Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda mini futbol üzrə açıq rayon birinciliyinə yekun vuruldu

27 may 2018 | 16:00

Masallı rayon Ərkivan qəsəbəsində may ayının 2-də start verilən gənclər arasında mini futbol üzrə açıq rayon birinciliyi başa çatıb.

Birincilik Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr həsr edilib.
Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 16 komanda qələbə uğrunda mübarizə aparıb.
Birinciliyin yekun nəticələrinə əsasən Binə Xocavar kəndinin komandası birinci, Ərkivan qəsəbəsinin komandası ikici yeri tutub.
Qaliblər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb

Keçidlər