Şriftin ölçüsü :

Saytın rəngi :

"NİKOİL" bankı 21-ci filialını Masallıda açdı

05 avqust 2014 | 15:00

04 avqust 2014-cü il tarixdə Rusiya Federasiyasının "NİKOYL" İnvestisiya-kommersiya bankı Azərbaycan Respublikasında xidmət şəbəkəsini genişləndirərək  növbəti 21-ci filialını Masallı şəhərində açdı.

İlk öncə tədbir iştirakçıları Heydər Əliyev parkında Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

Bayramsayağı bəzədilmiş tədbirə qatılan qonaqları və ictimaiyyət nümayəndələri milli Azərbaycan rəqsi ilə qarışlandı. Qırmızı lenti Rusiya Federasiyasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri  Vladimir Dmitriyeviç Doroxin kəsdi.

Sonra açılış tədbirini giriş sözü ilə bankın İdarə Heyətinin Sədri Vasiliy Viktoroviç Xamaza çıxış etdi. O, "NİKOIL" bankın Azərbaycanda fəaliyyət tarixinin 1994-ci ildən, yəni  "NİKOIL"  Azərbaycan İnvestisiya Şirkəti QSC-nin ("NİKOIL" AİŞ) yarandığı gündən başlandiğını vurğulayaraq "NİKOIL" AİŞ 1998-ci ildə "Ülpər" KB-nin səhmdarlarından birinə çevrildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

  Sonra Masallı rayon İcra hakimiyyəti başçısının müavini Seymur Nuriyev rəhbərliyin təbrikini çatdırdı və qeyd etdi ki, "NİKOIL" bankın  21-si olan “Masallı” filialının fəaliyyətə başlamasıyla, rayon əhalisinə hər cür bank xidməti göstəriləcək. Bankın yeni xidmət nöqtəsi nağd istehlak kreditləri, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirəcək. Biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə xüsusi diqqət verilir. Bundan başqa fərdi müştərilər üçün həmçinin kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

  Tədbirin sonunda furşet oldu, ziyafət təşkil edildi və xatirə şəkilləri çəkildi.

Keçidlər