Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi

26 yanvar 2018 | 16:00

          26  yanvar  2018-ci il tarixdə ASAN İntellektual Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 02 fevral Azərbaycan gəncləri gününə həsr olunmuş tam orta ümumtəhsil məktəblərinin şagirdləri  arasında “Breyn rinq” İntellektual bilik yarışı üzrə rayon birinciliyi  keçirilmişdir.

          Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şaban Əliyev çıxış edərək Bilik yarışının keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritet istiqamətləri üzrə gənclərin daha geniş kütləsinin intellektual faəliyyətə cəlb olunması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması, Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında maarifləndirilməsi və asudə vaxtın səmərəli təşkili olunması olduğunu bildirdi.
           Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri   Bala Kolatan kənd tam orta məktəbinin “Bala Kolatan” komandası , II yeri S.Vurğun adına Türkoba kənd tam orta məktəbinin “Zəka” komandası, III yeri isə Bədəlan kənd tam orta məktəbinin “Bədəlan ” komandası tutmuşdur.
       Qalib komandalar Rayon  Gənclər və İdman  İdarəsinin kubok, diplom və medalları ilə təltif edilmiş,

Keçidlər