Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Aprel şəhidlərinin xatirəsi anılıb

03 aprel 2018 | 16:00

03 aprel 2018-ci il tarixdə Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin və Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir” mövzusunda keçirilən tədbirdə şəhidlərin xatirəsi ehtiramla anılıb.

Tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva Aprel şəhidlərinin igidliyini tarixi qəhrəmanlıq adlandırıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov çıxışında bildirib ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşmən işğalından azad etməyə hər an hazır olduğunu Aprel döyüşlərində bütün dünyaya göstərdi.
Tədbirdə çıxış edənlər Aprel şəhidlərinin qəhrəmanlıqlarından söz açıblar.
Sonda məktəblilər ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Keçidlər