Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatında “Oftolmologiya sahəsində akademik Zərifə Əliyevanın rolu” mövzusunda tədbir

16 aprel 2014 | 15:00

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə  YAP Masallı rayon təşkilatı aparatında görkəmli oftolmoloq alim Zərifə Əliyevanın anım gününə həsr olunmuş “Oftolmologiya sahəsində Zərifə Əliyevanın rolu” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Aslanova açaraq Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın, qohum və doğmalarının yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi qaldığını qeyd etdi. “Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, həm də körpələri sonsuz məhəbbətlə sevir, onları Tanrının ən müqəddəs payı hesab edirdi. Məhz bütün bu keyfiyyətlərinə görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur.”

YAP Masallı rayon təşkilatının sədr müavini, Boradigah xəstəxanasının baş həkimi Aygün Quliyeva Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr vermiş, böyük oftolmoloq-alim akademik Zərifə Əliyevanın elmi və ictimai-siyasi fəaliyyətindən bəhs edərək, bu bacarıqlı alimin, tanınmış oftolmoloqun insanların sağlamlıqlarının qorunması üçün yorulmaq bilmədən çalışdığını vurğuladı.

A.Quliyeva qeyd etdi ki, Zərifə xanım xalqımızın yetişdirdiyi elə şəxsiyyətlərdən olub ki, o, təkcə elmi fəaliyyəti ilə deyil, bütün mənəvi keyfiyyətləri, nəcib xüsusiyyətlərinə görə də hər zaman sevilir. Çünki yüksək əxlaqi və mənəvi dəyərlərə malik bir ailədə göz açmış Zərifə xanım işıqlı bir ömür yaşadığı kimi insanlara da nur bəxş etdi, onlara diqqət və qayğısını heç zaman əsirgəmədi. O, ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı kimi şərəfli bir missiyanı yerinə yetirməklə yanaşı, hər zaman onun sadiq məsləkdaşı olub, gözəl, qayğıkeş bir ana kimi cəmiyyətimiz üçün layiqli övladlar yetişdirib.

Sonra Masallı Mərkəzi Xəstəxanasının həkimi Rəhimə Rzayeva, Qadınlar Şurasının üzvləri Əntiqə Tağıyeva, Gunay Mehrəliyeva və başqaları çıxış edərək intellektual keyfiyyətləri özündə birləşdirən görkəmli oftolmoloq alim, bənzərsis ziyalı, qayğıkeş insan Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti haqda geniş məlumat verdilər.

Keçidlər