Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda məktəblilər arasında kross qaçışı üzrə rayon birinciliyi keçirilib

28 may 2018 | 16:00

28 may 2018-ci il tarixdə Masallı şəhər Azərbaycan prospektində rayon icra hakimiyyəti və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məktəblilər arasında kross qaçışı üzrə rayon birinciliyi keçirilib.

Yarışın açılış mərasimində Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, RTŞ-nin müdir müavini Samit İslamov və Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar  müvafiq tədbirlərin təşkilinin gənclərə ölkəmizin tarixini, mədəniyyətini, milli irsini öyrətmək və sərbəst düşüncə tərzini formalaşdırmaq baxımından yüksək qiymətləndirib, şagirdlərə uğurlar arzulayıblar.
260 məktəblinin iştirak etdiyi birinciliyin yekun nəticələrinə əsasən Babək Əliyev birinci (Hüseynhacılı kəndi tam orta məktəbi), Nemət Rufullalı (Binə Xocavar) ikinci, İmran Bədəlov (Sığıncaq) üçüncü, Rüstəm Əlinağıyev (Güllütəpə) dördüncü, Mənsim İbrahimzadə isə (Türkoba) beşinci yerlərə sahib olublar.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

Keçidlər