Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA XOCALI SOYQIRIMININ 26-CI İLDÖNÜMÜ ANILDI

24 fevral 2018 | 16:00

      Masallı Rayon İcra Hakimiyyəti başçısının Xocalı soyqırımı ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.

      24 fevral 2018-ci il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı”nda soyqırım qurbanlarının anım mərasimi olmuşdur.
      İlk öncə Masallı Regional Mədəniyyət və Turizm idarəsinin Masallı Xalq Teatrının aktyorları, Masallı Dövlət Regional Kollecinin tələbələrinin birgə iştirakı ilə Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya təqdim etdilər.
      Mərasimdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat əməkdaşları, veteranlar, ağsaqqallar, ziyalılar, gənclər, məktəblilər, Xocalıdan olan məcburi köçkünlər və rayon sakinləri 26 fevral Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Abidə önünə təzə tər gül dəstələri düzərək onların xatirəsini ehtitarmla yad etmiş və həlak olanların ruhuna dualar oxumuşlar.

Keçidlər