Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda qanvermə aksiyası keçirildi

20 sentyabr 2018 | 16:00

20 sentyabr 2018-ci  il tarixdə Aşura günü Masallı Cümə Məscidində qanvermə aksiyası keçirilmişdir.

Xeyirxahlığı,  insanlığı,vətənpərvərliyi özündə ehtiva edən bu tədbirə rayonun bütün  təşkilatlarından gələnlər olmuşdur. DSMF, rayon təhsil şöbəsi, Viləşçay dəryaçası, ərazi nümayəndələri, rayon statistika idarəsindən gələnlər qeydiyyatdan keçib, həkimlər tərəfindən müayinə olunduqdan sonra qan veriblər.

Masallı şəhər sakinləri İlqar Əliyev, Loğman Məmmədov, Dövlət Sosial Müdafiə fondu rayon şöbəsindən Namiq Əsədov, Səid Ağayev, Bahadır Mənsimov, Viləşçay Su İstismarı idarəsindən nəzarətçi Yadulla Fərəcov və başqaları ilkin qan veriblər. Səhər  saat 11-ə kimi 80 nəfərə yaxın adam qan vermişdir.

Aksiya zamanı alınan qan Lənkəran  Regional Qan Bankına təhvil veriləcəkdir.

Keçidlər