Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Ağıl Dəryası” İntellektual bilik yarışı üzrə rayon birinciliyi

12 oktyabr 2017 | 16:00

        12 oktyabr 2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “18 oktyabr - Dövlət Müstəqilliyi Günü” nə həsr olunmuş Masallı rayon tam orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Ağıl Dəryası” intellektual bilik yarışı üzrə rayon birinciliyi  keçirilmişdir 

       Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək iştirakçıları salamlamış və Dövlər gənclər siyasətinin əsas istiqamətlərini təşkil edən milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik hislərinin aşılanması, İntellektual inkişafı, asudə vaxtlarını səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması istiqamətində görülən işlərdən danışmışlar.
Gərgin və maraqlı keçən intellektual bilik yarışınında  C.Kazımov  adına  Qodman kənd tam orta məktəbinin komandası  I yerə, Mahmudavar kənd tam orta məktəbiniun komandası II yerə, S.Vurğun adına Türkoba kənd tam orta məktəbin komandası III yerə layiq görülmüşlər.
         Rayon  birinciliyində  qalib gəlmiş  komandalar  Masallı  rayon  Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

Keçidlər