Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Ağıl Dəryası” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib

25 may 2018 | 16:00

           24-25  may 2018-ci il tarixlərdə  Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığıl ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasınn 100 illik yubileyinə   həsr olunmuş Masallı rayon tam orta ümumtəhsil  məktəblərinin IX-XI sinif  şagirdləri  arasında “Ağıl Dəryası” İntellektual bilik yarışı üzrə rayon birinciliyi  keçirilmişdir.

           Tədbiri giriş sözü ilə Masallı  rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq iştirakçıları salamlayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını məktəblilər arasında təbliğ və bilik yarışlarında şagirdlərin əldə edə biləcəkləri nailiyyətin onlarda elmi motivasiya hissini gücləndirəcəyini, gələcək uğurlara istiqamətləndirəcəyini bildirib.
        Təhsil Şöbəsinin metodisti Əkbər Balaşoğlu  çıxış edərək yarışın keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkar etmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olduğunu vurğulayıb.
           Yarışda öz yüksək bilik səviyyəsi və geniş dünyagörüşü, hazırcavablılığı ilə seçilən  Qəriblər kənd tam orta məktəbinin komandası birinci yerə, Sığdaş kənd tam orta məktəbinin komandası ikici yerə, S.Rzayev adına Böyük  Kolatan kənd  tam orta məktəbinin komandası üçüncü yerə, layiq görülmüşdür

        Qalib komandalar Rayon  Gənclər və İdman  İdarəsi tərəfindən  diplomlarla mükafatlandırılmışdır.

Keçidlər