Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Xəmsə ” Milli İntellektual oyunu üzrə rayon birinciliyi

28 avqust 2018 | 16:00

              28 avqust 2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhuriyyəti ili” nə  həsr olunmuş gənclər arasında  “Xəmsə ”  Milli İntellektual oyunu  üzrə  rayon birinciliyi keçirilmişdir.

   Tədbiri giriş sözü ilə Masallı  rayon Gənclər və İdman idarəsinin rəis Camal Manafov açaraq bildirdi ki, daha yüksək intellektual səviyyəli gənclərin aşkara çıxarılması başlıca  prioritetlərimizdəndir.  Bu  istiqamətdə gördüyümüz  işlər günü-gündən təkmilləşərək inkişaf etməkdədir. “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin keçirilməsi istedadlı və  intellektual  səviyyəli  gənclərin öz potensiallarını, bilik  və  bacarıqlarının  inkişaf  etməsində  əhəmiyyətli  rol  oynayacaqdır.
          Maraqlı mübarizə  şəraitdə keçən bilik yarışının  sonunda I yeri   gənclərdən ibarət “ Carpe Dien” komandası , II yeri “Rəsulzadə” komandası, III yeri isə “Genezis” komandası tutmuşdur.
         Qalib komandalar Rayon  Gənclər və İdman  İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

Keçidlər