Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqçılıq

30 iyun 2019 | 16:00

    Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlər rayonumuzda uğurla həyata keçirilir.
    Kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacağa və motor yağlarına görə, dövlət tərəfindən büdcə vəsaiti hesabına yardım verilməsi , habelə istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması, kənd təsərrüfatı məhsullarının satışı üzrə yarmarkaların təşkil edilməsi yetişdirilən məhsulun itkisiz yığılmasına müsbət təsir etmiş və hesabat rübündə əsas kənd təsərrüfatı məhsullarının istehsalında artıma nail olunmuşdur.
2019-ci ilin yanvar-mart aylarında rayon üzrə istehsal olunmuş dəyəri 173649.6 min manat olan ümumi məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 18067.3 min manatını, yəni 10.4 faizini kənd təsərrüfatı məhsulları təşkil edir. Kənd təsərrüfatının aparıcı sahəsi bitkiçilik və heyvandarlıqdır.
      Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, səkkiz səhifədə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə2019-ci ilin yanvar-mart aylarında rayonun kənd, meşə və balıqçılıq təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 18067.3 min manat məhsul istehsal olmuşdur ki, bu da keçən ilin müvafiq dövründəkindən 809.2 min manat və ya 5.3 faiz çoxdur.

Keçidlər