Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonda demoqrafik vəziyyət

01 sentyabr 2019 | 16:00

        Rayon üzrə əhalinin sayı ilin əvvəlindən 820 nəfər artaraq 2019-ci il iyul ayının 1-i vəziyyətinə 226600 nəfərə çatmışdır. Bir    kvadrat    kilometrə    düşən əhalinin sıxlığı 314 nəfər olmuşdur. Əhalinin ümumi sayının 22,6 faizini şəhər, 77,4 faizini kənd əhalisi, 50,8 faizini    kişilər, 49,2 faizini isə qadınlar təşkil edir.
        Rayon statistika idarəsindən Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə cari ilin altı ayı ərzində rayon qeydiyyat şöbəsi tərəfindən 1475 doğulan körpə qeydə alınmışdır. Doğulan körpələrin 51,8 faizi və ya 765 nəfəri oğlan, 48,2 faizi və ya 710 nəfəri qızdır.
Carı ilin yanvar-iyun aylarında rayonda 622 ölüm halı qeydə alınmışdır. 2019-ci ilin altı ayı ərzində rayon qeydiyyat şöbəsi 551 nikah və    166 boşanma halları    qeydə almışdır.
Dünyasını dəyişənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 nəfər, nikah 63, boşananlar 63, doğulanlar 32 nəfər artmışdır.
           Cari ilin yanvar-iyun ayları ərzində müvafiq qurumlar tərəfindən rayona yaşamaq üçün 81 nəfər gələn və 54 nəfər rayondan gedən qeydə alınmış və miqrasiya saldosu müsbət 27 nəfər təşkil etmişdir.

Keçidlər