Şriftin ölçüsü :

Saytın rəngi :

Kalinovka kəndində yeni tut bağları salınır

15 noyabr 2017 | 16:00

15 noyabr 2017-ci il tarixdə əkinə hazırlanmış sahədə 600 ədəd tingin torpağa basdırılmasına başlanmışdır. Masallıda baramaçılığın inkişafı ilə əlaqədar rayonun ərazilərində tut bağları salınmasına diqqət artmışdır. Kalinovka kəndində mövcud olan 9 hektar tut  bağında yeni ağaclar əkilməsi, seyrəkliklərin aradan qaldırılması ilə yanaşı bir hektar sahədə tut basğı salınır. 

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov  ilk tingi torpağa basdırmışdır. Əkin kompaniyasında kənd sakinləri fəallıq göstərirlər. Rayon rəhbərinin tövsiyəsi və göstərişi ilə bağdakı köhnəlmiş ağaclar budanacaq, ətrafı şumlanacaq və Viləş çayından buraya kanal çəkiləcəkdir.

Keçidlər