Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Milli mətbuat günü qeyd edildi

22 iyul 2014 | 15:00

22 iyul 2014-cü il tarixdə Masallı rayonunda Milli mətbuat günü qeyd olunmuşdur. Tədbirdə KİV nümayəndələri – aparıcı respublika qəzetlərinin və telekanalların bölgə müxbirləri, regional qəzetlərin baş redaktorları, rayon qəzetinin bütün əməkdaşları, rayonun ziyalıları və ağsaqqalları  iştirak etmişlər.
Tədbir iştirakçıları rayonun görməli yerlərini gəzmiş, burada gedən tikinti-abadlıq işləri, yol çəkilişi, Böyük Kolatan kənd tam orta məktəbinin və Kolatan kənd uşaq bağçasının tikintisi ilə tanış olmuş, Sığdaş kəndində Mürsəli ocağını ziyarət etmişlər. Sonra tədbir Masallının turizm bölgəsində yerləşən istirahət mərkəzlərindən biri olan “Nağıl dünyası” ailəvi istirahət mərkəzində davam etmişdir.
Görüşdə çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov hamını Milli mətbuat günü münasibətilə təbrik etmiş, qələm sahiblərinə yaradıcılıq uğurları arzulamışdır. Rayon rəhbəri Masallıda gedən tikinti-abadlıq və quruculuq işləri, yeni yaradılacaq infrastruktur layihələri və açılacaq iş yerləri barədə məlumat vermişdir.
Jurnalistlər onlara göstərilən yüksək diqqət və qayğıya görə, həmçinin əlverişli şəraitin yaradıldığına görə rayon rəhbərliyinə təşəkkür etmişlər.

Keçidlər