Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi

02 mart 2018 | 16:00

            02 mart 2018-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ASAN İntellektual Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Rayon tam orta ümumtəhsil məktəblilərinin qızlardan ibarət IX-XI sinif şagirdləri arasında “Breyn rinq” İntellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.

          Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov , Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritet istiqamətləri üzrə gənclərin daha geniş kütləsinin intellektual faəliyyətə cəlb olunması, gənclərin milli mənəvi dəyərlərin qorunması, vətənpərvərlik hislərinin aşılanması, gənclərin intellektual inkişafı, onların asudə vaxtlarını səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.
          Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri E.Əhədov adına Təzə Alvadı 1 saylı tam orta məktəbin qızlardan ibarət komandası , II yeri Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin qızlardan ibarət komandası, III yeri isə Ə.Bəylərbəyov adına Xıl kənd tam orta məktəbinin qızlardan ibarət komandası tutmuşdur.
           Qalib komandalar Rayon Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları ilə təltif edilmişlər.

Keçidlər