Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Vətən bizim and yerimiz - yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” mövzusunda gənclərlə görüş keçirilmişdir

07 avqust 2014 | 15:00

 

07 avqust 2014-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində “Vətən bizim and yerimiz - yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” mövzusunda gənclərlə görüş keçirilmişdir
İlk əvvəl torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra isə vətənpərvərlik mövzusunda videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə Masallı rayon gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq, bildirdi ki, son illər Azərbaycan Respublikasının qarşısında duran bir çox problemlərin həlli gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə qarşı qürur hisslərinin formalaşdırılmasından çox asılıdır. Yaşadığımız dövr gənc nəslin kiçik yaşlarından hərbi ruhda böyüdülməsini tələb edir. Gənc nəsli psixolji və mənəvi baxımdan hərbi həyata hazırlamaq vacibdir. Gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsi istiqamətində onların hərbi-vətənpərvərlik sahəsində tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Qarabağın işğal altında olması ölkənin bütün əhalisinə bu və ya digər dərəcədə toxunan, hər bir azərbaycanlını narahat edən bir problem olmaqla yanaşı onun azad edilməsi gənclərin vahid məqsəd uğrunda milli birliyinə nail olunmasında vacib faktor kimi çıxış edir. Bu baxımdan gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsində Qarabağın azadlığı uğrunda mübarizəyə mühüm yer ayrılmalıdır. Gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi ilə bərabər onların fiziki hazırlığının səmərəliliyi nəzarətdə olmalıdır. Bu baxımdan Gənclər və idman İdarəsi olaraq biz də bu mövzuda il boyu davamlı olaraq tədbirlərin keçirildiyini bildirdi.
Daha sonra çıxış edənlərdən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Vafiq Xəlilov , Rayon Təhsil şöbəsinin metodisti Ə.Burhanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətinin əməkdaşı kapitan Əhmədov Vüqar, Masallı rayon Polis Şöbəsinin əməkdaşı kapitan İbrahimov Rəhim, Gənc Vətənpərvərlər klubunun sədri, müharibə veteranı Cəmaləddin Məmmədov , Fəal gənclərdən O.Mütəllimov, Məmmədova Təranə çıxışlarında bildirdilər ki, hərbi xidmət gənclər üçün həm də bir həyat məktəbidir. Torpaqlarımızın 20 faizinin işğal altında olmasına, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsinə, tarixi-mədəni abidələrimizin erməni vandalları tərəfindən vəhşicəsinə məhv edilməsinə baxmayaraq dünya bu ədalətsizliyə göz yumur. Müstəqil dövlət quruculuğu və onun inkişaf etdirilməsi yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifə düşür.Bu vəzifələri yalnız öz vətənini sevən onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır ola bilən gənclər yerinə yetirə bilər. Rayonumuzda əksər gənclər vətən qarşısında borclarını layiqincə başa düşür , onun qorunmasında və dövlət quruculuğunda fəal iştrak etdiklərini bildirdi

Keçidlər