Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Polisi tələbələrlə görüş keçirdi

14 noyabr 2019 | 16:00

14 noyabr 2019-cu il tarixdə N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Masallı Dövlət Regional Kollecinin tələbələri ilə “Narkomaniyaya yox deyək” , dini ekstremizm və erkən nigah mövzusunda görüş keçirildi. Tədbiri Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov açaraq narkomaniya, erkən nigah və dini ekstremizm barədə söhbət açdı və bu sahəsində aparılan maarifləndirmə məsələlərində fəal olmağı gündəmə gətirdi. Masallı RPŞ-nın rəisi polis polkovniki Habil Əmiraslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışlarında narkomaniya, erkən nigahlar və dini ekstremizmlə bağlı geniş söhbət etmiş, faktlarla bu sahədə olan faciələri tələbələrə çatdırmışlar. Tədbir tələbələrin fəal iştirakı, təklif, sual və müraciətləri ilə qarşılıqlı diskussiya şəraitində keçmişdir.

Keçidlər