Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Aprel döyüşlərinin zəfərinə həsr olunur- Qodman

05 aprel 2019 | 16:00

05 aprel 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti və Masallı rayon Təhsil şöbəsinin   təşkilatçılığı ilə Qodman kənd tam orta məktəbində Aprel döyüşlərinin iştirakçısı Əziz Cnakişizadə ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısı apratının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov tədbir iştirakçılarını salamlamış və Aprel döyüşlərinin böyük zəfərin başlanğıcı olduğunu qeyd etmişdir.
C.Bəşirov bildirmişdir ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin o bildirmişdir ki,   Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində üç rəngli bayrağımız tezliklə Azərbaycan torpaqlarında- Şuşada, Laçında, Xocalıda dalğalanacaqdır.
Daha sonra Aprel doyuşlərinin iştirakçısı olmuş Masallı rayon Əzizabad kənd sakini Əziz Cankişizadə Qodman kənd tam orta məktəbində təhsil almasından, ali təhsili bitirdikdən sonra hərbi xidmətə yollanmasından və Aprel döyüşlərində Azərbaycan Ordusunun qələbəsindən söhbət açmışdır. --
Həmin günləri bu günkü gün kimi xatılayıram, -  deyən Ə. Cankişizadə hər zaman Ali Baş Komandan cənab İlham Əliyevin Əmrini gözlədiyini və Qarabağın işğaldan azad olunması üçün son damla qanınadək döyüşməyə hazır olduğunu vurğulamışdır.
  Tədbir Ə. Cankişizadənin Aprel döyüşləri, vətənpərvəlik barədə şagirdlərin sullarını cavablandırmaqla davam etmişdir.

Keçidlər