Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı yeni ərazi ilk partiya təşkilatını təsis etdi

22 noyabr 2018 | 16:00

22 noyabr 2018-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar yığıncaq keçirib.

Yığıncağı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının şərəfli mübarizə yolundan bəhs edib.
Seyfəddin Əliyev ümumilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsindəki xidmətlərindən, onun ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilməsindən, Masallıda gedən quruculuq və abadlıq işlərindən, Yeni Azərbaycan Partiyasının keçdiyi şanlı tarixi yoldan, onun uğurlu fəaliyyətindən eləcə də dünyadakı siyasi nüfuzundan danışıb. Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatında gərgin proseslərin getdiyi bir dövrdə yaranıb deyən rayon təşkilatının sədri Seyfəddin Əliyev daha sonra əlavə edib ki, partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də bəyan etdiyi kimi, həmin dövrdə Azərbaycan xalqı ölkəmiz üçün həlledici məqamda bir yumruq kimi Heydər Əliyevin ətrafında birləşdi və Heydər Əliyevin ideyalarına, Onun siyasətinə, Onun fəlsəfəsinə sadiqliyini bir daha göstərdi.
Sonra təşkilatı məsələyə baxılıb Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramına uyğun olaraq “Heydər Əliyev Mərkəzi” ərazi ilk partiya təşkilatı yaradıldı, Dilbər İbayeva ilk təşkilatın sədri seçildi.

Keçidlər