Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir

19 may 2020 | 16:00

Nurlan Əsgərlidən, Masallı, Azərbaycan
18 may 2020   president.az

Hörmətli cənab Prezident.
Bu məktubumla Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün dünyanın ən güclü dövlətlərinin belə COVID-19 pandemiyası qarşısında aciz qaldığı bir vaxtda Sizin qətiyyətli addımlarınız sayəsində ölkəmizdə bu infeksiyanın yayılması minimum səviyyəyə endirilmiş, pandemiyanın yayılmasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Əlbəttə ki, pandemiyadan zərərsiz ötüşmək mümkün deyil. Lakin mən inanıram ki, Sizin məqsədyönlü fəaliyyətiniz və apardığınız sosial-iqtisadi tədbirlərdən sonra Azərbaycan bu pandemiyadan ən az zərərlə çıxan ölkələr sırasında olacaqdır.
Möhtərəm cənab Prezident, bu gün xalqımızın sağlamlığını düşünərək qəbul etdiyiniz qərarları dəstəkləyir, Sizə dərin təşəkkürümü bildirir və məqsədyönlü fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram. İnanıram ki, sayənizdə bu çətin günləri geridə qoyacağıq. Biz birlikdə güclüyük.

Hörmətlə,
Əsgərli Nurlan Yalçın oğlu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı.
Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi.

Keçidlər