Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda mal-qaranın cins tərkibi yaxşılaşır

06 oktyabr 2019 | 16:00

Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələrini verməkdədir. Bu sahədə süni mayalandırma tədbiri vaxtında həyata keçirilir.

Ötən il rayonun heyvandarlıq təsərrüfatlarında, şəxsi sektorda 2263 baş inək mayalandırılmış, 1788 baş sağlam bala alınmışdır.
Masallı DAİM –dən Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumatda deyilir ki, cari ildə də bu iş davam etdirilir. İlin əvvəlindən bəri 1821 baş heyvan mayalandırılmış, 1364 baş bala alınmışdır. Süni mayalanma işi Qarğalıq, Qızılağac, Yeddioymaq, Şıxlar, Xırmandalı, Təzəkənd ərazilərində uğurla davam edir.

Keçidlər