yüksək təşkilatçılıq, müdrik siyasətiniz nəticəsində işlər vaxtında və operativ şəkildə yerinə yetirildi. Dünyanı ağuşuna almış koronavirus pandemiyasına qarşı mübarizədə çərçivəsində görülən ciddi tədbirlər və tətbiq edilmiş karantin rejimi bəhrəsini verməkdədir.
Hörmətli cənab Prezident, Sizin tapşırığınıza əsasən son illərdə ölkəmizdə çoxsaylı müasir klinikalar tikilmiş, xəstəxanalar təmir olunmuşdur ki, bu da vətəndaşların köməyinə çatdı. Ona görə hər yerdə hamı Sizə minnətdardır, hamı Sizə inanır və sabaha ümidlə baxır. Fəal vətəndaşlar Sizin tövsiyənizə əsasən yardımlar göstərdilər, xeyirxah işlər gördülər. Belə nəcib işlərə görə, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya da minnətdar olmaq borcumuzdur. Belə çətin günlərdə hamı bir-birinə dayaqdır. Böyük Tanrı Sizə dayaq olsun.
Cənab Prezident, ölkənin lideri xalqının çətin günündə tanınır və tarixə düşür. Siz əsl tarix yaratmısınız. Çoxsaylı beynəlxalq uğurlarınız da tarixə düşür. Bu çətin günlər də müasir Azərbaycanın tarixinə düşdü. Şərəfli və məsuliyyətli işinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,
Şükürov Qulam Heybət oğlu, hüquq üzrə fəlsəfə doktoru.
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________

Abusət Zeynalovdan, Masallı, Azərbaycan
13 may 2020  president.az

Hörmətli cənab Prezident.
Ölkəmiz Sizin tərəfinizdən həyata keçirilən uzaqgörən siyasət nəticəsində regionun ən güclü dövləti kimi tanınır. Azərbaycan müxtəlif sahələrdə qazandığı uğurlarla öz qüdrətini dünyaya tanıdıb. Bu gün bəşəriyyətin qlobal probleminə çevrilən, bütün dünya ölkələrini cənginə alan koronavirus pandemiyası demək olar ki, əksər ölkələr üçün qarşısıalınmaz təhlükə mənbəyidir. Ölkəmizdə isə Sizin tərəfinizdən vaxtında müdrik addımların atılması biz vətəndaşları böyük bir bəladan xilas etməkdədir. Xalqımız hər zaman Sizin qayğınızı və diqqətinizi öz üzərində hiss edir. Xüsusən də, bu çətin dövrdə Sizin tərəfinizdən bizlərə çox böyük qayğı göstərildi. İmkansız ailələrə yardımların verilməsi, ahıl insanlara qayğının gücləndirilməsi, kiçik sahibkarlara dəstək göstərilməsi ilə bağlı qərarlarınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə güvənimiz sonsuzdur. Sizinlə fəxr edirik, cənab Prezident.

Hörmətlə,
Zeynalov Abusət İsaq oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Böyük Xocavar kəndi.

_____________________________________________________

Dilbər xaladan, Masallı, Azərbaycan
13 may 2020  president.az

Əziz Prezidentimiz.
Dünyanı bürüyən koronavirus bəlasından dövlətimizin və xalqımızın az itkilərə çıxması üçün verdiyiniz bütün qərarları biz məcburi köçkünlər də dəstəkləyir, tətbiq olunan qaydalara əməl edirik.
Cənab Prezident, biz Sizinlə qürur duyuruq. Sizin bu ümumbəşəri bəlaya qarşı qısa müddət ərzində gördüyünüz tədbirlər onu göstərdi ki, Azərbaycan dövləti həmişə xalqın yanındadır. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”, xalqımız isə deyir ki, “Biz Sizinlə güclüyük!”.
Bu qorxunc virusla mübarizə aparmaq üçün gərgin iş rejimində çalışan Prezidentimizi, həkimlərimizi və əməyi keçən digər vətəndaşlarımızı Allah qorusun. Allahın köməyi, Sizin qətiyyətiniz və iradəniz, həmçinin xalqımızın karantin qaydalarına əməl etməsi ilə, inşallah, bu bəladan tezliklə qurtulacağıq. Mən bütün məcburi köçkünləri və xalqımızı karantin rejiminin tələblərində ciddi əməl etməyə çağırıram. Evdə qalaq, sağlam olaq. Bu çağırışa əməl etsək, dövlətimizə daha çox kömək etmiş olarıq.
Cənab Prezident, Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm.

Hörmətlə,
Dilbər xala.
Azərbaycan Respublikası, Masallı rayonu.

___________________________________________________________

Allahverdi Məmmədovdan, Masallı, Azərbaycan
13 may 2020  president.az

Hörmətli cənab Prezident.
Əvvəla belə çətin dövrdə - bu pandemiya şəraitində biz vətəndaşların qayğısına qaldığınıza görə ailəm adından Sizə minnətdarlıq edirəm. Siz öz humanistliyinizlə bir daha sübut etdiniz ki, dövlət həmişə vətəndaşın yanındadır və biz vətəndaşlar, xüsusən də mən öz ailəmlə birlikdə həmişə Sizi dəstəkləmişik, daim Sizinləyik. Bir görürük ki, ulu öndər Heydər Əliyev, o dahi şəxsiyyət əbədiyyətə qovuşsa da, onun pak ruhu daim Azərbaycan xalqı ilədir.
Bir daha Sizə təşəkkür edirəm, sağ olun. Allah Sizi Azərbaycan xalqının başı üstündən əksik etməsin.

Hörmətlə,
Məmmədov Allahverdi Lətif oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Çaxırlı kəndi.

_______________________________________________________

Naibə Kərimovadan, Masallı, Azərbaycan
13 may 2020  president.az

Möhtərəm cənab Prezident.
Sizi Ulu Öndərimizin layiqli davamçısı olaraq xalqımızı uğurla qoruyursunuz. Atalar yaxşı deyib ki, ot kökü üstə bitər. Siz soy kökünə sadiq qalan Vətən oğlusunuz. Siz xoş gündə də, çətin anlarında da xalqımızla birlikdəsiniz, öndəsiniz, arxa, dayağımızsınız. Biz - yaşlı nəslin nümayəndələri Sizin xalq üçün etdiklərinizin dəyərini daha dərindən başa düşürük.
Bu, həqiqətdir ki, hər günümüz işıqlı sabaha açılır. Sizin sayənizdə Azərbaycan inkişaf edir, gözəlləşir. Siz xalqın sevimli rəhbərisiniz. Allah köməyiniz, xalq dayağınız olsun.

Hörmətlə,
Kərimova Naibə.
Azərbaycan Respublikası, Masallı rayonu
.

___________________________________________________________

Rusif Kərimovdan, Masallı, Azərbaycan
12 may 2020  president.az

Möhtərəm cənab Prezident.
Əfsuslar olsun ki, dünyanı bürümüş amansız virusa ölkəmizdə də rast gəldik. Lakin, Sizin qabaqlayıcı tədbirləriniz bu ölüm saçan virusun qarşısına əhəmiyyətli dərəcədə sədd çəkdi. Siz xalqımızı qorudunuz, həmçinin birliyə səslədiniz. Hamının sağlam olması üçün evlərində qaldığı bir vaxtda, Siz Mehriban xanımla bərabər yorulmadan bizi qorumaq naminə çalışdınız.
Cənab Prezident, Sizin nəcib, xeyirxah, humanist əməllərinizin sayı-hesabı yoxdur. Buna görə xalqımız Sizə arxayındır.
Bütün bunlara görə Sizə və Mehriban xanıma minnətdarlığımızı bildirir, hər zaman dəyanət və bitməz-tükənməz güc arzulayırıq.

Hörmətlə,
Kərimov Rusif Şakir oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi.

____________________________________________________________


Azad Məmmədov və başqalarından, Masallı, Azərbaycan
12 may 2020  president.az

Möhtərəm cənab Prezident.
Sizin yorulmaz əməyiniz sayəsində bu gün ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyət stabildir. Əks təqdirdə, biz də başqa ölkələrdə olduğu kimi ağır vəziyyətə düşə bilərdik. Əminliklə deyə bilərik ki, Sizin uzaqgörən və düşünülmüş siyasətiniz nəticəsində atılan doğru və diqqətli addımlar bu gün Azərbaycanımızı üzləşə biləcəyi böyük problemlərdən qoruyur.
Bununla bərabər bu dövrdə işləməyən, yaşı 65-dən yuxarı, tənha və aztəminatlı ailələrin sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını, sahibkarlara dəstək göstərilməsini xüsusi diqqətdə saxladınız.
Hörmətli cənab Prezidentimiz, gördüyünüz bu işlərə görə bütün kəndimizin əhalisi Sizə dərin təşəkkürünü və minnətdarlığını bildirir. Sizə uzun ömür, cansağlığı, Vətən və xalq naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Uca Yaradan günbəgün qüdrətlənən müstəqil Azərbaycanımızı, xalqımızı, Sizi və ailənizi qorusun.

Hörmətlə,
Məmmədov Azad
Mənsimov Polad
Seyfullayeva Jalə
Azərbaycan Respublikası, Masallı rayonu, Şərəfə kəndi.

_____________________________________________________

Rafət Abasovdan, Masallı, Azərbaycan
07 may 2020  president.az

Hörmətli cənab Prezident.
Planetimizdə qlobal təhdid halına çevrilmiş koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən qabaqlayıcı tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm.
Cənab Prezident, koronavirus pandemiyasının yayıldığı dövrdə bir çox Avropa və Qərb ölkələrinin həm iqtisadi, həm də tibbi baxımdan böyük çətinliklərlə üzləşməsi artıq heç kəsə sirr deyil. Lakin, Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, bu gün həmin pandemiyadan ən az zərərlə çıxan ölkələrdən biri, bəlkə də birincisi bizim ölkə oldu.
Cənab Prezident, virusun ölkəmizdə yayıldığı ilk gündən "Biz birlikdə güclüyük!" şüarı ilə xalqımızı ruhlandırmağınızı, karantin rejimi ilə əlaqədar cəmiyyətin işsiz qalan hissəsini həm maddi, həm də ərzaq yardımı ilə təmin etməyinizi təqdirəlayiq hal kimi qiymətləndiririk. Xüsusilə belə çətin vəziyyətdə biz fermerlərə yaratmış olduğunuz şərait üçün Masallı rayon Fermerlər Şurası adından Sizə dərin minnətdarlığımızı bildiririk. Biz əminik ki, belə çətin bir vəziyyətdə Siz xalqımız üçün mümkün olanından daha artığını edirsiniz. Sizinlə fəxr edirik!

Hörmətlə,
Rafət Abasov
Azərbaycan Respublikası, Masallı rayonu.

____________________________________________________________

Əlihüseyn Şükürovdan, Masallı, Azərbaycan
07 may 2020  president.az

Hörmətli cənab Prezident.
Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ilk növbədə, Sizin çevik təşkilatçılığınızın, ilk günlərdən bu istiqamətdə başladığınız işlərin və verdiyiniz tapşırıqların əməli nəticəsi oldu. Sizin uzaqgörən siyasətiniz nəticəsində, əvvəllər təmir edilmiş rayon və şəhər xəstəxanaları karantin vəziyyətinə hazır oldu.
Sizin mətbuatdakı çıxışlarınızdan bizim üçün, ölkə əhalisi üçün dərin narahatlığınız hiss olunurdu. Bu da ölkənin hər bir vətəndaşının qayğısına qalmağınızın, yaşlılara, cavanlara diqqətlə yanaşmağınızın nəticəsidir.
Siz əməlinizlə sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaqdır. Buna görə də xalqımız öz rəhbərini, əsl Liderini, Prezidentini çox sevir, ən əsası ona inanır, bel bağlayır, gələcəyinə ümidlə baxır.
Bizim gələcək uğurlarımız hələ bundan sonra həyata keçəcək. Bugünkü məhdudlaşdırıcı tədbirlər həm də sabahımızı qoruyur. Biz Sizinləyik, cənab Prezident.
İndi biz hər açılan sabahlara, Allahın gündüzlərinə xoş ümidlərlə gözlərimizi açırıq. İndiki sınaq günləri bir də onu göstərdi ki, respublikada uzun keçmişlərdən, əsrlərdən gələn milli-mənəvi dəyərlər, adət-ənənələrimiz qorunur, saxlanılır, böyüyə-kiçiyə hörmət-izzət çoxalır.
Biz Sizə inanırıq, Sizinlə fəxr edirik, şərəf duyuruq. Ağır, çətin, məsuliyyətli işinizdə Allahdan Sizə və ailənizə xoş günlər, xoş diləklər arzu edirəm. Qoy, ulu Tanrı bu bəlanı üstümüzdən götürsün.
Allah Sizi qorusun.

Hörmətlə,
Şükürov Əlihüseyn
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan Respublikası, Masallı rayonu, Yeddioqmaq kəndi.

______________________________________________________

Nəbiyulla Sadıqovdan, Masallı, Azərbaycan
07 may 2020  president.az

Hörmətli cənab Prezident.
Mən Masallı rayonunun Banbaşı kəndində yaşayıram, 70 yaşım var. Yaşımla əlaqədar pensiya alıram. Sizin pandemiya ilə bağlı çağırışlarınıza biz yaşlı nəsil də qoşulduq. Ətrafımızdakıların sağlamlığını düşünərək evlərimizdə qalıb çölə çıxmırıq.
Cənab Prezident, Sizin sayənizdə ölkəmiz bu bəladan az itki ilə çıxmaqdadır. Tapşırıqlarınız əsasında həkimlərimiz, polislərimiz xalqımızın təhlükəsizliyini qorumaqdan ötrü əllərindən gələni əsirgəmirlər.
Allaha şükürlər olsun ki, Sizin kimi Prezidenti bizə bəxş etmişdir. Uca Allah Sizi qorusun, ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.

Hörmətlə,
Sadıqov Nəbiyulla
Azərbaycan Respublikası, Masallı rayonu, Banbaşı kəndi.

__________________________________________________________________

Səmrah Talıbovadan, Masallı, Azərbaycan
06 may 2020  president.az

Hörmətli cənab Prezident.
Dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizə şəraitində Sizin işçilərin işdən azad olunmaması, ixtisara salınmaması, əməkhaqlarının saxlanılması ilə məzuniyyətə göndərilmələri, işsizlərə 190 manat məbləğində vəsait ayrılması, kommunal ödənişlərə güzəştlərin nəzərdə tutulması və digər sosial müdafiə üzrə ciddi addımların atılması barədə qətiyyətli tapşırıqlarınız vətəndaşlara göstərdiyiniz diqqət və qayğınızın nümunələridir.
Bütün bunlara görə, cənab Prezident, Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Siz xalqımızı böyük bəladan minimum itki ilə xilas edir və qoruyursunuz. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,
Talıbova Səmrah Əliövsət qızı.
Azərbaycan Respublikası, Masallı rayonu

________________________________________________________________________

Famil Məcidovdan, Masallı, Azərbaycan
05 may 2020  president.az

Hörmətli cənab Prezident.
Bu çətin günlərdə bizimlə yaxından maraqlandığınız, bizimlə birlikdə olduğunuz, hər zaman vətəndaşların mənafeyini düşünüb addım atdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. Siz həmişə Ulu Öndərimizin yolunu davam etdirmiş, insanların qayğısına qalmısınız. Siz əhalinin hər bir təbəqəsindən olan insanlarla elə yaxından maraqlanmısınız ki, sanki hər bir ailədə varsınız. Biz Sizinlə, Sizin liderliyinizlə, dövlətimizlə, bayrağımızla fəxr edirik.
Cənab Prezident, biz Sizinlə birlikdə bu çətin günlərin də öhdəsindən gələcəyik. Çünki biz birlikdə güclüyük. Allah Sizə uzun ömür, cansağlığı versin. Daim dövlətimizin başında olasınız.

Hörmətlə,
Məcidov Famil Yaşar oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Bədəlan kəndi.

______________________________________________________

Mahir Əliyevdən, Masallı, Azərbaycan
05 may 2020  president.az

Möhtərəm cənab Prezident.
Əvvəla Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində apardığınız siyasətə görə Sizə təşəkkür edirəm. Ölkəmizin hər bir vətəndaşı Sizin dəstəyinizi və qayğınızı hiss edir. Sizin apardığınız daxili və xarici siyasət birbaşa dövlətimizin və vətəndaşlarımızın marağına xidmət göstərir. Sizin verdiyiniz hər bir göstərişin arxasında Azərbaycan vətəndaşının sosial rifahı dayanır.
Son illərdə tapşırığınıza əsasən Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində addımlar atılır. İnanırıq ki, qısa müddət ərzində bu istiqamətdə də çox böyük uğurlarımız olacaqdır. Sizin rəhbərliyinizlə Azərbaycan bir çox sahələrdə idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Buna görə Sizə təşəkkürümüzü bildirərək, qeyd edirik ki, Azərbaycanın hər bir vətəndaşı Sizin arxanızdadır.

Hörmətlə,
Əliyev Mahir Arif oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Xocavar kəndi.

______________________________________________________________________


Mirxədicə Kərimovadan, Masallı, Azərbaycan
05 may 2020  president.az

Möhtərəm cənab Prezident.
Koronavirus pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə atdığınız müdrik addımlar, xalqa qayğıkeş münasibətiniz qürurvericidir. Yürütdüyünüz daxili və xarici siyasəti daim dəstəkləyirik.
Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı, uzaqgörən siyasətinizlə xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirirəm. Göstərişiniz və tapşırıqlarınız ilə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Ulu Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,
Kərimova Mirxədicə Mirhüseyn qızı.
Azərbaycan Respublikası, Masallı rayonu.

________________________________________________________

Hüseyn Əmirlidən, Masallı, Azərbaycan
05 may 2020  president.az

Hörmətli cənab Prezident.
Sizin tapşırığınızla son illər ölkəmizdə çoxsaylı ən müasir klinikalar tikilmiş, təmir olunmuşdur. Koronavirusla mübarizənin tərkib hissəsi olaraq, qısa müddət ərzində vətəndaşlar antiseptik məmulatlar və maska ilə tam təmin olunmuşdur. Bütün bunların, eləcə də vaxtında verilmiş göstərişlər əsasında görülmüş digər işlərin nəticəsidir ki, Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir. Sizin uzaqgörən siyasətiniz nəticəsində həkimlər, eləcə də digər aidiyyəti şəxslər pandemiya zamanı səmərəli fəaliyyət göstərmiş, dövlətimiz nəyə qadir olduğunu sübut etmişdir. Xalqımız üçün gördüyünüz bütün işlərə görə Sizə təşəkkür edirik. Bu şərəfli işinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,
Hüseyn Əmirli
Azərbaycan Respublikası, Masallı rayonu, Qəriblər kəndi.

___________________________________________________________________

Amin Rəhimlidən, Masallı, Azərbaycan
04 may 2020  president.az

Möhtərəm cənab Prezident.

Mən Masallı rayon Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbin 8-ci sinif şagirdiyəm. Mən Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Respublikamızda COVID-19 pandemiyası digər ölkələrə nisbətən daha az yayılıb. Bu pandemiyanın az yayılmasının səbəbi Sizin qabaqlayıcı tədbirləri vaxtında görməyinizdir. Bu tədbirlər öz nəticəsini göstərir. Bu çevikliyə görə hər bir Azərbaycan vətəndaşı Sizə dərin minnətdarlığını bildirir. Məktəblər bağlı olsa da biz evdə dərslərimizi yerinə yetiririk. Biz şagirdlər məktəbin açılmasını səbirsizliklə gözləyirik. Mən inanıram ki, COVID-19 pandemiyası aradan qalxacaq və Azərbaycan xalqının həyatı əvvəlki axarına qayıdacaqdır. Sizə dərin minnətdarlığımı bildirirəm, mənim əziz Prezidentim. Biz birlikdə güclüyük.

Dərin hörmətlə,
Rəhimli Amin.
Azərbaycan Respublikası, Masallı rayonu

__________________________________________________________________

Şəmşad Əliyevdən, Masallı, Azərbaycan
03 may 2020  president.az

Əziz Prezidentimiz.
Sizin apardığınız uğurlu siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, sosial sahədə böyük nailiyyətlər əldə olunub.
Son vaxtlar dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi müddətində işçilərin əməkhaqlarının saxlanılması, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat məbləğində birdəfəlik vəsaitin ayrılması, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi Sizin xalqa olan birbaşa qayğınızın bariz nümunəsidir. Bundan sonra da görəcəyiniz işlərdə Sizə müvəffəqiyyətlər arzulayırıq.
Cənab Prezident, Allah Sizi və Mehriban xanımı qorusun. Biz Sizinlə fəxr edirik. Bizim kollektivimiz də Sizin yürütdüyünüz siyasəti dəstəkləyir.

Hörmətlə,
Əliyev Şəmşad Vadər oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.

___________________________________________________________________


Alxas Əşrəfovdan, Masallı, Azərbaycan
03 may 2020  president.az

Möhtərəm cənab Prezident.
Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Dünyanı təhdid edən pandemiyanın Azərbaycanda yayılmasının qarşısını almaq üçün ilk gündən lazımi sosial və iqtisadi tədbirlər görüldü. Heç bir ölkə, heç bir şəxs bu virusdan sığortalanmayıb. Ona görə də hamı bu məsələyə çox ciddi yanaşmalı və üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Mən əminəm ki, tezliklə bu virusa qalib gələcəyik. Biz birlikdə güclüyük.
Cənab Prezident, Vətənimizin firavanlığı və tərəqqisi istiqamətində səmərəli fəaliyyətinizə görə şəhid ailəsinin üzvü olaraq Sizə dərin minnətdarlığımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Çox sağ olun ki, təhsil sahəsində belə işlər görmüsünüz. Sizin sayənizdə dərslərimi daha həvəslə oxuyuram. İnşallah, bir gün müəllim olub dərs keçəcəyəm və ölkəmizin bu ağır sınaqdan necə çıxdığını şagirdlərimə danışacağam. Allah Sizi qorusun.

Hörmətlə,
Əşrəfov Alxas Xeyrulla oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.

___________________________________________________________________

Cəmilə Rufullayevadan, Masallı, Azərbaycan
02 may 2020  president.az

Cənab Prezident.

Hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınmasında müdrik addımlar ataraq xalqımızı bu bəladan xilas etdiniz. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın həmrəyliyinə yeni bir nəfəs, güc gətirdi. Azərbaycan xalqı bu aksiyada məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası milli həmrəylik nümayiş etdirdi. Siz hər zaman olduğu kimi, yenə də xalqın yanında oldunuz.

Cənab Prezident, xalq da hər zaman Sizi dəstəkləyir və Sizə təşəkkür edirik. Biz Prezidentimizlə qürur duyuruq. Allah Sizi qorusun.

Hörmətlə,
Rufullayeva Cəmilə Nəsirağa qızı.
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________________

Əfqan Cabbarovdan, Masallı, Azərbaycan
01 may 2020   president.az

Hörmətli cənab Prezident.
Sizin yorulmaz və fədakar fəaliyyətinizi, iştirak etdiyiniz tədbirləri və etdiyiniz çıxışlarınızı izlədikcə əmin oluruq ki, koronavirus pandemiyasının qarşısının alınması və digər məqsədlər üçün Azərbaycanda həyata keçirilən bütün işlərin mərkəzində insan amili dayanır. Siz əhalinin sağlamlığının təmin olunması məsələsinə çox həssaslıqla yanaşırsınız.
Bu qayğılı günlərdə Azərbaycan xalqını düşündüyünüzə, onunla birlikdə olduğunuza görə Zati-alinizə təşəkkürümü bildirir, şəxsən öz adımdan və ailəm adından Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,
Cabbarov Əfqan Balakişi oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Qasımlı kəndi.

_______________________________________________________________


Təvəkkül İbrahimovdan, Masallı, Azərbaycan
01 may 2020   president.az

Hörmətli cənab Prezident.
Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq istiqamətində gördüyünüz təxirəsalınmaz tədbirləri kənd sakinləri olaraq dəstəkləyir, öhdəmizə düşən məsuliyyəti dərk edir və icrası üçün əlimizdən gələni əsirgəmirik.
Siz hər zaman olduğu kimi, bu təlatümlü zamanda da xalqınızın qayğısına qalır, onu narahat edən problemlərlə yaxından maraqlanırsınız. Sizin tapşırığınıza əsasən Masallı rayonunun bütün kəndlərində imkansız ailələrə ərzaq payları verilmişdir. Bu paydan bizim ailəyə də qismət oldu. Buna görə kənd sakinləri və ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,
İbrahimov Təvəkkül Cabir oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Tüklə kəndi.

__________________________________________________________

Nihat Cavadovdan, Masallı, Azərbaycan
30 aprel 2020 president.az

Möhtərəm cənab Prezident.
Dünyada yayılan nadir yoluxucu xəstəliklərdən biri də məhz son günlərdə bütün planeti qorxuya salan koronavirus pandemiyasıdır. Ölkəmizdə koronavirus xəstəliyinin geniş yayılmasının qarşısının alınması üçün Sizin tərəfinizdən görülən qabaqlayıcı tədbirlər xalqımızıi böyük bir təhlükədən artıq xilas etməkdədir. Bu, məni və bütün Azərbaycan xalqını çox sevindirir. Doğrudur, xalqımız əsrlərboyu ağır günlər keçirib, lakin ulu öndər Heydər Əliyevin və Sizin sayənizdə gözəl günlərə qədəm qoyub. Siz dövlətimiz üzərində parlayan günəşsiniz. Allah Sizi qorusun.
Pandemiya dövründə biz məktəblilər evdə qalmağımıza baxmayaraq, təhsildən geri qalmır, bir çox vasitələrdə dərslərimizi yüksək səviyyədə davam etdiririk. Evdə qaldığımız bu müvəqqəti günlərdə Sizin qəbul etdiyiniz qərarlarla biz gələcəyə daha uğurla və inamla addımlayırıq. Bu məktubu yazmaqda məqsədim Sizin Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya, xüsusilə də biz şagirdləri düşünərək, təhsildə gördüyünüz tədbirlərə görə təşəkkürümü bildirməkdir. Böyük inamla söyləyirəm ki, bütün Azərbaycan xalqı Sizi dərin sevgi bəsləyir.

Hörmətlə,
Cavadov Nihat Nəsib oğlu, Dəmirçi kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi.
Azərbaycan Respublikası, Masallı rayonu.

_____________________________________________________________________


Akif Qarayevdən, Masallı, Azərbaycan
30 aprel 2020 president.az

Hörmətli cənab Prezident.
Bu çətin günlərdə bizimlə yaxından maraqlandığınız, bizimlə birlikdə olduğunuz, hər zaman vətəndaşların mənafeyini düşünüb addım atdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. Siz həmişə Ulu Öndərimizin yolunu davam etdirmiş, insanların qayğısına qalmısınız. Siz əhalinin hər təbəqəsi ilə elə yaxından maraqlanmısınız ki, sanki hər bir ailədə varsınız. Biz Sizinlə, Sizin Liderliyinizlə, dövlətimizlə, bayrağımızla fəxr edirik. Biz Sizinlə birlikdə bu çətin günlərin öhdəsindən gələcəyik. Çünki biz birlikdə güclüyük. Allah Sizə uzun ömür, cansağlığı versin. Daim dövlətimizin başında olasınız.

Hörmətlə,
Akif Qarayev
Azərbaycan Respublikası, Masallı rayonu.

____________________________________________________________________________

Səməd Abıyevdən, Masallı, Azərbaycan

30 aprel 2020 president.az

Çox hörmətli cənab Prezident.
Bu çətin zamanlarda insanların yanında olduğunuza, koronavirusla mübarizədə çox önəmli qabaqlayıcı tədbirlər həyata keçirdiyinizə görə Masallı Telekommunikasiya Qovşağının kollektivi adından və şəxsən öz adımdan Sizə təşəkkür edirik. Sizinlə çiyin-çiyinə çalışan, balacalara sevgi, böyüklərə hörmətlə yanaşmaqla hər birimizə nümunə olan dəyərli Mehriban xanıma da minnətdarlığımızı bildiririk.
Cənab Prezident, biz Sizin və Mehriban xanımın bu xidmətlərinizi yüksək qiymətləndiririk. İnanırıq ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız bu ağır xəstəlikdən tezliklə və az itki ilə qurtulacaqdır. Ümummilli lider, öz ideyaları ilə böyük məktəb qoymuş dahi ulu öndərimiz Heydər Əliyevin adı hər zaman qəlbimizdədir. Təbii ki, onun məktəbini keçmiş bir insan, xalqına sədaqətlə xidmət edən bir Prezident Sizin kimi olmalıdır. Biz Sizinlə fəxr edirik. Siz Azərbaycanın adını daha yüksəklərə qaldırırsınız. Bütün diqqət, qayğı və dəstəyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi, ailənizi, xalqımızı və dövlətimizi qorusun.

Hörmətlə,
Abıyev Səməd, Masallı Telekommunikasiya Qovşağının rəisi.
Azərbaycan Respublikası, Masallı rayonu.

___________________________________________________________________________


Natavan Fətullayevadan, Masallı, Azərbaycan
30 aprel 2020 president.az

Cənab Prezident.
Bütün dünyanı bürüyən koronavirus bəlası bizim ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkə daxilində təxirəsalınmaz və sistemli tədbirlər həyata keçirildi. Nəticədə bu infeksiyanın geniş kütləyə yayılmasının qarşısı alındı.
Möhtərəm Prezident, xalqın mənafeyini daim hər şeydən üstün tutduğunuz aşkardır. Sosial izolyasiya şəraitində ölkə əhalisini ərzaq məhsulları ilə təmin edən kənd təsərrüfatının fəaliyyətinə məhdudiyyətin tətbiq olunmaması buna daha bir sübutdur. Kənd təsərrüfatının inkişafı üçün gördüyünüz tədbirlər bu gün özünü göstərməkdədir. Əkinin əkilməsi, biçilməsi, tədarükü və satışla bağlı heç bir problem yoxdur. Daim xalqın yanında olduğunuz üçün Sizə təşəkkürümüzü bildirirəm.

Hörmətlə,
Azərbaycan Kənd Qadınları Assosiasiyasının
“Qız yurdu” qrupunun üzvü Fətullayeva Natavan
Azərbaycan Respublikası, Masallı rayonu.

____________________________________________________________

Bəxtim Qarayev və Emil Cahangirovdan, Masallı, Azərbaycan
29 aprel 2020  president.az

Hörmətli cənab Prezident.

Ölkəmizdə koronavirus pandemiyası ilə bağlı apardığınız uğurlu siyasətə və xalqımızı bu xəstəlikdən necə qoruduğunuza baxıb ürək sözlərimizi yazmaya bilməzdik.

Siz, həqiqətən, əsl Lider, xalqını düşünən Prezident və biz gənclərin sevimlisisiniz. Xüsusən yaşlı insanlara, ehtiyacı olan şəxslərə göstərilən qayğı və diqqət məhz Sizin gördüyünüz işlərin əyani təsdiqidir.

Vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə şəxsən öz adımızdan və Masallının YAP Gənclər Birliyinin bütün üzvləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda, bildirmək istəyirik ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısını və dəstəyini daim hiss edirik.

Möhtərəm Prezident, biz gənclər Sizləri sevir və Sizlərlə qurur duyuruq, fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Əminik ki, Sizin rəhbərliyinizlə bu sınaqdan da üzüağ çıxacaq, gələcəyə daha inamlı addımlarla birlikdə irəliləyəcəyik.

Hörmətlə,
Qarayev Bəxtim Akif oğlu
Cahangirov Emil Firudin oğlu
Azərbaycan Respublikası, Masallı rayonu.

___________________________________________________________________

İlkin Mirzəyevdən, Masallı, Azərbaycan
28 aprel 2020  president.az

Hörmətli cənab Prezident.

Sizin Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olmağınız bizi bir çox qlobal fəlakətlərdən qoruyub. Biz Sizin sayənizdə koronavirusdan minimum zərər çəkən ölkələrdən biri olduq. Dünyanın aparıcı ölkələrində həyatın iflic olduğu halda, ölkəmizdə vətəndaşlarımız normal həyatlarına davam edirlər.

Sizin uzaqgörən siyasətiniz ölkəmizi bəlalardan qorudu. Buna görə, sözün əsl mənasında, lider olan Prezidentimizlə qürur duyuram. Şərəf hissi keçirirəm ki, məhz Azərbaycan Respublikasının vətəndaşıyam.

Allah Sizi və ailənizi qorusun. Sizə bundan sonra da böyük müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,
Mirzəyev İlkin Gülağa oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Kürdəbazlı kəndi.

_______________________________________________________

Cəsarət Əzizovdan, Masallı, Azərbaycan
26 aprel 2020  president.az

Hörmətli cənab Prezident.
Mən 30 hektar sahədə çiyələk becərilməsi ilə məşğul oluram. Ölkədə karantin rejimi elan olunanda işçilərimin işə gələ bilməyəcəklərinə görə məhsulun sahədə qalıb çürüyəcəyini və nəticədə mənə külli miqdarda ziyan dəyəcəyini düşünürdüm. Bu da məni çox narahat edirdi. Lakin Sizin tapşırığınız əsasında fermerlərin və digər zəhmətkeşlərin müəyyən olunmuş qaydalara əməl etməklə fəaliyyətinə icazə verilməsi məni çox sevindirdi. İndi min bir əziyyətlə yetişdirdiyimiz məhsulu yığaraq rahat şəkildə bazara çıxara bilirik. Sahədə mənimlə birlikdə çalışan işçilər də ailələrinə gündəlik olaraq qazanc apara bilirlər.
Cənab Prezident, buna görə həm ailəm adından, həm də kollektivimizin adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

Hörmətlə,
Əzizov Cəsarət Əzizağa oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.

________________________________________________________________

Ayna Abasovadan, Masallı, Azərbaycan
24 aprel 2020 president.az

Hörmətli cənab Prezident.
Mənim 82 yaşım var. Ali təhsilli 7 övladım, nəvələrim və nəticələrim var. Bu günə qədər ibadətimdən qalmamışam. Hər gün namaz qılarkən müstəqil Azərbaycan dövləti, onun qurucusu ulu öndərimiz Heydər Əliyev, Sizin və ailəniz üçün dualar edirəm. Qoy, etdiyim dualar bu çətin yolda Sizə və ailənizə kömək olsun. İnanıram ki, dünyanı bürüyən bu bəladan Allahın köməyi, Sizin qətiyyətiniz sayəsində tezliklə qurtula biləcəyik.
Hörmətli cənab Prezidentimiz, çətin günün ömrü az olur. İnşallah, bu çətin günlər də tezliklə geridə qalacaq, Azərbaycanımız hələ çox gözəl günlər yaşayacaq. Biz masallılılar əminik ki, Sizin rəhbərliyinizlə bu ağır günlərdən də qalib çıxacağıq. Ulu Tanrı Sizi qorusun.
Biz Sizi sevirik və son nəfəsimizə qədər Sizi hər bir azərbaycanlının Prezidenti kimi sevəcəyik.

Hörmətlə,
Abasova Ayna Hidayət qızı.
Azərbaycan Respublikası, Masallı rayonu, Xırmandalı kəndi
.

_____________________________________________________________________


Minnər Mehrabovdan, Masallı, Azərbaycan
24 aprel 2020  president.az

Cənab İlham Heydər oğlu.
Son zamanlar Yer kürəsini saran COVID-19 virusu bir çox ölkənin həm əhalisini, həm də iqtisadiyyatını məhv etməkdədir. Ancaq Sizin uğurlu siyasətiniz və uzaqgörənliyiniz sayəsində ölkəmiz bu bəladan minimum itki ilə yaxa qurtarmaqdadır.
Sizin verdiyiniz sərəncamlar və fərmanlar vaxtında icra edildi və bununla da ölkəmiz həm əhali, həm də iqtisadiyyat baxımından vəziyyətdən daha yaxşı çıxdı. Bütün bunlar Sizin uğurlu siyasətiniz nəticəsində mümkün oldu.
Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı tərəfindən prezident seçilməsindən sonra başlayan islahatlar müasir dövrümüzdə Sizin tərəfinizdən uğurla davam etdirilir. Artıq Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan beynəlxalq arenada özünəməxsus yer tutur. Mən bir Azərbaycan vətəndaşı olaraq Sizə minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, Siz bizim Prezidentimizsiniz.

Hörmətlə,
Mehrabov Minnər Qorxmaz oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Sarıcəfərli kəndi.

______________________________________________________________________

Ələşrəf Niftiyev və Füzuli Abdullayevdən, Masallı, Azərbaycan
22 aprel 2020  president.az

Möhtərəm cənab Prezident.

Sizi Masallı rayonunun ağsaqqalları, ziyalıları, ictimai fəalları adından salamlayır və əhalinin sosial rifahı naminə görülən işləri ürəkdən bəyəndiyimizi bəyan edirik.
Siz Azərbaycanımızın xilaskarı Heydər Əliyevin yolu ilə gedərək ölkəmizi daim tərəqqiyə doğru aparırsınız. Siz dünyanı bürüyən amansız düşmən - koronavirusa qarşı uzaqgörən siyasətinizlə bu xilaskarlıq missiyasını davam etdirirsiniz.
Cənab Prezident, Siz daim xalqla birlikdəsiniz, xalqımız da çağırışlarınıza, tövsiyələrinizə əməl edir. Çünki bilirik ki, Sizin yolunuz nicat yoludur. Biz Sizin qətiyyətli addımlarınızı bəyənir və tezliklə pandemiya üzərində qələbə çalacağımıza əminik.

Hörmətlə,
Niftiyev Ələşrəf
Abdullayev Füzuli.
Azərbaycan Respublikası, Masallı rayonu.

____________________________________________________________________________

Şəhriyar Cəfərlidən, Masallı, Azərbaycan
21 aprel 2020  president.az

Hörmətli cənab Prezident.
Sizə bu məktubu yazmaqda məqsədim Azərbaycanın bir gənc vətəndaşı olaraq, Sizə minnatdarlıq etməkdir.
Dünyanın bu çətin vəziyyətində bizə öz qayğınızı əsirgəmirsiniz. Bu çətin günlərdə bir çox ölkələrin öz vətəndaşlarına göstərmədiyi qayğını Siz Azərbaycan vətəndaşlarına göstərirsiniz. Bunun üçün atam həmişə bizə “Azərbaycanlı olduğunuz üçün özünüzlə fəxr edin” deyir. Bu sevgi və qayğını bizə Siz bəxş etmisiniz. Siz heç zaman heç bir vətəndaşı yaddan çıxarmırsınız, biz tələbələrə də öz qayğınızı göstərirsiniz.
Sizə öz adımdan və ailə üzvlərim adından dərin təşəkkürümü bildirirəm. Allah Sizdən razı olsun.

Hörmətlə,
Cəfərli Şəhriyar Bəxtiyar oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Hüseynhacılı kəndi.

______________________________________________________________


Zöhrab Mehtiyevdən, Masallı, Azərbaycan
20 aprel 2020  president.az

Hörmətli cənab Prezident,
Dünyada tüğyan edən koronavirus pandemiyası ilə bağlı ölkəmizdə müəyyən sahələrdə gücləndirilmiş iş rejimi hökm sürür. Ölkə sakinlərinin xəstəliyə yoxulması halları minimuma endirilmişdir. Bununla yanaşı, dövlətimiz evdə qalan sakinlərimizin də qeydinə qalmaqdadır. İmkansız ailələr, ahıllar, tənha yaşayan kimsəsiz şəxslər daim diqqət mərkəzində saxlanılır. Onlar zəruri ərzaqlarla, tibbi vasitələrlə təmin edilirlər. Sizin diqqət və qayğınızı xalqımız həmişəki kimi görür və hiss edir.
Dövlətimizi və xalqımızı qoruduğunuza görə Sizə və rəhbərliyiniz altında çalışan bütün dövlət qulluqçularına dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,
Mehtiyev Zöhrab Əliş oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Tüklə kəndi.

______________________________________________________________


Füzuli Abdullayevdən, Masallı, Azərbaycan
20 aprel 2020  president.az

Çox hörmətli cənab Prezident.
Belə çətin günlərdə xalqımızın yanında olub, onun hər bir problemi ilə maraqlanıb həlli istiqamətində tapşırıqlar verdiyinizə görə mən bir Qarabağ qazisi kimi Sizi alqışlayıram. Xüsusilə də, koronavirusa qarşı mübarizədə vətəndaşlarımızın sağlamlığını hər şeydən vacib bilib məqsədəuyğun qərarlar verməyiniz bizi çox sevindirir. Hər çıxışınızda xalqımızın sağlamlığının Sizi nə qədər düşündürdüyünü, nə qədər narahat etdiyini hiss edirik.
Xalqımızı, millətinizi bu qədər sevdiyinizə və önəm verdiyinizə görə Sizə minnətdarıq.

Hörmətlə,
Abdullayev Füzuli Orucəli oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Türkoba kəndi
.

__________________________________________________________________


Südabə Sadıqovadan, Masallı, Azərbaycan
20 aprel 2020 president.az

Hörmətli cənab Prezident.
Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizədə aparmış olduğunuz ciddi tədbirlər və tətbiq edilmiş karantin vəziyyəti öz səmərəsini verməkdədir. Vətəndaşlarımızın sağlamlığını düşünərək evdə qalmalarını tapşırmısınız. Mən də bir vətəndaş olaraq deyilən tapşırıqlara ciddi riayət edirəm. Sevindirici haldır ki, belə çətin bir vəziyyətdə Sizin tapşırığınıza əsasən ailəmə yüksək səviyyədə ərzaq yardımı edilmiş, spirt və qoruyucu tibbi maskalar verilmişdir.
Etmiş olduğunuz bütün bu köməyə, diqqət və qayğıya görə bir ana olaraq Sizə təşəkkür etməyi vətəndaşlıq borcu hesab edirəm.
Sizə minnətdarıq, cənab Prezident.

Hörmətlə,
Sadıqova Südabə Əkbər qızı
Azərbaycan Respublikası, Masallı rayonu, Xəlfələr kəndi.

____________________________________________________________________

Mirəsgər Bağırzadədən, Masallı, Azərbaycan
16 aprel 2020  president.az

Hörmətli cənab Prezident.

Bildiyimiz kimi, koronavirus bəlası tibbin ən inkişaf etmiş ölkələrində belə can almaqda davam edir. Ölkəmizdə isə vəziyyətin Sizin nəzarətinizdə olması virusun sürətlə yayılmasının qarşısını almağa kömək edib.

Respublikamızda vaxtında elan olunmuş karantin rejimi, dezinfeksiya işlərinin aparılması və digər təxirəsalınmaz tədbirlərin görülməsi bir daha onu göstərir ki, Siz həmişə xalqımızı düşünürsünüz. Sizin göstərişinizlə ölkədə tibbi maska çatışmazlığının da qarşısı alındı. Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı oldu və Siz açılışda şəxsən iştirak etdiniz.

Cənab Prezident, görülən işlərə görə Masallı rayonunun təhsil işçiləri, bütün müəllim və şagird kollektivləri adından Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm.

Hörmətlə,
Bağırzadə Mirəsgər Mirqasım oğlu,
N.Bağışov adına Xanalion kənd məktəbinin direktoru.
Azərbaycan Respublikası, Masallı rayonu, Xanalion kəndi.

______________________________________________

Rahidə Əhədova və başqalarından, Masallı, Azərbaycan
14 aprel 2020  president.az

Hörmətli cənab Prezident.
Bütün respublikamızda, o cümlədən rayonumuzda koronavirus pandemiyasına qarşı aparılan tədbirlər ürəyimizdən xəbər verir. Bundan əlavə, rayon sakinlərinə təmənnasız olaraq tibbi maska və digər ləvazimatların paylanması, onlarla maarifləndirici söhbətlərin aparılması, dezinfeksiya işlərinin yerinə yetirilməsi vaxtında görülən tədbirlərdir.
İnanırıq ki, bu tədbirlər tezliklə infeksiyanın yayılmasının qarşısını alacaq, xalqımız yenidən şad günlərini yaşayacaqdır.
Cənab Prezident, gördüyünüz bütün işlərə görə çox sağ olun. Uca Allah daim köməyiniz olsun.

Hörmətlə,
Əhədova Rahidə
Qənbərov Umud
Alıyev Maqsud
Əliyev Rasif və başqaları.
Azərbaycan Respublikası, Masallı rayonu.

________________________________________________________________


Dadaşbala Düniyevdən, Masallı, Azərbaycan
14 aprel 2020  president.az

Hörmətli cənab Prezident.
Dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə ölkəmizdə görülən tədbirlər Sizin Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğınızın nəticəsidir. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimum həcmində birdəfəlik yardımın verilməsi ilə Siz bir daha sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaq, insanların rifahını təmin etməkdir.
Bizim qayğımıza qaldığınıza, yorulmadan çalışdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun.

Düniyev Dadaşbala Ağayar oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi.

__________________________________________________________________


Rəvan Kərimov və başqalarından, Masallı, Azərbaycan
14 aprel 2020  president.az

Hörmətli cənab Prezident.
Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Sizin rəhbərliyinizlə görülən işlər hər bir vətəndaşın ürəyincədir. İnfeksiyaya qarşı həyata keçirilən tədbirlər üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında Sərəncamınız və Mehriban xanımla birlikdə bir illik əməkhaqqınızı Fonda ianə etməyiniz əsl vətənpərvərlik nümunəsi idi. Bu nümunə qısa zaman içərisində sahibkarları və xeyriyyəçiləri bir araya topladı.
Koronavirusla mübarizədə lazım olan tibbi ləvazimatların ölkəyə gətirilməsi, qısa müddət ərzində Sumqayıt şəhərində tibbi maska istehsal edən müəssisənin qurulması Sizin qətiyyətli mövqeyiniz sayəsində mümkün oldu.
Cənab Prezident, rayonumuzda da yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə yaşayış binaları, küçə və prospektlər, avtomobil yolları, insanların sıx toplaşdığı yerlər, dayanacaqlar davamlı olaraq dezinfeksiya edilir, tibbi-profilaktik tədbirlər görülür.
Biz şahidiyik ki, yaranan hər bir problem Sizin müdrik fəaliyyətiniz nəticəsində vaxtında həll olunur. Bu əzmkarlığınıza, diqqət və qayğınıza görə rayonumuzun sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun.

Hörmətlə,
Kərimov Rəvan
Məmiyev Muxtar
Səfərova Ülviyyə
Hüseynov Gəncalı
Tağıyev Xalıq və başqaları.
Azərbaycan Respublikası, Masallı rayonu.

_________________________________________________________

Günay Babayevadan, Masallı, Azərbaycan
13 aprel 2020 president.az

Möhtərəm cənab Prezident.
Dünyanı cənginə almış koronovirus pandemiyasının təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə mühüm addımlar atılıb. Dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.
Cənab Prezident, bütün bu işlərə, bu diqqətə və qayğıya görə Sizə təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Sizinlə qürur duyuruq.

Hörmətlə,
Babayeva Günay Ağamhüseyn qızı
Azərbaycan Respublikası, Masallı rayonu.

_________________________________________________________________________________


Kamal Təhməzov və Zeynəb Hüseynovadan, Masallı, Azərbaycan
13 aprel 2020  president.az

Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyiniz operativ qərarlar alqışalayiqdir. Xüsusilə tibbi maska istehsal edən müəssisənin qısa müddət ərzində qurulması dövlətin hər zaman vətəndaşının arxasında olduğunu göstərir.
Rayonumuzda aparılan dezinfeksiya işləri də qabaqlayıcı tədbirlər sırasında olmaqla vətəndaşların sağlamlığının qorunmasına xidmət edir.
Görülən işlərə görə kəndimizin bütün sakinləri adından Sizə minnətdarlığımızı bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Təhməzov Kamal
Hüseynova Zeynəb.
Azərbaycan Respublikası, Masallı rayonu, Xırmandalı kəndi.

__________________________________________________________________________

Azər Mirzəyevdən, Masallı, Azərbaycan
12 aprel 2020  president.az

Möhtərəm cənab Prezident.

Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısını almaq məqsədilə atılmış operativ addımlar bizi sevindirir. Xüsusilə ölkəmizdə tibbi maska çatışmazlığının vaxtında aradan qaldırılmasına görə Masallı rayonu, M.İbayev adına Səmidxan kənd tam orta məktəbinin kollektivi adından Sizə minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Çox sağ olun, cənab Prezident.

Hörmətlə,
Mirzəyev Azər Rafiq oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Səmidxan kəndi.

__________________________________________________________

Rəşad Fətullayev və başqalarından, Masallı, Azərbaycan
11 aprel 2020   president.az

Çox hörmətli cənab Prezident.

Hazırda dünyada böyük bir bəlaya çevrilən koronavirus pandemiyası bizi nə qədər qorxutsa da, Sizin məqsədyönlü tədbirləriniz bizi bir o qədər səbirli və təmkinli olmağa, birgə mübarizə aparmağa səsləyir. Bu çətin dövrdə biz bir daha əmin olduq ki, güclü və qüdrətli ölkənin vətəndaşlarıyıq. Həm dövlətimizin maliyyə dayaqları möhkəmdir, həm də səhiyyə sahəsində potensial virusla səmərəli mübarizəyə imkan verir. Eyni zamanda, təlaşdan ona görə uzağıq ki, Siz koronavirusla mübarizə imkanlarını daha da genişləndirmək üçün mütəmadi addımlar atır, mühüm işlər görürsünüz. “Yeni klinika” tibb mərkəzinin ilkin olaraq koronavirus xəstələrinin ixtiyarına verilməsi, tibbi maska istehsal edən müəssisənin açılması, ən qiymətli tibbi ləvazimatların alınaraq ölkəmizə gətirilməsi bunun əyani sübutudur. Adlarını çəkdiyimiz müəssisələrin açılışlarında şəxsən iştirak etməyiniz, mövcud vəziyyətlə yerində tanış olmağınız bu məsələyə necə diqqətlə yanaşdığınızı göstərir.

Əziz Prezidentimiz, Sizin kimi qayğıkeş və müdrik rəhbərimiz olduğu üçün biz xoşbəxt insanlarıq. Xalqını düşünən, onun üçün fədakar əmək sərf edən hər kəs ən xoş sözlərə layiqdir. Bu gün bizim ən xoş sözlərimiz və ən xoş arzularımız Sizinlə bağlıdır. Ulu Tanrı xalqımızı bu bəladan hifz etsin.

Hörmətlə,
Fətullayev Rəşad Əzizağa oğlu
Əliyev Şərafət Cankişi oğlu
Mirzəyeva Gülşən İmaməli qızı və başqaları.
Azərbaycan Respublikası, Masallı rayonu.

_________________________________________________________

Xatirə Həmidova və başqalarından, Masallı, Azərbaycan
10 aprel 2020  president.az

Hörmətli cənab Prezident.

Bütün dünyanı bürüyən və sarsıdan, misli görünməmiş COVID-19 infeksiyasına qarşı uğurlu mübarizə aparan ölkələrdən birində yaşadığımız üçün çox xoşbəxtik. Buna görə Sizə, eləcə də Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımızı və dəstəyimizi bildiririk.

Şübhəsiz ki, pandemiya ilə mübarizədə uğura aparan yolda Sizin bu günlərdə böyük humanistlik göstərərək bu virusa həddindən artıq həssas olan və yaşları 65-dən yuxarı 176 məhbusu əfv etməyiniz ölkəmizdə yoluxma hallarının azalması və xalqımızın sağlamlığı istiqamətində gördüyünüz səmərəli tədbirlərdən biridir. Qardaşımın da əfv edilən məhkumlar arasında olması bizi xüsusən sevindirdi.

Cənab Prezident, Qurbanovlar ailəsi adından Sizə sonsuz təşəkkürlərimizi bildirir, möhkəm cansağlığı, bütün işlərinizdə, xüsusən də indiki çətin dövrdə xalqımızın sağlamlığı və rifahı uğrunda apardığınız mübarizədə uğurlar arzulayırıq.

Dərin hörmətlə,
Həmidova Xatirə Xalıq qızı
Qurbanov Şair Xalıq oğlu
Qurbanov Mahir Xalıq oğlu
İbadova Məlahət Xalıq qızı.
Azərbaycan Respublikası, Masallı rayonu.

____________________________________________________________

Azər Soltanov və başqalarından, Masallı, Azərbaycan
09 aprel 2020  president.az

Hörmətli cənab Prezident.

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını göstərir. Bir neçə gün bundan əvvəl Sizin iştirakınızla tibbi maska istehsal edən müəssisənin istifadəyə verilməsi koronavirusla mübarizə sahəsində növbəti addım oldu. Qısa müddətdə qurulan bu müəssisə heç şübhəsiz ki, ölkəmizdə tibbi maska qıtlığını aradan qaldıracaqdır.

Əziz Prezidentimiz, böyük bir bəla olan koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Hörmətlə,
Soltanov Azər Soltan oğlu
Fərzullayev Adil Əlirza oğlu
Rəhimova Güllübəyim İsa qızı və başqaları.
Azərbaycan Respublikası, Masallı rayonu.

____________________________________________________________

Rəhman Qarayev və başqalarından, Masallı, Azərbaycan
08 aprel 2020  president.az

Hörmətli cənab Prezident.
Biz şəhid ailəsi olaraq hər zaman dövlətimizin dəstəyini, qayğısını hiss etmişik. Çətin günlərimizdə dövlətimiz bizə əl uzadıb, kömək göstərib. Biz bununla böyük təsəlli tapırıq.

Şəhidimizin məzarı üstünün yenilənməsi ilə bağlı bu yaxınlarda etdiyimiz müraciətimiz də nəzərə alındı və istəyimiz həyata keçirildi.

Möhtərəm cənab Prezident, şəhid ailələrinə göstərilən qayğıya, müraciətimizə diqqətlə yanaşılmasına görə ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı xalqımıza Sizin Ali Baş Komandanlığınız altında Qarabağ zəfəri qismət eləsin!

Hörmətlə,
Qarayev Rəhman Mürsəl oğlu, şəhid atası
Qarayev Şahmar Rəhman oğlu, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Masallı rayonu, Xallıcalı kəndi.

_____________________________________________________________

İmamyar Allahyarovdan, Masallı, Azərbaycan
30 mart 2020  president.az

Hörmətli cənab Prezident.

Dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə görə Sizə təşəkkür edirik. Vaxtında verilmiş qərarların və görülmüş tədbirlərin nəticəsində Azərbaycan tezliklə bu bəladan xilas olacaqdır.

Siz həmişəki kimi, xalqa dayaq oldunuz, dövlətin bütün sahələrə kömək göstərəcəyini bəyan etdiniz. Azərbaycan vətəndaşları belə çətin günlərdə özlərini güvəndə hiss edirlər.

Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun.

Hörmətlə,
Allahyarov İmamyar Qardaşəli oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Qəriblər kəndi.

________________________________________________

Hüseyn Əliyev və Musa Talıbovdan, Masallı, Azərbaycan
18 mart 2020  president.az

Hörmətli cənab Prezident.
Biz işləmək, halal zəhmətimiz hesabına evimizə, ailəmizə ruzi-bərəkət aparmaq arzusunda idik. Ancaq sözün düzü özümüzə iş tapa bilmirdik. Sizin tapşırığınız əsasında rayonumuzda yeni yaradılan “DOST İş Mərkəzi” arzumuzu reallığa çevirdi. Biz bu mərkəzdə sosial işlərə cəlb olunmuşuq və işimizdən razıyıq. Ən əsası odur ki, zəhmətimizin bəhrəsini görürük, ailəmizin yanında alnımız açıq, başımız ucadır.
Allah hər zaman Sizi uca etsin, cənab Prezident.
Əmin-amanlığın, sabitliyin mövcud olduğu bir ölkədə yaşamaq və firavan həyat sürmək hər kəsin ürəyindən keçir. Biz sadə və zəhmətkeş insanlar bunu bəlkə də daha çox istəyirik. Bugünkü firavan həyatımıza görə Sizə minnətdarıq.

Hörmətlə,
Əliyev Hüseyn İmran oğlu
Talıbov Musa Şahmar oğlu
Azərbaycan Respublikası, Masallı rayonu.

_____________________________________________________________

Əhməd Məmmədov və Rəmzi Şahverdiyevdən, Masallı, Azərbaycan
18 fevral 2020  president.az

Hörmətli cənab Ali Baş Komandan.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan panel müzakirələrdə Ermənistan baş naziri Nikol Paşinyana verdiyiniz cavablar, dediyiniz sözlər bizi çox qürurlandırdı. Bu, Sizin apardığınız xarici siyasətin qələbəsidir. Ermənistan rəhbəri küncə sıxılaraq uğursuz şəkildə özünü müdafiə etməyə çalışan “boksçu”nu xatırladırdı. Bu mənzərəni seyr etmək əlbəttə ki, xalqımızın ürəyindəndir.
Cənab Prezident, Siz Azərbaycanın haqq səsini daim dünyaya çatdırırsınız. Münxendəki çıxışınız bir daha sübut etdi ki, Siz dünyanın ən böyük siyasətçilərindən birisiniz. Biz Sizinlə fəxr edir, gələcək işlərinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.
Allah Sizi və doğmalarınızı qorusun.

Hörmətlə,
Məmmədov Əhməd
Şahverdiyev Rəmzi
Azərbaycan Respublikası, Masallı rayonu.

____________________________________________________

Şəfa Allahverdiyevadan, Masallı, Azərbaycan
18 fevral 2020  president.az

Hörmətli cənab Prezident.
Münxen Təhlükəsizlik Konfransı dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmli platformadır və bu günlərdə dünyanın diqqəti həmin tədbir çərçivəsində keçirilən görüşlərdə idi. Sizin dünyanın aparıcı liderləri ilə keçirdiyiniz əhəmiyyətli görüşlər Azərbaycanın inkişafında mühüm rol oynayacaq. Biz Sizin yorulmadan, əzmlə çalışdığınızı, günün böyük hissəsini həmin görüşlərdə keçirdiyinizi, Azərbaycanın dünyanın enerji təhlükəsizliyindəki rolu ilə bağlı çıxışlarınızı və çoxşaxəli fəaliyyətinizi izlədik, ölkəmizin necə etibarlı əllərdə olduğuna bir daha şahidlik etdik.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə Ermənistanın baş nazirinə verdiyiniz tutarlı cavablarla yanaşı, tarixi həqiqətləri, o cümlədən Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğala məruz qoyduğunu, həmin ərazilərdə etnik təmizləmə apardığını, Xocalı soyqırımını törətdiyini və digər reallıqları bir daha dünyaya bəyan etdiniz.
Siz daim xalqı düşünürsünüz, xalq da Sizin arxanızdadır. Bir əmrinizlə şanlı bayrağımızla Şuşaya, Cıdır düzünə yürüş etməyə hazırıq.
Azərbaycan var olduqca Ulu Öndərimizin adı yaşayacaq. Onun yadigarı İlham Əliyevi də xalqımız qəlbən sevir. Var olun, cənab Prezident!

Dərin hörmətlə,
Allahverdiyeva Şəfa Yaşar qızı.
Azərbaycan Respublikası, Masallı rayonu, İsgəndərli kəndi.

______________________________________________________________________

Tofiq Canalıyev və başqalarından, Masallı, Azərbaycan
27 dekabr 2019   president.az

Möhtərəm cənab Prezident.

Respublikamızda aparılan sosial-iqtisadi siyasət, abadlıq-quruculuq işləri nəticəsində Azərbaycan gündən-günə daha füsunkar görkəm alır, insanların rifah halı yaxşılaşır. Siz bununla ölkə əhalisinin, eləcə də Masallı rayonunun sakinlərinin rəğbətini qazanmısınız.

Vətəndaş-məmur münasibətlərinə göstərdiyiniz diqqətin nəticəsidir ki, biz bu gün dövlət qurumlarının rəhbər şəxslərinin qəbullarında iştirak edir, öz dərd-sərimizi, xahiş və istəklərimizi diqqətə çatdırır, narahatlıq doğuran məsələlərin həllinə nail oluruq.

Rayonumuzda həyata keçirilən ağacəkmə kampaniyasını da vətəndaşlar çox yaxşı qarşıladılar və bu işlərdə özləri də həvəslə iştirak etdilər.

Cənab Prezident, bütün bunlara görə Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizi təbrik edirik.

Allah Sizi qorusun.

Hörmətlə,
Canalıyev Tofiq
Həsənov Akif
Gözəlova Rübayə
Fərzəliyev Həmdulla
Quliyev Səyyad
Alışov Bəylər
Rüstəmov Şücaət
Hüseynov Süleyman.
Azərbaycan Respublikası, Masallı rayonu.

______________________________________________________

Ramil Əliyevdən, Masallı, Azərbaycan
24 dekabr 2019  president.az

Hörmətli cənab Prezident.

Ölkəmizin gündən-günə çiçəklənməsi biz masallılıları da sevindirir. Biz görürük ki, Sizin Masallıya olan diqqətiniz tükənməzdir. Son 16 ildə Sizin rəhbərliyiniz dövründə Masallıda görülən işlər bizim ürəyimizcədir. Hazırkı vaxtda kommunal xidmədlərlə fasiləsiz təmin olunmuşuq, rahat yollarımız, təhsil, səhiyyə ocaqlarımız var. Əsas məsələlərdən biri də əhalinin işlə təmin olunmasıdır. Sizin birbaşa diqqətiniz sayəsində Azərbaycanda işsizliyin səviyyəsi minimuma enmişdir. İndi işləmək istəyən vətəndaş üçün iş tapılır. Mən də bu günlərdə müraciətim əsasında işlə təmin olunmuşam.

Cənab Prezident, biz daim Sizin arxanızdayıq. İlin sonlarındakı əlamətdar günlərlə bağlı səmimi ürək sözlərimi də çatdırmağı bir vətəndaş olaraq özümə borc bilirəm. Sizi doğum gününüz, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, Sizə cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,
Əliyev Ramil Hüseynbala oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Qarğalıq kəndi.

______________________________________________________________

Yaqub Hüseynov və başqalarından, Masallı, Azərbaycan
19 dekabr 2019  president.az

Hörmətli cənab Prezident.

Deyə bilərik ki, bugünkü Azərbaycan tarixin ən qüdrətli Azərbaycanıdır. Ölkəmizin hər bir guşəsində, hər bir bölgəsində quruculuq işləri görülür, iqtisadiyyatımız inkişaf edir, ordumuz gündən-günə güclənir, beynəlxalq əlaqələrimiz genişlənir, bir sözlə, Azərbaycanın nüfuzu artır.

Əlbəttə ki, öz el-obasını, kəndini, yurdunu abad, firavan görmək hər bir vətəndaşın arzusudur. Bizi bu arzulara çatdıran siyasəti, strateji dəst-xətti hər zaman alqışlayırıq.

Son illər ərzində bizim doğma Masallı rayonu da tərəqqi, inkişaf yolu keçib. Rayonumuzda aqrar sahə dirçəldilib, sənaye məhəlləsi yaradılıb, yüzlərlə vətəndaş işlə təmin olunub.

Cənab Prezident, biz görülən bu işləri çox yüksək qiymətləndiririk. Bu siyasətin memarı ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısı olaraq Sizə hər zaman minnətdarıq.

Hörmətlə,
Hüseynov Yaqub İmanverdi oğlu
Məmmədov Rəvvaq Qubad oğlu
Qədiyev Əlisa Nəcəfəli oğlu
Kazımov Mirsaqət Mirkazım oğlu
Qurbanov Tofiq Musa oğlu və başqaları (cəmi 9 nəfər).
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________________________

Rahim Əliyevdən, Masallı, Azərbaycan
17 dekabr 2019 presient.az

Möhtərəm cənab Prezident.

Ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində həyatımız gündən-günə daha da firavanlaşır. Uşaqlara, gənclərə göstərilən qayğını görür və gələcək nəsillərin bundan da yaxşı həyat səviyyəsinə malik olacağını düşünürük.

Masallı rayonunun Birinci Səmədxanlı kəndində körpələr evi-uşaq bağçasının əsaslı təmiri əhalinin sevincinə səbəb olub. İndiki nəslə göstərilən qayğını, yaradılan şəraiti Azərbaycanın gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirirk.

Cənab Prezident, bütün bunlara görə kənd sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizə hər zaman xoş günlər qismət eləsin.

Hörmətlə,
Əliyev Rahim.
Azərbaycan Respublikası, Masallı rayonu, Birinci Səmədxanlı kəndi.

_________________________________________________________________________

İlhamə Bağırova və başqalarından, Masallı, Azərbaycan
13 dekabr 2019  president.az

Möhtərəm cənab Prezident.

Sizin və Mehriban xanımın gərgin əməyi sayəsində ölkə öz qüdrətini getdikcə artırır, xalqın güzəranı daha da yaxşılaşır. Respublikamızın hər yerində olduğu kimi, Masallı da öz mənzərəsini büsbütün dəyişib.

Rayonumuzda Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafi" Proqramına uyğun olaraq yeni uşaq bağçalarının inşası, əvvəlkilərin isə əsaslı təmiri və yenidən qurulması uşaqların hərtərəfli inkişafına xidmət edəcək. Həmin bağçalarda azyaşlılar üçün lazımi şərait yaradılmışdır. Bağçalara ayrılan ərzaq məhsullarının keyfiyyətli və çeşidinin çox olması da valideynlərin və uşaqların sevincinə səbəb olmuşdur.
Gələcək nəsillərin inkişafına göstərdiyiniz diqqət və qayğıya görə bütün valideynlər adından Sizə və Mehriban xanıma öz minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,
Bağırova İlhamə Adil qızı,
Talıbzadə Fəxrəddin Balakişi oğlu,
İsmayılzadə Gülzadə Əlizadə qızı,
Məmmədova Şəfəq Həmdulla qızı və başqaları (cəmi 9 nəfər).

___________________________________________________________________

Vahid Kazımov və Rəhimə Şahmirzəyevadan, Masallı, Azərbaycan
09 dekabr 2019  president.az

Hörmətli cənab Prezident.

Təhsilin bütün pillərində olduğu kimi, məktəbəqədər təhsildə də maddi-texniki bazanın yaxşılaşdırılması üçün çox mühüm işlər görülməkdədir. Ölkəmizdə yeni məktəbəqədər təhsil müəssisələri tikilir və ya əvvəlkilər əsaslı təmir edilir. Uşaqların təlim-tərbiyəsi ilə daha səmərəli məşğul olmaq üçün lazımi şərait yaradılıb. Biz Masallı rayonunda da bunun şahidiyik. Mövcud şərait uşaqların inkişafına təkan verməklə yanaşı, onların istedadlarının və bacarıqlarının üzə çıxarılmasına zəmin yaradır. Rayonumuzun məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığına və yaxşı qida ilə təmin olunmasına ciddi fikir verilir.
Əziz Prezidentimiz, gələcəyimiz olan uşaqlar üçün yaradılan bu şəraitə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sabahın gəncləri, cəmiyyətimizin aparıcı qüvvəsi olan indiki uşaqlar göstərilən qayğı sayəsində zəngin məlumatlara yiyələnir və dünyagörüşlərini genişləndirirlər. Heç şübhəsiz, bu amil Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Hörmətlə,
Kazımov Vahid
Şahmirzəyeva Rəhimə.
Azərbaycan Respublikası, Masallı rayonu.

_____________________________________________________________________

Elnur Cahangirov və başqalarından, Masallı, Azərbaycan
03 dekabr 2019  president.az

Hörmətli cənab Prezident.

Son illər ölkəmizdə aktual xarakter daşıyan məsələlərdən biri də məktəbəqədər təhsil müəssisələrinin mövcud tələbatı ödəməsi, günümüzün standartlarına cavab verməsi və lazımi şəraitlə təmin olunmasıdır. Ölkəmizdə bu istiqamətdə görülən işlər Masallı rayonunu da əhatə edib. Bölgələrdə müasir uşaq bağçalarının istifadəyə verilməsi gələcəyimiz olan uşaqlara dövlət tərəfindən göstərilən qayğının, bu istiqamətdə həyata keçirilən sosial siyasətin bariz nümunəsidir.

Həmçinin qeyd etmək istəyirik ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların ərzaqla təmin olunması və sağlam qidalanması üçün gözəl şərait yaradılıb.

Əziz Prezidentimiz, biz bu işləri çox yüksək qiymətləndiririk. Uşaqlarımızın öz həyatlarını maraqlı yaşaması, intellektual baxımdan inkişaf etməsi bizi çox sevindirir. Allah Sizə övladlarınızın, nəvələrinizin hər zaman xoş gününü görməyi qismət etsin.

Hörmətlə,
Cahangirov Elnur Abbas oğlu
Bədirov Mirqabil Miryəhya oğlu
Abbasov Elgün Xidmət oğlu
Mustafayeva Röya Malik qızı.
Azərbaycan Respublikası, Masallı rayonu.

____________________________________________________________

Nizami Həsənovdan, Masallı, Azərbaycan
22 noyabr 2019  president.az

Hörmətli cənab Prezident
.
Masallı rayonunun Səmidxan kəndindəki uşaq bağçasının əsaslı təmirinə görə sakinlər adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

Ölkəmizin sosial-iqtisadi inkişafının mühüm göstəricisidir ki, bu gün kəndlərdə yaşayan uşaqlar belə gözəl şəraiti olan gözəl bağçalarla təmin edilirlər. Şübhə yoxdur ki, bu amil kənd uşaqlarının intellektual səviyyəsinin artmasına, onların inkişafına gətirib çıxaracaqdır. Biz bunu görüb qəlbən sevinirik. Həm də ona görə şadıq ki, bilikli, savadlı gənclərin sayı artdıqca kəndimiz də inkişaf edəcək, iqtisadi, mədəni səviyyəsi daha da yüksələcəkdir.

Bütün bunlar Azərbaycanın düşünülmüş, məqsədyönlü siyasət nəticəsində irəli getdiyini göstərir. Bu siyasətin memarına və onun layiqli davamçısına – ulu öndərimiz Heydər Əliyevə və Sizə hər zaman minnətdarıq.

Hörmətlə,
Həsənov Nizami Oruc oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Səmidxan kəndi.

__________________________________________________________________________

Gülzar Hüseynova və başqalarından, Masallı, Azərbaycan
20 noyabr 2019  president.az

Hörmətli cənab Prezident,

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf respublikamızın bütün şəhər və rayonlarında geniş miqyaslı quruculuq və abadlıq işlərinə zəmin yaratmışdır. Görülən işlər, xüsusən yol infrastrukturunun yenidən qurulması şəhər və rayonlarımızın, qəsəbə və kəndlərimizin simasını daha da yaxşılaşdırır, insanların rahatlığına xidmət edir.

Yaşadığımız Xırmandalı kəndi Masallı rayonunun qədim tarixə malik və ən iri kəndlərindən biridir. Kəndimizin yolunun əsaslı şəkildə yenidən qurulması minlərlə insanın rahat gediş-gəlişini təmin edib, becərdiyimiz kənd təsərrüfatı məhsullarının daşınmasını asanlaşdırıb. Sizin tapşırıq və göstərişləriniz sayəsində bu işlər keyfiyyətlə və günün tələblərinə uyğun aparılır.

Kənd yollarının təmirinə yetirdiyiniz diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə təşəkkür bildirir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Hüseynova Gülzar,
Xəlilova Azadə,
Niftiyev Elxan,
İbrahimova Dürrə.
Azərbaycan Respublikası, Masallı rayonu, Xırmandalı kəndi.

_________________________________________________________________

Mübariz Abuşov və Aidə İsayevadan, Masallı, Azərbaycan
25 oktyabr 2019  president.az

Hörmətli cənab Prezident.

Sizin aqrar məsələlərə ayırdığınız diqqət, bu sahəyə göstərdiyiniz dəstək kənd zəhmətkeşlərinin əməyinin daha ruzili olmasına, onların bol məhsul götürməsinə rəvac vermişdir.

Biz əvvəllər suvarma suyu problemindən çox əziyyət çəkirdik. İnanın ki, əlimiz işdən soyumuşdu. Çünki, əkdiyimiz məhsulun vaxtında suvarılmasına təminat yox idi, zəhmətimiz hədər gedirdi. Sizin müvafiq sərəncamlarınız əsasında, son illərdə aqrar rayonlarda yüzlərlə subartezian quyusunun qazılıb istifadəyə verilməsi bu problemin həllinə çox böyük təsir göstərmişdir. Belə quyulardan biri də bizim kəndimizdə qazılmışdır.

Əziz Prezidentimiz, kəndin sadə və zəhmətkeş insanlarının gözündəki sevinc işığını, üzlərindəki saf təbəssümü görmək nəyə desəniz dəyər. Biz də bu sevinci yaşayan şəxslər olaraq Sizə təşəkkür edirik. Allah evinizdən ruzi-bərəkəti, ocağınızdan hərarəti əskik etməsin!

Hörmətlə,
Abuşov Mübariz Əvəz oğlu,
İsayeva Aidə Seyidqulu qızı.
Azərbaycan Respublikası, Masallı rayonu, Kolatan kəndi.

____________________________________________________________

Səməndər Təhməzovdan, Masallı, Azərbaycan
16 oktyabr 2019  president.az

Möhtərəm cənab Prezident.

Sizin vətəndaşların rifah halının yaxşılaşdırılması üçün gördüyünüz tədbirlər hər bir sakinin böyük sevincinə səbəb olur. Sizin Sərəncamınızla bu ay əməkhaqqımızın əhəmiyyətli dərəcədə artması bütün dövlət qulluqçuları kimi, məni də çox sevindirdi. Hər bir vətəndaşa, eləcə də biz dövlət qulluqçularına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm.

Gənc bir dövlət qulluqçusu kimi Sizin apardığınız uğurlu siyasəti daim dəstəkləyərək Azərbaycanımızın inkişafı naminə bundan sonra da yorulmadan çalışacağam.

Cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,
Təhməzov Səməndər Orucəli oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Çaxırlı kəndi.

_________________________________________________________________________

Ələşrəf Niftiyevdən, Masallı, Azərbaycan
07 oktyabr 2019  president.az

Hörmətli cənab Prezident.

“Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasındakı geniş məzmunlu, çox maraqlı çıxışınız rayonumuzun ağsaqqallarını, ziyalılarını, veteranlarını və yaradıcı insanlarını bir daha heyran etdi. Siyasət, diplomatiya budur. Azərbaycanımızın sosial-iqtisadi inkişaf nümunəsini, mövqelərini və həqiqətlərini iştirakçı ölkələrə çatdırmaqla yanaşı, çıxışınızın sonunda “Qarabağ Azərbaycandır və nida işarəsi” deməyiniz Ermənistan tərəfinin həqiqətdən uzaq bəyanatına çox cəsarətli cavab oldu.

Hamımız Azərbaycanın böyük siyasi xadimi, qətiyyətli və cəsarətli dövlət başçısı kimi Sizə heyranıq və bütün addımlarınızı dəstəkləyirik. Xalqımız Sizinlə fəxr edir.

Sizə möhkəm cansağlığı, dövlətçiliyimiz və xalqımızın rifahı naminə yeni-yeni uğurlar diləyirik. Biz hər zaman Sizinləyik.

Hörmətlə,
Ələşrəf Niftiyev,
Masallı rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli "Vətənə xidmətə görə" ordenli, Yazıçılar və Jurnalistlər birliklərinin üzvü.
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________________________

Aygün Quliyeva və Təranə Aslanovadan, Masallı, Azərbaycan
02 oktyabr 2019  president.az

Möhtərəm cənab Prezident.

İlin əvvəlindən başlayaraq sosial islahatlarla bağlı verdiyiniz fərman və sərəncamlar əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Bir çox sahələrdə olduğu kimi, biz səhiyyə işçilərinin də əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması Sizin uzaqgörən sosialyönümlü islahatlarınızın bariz nümunəsidir.
Biz həkimlər Sizə təşəkkür edir, xalqımızın həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində uğurlar arzulayır, uzun ömür, möhkəm cansağlığı diləyirik. Allah həmişə köməyiniz olsun.

Hörmətlə,
Quliyeva Aygün Balağa qızı,
Aslanova Təranə Sultan qızı.
Azərbaycan Respublikası, Masallı rayonu, Boradigah qəsəbəsi.

___________________________________________________________________

Elçin İmaməliyevdən, Masallı, Azərbaycan
26 sentyabr 2019  president.az

Möhtərəm Prezident cənab İlham Əliyev, çox hörmətli Mehriban xanım.

Sizin məqsədyönlü siyasətinizin nəticəsində doğma Azərbaycanımız günbəgün inkişaf edir, gözəlləşir, xalqımızın rifahı yaxşılaşır. Bu siyasətin bəhrələri bölgələrdə də özünü göstərir. Yaşadığım Masallı rayonunda bunun canlı şahidiyik. Rayonumuzun iqtisadiyyatı dirçəlir, kənd təsərrüfatının yeni sahələri yaradılır, əhalinin məşğuliyyəti təmin olunur.

Mən Masallının kiçik bir kəndində yaşayıram. Yaxın vaxtlarda kəndimizdə ikimərtəbəli yaraşıqlı təhsil ocağı tikilib istifadəyə verilib. Sizin sərəncamınızla Miyanku-Türkoba-Şatıroba yolunun asfaltlaşdırılması sakinlərin fərəhinə səbəb olub. Ölkəmizdə sahibkarlığa göstərilən qayğı mənim kimi əməksevərlərə geniş meydan açıb. Hazırda əkinçiliklə məşğul oluram, mal-qara saxlayıram. Dolanışığımız da getdikcə yaxşılaşır.

Cənab Prezident, xalqımızın rifahı naminə apardığınız siyasət hamımızın ürəyindəndir. Sizi həmişə dəstəkləyirik, ətrafınızda sıx birləşmişik. Kəndimizin bütün sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Xalqımızın daha firavanlığı naminə Allah Sizi qorusun. Amin.

Hörmətlə,
İmaməliyev Elçin Məmmədağa oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Şatıroba kəndi.

_____________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə


Hörmətli Prezident!


Bu gün 210 min nəfərdən çox əhalisi olan Masallı rayonunda, kəndlərində görülmüş işlər doğrudan da ürək açır. Məhz Sizin göstərişiniz və tapşırığınız əsasında burada işlər səngimir. İndi Masallının mərkəzi şəhər timsallıdır. Əlbəttə, bu biz sakinləri sevindirir, mədəni həyat səviyyəmizi yüksəldir. Şəhərin Digah küçəsində yolların yüksək səviyyədə asfaltlaşdırılması, işıqlandırılması, hər gün təmizlənməsi insanda xoş ovqat yaradır. Masallının sabahı daha gözəl və yaraşıqlı olacaq, bura gələn qonaqların diqqətini çəkəcək.
Cənab Prezident!
Sizin apardığınınz məqsədəyönlü siyasət və müasir insanın həyatı naminə gördüyünüz işlərlə fəxr edirik. Ona görə də Sizə dərin minnətdarlığımızı bildiririk. Biz masallılar da həmişə möhtərəm Prezidentimizin - Siz cənab İlham Əliyevin ətrafındayıq, ölkə rəhbərinin fəaliyyətini dəstəkləyirik.
Allah Sizi qorusun, yardımçınız olsun.

Hörmətlə,
Həsən Səlimov, Hacı Rahib Səfərov, Cəlal Məmmədov, Samir Həsənov, Hüseynbala Hüseynov.

-------------------------------------------------------------------------------------------------------------

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Cənab Prezident!

Bu yaxınlarda ailəlikcə Masallıda istirahət etdik. Burada görülən işlər hamı kimi mənim də diqqətimi çəkdi. Yeni istifadəyə verilən Bioloji Təbabət klinikasının Masallı filialında da olduq. Klinika gözəl bir yerdə, hündür palıd ağacların əhatəsindəki mənzərəli, füsunkar bir yerdə yerləşir. Ailəlikcə buradakı tibb personalının xidmətindən yararlandıq. Bütün həkimlərin qayğısını gördük. Peşəkar həkimlərin sağlamlığımızın qayğısına qalmaqdan qürur duyduq. Şəfqət bacıları klinikada olan xəstələrin hər birinə səmimiyyətlə yanaşır, vətəndaşlara, buraya qonşu və digər rayonlardan üz tutan xəstələrin hər birinə yüksək səviyyədə xidmət göstərirlər. Təbii ki, mənim və ailə üzvlərimin burada gördüklərimiz, cənab Prezident, Sizin ölkəmizdə, o cümlədən Masallı rayonunda həyata keçirilən işlərin bir nümunəsidir. Buna görə Sizə minnətdarlığımızı bildirirk. Belə ki, bioloyi təbabət klinikası dünyanın ən son tibbi texnologiyası və müasir avadanlıqları ilə təchiz edilib. Sağalması mümkün olmayan və digər klinikalarda yalnız cərrahi əməliyyatla çarəsi tapılan bir çox xəstəliklərin, Almaniya, İtaliya və İsveçrə kimi inkişaf etmiş ölkələrdə geniş yayılan bio-tənzimləyici terapiya və təbii əks təsiri olmayan dərman vasitələri ilə məhz burada müalicəsi mümkündür.
Cənab Prezident!
Buna görə Sizə dərin minnətdarlığımızı bildirirəm. Sağ olun!

Hörmətlə,
Əsgər Zeynalov, Professor.

__________________________________________________

İradə İmanbəylidən, Masallı, Azərbaycan
02 sentyabr 2019  president.az

Hörmətli cənab Prezident.

Mən bu il Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə mənzil sahibi olmuşam. Ailəliklə yeni mənzil sevincini yaşadığımız bu günlərdə bizə bu səadəti bəxş etdiyiniz üçün Sizə təşəkkür edirəm. Sizin təşəbbüsünüzlə həyata keçirilən güzəştli mənzil layihəsi yüzlərlə gənci ev sahibi olmaq arzusuna çatdırıb. İndi Yasamal Yaşayış Kompleksində gənc ailələr yeni həyatlarına böyük ruh yüksəkliyi ilə başlayırlar.

Hər birimiz ölkəmizin inkişafına töhfə vermək, işimizdə daha məhsuldar olmaq arzusundayıq. Bizə göstərdiyiniz bu qayğı sosial mənzillərdə böyüyəcək uşaqlar, məktəblilər və digər gənclər üçün də böyük bir stimuldur. Onlar da gələcək həyatlarının, sosial rifahlarının Sizin diqqətinizdə olduğuna əmindirlər. Bir daha Sizə minnətdarlığımı bildirir və yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,
İmanbəyli İradə Loğman qızı.
Azərbaycan Respublikası, Masallı rayonu, Bədəlan kəndi.

_____________________________________________________________

Fərid Bağırovdan, Masallı, Azərbaycan
28 avqust 2019  president.az

Hörmətli cənab Prezident.

Dünyada hökm sürən iqtisadi böhranın ölkəmizə o qədər də təsir göstərməməsi Sizin uğurlu daxili və xarici siyasətinizin nəticəsidir. Respublikamızın hər bir bölgəsində olduğu kimi, Masallı rayonunda da sahibkarlığın inkişafına diqqət göstərilir. Eyni zamanda, Sizin qayğınız sayəsində ölkəmizin hər yerində abadlıq-quruculuq işləri davam etdirilir. Bütün bunlar respublikamızın günə-günə inkişaf etməsində, qüdrətlənməsində mühüm rol oynayır.

Cənab Prezident, ölkəmizdə hər bir sahəyə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,
Bağırov Fərid Yavər oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Çaxırlı kəndi.

________________________________________________________

Rəbbi Kərimovdan, Masallı, Azərbaycan
23 avqust 2019  president.az

Möhtərəm cənab Prezident İlham Əliyev.

Son vaxtlar Muğan zonasında müsbət dəyişikliklərin şahidi oluruq. Qonşu rayonlarla yanaşı, doğma Masallının kəndlərinə də asfalt yollar çəkilib, içməli su və elektrik enerjisi təchizatı yaxşılaşdırılıb, kəndlərimiz təbii qazla təmin olunub. Əlbəttə ki, bu işlər əhalinin firavan yaşayışında, ətraf bölgələrə gediş-gəlişinin yaxşılaşmasında və bir çox qayğılardan azad olmasında mühüm rol oynayıb.

Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah işlərinizi avand eləsin.

Hörmətlə,
Kərimov Rəbbi Kamil oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Qarğalıq kəndi.

__________________________________________________________________________________


Sərraf Səfərov və Rəzzaq Qasımovdan, Masallı, Azərbaycan
22 avqust 2019  president.az

Hörmətli cənab Prezident.

Sizin xüsusi diqqətiniz, ardıcıl və məqsədyönlü fəaliyyətiniz sayəsində respublikamız gündən-günə inkişaf edir, o cümlədən regionlarda quruculuq və abadlıq işləri aparılır. Yaşadığımız Masallı rayonunda da bu işlər göz önündədir. Ucqar kəndlərin qazlaşdırılması və həmin kəndlərə asfalt yolun çəkilməsi, bir çox kəndlərin içməli su təchizatının yaxşılaşdırılması Sizin rayonumuza göstərdiyiniz böyük qayğının nəticələridir.

Həmçinin qeyd etmək istəyirik ki, cari ildə əməkhaqlarının və təqaüdlərin artırılması insanların maddi rifahını yaxşılaşdırıb, onlara xoş ovqat bəxş edib.

Cənab Prezident, görülən bu işlərə, göstərilən diqqət və qayğıya görə şəxsən öz adımızdan, kəndimizin əhalisinin və qonşu kəndlərin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.

Siz bizim ümid və güvən yerimizsiniz. Allah Sizi pənahında saxlasın.

Hörmətlə,
Səfərov Sərraf Şuli oğlu
Qasımov Rəzzaq Xamməd oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Xanalıyan kəndi.

__________________________________________________________

Meysaba Aslanovadan, Masallı, Azərbaycan
20 avqust 2019  president.az

Möhtərəm cənab Prezident.

İlin əvvəlindən başlayaraq əhalinin sosial problemlərinin həlli istiqamətində gördüyünüz böyük işlər, bu istiqamətdə imzaladığınız sərəncam və fərmanlar hər bir vətəndaşın urəyincədir. Əməkhaqlarının və pensiyaların artımı bir çox kateqoriyadan olan insanlarla yanaşı, əlillərin də böyük sevincinə səbəb olub.

Sizin diqqət və qayğınız sayəsində respublikanın hər bir bölgəsi inkişaf edir, müasir şəhərlər və kəndlər göz oxşayır. Xaricdə yaşayan soydaşlarımız hər dəfə Vətənə gələrkən ölkəmizdə olan inkişaf və yeniliklərlə rastlaşırlar.

Cənab Prezident, son illərdə Sizin sərəncamlarınızla ayrılan vəsaitlər hesabına rayonumuzda genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, əhali üçün gözəl şərait yaradılır. Yaşadığımız kəndi rayon mərkəzi ilə birləşdirən 7 kilometrlik yol yüksək səviyyədə təmir olunub, kəndimizə içməli su xətti çəkilib, yaşadığımız ərazi təbii qazla təmin edilib. Təbii ki, bütün bunlar bizi sevindirir.

Həyata keçirdiyiniz bütün bu işlərə görə kəndimizin sakinləri adından Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizi, Mehriban xanım Əliyevanı və bütün ailə üzvlərinizi qorusun.

Hörmətlə,
Aslanova Meysaba Yunus qızı.
Azərbaycan Respublikası, Masallı rayonu, Abasbəyli kəndi.

_______________________________________________________________

Nəcəf Xəlilovdan, Masallı, Azərbaycan
17 avqust 2019  president.az

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan dinamik inkişaf edir. Ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da abadlıq-quruculuq işləri aparılır. İmzaladığınız fərman və sərəncamlar xalqın güzəranını yaxşılaşdırır, insanların sosial problemləri öz həllini tapır və kəndlərimiz gündən-günə inkişaf edir.

Rayonumuzda yollar işıqlandırılıb, yeni ağaclar əkilib, böyük yaşıllaşdırma işləri aparılıb. Viləş çayının Masallı şəhərindən keçən hissəsində gözəl bulvar salınmaqdadır. Kəndlilərə öz məhsullarını qısa zamanda şəhərə çatdırmaq imkanı verən gözəl yollar inşa edilib. Bütün bunlar bizi çox sevindirir.

Möhtərəm cənab Prezident, doğma Azərbaycanımızın, o cümlədən Masallının sürətli inkişafına, tərəqqisinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirir, Vətənimizin daha böyük uğurları naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı arzulayıram. Xalqın qayğısına qaldığınıza, kəndlərimizi inkişaf etdirdiyinizə görə hamılıqla Sizə “Çox sağ olun!” deyirik. Var olun, cənab Prezident! Allah Sizi qorusun.

Hörmətlə,
Xəlilov Nəcəf Xəlil oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.

________________________________________________

Əlövsət Məmmədhüseynlidən, Masallı, Azərbaycan
16 avqust 2019  president.az

Hörmətli cənab Prezident.

Son illərdə ölkəmizdə apardığınız uğurlu siyasi və iqtisadi islahatlar, xalqın maddi rifahının yaxşılaşdırılması üçün atdığınız qətiyyətli addımlar, ölkəmizin bütün sahələrdə davamlı inkişafı qəlbimizi qürur hissi ilə doldurur. Doğma Azərbaycanımız gündən-günə inkişaf edir, qüdrətlənir, dünya dövlətləri arasında söz sahibinə çevrilir. Bütün bunlar şəxsən Sizin uzaqgörən və müdrik siyasətinizin nəticələridir.

Ölkənin bütün guşələrində abadlıq-quruculuq işləri sürətlə aparılır. Dünya ölkələrinin iqtisadi və maliyyə çətinlikləri ilə üzləşdiyi bir vaxtda respublikamızda sosialyönümlü proqramlar uğurla həyata keçirilir. Xalqın rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə pensiyaların və əməkhaqlarının artırılması xalqımız tərəfindən çox böyük sevinc hissi ilə qarşılandı. Bu da ölkəmizdə gedən sürətli inkişafdan xəbər verir.
Ölkəmizdəki inkişaf bizim rayonumuzdan və kəndlərimizdən də yan keçməyib. Son bir neçə ay ərzində rayon mərkəzi ilə Banbaşı, Yeyənkənd, Köhnə Alvadı, Güllütəpə, Təzə Alvadı kəndlərini birləşdirən yol asfaltlanıb, kəndlərarası yollar təmir-bərpa olunub.

Hörmətli cənab Prezident, bütün bunlara görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə minnətdarlığımızı bildirirəm. Uca Yaradan Sizi qorusun.

Dərin hörmətlə,
Məmmədhüseynli Əlövsət Ceyhun oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.

_________________________________________________________________

Kamal Təhməzovdan, Masallı, Azərbaycan
13 iyul 2019  president.az

Möhtərəm cənab Prezident.

Əməkhaqların artırılması barədə son sərəncamlarınız bütün Azərbaycan xalqını, o cümlədən biz müəllimləri çox sevindirdi. Bu gün Azərbaycan müəllimi ən yüksək ada, ən yüksək dəyərlərə layiq görülür. Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan uğurlu siyasət birbaşa təhsilin keyfiyyətinin daha da yüksəlməsinə xidmət edir.

Respublikamızda yeni-yeni məktəb binalarının tikilməsi, mövcud məktəblərin təmiri və ən müasir avadanlıqla təmin edilməsi Sizin qətiyyətli və uğurlu siyasətinizin nəticəsi olaraq müəllimlərə, eləcə də Azərbaycanın gələcəyinə verdiyiniz dəyərdən irəli gəlir.

Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçiliyi, inkişaf yolu var. Sizin atdığınız hər bir addım ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin layiqli davamçısı olduğunuzu sübut edir. Ümummilli Liderin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olaraq müəllimlərə göstərdiyiniz bu diqqət və qayğı əvəzolunmazdır. Ulu Öndər vaxtilə “Mən dünyada müəllimdən yüksək ad tanımıram” deyə vurğulamışdı.

Cənab Prezident, məhz Sizin qətiyyətli siyasətiniz Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsinə çevirdi. Ölkəmizin inkişafı, insanlarımızın rifahı naminə imzaladığınız sərəncamlara görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda ailə səadəti və xoşbəxtlik arzulayıram.

Dərin hörmətlə,
Təhməzov Kamal Orucəli oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Xırmandalı kəndi.

___________________________________________________________________

Ə.Niftiyev və başqalarından, Masallı, Azərbaycan
03 iyul 2019  president.az

Möhtərəm cənab Prezident.

  Azərbaycan xalqı xoşbəxtdir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt rəhbərliyiniz altında uğurla davam etdirilərək ölkəmizi irəliyə aparır. Beynəlxalq aləmdə respublikamız nüfuzunu artırır, imzaladığınız sərəncamlar, verdiyiniz göstərişlər, həyata keçirilmiş islahatlar öz səmərəli bəhrələrini verir. Əhalinin sosial rifahının və güzəranının yaxşılaşdırılması istiqamətində atdığınız bənzərsiz tarixi və inqilabi addımlar hamının böyük razılığına səbəb olmuşdur. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizinin genişlənməsi, beynəlxalq əməkdaşlığın yeni sahələrinin işə salınması, regionlarda sosial-iqtisadi infrastruktur dəyişiklikləri barədə Dövlət Proqramlarının və mühüm layihələrin vaxtında həyata keçirilməsi ölkəmiz üçün böyük önəm daşıyır. Respublikamızın paytaxtında və bölgələrdə irimiqyaslı idman oyunları, multikultural və tolerantlıq, milli-mənəvi dəyərlərin təbliği sahəsində son illərdə keçirilən konfrans və simpoziumlar, görüşlər və əldə olunan nailiyyətlər dünya birliyi tərəfindən razılıqla qarşılanır.

  Cənab Prezident, ümummilli lider Heydər Əliyev yaşlı nəsli milli-mənəvi dəyərlərimizin qızıl fondu adlandırmışdır. Masallı ağsaqqalları da bu cərgədə dövlətçiliyimizin möhkəmlənməsi sayəsində böyük uğurla və inamla həyata keçirdiyiniz daxili və xarici siyasəti ürəkdən bəyənir, Sizinlə yanaşı və birlikdə olmağı özlərinə şərəf və qürur sayırlar. Respublikamıza, o cümlədən ən böyük rayonlardan olan Masallıya göstərdiyiniz diqqət və qayğıya görə mənəvi borc kimi Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

  Cənab Prezident, fürsətdən istifadə edərək ali diqqətinizə çatdırırıq ki, Azərbaycanda qısa müddət ərzində qazanılmış uğur və nailiyyətləri gözü götürməyən, xaricdə sığınacaq tapmış və qrantlar hesabına millətimizə xəyanət yolunu seçmiş bir neçə nankorun qarayaxmaları ilə ictimaiyyətin fikrini və mövqeyini dəyişmək mümkün deyildir. Həmin şəxslərin bu cəhdlərini qətiyyətlə pisləyir və belələrinə “ar olsun!” deyirik. Apardığınız siyasəti masallılar hərtərəfli dəstəkləyirlər.

Hörmətlə,
Ə.Niftiyev, Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli “Vətənə xidmətə görə” ordenli, Dövlət qulluğu veteranı, yazıçı-publisist,
Ş.Əbilov, Prezident təqaüdçüsü “Tərəqqi” medallı,
M.Təhməzov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazisi
M.Hüseynov, “Tərəqqi” medallı, Əməkdar müəllim
G.Ələsgərova, “Abad” xidmət iştirakçısı
M.Şiriyev, Rayon veteranlar şurasının sədri və başqalarından (cəmi 152 nəfər).
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________________

Məhbubə Şahbazova və İlham Ağayevdən, Masallı, Azərbaycan
27 iyun 2019  president.az

Hörmətli, Cənab Prezident.

Sizin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamınız biz təhsil işçilərini hədsiz sevindirir, qəlbimizdə ruh yüksəkliyi yaradır.

Bu Sərəncam bizləri gənc nəslin əsl vətəndaş kimi yetişdirmək işimizdə daha da həvəsləndirir, bizə əlavə stimul verir. Sizin bütün fərman və sərəncamlarınız ölkədə apardığınız uğurlu siyasətin nəticəsidir. Biz Sizi əmin edirik ki, göstərdiyiniz diqqət və qayğıya əməli işimizlə cavab verəcəyik.

Müəllim əməyinə göstərilən dövlət qayğısına görə Sizə ürəkdən təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Sizə dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda cansağlığı, fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Var olun, cənab Prezident!

Hörmətlə,
Şahbazova Məhbubə
Ağayev İlham.
Azərbaycan Respublikası, Masallı rayonu, Hişkədərə kəndi.

_________________________________________________________________

Qeyrət Balaşzadədən, Masallı, Azərbaycan
11 iyun 2019   president.az

Möhtərəm cənab Prezident.

Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanımızın memarı və qurucusu olması danılmaz bir həqiqətdir. Bu gün Sizin həyata keçirdiyiniz hərtərəfli siyasət, ölkəmizin sosial-iqtisadi həyatında atdığınız müdrik addımlar ulu öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli məzunu, etibarlı davamçısı olduğunuzun bariz nümunəsidir.

Siz vətəndaşların müraciətlərinə həssaslıqla yanaşırsınız. Çıxışlarınızda qeyd edirsiniz ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz vətəndaşlar bunu hiss edir və görürük. Son vaxtlar minimum əməkhaqqının və təqaüdlərin məbləğinin artırılması, problemli kreditlərin həlli, yeni iş yerlərinin yaradılması bunun əyani göstəriciləridir. Mənim atam və qardaşım da bu yaxınlarda işlə təmin edilib.

Ölkəmizdə həyata keçirilən böyük tikinti və quruculuq işləri təkcə paytaxtda deyil, ən ucqar bölgələrdə də davam etdirilir. Bu da Sizin təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının strateji əhəmiyyətinin göstəricisidir.

Uzun müddət idi ki, Masallı rayonunun Digah-Təzə Alvadı-Yeni Zuvand yolunun təmirinə böyük ehtiyac yaranmışdı. Kəndlərdə yaşayan ahıllar, məktəbli uşaqlar, başqa bölgələrdən gələn qonaqlarımız bu yola görə çətinlik çəkirdilər. Sizin Sərəncamınıza əsasən yolun yenidən qurulmasına başlanılıb. Hazırda müasir tələblərə cavab verən geniş yol tikilir.

Cənab Prezident, mən bir gənc müəllim olaraq bu kəndlərdə yaşayan çoxsaylı vətəndaşlar adından Sizə kənd yollarının yenidən qurulmasına göstərdiyiniz yüksək diqqət və qayğıya görə səmimi minnətdarlığımızı bildirirəm. Siz xalqa sevinc bəxş edən Prezidentsiniz.

Xalqın sevgisi Sizinlədir. Allah Sizi qorusun.

Dərin hörmət və ehtiramla,

Balaşzadə Qeyrət Balaş oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Banbaşı kəndi.

____________________________________________________________

Rəşid Məmmədovdan, Masallı, Azərbaycan
24 may 2019  president.az

Hörmətli cənab Prezident.

Bu gün respublikamızda bütün kateqoriyalardan olan insanlar dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu qayğını mən də bir hərbi əlil olaraq daim öz üzərimdə hiss edirəm. Hər yerdə mənə hörmətlə, diqqətlə yanaşırlar. Həm maddi təminatım ildən-ilə yaxşılaşır, həm də ki, bütün bunların sayəsində mənəvi təskinlik tapıram.

Cənab Ali Baş Komandan, Sizə təşəkkür edirəm. Ölkə vətəndaşlarına olan qayğıkeş münasibət Sizdən qaynaqlanır. Allah Sizi pənahında saxlasın.

Hörmətlə,
Məmmədov Rəşid Şükür oğlu
Azərbaycan Respublikası, Masallı rayonu.

_____________________________________________________________________

X.Xəlilov və başqalarından, Masallı, Azərbaycan
20 may 2019  president.az

Hörmətli cənab Prezident.

Masallı rayonunun sakini olduğumuz Köcəkli kəndində və ətrafdakı digər kəndlərdə köhnəlmiş və yararsız vəziyyətə düşmüş elektrik dirəkləri yenisi ilə əvəz olunmuş, elektrik xətləri SİP-kabellə çəkilmiş, əhalini narahat edən problem aradan qaldırılmışdır. Hazırda kənd sakinləri elektrik enerjisi ilə fasiləsiz və dayanıqlı təmin olunurlar. Bundan başqa, elektrik borcu olan insanlara bu borcları hissə-hissə ödəməyə imkan yaradılmışdır.

Əziz Prezidentimiz, bütün bunlara görə Sizə təşəkkürümüzü bildiririk. Yolunuz hər zaman işıqlı və açıq olsun!

Köcəkli kəndinin sakinləri adından hörmətlə,

X.Xəlilov,
Ş.Gözəlov,
R.Kərimov,
Z.Mirzəyev,
M.Bağırov və başqaları - cəmi 30 nəfər.
Azərbaycan Respublikası, Masallı rayonu, Köcəkli kəndi.

_______________________________________________________

Elnur Ağayevdən, Masallı, Azərbaycan
17 may 2019  president.az

Möhtərəm cənab Prezident.

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanınıza görə Sizə sonsuz təşəkkürümü bildirirəm.
Mənim problemli kreditim yoxdur. Amma minlərlə vətəndaşımızın güzəranına müsbət təsir edəcəyini nəzərə alsaq, bu Fərmanın imzalanmasına görə çox sevinirəm.
Devalvasiya nəticəsində yaranmış problemli kreditləri vətəndaşların mənafeyinə uyğun həll etdiyiniz üçün bir daha Sizə təşəkkürümü bildirirəm. Ömrünüz uzun olsun.

Dərin hörmətlə,
Ağayev Elnur Azər oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Hişkədərə kəndi.

____________________________________________________________

Məmmədəli Əlinağıyevdən, Masallı, Azərbaycan
01 may 2019  president.az

Hörmətli cənab Prezident.

Masallı rayonunun Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisi ilə əlaqədar imzaladığınız Sərəncama uyğun olaraq yolun inşası uğurla həyata keçirilir. Bu yolun qonşu kəndlərin sakinləri ilə yanaşı, bizim kəndin camaatı üçün əhəmiyyəti çox böyükdür. Yolun istifadəyə verilməsi rayon mərkəzinə çıxışımızı asanlaşdıracaq, mənzilbaşına tez və rahat çatmağımıza şərait yaradacaq.

Cənab Prezident, yol çəkmək həyatda ən savab işlərdən biridir. Məqsədyönlü və xeyirxah işlərinizə, xalqa bəxş etdiyiniz sanballı töhfələrə görə çox sağ olun.

Yolunuz hər zaman işıqlı və hamar olsun!

Hörmətlə,
Əlinağıyev Məmmədəli Abbasqulu oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Güllütəpə rayonu.

_____________________________________________________________________

Qardaşxan Rüstəmovdan, Masallı, Azərbaycan
09 aprel 2019 president.az

Hörmətli cənab Prezident.

Azərbaycanın hər günü, hər ayı, hər ili yenilik, tərəqqi və inkişaf tarixinə çevrilir. Ölkə həyatının bütün sahələrində fərəh və qürur doğuran hadisələr bir-birini əvəz edir, xalqımızın həyat səviyyəsi və güzəranı getdikcə yaxşılaşır, vətəndaşların gündəlik problemlərinin həllinə, onları narahat edən çətinliklərin aradan qaldırılmasına xüsusi diqqət və həssaslıqla yanaşılır. Dünyada gedən qlobal proseslər, iqtisadi, siyasi ziddiyyətlər, yer üzündə sülhə, əmin-amanlığa, sabit inkişafa mane olan regional dini və etnik münaqişələr fonunda Azərbaycan stabil və davamlı tərəqqi yolunu davam etdirir. Xalqlar və millətlər üçün ən şirin nemət olan azadlıq və müstəqilliyin daha bir ilini arxada qoyan, sürətli sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətini cəlb edən Azərbaycan Respublikası qarşısında açılan quruculuq, inkişaf və tərəqqi üfüqləri getdikcə genişlənir.

Ulu Tanrının ölkəmizə bəxş etdiyi zəngin yeraltı və yerüstü sərvətlərdən böyük ağıl və dərin zəka ilə son dərəcə səmərəli istifadə edən Azərbaycan dövləti və onun Prezidenti bütün resursları bir məqsəd, bir amal uğrunda səfərbər edərək, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı və böyük çətinliklərlə nail olduğu müstəqilliyini gündən-günə möhkəmləndirir, ölkəmizi yüksək inkişaf və tərəqqi yolları ilə qətiyyətlə irəli aparır. Bu böyük uğurların qazanılmasında ulu öndərimiz Heydər Əliyevin müqəddəs arzuları, müstəqilliyimizi əbədiləşdirməyə yönəlmiş siyasi xətti, sonsuz cəsarət və inamla həyata keçirdiyi uğurlu neft strategiyası və misilsiz xidmətləri hər zaman xüsusi qeyd olunur.

Cənab Prezident, mən bir vətənpərvər olaraq Sizin apardığınız siyasəti dəstəkləyir və xalqımız üçün gördüyünüz işlərlə fəxr edirəm. Allahdan Sizə uzun ömür, cansağlığı, müqəddəs işinizdə uğurlar arzulayıram.

Uca Yaradan Sizi qorusun.

Hörmətlə,
Rüstəmov Qardaşxan Zeydulla oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kənd.

____________________________________________________________

Hidayət Vəliyevdən, Masallı, Azərbaycan
08 aprel 2019  president.az

Hörmətli cənab Prezident.

Biz şəhid ailələrini diqqətdə saxladığınıza, bizə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin imzaladığınız Fərmana əsasən 11 min manat birdəfəlik ödəməni vaxtında və maneəsiz aldıq. Bu mühüm addım Sizin xeyirxahlığınızın və humanistliyinizin daha bir sübutdur. Biz həmişə Sizin tərəfinizdən qayğı və diqqətlə əhatə olunmuşuq. Bayram günlərində də şəhid ailələrinə diqqət göstərilir, onlara sovqat verilir.

Bu diqqət və qayğıya görə şəhid ailələri adından bir daha Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Biz hər zaman Sizin duaçınızıq.

Hörmətlə,
Vəliyev Hidayət Rza oğlu, şəhid atası.
Azərbaycan Respublikası, Masallı rayonu, Qarğalıq kəndi.

_________________________________________________________________

Məmmədağa Quliyevdən, Masallı,
06 aprel 2019  president.az

Hörmətli cənab Prezident.

Son zamanlar apardığınız sosial-iqtisadi islahatlar, mədəniyyət və incəsənət sahəsinin inkişafına göstərdiyiniz qayğı, minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması bizə böyük ümid verir. Görürük ki, biz öz seçimimizdə həqiqətən də yanılmamışıq. Atalar yaxşı deyib: “Elin gözü tərəzidir.” Xalq Sizin işlərinizi görür, yüksək qiymətləndirir və dəstəkləyir.

Cənab Prezident, apardığınız genişmiqyaslı islahatlara görə ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram. Allah Sizi qorusun.

Hörmətlə,
Quliyev Məmmədağa
Azərbaycan Respublikası, Masallı rayonu, Təzə Alvadı kəndi.

_______________________________________________________________________

Əlixan Güləliyevdən, Masallı, Azərbaycan
04 aprel 2019  president.az

Hörmətli cənab Ali Baş Komandan.

Sizin sayənizdə Azərbaycanımız gündən-günə inkişaf edir və gözəlləşir. Paytaxt Bakı isə dünyanın ən möhtəşəm şəhərlərindən birinə çevrilmişdir. Biz Vətənimiz Azərbaycanın bugünkü inkişaf səviyyəsi ilə haqlı olaraq qürur duyuruq.
Siz ölkə vətəndaşlarına da böyük diqqət və qayğı göstərirsiniz. Cəbhə bölgəsinə tez-tez səfərlər etməyiniz, hərbi hissələrdə olmağınız zabit və əsgərlərimizə böyük ruh yüksəkliyi verir, biz valideynləri sevindirir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar son aylarda verdiyiniz Fərman və Sərəncamları da bu məqamda qeyd etməyə bilmərəm. Minimum əməkhaqqının, təqaüdlərin, pensiyaların artırılması, problemli kreditlərin həlli ilə bağlı tədbirlər görülməsi çox yaxşı haldır.
Cənab Prezident, bu təqdirəlayiq işlərinizə görə bir ağsaqqal olaraq Sizə təşəkkür edirəm. Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,
Güləliyev Əlixan Əhməd oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Təzə Alvadı kəndi.

___________________________________________________________________________

İbrahim Şükürovdan, Masallı, Azərbaycan
03 aprel 2019  president.az

Çox hörmətli cənab Prezident,

Son aylar imzaladığınız, Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına yönəlmiş fərman və sərəncamlarınız hamı kimi bizi də sevindirir. Problemli kreditlərin həlli, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı işlər çox təqdirəlayiqdir. Buna görə hamı Sizə minnnəndarlıq edir. İnsanlar öz Prezidentinə inanır, ona dayaq olur. Necə ki, dövlət başçısı sadə insanların qayğısını çəkir və bu hisslərlə yaşayır, işləyir. Sizin müvafiq Sərəncamınızla martın 1-dən minimum əməkhaqqının artırılması hər bir azərbaycanlıya, o cümlədən Masallı rayonunun əhalisinə olan diqqət və qayğıdan irəli gəlir. Görün nə qədər insanı sevindirmisiniz!

Əziz Prezidentimiz, bu sevinci bizə bəxş edən insana - Sizə bir daha minnətdarlıq edir, gələcək işlərinizdə, çətin və müqəddəs fəaliyyətinizdə uğurlar arzulayırıq. Azərbaycan əhalisinin rifahı naminə çalışdığınıza görə Ulu Tanrı Sizi, birinci xanım Mehriban Əliyevanı və övladlarınızı qorusun!

Hörmətlə,
Şükürov İbrahim Məmmədhüseyn oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Qasımlı kəndi.

________________________________________________________________________

Əlihüseyn Sadıqovdan, Masallı, Azərbaycan
02 aprel 2019  president.az

Çox hörmətli cənab Prezident.

Azərbaycanın iqtisadi və sosial həyatı son illər durmadan inkişaf edir. Respublikamızın müstəqilliyini bərpa edərək daha da möhkəmlənməsi və bugünkü qüdrətli Azərbaycan dövlətinin yaranması ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsi, Ulu Öndərin ölkəmiz və xalqımız qarşısında tarixi xidmətidir. Bu gün bu strategiya Sizin yüksək idarəçilik bacarığınız, tükənməz enerjiniz və işgüzarlığınız sayənizdə uğurla davam edir. Siz son illər müasir dünyamızda gedən proseslərdə Azərbaycanın milli maraqlarını müvəffəqiyyətlə qoruyaraq dünyada sürətlə inkişaf edən demokratik bir ölkə kimi nüfuz qazanmasını təmin edirsiniz. Biz bununla hədsiz qürur duyuruq. İqtisadi tərəqqisinə görə nəinki MDB-də, hətta dünyada lider dövlətlərdən olan Azərbaycan bu nəticəni məhz Sizin həyata keçirdiyiniz uğurlu siyasət, aparılan hərtərəfli və köklü islahatlar sayəsində qazanmışdır.
Hörmətli cənab Prezident, indi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün hər bir şərait mövcuddur. Sahibkarlığın inkişafına göstərdiyiniz diqqət və qayğı da göz qabağındadır. Bu gün ölkə sahibkarları Sizi özlərinin himayədarı bilirlər. Elə buna görədir ki, dövlətimizin həyata keçirdiyi əksər layihələrdə canla-başla təmsil olunmağa çalışırlar.
Son illərdə respublikamızın neftdən asılılığının azaldılması üçün kənd təsərrüffatınin inkişafına xüsusi diqqət ayırmanız məni və kənd əhalisini çox sevindirir.
2019-cu ilin ilk günündən başlayaraq əhalinin sosial vəziyyətini nəzərə alaraq, minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin artırılması xalqın sevincinə səbəb olmuşdur.
Hörmətli cənab Prezident, mən həmişə sadə vətəndaşlarla ünsiyyətdə olan biri kimi əminliklə deyə bilərəm ki, xalqın Sizə olan sevgisi və inamı hədsizdir. Azərbaycan xalqı həmişə Sizinlədir. Sizi və ailə üzvlərinizi öz ailə üzüvlərimin adından xalqımızın sevimli və əziz bayramı olan Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.

Allah Sizi qorusun.

Dərin hörmət və ehtiramla,
Sadıqov Əlihüseyn Əkbər oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Xəlfələr kəndi.

_______________________________________________________________________

Eltun Museyibzadədən, Masallı, Azərbaycan
27 mart 2019  president.az

Hörmətli cənab Prezident.

Əvvəla Sizi və ailənizi Novruz bayramı münasibətilə təbrik edirəm. Ulu öndər Heydər Əliyevin və Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycan sürətlə inkişaf edib və etməkdədir. Xalqımızın layiqli həyat səviyyəsinin təmin olunması, güzəranının daha da yaxşılaşdırılması məqsədilə bu ilin əvvəlindən başlayaraq apardığınız geniş islahatlar, imzaladığınız fərman və sərəncamlar öz bəhrələrini verir.

Prezident təqaüdçüsü olduğum üçün tələbələrin təqaüdlərinin artırılmasına görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Çətin və şərəfli fəaliyyətinizdə uğurlarınızın davamlı olmasını arzu edirəm.

Hörmətlə,
Museyibzadə Eltun Elşən oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Həsənli kəndi.

___________________________________________________

Yəhya Bağırovdan, Masallı, Azərbaycan
19 mart 2019   president.az

Hörmətli cənab Prezident.

Bu gün respublikamızın dörd bir yanında geniş abadlıq və quruculuq işləri həyata keçirilməkdədir. Bizim doğma Masallı rayonu da bu işlərdən kənarda qalmayıb. Küçələrə asfalt örtüyü çəkilir, müasir işıqlandırma sistemləri qurulur. Sakini olduğum N.Nərimanov küçəsinin hazırkı görkəmi bir vətəndaş kimi məni çox razı salır.
Möhtərəm cənab Prezident, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən fəaliyyətinizə görə Sizə dərin minnətdarlığımızı bildirirəm. Sizi və ailənizi qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Sizlərə uzun ömür, cansağlığı, işlərinizdə uğurlar arzu edirəm.

Hörmətlə,
Bağırov Yəhya Ələsgər oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.

______________________________________________________

Səyyad Quliyev və başqalarından, Masallı, Azərbaycan
16 mart 2019,  president.az

Hörmətli cənab Prezident.

Sizin ölkə vətəndaşlarının qayğılarına həssaslıqla yanaşmanız, onların problemlərinin həlli ilə əlaqədar ardıcıl tədbirlər görməyiniz qədirbilən xalqımız tərəfindən hər zaman təqdir olunur. Son aylar ərzində əhalinin sosial təminatının yaxşılaşdırılması üçün imzaladığınız Fərman və Sərəncamlar da bu qəbildəndir. Hər bayramqabağı bizi sevindirir, bayram əhval-ruhiyəmizi daha da yüksəldirsiniz.

Əziz Prezidentimiz, ölkə vətəndaşlarını hər zaman diqqətdə saxladığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildirir, sevinc dolu günlər arzulayırıq. Qarşıdan gələn Novruz Bayramınız mübarək olsun.

Hörmətlə,
Quliyev Səyyad,
Nuriyev Əfsər,
Əsgərov Bayraməli
Azərbaycan Respublikası, Masallı rayonu, Türkoba kəndi.

_____________________________________________________________________________

Seymur Bəşirovdan, Masallı, Azərbaycan
11 mart 2019  president.az

Möhtərəm cənab Prezident.

Sizin Şamaxı rayonuna səfərinizi efirdən izlədim. Sakinlərlə səmimi görüşləriniz, hər bir vətəndaşın problemi ilə maraqlanmağınız, onlara qayğı göstərməyiniz məndə qürur hissi yaratdı. Mən fəxr edirəm ki, azərbaycanlıyam, qürur duyuram ki, Sizin kimi Prezidentim var. Allah Sizi başımızın üstündən əksik etməsin.

Cənab Ali Baş Komandan, Sizin xalqımıza qayğıkeş münasibətiniz bizə vətənpərvərlik hissi aşılayır. İşğal altında olan torpaqlarımızı azad etmək üçün əmrinizə hər an hazıram.

Hörmətlə,
Bəşirov Seymur Salamat oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi.

________________________________________________________________

İsa Babayevdən, Masallı, Azərbaycan
27 fevral 2019 president.az

Hörmətli cənab Prezident.

Mən sadə bir vətəndaş olaraq Sizin xarici və daxili siyasətinizi dəstəkləyir, eyni zamanda, Sizin müdrik və uzaqgörən şəxsiyyət olmağınızla fəxr edirəm. Həqiqət budur ki, Siz beynəlxalq siyasi arenada xüsusi nüfuza və çox böyük hörmətə maliksiniz.

Cənab Prezident, mən fəxr edirəm ki, ölkəmizin, xalqımızın Sizin kimi Prezidenti var.
Tanrı Sizi qorusun.

Hörmətlə,
Babayev İsa Yaqub oğlu, təqaüdçü.
Azərbaycan Respublikası, Masallı rayonu, Böyük Xocavar kəndi.

______________________________________________________

Fəttah Qədirovdan, Masallı, Azərbaycan
23 fevral 2019,   president.az

Hörmətli cənab Prezident,

Mən sadə bir vətəndaş olaraq, Sizin düşünülmüş, uğurla həyata keçirilən xarici və daxili siyasətinizi dəstəkləyirəm.

Həqiqət budur ki, Siz dünya siyasi arenasında xüsusi nüfuza və çox böyük hörmətə maliksiniz. Mən fəxr edirəm ki, ölkəmizin, xalqımızın İlham Əliyev kimi Prezidenti var. Uca

Tanrı Sizi qorusun!

Hörmətlə,
Qədirov Fəttah İdris oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.

______________________________________________________

Tahir Məmmədov və başqalarından, Masallı, Azərbaycan
19 fevral 2019  president.az

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan sosial siyasət, əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlər öz bəhrələrini verir və ictimaiyyət tərəfindən təqdir olunur. Həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə işsiz insanların məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Siz həmişə şəhid ailələrinə böyük qayğı göstərir, onların problemlərinin həlli üçün hərtərəfli tədbirlər görürsünüz.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçuların ailə üzlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə onlara 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi şəhid ailələrinə bəslənən böyük diqqətin və qayğının növbəti təzahürüdür.

Hörmətli cənab Prezident, Sizin Azərbaycanın bütün şəhər və rayonlarına göstərdiyiniz diqqət və qayğı, eyni zamanda, Masallı rayonunda da özünü büruzə verir. Masallı şəhərində Cümə məscidinin təmirinə və yenidən qurulmasına görə rayon sakinləri, o cümlədən din xadimləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Masallı Sənaye Məhəlləsinin, çəltik emalı müəssisəsinin yaradılması, habelə 25-dən çox yaşayış məntəqəsini birləşdirən yolların çəkilməsi Sizin rayonumuzun əhalisinə göstərdiyiniz diqqətin bariz nümunələridir. Rayonumuzda yaradılan yeni iş yerləri əhalimizin maddi rifah halının daha da yaxşılaşmasına gətirib çıxarıb. Azərbaycanın dinamik inkişafı üçün apardığınız siyasətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.

Cənab Prezident, Masallı sakinləri Sizin uzaqgörən daxili və xarici siyasətinizi ürəkdən bəyənirlər. Biz hər zaman Sizinləyik. Allah Sizi qorusun.

Hörmətlə,
Məmmədov Tahir Sədi oğlu
Rufullayev Rövşən Rufulla oğlu
İbadov Əfsər Səfər oğlu
Məmmədov Nazim Şaban oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.

_____________________________________________________________

Əlizamin Xəlilovdan, Masallı, Azərbaycan
16 fevral 2019,   president.az

Hörmətli cənab Prezident.

Sizin ölkəmizdə davamlı olaraq apardığınız islahatlar məni çox sevindirir. Son günlərdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə minimum əməkhaqqının və pensiyalarının artırılması biz sadə vətəndaşların ürəyindən oldu.
Əziz Prezidentimiz, bu diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,
Xəlilov Əlizamin Ağaverdi oğlu, təqaüdçü.
Azərbaycan Respublikası, Masallı rayonu.

_____________________________________________________

Rauf Cəbiyevdən, Masallı, Azərbaycan
24 yanvar 2019    president.az

Hörmətli cənab Prezident.
S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası Sizin Sərəncamınızla ayrılan vəsait hesabına Avropa standartlarına uyğun təmin olunaraq və zəruri avadanlıqlarla təchiz edilərək övladlarımızın istifadəsinə verildi. Gimnaziyada övladlarımızın yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait mövcuddur. Hazırda mənim iki övladım gimnaziyanın 7-ci sinfində təhsil alır.
Görülən işləri Sizin ölkəmizdə apardığınız uğurlu siyasətinizin məntiqi nəticəsi kimi qiymətləndiririk. Sizin təhsilə, gələcək nəslə və gənclərə qayğınızın daim şahidi oluruq.
Möhtərəm cənab Prezident, bütün bu işlərə görə şəxsən öz adımdan və gimnaziyada təhsil alan şagirdlərin valideynləri adından Sizə dərin minnətdarlığımızı bildirir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,
Cəbiyev Rauf.
Azərbaycan Respublikası, Masallı rayonu, Kolatan kəndi. 

___________________________________________________________________________


Məhbubə Şahbazovadan, Masallı, Azərbaycan
24 yanvar 2019    president.az

Möhtərəm cənab Prezident.
Azərbaycan şairi İmaməddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq 2019-cu ili dahi “Nəsimi ili” elan etməyiniz təqdirəlayiqdir bir addımdır. Azərbaycan dili və ədəbiyyatını sevə-sevə tədris edən çoxsaylı müəllimlərdən biri kimi, mən də Sizin bu addımınızı çox yüksək dəyərləndirir və bundan qürur hissi keçirirəm.
Bu, Sizin Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyiniz böyük dəyərin daha bir nümunəsi, respublikamızın güclü dövlət kimi inkişafı üçün xidmətlərinizin və səylərinizin davamıdır.
Var olun, cənab Prezident! Sizə cansağlığı, fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm.

Hörmətlə,
Şahbazova Məhbubə Mürsəl qızı,
müəllim-filoloq.
Azərbaycan Respublikası, Masallı rayonu, Hişkədərə kəndi.

_________________________________________________________________

Əlihüseyn Fətəliyevdən, Masallı, Azərbaycan
21 yanvar 2019 president.az

Çox hörmətli cənab Prezident.
Sizin 2018-ci il sentyabr ayının 18-də Masallı rayonuna səfəriniz həmişə olduğu kimi, zəngin və əlamətdar hadisələrlə yadda qaldı.
Budəfəki səfəriniz rayonumuzun sosial-iqtisadi inkişafına yeni təkan verdi, yeni-yeni layihələrin həyata keçirilməsinə zəmin yaratdı. Sizin sərəncamlarınızla rayonumuza ayrılan vəsaitlər hesabına yeni avtomobil yolları çəkilib, parklar salınıb, müəssisələr açılıb, küçələrimiz abadlaşdırılıb.
Əziz Prezidentimiz, rayonumuzun inkişafına göstərdiyiniz qayğınıza görə Sizə dərin minnətdarlığımızı bildirirəm.
Allah Sizi qorusun.

Hörmətlə,
Fətəliyev Əlihüseyn Qiyas oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Meşəkənarı kəndi.

_________________________________________________________

Allahverən Babayevdən, Masallı, Azərbaycan
16 yanvar 2019       president.az

Hörmətli cənab Prezident.

Doğma vətənimiz Azərbaycanın tərəqqisinə, regionların sosial-iqtisadi inkişafına, sakini olduğum Masallı rayonuna göstərdiyiniz qayğıya görə Sizə təşəkkürümü bildirirəm.
Masallıda Sənaye Məhəlləsinin, çəltik emalı müəssisəsinin yaradılması, habelə 25-dən çox yaşayış məntəqəsini birləşdirən yolların çəkilməsi Sizin rayonumuzun əhalisinə göstərdiyiniz diqqətin bariz nümunələridir. Rayonumuzda açılan yeni iş yerləri əhalimizin maddi rifah halının daha da yaxşılaşmasına gətirib çıxarıb.
Möhtərəm cənab Prezident, Azərbaycanın inkişafı və bütün dünyada tanınması istiqamətində apardığınız böyük işlərdə Sizə müvəffəqiyyətlər arzulayıram.

Bədəlan kənd sakinləri adından dərin hörmətlə,

Babayev Allahverən Qurban oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.

___________________________________________

Rəbbi Kərimovdan, Masallı, Azərbaycan
11 yanvar 2019  president.az

Möhtərəm cənab Prezident.
Sizin Sərəncamınızla 2018-ci ildə Masallı rayonunun Əminli kəndinə yeni asfalt yol çəkildi. Kəndimizi rayon mərkəzi ilə birləşdirən bu gözəl yol sayəsində gediş-gəlişimiz çox rahatlaşıb. Əminik ki, bu yol kəndimizin mədəni və iqtisadi inkişafına da müsbət təsirini göstərəcək.
Əziz Prezidentimiz, buna görə kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayırıq.

Əminli kənd sakinləri adından dərin hörmətlə,
Kərimov Rəbbi.
Azərbaycan Respublikası, Masallı rayonu.

_____________________________________________________________________


Tofiq Qubadovdan, Masallı, Azərbaycan
12 yanvar 2019  president.az

Möhtərəm cənab Prezident.
Dünya ölkələrində gedən iqtisadi böhran fonunda ölkəmiz inkişaf yolu ilə inamla irəliləyir. Sizin uğurlu daxili və xarici siyasətinizin nəticəsində respublikamızın hər bir bölgəsində abadlıq və quruculuq işləri davam etdirilir.
Rayonumuzda aparılan abadlıq-quruculuq işləri sayəsində Masallı gözəl yeni bir şəhərə çevrilməkdədir. 2018-ci il sentyabrın 18-də Masallıya növbəti səfəriniz zamanı rayonumuza göstərdiyiniz diqqət və qayğını hər bir sakin böyük rəğbətlə qarşıladı.
Cənab Prezident, respublikamızda hər bir sahəyə, o cümlədən abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyiniz köməyə görə Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,
Qubadov Tofiq Musa oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu Çaxırlı kəndi.

_______________________________________________________________________

Zəfər Əhmədovdan, Masallı, Azərbaycan
26.12.2018  president.az

Möhtərəm cənab Prezident.
Yola salmağa hazırlaşdığımız 2018-ci il kəndimiz üçün çox uğurlu oldu. Bu uğurun təməlində Sizin diqqət və qayğınız dayanır. Belə ki, Sizin Sərəncamınızla bizim Qarğalıq kəndi ilə rayon mərkəzini birləşdirən çox gözəl, dünya standartlarına cavab verən asfalt yol çəkildi. Əminik ki, bizim üçün çox əhəmiyyətli olan bu yol kəndimizin sosial-iqtisadi inkişafında yeni mərhələ açacaq.
Hörmətli cənab Prezident, bu yolun tikilməsinə görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram. Fürsətdən istifadə edərək, qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Sizi təbrik edirəm.

Qarğalıq kənd sakinləri adından dərin hörmətlə,

Əhmədov Zəfər.
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________________________

Aləm Abbasovdan, Masallı, Azərbaycan
19 dekabr 2018  president.az

Əziz Prezidentimiz.
Bu, bir həqiqətdir ki, səmərəli məşğulluq firavan yaşayışın əsas şərtidir. Sizin həyata keçirdiyiniz uğurlu sosial-iqtisadi siyasətinizdə vətəndaşların məşğulluq imkanlarının artırılması, bunun üçün çoxsaylı iş yerlərinin yaradılması xüsusi yer tutur. Ölkəmizdə iqtisadiyyat inkişaf etdikcə yeni müəssisələrin, iş yerlərinin də sayının gündən-günə artması, işsizliyin kəskin şəkildə azalması çox təqdirəlayiqdir.
Eyni zamanda, Sizin tapşırığınızla özünüməşğulluq proqramının həyata keçirilməsi və bu il daha geniş miqyas alması ürəyimizcədir. Masallı rayonunda da özünüməşğulluq proqramı çox yüksək dəyərləndirir. Çünki bu proqram imkan verir ki, işsiz insanlar özlərinə təsərrüfat qursunlar, ailə üzvlərini də bu təsərrüfatda işlərə cəlb etsinlər, birgə çalışıb gəlirlərini artırsınlar. Belə olan halda, əlbəttə, dövlətin sosial yardımına üz tutanların, yardımla yaşamağa ümid edənlərin sayı da azalacaq. Əgər aztəminatlı ailə onun üçün qurulmuş təsərrüfatı yaxşı inkişaf etdirərsə, yaxın gələcəkdə özü sahibkar ola bilər.
Cənab Prezident, biz də özünüməşğulluq proqramının iştirakçılarıyıq. Bu proqram əsasında bizə verilmiş mal və materiallar hesabına artıq öz kiçik ailə təsərrüfatlarımızı qurmuşuq. Çalışacağıq ki, yeni təsərrüfatlarımızı daim genişləndirək. Bu, Sizin bizə olan böyük dəstəyinizdir. Bu böyük qayğıya, ölkəmizdə işaxtaranların səmərəli məşğulluğu, kiçik sahibkarlığa çıxışı, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün yaradılan belə geniş imkanlara görə Sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun

Hörmətlə,
Abbasov Aləm Akif oğlu
Abıyev Kəmaləddin Abuş oğlu
Şükürov Nafiz Vaqif oğlu
Mirzəyev Valid Qulamhüseyn oğlu
Hüseynov Aqil Fərzulla oğlu və başqaları (cəmi: 125 nəfər).
Azərbaycan Respublikası, Masallı rayonu, Hişkədərə kəndi.

_____________________________________________________________________

Ceyhun Nəzərovdan, Masallı, Azərbaycan
16 noyabr 2018  president.az

Çox hörmətli cənab Prezident.

Sentyabr ayında Sizin Masallıya növbəti səfəriniz Ələt-Astara magistral yolunun və Masallı Sənaye Məhəlləsinin açılışı ilə yadda qaldı.
Əziz Prezidentimiz, respublikada qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafına verdiyiniz mühüm töhfələrə görə Sizə minnətdarlığımızı bildiririk. Biz sahibkarlara göstərdiyiniz diqqət və qayğıya görə çox sağ olun.

Hörmətlə,
Nəzərov Ceyhun Möhübbət oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Şatıroba kəndi.

____________________________________________________________

Möhtərəm cənab Prezident!


Sizin təsdiq etdiyiniz Regionların İnkişafı Dövlət Proqramına uyğun olaraq Masallı şəhərində də məhəllələrin abadlaşdırılması, küçə və xiyabanların yenidən qurulması istiqamətində böyük işlər görülmüşdür.
Bilavasitə Sizin qayğınız, dahi Heydər Əliyevin Sizə əmanət etdiyi dövlətə, millətə sədaqətiniz sayəsində şəhərimiz sanki yenidən tikilir, müasirləşir və inkişaf edir. Yaşadığımız küçə asfaltlanıb abadlaşdırılır, yeni memarlıq üslubunda tərtib edilir. Bütün bunlara görə Masallı əhalisi, xüsusilə küçəmizin sakinləri Sizə minnətdardırlar.
Biz Sizin siyasi kursunuzu alqışlayır və dəstəkləyirik. Siz ölkəmizdə sabitliyin qarantısınız. Respublikamızın bütün şəhər və rayonları kimi, Masallı rayonunun da müasir standartlara uyğun abadlaşdırılmasına görə Sizə təşəkkürümüzü bildiririk.

Cənab Prezident!
Diqqətinizə, ölkə vətəndaşlarının qayğısına qaldığınıza görə Dadva küçəsində yaşayan 25 ailə adından bir daha Sizə minnətdarlığımızı bildiririk. Ömrünüz uzun olsun. Prezident seçkilərində Sizə arxa durmaqda, Sizə səs verməkdə yanılmamışıq. Biz Sizə inanır, güvənir, təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Hörmətlə,
Valeh İltifat oğlu Əbilov və başqaları.
Masallı rayonu.

_____________________________________________________________

Balakişi Hüseynovdan, Masallı, Azərbaycan
31.10.2018   presient.az

Çox hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycanın nüfuzunun Sizin rəhbərliyinizlə dünya miqyasında artması, iqtisadiyyatımızın sürətlə inkişaf etməsi, sosialyönümlü islahatların uğurla həyata keçirilməsi, bütövlükdə dövlətimizin qüdrətlənməsi biz sadə insanları hədsiz dərəcədə sevindirir və fərəhləndirir.

Sizin Masallı rayonuna hər səfərinizi səbirsizliklə gözləyirdik. Çünki rayonumuza hər səfərinizdə biz yeniliklərin şahidi oluruq. Sentyabr ayında Sizin rayonumuza növbəti səfəriniz zamanı biz Sənaye Məhəlləsinin, yeni avtomobil yolunun açılışına şahidlik etdik. Bu işlər rayonumuzun sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcıdır.

Əziz Prezidentimiz, ölkəmizin qüdrətlənməsi və inkişaf etməsi naminə əvəzsiz fəaliyyətinizdə Ulu Tanrı Sizə daim kömək olsun. Allah Sizi və Sizi sevənləri qorusun.

Hörmətlə,
Hüseynov Balakişi Abış oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.

______________________________________________________________________

İlham Ağayev və Məhbubə Şahbazovadan, Masallı, Azərbaycan
29.09.2018  president.az

Möhtərəm cənab Prezident.
Masallıya hər gəlişiniz bizə sevinc bəxş edir. Sentyabrın 18-də Siz bu səadəti rayon sakinlərinə bir daha yaşatdınız. Buna görə Sizə sonsuz təşəkkürümüzü bildiririk.
Regionların sosial-iqtisadi inkişafı daim Sizin diqqətinizdə olub. Biz bunu rayonumuzun timsalında daha aydın görürük. Şatıroba-Hişkədərə-Miyankü-Kubin avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması Sizin Azərbaycan vətəndaşına olan diqqət və qayğınızın bariz nümunəsidir. Var olun, cənab Prezident! Allah Sizi qorusun.

Hörmətlə,
Ağayev İlham
Şahbazova Məhbubə.
Azərbaycan Respublikası, Masallı rayonu, Hişkədərə kəndi.

__________________________________________________________________________

Rasim Ağaverdiyev və başqalarından, Masallı, Azərbaycan
29.09.2018  president.az

Hörmətli cənab Prezident.
Sizin uğurlu fəaliyyətiniz bu gün öz müsbət nəticələrini verir və bütün azərbaycanlılar bunu çox böyük qürur hissi ilə izləyirlər. Bu gün ölkəmizdə bütün sahələr inkişaf edir. Bu inkişaf bizim Masallı rayonunda da müşahidə olunur. Hazırda rayonumuzda bir çox işlər görülməkdədir. Yeni iş yerlərinin açılması, o cümlədən Sənaye Məhəlləsinin istifadəyə verilməsi bizləri çox sevindirdi.
Cənab Prezident, Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən “Perla” döşək istehsalı müəssisəsinin işçiləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Allah Sizi və ailənizi qorusun.

Dərin hörmətlə,
Ağaverdiyev Rasim,
Əzimov Arif,
Qasımov Ricat,
Qənbərov Pərviz ,
Rəhmətov Nicat
Abdinov Elgün.
Azərbaycan Respublikası, Masallı rayonu

____________________________________________________________

Həbib Rüstəmov və Əlisani Aslanovdan, Masallı, Azərbaycan
28.09.2018  president.az

Möhtərəm cənab Prezident,
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı xalqımızın sosial rifahının günbəgün yaxşılaşmasına səbəb olur, ardıcıl nailiyyətlər qazanılmasına yeni üfüqlər açır. Ən ucqar dağ yerlərində yaşayan sakinlər belə bu gün nəqliyyat və rabitə xidmətlərindən istifadə etmək, öz işlərini rahat və vaxtında həyata keçirmək iqtidarındadır.
Bizim Masallı rayonunda geniş vüsət almış abadlıq və quruculuq işləri dövlətimizin, ümumilikdə, regionlara olan diqqət və qayğısının nəticəsidir. Ətraf kəndlərlə yanaşı, yaşadığımız Alışanlı kəndinin yollarının asfaltlaşdırılması kənd əhalisinə göstərdiyiniz qayğının nümunələridir.
Hörmətli cənab Prezident, kəndimizin sakinləri adından Sizə öz minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,
Rüstəmov Həbib,
Aslanov Əlisani.
Azərbaycan Respublikası, Masallı rayonu, Alışanlı kəndi

__________________________________________________________

Süleyman Qurbanovdan, Masallı, Azərbaycan
27 sentyabr 2018  president.az

Möhtərəm cənab Prezident,

Sizin həyata keçirdiyiniz daxili və xarici siyasət nəticəsində gündən-günə inkişaf edən və çiçəklənən Azərbaycanımız dünyanın qüdrətli dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Masallı rayonunda qısa müddətdə çəkilən yollar, bir-birinin ardınca tikilən yaraşıqlı xəstəxana, “ASAN xidmət”, sənaye məhəlləsi rayonumuzu daha da gözəlləşdirmişdir. Sizin biz sahibkarlara diqqət və qayğınız nəticəsində tikilmiş sənaye məhəlləsi bizi daha da səylə, inamla işləməyə ruhlandırır.
Masallı camaatına və biz sahibkarlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq edir və etimadınızı doğruldacağımıza söz veririk.

Hörmətlə,
Qurbanov Süleyman
“Mikayıl oğlu mebel”, sahibkar
Azərbaycan Respublikası, Masallı rayonu.

_________________________________________________________________

Zayid Məmmədovdan, Masallı, Azərbaycan
26 sentyabr 2018  president.az

Hörmətli cənab Prezident.

Əvvəllər istehsal etdiyimiz çəltiyin emalı üçün çox əziyyət çəkirdik. Məhsulumuzu emal etmək üçün bizdən 70-80 kilometr aralıda yerləşən Astara rayonuna aparmalı olurduq. Bu yaxınlarda Sizin iştirakınızla rayonumuzda istifadəyə verilən çəltik emalı müəssisəsi işimizi xeyli asanlaşdırıb.
Cənab Prezident, buna görə şəxsən öz adımdan və kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,
Məmmədov Zayid Ziyad oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.

______________________________________________________________________

Fatma Fətullayeva və başqalarından, Masallı, Azərbaycan
24 sentyabr 2018,   president.az

Hörmətli cənab Prezident.

Sizin yürütdüyünüz məqsədyönlü daxili və xarici siyasət sayəsində ölkəmiz gündən-günə qüdrətlənir və gözəlləşir. Azərbaycanımızda müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf bizim Masallı rayonundan da yan keçməyib.

Cənab Prezident, Sizin siyasətinizin əsasını təşkil edən vətəndaş amili son illər tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Masalla rayonunda da ön plana çıxarılıb, vətəndaşlara göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir.

Sizin böyük diqqət ayırdığınız kəndlərarası avtomobil yollarının yenidən qurulması əhalinin işini daha da asanlaşdırır.

Möhtərəm cənab Prezident, bütün bunlara görə Sizə minnətdarıq. Allah Sizi qorusun.

Hörmətlə,
Fətullayeva Fatma
Quliyeva İlahə
Məmmədov İltifat.
Azərbaycan Respublikası, Masallı rayonu, Qızılağac kəndi.

__________________________________________________________________


Əhliman Səfərovdan, Masallı, Azərbaycan
24 sentyabr 2018,   president.az

Hörmətli Prezident!

Sizin Masallı rayonuna səfəriniz bizi daha da ruhlandırdı. Son illər Sizin rəhbərliyinizlə Masallımız daha da gözəlləşib və abadlaşıb.

Cənab Prezident, buna görə Sizə öz təşəkkürümüzü bildirir və işlərinizdə uğurlar arzulayırıq. Möhtərəm Prezident, biz Masallı sakinləri daim Sizin yanınızdayıq.

Səfərov Əhliman Səyədullah oğlu
Əhmədli kənd sakini
Azərbaycan Respublikası, Masallı rayonu

________________________________________________________________

İbad Tağıyev və başqalarından, Masallı, Azərbaycan
17.09.2018  president.az

Möhtərəm cənab Prezident.

Yürütdüyünüz uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, dünyada qüdrətli dövlət kimi tanınır. Xarici ölkələrə, həmçinin respublikanın müxtəlif bölgələrinə səfərlərinizi maraqla izləyir, beynəlxalq əlaqələrin gücləndirilməsi və xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri alqışlayırıq.

Sizin diqqət və qayğınız sayəsində respublikanın hər yerində olduğu kimi, Masallı rayonunda da böyük tikinti-quruculuq və abadlıq işləri aparılır. Ən ucqar kəndlərimizə belə qaz xətti çəkilir, yollar asfaltlanır, səhiyyə ocaqları və sosial obyektlər tikilərək istifadəyə verilir. Bu yaxınlarda mərkəzi rayon xəstəxanası əsaslı təmirdən sonra əhalinin istifadəsinə verildi. Bu səhiyyə ocağında yaradılan gözəl şəraitdən istifadə edərək yüksək səviyyədə müalicə alırıq.

Möhtərəm cənab Prezident, biz böyrək çatışmazlığından əziyyət çəkən, dializ aparatından asılı yaşayan xəstələr olaraq göstərilən diqqət və qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirir, doğma Azərbaycanımızın inkişafına xidmət edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Allah Sizi qorusun.

Hörmətlə,
Tağıyev İbad Əlişan oğlu
Əkbərov Əfsər Hilal oğlu
Hüseynova Zülfinaz Musa qızı
Əhədov Səfəralı Məmməd oğlu və başqaları.

___________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
                                          
Çox hörmətli İlham Əliyev!

Sizin məqsədyönlü fəaliyyətiniz sayəsində ölkəmiz günbəgün inkişafdadır. Sizin diqqətiniz sayəsində rayonumuz, kəndimiz böyüyür, gözəlləşir.

Hörmətli Prezident!
Kəndimizə çəkilən asfalt yol hamımızın sevincinə səbəb olmuşdur. İndi rahat yolla rayon mərkəzinə gedə bilirik. Buna görə möhtərəm Prezidentimiz, Sizə minnətdarlığımızı çatdırırıq.
Yol kəndlərin, şəhərlərin mədəniyyətidir və yüksək mənəvi dəyərlərimiz uğurlu iqtisadiyyatımızla birləşəndə günümüzün real fərəhinə dönür.

Yolumuz, qazımız, dayanıqlı işığımız üçün Sizə minnətdarıq.

Hörmətlə,

Eminli kənd sakinləri adından:
Musayev Sabir Məmmədqulu oğlu. Masallı rayonu.

________________________________________________________

Qafil Şirəliyevdən, Masallı, Azərbaycan
12.09.2018   president.az

Hörmətli cənab Prezident.

Son illər Azərbaycan çox sürətlə inkişaf edir. Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət, ölkəmizdə icra olunan qlobal layihələr, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın Cənubi Qafqazda aparıcı mövqe tutmasını təmin edib, beynəlxalq təşkilatlarda böyük nüfuz qazanmasına səbəb olub. Makroiqtisadi sabitlik, həyata keçirilən böyük infrastruktur layihələri vətəndaşların maddi rifah halının yaxşılaşmasına, əhalinin sosial müdafiəsinin güclənməsinə xidmət edir.

Möhtərəm cənab Prezident, Masallı rayonunda sənaye, kənd təsərrüfatı sürətlə inkişaf edir, quruculuq işləri genişlənir, şəhərdə yeni küçələr, yaşıllıqlar salınır, yollar asfaltlanır, kəndlərə içməli su xətləri çəkilir. Sizin diqqət və qayğınız sayəsində rayonun Əminli-Birinci Səmədxanlı avtomobil yolu əsaslı şəkildə yenidən qurulub. Bu, kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişini xeyli asanlaşdırıb.

Bütün bunlara görə şəxsən öz adımdan və kənd sakinləri adından Sizə dərin təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,
Şirəliyev Qafil.
Azərbaycan Respublikası, Masallı rayonu, Alışanlı kəndi.

______________________________________________________________________

Əlibaba Hüseynovdan, Masallı, Azərbaycan
11.09.2018  president.az

Möhtərəm cənab Prezident.

Sizin "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" vədiniz gördüyünüz işlərdə, həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətinizdə öz təsdiqini tapır. Gündən-günə gözəlləşən, iqtisadi qüdrəti artan, beynəlxalq aləmdə tanınan Azərbaycanın hər bir vətəndaşı bütün bunları iftixar hissi ilə qarşılayır.

Biz bunları Masallı rayonunun timsalında da görürük. Rayonumuzun abadlaşdırılması, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması, "ASAN xidmət" mərkəzinin və digər obyektlərin tikilib istifadəyə verilməsi Sizin qayğınızın nəticələridir.

Çox hörmətli cənab Prezident, Sizin Sərəncamınızla Əminli-Birinci Səmədxanlı avtomobil yolu əsaslı şəkildə yenidən qurulub. Bu yol kənd camaatının rayon mərkəzinə gediş-gəlişini xeyli asanlaşdırıb.

Bütün bunlara görə şəxsən öz adımdan və kənd sakinləri adından Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,
Hüseynov Əlibaba Mirzəbala oğlu, kənd ağsaqqalı.
Azərbaycan Respublikası, Masallı rayonu, Ətcələr kəndi.

___________________________________________________________________________

Nizami Həsənovdan, Masallı, Azərbaycan
06.09.2018  president.az

Möhtərəm cənab Prezident.

Sizin apardığınız məqsədyönlü xarici və daxili siyasət sayəsində ölkəmiz gündən-günə qüdrətlənir və gözəlləşir. Ölkəmizdə ictimai-siyasi sabitlik təmin olunub, güclü iqtisadiyyat, müstəqil xarici siyasət, demokratik mühit və mənəvi yüksəliş nəticəsində qüdrətli dövlət qurulub.

Respublikamızın bölgələrinin inkişafı ilə bağlı tədbirlər bizim Masallı rayonunda da uğurla həyata keçirilir. Bu gün Masallı rayonu infrastruktur layihələrinin reallaşdırıldığı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönələn tədbirlərin keçirildiyi məkana çevrilib.

Hörmətli cənab Prezident, Sizin kənd yollarının tikintisinə göstərdiyiniz diqqət sayəsində rayonun Əminli-Birinci Səmədxanlı avtomobil yolu da əsaslı şəkildə yenidən qurulub.
Bu işlərə görə şəxsən öz adımdan və kənd sakinləri adından Sizə təşəkkür edir, sonsuz minnətdarlığımızı bildiririk.

Hörmətlə,
Həsənov Nizami Oruc oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Birinci Səmədxanlı kəndi.

____________________________________________________________________________

İmanqulu Məmmədov və Həsrətqulu Həsənovdan, Masallı, Azərbaycan

31.08.2018          president.az

Çox hörmətli cənab Prezident,

Masallı rayonunun Şatıroba-Hişkədərə-Miyanku-Kubin-Birinci Səmədxanlı-Xallicalı-Əminli-Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı imzaladığınız Sərəncama görə kəndimizin ağsaqqalları və ziyalıları adından Sizə öz dərin minnətdarlığımızı bildiririk.
Rayonumuzun 20-dən çox yaşayış məntəqəsini birləşdirən bu yolun çəkilməsi şübhə yoxdur ki, kəndlərin sosial-iqtisadi inkişafına və insanların güzəranının daha da yaxşılaşmasına yeni təkan verəcəkdir. İndidən bu yolun açılmasını səbirsizliklə gözləyirik.
Əziz Prezidentimiz, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha təşəkkür edir, uzun ömür, cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
Yolunuz hər zaman uğurlu olsun!

Hörmətlə,
Məmmədov İmanqulu,
Həsənov Həsrətqulu.
Azərbaycan Respublikası, Masallı rayonu, Birinci Səmədxanlı kəndi

__________________________________________________________________

Bayraməli Əsgərov və başqalarından, Masallı, Azərbaycan
28.08.2018  president.az

Möhtərəm cənab Prezident,

Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti hər zaman dəstəkləyirik. Çünki bu siyasət nəticəsində ölkəmiz gündən-günə inkişaf edir, şəhər və rayonların mənzərəsi dəyişir, insanlar firavan həyat sürürlər.

Bizim kənddə görülən işlər də insanları sevindirməyə bilməz. Dövlət Proqramı əsasında 180 şagird yerlik orta məktəbin istifadəyə verilməsi kəndimizin inkişafına, gənclərin təhsilinə mühüm töhfədir. Sakini olduğumuz Şatıroba kəndindən Məmmədxanlı kəndinə qədər uzanan və 20-dən çox yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə bağlı bu yaxınlarda imzaladığınız Sərəncam da bizi çox sevindirdi.

Əziz Prezidentimiz, Masallı rayonunun sosial-iqtisadi inkişafına, kənd əhalisinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq. Yolunuz hər zaman işıqlı, qədəmləriniz mübarək olsun!

Hörmətlə,
Əsgərov Bayraməli,
Nəzərov Ramazan,
Səfərov Ağayar.
Azərbaycan Respublikası, Masallı rayonu, Şatıroba kəndi.

________________________________________________________________________

Azərbaycan Prezidenti cənab İlham Əliyevə!

Çox hörmətli cənab Prezident!

Masallı Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra burada hemodializ şöbəsi də istifadəyə verilmişdir. Bu rayon əhalisinin dərin razılığına səbəb olmuşdur. Çünki, həmin xəstələr məcburiyyət səbəbindən qonşu rayonlara üz tuturdular. İndi Masallıda 65 hemodializ xəstəsi vardır. Şöbənin gücü isə 48 nəfərlikdir. Səhiyyə Nazirliyi 2018-ci il avqust ayının əvvəllərində verilmiş yeni aparatla qonşu Cəlilabaddan daha 6 xəstənin hemodializ olunmasına şərait yaratmışdır. Həmin xəstələr bizik.

Əziz Prezident!

Biz Sizə minnətdarlıq edir, çətin və şərəfli işlərinizdə möhkəm cansağlığı, ölkənin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq!

Hörmətlə,
Mirdaməd Fətullayev, Əfsər Əkbərov, İbad Tağıyev, Ağahüseyn Ağayev, Zülfünaz Hüseynova və Səfəralı Əhmədov.

_________________________________________________________________________________

İlham Ağayevdən, Masallı, Azərbaycan
25.08.2018  president.az

Möhtərəm cənab Prezident.

Sizi müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik. Doğma Masallımız günbəgün gözəlləşir, inkişaf edir. Rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işləri göz oxşayır, insanın ürəyini dağa döndərir. Ölkəmizin hər bir vətəndaşı xoşbəxt yaşadığı hər günə görə Sizə borclu və duaçıdır.
Sizin tapşırığınızla ətraf kəndlərlə yanaşı, Hişkədərə kənd yolunun asfaltlanması ölkə vətəndaşlarının rifahına göstərdiyiniz qayğının bariz nümunəsidir. Bizə göstərdiyiniz bu böyük diqqətə və qayğıya görə çox sağ olun.
Cənab Prezident, E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin pedaqoji kollektivinin təşəkkür və minnətdarlığını qəbul etməyinizi xahiş edirik. Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,
Ağayev İlham Abidin oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Hişkədərə kəndi.

______________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Çox hömətli Prezidentimiz!

İllər keçdikcə ölkəmiz həyatın bütün sahələrində uğurlar qazanır, xalqımızın rifahı yaxşılaşır. Bu uğurlar Sizin yorulmaz fəaliyyətinizin bəhrələridir. Masallı rayonu da bu inkişafın önündə gedir. Son illər rayondakı abadlıq-quruculuq  işlərini saymaqla qurtarmır. Son 4-5 ildə isə bu uğurlar  daha da artıb. Rayonda istifadəyə verilən sosial-mədəni obyektlər göz oxşayır. Neçə-neçəinfrastruktur layihələr həyata keçirilir. Onların əksəriyyətinin açılışını şəxsən Siz özünüz etmisiniz. 

Bu günlər isə rayonun bütün istiqamətlərində abadlıq işlərində canlanma var. Bu da əbəs deyil. Hər kəs Masallının gözləlləşməsinə çalışır. Təhsil, səhiyyə ocaqları tikilir,  təsərrüfat işləri də geniş vüsət alır.

Cənab Prezident, ərazimizin sakinləri də ölkənin, rayonun bu inkişafına dəstək olurlar. Xüsusilə son aylarda ərazimizdə  görülən abadlıq işləri biz ağsaqqalları qürurlandırır. Sizin və rayon rəhbərinin bütün tövsiyə və tapşırıqları böyük səylə həyata keçirilir. Türkoba –Müyankü-Şatıroba   yolu yüksək keyfiyyətlə asfaltlaşdırılıb. Türkobadan Mahmudavara, Tüklə və Şatıroba gedən yolların ətrafındakı kol-koslar təmizlənir, kanallar dərinləşdirilib, yol kənarları hamarlanır. Yaşayış evlərində ictimai, xidməti binalarda səliqə-sahman yaradılır. Bütün bunlar əsl vətəndaşlıq təəssübkeşliyidir. Açığını deyək ki, rayonda  heç vaxt abadlıq işləri belə geniş vüsət almamışdır.

Çox hömətli Prezidentimiz!
Bütün bunlar  möhtərəm Prezident, Sizin ölkənin qüdrətlənməsi üçün göstərdiyiniz geniş fəaliyyətinizə dəstək kimi qəbul edilir. Xalq həmişə ətrafınızda  sıx birləşib, bu gün də tövsiyə və göstərişlərinizi səylə həyata keçirmək əzmindədir. Xahiş edirik ərazimizdəki ağsaqqalların minnətdarlığını qəbul edəsiniz.

Dərin hörmətlə, 
Masallı rayonu, Türkoba  kənd ağsaqqalları adından: Səyyad Quliyev, Ramazan Nəzərov, Bahadır Əsgərov, Rəhim Tağıyev, Bayraməli Əsgərov və başqaları.

_________________________________________________________________

Adəm Hüseynovdan, Masallı, Azərbaycan
29 may 2018  president.az

Möhtərəm cənab Prezident.

Sizin regionlara, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına göstərdiyiniz diqqət nəticəsində hər bir şəhər və rayonda, hər bir kənd və qəsəbədə çox mühüm işlər görülüb.

Kommunal infrastrukturun yaradılması və ya yenilənməsi, avtomobil yollarının əsaslı təmiri, yeni iş yerlərinin açılması əlbəttə ki, insanların güzəranının yaxşılaşmasına müsbət təsir göstərir.

Yaşadığımız Masallı rayonunun Məmmədxanlı kəndindən rayon mərkəzinə gedən yolun asfaltlanması, kəndimizə içməli su xəttinin çəkilməsi işlərinə başlanılması bizi çox sevindirir.

Hər birimiz Sizə duaçıyıq, cənab Prezident! Kənd ağsaqqalları adından Sizə öz minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,
Hüseynov Adəm.
Azərbaycan Respublikası, Masallı rayonu, Məmmədxanlı kəndi

_________________________________________________________

Ramazan Nəzərov və başqalarından, Masallı, Azərbaycan
04 may 2018  president.az

Hörmətli cənab Prezident.

Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq müstəqil Azərbaycanımızı durmadan inkişaf etdirirsiniz. Buna görə də hər zaman xalqımızın qəlbindəsiniz.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla icra edilməsi bizi sevindirir. Bu işlərin müsbət nəticələrini, yerli əhaliyə bəxş etdiyi rahatlığı görür və təqdir edirik.
Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir. Ümummilli lider Heydər Əliyevin bu sözlərini Siz hər zaman uca tutaraq respublikamızda yol infrastrukturunun yaxşılaşdırılmasına xüsusi önəm verirsiniz.
Əziz Prezidentimiz, yaşadığımız Türkoba kəndini qonşu Şatıroba və digər kəndlərlə birləşdirən yollar da bu yaxınlarda əsaslı təmir olundu. İnsanların firavan həyatına xidmət edən bu savab işlərinizə görə Sizə minnətdarlığımızı bildirir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Nəzərov Ramazan
Quliyev Səyyad
Nuriyev Elşad
Əsgərov Bayraməli.

Azərbaycan Respublikası, Masallı rayonu, Türkoba kəndi.

__________________________________________________________

İsbəndiyar İmamyarov, Masallı, Azərbaycan
04 aprel 2018  president.az

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz ilə Azərbaycanda aparılan uğurlu siyasətin və iqtisadi islahatların nəticələri göz qabağındadır. Bütün bunların nəticəsidir ki, bu gün biz sabitlik şəraitində yaşayır və iqtisadiyyatımızı inkişaf etdiririk. Xüsusilə də aqrar sahədə aparılan islahatlar insanlara öz işlərini səmərəli qurmağa və daha yaxşı yaşamağa şərait yaradır.

Möhtərəm cənab Prezident, bu qayğıya görə Sizə təşəkkür edir, işlərinizdə və islahatlarınızda növbəti uğurlar arzulayırıq.

Hörmətlə,
İmamyarov İsbəndiyar Şirxan oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Qəriblər kəndi.

____________________________________________________________

Aida Şahbazovadan, Masallı, Azərbaycan
29 mart 2018  president.az

Hörmətli cənab Prezident.

Respublikamızın hər yerində olduğu kimi, doğma Masallı rayonunda tikinti-quruculuq işlərinin aparılmasına, yeni məktəb binalarının inşa edilməsinə, regional “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsinə, rayon mərkəzi xəstəxanasının əsaslı təmirinə görə şəxsən öz adımdan, ailəm və yaxın qohumlarım adından Sizə minnətdarlığımı bildirirəm.

Əziz Prezidentimiz, Sizə, Mehriban xanım Əliyevaya və bütün ailə üzvlərinizə möhkəm cansağlığı və doğma Azərbaycanın inkişafı naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.

Hörmətlə,
Şahbazova Aida Baxşəli qızı.
Azərbaycan Respublikası, Masallı rayonu, Dəmirçi kəndi.

___________________________________________________________________

Balamirzə Mütəllimovdan, Masallı, Azərbaycan
21.03.2018  president.az

Hörmətli cənab Prezident,

Respublikamızda, o cümlədən rayonumuzda aparılan abadlıq-quruculuq işlərinə, xüsusilə də Güllütəpə və Tatyanova kəndlərinin qazlaşdırılmasına verdiyiniz Sərəncama görə Sizə öz adımdan və kənd sakinləri adından dərin minnətdarlığımı bildirirəm. Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,
Mütəllimov Balamirzə
Azərbaycan Respublikası, Masallı rayonu, Güllütəpə kəndi

___________________________________________________________________

Ceyhun Əliyevdən, Masallı, Azərbaycan
20.03.2018  president.az

Hörmətli cənab Prezident.

Sizin Masallıya hər səfəriniz bizi çox sevindirir, qəlbimizi qürur hissi ilə doldurur. Sizin göstərdiyiniz diqqət və qayğı sayəsində son illər rayonumuz xeyli inkişaf edib. Bayraq Meydanının, Dövlət Rəmzləri Muzeyinin, "ASAN həyat" kompleksinin, içməli su təchizatı sisteminin, Tarix-Diyarşünaslıq Muzeyinin, uşaq-incəsənət məktəbinin tikilib istifadəyə verilməsi bizi hədsiz dərəcədə sevindirir. Burada çalışan insanların xeyir-duasını Sizə çatdırmağı özümə borc bilirəm. Bu layihələrin həyata keçirilməsi təkcə Masallı rayonunun deyil, bütövlükdə regionun mədəni həyatında böyük əhəmiyyət kəsb edir.

Möhtərəm cənab Prezident, doğma Azərbaycanımızın, o cümlədən Masallı rayonunun sürətli inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha minnətdarlığımızı bildirir, möhkəm cansağlığı arzulayıram. Xalqımızın qarşıdan gələn əziz bayramı – Novruz bayramı münasibətilə Sizi təbrik edir, Sizə və ailə üzvlərinizə "Bayramınız mübarək" deyirəm.

Hörmətlə,
Əliyev Ceyhun Məmmədhüseyn oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.

________________________________________________________________

Səyyad Quliyevdən, Masallı, Azərbaycan
19.03.2018  president.az

Hörmətli cənab Prezident.

Sizin həyata keçirdiyiniz daxili və xarici siyasətinizin uğurlarını görür və bəyənirik. Təsdiq etdiyiniz Dövlət proqramı əsasında Masallı rayonunun bizə qonşu Şatıroba kəndində 180 şagird yerlik ümumi orta məktəb binası tikilərək istifadəyə verilib, Şatıroba, Türkoba, Hişkədərə, Miyankü, Kubin kəndlərinin yolları əsaslı təmir olunub.

Əziz Prezidentimiz, insanların rifahının yaxşılaşdırılmasına xidmət edən bu savab işlərinizə görə Sizə minnətdarlığımızı bildiririk. Qarşıdan gələn Novruz bayramı münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Quliyev Səyyad,
Masallı Rayon Ağsaqqallar Şurasının sədri.
Azərbaycan Respublikası, Masallı rayonu, Türkoba kəndi.

_____________________________________________________________________________


Eyvaz Məcidovdan, Masallı, Azərbaycan
17.03.2018  president.az

Hörmətli cənab Prezident.

Ölkəmizin hər bir guşəsində abadlıq və tikinti işləri aparılır, irimiqyaslı layihələr həyata keçirilir.

Son illər ərzində Masallı rayonunda da abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Masallı şəhərinin mərkəzi küçələri gündən-günə gözəlləşir, yaşıllıqlar və parklar göz oxşayır. Rayonumuz heç vaxt belə gözəl, qonaq-qaralı olmayıb. Kəndlərimiz də şəhərimizdən geri qalmayaraq müasirləşir. Kəndlərə təbii qaz xətti çəkilib. Kəndimizə işıq və qaz artıq fasiləsiz verilir. Bütün bunlara görə Sizə minnətdarıq.

Əziz Prezidentimiz, kəndlərimizə göstərilən bu diqqət və qayğıya görə sakinlər və ailələrimiz adından Sizə möhkəm cansağlığı arzulayırıq. Gördüyünüz bu müqəddəs işlərə görə kəndimizin ağsaqqalları, ziyalıları Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, ailənizə, övladlarınıza xoşbəxt günlər arzulayırlar. Siz əsl rəhbərsiniz.

Hörmətlə,
Məcidov Eyvaz, təqaüddə olan müəllim.
Azərbaycan Respublikası, Masallı rayonu, Yeddoymaq kəndi.

_____________________________________________________________________________

Əlinaz Talıbovdan, Masallı, Azərbaycan
09.03.2018  president.az

Möhtərəm cənab Prezident.

Müstəqil Azərbaycan dövlətinin iqtisadi inkişafının, beynəlxalq aləmdəki yenilməz siyasi iradəsinin, ürəkləri riqqətə gətirən hərbi gücünün bugünkü səviyyəsi düşmənlərimizin canına dəhşətli qorxu saldığı kimi, dünyadakı dostlarımızı, hər bir Azərbaycan vətəndaşını sevindirir, fərəhləndirir, uğurlu sabahlara inamımızı birə min artırır. Bütün bu tarixi zəfərlərə görə Sizə - xalqımızın ləyaqətli oğluna, dünya siyasətində sözünü demiş və özünəməxsus yeri olan müdrik rəhbərimizə minnətdarıq. Siz müstəqil Azərbaycanımızın memarı, ümummilli liderimiz Heydər Əliyev ideyalarının layiqli davamçısı, xalqını, dövlətini ürəkdən sevən, dövlətinin müstəqillik prinsiplərinə qəlbən bağlı bir lidersiniz.

Əziz Prezidentim, xalqın həyat tərzinin, sosial rifah halının yaxşılaşdırılması ilə bağlı fəaliyyətiniz ürəyimizcədir. Son sərəncam və fərmanlarınız Sizin xalqınıza necə bağlı olduğunuzu, onun qayğıları ilə yaşadığınızı bir daha sübut etdi. Şəxsən öz adımdan, işlədiyim kollektivin və ailəmin hər bir üzvünün adından Sizə dərin minnətdarlıq hisslərimi çatdırıram.

Möhtərəm Prezidentim, aprelin 11-də xalqımız üçün taleyüklü bir məsələnin həlli günü hər bir masallılı Sizin tərəfinizdə olacaq, səsimizi inandığımız, sevdiyimiz və ən əsası layiqli bildiyimiz Azərbaycan övladına – Sizə verəcəyik. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi, ölkəmizin daha da inkişafı naminə fəaliyyətinizdə yeni-yeni  uğurlar arzulayıram.

Hörmətlə,
Talıbov Əlinaz, Əməkdar Müəllim.
Azərbaycan Respublikası, Masallı rayonu.

_______________________________________________________________________

Bəhruz Əliyevdən, Masallı, Azərbaycan
16.02.2018  president.az

Əziz və sevimli Prezidentimiz cənab İlham Əliyev.

Sizin uğurlu siyasətinizə və ölkəmizə qayğınıza görə şəxsən öz adımdan, kəndimizin yaşlı insanları və gəncləri adından Sizə təşəkkür edirəm. Sizin sayənizdə bizim Hişkədərə kəndinin avtomobil yolu əsaslı təmir olunur və yola asfalt örtük döşənir. Yolumuzun təmir olunması bizi çox sevindirir.

Möhtərəm cənab Prezident, buna görə çox sağ olun. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq. Biz daim Sizinləyik.

Hörmətlə,
Əliyev Bəhruz Bəxtiyar oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Hişkədərə kəndi.

__________________________________________________________________

Həzrətqulu Hüseynovdan, Masallı, Azərbaycan
13.02.2018  president.az

Hörmətli cənab Prezident.

Masallı rayonunun Ətçələr və Səmidxan kəndlərinin sakinləri adından Sizə təşəkkürümü bildirirəm. Son illər ərzində Sizin sərəncamlarınıza və təsdiq etdiyiniz Dövlət proqramlarına əsasən rayonumuzun avtomobil yolları, o cümlədən bizim kənd də daxil olmaqla bir çox kəndlərin yolları əsaslı təmir olunub və ya yenidən qurulub.

Yol infrastrukturunun yaxşılaşdırılması bütövlükdə rayonumuzun iqtisadi inkişafına, sosial-mədəni həyatın canlanmasına, əhalinin güzəranının yaxşılaşmasına müsbət təsirini göstərməkdədir.

Möhtərəm cənab Prezident, yol probleminin həlli biz kənd sakinlərini çox sevindirir. Yolunuz hər zaman açıq, qədəmləriniz mübarək olsun.

Hörmətlə,
Hüseynov Həzrətqulu Absalam oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.

________________________________________________________________________

Cəsarət Əzizovdan, Masallı, Azərbaycan
31.01.2018  president.az

Hörmətli cənab Prezident,

Siz bütün sahələr kimi, aqrar sahənin də inkişafına böyük diqqət ayırırsınız. Bu sahəyə göstərilən diqqət və qayğıdan ruhlanaraq mən də yaşadığım Masallı rayonunda aqrar sahənin inkişafı üçün öz imkanlarım daxilində müəyyən işlər görmüşəm. Belə ki, Masallı rayonu ərazisində 20 hektar sahədə çiyələk və 2 hektarda isə qara moruq əkmişəm. Bu sahələrdə 150 vətəndaşın mövsümi işlə təmin edilməsinə nail olmuşam.

Cənab Prezident, Sizi əmin edirəm ki, apardığınız daxili və xarici siyasətə dəstək olmaq üçün bütün imkanlarımdan maksimum yararlanacağam.

Allah Sizə möhkəm cansağlığı versin, Sizi xalqımızın başı üzərindən əskik etməsin.

Hörmətlə,
Əzizov Cəsarət Əzizağa oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Bədəlan kəndi.

_____________________________________________________________________

Ziya Əliyev və başqalarından, Masallı, Azərbaycan
07.12.2017  president.az

Hörmətli cənab Prezident,

Ulu öndər Heydər Əliyevin siyasi irsinə əsaslanan müdrik siyasətiniz nəticəsində Azərbaycanın beynəlxalq aləmdə  mövqeyinin daha da güclənməsi ölkə vətəndaşlarına, eləcə də Masallı rayonunum sakinlərinə sonsuz fəxarət hissi yaşadıb. Respublikamızın hər bir regionunda abadlıq və quruculuq işlərinin aparılması, sahibkarlığın inkişaf etdirilməsi ölkəmizin gündən-günə çiçəklənməsində və dövlətimizin qüdrətlənməsində mühüm rol oynayır.

Respublikamızın hər bir bölgəsi kimi, Masallı rayonu da gözəl bir diyara çevrilməkdədir. Yaşadığımız Çaxırlı kəndi fasiləsiz işıq,  qaz və içməli su ilə təmin olunub. Burada yol kənarlarına ağaclar əkilib, küçələrin işıqlandırılması üçün dirəklər basdırılıb, kəndimizi rayon mərkəzi ilə birləşdirən yola yeni asfalt döşənib.

Hörmətli cənab Prezident, ölkə həyatının bir çox sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər Sizin müdrikliyiniz, dərin intellektiniz, tükənməz enerjiniz, nadir idarəçilik bacarığınız, qətiyyətiniz və möhkəm siyasi iradəniz sayəsində mümkün  olub.

Respublikamızda hər bir sahəyə göstərdiyiniz diqqətə görə Sizə öz adımızdan və kənd sakinləri adından uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Ulu Tanrı dövlətçilik yolunda yorulmaz fəaliyyətinizdə həmişə köməyiniz olsun.

Hörmətlə,
Əliyev Ziya Şakir oğlu
Ağayev Xudayar Məhəbbət oğlu
Qurbanov Elməddin Mətləb oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Çaxırlı kəndi.

________________________________________________________________


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Siz respublikaya rəhbər təyin olunduqdan sonra ölkədə abadlıq-quruculuq   işləri daha da genişlənmişdir.
Bu gün Masallı rayonu da tanınmaz dərəcədə dəyişmiş və gözəlləşmişdir. Ötən hər ay, hər il, burada yeni bir uğurun tarixinə çevrilir, insanların həyatında silinməz izlər buraxır. Masallı şəhərində tikilmiş və açılışlarında iştirak etdiyiniz möhtəşəm “ASAN həyat” kompleksini, incəsənət məktəbini, Tarix-Diyarşünaslıq Muzeyini, Olimpiya İdman Kompleksini, Boks və Taekvondo mərkəzlərini və s. əhəmiyyətli binaları biz masallılara bəxş etmisiniz. Biz hesab edirik ki, bunların hamısı Sizin Masallıya göstərdiyiniz diqqət və qayğısının bariz nümunəsidir.

Cənab Prezident!
Masallının bugünkü xoş növrağına görə biz Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin bugünkü fəaliyyətiniz göstərir ki, Masallı daha da inkişaf edib gözəlləşəcək.

Hörmətlə,

Raqif Səfərov,
Masallı şəhər sakini.

__________________________________________________________________


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Mən Masallı şəhərində doğulmuş və boya-başa çatmışam. İlk dəfə əmək fəaliyyətimə Masallıda başlamışam. Hazırda yaşım 60-ı ötüb. Mən ailəmlə birlikdə H.Əliyev prospektində yerləşən kommunal binada yaşayıram. Biz hər il yığışıb binamızı qismən də olsa təmir edirdik. Bu biz sakinlər üçün çox çətinlik yaradırdı. İndi isə Siz bizi bu çətinlikdən xilas etmisiniz.

Cənab Prezident!
Yaşadığım bina ötən il də Sizin məlum sərəncamınızla təmir edildi. Bu təkcə yaşadığım binada deyil, başqa binalarda da həyata keçirildi. Bu qayğını sakinlər yüksək dəyərləndirirlər. Bu sevinci biə bəxş etdiyinizə görə möhtərəm Prezidentimiz, Sizə minnətdarlıq edirik. Allah Sizə can sağlığı, uzun ömür versin ki, ölkəmizin inkişafı üçün yeni uğurlu işlər həyata keçirəsiniz.

Hörmətlə,
Masallı şəhərindəki H. Əliyev prospektində yaşayan   bir qrup sakin.

________________________________________________________________


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Son illər Masallı inkişaf edir, çiçəklənir. Yeni-yeni binalar inşa olunur. Səliqəli, işıqlı, geniş küçə, prospekt və meydanlar salınır. Əvvəllər Masallının küçələrindən, park və meydanlarından hava qaralandan sonra keçə bilmirdik. Artıq biz axşam saatlarında ailəmizlə birlikdə parklarda, meydanlarda rahat, təhlükəsiz gəzirik, istirahət edirik.

Cənab Prezident!

Görülən işlər bizləri çox sevindirir. Mən və ailəm adından   möhtərəm Prezidentimiz, Sizə minnətdarlıq edirəm. Sizin səyiniz, təşəbbüsünüzlə ölkəmiz, Masallı rayonu daha da böyüyüb gözəlləşəcək.

Hörmətlə,
Rafiq Sadıqov,
Masallı şəhər sakini.

_______________________________________________________________________


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

  Azərbaycan Respublikasının çiçəklənməsi, iqtisadi və siyasi cəhətdən güclənməsi naminə hər bir Azərbaycan   vətəndaşı böyük əzmlə çalışır, bu sahədə aparılan işlərə öz dəstəyini verməyə səy göstərir. Sizin regionların inkişafı ilə əlaqədar verdiyiniz qərar və sərəncamların   uğurla həyata keçməsi bunun bariz nümunəsidir.
Masallı rayonu da günü-gündən inkişaf edir, kəndlərdə mədəni-quruculuq işləri genişlənir. Rayonumuza istər şimal, istərsə də cənub tərəfdən gələn qonaqlar böyük quruculuq işlərinə heyran qalırlar. Rayonun tarixi kəndlərindən biri olan Kalinovka da məhz dövlətin diqqət və qayğısı nəticəsində inkişaf edir, gözəlləşir. Kənd xəstəxanası və mədəniyyət evinin, uşaq bağçasının təmiri, kəndara yolların abadlaşdırılması məhz Sizin tapşırıq və  təşəbbüslərinizin bəhrəsidir.

Möhtərəm Prezident!

Rayonda   tolerantlığın ilk qaranquşu sayılan kəndimizdə sadə rus balası, Vətənimizin torpaqları uğrunda qəhrəmancasına şəhid olan Yevgeniy Belimin məzarının əbədiləşdirilməsi də dövlətin kəndimizə, insanlarımıza diqqət və qayğınızın bariz nümunəsidir.
Cənab Prezident!

Bütün görülən işlərə, diqqət və qayğıya görə kənd adamları adından Sizə çox sağ olun deyir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Masallı rayonu Kalinovka kənd sakinləri adından Oqtay Əliş oğlu Həsənov.

________________________________________________________

Ruslan Bağırovdan, Masallı, Azərbaycan
07.10.2017         president.az

Hörmətli cənab Prezident,

Uzun illərdən bəri istifadəsiz qalmış bərəkətli torpaqlarımız Sizin aqrar sahəyə göstərdiyiniz diqqət sayəsində yenidən əkinə cəlb olunur. Min bir nemət yetirən torpaqlarımız yenidən canlanır, ruzi-bərəkətimiz artır.

Sizin bu yaxınlarda Lənkərana səfəriniz zamanı keçirdiyiniz müşavirədə səslənən fikirlər, bir çox kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi ilə bağlı  dəyərli tövsiyələr və bu istiqamətdə dövlət tərəfindən atılan addımlar bir fermer kimi məndə böyük inam yaradıb. İndi əkib-becərmək həvəsimiz daha da artıb.

Möhtərəm cənab Prezident, inanırıq ki, görülən işlər sayəsində ölkəmizdə kənd təsərrüfatı sürətlə inkişaf edəcək, insanların güzəranı daha da yaxşılaşacaq. Bir fermer və kənd sakini olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,
Bağırov Ruslan Orucəli oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Lürən kəndi.

__________________________________________________

Elmur Həsənovdan, Masallı, Azərbaycan
05.10.2017  president.az

Möhtərəm cənab Prezident,

Masallı rayonunun Birinci Səmədxanlı kəndinin sakinləri respublikamızda həyata keçirilən siyasəti, sosial sahədə görülən işləri, qazanılan uğurları hər zaman təqdir edirlər. Xalqımız çox xoşbəxtdir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kurs Sizin tərəfinizdən uğurla davam etdirilir. Xalqımızın maddi rifah halı gündən-günə yaxşılaşır. Vətəndaşlara dövlət qayğısı daim diqqət mərkəzindədir.

Sizin təşəbbüsünüzlə yaradılan “Asan xidmət”in fəaliyyətindən çox razıyıq. Mən özüm də bu xidmətdən dəfələrlə istifadə etmişəm.

Hörmətli cənab Prezident, bütün bunlara görə şəxsən öz adımdan və kənd sakinləri adından Sizə təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.

Hörmətlə,
Həsənov Elmur Həsrətqulu oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Birinci Səmədxanlı kəndi.

__________________________________________________

Sevda Fərəcovadan, Masallı, Azərbaycan
19.09.2017  president.az

Hörmətli cənab Prezident,

Xalqımız bu gün çox xoşbəxtdir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kurs Sizin tərəfinizdən layiqincə davam etdirilir. Bunun nəticəsidir ki, xalqın maddi rifah halı gündən-günə  yaxşılaşır, vətəndaşlara dövlət qayğısı daim diqqət mərkəzindədir.

Bu qayğıdan bizim ailəyə də pay düşüb. Belə ki, övladım Fərəcli Yusif anadangəlmə eşitmə və danışma qüsurlu idi. Sizə müraciətimizdən sonra övladımız əməliyyat olundu, onun eşitmə və danışma qabiliyyəti bərpa edildi.

Hörmətli cənab Prezidentimiz, övladımıza yeni həyat verilməsinə, onun bizə sağlam bəxş edilməsinə göstərdiyiniz qayğı bizi hədsiz sevindirdi. Buna görə Sizə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya ailəmiz və yaxınlarımız adından dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.

Hörmətlə,
Fərəcova Sevda.
Azərbaycan Respublikası, Masallı rayonu, Təzə Alvadı kəndi.

______________________________________________________

Şirvan Əbilovdan, Masallı, Azərbaycan
05.09.2017  president.az

Çox hörmətli Prezidentimiz,

Azərbaycanın xilaskarı, xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin siyasi xətti Sizin səmərəli fəaliyyətiniz, dərin zəkanız, yüksək təşkilatçılıq bacarığınız sayəsində daha uğurla inkişaf edir. Sizin respublikamıza rəhbərlik etdiyiniz illərdə ölkəmiz böyük iqtisadi sıçrayışa nail olub, iqtisadi qüdrətini artırıb, hərbi potensialını yüksəldib, dünyanın inkişaf etmiş ölkələri sırasında öz mövqeyini möhkəmləndirib, bununla bərabər, xalqımızın mədəni səviyyəsi yüksəlib, rifahı yaxşılaşıb. Yaşadığım Masallı rayonu da bu inkişafdan bəhrələnib.

Hörmətli cənab Prezident, Sizin dəstəyiniz və təşəbbüskarlığınızla rayonumuzda bir çox mühüm sosial obyektlər tikilib istifadəyə verilib, yollar abadlaşdırılıb, yeni park və xiyabanlar salınıb. Masallı qısa müddət ərzində on illərə bərabər inkişaf yolu keçib, böyüyüb və gözəlləşib. Keçən ilin sentyabrında Masallıya tarixi səfəriniz, burada bir çox mühüm sosial-ictimai obyektlərin xeyir-duasını verməyiniz rayon sakinləri tərəfindən rəğbətlə qarşılandı.

Möhtərəm Prezident, mən Ulu Öndərin qayğısını və diqqətini həyatımda həmişə hiss etmişəm. Ümummilli Lider Vətəninə, xalqına, dövlətinə sədaqətlə xidmət edənləri həmişə dəyərləndirirdi. Mən də uzun illər müxtəlif sahələrdə işləmişəm. Siz də Ulu Öndərin yolu ilə gedərək mənim əməyimi yüksək qiymətləndirirsiniz. Belə ki, 2007-ci ildə mən Prezident təqaüdünə layiq görülmüşəm. Fərəhimin həddi-hüdudu yoxdur. Sərəncamınızla məni “Tərəqqi” medalı ilə təltif etməyiniz isə Sizin təkcə mənə deyil, bütün masallılılara olan sayğınızdır. Bu yüksək mükafat mənim ömrümü daha da uzadacaq, həyatımı daha da rövnəqləndirəcəkdir. Yüksək qayğınıza görə ailə üzvlərimin və yaşadığım Mahmudavar kəndinin bütün sakinlərinin minnətdarlığını Sizə çatdırmağı özümə borc bilirəm. Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın daha da inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Allah Sizi qorusun, cənab Prezident!

Hörmətlə,
Əbilov Şirvan Rəşid oğlu, Prezident təqaüdçüsü.
Azərbaycan Respublikası, Masallı rayonu, Mahmudavar kəndi.

_________________________________________________________

Azərbaycan Prezidenti cənab İlham Əliyevə

Cənab Prezident!

Son illər Sizin tapşırığınıza əsasən doğma Masallımızda gedən yenidənqurma və abadlaşdırılmada zəhmətinizin bəhrəsini biz sakinlər yüksək qiymətləndiririk. Səmimi olaraq bildirirəm ki, Siz Masallı rayonunun tarixində yeni bir səhifə açmısınız. Buna sübut şəhərin küçələrinin abadılaşdırılması, yaşayış binalarının təmiri, illərlə arzusunda olduğumuz su-kanal sisteminin işə salınaraq sakinlərin fasiləsiz içməli su ilə təmin olunması və başqa quruculuq işləridir. Bu, böyük nailiyyətdir. Sizin məqsədyönlü siyasətinizin bəhrəsidir. Sizin- bizə əziz və doğma olan Prezidentimizin arzularının gerçəklənməsini dəfələrlə öz çıxışlarınızda bildirmisiniz. Həmişə belə əminliklə demisiniz ki, Azərbaycanın hər bir regionu dünyanın ən inkişaf etmiş sahələri səviyyəsinə çatdırılmalıdır.Sizin göstərdiyiniz səylər, o cümlədən, masallılara qarşı diqqət və qayğınız bunun bariz nümunəsidir. Hazırda yaşadığım M.Müşfiq küçəsinin ışıqlandırılması səkilərin bərpasının tez bir zamanda öz həllini tapması, bizlər üçün çox fərəhləndiricidir.

Hörmətli cənab Prezident!

Ailəmizin və şəhərimizin sakinləri adından, bizlər üçün yaradılan belə rahatlıq və gözəl şəraitə görə minnətdarlığımızı bildirir, Sizə və ailə üzvlərinizə cansağlığı və xoşbəxtlik arzu edirik. Gələcək işlərinizdə uğurlar diləyirəm.

Hörmətlə,
Fərzulla Yunus oğlu QULİYEV, Masallı şəhəri

_____________________________________________________________

Əyyub Əyyubov və başqalarından, Masallı, Azərbaycan
31 iyul 2017  president.az

Möhtərəm cənab Prezident,

Bütün dünyanı iqtisadi böhran bürüdüyü halda Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində ölkəmiz durmadan inkişaf edir, onun hər bir guşəsində geniş abadlıq-quruculuq işləri həyata keçirilir.

Sizin diqqət və qayğınız sayəsində bizim rayonumuzda da böyük tikinti işləri aparılmış, Masallı gözəl şəhərə çevrilmişdir. Bu il rayonumuzda Sizin iştirakınızla Tarix-Diyarşünaslıq Muzeyinin, uşaq-incəsənət məktəbinin, “ASAN həyat” kompleksinin, Bayraq Meydanının açılışı olmuş, onlar vətəndaşların istifadəsinə verilmişdir.

Bundan başqa, rayonumuzun kəndlərində də əhalinin sosial problemləri həll edilmiş, həyat şəraiti xeyli yaxşılaşmışdır. Kəndlərdə bütün evlər işıq, qaz və içməli su ilə təmin edilmiş, kəndarası yollar abadlaşdırılmış, suötürücü kanallar təmizlənmişdir. Çaxırlı, Kəlbəhüseynli, Sarıcəfərli kəndlərini rayon mərkəzi ilə birləşdirən beş kilometrlik yolun asfalt örtüyü bərpa edilərək, iyul ayının əvvəllərində sakinlərin istifadəsinə verilmişdir.

Cənab Prezident, həyata keçirdiyiniz misilsiz işlərə, xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,
Əyyubov Əyyub,
Həsənov Baba,
Qubadov Tofiq,
Təhməzov Orucəli.
Azərbaycan Respublikası, Masallı rayonu.

_____________________________________________________________


Hafiz Şıxıyev və Alidə Nağıyevadan, Masallı, Azərbaycan
13 iyul 2017   president.az

Hörmətli cənab Prezident,

Son illər Masallı rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri hamının diqqətini cəlb edir. Bu işlər yaşadığımız Heydər Əliyev prospekti boyunca da aydın görünür. Prospekt ətrafındakı binalar əsaslı təmir edilmiş, həyətləri asfaltlaşdırılmış, sakinlərin istirahəti üçün yerlər yaradılmışdır. Bu yeniliklər yaşayış və məişət şəraitimizi xeyli dəyişdirmişdir.

Əziz Prezidentimiz, bütün bunlara və ümumiyyətlə ölkə sakinlərinə göstərdiyiniz qayğı və diqqətə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,
Şıxıyev Hafiz Xanverdi oğlu,
Nağıyeva Alidə Mirzəhəsən qızı.
Azərbaycan Respublikası, Masallı rayonu.

_____________________________________________


Ələşrəf Niftəliyevdən, Masallı, Azərbaycan
12 iyul 2017   president.az

Hörmətli cənab Prezident,

Bu il iyulun 4-də ermənilərin Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribat və vəhşilik ictimaiyyət, eləcə də ağsaqqallarımız tərəfindən qətiyyətlə pislənilir. Bu hadisəni törədənlər ən ağır cinayətkarlar hesab edilərək, beynəlxalq hüquq çərçivəsində cəzalarını almalı, haqq-ədalət öz yerini tapmalıdır.

Cənab Ali Baş Komandan, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində Sizin atdığınız müdrik, təmkinli və qətiyyətli addımları bəyənir və daim dəstəkləyirik. Bu yolda arzuladığımız nəticəyə nail olacağımıza inanırıq.

Hörmətlə,
III dərəcəli “Vətənə xidmətə görə” ordenli
Niftəliyev Ələşrəf Nuru oğlu
Azərbaycan Respublikası, Masallı rayonu.

____________________________________________


Sucayət Xosiyevdən, Masallı, Azərbaycan
01 iyul 2017   president.az

Hörmətli cənab Prezident,

Biz uzun illərdir ki, Rusiyanın Kazan şəhərində yaşayır və işləyirik. İşimizlə əlaqədar olaraq 4 ildən artıq idi ki, Vətənə gələ bilmirdik. Bu yaxınlarda müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar Vətənə üz tutduq. Hələ təyyarədən yerə enməmiş doğma Bakını seyr edəndə sevincimiz yerə-göyə sığmadı. Dünyada hökm sürən qlobal maliyyə böhranına baxmayaraq, Bakının bu qədər inkişaf edib çiçəklənməsi bizi hədsiz dərəcədə sevindirdi. Yaşadığımız Masallı rayonuna getməyə tələssək də, bir neçə saatlıq Bakını gəzməyi qərara aldıq. Elə bil biz cənnətə düşmüşdük. Milli park, Bayraq meydanı, yüzlərlə göydələn, şüşə kimi asfalt yollar və gül-çiçəkli parklar bizi valeh etdi.

Cənab Prezident, Masallıya çatanda sevincimiz ikiqat artdı. Rayonumuzun son illərdə bu qədər inkişaf etməsi Sizin gərgin əməyinizin nəticəsidir. Azərbaycan üçün, onun qədirbilən xalqı üçün çox işlər görmüsünüz. Ölkəmizdə gedən həm iqtisadi, həm də siyasi inkişafa görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Xosiyev Sucayət Yaşar oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.

__________________________________________________


Tünzalə Qardaşovadan, Masallı, Azərbaycan
13 iyun 2017  president.az

Hörmətli cənab Prezident,

Ölkəmizin iqtisadiyyatının güclü olması hər sahədə özünü göstərir. Mən Masallı rayonunun Dəmirçi kəndində orta məktəbdə xarici dil müəllimi işləyirəm. Məktəbimizin binası bir neçə il bundan əvvəl istifadəyə verilib. Yeni məktəbdə işləmək, şagirdlərə elmin sirlərini öyrətmək bizim üçün çox xoşdur. Müəllimlər və şagirdlər üçün gözəl şəraitin yaradılması ölkəmizin inkişafının daha bir göstəricisidir.

Ən ucqar kəndlərdə yeni məktəblər tikilir, qaz xətləri çəkilir, fasiləsiz elektrik enerjisi ilə təchizat təmin olunur, avtomobil yolları  təmir edilir. Azərbaycanın hər bir vətəndaşının güzəranının yaxşılaşdırılması Sizin uzaqgörən siyasətinizin nəticəsidir.

Həmçinin ölkəmiz bir sıra idman yarışlarına uğurla ev sahibliyi edir, Azərbaycana turist axını ildən-ilə güclənir.

Cənab Prezident, biz müəllimlər fəxr edirik ki, Azərbaycan kimi gözəl ölkədə yaşayırıq. İnanırıq ki, Sizin rəhbərliyiniz ilə doğma Qarabağımız mənfur düşmən tapdağından tezliklə azad olunacaq və biz orada gözəl tədbirlər keçirəcəyik.

Hörmətlə,
Qardaşova Tünzalə Əlhəddin qızı.
Azərbaycan Respublikası, Masallı rayonu, Dəmirçi kəndi.

_______________________________________________

Hafiz Mədətovdan, Masallı, Azərbaycan
12 iyun 2017  president.az

Möhtərəm cənab Prezident,

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycan dövləti Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətiniz nəticəsində gündən-günə inkişaf edir. Azərbaycanın xarici siyasətdəki uğurları, güclü ordunun yaradılması, işğal altındakı torpaqlarımızın bir hissəsinin azad edilməsi, ölkə daxilindəki sosial-iqtisadi yüksəliş və quruculuq işləri bu inkişafın bariz nümunələridir. Dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, ölkəmizdə abadlıq-quruculuq işləri davam etdirilir. Yaşadığımız Masallı rayonunun Əmirtürbə kəndi də son illərdə aparılan quruculuq işləri nəticəsində xeyli inkişaf edib.

Cənab Prezident, bütün bunlara görə şəxsən öz adımdan və kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, güclü Azərbaycan dövləti naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Mədətov Hafiz Mirzağa oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Əmirtürbə kəndi.

_____________________________________________

Gülər Qulamovadan, Masallı, Azərbaycan
07 iyun 2017   president.az

Hörmətli cənab Prezident,

Müstəqil Azərbaycan Respublikasının inkişafı göz qabağındadır. Yeni-yeni məktəblərin tikilməsi, ən ucqar rayonlara, kənd və qəsəbələrə təbii qaz verilməsi, insanların güzəranının yaxşılaşdırılması və digər işlər çox təqdirəlayiqdir. Xalqımıza göstərdiyiniz qayğı hamı tərəfindən rəğbətlə qarşılanır. Ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməsi, qonaqların hərtərəfli qayğı ilə əhatə olunması Azərbaycanın yaxşı təşkilatçılıq imkanlarına və zəngin multikultural dəyərlərə sahib olduğunu bir daha nümayiş etdirdi.

Mən bir müəllim kimi, Sizdən – dövlət rəhbərimdən razıyam. Ətrafımda olan insanların da Sizə sevgisini görürəm. Respublikamızın dünya ölkələri arasında öz sözünü deyə bilməsi bizi də qürurlandırır. İnanıram ki, Azərbaycanın gələcəyi bundan da yaxşı olacaq.

Cənab Prezident, biz Sizi dəstəkləyirik. O gün olsun ki, Qarabağımız işğaldan azad olsun və orada qələbəmizi qeyd edək!

Hörmətlə,
Qulamova Gülər Şirəli qızı
Azərbaycan Respublikası, Masallı rayonu, Bədəlan kəndi.

___________________________________________

Aypara Əliyeva və Nadirə Heydərovadan, Masallı, Azərbaycan

22.05.2017                president.az

Hörmətli cənab Prezident,

Ölkəmizdə yeni məktəb binalarının tikilməsi, mövcud olanların isə əsaslı təmir edilməsi, şagirdlərin yaxşı təhsil alması üçün hər bir şəraitin yaradılması bizi çox sevindirir. Bizim Masallı rayonunun Şatıroba kəndində də ikimərtəbəli müasir məktəb binası tikilərək istifadəyə verilmişdir. Kənd camaatı övladlarının belə gözəl məktəbdə oxumasından fərəh hissi duyurlar.

Cənab Prezident, kəndimizdə yeni məktəb binasının istifadəyə verilməsinə görə Şatıroba kənd məktəbinin pedaqoji kollektivi adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı, Azərbaycanımızın sabahı naminə gördüyünüz işlərdə uğurlar arzulayıriq.

Hörmətlə,

Əliyeva Aypara Sarıbala qızı,

Heydərova Nadirə Elşad qızı.

Azərbaycan Respublikası, Masallı rayonu, Şatıroba kəndi.

____________________________________

 

Səyyad Quliyev və Qiyas Rzayevdən, Masallı, Azərbaycan

23.05.2017                president.az

Hörmətli cənab Prezident!

Vaxtilə ulu öndərimiz Heydər Əliyev “Təhsil millətin gələcəyidir” demişdi. Siz bu müdrik kəlama uyğun olaraq söylədiniz ki, uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər. Siz söylədiyiniz sözlərinizi əməli işinizlə doğruldur, təhsil sahəsinə daim qayğı göstərir, diqqət yetirirsiniz. Bu yaxınlarda bizim Masallı rayonunun Şatıroba kəndində 180 yerlik ikimərtəbəli yeni məktəb binası tikilərək istifadəyə verildi.

Möhtərəm Prezident, kəndimizdə yeni məktəb binasının tikilib istifadəyə verilməsinə görə Şatıroba ağsaqqalları, ziyalıları, şagirdləri və onların valideynləri adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın gözəl sabahı naminə gördüyünüz işlərdə yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Quliyev Səyyad Lətif oğlu

Rzayev Qiyas Mirağa oğlu

 

Azərbaycan Respublikası, Masallı rayonu, Şatıroba kəndi.

____________________________________

Qurbanəli Məmmədovdan, Masallı, Azərbaycan
15.05.2017     president.az


Hörmətli cənab Prezident,

Sizin həyata keçirdiyiniz uğurlu siyasət, ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir, yaşamaq eşqimizi, qurub-yaratmaq həvəsimizi daha da artırır. Sizin siyasətinizdən və tapşırıqlarınızdan irəli gələn məsələlər regionlarda davamlı olaraq yerinə yetirilir. Dövlət qurumlarının rəhbərləri əhali ilə tez-tez səyyar görüşlər keçirir, onların problemləri ilə maraqlanır, təkliflərini dinləyir və həlli ilə əlaqədar lazımi işlər görürlər.

Möhtərəm Prezident, vətəndaşların müraciətinə daha həssaslıqla yanaşılmasına, bizi narahat edən məsələlərin həllinə görə Sizə öz minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun!

Hörmətlə,
Məmmədov Qurbanəli Məmmədəli oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Kalinovka kəndi.

____________________________________

 

Balamirzə Mütəllimovdan, Masallı, Azərbaycan
10.05.2017     president.az


Hörmətli cənab Prezident,

Biz masallılılar Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir və Sizi dəstəkləyirik. Sizin uzaqgörən, müdrik və balanslaşdırılmış siyasətinizin nəticəsidir ki, bu gün Azərbaycan dünyada güclü mövqeyi olan bir ölkə, bölgədə lider dövlətdir. Ölkəmizdə uzunmüddətli, dayanıqlı siyasi sabitlik yaranmış, respublikamız beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün ən etibarlı məkana çevrilmişdir.

Ölkəmizdə ötən il keçirilən ümumxalq səsverməsi bir daha göstərdi ki, xalq Sizi sevir və dəstəkləyir. Xalq Sizi öz təhlükəsizliyinin qarantı hesab edir.

Sizin ordu quruculuğu sahəsindəki uğurlu siyasətiniz ordumuzun güclənməsinə, ən müasir silahlarla təmin olunmasına, qələbə əhval-ruhiyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır.

Cənab Prezident, inanırıq ki, Sizin rəhbərliyiniz altında xalqımız daha xoşbəxt günlər keçirəcək və yaxın vaxtlarda Qarabağ həsrətimizə son qoyulacaq. Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və işlərinizdə uğurlar arzu edirəm.

Hörmətlə,
Mütəllimov Balamirzə Həmid oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Güllütəpə kəndi.

____________________________________

 

Afaq Həsənovadan, Masallı, Azərbaycan
24.04.2017    president.az


Hörmətli cənab Prezident,

Təhsilə verdiyiniz önəm və bu sahənin inkişafı ilə bağlı gördüyünüz işlər bizdə böyük sevinc hissi oyadır. Ulu öndər Heydər Əliyev demişdi: "Təhsil millətin gələcəyidir". İndi ölkəmizin demək olar ki, hər bir kənd və qəsəbələrində yeni məktəb binaları tikilib istifadəyə verilir. Bizim yaşadığımız Masallı rayonun Bədəlan kəndindəki tam orta məktəb binası da əsaslı təmir olunaraq öz qapılarını yenidən şagirdlərimizin üzünə açdı.

Cənab Prezident, övladlarımızın daha yaxşı təhsil almaları üçün yaratdığınız şəraitə görə şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığımı bildirir, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,
Həsənova Afaq Nizami qızı, müəllim.
Azərbaycan Respublikası, Masallı rayonu.

____________________________________

 

Rahid Ağahüseynov və başqalarından, Masallı, Azərbaycan
14.04.2017    president.az

Hörmətli cənab Prezident,

Övladları bağçaya gedən biz valideynlər "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin yaradılmasına görə Sizə təşəkkürümüzü bildiririk. Bu səhmdar cəmiyyət yarandığı gündən bağçalar vaxtlı-vaxtında keyfiyyətli ərzaq məhsulları ilə təmin olunur, uşaqlar yaxşı qidalanırlar. Övladlarımızın təlim-tərbiyəsinə, sağlamlığına diqqətlə yanaşılmasından çox razıyıq.

Əziz Prezidentimiz, Sizin qəbul etdiyiniz qərarlar, həyata keçirdiyiniz islahatlar ölkəmizin inkişafında müstəsna rol oynayır. Sizə işlərinizdə hər zaman uğurlar arzulayırıq.

Hörmətlə,
Ağahüseynov Rahid Əli oğlu
Məmmədov Saleh Mehdi oğlu
Məmmədov Mehdi Nüsrət oğlu
Cəfərov Rəşad Aşur oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Təzə Alvadı kəndi
.

____________________________________

 

Zülfüqar Haçiyevdən, Masallı, Azərbaycan
12.04.2017    president.az

Hörmətli cənab Prezident,

Son illər Azərbaycanın iqtisadi və sosial həyatı durmadan inkişaf edir. Respublikamızın müstəqilliyini bərpa edərək möhkəmləndirməsi və bugünkü qüdrətli Azərbaycan dövlətinin yaradılması ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsi, Ulu Öndərin ölkəmiz və xalqımız qarşısında tarixi xidmətidir. Bu gün bu strategiya Sizin yüksək idarəçilik bacarığınız, tükənməz enerjiniz və işgüzarlığınız, vətənpərvərliyiniz sayəsində daha da zənginləşdirilərək uğurla həyata keçirilir, dövlətimizin mənafeyinin qorunmasını və xalqımızın firavan yaşamasını təmin edir.

Siz son illər müasir dünyamızda gedən qlobal proseslərin mənfi təsirlərindən Azərbaycanı böyük ölçüdə xilas etməyi, milli maraqlarımızı qorumağı bacardınız və respublikamızın sürətlə inkişaf edən demokratik bir ölkə kimi dünyada nüfuz qazanmasına nail oldunuz. Biz bundan hədsiz qürur duyuruq. İqtisadi tərəqqisinə görə nəinki MDB-də, hətta dünyada lider dövlətlərdən olan Azərbaycan bu nəticəni məhz Sizin həyata keçirdiyiniz uğurlu siyasət, aparılan hərtərəfli və köklü islahatlar sayəsində qazanıb. Sizin xüsusi dəstəyiniz və səyləriniz nəticəsində respublikanın hər yerində abadlıq və quruculuq işləri aparılır.

Son illər ölkəmizin sürətli tərəqqisinin təmin olunmasına yönəlmiş tədbirlər, iqtisadi islahatlar, xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ciddi uğurlar əldə edilib. Bu məsələdə də Sizin şəxsi qayğınız və diqqətiniz həlledici rol oynamışdır. İndi Azərbaycanda iqtisadiyyatın istənilən sahəsinin inkişafı üçün hər bir şərait mövcuddur.

Sahibkarlığın inkişafına göstərdiyiniz diqqət və qayğı da göz qabağındadır. Bu gün ölkə sahibkarları Sizi özlərinin himayədarı və köməyi bilirlər. Elə buna görədir ki, onlar dövlətimizin həyata keçirdiyi əksər layihələrdə canla-başla təmsil olunmağa çalışırlar. Respublikamızın neftdən asılılığını azaltmaq üçün kənd təsərrüfatının mərhələli şəkildə inkişafına diqqət ayırmağınız, ölkəmizdə bolluq yaratmağınız məni və kəndimizin əhalisini çox sevindirir.

Hörmətli cənab Prezident, onu da qeyd etməliyəm ki, ötən il Sizə ünvanladığım müraciətlər müsbət həllini tapdı. Bu, onu göstərir ki, ölkəmizdə xalqla iqtidar arasında möhkəm bağlılıq var və bu amil ümumi inkişafımızda mühüm rol oynayır. Ulu Tanrı Sizi Azərbaycanımızın rəhbərliyindən əskik etməsin.

Dərin hörmət və ehtiramla,
Haçiyev Zülfüqar Qüdrət oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.

____________________________________

 

Rövşən Muxtarovdan, Masallı, Azərbaycan

11.04.2017        president.az

Hörmətli cənab Prezident,

Dünyada hökm sürən qlobal maliyyə böhranına baxmayaraq, Siz ölkəmizin inkişafı və çiçəklənməsi üçün əlinizdən gələni edir, iri infrastruktur layihələrinin reallaşdırılması, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün daim yorulmadan çalışırsınız. Son illər ərzində dünyada münaqişələrin, qeyri-sabit vəziyyətin dərinləşdiyi bir vaxtda ölkəmizdə yaradılmış ictimai-siyasi sabitliyin qorunub saxlanılması, xalqımızın firavan yaşayışının təmin edilməsi Sizin uğurlu fəaliyyətinizin nəticəsidir.

Möhtərəm Prezident, bütün bunlara görə şəxsən öz adımdan və kəndimizin sakinləri adından Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram.

 

Hörmətlə,

Muxtarov Rövşən Fətiağa oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Güllütəpə kəndi.

____________________________________

 

Aybəniz Rəhmətovadan, Masallı, Azərbaycan

10.04.2017        president.az

Hörmətli cənab Prezident,

Masallı rayonunun ucqar dağ kəndlərindən biri olan Sığdaş kəndinə təbii qazın verilməsi ilə əlaqədar burada yaşayan sakinlər, xüsusilə də qadınlar adından Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Təbii qazın olmamasından biz qadınlar daha çox əziyyət çəkirdik. Çox sağ olun ki, bizi bu əziyyətdən qurtardınız və böyük bir problemimizi həll etdiniz. Ümumilikdə, respublikamızda gördüyünüz çoxşaxəli işləri bəyənir və dəstəkləyirik.

Cənab Prezident, həmçinin qeyd etmək istəyirəm ki, Birinci xanım Mehriban Əliyeva da həmişə biz qadınlara dəstək olub. Biz hər zaman Sizinləyik və ətrafınızda sıx birləşmişik.

 

Hörmətlə,

Rəhmətova Aybəniz Əyyub qızı

Azərbaycan Respublikası, Masallı rayonu, Sığdaş kəndi.

____________________________________

 

Səfər Rəhimov və başqalarından, Masallı, Azərbaycan

10.04.2017        president.az

Hörmətli cənab Prezident,

Müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Sizin tərəfinizdən qətiyyətlə və sədaqətlə davam etdirilməsi nəticəsində dövlətimiz gündən-günə qüdrətlənir, inkişaf edir və möhkəmlənir. Sahibkarlığın inkişafına göstərilən güclü dəstəyin və qayğının nəticəsidir ki, iqtisadiyyatın bütün sahələrində uğurlu nəticələr əldə edilir. Sizin bilavasitə təşəbbüsünüzlə turizm və aqrar sahədə aparılan islahatlar xalqın rifahının yüksəlməsinə, həm də işsizlik probleminin aradan qaldırılmasına güclü təkan vermişdir. Xüsusilə ordu quruculuq sahəsində görülən işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. İndi ən müasir silahlarla təchiz edilmiş Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, həm də dünyanın güclü ordularından sayılır.

Cənab Ali Baş Komandan, bir il əvvəl işğal altındakı torpaqlarımızda aparılmış uğurlu döyüş əməliyyatları ordumuzda və xalqımızda böyük ruh yüksəkliyi yaratmışdır. Biz inanırıq ki, müzəffər ordumuz işğal olunmuş bütün torpaqlarımızı Sizin rəhbərliyiniz altında azad edəcək. Sizə cansağlığı, daha böyük uğurlar arzulayırıq. Xalq Sizin və ordumuzun arxasındadır.

Möhtərəm Prezident, Masallı rayonu Köhnə Alvadı kənd sakinləri Ulu Öndərin siyasətinə həmişə sədaqət göstərmişdir. Bütün xalqımız kimi biz də Ali Baş Komandanın əmrinə, Vətən torpaqlarımızın azad olunması yolunda canımızdan keçməyə həmişə hazırıq.

 

Köhnə Alvadı kənd sakinləri adından hörmətlə,

Səfər Rəhimov,

Yadulla Əliyev,

Əsədulla Əsgərov,

Sabir Qasımov,

Abduləli Abıyev.

Azərbaycan Respublikası, Masallı rayonu, Köhnə Alvadı kəndi.

 

____________________________________
 

İrəm Qənbərovdan, Masallı, Azərbaycan
06.04.2017        president.az

Hörmətli cənab Prezident,

Son zamanlar Masallı rayonunda, o cümlədən Musaküçə kəndində görülən abadlıq-quruculuq işləri hamı kimi, məni də sevindirir. Kəndimizdə yeni ATS binasının və istirahət mərkəzinin tikilməsi, elektrik xətlərinin daha keyfiyyətli kabellərlə çəkilməsi bunun bariz nümunələridir.

Mən özüm əkinçiliklə məşğulam. Əkin üçün əlverişli şəraitin yaradılmasından, lazımi kömək göstərilməsindən, gübrələrin verilməsindən razıyam.

Əziz Prezidentimiz, bir ağsaqqal kimi Sizə və Mehriban xanıma uzun ömür, möhkəm cansağlığı arzulayıram. Allah Sizi qorusun. Biz həmişə Sizinləyik.

Hörmətlə,
Qənbərov İrəm Mürşüd oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Musaküçə kəndi.

____________________________________

Mais Ağayevdən, Masallı, Azərbaycan
07.04.2017     president.az

Möhtərəm cənab Prezident,

Dünyada iqtisadi böhranın hökm sürdüyü bir vaxtda Siz daim xalqı düşünür, xalqın qayğısına qalır, insanların rifahının yaxşılaşdırılmasına, yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən uğurlu siyasət yürüdürsünüz. Bu siyasətin nəticəsidir ki, indi Azərbaycan cəmiyyətində nikbinlik mövcuddur və insanlar gələcəyə böyük ümidlə baxırlar.

Cənab Prezident, görülən bütün bu işlərə görə Sizə təşəkkür edirəm. Allahdan Sizə möhkəm cansağlığı və işlərinizdə daim uğurlar arzulayıram.

Hörmətlə,
Ağayev Mais Vəkil oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Qəriblər kəndi.

____________________________________________

Mais Ağayevdən, Masallı, Azərbaycan
07.04.2017          president.az

Möhtərəm cənab Prezident,

Dünyada iqtisadi böhranın hökm sürdüyü bir vaxtda Siz daim xalqı düşünür, xalqın qayğısına qalır, insanların rifahının yaxşılaşdırılmasına, yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən uğurlu siyasət yürüdürsünüz. Bu siyasətin nəticəsidir ki, indi Azərbaycan cəmiyyətində nikbinlik mövcuddur və insanlar gələcəyə böyük ümidlə baxırlar.

Cənab Prezident, görülən bütün bu işlərə görə Sizə təşəkkür edirəm. Allahdan Sizə möhkəm cansağlığı və işlərinizdə daim uğurlar arzulayıram.

Hörmətlə,
Ağayev Mais Vəkil oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Qəriblər kəndi.

_____________________________________________

İzzət Əliyevdən, Masallı, Azərbaycan
08.04.2017     president.az

Hörmətli cənab Prezident,

Kənd təsərrüfatının dirçəldilməsi ilə bağlı atdığınız addımlar, həmçinin pambıqçılığın inkişafı məsələləri ilə bağlı Saatlı rayonunda keçirilən respublika müşavirəsində söylədiyiniz fikirlər biz kənd sakinlərində böyük ruh yüksəkliyinə səbəb olub. Sizin çıxışınızdan sonra kənd ağsaqqalları bir yerə toplaşaraq öhdəmizdə olan torpaq sahələrində əkinçiliyi inkişaf etdirməyə qərar verdik. Pay torpaq sahələrimizdən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsullarının istehsalı artırmağa çalışırıq.

Möhtərəm Prezident, respublika iqtisadiyyatının inkişafına göstərdiyiniz diqqət və qayğı sadə kənd zəhmətkeşləri tərəfindən yüksək qiymətləndirilir. Biz Sizin daxili və xarici siyasətinizi hər zaman bəyənir və dəstəkləyirik.

_____________________________________________

Q.Süleymanov və başqalarından, Masallı, Azərbaycan

06.04.2017   president.az

Möhtərəm cənab Prezident,

Azərbaycanın dünya bazarına çıxarıla biləcək məhsulları çoxdur. Ölkəmizin təbiəti, torpağımızın bərəkəti, yeraltı və yerüstü sərvətlərimiz sonsuzdur.

Azərbaycan öz nefti ilə bütün dünyada məşhur olduğu qədər, ağ qızı ilə də tanınır. 1970-ci illərin axırında pambıqçılıqdan rekord məhsul götürülürdü. Kənd əhalisi pambıq əkini və istehsalı sayəsində külli miqdarda qazanc əldə edirdi.    

Müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlərin məsuliyyətsizliyi səbəbindən iqtisadiyyatımız, o cümlədən kənd təsərrüfatı tənəzzülə uğradı, insanlar torpaqdan uzaqlaşdılar.

Son dövrlərdə Sizin kənd təsərrüfatına göstərdiyiniz diqqət və qayğınız nəticəsində kəndlilər yenidən torpağa qayıdır. Kənd təsərrüfatına ayrılmış güzəştli kreditlər, subsidiyalar, xaricdən gətirilmiş texnikalar bu sahənin inkişafında sıçrayışa səbəb olub. Bu, ən düzgün yoldur. Çünki bütün yeraltı sərvətlər tükənə bilər, lakin bərəkətli torpağımızın nemətləri tükənməzdir.

Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyi, taxıl bolluğu, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın inkişafı deməkdir.

Hörmətli cənab Prezident, inanırıq ki, Azərbaycan kənd təsərrüfatı sahəsində əldə etdiyi rekord nəticələri Sizin rəhbərliyiniz altında yenidən qazanacaqdır. Xalqın rifahı, yeni iş yerlərinin açılması ilə bağlı gördüyünüz əvəzolunmaz işlərə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Süleymanov Q

Məmmədov V

Abıyev R

Qarayev T

Əlişov Ə və s.

Azərbaycan Respublikası, Masallı rayonu, Köhnə Alvadı kəndi. 

______________________________________________

Faiq Ağayevdən, Masallı, Azərbaycan

04.04.2017   president.az

Hörmətli cənab Prezident,

Təhsilə verdiyiniz önəm və bu sahənin inkişafı ilə bağlı gördüyünüz işlər bizdə böyük sevinc hissi oyadır. Çünki deyildiyi kimi, təhsil xalqın gələcəyidir. İndi ölkəmizin demək olar ki, hər bir kənd və qəsəbəsində yeni məktəb binaları tikilib istifadəyə verilir. Bizim yaşadığımız Masallı rayonunun Qızılavar kəndində də yeni məktəb binası inşa edilib.

Cənab Prezident, övladlarımızın daha yaxşı təhsil alması üçün yaratdığınız şəraitə görə şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığımı bildirilir, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Ağayev Faiq Firudin oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Qızılavar kəndi.

  ______________________________________________

Qiyas Rzayev və başqalarından, Masallı, Azərbaycan

03.04.2017    presiden.az

 

Hörmətli cənab Prezident,

Ölkə vətəndaşlarına olan qayğınız hər addımınızda özünü göstərir. Sizin tapşırığınıza əsasən, artıq neçə illərdir ki, respublika əhalisi kütləvi şəkildə tibbi müayinəyə cəlb edilir. Bir neçə gün bundan əvvəl bizim kəndin sakinləri də dövlət hesabına tibbi müayinədən keçdilər və razı qaldılar.

Əziz Prezidentimiz, insanların sağlamlığına göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Rzayev Qiyas

Quliyev Səyyad

Nəzərova Aygün

Nuriyeva Validə

Tağıyeva Elnarə.

Azərbaycan Respublikası, Masallı rayonu, Türkoba kəndi.

  ______________________________________________

Zakir Əkbərovdan, Masallı, Azərbaycan
01.04.2017   president.az

Hörmətli cənab Prezident,

Masallı rayonunun Məmmədoba kəndinin sakinləri yola saldığımız qış fəslini tamamilə fərqli əhval-ruhiyyədə keçirdilər. Çünki bu qış mövsümündə biz təbii qazdan istifadə etdik. Regionların inkişafına ayırdığınız diqqət sayəsində kəndimizə də təbii qazın verilməsini sosial problemlərimizin həlli istiqamətində atılan növbəti uğurlu addım hesab edirik.

Möhtərəm Prezident, masallılılara göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Əkbərov Zakir Qasım oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Məmmədoba kəndi.

______________________________________________

Nuridə Səfərlidən, Masallı, Azərbaycan
28.03.2017  president.az

Möhtərəm cənab Prezident,

Azərbaycan Sizin rəhbərliyiniz ilə dinamik inkişaf edir, dünya ölkələri arasında öz nüfuzunu gündən-günə artırır. Xüsusilə qeyd etməyi özümə borc bilirəm ki, respublikamızın hər bir regionunda böyük abadlıq-quruculuq işləri görülür.

Həmçinin ölkə vətəndaşları onların müraciətlərinə vaxtında baxılmasından və lazımı qaydada cavablandırılmasından, qaldırılan məsələlərin həll edilməsindən razıdırlar.

Cənab Prezident, yaşadığımız küçənin təmiri ilə bağlı müraciətimizə də tez bir zamanda baxıldı və məsələ qısa müddətdə müsbət həllini tapdı.

Rayonumuza göstərdiyiniz diqqət və qayğıya, görə Sizə təşəkkürümü və dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,
Səfərli Nuridə Ədalət qızı.
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________

Nəcibə Eynalova və başqalarından, Masallı, Azərbaycan
27.01.2017  president.az

Hörmətli cənab Prezident,

Siz çox xeyirxah və alicənab şəxsiyyətisiniz. Sizin gördüyünüz işlər respublikamızın hər bir vətəndaşının həyatına müsbət təsir göstərir, insanların firavan yaşayışını təmin edir.

Bu yaxınlarda Masallı rayonunun Abasbəyli və Xəlfələr kəndlərinə içməli su xəttinin çəkilməsi biz qadınları uzaq məsafədən su daşımaq kimi çətinlikdən qurtardı. Həmçinin Yeyənkənd kəndində müasir həkim məntəqəsinin tikilib istifadəyə verilməsi insanların keyfiyyətli tibbi xidmətlə təmin edilməsində mühüm rol oynayır.

Cənab Prezident, ölkəmizin bütün vətəndaşları kimi, biz də Sizi dəstəkləyir və həmişə Sizinlə olduğumuzu bildiririk. Bizə göstərdiyiniz qayğı və dəstəyə görə Sizə minnətdarlığımızı çatdırır, Sizə və xanımınıza, ailə üzvlərinizə həyatda ən şirin nemət olan cansağlığı, uzun ömür, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,
Eynalova Nəcibə
Məcidova Əsmayyə
Allahverdiyeva Saray
Şahbazova Səriyyə və başqaları.
Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.

____________________________________________________

Elxan Abbasov və başqalarından, Masallı, Azərbaycan
26.01.2017  president.az

Hörmətli cənab Prezident,

Sizin müvafiq Sərəncamınızla Masallı rayonunun mərkəzində yerləşən bir çox yaşayış binasında əsaslı təmir işlərinə başlanılıb. Binaların dam örtükləri dəyişdirilir, fasadları rəngləri, daxilində və ətraflarında abadlıq işləri həyata keçirilir. İşlər çox yüksək səviyyədə və sürətlə davam etdirilir.

Cənab Prezident, bütün bunlar biz sakinləri çox sevindirir. Göstərdiyiniz diqqət və qayğıya, görülən və görüləcək işlərə görə şəxsən öz adımdan və ailələrimiz adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,
Abbasov Elxan Rüfət oğlu
Ələmov Pərviz Mirxalıq oğlu
Əzimov İmran Daməd oğlu
Həsənov Camal Abdulhəsən oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.

_____________________________________________________

B.Mütəllimov və başqalarından, Masallı, Azərbaycan
25.01.2017  president.az

Hörmətli cənab Prezident,

Sizin tapşırığınız əsasında respublikada elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər hamımızı sevindirir.

Masallı rayonunda, eləcə də bizim yaşadığımız Güllütəpə kəndində də elektrik xətləri dəyişdirilərək SİP-kabellə əvəzlənir və smart-kart tipli sayğaclar quraşdırılır. Kəndimizin elektrik enerjisi təchizatında əvvəllər müşahidə olunan fasilələr bu işlər sayəsində artıq aradan qaldırılır.

Möhtərəm cənab Prezident, bütün bunlara görə kəndimizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayırıq.             

Hörmətlə,
Mütəllimov B
Nəcəfov İ
Mirzəcanov M
Əlinağıyev Ə və başqaları.
Azərbaycan Respublikası, Masallı rayonu, Güllütəpə kəndi.

______________________________________________________

Tura Yəhyayevadan, Masallı, Azərbaycan
10.12.2016  president.az

Möhtərəm cənab Prezident,

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Sizin tərəfinizdən uğurla davam etdirilir. Həyata keçirilən islahatlar bizim rayonun da inkişafında böyük rol oynayır. Masallıda “ASAN həyat” kompleksinin istifadəyə verilməsi və orada insanlara göstərilən yüksək səviyyəli mədəni xidmət bizi çox sevindirir.

Hörmətli cənab Prezident, rayonumuzun inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Bir azərbaycanlı olaraq Sizinlə qürur duyuram.

Hörmətlə,
Yəhyayeva Tura Heydər qızı.
Azərbaycan Respublikası, Masallı rayonu, Lürən kəndi.

________________________________________________________

Qaraxan Süleymanovdan, Masallı, Azərbaycan
president.az  02.12.2016

Hörmətli cənab Prezident,

Azərbaycanın son illərdə qazandığı nailiyyətlər, ölkəmizdə keçirilən böyük elmi, mədəni və idman tədbirləri müstəqil respublikamızın dünyada tanıdılmasında mühüm rol oynayır.

Respublikamızın hər bir bölgəsi kimi, Masallı rayonuna göstərdiyiniz diqqət və qayğını bütün masallılar yüksək qiymətləndirir. Yeni açılan “ASAN Həyat” kompleksi rayonumuzun sosial-iqtisadi həyatına öz müsbət təsirini göstərir. Eyni zamanda, kənd təsərrüfatının inkişaf etdirilməsi əhalinin məşğulluğunun təmin olunmasına və məhsul bolluğuna səbəb olmuşdur.

Görülən tədbirlər nəticəsində yaşadığım Köhnə Alvadı kəndi rayonun ən abad kəndlərindən birinə çevrilmişdir. Kəndimizdə qaz, işıq problemi aradan qaldırılmış, yollara asfalt örtüyü çəkilmiş, küçələrdə işıqlandırma sistemi quraşdırılmışdır.

Möhtərəm Prezident, bütün bunlara görə kənd əhalisi adından Sizə öz minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,
Süleymanov Qaraxan Baba oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Köhnə Alvadı kəndi.

_________________________________________________________

İmanqulu Məmmədovdan, Masallı, Azərbaycan
president.az  24.11.2016

Hörmətli cənab Prezident,

Bu gün Azərbaycanda böyük quruculuq işləri aparılır, sülh, əmin-amanlıq hökm sürür, insanlar rahat yaşayırlar.

Sizin bu ilin sentyabr ayında Masallı rayonuna səfəriniz biz masallıları çox sevindirdi, qəlbimizi fərəh hissi ilə doldurdu. Açılışını etdiyiniz “Asan həyat” kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, uşaq-incəsənət məktəbi və digər obyektlər insanlara xidmət göstərir, rayonumuzun sosial-mədəni həyatının inkişafına öz töhfəsi verir.

Eyni zamanda, qeyd etməliyəm ki, yaşadığımız Birinci Səmidxan kəndində həkim məntəqəsinin tikilib istifadəyə verilməsi insanların işini xeyli asanlaşdırıb.

Cənab Prezident, bütün bunlar Sizin vətəndaşlara olan qayğınızın göstəricisidir. Mən və kəndimizin sakinləri Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti daim dəstəkləyirik.

Hörmətlə,
Məmmədov İmanqulu Qulu oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Birinci Səmidxan kəndi.

____________________________________________________________


Ağamalı Cəfərovdan, Masallı, Azərbaycan
president.az  28.11.2016

Möhtərəm cənab Prezident,

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Sizin tərəfinizdən uğurla davam etdirilir. Sizin həyata keçirdiyiniz islahatlar bizim rayonun da inkişafında böyük rol oynayır.

Masallıda “ASAN həyat” kompleksinin istifadəyə verilməsi və orada insanlara göstərilən xidmət bizi çox sevindirir. Bununla yanaşı, Tarix-Diyarşünaslıq Muzeyinin, uşaq-incəsənət məktəbinin və digər obyektlərin açılması rayon ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı.

Hörmətli cənab Prezident, hər zaman Sizi dəstəkləyir və işlərinizdə Sizə uğurlar arzulayıram.

Dərin hörmətlə,
Cəfərov Ağamalı Cəfər oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Böyük Xocavar kəndi.

__________________________________________________________


Şahverdi Ağayevdən, Masallı, Azərbaycan
president.az  29.11.2016

Möhtərəm cənab Prezident,

Sizin göstərişinizə və təsdiq etdiyiniz dövlət proqramlarına əsasən Masallı rayonunun bir sıra kəndlərinin, o cümlədən bizim Tiyaqani kəndinin sosial problemləri öz həllini tapıb. Xüsusilə qeyd etmək istəyirik ki, kəndimizə təbii qaz xəttinin çəkilməsi yerli sakinləri ürəkdən sevindirdi.

Hörmətli cənab Prezident, kəndimizin ağsaqqalları, ağbirçəkləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, ziyalıları adından Sizə dərin minnətdarlığımızı bildiririk.  Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına xidmət edən uğurlu siyasətinizi dəstəkləyir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Hörmətlə,
Ağayev Şahverdi Mürsəl oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Tiyaqani kəndi.

___________________________________________________________

Tofiq Qubadovdan, Masallı, Azərbaycan
22 noyabr 2016  president.az

Hörmətli cənab Prezident,

Respublikamızda aparılan abadlıq-quruculuq işlərinə, sülh və əmin-amanlıq şəraitində yaşadığımıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Bu il bizim üçün çox mühüm hadisələrlə əlamətdar oldu. Belə ki, yaşadığımız Masallı rayonunun Çaxırlı kənd inzibati ərazi dairəsinə daxil olan Bala Təklə kəndinə qaz çəkilişi başa çatdırıldı, evlərə sayğaclar quraşdırıldı və əhali təbii qazla təmin olundu. Həmçinin Çaxırlı kəndində yeni inkubator sexi istifadəyə verildi. Son vaxtlar isə əkin sahələrinə görə verilən yeni subsidiya əhalinin torpağa olan həvəsini daha da artırdı.

Cənab Prezident, bütün bunlar bizi çox sevindirir. Müstəqil respublikamızın çiçəklənməsi naminə apardığınız daxili və xarici siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirik. Xüsusilə kənd təsərrüfatına göstərdiyiniz qayğıya görə yerli sakinlər adından Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,
Qubadov Tofiq Musa oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Çaxırlı kəndi

____________________________________________________________

Xanbala Həsənov və başqalarından, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz Sizin siyasi kursunuzu alqışlayır və dəstəkləyirik. Siz ölkəmizdə sabitliyin qarantısınız. Ölkəmizdə həyata keçirilən abadlıq işləri bizim rayonumuzda da yan keçməyib. Respublikamızın bütün şəhər və rayonları kimi, Masallı rayonunun da müasir standartlara uyğun abadlaşdırılmasına görə Sizə təşəkkürümüzü bildiririk.

Cənab Ali Baş Komandan, uğurlu aprel döyüşlərində qazanılan parlaq qələbə Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazıldı. Biz Sizə və Ordumuza güvənirik.

Ölkə vətəndaşlarının qarşılaşdıqları problemlərin həlli istiqamətində görülən işlər də bizi razı salmaya bilməz. Biz - Masallı rayonu, Dadva küçəsinin sakinləri Sizə müraciətimizdən sonra qısa müddətdə evlərimiz mavi yanacaqla təmin olundu.

Cənab Prezident, göstərdiyiniz diqqətə, ölkə vətəndaşlarının qayğısına qaldığınıza görə Dadva küçəsində yaşayan 25 ailə adından bir daha Sizə minnətdarlığımızı bildiririk. Ömrünüz uzun olsun.

Hörmətlə,


Həsənov Xanbala
Eminli Emin
Rəhmətov Rəhman.
Azərbaycan Respublikası, Masallı rayonu.
president.az

______________________________________________________________

Firdovsi Dəyyanovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mənə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adını verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirir, doğma Vətənimizin daha da tərəqqisi, müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin daha sürətlə qüdrətlənməsi yolunda bilik və bacarığımı əsirgəməyəcək, Sizin çox çətin və şərəfli işinizdə cüzi də olsa öz əməyimlə köməkçi olmağa çalışacağam. Əmin edirəm ki, bütün ömrüm boyu dövlətçiliyimizə, ulu öndər Heydər Əliyev ideyalarına, Sizin müstəqillik yolundakı inamlı addımlarınıza ömrüm boyu sədaqətli olacaq və Sizi dəstəkləyəcəm.

Hörmətlə,
Dəyyanov Firdovsi Sübhan oğlu
Azərbaycan Respublikası, Masallı rayonu.
president.az

________________________________________________________________

Ələşrəf Niftiyevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Qəsbkar ermənilərin aprel təxribatına layiqli cavab verən Ordumuzun Sizin komandanlığınız altında igidliyinin şahidi olduq. Həmin döyüşlərin birində həlak olmuş Masallının Güllütəpə kənd sakini Firdovsi Bağırzadənin adı əbədiləşdirilmiş, onun ailəsinə mənzil tikilib verilmişdir. Bu, şəhid ailəsinə çox böyük qayğıdır.
Cənab Prezident, ermənilərin başqa dövlətlərdən dilənib aldığı silahlara xalqımız bu gün öz Ordusu, şücaəti, dəyanəti və şəhid ruhuna olan böyük ehtiramı ilə cavab verir. Bu, Sizin apardığınız siyasətin təntənəsidir.

Hörmətlə,
Niftiyev Ələşrəf Nuru oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.
president.az

__________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Hörmətli cənab Prezident,

Siz xalqımızın gələcəyi olan uşaqların sağlam böyüməsi, yaxşı təhsil alması, hərtərəfli inkişaf etməsi üçün hər bir şərait yaradırsınız. Bu məqsədlə ölkəmizin bütün guşələrində, o cümlədən bizim rayonumuzda böyük işlər görülür və əhali tərəfindən rəğbətlə qarşılanır.

Möhtərəm cənab Prezident, Masallı rayon Uşaq İncəsənət Məktəbinin açılışına görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Sizi əmin etmək istəyirik ki, bu məktəb rayonumuzun, eləcə də regionun mədəni həyatında mühüm rol oynayacaq. Sizə bir daha minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar, möhkəm cansağlığı diləyirik.

Hörmətlə,

Masallı rayon Uşaq İncəsənət Məktəbinin kollektivi və valideynlər adından

Azər Əhədzadə, Sevanə Rəhimova, Sahil Məmmədov və başqaları
Azərbaycan Respublikası, Masallı rayonu

president.az

__________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
 

Möhtərəm Prezident!
 
Sizin bir neçə gün öncə gözəl Masallımıza baş tutan səfərinizi qürur hissi ilə izlədim. Bayraq Meydanı, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Uşaq İncəsənət Məktəbi, İçməli Su Təchizatı Lahiyəsi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin açılışlarından böyük məmnunluq və fərəh hissi duydum. Bu işlərin həyata keçirilməsinə heç şübhəsiz ki, ilk növbədə Sizə minnətdarlığımızı bildiririk. Məhz Sizin diqqət və qayğınız, fəaliyyətiniz sayəsində bu qədər nəhəng işlərin öhdəsindən gəlmək mümkün olmuşdur.
Masallının ziyalılar məskəni olmasını nəzərə alaraq mən Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Uşaq İncəsənət Məktəbinin açılışını xüsusilə vurğulamaq istəyirəm. Adı çəkilən obyektlərin rayonumuzun, eləcə də regionun mədəni həyatında mühüm rol oynayacağını əminliklə qeyd edərdim. Bu obyektlərin xarici görünüş və interyerləri, ümumiyyətlə dizaynı Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun yüksək memarlıq və inşaat sahəsindəki zövqündən və eyni zamanda tələbkarlığından xəbər verir.
“ASAN həyat” kompleksinin istifadəyə verilməsi yüzlərlə gəncin işlə təmin olunması ilə yanaşı region əhalisinin işlərinin əhəmiyyətli dərəcədə asanlaşmasına xidmət edəcəyinə inanıram.
Qeyd etmək istəyirəm ki, Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun rəhbərliyi dövründə Masallının ictimai-mədəni həyatının canlanması, rayonun inkişafı və çiçəklənməsi, böyük layihələrin icrası, Masallının şəhər görkəmi alması dövrü kimi yaddaşlarda daim yaşayacaq. Yuxarıda adları çəkilən, eləcə də daha əvvəllər də icra olunan böyük işlərin həyata keçirilməsində Sizin dəstəyiniz, rayon rəhbərinin yorulmaz və məhsuldar fəaliyyəti danılmazdır.
Millət vəkili kimi bundan sonra da rayonumuzun inkişafı, yeni-yeni layihələrin icrası istiqamətində üzərimə düşən vəzifəni yerinə yetirməyə hazır olduğumu diqqətinizə çatdırmaq istəyirəm.

Cənab Prezident!
Sizə bir daha təşəkkürümü bildirir, işlərinizdə uğurlar, möhkəm can sağlığı diləyirəm.

Hörmətlə,
Elmira AXUNDOVA,
Milli Məclisin deputatı.

___________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına!

Hörmətli cənab Prezident!

Sentyabrın 3-də Masallıda olmağınız, burada bir çox obyektlərin açılışında iştirakınız rayon ictimaiyyətinin və bütün sakinlərin qəlbini qürur hissi ilə doldurur. Hər yerdə olduğu kimi Masallıya da qayğı ilə yanaşmısınız. Rayonumuzda abadlıq-quruculuq, yol infrastrukturunun, sosial məsələlərin sürətlə inkişafı üçün köməyinizi daim hiss etmişik. Sizin tapşırığınıza əsasən Masallının inkişafına təkan verən genişmiqyaslı layihələrin həyata keçirilməsində rayon rəhbəri tərəfindən vaxtında icra edilməsi də təqdirəlayiqdir.

Cənab Prezident!
Qayğınız sayəsində Masallı bu gün gözəl, abad və səliqə-sahmanlı bir şəhərə dönüb. Bütün Masallılar görülən quruculuq işlərinə görə minnətdarlıq bildirir, ölkəmizin gələcək nailiyyətləri naminə Sizə cansağlığı, uğurlu fəaliyyət arzulayırlar.

Hörmətlə,
Cavanşir ƏSƏDOV, Masallı Rayon Ağsaqqallar Şurasının sədri.

_____________________________________________________________________

Azərbaycan Prezidenti İlham Əliyev cənablarına

Hörmətli cənab Prezident!
Sizə minnətdarlığımızı ifadə edərək, böyük sevinclə bildiririk ki, qayğı və diqqətiniz nəticəsində Respublikamızda olduğu kimi rayonumuzda da əhalinin həyat səviyyəsi gündən-günə yüksəlir. Son bir neçə ildə yaradılan park və meydanlar rayonumuzu daha da gözəlləşdirib.

Cənab Prezident!
Şəhid Əliyev Emin Adil oğlunun xatirəsini yaşatmaq üçün onun başdaşının yenilənməsi şəhidin ruhuna dərin ehtiramdır. Bir şəhid anası olaraq bu xeyirxah işə görə hörmətli Prezident Sizə və rayon rəhbərinə minnətdarlığımızı bildiririk. Göstərdiyiniz qayğıya görə Sizə ölkəmizin dinamik inkişafı naminə uzun ömür, ali dövlət vəzifənizdə uğurlar arzulayıram.

Xanım Əliheydər qızı Əliyeva,
Masallı şəhər İsgəndərli yaşayış massivi.

______________________________________________________________________

Azərbaycan Prezidenti İlham Əliyev cənablarına

Hörmətli Prezident!

Doğrudan da ulu öndər bizə böyük bir həyat məktəbi miras qoymuşdur. Ümummilli liderin siyasi kursu dünya rəhbərlərinə nümunədir. Necə ki, Türkiyə Prezidenti ölkə üçün təhlükə yarananda xalqa müraciət etdi.
Və siz də cənab Prezident, fəaliyyətinizdə heç bir hərbi və ya qeyri-hərbi qüvvələrə yox, məhz xalqa arxalanırsınız.
Bir daha biləsiniz, hər an istiqlaliyyət və azadlığımız yolunda apardığınız çoxsahəli fəaliyyətnizdə Sizə dəstək olur, daxili və xarici siyasətinizi bəyənir, ətrafınızda sıx birləşirik.

Hümmət CƏFƏROV,
Masallı rayonu, Siğdaş kəndi.

______________________________________________________________________________

S.Əliyev və A.Qafarovadan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident,
“Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Masallı rayonu Xıl kənd orta məktəbinin müəllimləri adından  Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, ailə xoşbəxtliyi arzulayırıq.
Sizin beynəlxalq aləmdə uğurlarınız bizi sevindirir. Həm xarici, həm də daxili siyasətiniz ürəyimizcədir. Çünki bu siyasət Azərbaycan xalqının rifahına xidmət edir. Bu yolda atdığınız hər addımı dəstəkləyirik.
Cənab Prezident, hər zaman Sizin yanınızdayıq.

Hörmətlə,
S.Əliyev,
A.Qafarova
Azərbaycan Respublikası, Masallı rayonu, Xıl kəndi.

_______________________________________________________________________________

Mədət Fətullayevdən, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.
Ölkəmizin inkişafı naminə yürütdüyünüz daxili və xarici siyasətiniz hamı kimi məni də sevindirir, gələcəyə olan inamımı daha da artırır. Son illər ölkəmizdə aparılan uğurlu islahatlar, iqtisadi, sosial, mədəni və digər sahələrdə baş verən müsbət dəyişikliklər, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strategiya üzrə əldə olunan inkişaf xalqımızın rifahına xidmət edir.
Eyni zamanda, beynəlxalq müstəvidə apardığınız müdrik siyasət nəticəsində respublikamızın dünyada mövqeyi möhkəmlənib, Azərbaycan sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafına dəyərli töhfələr verib.
Hörmətli cənab Prezident, beynəlxalq aləmdə səmərəli fəaliyyətinizə görə “The Busines Year” jurnalı tərəfindən “Dünyada ilin adamı” mükafatına layiq görülməyiniz münasibətilə Sizi təbrik edir, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,
Fətullayev Mədət Ərzulla oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Eminli kəndi.

______________________________________________________________________________

Atabala Hacıyevdən, Masallı, Azərbaycan

Çox hörmətli Prezident.
2015-ci ildə “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Masallı rayonun Böyük Vətən müharibəsi veteranları adından Sizi ürəkdən təbrik edirəm.
Dövlətimizin başçısına yüksək beynəlxalq qiymətin verilməsi biz vətəndaşlar üçün böyük şərəfdir.
Əziz Prezidentimiz, Sizə möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın inkişafı yolunda uğurlar diləyirəm.

Hörmətlə,
Hacıyev Atabala Həzi oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Binə Xocavar kəndi.

_______________________________________________________________________________

İltifat Məmmədovdan, Masallı, Azərbaycan


Hörmətli cənab Prezident.

Sizi ürəkdən salamlayır və “The Business Year” jurnalı tərəfindən 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyiniz ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşıb, XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizinin, onun tərkib hissəsi olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir.

Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə ona göstərilən etimadı tam doğrultdu və Avropa ictimaiyyətinə əsl idman bayramı hədiyyə etdi. Azərbaycan həm də böyük beynəlxalq tədbirləri nümunəvi şəkildə təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını, öz böyük potensialını bütün dünyaya bir daha təqdim edib.

Ölkəmiz, həmçinin qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Son illər hava, yol, dəniz və dəmir yolu  infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurmaqla Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib.

Beynəlxalq humanitar tədbirlərə ev sahibliyi edən respublikamız dünyada sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə, sülh və təhlükəsizliyin təmin edilməsinə əməli dəstək göstərir. Artıq Bakı şəhəri dünyanın ən müxtəlif ölkələrini təmsil edən nüfuzlu ictimai-siyasi xadimlərin, tanınmış şəxsiyyətlərin iştirakı ilə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu mərkəz statusu qazanıb. 

Çox hörmətli Prezident, bütün bu uğurların əsasında tərəfinizdən uğurla davam etdirilən Heydər Əliyev siyasəti dayanır.

“The Business Year” jurnalı tərəfindən 2015-ci ildə “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, müstəqil Azərbaycanın çiçəklənməsi naminə yeni-yeni uğurlar arzulayıram.

Allah Sizə yar olsun.

Hörmətlə,

Məmmədov İltifat, təqaüdçü.

Azərbaycan Respublikası, Masallı rayonu, Qızılağac kəndi.

________________________________________________________________________________

Məmmədhüseyn Həsənov və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!
“The Business Year” jurnalı tərəfindən 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq görüldüyünüzə görə Sizi ürəkdən təbrik edirik.
Dünya üçün böyük əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayan Azərbaycan qabaqcıl dövlətlərin etibarlı tərəfdaşına və dostuna çevrilib. Bu işdə əvəzsiz xidmətlərinizin dünya ictimaiyyəti və nüfuzlu mətbuat orqanları tərəfindən yüksək qiymətləndirilməsi bizim üçün çox sevindiricidir.
Cənab Prezident, ölkəmizi dünyanın lider dövlətləri səviyyəsinə yüksəltməyinizi bəyənir və bu istiqamətdə apardığınız bütün işlərinizi dəstəkləyirik.

Hörmətlə,

Həsənov Məmmədhüseyn, Prezident təqaüdçüsü, Rayon Veteranlar Şurasının sədri
Rəhimov Nahid, Qarabağ müharibəsi əlili
Rəhimova Elmirə, şəhid anası
Eynullayev Vüqar, Qarabağ müharibəsi əlili
Alışov Fərrux, Qarabağ müharibəsi əlili və başqaları.
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________________________________________

Bayraməli Paşayevdən, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident!
2015-ci ildə “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə yaxınlarım adından Sizi və ailə üzvlərinizi təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, müasir müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı ulu öndər Heydər Əliyevin ruhuna rəhmət diləyirəm.
Televiziya vasitəsilə Sizin fəaliyyətinizi daim izləyir, necə gərgin və çoxşaxəli iş şəraitində yorulmadan çalışdığınızı görürəm. Allah Sizə kömək olsun.
Cənab Prezident, biz yaşlı insanlar hər zaman Sizə dua edir, övladlarımızı dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edirik.

Hörmətlə,
Paşayev Bayraməli İbad oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Çaxırlı kəndi.

_________________________________________________________________________________

Dadaşbala Duniyev və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

“The Business Year” jurnalı tərəfindən 2015-ci ildə “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə rayon təhsil işçiləri adından Sizi  ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, şərəfli işinizdə uğurlar arzulayırıq.

Sizin daxili və xarici siyasətinizi bəyənir və hər zaman dəstəkləyirik. Doğma Azərbaycanımızın sürətli inkişafı və yüksəlişi Sizin adınızla bağlıdır. Ulu Tanrı hər bir işdə köməyiniz olsun.

Hörmətlə,

Duniyev Dadaşbala, Əməkdar Müəllim
İbayev Ədalət
Paşayev Azadxan
Talıbzadə Fəxrəddin.
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________________________________________

Şirvan Əbilovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz altında Azərbaycan dünya dövlətləri içərisində ön sıralara yüksəlib. Ölkəmiz gündən-günə inkişaf edir, problemlər öz həllini tapır, insanların həyat şəraiti və rifahı yaxşılaşır.

Əziz Prezidentimiz, “The Business Year” jurnalının “Dünyada ilin adamı” mükafatına layiq görülməyiniz münasibətilə Sizi təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və daha böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Əbilov Şirvan, Prezident təqaüdçüsü
Mirzəyev Musarza, Əməkdar Müəllim
Azərbaycan Respublikası, Masallı rayonu, Mahmudavar kəndi.

__________________________________________________________________________________

Seyfəddin Əliyevdən, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyiniz ilə doğma Azərbaycanımız Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfə, mühüm beynəlxalq idman tədbirlərinin, o cümlədən birinci Avropa Oyunlarının ölkəmizdə nümunəvi şəkildə təşkili respublikamızın potensialının bütün dünyada təbliğinə zəmin yaradır. Sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsinə verdiyiniz böyük dəstək multikultural dəyərlərin təşviqi ilə bağlı beynəlxalq humanitar tədbirlərin ölkəmizdə keçirilməsinişərtləndirir. Regionda sülhün və təhlükəsizliyin qorunmasına verdiyiniz töhfəyə və digər uğurlu fəaliyyətinizə görə “TheBusinessYear” jurnalı tərəfindən 2015-ci ilin “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Sizi YAP Masallı rayon təşkilatının çoxminli üzvləri adından təbrik edir, yürütdüyünüz uzaqgörən və düşünülmüş siyasət nəticəsində ölkəmizin çiçəklənməsi və daha da qüdrətlənməsi naminə gördüyünüz işlərdə Sizə uğurlar arzulayırıq. Allah Sizi qorusun.

Hörmətlə,
Əliyev Seyfəddin, YAP Masallı rayon təşkilatının sədri. 
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________________________________________

Məmmədağa Şiriyev və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.
“The Business Year” jurnalı tərəfindən 2015-ci ildə “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə rayon ictimaiyyətinin nümayəndələri və ailələrimiz adından Sizi təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayırıq.
Ölkəmizi dünyanın lider dövlətləri səviyyəsinə yüksəltmək  istiqamətində gördüyünüz bütün işlərinizi bəyənir və dəstəkləyirik.
Yüksəklik Sizə yaraşır, cənab Prezident! Allah Sizi həmişə uca eləsin!

Hörmətlə,

Şiriyev Məmmədağa, Rayon Veteranlar Təşkilatının sədri
Fətullayev Qardaş, Rayon Ziyalılar Cəmiyyətinin sədri
Mövsümova Lətifə, Əməkdar Mədəniyyət İşçisi
Hüseynov Mirqabil “Tərəqqi” medallı Əməkdar Müəllim.
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________________________________________

Mənsub Həmidovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.
“The Business Year” jurnalı tərəfindən 2015-ci ildə “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə uzun  ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzu edirik. Bu xəbər bizi hədsiz dərəcədə sevindirdi, cənab Prezident! Sizin apardığınız uğurlu daxili və xarici siyasət dünya liderləri tərəfindən də yüksək qiymətləndirilir. Sizi bir daha təbrik edirəm.

Hörmətlə,
Həmidov Mənsub Məhərrəm oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.

________________________________________________________________________________

Heybət Şükürov və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyanın bütün azərbaycanlıları kimi, biz də Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənirik. Məhz Sizin apardığınız düşünülmüş siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan Respublikası hərtərəfli şəkildə sürətlə inkişaf edir, xalqın rifah halı daim yaxşılaşır.

Məktubu yazmaqda məqsədimiz Masallı rayonunun Qasımlı kəndinin camaatı adından Sizə dərin minnətdarlığımızı bildirməkdir. Uzun illər idi ki, kəndimizin yolları bərbad vəziyyətdə idi. Çala-çuxurlu, palçıqlı yollarla hərəkət etməli olurduq. Təbii qazın yoxluğu da uzun illərin problemi olaraq qalmışdı. Kəndimizdə heç vaxt qaz xətti olmamışdı. Evlərimizi odunla qızdırmaq məcburiyyətində idik. İndi isə sevinc hissi ilə bildiririk ki, bu yaxınlarda kəndimizin bütün yolları əsaslı şəkildə təmir olunub, abadlaşdırılıb. Eyni zamanda, bütün evlərə qaz xəttinin çəkilişi də başa çatdırılıb.

Möhtərəm Prezident, tapşırığınıza əsasən Azərbaycanın hər yerində olduğu kimi, bizim ucqar kəndin də yollarının təmir olunmasına, dövlət vəsaiti hesabına hər bir evə qaz xəttinin çəkilməsinə görə kəndimizin bütün sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!

Dərin hörmətlə,

Şükürov Heybət Şərif oğlu
Şükürov İbrahim Məmmədhüseyn oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Qasımlı kəndi.

___________________________________________________________________________________

Balağa Xanverdiyev və başqalarından, Masallı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Bir şəhid atası kimi Milli Ordumuzun qələbəsinə mən də çox sevinirəm. Sözsüz ki, şəhidlərimizin ruhu da bu qələbədən  sevinir. Düşmənin təxribatına cavab olaraq aparılan əməliyyatlarda torpaqlarımızın bir hissəsinin azad edilməsi hamımızı ruhlandırır. Bizim Tüklə kəndinin bütün ağsaqqalları, ağbirçəkləri və gəncləri Ordumuzun uğurlu əməliyyatlarına ürəkdən sevinir,  Sizin daxili və xarici siyasətinizi daim dəstəkləyirlər. Sizə bütün işlərinizdə, o cümlədən torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyətinizdə yeni-yeni qələbələr arzulayırıq.

Hörmətlə,
Xanverdiyev Balağa Əli oğlu, şəhid atası
Eyvaz Qubadoğlu, kənd sakini.
Azərbaycan Respublikası, Masallı rayonu, Tüklə kəndi.

_______________________________________________________________________________

Masallı rayon mərkəzi xəstəxanasının əməkdaşlarından

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

İlk növbədə xain ermənilərin təmas xəttində atəşkəsi pozaraq törətdikləri təxribatlar nəticəsində həlak olan qəhrəman Vətən övladlarına Uca Tanrıdan rəhmət diləyirik. İnanırıq ki, igid övladlarımızın qanı yerdə qalmayacaq və onların uğrunda can verdikləri Vətən torpaqları azad ediləcəkdir.

Cənab Ali Baş Komandan, Ordumuzun bu Qələbəsi Sizi ordu quruculuğu sahəsində ulu öndərin başladığı işləri ardıcıl və ləyaqətlə davam etdirməyinizin nəticəsidir. Bir daha Azərbaycan əsgərinin, Azərbaycan silahının gücünü düşmən gördü və yəqin ki, bundan ibrət alacaq. Sizin Ali Baş Komandan kimi çox dərəcə qətiyyətli və prinsipial mövqeyinizi bütün Azərbaycan xalqı kimi biz də ürəkdən dəstəkləyir və hər zaman Sizinləyik. Sizin Təhlükəsizlik Şurasının iclasında qətiyyətli çıxışınız bütün xalqı Sizin ətrafınızda daha sıx birləşməyə səfərbər etdi. Bu gün Azərbaycan Ordusunun ölkəmizin müdafiəsini yüksək səviyyədə təmin etməyə qadir olduğunu bütün dünyaya sübut etdi.

Möhtərəm Prezident, biz Masallı rayon xəstəxanasında çalışan tibb işçiləri də  Ordumuzun Qələbəsinə sevinməklə yanaşı, bütün bilik və bacarığımızla istənilən an  əsgərlərimizin yanında olmağa və onlara şəfa verməyə hazırıq. Biz inanırıq ki, tezliklə Qarabağ məsələsi dinc yolla Sizin səylərinizlə həll olunacaq və  soydaşlarımız yenə öz doğma el-obasına qayıdacaqlar.

Hörmətlə hörmət və ehtiramla,
Masallı rayon mərkəzi xəstəxanasının əməkdaşları:
Novruzov Əlramin
Qurbanov İlqar
Səlimov Valen
Əhədov Fəxrəddin
Mirzəyev Vidadi
Məmmədov İ. və başqaları
(Cəmi : 11 nəfər)

______________________________________________________________________________________

Masallı rayon Türkoba kənd sakinləri adından

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizin torpaqlarımızın azad edilməsi üçün göstərdiyiniz qətiyyəti alqışlayır, inanırıq ki, 20 ildən artıq  səbirsizliklə gözlədiyimiz Qələbə anı tezliklə yetişəcəkdir. Kəndimizin bütün ağsaqqalları və ağbirçəkləri və gəncləri adından Sizə “çox sağ ol” deyərək, Qarabağın azad edilməsi uğrunda apardığınız mübarizədə yeni-yeni zəfərlər arzulayırıq.  Döyüşlərdə həlak olan əsgər və zabitlərimizə Allahdan rəhmət diləyir və onların yerinin cənnət olacağına inanırıq. Çünki onlar Vətən yolunda qurban getmişlər.  Biz hamımız Sizinlə birlikdəyik və hər an Ordumuzun yanındayıq.

Masallı rayon Türkoba kənd sakinləri adından hörmətlə,
Quliyev Səyyad Lətif oğlu
Rzayev Qiyas Mirbaba oğlu.

________________________________________________________________________________________

Masallı rayon Lürən kənd sakinləri adından

Hörmətli cənab Prezident.

Cənab Ali Baş Komandan.

Bu günlərdə Milli Ordumuzun düşmənə layiqli cavabı xalqımızı çox ruhlandırdı. Bütün Azərbaycan xalqı kimi bizim yaşadığımız Masallı rayonu Lürən sakinləri də cəbhədə qazanılmış bu uğura ürəkdən sevinir və inanır ki, torpaqlarımızın hamısı düşmən işğalından azad olunacaq, soydaşlarımız öz doğma kəndlərinə, yurdlarına qayıdacaqlar. Kəndimizin bütün sakinləri Sizin qətiyyətli addımlarınızı və yeritdiyiniz siyasəti dəstəkləyir, hər zaman Sizin və Ordumuzun yanında olduğunu bildirir. Əli silah tutan hər bir kənd sakini canla-başla torpaqlarımızın müdafiəsində iştirak etməyi özünə borc bilir. Vətən yolunda qurban getmiş şəhidlərimizə rəhmət diləyir, onlara və ailələrinə göstərilən diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildiririk.

Masallı rayon Lürən kənd sakinləri adından dərin hörmətlə,
Balakərim Yaqubov 
Rauf Xəlilov .

___________________________________________________________________________________

Firudin Qənbərovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin son dərəcə qətiyyətli, prinsipial mövqeyinizi dəstəkləyirik. Bütün Azərbaycan xalqı kimi ağsaqqallarımız, gənclərimiz, ziyalılarımız da hər an Sizinlədir. Sizin Təhlükəsizlik Şurasının iclasında qətiyyətli çıxışınız hamımızı bir daha ətrafınızda sıx birləşməyə səfərbər etdi. Bu çıxışınız mənfur düşmənə ən ağır zərbə oldu.
Cənab Prezident, ordu quruculuğu sahəsində ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin təntənəsini təmin etdiniz. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu ölkəmizin müdafiəsini yüksək səviyyədə təmin etməyə qadirdir və qoyulan vəzifənin öhdəsindən layiqincə gəlir. Biz Sizə inanırıq. Allah sizi qorusun.

Hörmətlə,
Firudin Qənbərov, həkim.
Azərbaycan Respublikası, Masallı şəhəri.

__________________________________________________________________________________

Sumayə Ağayevadan, Masallı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Bu günlərdə Milli Ordumuzun düşmənə layiqli cavabı xalqımızı ruhlandırdı. Bu Qələbənin nəticəsi olaraq inanırıq ki, torpaqlarımızın düşmən işğalından azad olunması tezliklə başa çatacaq. Əlbəttə, yaxşı olardı ki, Sizin elan etdiyiniz kimi, hər şey sülh yolu ilə həll olunsun. Belə olmazsa, hamımız bir nəfər kimi Sizin arxanızdayıq və istənilən anda Vətənimizin düşmən tapdağından azad edilməsinə və şəhidlərimizin qanını almaq üçün döyüşə getməyə hazırıq.

Hörmətlə,
Ağayeva Sumayə Şirəli qızı, şəhid anası.
Azərbaycan Respublikası, Masallı rayonu, Məmmədoba kəndi.

___________________________________________________________________________________

Rasim Əzizovdan, Masallı, Azərbaycan

Möhtərəm Prezident.

Son günlər qüdrətli Ordumuz tərəfindən həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində əldə olunan qələbə münasibətilə Sizi təbrik edirik. İnanırıq ki, Sizin müdrik siyasətiniz sayəsində yaxın gələcəkdə torpaqlarımız işğaldan tamamilə azad ediləcəkdir.

Hörmətlə,
Əzizov Rasim Zülfüqar oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.

_________________________________________________________________________________

Əzizulla Əliyevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev.

Xəstəxanamızın kollektivi təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Sizin tərəfinizdən uğurla davam etdirilən siyasəti bəyənir və dəstəkləyir. İnanırıq ki, Sizin uğurlu siyasətiniz nəticəsində torpaqlarımız azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Bayrağı bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa Vətəndir! Bu yolda şəhid olan Vətən oğullarına Allahdan rəhmət, xalqımıza səbir diləyirik.

Masallı Rayon Ağ Ciyər Xəstəlikləri Xəstəxanasının kollektivi adından hörmətlə,

Əliyev Əzizulla Bayram oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.

____________________________________________________________________________________

Nazim Əsgərovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ərazi bütövlüyümüzün bərpası istiqamətində apardığınız daxili və xarici siyasətinizi dəstəkləyirik. Həkim komandası olaraq Sizin əmrinizi gözləyir, torpaqlarımızın geri qaytarılmasında biz də hərbiçilərimizi dəstəkləyir və həmişə onların yanındayıq.

Hörmətlə,
Əsgərov Nazim.
Azərbaycan Respublikası, Masallı rayonu.

___________________________________________________________________________________

Məmmədov Ülvin,Masallı rayonu, Ərkivan qəsəbəsi

Salam cənab Ali Baş Komandan.

Sizi torpaqların bir qisminin alınması münasibətilə təbrik edirik. Şəhidlərimizə görə başımız sağ olsun! Sizə yazmaqda məqsədim əmrinizi səbirsizliklə gözlədiyimizi bildirməkdir. Torpaqlarımızı düşməndən təmizləməyə, bunun üçün canımızdan keçməyə tam hazırıq. Allah Sizi başımızın üstündən əskik etməsin! Amin!

Hörmətlə,
Məmmədov Ülvin Hakim oğlu       
Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi.

__________________________________________________________________________________

Rafiq Bağırovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Cəbhədə baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycan xalqı Ordu ilə birlikdədir. Ordumuzun işğalçı erməni ordusuna vurduğu sarsıdıcı zərbələr öz bəhrəsini verdi. Əldə edilən son Qələbə ilə bağlı xalq arasında böyük ruh yüksəkliyi yarandı. Arzu edirik Ali Baş Komandan kimi Sizin iştirakınızla bu Qələbəni işğal olunmuş bütün ərazilərimizdə qeyd edək.

Hörmətlə,
Bağırov Rafiq.
Azərbaycan Respublikası, Masallı rayonu.

____________________________________________________________________________________

Yafəs Kərimovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ordumuzun əldə etdiyi qələbələrə çox sevinirik. Bütün Azərbaycan xalqı Ali Baş Komandan kimi Sizinlə qürur duyur. Azərbaycan hərbçilərinin çox şeyə qadir olduğunu gördük. Həm də bir daha şahidi olduq ki, dar gündə bütövləşə, birləşə bilirik. Yetər ki, bu xalqın Sizin kimi müdrik dövlət başçısı olsun!

Hörmətlə,
Kərimov Yafəs.
Azərbaycan Respublikası, Masallı rayonu.

___________________________________________________________________________________

Günay Mehrəliyevadan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi Ordumuzun qələbəsi münasibəti ilə təbrik edirəm. Bir gənc kimi çiçəklənən Azərbaycanımızın gələcəyi ilə bağlı fəaliyyətinizi alqışlayıram. Siz uğurlarınızın memarısınız!

Hörmətlə,
Mehrəliyeva Günay.
Azərbaycan Respublikası, Masallı rayonu, Türkoba kəndi.

____________________________________________________________________________________

Səməd Məmiyevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!
Düşmənə vurulan sarsıdıcı zərbələr bir azərbaycanlı kimi məni də ürəkdən sevindirdi. Biz hamımız Sizinlə qürur duyuruq. Qarabağda əldə olunan uğurların davamlı olmasını və Sizinlə qələbələrə addımlamağı Allahdan arzu edirik.

Hörmətlə,
Məmiyev Səməd.
Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.

_____________________________________________________________________________________

Qardaş Fətullayevdan, Masallı, Azərbaycan

Cənab Ali Baş Komandan.

Son günlər erməni birləşmələrinin hücumuna qarşı qabaqlayıcı tədbirlər həyata keçirən Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz altında bir daha sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını azad etməyə qadirdir. Bu münasibət ilə Sizə dərindən təşəkkür edirik.

Hörmətlə,
Fətullayev Qardaş
Masallı rayonu

_____________________________________________________________________________________

Sənan Mürşüdovdan, Masall, Azərbaycan

Hörmətli cənab Prezident.

Əmr verin, qoy, Azərbaycanın bütün cavanları silahlanıb cəbhəyə döyüş yerlərinə getsin. Şuşanı, Laçını, Kəlbəcəri düşməndən azad etsin. Erməniləri qoymayaq ki, Azərbaycan torpaqlarında yaşasınlar. Qoy bilsinlər ki, Azərbaycan torpaqlarını işğal etmək nə deməkdir.

Hörmətlə,
Mürşüdov Sənan Pərviz oğlu, şagird.
Azərbaycan Respublikası, Masallı rayonu, Qodman kəndi

___________________________________________________________________________________

Elmir Əliyevdən, Masallı, Masallı

Hörmətli cənab Prezident.

Azərbaycanda qüdrətli dövlət və ordunun yaradılması Ali Baş Komandan kimi Sizin fəaliyyətinizin nəticəsidir. Sizin ölkədə həyata keçirdiyiniz məqsədyönlü hərbi strategiya istər ordu birləşmələrində, istərsə də xalq arasında torpaqlarımızın azad olunması ilə bağlı böyük ruh yüksəkliyi yaradır. Vətən bizim üçün müqəddəsdir. Onu qorumaq və uğrunda vuruşmaq yüksək bir hissdir. Biz Sizin əmrinizi gözləyirik. Xalq Sizin arxanızdadır. Azərbaycan vətəndaşı olaraq Sizin çətin və şərəfli işinizdə Sizə müvəffəqiyyətlər arzu edirik.

Əliyev Elmir
Şiriyev Məmmədağa
Masallı rayonu, Ərkivan qəsəbəsi sakinləri.

_____________________________________________________________________________________

Mehparə Məmmədovadan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Yaxın günlər ərzində ordumuzun əldə etdiyi uğurlu qələbələr Azərbaycan qadınları olaraq bizi çox sevindirdi. Azərbaycan xalqı Sizinlə qürur duyur. Sizin rəhbərliyiniz altında tezliklə işğal olunmuş ərazilərimiz azad ediləcək. Bu işdə Sizə cansağlığı və uğurlar arzulayırıq. Gün o gün olsun ki, Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz altında bu qələbəni Şuşada qeyd edək.

Məmmədova Mehparə, Bəşirova Kəmalə
Masallı şəhər sakinləri

____________________________________________________________________________________

Hikmət Talıbovadan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Son günlər cəbhə xəttində gedən döyüşlərdə Azərbaycan ordusunun ürəkaçan uğurlarına görə çox sevinirik. İnşallah Azərbaycan bayrağı Sizin rəhbərliyiniz altında işğaldan azad   olunmuş ərazilərimizdə dalğalanar.

Hörmətlə,
Talıbov Hikmət
Masallı rayonu, Kosakül kənd sakini

____________________________________________________________________________________

Elmira Rəhimovadan, Masallı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Mənim birinci Qarabağ döyüşlərində bir oğlum qəhrəmancasına şəhid olub, bir oğlum isə hər iki ayaqlarından ampultasiya olunaraq ömürlük əlil olub. Mən bir şəhid anası kimi son günlər döyüş bölgəsindəki zəfər münasibəti ilə Sizi və xalqımızı təbrik edirəm.

Hörmətlə,
Rəhimova Elmira
Masallı rayonu, Musaküçə kənd sakini.

______________________________________________________________________________________

Abıyev Nadir, Masallı rayonu

Hörmətli Prezident.

Azərbaycanda qüdrətli dövlət və güclü ordunun yaradılması Sizin müdrik siyasətinizin və peşəkar fəaliyyətinizin nəticəsidir.

Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan,

Cəbhədə son günlər aparılan uğurlu döyüş əməliyyatları bizi sevindirir. Şanlı Ordumuzun təmas xəttində qazandığı uğurlu Qələbə hər bir Azərbaycan vətəndaşı kimi bizləri də ruhlandırır. Sevincimizin həddi-hüdudu yoxdur. Cəbhədə əldə olunmuş Qələbələrə görə Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik. İnanırıq ki, yaxın vaxtda Şuşada, Xankəndində Azərbaycan  bayrağının ucaldılmasına nail olacaqsınız. Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, yaralananlara səfa  diləyirik. Allah Sizi qorusun! Masallıdan Abıyevlər ailəsi adından hörmətlə,

Abıyev Nadir
Masallı rayonu

______________________________________________________________________________________________

H. Balakişiyev və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Aprelin 1-dən 2-nə keçən gecə işğalçı erməni ordusunun cəbhəboyu mövqelərimizə hücumu nəticəsində mülki əhalinin öldürülməsi və hərbi qulluqçularımızın şəhid olması xəbəri bizi sarsıtdı. Lakin qüdrətli Ordumuzun cavab zərbələri nəticəsində düşmənin yüzlərlə əsgər və zabitinin, çox sayda ağır texnikasının və artilleriya qurğusunun məhv edilməsi, strateji əhəmiyyətli yüksəkliklərin və kəndlərin azad edilməsi xəbəri bütün xalqımız kimi bizi də qürurlandırdı. Xüsusilə Sizin xalqımızı qələbə münasibətilə təbrik etməyiniz hamımızı duyğulandırdı, qəlbimizdəki intiqam, qələbə odunu daha da alovlandırdı.

Möhtərəm cənab Prezident, bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Sizin ləyaqətlə davam etdiyiniz ordu quruculuğu, düzgün nizamlanmış daxili və xarici siyasətinizin nəticəsidir. Sizin ən yüksək tribunalardan dünya ictimaiyyətinə etdiyiniz xəbərdarlıq bütün xalqımız tərəfindən birmənalı dəstəklənir. Xalq Sizin və Ordumuzun arxasındadır.

Möhtərəm cənab Prezident, bütün xalqımız kimi, biz də inanırıq ki, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Torpaqlarımızın azadlığı və ölkəmizin müstəqilliyi uğrunda şəhid olan soydaşlarımızın ruhuna dua oxumaqla bərabər, Sizə və Ordumuza daha böyük uğurlar arzulayırıq. İnanırıq ki, böyük qələbə günü Sizin rəhbərliyiniz altında Şuşada, Xankəndidə qeyd ediləcəkdir.

Masallı rayon Banbaşı ərazisi sakinləri adından hörmətlə,

Balakişiyev H
Əliyev P
Əhmədov Ə
Rəhimov B və başqaları (cəmi: 74 nəfər)
Azərbaycan Respublikası, Masallı rayonu.

________________________________________________________________________________________

Samir Mirzəyevdən, Masallı, Azərbaycan

Cənab Ali Baş Komandan.

Biz Qarabağ uğrunda, vətənimiz Azərbaycan naminə döyüçə atılmağa tam hazırıq. Bunun üçün Sizin əmrinizi gözləyirik. Biz Ordumuzla həmişə fəxr etmişik, bundan sonra da edəcəyik. İnşallah, Qarabağda Azərbaycanımızın üçrəngli bayrağı dalğalanacaq.

Hörmətlə,
Mirzəyev Samir Əliağa oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Tatyanoba kəndi.

_________________________________________________________________________________________

Dünyamalı Abdullayevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev.

Azərbaycan Respublikasının çiçəklənməsi, abadlaşması, insanların sosial təminatının yaxşılaşması, zəbt olunmuş torpaqlarımızın geri qaytarılması istiqamətində göstərdiyiniz böyük səylərinizə görə Sizə minnətdarlığımı bildirirəm. Məhz Sizin siyasətinizin nəticəsidir ki, bu gün Azərbaycan xalqı sevinc içərisindədir. Şəhidlərimizi də qürurla qarşılayırıq. Xalqının indiki birliyinin formalaşmasında Sizin əməyiniz təqdirəlayiqdir.

Cənab Prezident, bir vətəndaş olaraq ölkəmizin çiçəklənməsi, azadlığı naminə, torpaqlarımızın geri qaytarılması uğrunda mübarizə aparmağa həmişə hazıram.    

Hörmətlə,

Abdullayev Dünyamalı Sabir oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Boradigah qəsəbəsi.

___________________________________________________________________________________________

Balakişi Hüseynovdan, Masallı, Azərbaycan

Çox hörmətli Prezident.

Sizə Amerika Birləşmiş Ştatlarındakı Nüvə Sammitindəki çıxışınızı böyük qürur hissi ilə dinlədim. Azərbaycan dövlətinin memarı Heydər Əliyev kursunun layiqli davamçısının bu dərəcədə qətiyyətli və xalqına sədaqətli olması bizi son dərəcə qürurlandırır, ruhlandırır, bir millət kimi yaşamağa ümid verir. Sizinlə fəxr edirik, bu çətin və şərəfli xidmətlərinizdə Ulu Tanrı Sizə yar olsun. Dövlətçiliyimizin möhkəmləndirilməsində Sizin sədaqətli əsgərinizəm.

Mən daxili işlər orqanlarında xidmət etmişəm, hazırda təqaüddəyəm, polis veteranı kimi dövlətçilik naminə əlimdən gələni əsirgəmirəm. Mənim kimi minlərlə təqaüddə olan polis əməkdaşları özlərini dövlətin mətin əsgərləri kimi hiss edirlər.

Bu gün Ordumuzun cəbhə xəttindəki uğurları Sizin müdrik siyasətinizin bəhrəsidir. Arzu edirəm ki, Böyük Vətən müharibəsində Qələbə günü Qızıl meydanda alman faşistlərinin bayraqlarını rüsvayçı formada ayaqlar altına atıldığı kimi, Sizin rəhbərlik etdiyiniz dövrdə erməni işğalçılarının bayraqları da ulu öndərimizin abidəsi önündə ayaqlar altına atılsın.

Torpaqlarımızın bütövlüyü uğrunda canını belə əsirgəməyən övladlarımızın vətənpərvər  ruhda böyüməsi, qəhrəmanlıq  göstərməsi Sizin əməyinizin bəhrəsidir.

Mən qürur hissi ilə bildirir və fəxr edirəm ki, Sizin kimi müdrik, qətiyyətli, xalqını və dövlətini sevən ölkə başçımız, rəhbərimiz var.

Ölkənin çiçəklənməsi və xalqın güzəranının daha da yaxşılaşması uğrundakı xidmətlərinizdə Ulu Tanrı Sizə yar olsun!

Hörmətlə
Hüseynov Balakişi Abış oğlu, istefada olan polis veteranı.
Azərbaycan Respublikası, Masallı rayonu.

__________________________________________________________________________________________________

Ələkbər Mirzəyevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycanda gedən quruculuq işlərini, inkişafı görəndə adamın ürəyi açılır. Son vaxtlar sahibkarların qarşılaşdıqları maneələrin aradan götürülməsi, onlara kömək göstərilməsi bütün sahibkarlar kimi məni də sevindirir. Bu, iş adamları üçün geniş meydan açılması deməkdir. Əkinçiliklə məşğul olan vətəndaşlara dotasiyaların, güzəştli gübrələrin verilməsi kənd təsərrüfatının inkişafına böyük köməkdir.

Möhtərəm cənab Prezident, göstərilən bu qayğıya, apardığınız uğurlu daxili və xarici siyasətə, Azərbaycanın inkişafı naminə gördüyünüz bütün işlərə görə Masallı rayonunun Musaküçə kəndinin sahibkarları adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,
Mirzəyev Ələkbər Rəsul oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Musaküçə kəndi.

________________________________________________________________________________________________


Gülzar Hüseynovadan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqlarının 2016-cı il aprelin 1-dən etibarən 10 faiz artırılması barədə verdiyiniz Sərəncam pedaqoji kollektivlərin ürəyincədir. Bu Sərəncamı Novruz bayramı münasibətilə müəllimlərə və onların ailələrinə olan hədiyyəniz hesab edirəm.

Möhtərəm cənab Prezident, əmin ola bilərsiniz ki, çalışdığım X.Məmmədov adına Xırmandalı kənd tam orta məktəbinin kollektivi Sizin xarici və daxili siyasətinizi həmişə dəstəkləyib və dəstəkləməkdə davam edəcək. Çox yaxşı başa düşürük ki, Sizin atdığınız hər bir addım xalqımızın xoş günü, Azərbaycanın uğurlu sabahı üçündür. Sizə gələcək işlərinizdə uğurlar arzu edirəm.

Hörmətlə,
Hüseynova Gülzar Rəhman qızı.
Azərbaycan Respublikası, Masallı rayonu, Xırmandalı kəndi.

_________________________________________________________________________________

Məhbubə Şahbazovadan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Doğma Azərbaycanımızın uğurlu inkişafını biz həyatımızın hər anında, gündəlik fəaliyyətimizdə görürük. Bu uğurların təməlində Sizin düşünülmüş, uzaqgörən siyasətiniz dayanır. Ən başlıcası isə odur ki, görülən işlərin, atılan addımların mərkəzində Azərbaycan vətəndaşını dayanır.

Ötən 2015-ci ili Vətənimizin və onun bir parçası olan Masallımızın yüksəliş və uğur ili hesab etsək yanılmarıq. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da quruculuq, abadlıq və tikinti işləri sürətlə davam etdirilir. Kəndlərə içməli su xətlərinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, yeni təhsil və səhiyyə müəssisələrinin inşası günün tələbləri səviyyəsində həyata keçirilir.

Möhtərəm Prezident, Sizi əmin edirik ki, doğma Azərbaycanımızın inkişafı naminə böyük səy göstərdiyiniz üçün hər zaman Sizin yanınızda olacaq və Sizə dəstək verəcəyik. Müstəqilliyimizin qorunması və inkişafı yolunda Sizə uğurlar arzu edirik.

Hörmətlə,

Şahbazova Məhbubə.
Azərbaycan Respublikası, Masallı rayonu, Hişkədərə kəndi.

___________________________________________________________________________

Ağahüseyn Səfərov və Yunus Nəzərovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Apardığınız müdrik və davamlı siyasət nəticəsində Azərbaycan dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Təhsillə bağlı həyata keçirilən layihələr, kənd və qəsəbələrdə, o cümlədən Masallı rayonunun Şatıroba kəndində yeni məktəb binasının tikilməsi xalqımızın intellektual səviyyəsinin yüksəldilməsinə, ölkəmizin gələcək inkişafına xidmət edir.

Möhtərəm cənab Prezident, təhsilə göstərdiyiniz böyük diqqətə görə kənd ağsaqqalları adından Sizə minnətdarlığımızı bildirir, Sizə və ailənizə həyatda ən şirin nemət olan cansağlığı, uzun ömür, ailə səadəti, işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

Hörmətlə,

Səfərov Ağahüseyn Səfər oğlu
Nəzərov Yunus Qarakişi oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Şatıroba kəndi.

____________________________________________________________________________________

Azadxan Paşayevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin həm daxili, həm də xarici siyasətinizi bəyənir və hər zaman yekdilliklə dəstəkləyirik. Qonşu dövlətlərlə qurduğunuz dostluq və qardaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etməsi Azərbaycana siyasi və iqtisadi dividendlər gətirir, ümumi inkişafımıza öz töhfəsini verir. Bu siyasətin nəticəsidir ki, xarici maraqların toqquşduğu Cənubi Qafqaz regionunda Azərbaycan ictimai-siyasi sabitliyin ən yaxşı şəkildə bərqərar olunduğu lider ölkədir.

Dünyanın bir çox dövlətlərinin iqtisadi böhran məngənəsində sıxıldığı bir vaxtda Azərbaycan vətəndaşının sosial rifahını düşünərək əməkhaqlarını və pensiyaları artırmağınız həm də onu göstərir ki, Azərbaycan bu böhrandan elə də güclü zərbə almayıb. Bu hal bizi daha məsuliyyətlə işləməyə stimullaşdırır.

Əziz Prezidentimiz, bir daha demək istəyirəm ki, biz daim Sizin siyasətinizi dəstəkləyəcək, gənc nəslin təlim-tərbiyəsi üçün böyük əzmlə çalışacağıq.

Hörmətlə,
Paşayev Azadxan, Əməkdar Müəllim.
Azərbaycan Respublikası, Masallı rayonu, Qızılavar kəndi.

______________________________________________________________________________________

Azrəbaycan Prezidenti İlham Əliyev cənablarına

Hörmətli cənab Prezident!

Ailəmiz adından Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun. Siz çox xeyirxah və alicənab şəxsiyyətsiniz. Sizə və ailənizə həyatda ən şirin nemət olan can sağlığı, uzun ömür, ailə səadəti və işlərinizdə müvəffəqiyyət arzulayırıq.

Sizin apardığınız ağıllı, müdrik və davamlı siyasət nəticəsində Azərbaycan dünyanın aparıcı ölkəsindən birinə çevrilmişdir. Sakit və əmin-amanlıq həyat tərzi Sizin bizə bəxş etdiyiniz böyük nemətdir. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir və Sizinlə qürur duyuruq.

Möhtərəm Prezident!

Ailəlikcə Sizi dəstəkləyirik. Biz həmişə Sizinləyik! Azərbaycan xalqına, bizə göstərdiyiniz qayğı və dəstəyə görə Sizə çox minnətdarıq. Bir daha Sizə cansağlığı, uzun ömür və ailə səadəti arzulayırıq.

Hörmətlə,

Mirzəyev Şakir İsmayıl oğlu.
Masallı rayonu Kalinovka kənd sakini, I qrup əlil.

_____________________________________________________________________________________________

İlham Cəfərov və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə dediyi “Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır” sözləri biz masallılıları həmişə dövlətçiliyimizin keşiyində canla-başla durmağa ruhlandırır. Bütün Azərbaycan xalqı kimi, biz Masallı sakinləri də Sizi və ailənizi qəlbən sevir, apardığınız daxili və xarici siyasətinizi bəyənirik.

Son dövrlərdə ölkəmizdə məmur özbaşınalığına, rüşvətxorluğa qarşı atdığınız addımları alqışla qarşılayırıq. Biz Sizə inanır və hər zaman yanınızda olduğumuzu bildiririk.

Ümummilli liderimiz Heydər Əliyev də çətin məqamlarda xalqa arxalanırdı. Siz dəfələrlə bəyan etmisiniz ki, hər bizimiz xalqın xidmətçiləriyik, xalqa xidmət etmək lazımdır. Bəzi məmurlar bu sözlərdən nəticə çıxarmadı və cəzalandırıldı.

Möhtərəm cənab Prezident, bizi ən çox sevindirən məqamlardan biri də sahibkarlığın inkişafına mane olan halların aradan qaldırılması ilə əlaqədar verdiyiniz tapşırıqlar, imzaladığınız fərman və sərəncamlardır. Bununla Siz yüz minlərlə insanın rəğbətini və məhəbbətini qazandınız. Həmin insanları süründürməçilik hallarından qurtardınız, ailələrinə çörək qismət etdiniz. Ölkəmizin inkişafı və xalqımızın rifah halının yüksəldilməsi yolunda fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Cəfərov İlham Cəfər oğlu
Hüseynli Zöhrab Cəfərqulu oğlu
Şahbazov Fəzli Şahbaz oğlu
Şahverdiyev Bəbir Vəli oğlu və başqaları (cəmi: 61 imza).
Azərbaycan Respublikası, Masallı rayonu.

______________________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə 


Hörmətli cənab Prezident!

Müstəqil Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında uğurlu inkişaf yolundadır. Bu gün dövlətimiz öz siyasi, iqtisadi, mədəni və digər dəyərlərinə görə dünya birliyində xüsusi yeri olan bir ölkə kimi tanınır və qəbul olunur. Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Avropanın 50-yə yaxın ölkəsi öz idmançılarını “Bakı-2015”-in möhtəşəm yarışmasına göndərdi. Bu da xalqımızın sabaha inamını artırır.
Cənab Prezident! Ölkədə gedən quruculuq-abadlıq işlərinə biz də öz töhfəmizi qatırıq. Rayonumuz inamlı inkişaf və tərəqqi yolundadır. Dövlət orqanlarında vətəndaşların yüksək səviyyədə qəbul olunması, müraciətlərə həssaslıqla baxılması bizi sevindirir. 
Möhtərəm Prezident! Bu minnətdarlıq məktubunda bütün sakinlərin təşəkkürünü çatdırmaq istəyirəm. Xüsusilə rayonumuzda “ASAN xidmət”in açılması üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə səmimi qəlbdən təşəkkür edir, uzun ömür, cansağlığı, ailə səadəti və xoşbəxtlik diləyirik.

Hörmətlə,
Mənsimov Həmid Həbib oğlu,
Masallı rayonu Ərkivan qəsəbə sakini

________________________________________________________________________________________________________________

Şirvan Əbilov və başqalarından, Masallı, Azərbaycan


Hörmətli cənab Prezident!

Sizi və bütün xalqımızı “Bakı-2015” birinci Avropa Oyunlarının uğurla davam etməsi münasibətilə ürəkdən təbrik edir, bütün idmançılara uğurlar arzulayırıq.

Azərbaycan son 10 ildə Sizin müdrik rəhbərliyinizlə böyük uğurlar qazanmış və beynəlxalq arenadakı mövqeyini gücləndirmişdir. Bu gün Azərbaycan dinamik və sürətli inkişafı ilə dünyanı heyran qoyur. Sizin zəngin siyasi təcrübəniz, yüksək peşəkarlığınız, dərin bilikləriniz və yeni nailiyyətlərə can atmaq səyləriniz Azərbaycan Respublikasının uğurlu inkişafının etibarlı rəhnidir.

Azərbaycanda idmana və Olimpiya hərəkatına dəstək göstərilməsi, bu sahədə mövcud infrastrukturun daha da yaxşılaşdırılması dövlət siyasətinin prioritetlərindən  biridir. Elə bunun nəticəsidir ki, idman tarixində ilk dəfə təşkil olunan Avropa Oyunları məhz ölkəmizdə keçirilir.

Belə bir Oyunları qəbul etmək və keçirmək, əlbəttə, ölkəmiz üçün həm böyük məsuliyyət, həm də böyük şərəfdir.

Möhtərəm Prezident! “Bakı-2015”  birinci Avropa Oyunları münasibətilə Sizi və xalqımızı bir daha səmimi qəlbdən təbrik edir, bu möhtəşəm Oyunlarda Sizə və xalqımıza yeni qələbələr arzulayırıq.

Hörmətlə,
Şirvan Əbilov,
Qardaş Fətullayev,
Rafiq Bağırov.
Azərbaycan Respublikası, Masallı rayonu

________________________________________________________________________________________________

Ələşrəf Niftiyevdən, Masallı, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Dövlət müstəqilliyimizin qorunması və gücləndirilməsi, Azərbaycanımızın yüksəliş yolunda rəhbərliyinizlə qazanılan uğur və qələbələr biz ağsaqqalları, ziyalıları hədsiz sevindirir. Azərbaycanın hər bir bölgəsi kimi Masallıya da göstərdiyiniz qayğı sayəsində böyük işlər görülüb, mühüm layihələr həyata keçirilməkdədir.

Birinci  Avropa Oyunlarına ev sahibliyi kimi tarixi missiya ölkəmizə şərəf və yüksək imic gətirmişdir. Bu şanlı tarix bilavasitə Sizin adınızla, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adı ilə sıx bağlıdır.

Hörmətlə,

Niftiyev Ələşrəf Nuru oğlu
III dərəcəli “Vətənə xidmətə görə” ördenli dövlət qulluğu veteranı
Azərbaycan Respublikası, Masallı rayonu

__________________________________________________________________________________________________

Azərbaycan Prezidenti İlham Əliyev cənablarına

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyiniz altında ölkəmiz uğurlu inkişaf yolundadır. Bu gün respublikamız öz siyasi, iqtisadi, mədəni və digər tutumuna görə dünya birliyində xüsusi reytinqə malik bir dövlət kimi tanınır və qəbul olunur. Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Avropanın 50-yə yaxın ölkəsi öz idmançılarını tərəddüd etmədən “Bakı-2015”-in möhtəşəm yarışmasına göndərib. Bu da xalqımızın sabaha inamını artırır.

Ölkədə gedən quruculuq-abadlıq işlərinin bir qolu da Masallı rayonunda davam etdirilir. Hamı kimi biz də öz töhfəmizi ümumi inkişafa qatırıq.  Rayonumuz əsl tərəqqi yolundadır. Dövlət orqanlarında vətəndaşların yüksək səviyyədə qəbul olunması, müraciətlərə həssaslıqla baxılması bizi sevindirir.

Cənab Prezident!
Şəhid oğlumun həyətinin su aparıcı kanalı qonşu tərəfindən doldurulmuşdu. Rayon rəhbərinə müraciət etdim. İki gün ərzində kanal təmizləndi.
Möhtərəm İlham Əliyev cənabları! Şəhid ailəsinə göstərilən diqqətə görə Sizə minnətdarlığımızı bildiririk. Allah köməyiniz olsun!

Məmmədov Mürüvvət Nəcəfqulu oğlu,
Masallı rayon Öncəqala kənd sakini, şəhid atası

_________________________________________________________________________________________________

Hümmət Cəfərovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,
Bu məktubumda bir insan haqqında söz açmaq istəyirəm. Bizə firavan həyat bəxş edən, ömrümüzü mənalandıran, hamının rahat yaşayışı üçün özü narahatlıqlar keçirən bir insan haqqında. Onun sayəsində ölkənin ən ucqar kəndlərindən olan Masallı rayonunun Sığdaş kəndində çox gözəl, yaraşıqlı bir orta məktəb binası istifadəyə verilib. Gözəl və rahat asfalt yolun salınması, 5 kilometr uzaqdan, dağlardan bulaq suyunun kəndə çəkilişi insanlara sevinc gətirdi, kəndi toy-bayrama bürüdü. Min şükür, illərlə həsrətində olan arzumuza da çatdıq. Gələn aydan kəndimizə qaz xətti çəkiləcək. Bu gözəl məkanda yaşamaq necə gözəldir...
Haqqında söz açdığım, hər istəyimizi reallığa çevirən xoş əməl sahibi Sizsiniz, cənab Prezident! Həmişə var olasınız, min yaşayasınız! Sizinlə fəxr edirik! Dünyada baş verən hadisələr, ölkələrin iqtisadi böhranla üzləşməsi hamımıza bəllidir. Azərbaycan isə Sizin müdrikliyiniz sayəsində sabitlik adasına çevrilib, gündən-günə inkişaf edir. Bütün bunlara görə çox sağ olun. Sizi qeyd etdiyimiz əlamətdar günlər münasibətilə təbrik edir, ilk növbədə, Sizə cansağlığı arzulayırıq. Əminik ki, Siz dərin zəkanızla hələ çox şey qurub-yaradacaqsınız. Şübhə etmirik ki, yüksək ağıl, mətin, dözüm sahibi olan sevimli və əziz Prezidentimiz Qarabağ torpaqlarını da işğaldan azad edəcək. Allah köməyiniz olsun!

Hörmətlə,
Cəfərov Hümmət
Azərbaycan Respublikası, Masallı rayonu, Sığdaş kəndi.

 

_______________________________________________________________________________________________

Azərbaycan Prezidenti
İlham Əliyev cənablarına

Cənab Prezident! Sizin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığınız təbrikdə deyilirdi: “Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir”.
Bu inamlı və ilhamlı sözlərin təcəssümünü şəxsi və ictimai həyatımızda aydın görürük. Ölkəmizin dilbər guşəsi olan Masallımız Sizin ardıcıl diqqət və qayğınız sayəsində gündən-günə inkişaf və tərəqqidədir. Nəhəng abadlıq və quruculuq işlərinin fonunda yaşadığım Şərəfə kəndinin də hüsnü anbaan dəyişir, elimiz müasir Azərbaycan kəndinin layiqli nümunəsinə çevrilir.
Hörmətli cənab Prezident! Rayon rəhbərliyinin göstərişi və təşəbbüsü ilə kəndimizdə bu günlərdə daha bir layihə reallaşıb. Melioservis idarəsinin ekskovatorçuları Şərəfə ərazisində suötürücü kanallarda lildən təmizləmə işinin müəyyən hissəsini görmüşlər. Səliqəli və yüksək keyfiyyətli işin davamı da görülməkdədir. Keyfiyyətli işə və abadlıq tədbirlərinə görə, həmçinin kənd əhalisinin qayğıları, problemləri ilə yaxından maraqlandığınıza görə Sizə Şərəfəlilər adından dərin və tükənməz təşəkkürümüzü bildiririk.


Şərəfə kənd bələdiyyəsi adından:
Hökumə CƏFƏROVA

______________________________________________________________________________________________________________

 

Qayğıya görə minnətdarlıq

Azərbaycan səhiyyəsinin inkişafına, ölkə vətəndaşlarına böyük dövlət qayğısı qəbul olunan qərarlarda, Prezident sərəncamlarında özünü aydın göstərir. Ölkədə inşa olunan çoxsaylı səhiyyə müəssisəsi, diaqnostika mərkəzləri, hər cür avadanlıqla təchiz edilmiş, yüksək müalicə aparmağa imkan verən obyektlər bu sahənin tərəqqisinə sübutdur. Masallıda da son illər səhiyyə sahəsində görülən tədbirlər, xüsusilə yeni tibb məntəqələrinin tikintisi, xəstəxanaların əsaslı təmiri diqqəti cəlb edir. Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksələn xətlə inkişaf edir.
Masallı Rayon Mərkəzi Xəstəxanasında yaradılan şərait də ürəyimizcədir. Bu günlərdə övladımın qəfil xəstələnməsi hamımızı karıxdırdı. Dərhal mərkəzi xəstəxanaya müraciət etdik. Baş həkim Cəlil Nəzərov onun müalicəsini xüsusi nəzarətə götürdü. Səmərəli müalicə şirin bəhrə verdi. Həkimlər uşağı sağaldıb evə yazdılar.
Əhalinin müalicəsinə yaradılan yüksək şəraitə görə, ilk növbədə, ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə və bütün səhiyyə personalına öz təşəkkürümü bildirirəm.


Axund Hacı Həmid Məmmədov,
Ərkivan qəsəbəsi.

________________________________________________________________________________________________________________

Azərbaycan Prezidenti
İlham Əliyev cənablarına
Hörmətli cənab Prezident!


Laçın rayonu işğal edilərkən bir qardaşım şəhid oldu. On dörd nəfərlik ailəmiz məcburi köçkün kimi Masallı rayonunun Yeyənkənd kəndində məskunlaşdı. Az bir zaman içində kənd camaatının köməyi ilə ev tikdik. Bizə hər cür şərait yaradıldı. Yerli əhaliyə qaynayıb qarışdıq. Bu ötən illər ərzində atam, anam, bir qardaşım və bir bacım Yeyənkənd ərazisində Allah dərgahına qovuşdu.
Hamı bizə qayğı ilə yanaşır. 2014-cü ilin yaz və yay mövsümü hədsiz quraqlıq keçdiyindən və yaşadığımız evin bünövrəsi zəif olduğundan evimiz qəzalı vəziyyətə düşdü. Bununla əlaqədar olaraq Masallı Rayon İcra hakimiyyətinə müraciət etdim. Bir həftə içində müraciətimlə bağlı vəziyyətimizi yerində öyrənib evin bərpa olunması üçün lazım olan kömək göstərildi.
Möhtərəm Prezident! Bu ondan irəli gəlir ki, hamı kimi biz də daim sizin qayğınızın əhatəsindəyik. Mən bütün bunlara görə cənab İlham Əliyev, şəxsən Sizə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.
Cənab Prezident! Müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, firavan həyatımızın durmadan çiçəklənməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizədə Sizə uğurlar arzulayırıq!


Hörmətlə:
Orucova Kifayət Mahmud qızı,
Masallı rayonu, Yeyənkənd kəndi.

_________________________________________________________________________________________________________________

Azərbaycan Prezidenti İlham Əliyev cənablarına
Boradigah sakinlərinin minnətdarlığı

Cənab Prezident!


Sizə minnətdarlıq hissilə bildiririk ki, daxili və xarici siyasətinizi ürəkdən bəyənirik. Ölkəmizin bütün regionlarına yetirdiyiniz qayğı və diqqət sayəsində günəşli respublikamız gündən-günə abadlaşır, inkişaf edir. Bunu rayonumuzun timsalında daha aydın görürük.
Rayon rəhbərliyinin son illər həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində doğma Masallımız çiçəklənməkdədir. Rayonumuzun səfalı güşələrindən olan Boradigah qəsəbəsi də fərəhli inkişaf yolundadır.
Sakinlərimiz rayon mərkəzində, eləcə də qəsəbə və kəndlərdə görülən tikinti-abadlıq işlərini yüksək qiymətləndirir. Son illərdə Boradigah qəsəbəsinin abadlaşdırılması, İdman kompleksinin tikilməsi, xəstəxananın əsaslı təmiri, xüsusilə qəsəbədaxili yolların asafaltlanması, mərkəzi yolların işıqlandırılması və digər sosial məsələlərin həlli insanların böyük sevincinə səbəb olmuşdur.
İlin əvvəlində qəsəbə üzrə ərazi nümayəndəliyinin hesabatında Boradigah çayının təmizlənməsi barədə məsələ qaldırıldı və rayon rəhbərliyi tərəfindən məsələ nəzarətə götürüldü. Bu günlərdə çayın təmizlənməsi başa çatmışdır.
24 sentyabr 2014-cü ildə qəsəbə sakinlərinin ümumi yığıncağında hamı göstərilən qayğıya görə Sizə minnətdarlıq bildirmiş və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulamışdır.

______________________________________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə

Hörmətli cənab Prezident:

Banbaşı-Yeyənkənd yolunun təmiri üçün göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildirir, Sizə möhkəm can sağlığı arzulayırıq.

Hörmət Balakişiyev
Masallı RİHB-nın Banbaşı inzibati ərazi dairəsi üzrə nümayəndəsi

_____________________________________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə

Hörmətli Cənab Prezident:

Banbaşı-Yeyənkənd yolunun açılışı ilə əlaqədar Sizə dərin təşəkkürümüzü bildirir, Banbaşı əhalisi adından Sizə uzun ömür can sağlığı arzulayırıq.

Əli Əhmədov
Banbaşı ərazisi Ağsaqqallar Şurasının sədri

____________________________________________________________________________________________

Masallı rayon İcra hakimiyyətinin başçısı

Rafil Hüseynov cənablarına

 

Masallı rayon Şərəfə kəndi Hümmətovlar ailəsindən

       

Bildiyiniz kimi 28 fevral 2014-cü il tarixdə evimiz yandı, ərim isə evdən çıxa bilmədi və yanaraq həlak oldu. Çox sarsıntı keçirdik. Ancaq bu vəzəyyətimizdə dövlətin bizə yüksək diqqət və qayğısını gördük. Siz bizim yanımızda oldunuz.

Mən bir daha əmin oldum ki, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları başda olmaqla Siz həmişə xalqın yanındasız.      

            Başda Cənab Prezidentimiz İlham Əiyev olmaqla hamınıza çox sağ olun deyirəm!

Cənab başçı!

Bu əziz gündə Prezidentimizin və Sizin bayramınızı təbrik edirik, Sizə öz möhkəm can sağlığı arzu edirik. Allah Sizi var eləsin!

 

            Hörmətlə:      

Hümmətovlar ailəsi                                 

Kərbəlayi Ələsgər (84 yaş)                                 

Kərbəlayi Ədil                            

Xankişi müəllim

____________________________________________________________________________________________

Masalli rayon Icra Hakimiyetinin Bascisi
cenab Rafil Huseyinova


Hormetli Cenab Basci!

Sizi 31Dekabr Dunya Azerbaycanlilarin Hemreliy Gunu ve Yeni il Munasibeti ile Semimi Qelbden Tebrik Edirik, Size Uzun Omur Can Sagligi ve Musteqil Azerbaycanin Qudretlenmesi Namine Apardiginiz Islerde Ugurlar Arzulayiriq.

Hormetle:

Masalli rayonundan Ukrayna Xerson Seherinde Tehsil alan Telebeler adindan:
Mammadov Ramil,
Yusifov Emin,
Mehtiyev Behruz,
Sixaliev Zaur,
Isaqzade Kamal...

diqqetinize gore minetdariq.
______________________________________________________________________________________________

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri
cənab Fərhad Abdullayev tərəfindən

Hörmətli Rafil müəllim,

Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 18 illiyinə həsr olunmuş “Hüquqi dövlətin əsasları” olimpiadasının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əməkdaşlarının Masallı rayonunda səfərdə olduğu müddət ərzində onlara göstərilən diqqət və qayğıya görə Sizə öz təşəkkürümü bildirirəm.
Fürsətdən istifadə edərək, Sizə gələcək Fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

 

               Hörmətlə,

                                                              Fərhad Abdullayev
__________________________________________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Kolatanla bağlı arzularımın həyata keçməsi (yolun asfaltlanması, qaz kəmərinin çəkilməsi, məktəbin təmiri) məni bir ziyalı kimi çox sevindirir. Yaradandan Sizə can sağlığı bütün işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

BDU-nun Tarixçi Professoru Anar İsgəndərov
 

__________________________________________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə

Çox hörmətli Cənab Prezidentimiz! Sizin Regionların inkişafı planına uyğun olaraq Respublikamızda, o cümlədən  rayonumuzda həyata keçirilən və rayonun sosial-iqtisadi inkişafına güclü təkan verən məqsədyönlü diqqətiniz Masallılar tərəfindən yüksək qiymətləndirilir.
Uzun illərdən bəri Respublikamızda gedən abadlıq və quruculuq işlərindən sözün həqiqi mənasında kənarda qalan Qodman inzibati ərazi dairəsi tərkibində olan Əzizabad, Qodman və Məmmədrzaküçə kəndlərində sizin diqqətiniz özünü daha bariz şəkildə göstərməkdədir. Məhz sizin rəhbərliyiniz altında 2012-2013-cü dərs ilində Qodman kəndində ən müasir tələblərə cavab verən məktəb binası şagirdlərin istifadəsinə verilmiş, 2013-cü ilin avqust ayında yeni elektron rabitə qovşağı ərazidə yaşayan sakinlərin xidmətinə verilmişdir. Bu günlərdə isə hər üç kənd əhalisinin illərlə arzusunda olduqları daha bir layihə həyata keçirilmiş, Qəriblər-Əzizabad-Qodman yolu yüksək səviyyədə təmir olunub asfaltlaşdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Cənab Prezident! Qodman inzibati ərazi dairəsinə daxil olan Əzizabad, Qodman və Məmmədrzaküçə kəndlərinin sakinləri Sizin bizə bu diqqət və qayğınızı yüksək qiymətləndirir, Sizə öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Dərin hörmətlə;


Qodman ərazi sakinləri:  

Əsədzadə Ruzbeh
Cahangirov Telman  
Cahangirov Cəsarət
Əsədova Narıngül   
Mustafayeva Minarə
Əliyev Taleh    
Əsədov Rəsul
Əsədov Xəyyam   
Əjdərova Gülnar
Mustafayev Mustafa  
Baxışov Elsevər
Mustafayev Ərəstun  
Əsədzadə Əminə
Əsədov Dinar   
Fətdayev Elşad
Rzayeva Gülxanım   
Talıbova Gülənbər
Cahangirov Fariz   
Zəbidov Qasım
Talıbov Mircəmil   
Baxışova Həbibə

__________________________________________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına

Masallı rayonu Sığdaş kəndi sakinlərinin seçim və istəyini cürət edib Sizə çatdırıram, və bilsəniz ki, nə üçün biz Sizi özümüzə ömürlük Prezident seçmişik. Hər şeydən əvvəl yaratdığınız bu əminamanlığa görə, bolluğa görə, sabit, firəvan yaşayışa görə on illərlə arzularda yaşayan layihələrin dağlardakı bulaqlardan suyun kəndimizə çəkilməsini gerçəkləşdirməyinizə görə, kənddə müasir tipli orta məktəb binası tikdirdiyinizə görə, yollarımızın asfaltlaşdırılması və işıqlandırılmasına görə, mavi yanacağın hər evə çəkilişinin tezliklə yekunlaşacağına görə, bax elə onlara görə və çoxlu-çoxlu az qala gündəlik yaradılan yeniliklərə görə kənddə görüləsi “bəhanə” üçün heç bir iş, ehtiyac qalmamışdır. Belə gözəl dövranı bizə bəxş etdiyinizə görə çox sağ olun. Allah Sizi qorusun.
Bilirsinizmi, qəlbimizdə Sizə sevgi yaradan hər an qayğılarımızla yaşayan istəklərimizi gerçəkləşdirən, gələcəyə ümüdümüzü artıran, yorulmaq bilmədən fədakarcasına gecəli-gündüzlü çalışan Rafil Hüseynov cənabları olmuşdur.
Allah onu da qorusun.
Və yenə bilirsinizmi, hansı istəyimiz qalmışdır?! Və necə də biz tezliklə Sizin rəhbərliyiniz altında Qarabağın azad edəcəyi günü görmək istəyirik !!
Allah bu yolda da Sizə kömək olsun.

Masallı rayon Sığdaş kənd sakinlərinin
arzu və  istəklərini qismən qələmə aldı: Hacı Hümmət Cəfərov

04.10.2013
 

___________________________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev cənablarına

Cənab Prezident!

Bədəlan kənd orta məktəbinin yüksək səviyyədə təmir olunmasına görə Sizə dərin minnətdarlığımı bildirirəm

Masallı rayonu Bədəlan kəndi:

Hacı Bəylər Yusifov

__________________________________________________________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyev cənablarına

Cənab Prezident!

Kəndimizdəki orta məktəbin yüksək səviyyədə təmir olunmasına görə Sizə təşəkkür edirik

 

Masallı rayon Bədəlan kəndi:

Malik Nuriyev

_________________________________________________________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına


Çox hörmətli İlham Əliyev cənabları,
Möhtərəm Prezident!

Müstəqil ölkəmizin bu günkü cah-calalı mənim kimi  pirani insanların qəlbini qürur hissi ilə doldurur. Həmişə bu barədə  fikirləşəndə ötən əsrin 90-cı illərin əvvəlləri yadıma düşür. Müstəqilliyini yenicə qazanmış Azərbaycan fırtınalı dənizdə üzən qayığa bənzəyirdi. Zülmətlə  çarpışan Odlar Yurduna sanki Günəş doğdu. Bu Günəşin hərarəti bizi isindirdi. Heydər Əliyev – bu nurlu insan uzaqgörənliklə Azərbaycan xalqını fırtınalardan xilas etdi. Onu qüdrətli bir dövlətə çevirdi, xalqını xalqlar arasında tanıtdı. Özündən sonra Azərbaycanın işıqlı sabahını da gördü. O, Sizin kimi  ədalətli, qeyrətli, bacarıqlı bir sərkərdəyə  tapşırdı xalqımızı.
Bu gün Azərbaycan deyilən bir məmləkətin tərəqqəsi üçün bütün gücünüzü, bacarığınızı sərf edirsiniz. Xalqla yaşayır, xalqla  nəfəs alırsınız! Bu ölkənin hər bir vətəndaşının Prezidenti olacağınıza söz verdiniz və on ildir ki, bu şərəfli postunuzda bu vədə şərəflə əməl edirsiniz!
Bu on ildə Azərbaycanı dünyanı heyrətə gətirən bir sənət əsərinə döndərdiniz. Elə bir əsərə ki, dünya yaşadıqca o da yaşayacaq!
Sevimli paytaxtımız Bakıdakı qeyri-adi quruculuq işləri regionlarda da uğurla davam edir. Ən fərəhlisi budur ki, xalqın firavanlığı, rifahı yaxşılaşır.
Bu günlərdə bir-birinin ardınca imzaladığınız sərəncamlarınızla xalqın  qocasını, cavanını, bütün övladlarını sevindirib, qəlblərinə işıq ələdiniz. Xəstələrin gözünə işıq, dizinə qüvvət, ürəyinə təpər verdiniz.
Masallı üçün ayırdığınız vəsait rayonumuzu daha da gözəlləşdirəcək, yollarımıza rahatlıq gətirəcək, neçə-neçə gərəkli obyektlər inşa olunacaq. Sübut etdiniz ki, xalqınızlasız. Xalq da tükü-tükdən seçən, yaxşını-pisdən  ayırmağı bacaran xalqdır.
Ölkənin bu günkü halını görən qədirbilən Azərbaycan xalqı qarşıdakı seçkilər üçün artıq seçimini etmişdir: Biz Heydər Əliyevin yadigarı, İlham Əliyevi –  Sizi dəstəkləyirik!
Mən 75 yaşı ötürən müdrik bir Azərbaycan vətəndaşıyam. Siz həm oğlum, həm atamsınız! Çünki dünya Azərbaycanlılarının ümidi, pənahı, görən gözü, düşünən beynisiniz!
Ulu Tanrıdan yeganə istəyimiz Sizi qorumaqdır. İnanırıq ki, Azərbaycan Sizinlə yüksələcək, Sizinlə qüdrətlənəcək, xalq Sizinlə  nağılvari bir həyata qovuşacaq, xoşbəxr yaşayacaq!


             Masallı rayonu, Babaser kənd sakinləri adından:
                           Nəriman  Ağagül  oğlu Boyliyev
___________________________________________
______________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti

Cənab İlham Əliyevə

Hörmətli Cənab Prezident!
Masallı rayon Lürən kənd sakinləri adından Ərkivan – Lürən – Musaküçə yolunun asfalt olunmağına görə Sizə dərin  minnətdarlığımızı bildiririk. Sizə can sağlığı arzu edirik.

Kimdən:
Balakərim Yaqubov, Fətəlişah Mahmudov, Mahir Əbilov, Ələm İsmayılov, Canəli Sadıqov, Vaqif Cabbarov

Haradan:
Hörmətlə,  Lürən kənd sakinləri

________________________________________________________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə

Cənab Prezident!
Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da misli görülməmiş zövqlü işlər görülmüşdür. Cənab Prezident Sizin Masallıya növbəti səfəriniz çərçivəsində bir neçə obyektin açılışında və görülən işlərə yüksək qiymət verməyiniz, biz Masallıları daha yaxşı işləməyə, vətənimizə, dövlətimizə sədaqətli olmağa və Sizin ətrafınızda sıx birləşməyə sövq edir.
Sizin, ölkəmizin hər yerinə olduğu kimi Masallı rayonuna da böyük siqqət və qayğınızın bariz nümunəsi olaraq rayonumuzun sosial-iqtisadi inkişafına 4.7 milyon manat vəsait ayırdınız. Biz çox böyük fərəh hissi keçiririk ki, Cənab Örezident Siz rayonumuza bu qədər diqqət və qayğı göstərmişdir.  Sizə Masallı camaatı adından dərin minnətdarlığımızı bildiririk. Qoy Ulu öndərimizin ideyaları daim yaşasın. Ölkəmiz Sizin rəhbərliyiniz altında yeni zivələr fəth etsin.
Hikmət Xanməmmədov
71 saylı Masallı kənd DSK-nin sədri
 

_____________________________________________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə

Cənab Prezident!
Uşaq İncəsənət məktəbinin tikintisindən ötrü ayırdığınız 2,0 mln manat vəsaitə görə Sizə bütün məktəbin müəllim və şagirdləri adından öz minnətdarlığımızı bildiririk və Sizə can sağlığı arzulayırıq

Azər Əhədzadə
Uşaq İncəsənət Məktəbinin direktoru, 70 nəfər müəllim və 341 şagird adından

_________________________________________________________________________________________________________

Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə

Cənab Prezident!
Bizim rayonun İncəsənət məktəbi və Tarix diyarşünaslıq muzeyinin tikintisindən ötrü ayırdığınız 2,0 mln manat vəsaitə görə Sizə bütün mədəniyyət işçiləri adından öz minnətdarlığımızı bildirir, cansağlığı arzulayırıq və deyirik Allah Sizi qorusun

Lətifə Mövsümova
Masallı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri və çoxsaylı mədəniyyət işçiləri

______________________________________________________________________________________________________________

Masallı rayon İcra hakimiyyətinin başçısı
cənab Rafil Hüseynova

Hörmətli Rafil müəllim!

Masallı rayon Sərçuvar kənd sakinləri adından Sərçuvar-Sirəbil yolunun çəkilişinə görə ölkə Prezidünti Cənab İlham Əliyevə və sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Gələcək yenidənqurma və abadlıq işlərində sizə uğurlar arzulayırıq.

Hörmətlə: Sərçuvar kənd sakinləri

Əsədulla Nuriyev
Rafiq Abdullayev
Baləddin Məmmədov
Şabala Səmədov
İnqilab Məmmədov
Məmmədxan Quliyev

11.07.2013

______________________________________________________________________________________________________________

 

Masallı rayon İcra hakimiyyətinin başçısı
Rafil Hüseynov cənablarına

Hörmətli Rafil müəllim!

Ölkəmizin hər bir guşəsində quruculuq, abadlıq və tikinti işləri aparılır, iri miqyaslı layihələr həyata keçirilir. Bununla yanaşı olaraq Masallı rayonunda da son bir il ərzində abadlıq-quruculuq işləri sürətlə davam etdirilir.  Masallı şəhərinin mərkəzi küçələri günü-gündən gözəlləşir, yaşıllıqlar və parklar salınaraq abadlaşdırılır. Bir məsələni xüsusi qeyd edərdik ki, Sizin Masallı rayon İcra hakimiyyətinin başçısı təyin olunduğunuzdan sonra rayonumuzda yüksək inkişaf gözə çarpmaqdadır. Biz Allahyarlı kəndinin camaatı uzun illər kəndimizdə məktəb olmadığından övladlarımızı qonşu Yeyənkənd və Ərkivan məktəblərinə göndərmək məcburiyyətində idik. Bu da övladlarımızın çox böyük çətinliklərlə uzaq məsafələri qət etməsinə səbəb olurdu. Bəzən yağışlı, qarlı və isti havalarda gediş-gəliş çətin olurdu. Allahyarlı kənd camaatının, Yeyənkənd ərazi nümayəndəsinin, Yeyənkənd bələdiyyəsinin çoxsaylı müraciətlərindən sonra 2009-cu ildə Allahyarlı kəndində ibtidai məktəb açıldı. Lakin bina olmadığına görə dərslər müvəqqəti olaraq fərdi yaşayış evində keçirilməyə başladı. Dərslərin fərdi yaşayış evində keçirilməsi təlimin keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. Siz, hörmətli Rafil müəllim Masallı rayon İcra hakimiyyətinin başçısı təyin olunduğunuz gündən Allahyarlı kəndində məktəb binasının tikintisi diqqətinizdə olmuşdur. Hal-hazırda kəndimizdə məktəb binasının tikintisi başlamışdır. Kəndimizə göstərilən bu diqqət və qayğıya görə əhalimiz daim uca Tanrıdan Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına və hörmətli Rafil müəllim Sizə can sağlığı arzulayırıq. Gördüyünüz bu müqəddəs işlərə görə kəndimizin ağsaqqalları, ziyalıları, və tikiləcək məktəbdə təhsil alacaq uşaqları öz minnətdarlıqlarını əvvəlcədən bildirirlər.


Səmimi hörmətlə: Bir qrup Allahyarlı kənd camaatı adından:

Məmmədov Güloğlan Xanoğlan oğlu
Əliyev Sahib İbad oğlu
Kazımov Tahir Musa oğlu
İsrafilov Əlövsət Məlik oğlu
Məmmədova Şairə Xudaqulu qızı
Məmmədov Yunus Ağabala oğlu
Şahbazov Baldadaş Cavad oğlu
Kazımova Saray Mirzə qızı
Məmmədov Səxavət Xanoğlan oğlu
İsrafilov Hamlet Süleyman oğlu
İsrafilov Dadaş İsmayıl oğlu
______________________________________________________________________________________________________________

Hara:
Masallı rayon İcra hakimiyyəti

Kimə:
Rafil Hüseynova

Sizin təşəbbüsünüzlə Ulu öndər Heydər Əliyevin 90 illiyi ilə bağlı rayonumuzda keçirilən silsilə tədbirlərdən biri də ilin məktəbi, ilin müəllimi, ilin şagirdi müsabiqəsi oldu. Bu müsabiqədə Hişkədərə kənd tam orta məktəbi ilin ən yaxşı məktəbi adını qazandı. Həmçinin məktəbimizin XI sinif şagirdi Ağalı Ağayev ilin ən yaxşı şagirdi adını qazandı. Məktəbin pedaqoji və şagird kollektivi keçirilən müsabiqələrə görə öz dərin təşəkkürünü bildirir.

Kimdən:
İlham Ağayev

Haradan:
Hişkədərə kənd tam orta məktəbi

_________________________________________________________________________________________________________________

 

T E L E Q R A M

№ AZ4400/0000635272

23.02.13  10:29:13

Kateqoriyası: Adi

Masallı PF

Xüsusi qeydlər:

Göndərən PŞ: Masallı MPŞ

Qəbul edən PŞ: Masallı MPŞ


Hara:
MASALLI RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI

Kimə:
CƏNAB RAFİL HÜSEYNOVA

Yeddioymaq ərazisində qaz çəkilişi ilə, həmçinin istirahət mərkəzinin tikilməsi ilə əlaqədar kənd sakinləri Sizə minnətdarliqlarini bildirirlər və xahiş edirlər ki, Masallı rayonuna göstərdiyi qayğıya görə hörmətli prezidentimiz cənab İlham Əliyevə təşəkkürümüzü çatdırasınız. Sizə uzun ömür can sağlığı arzulayırıq.

Kimdən:
HÜSEYNOV NUŞİRƏVAN

Haradan:
MASALLI RAYON YEDDİOYMAQ KƏND SAKİNLƏRİ ADINDAN

_____________________________________________________________________________________

Masallı rayon İcra hakimiyyətinin başçısı

Cənab Rafil Hüseynova

Hörmətli Rafil müəllim!

Sizin 20 fevral 2013-cü il tarixində Yeyənkənd ərazisində keçirilən görüş, əhali tərəfindən çox məmnunluqla qarşılandı. Yığıncaqda əhali tərəfdən yol haqqında qaldırılan məsələ bu gün 21 fevral 2013-cü il tarixində öz həllini tapmışdır. Belə ki, yol idarəsi 3 ədəd yüküözüboşaldan maşını, 1 ədəd ekskavatoru, 1 ədəd avtoqreyderi ilə birlikdə səhər tezdən işə başlamışdır. Banbaşı, Yeyənkənd, Abasbəyli, Xəlifələr, Yelağac yoluna kimi 7 km avtomobil yoluna çınqıl materialı daşınmış, avtoqreyderlə yayılmış, nəqliyyatın hərəkəti xeyli yaxşılaşdırılmışdır. Eləcədə daxili yollarda xeyli iş görülmüşdür. Bu işdə yol idarəsi ilə birlikdə kəndin ərazi nümayəndəsi B. Nağıyev və bələdiyyə sədri S. Xosiyev çox yaxşı fəaliyyət göstərmişlər.

Hörmətli rafil müəllim. Əhalimizə göstərdiyiniz qayğıya görə Sizə yerli sakinlər adından minnətdarlığımızı bildiririk. İnanırıq ki, yığıncaqda qaldırılan digər məsələlərdə imkan daxilində öz həllini tapacaqdır.

Hörmətlə Yeyənkənd ərazi sakinləri:

1. Əhmədov Mirhəsən
2. Xəlilov Arif              
3. Yaqubov Yaqub
4. Hüseynov Tofiq
5. Əliyev Əlihüseyn
6. Rüstəmov Qardaşxan
7. Məmmədov Müslüm
8. Xosiyev Eldar
9. Qədirov Əbülfəz

_____________________________________________________________________________________
 

HÜSEYNHACILI VƏ MƏMMƏDXANLI KƏND SAKİNLƏRİ ADINDAN MİNNƏTDARLIQ TELEQRAMI

12 mart 2013-cü il tarixdə Rayon İcra hakimiyyətinin Başçısı Rafil Hüseynovun  Hüseynhacılı kəndindədə yerli əhali ilə keçirdiyi görüş zamanı bir çox məsələlərin həllinə aydınlıq gətirildiyini, həmçinin görüşdə Hüseynhacılı kəndinin yoluna çınqılın tökülməsi xahiş olunmuşdu.  Nəticədə 41 saylı Yol İstismar İdarəsi tərəfindən Hüseynhacılı kənd məktəbinə qədər yola çınqıl matreialı daşınmış, avtoqreyderlə hamarlanmış, yol genişləndirilmişdir.
Həmçinin 18 mart 2013-cü il tarixdə Rayon İcra hakimiyyəti Başçısı Rafil Hüseynovun Məmmədxanlı kəndində yerli əhali ilə keçirdiyi görüş zamanı kənd ağsaqqalları Məmmədxanlı yoluna çınqılın tökülməsini xahiş etmişlər. Nəticədə 41 saylı Yol İstismar İdarəsi tərəfindən Məmmədxanlı yoluna çınqıl matreialı daşınmış, avtoqreyderlə hamarlanmış, yol genişləndirilmişdir.
Görülmüş işlərə görə Hüseynhacılı və Məmmədxanlı kəndlərinin bir qrup sakinləri adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynova minnətdarlıqlarını bildirmişlər.

19.03.2013

Keçidlər