Şriftin ölçüsü :

Saytın rəngi :

Tarlalarda pomidor və xiyar yığımı davam edir

03 avqust 2020 | 16:00

Masallı rayonunda bu mövsüm 542 hektar sahədə pomidor, 315 hektar sahədə isə xiyar yetişdirilib. Məhsul istehsalçıları əkin sahəsində nümunəvi becərmə işləri apardıqları üçün tarlalarda bol məhsul əldə edilib.

2020-ci ilin iyul ayına kimi tərəvəzbecərənlər 10520,3 ton pomidor, 9170 tondan çox isə xiyar tədarük ediblər. Hazır məhsullar Bakı, Sumqayıt və qonşu rayonlara göndərilib.

Hələ tərəvəz sahələrdə məhsul çoxdur. Kənd təsərrüfatı mütəxəssislərin hesablamalarına görə bundan sonra da sahələrdən xeyli pomidor və xiyar məhsulu toplamaq mümkün olacaq. Fermerlər yetişdirdikləri məhsulu itkisiz toplamaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Rayon ərazisində tərəvəz yığımı davam etdirilir.Bu işdə Qızılağac,Səmidxan, Mahmudavar, Şərəfə, Viləş, Çaxırlı, Göyəçöl, Xıl, Xırmandalı, Təklə, Türkoba kəndinin tərəvəzbecərənləri birinciliyi əldən vermək istəmirlər.

Keçidlər