Şriftin ölçüsü :

Saytın rəngi :

Viləş kəndindən olan Aprel şəhidimizin anım mərasimi keçirilib

04 aprel 2019 | 16:00

Viləş kəndində 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş müddətdən artıq xidmət edən hərbi qulluqçu Nurlan Əsgərlinin də ildönümü mərasimi keçirilib.
2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdikləri təxribatların qarşısını alarkən şəhid olmuş Nurlan Əsgərlinin xatirəsi onun doğulub boya-başa çatdığı Viləş kəndində anılıb. Tədbirdən öncə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova şəhidin atası ilə görüşüb. A.Qafarova və çıxış edənlər Aprel şəhidinin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi, Nurlan Əsgərlinin də xatirəsi daim qəlbimizdə yaşayacaq.
Sonra Masallı Dövlət Regional Kollecinin müəllimi Camaləddin Əliyev, tələbələr Səbinə Xəlilova, Əsra Yusifli, Dilruba Dadaşova, Gülnarə Musayeva, Aynur Səfərova, Qönçə Əbilova, Gülnar Kərimova və Məryəm Dadaşzadə Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyib, səhnəciklər göstəriblər. Onlar Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə əminliklərini bildiriblər.
Şəhidin atası Bayram Əsgərov ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Anım mərasimi Viləş kəndində şəhidin məzarını ziyarət etmək və ruhuna dualar oxumaqla başa çatıb.

Keçidlər