Şriftin ölçüsü :

Saytın rəngi :

Çəltik sahələri biçilir

22 sentyabr 2019 | 16:00

Masallı rayonunda bir neçə ildir ki, çəltik yetişdirilir. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə bu il ərazilərdə 218 hektar sahədə çəltik əkilmişdir. Çəkilən zəhmət hesabına məhsuldarlığın xeyli artması gözlənilir.

Artıq bir neçə gündür ki, çəltik biçininə başlanmışdır. Xıl, Boradigah, Viləş fermerləri biçini uğurla davam etdirirlər. Başqa ərazilərdə də biçini vaxtında başa çatdırmaq üçün qüvvələr səfərbər edilmişdir.

Əmək adamları hər hektardan azı 3,5-4 ton məhsul götürmək əzmindədirlər.

Keçidlər