Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Sambo idman növü üzrə rayon birinciliyi

26 iyul 2018 | 16:00

25-26 iyul 2018-ci il tarixlərdə Cənub Cüdo Təlim Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 iyil Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş uşaqlar, yeniyetmə və gənclər arasında Sambo idman növü üzrə rayon birinciliyi keçirilib.

11 çəki dərəcəsində 78 nəfər idmançının iştrakı ilə keçirilən yarışın məqsədi rayonda sambo idman növünün inkişaf etdirilməsi və yeniyetmələrin idmana cəlb olunması, eləcədə onların asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarət olmuşdur.
İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom və medallarla mükafatlandırılmışlar

Keçidlər